Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1534/2022 18.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı1 (ünvan 1 ünvanda qeydiyyatda olan) və onun nümayəndəsi və vəkili X2 (hüquşünas, ünvan 2 ünvanda qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X1 (hüquqşünas, Bakı şəhəri, H.Zərdabi prospekti 5 ünvanda qeydiyyatda olan) iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı Şəhər İcra Hakimiyyətinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) kompensasiyanın ödənilməsi tələbi barədə inzibati mübahisəyə dair işə şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh ünvan 4 ünvanında yerləşən və faktiki sahəsi ilə birlikdə 410 kv.m. təşkil edən mənzillərin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçılara ödənilməmiş 662.000 manat məbləğində mənzillərin dəyəri olaraq kompensasiya pulunun və daşınmaz əmlakın bazar qiymətinin 20 fazi miqdarında - 132.400 manat məbləğində əlavə kompensayasının, cəmi 794.400 manat nağd şəkildə pulun ödənilməsi vəzifəsinin Bakı Şəhəri İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Məhkəmənin 19.10.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin üçüncü şəxs qismində məhkımı icraatına cəlb edilməsi qərara alınmışdır. İş üzrə şifahi məhkəmə baxışı iclası 18.01.2022-ci il tarixə təyin edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Ağdam rayonunda gedən döyüşlərdə həyat yoldaşı X5 şəhid olmuşdur. İki azyaşlı körpəsi evinin içinə düşən erməni mərmisi nəticəsində vəfat etmişdir. 1991-ci il təvəllüdlü qızı İddiaçı2, özü və yaşlı anası Ağdam rayonundan Bakı şəhərinə 1993-cü ildə məcburi köçkün kimi gələrək Nəsimi rayonunda 48 saylı MKİS-nin ərazisində bir otaqlı evdə məskunlaşmışlar. Əlinin qabarıyla və Özbəkistan Respublikasında yaşayan və ölkəyə qayıdan gələn, atasının-anasının 9 uşağının köməyi ilə ünvan 5 ünvanında yerləşən 29 və 30 saylı mənzilləri 2003-cü ildə qurub yaratmışdır. Üç evin birləşməsi nəticəsində iki ev birləşdirərək 410 kv.m. tikili mövcud olub. Torpağın dövlət ehtiyacları üçün alınması məqsədilə mülkiyyətində olan ünvan 5 ünvanında yerləşən 29 və 30 saylı mənzilləri həmin təsirə məruz qalmışdır. Söküntü zamanı onların tələbi yalnız yeni tikilən mənzillər olub. 2013-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən gedən söküntü zamanı evlə təmin olunmaq istəyini bildirdikdən sonra müəyyən bir müddət qəbullarda olduğu zaman onun və qızının evlə təmin edilməsinə göstəriş verilmişdir. Sonradan isə onlara mənzillərin dəyərinin artıq olması və bir dəfəyə külli miqdarda pulun ödənilməsi müəyyən çətinlik yaratdığı üçün müəyyən bir yaxın müddətlərdə onları razı salınmasına vədlər verilir. Bakı Şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri və həmçinin söküntü komissiyasının üzvləri də yaxşı bilirlər ki, mənzillərin söküldüyü ərazi şəhərin mərkəzi olmaqla həmin ərazidə mənzillərin bir kv.m. 5-6 min manat təşkil edirdi. Mənzillərin faktiki sahəsi 410 kv.m. təşkil edirdi. Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən mənzillərin alqı-satqısı nəticəsində 538.000 manat pul onlara ödənilmişdir. Hər dəfə də qəbullarda olduğu zaman pulun qalan hissəsinin əvəzinə mənzil verəcəkləri ilə onu inandırmışlar. Bir müddət keçdikdən sonra isə yenidən pul kompensasiyası verəcəklərinə vədlər verilmişdir. 29.06.2021-ci il tarixdə M-87/4-152/2-t/1 saylı məktubla ona imtina məzmunlu cavab verilmişdir. Odur ki, kompensasiyanın düzgün hesablanmaması və mənzillərin faktiki sahəsinə ödənilmiş 538.000 manat pulu mənzillərin real bazar dəyərindən aşağı hesablanması səbəbindən itkiyə məruz qalmış kompensasiyanın məbləğini Bakı Şəhər İcra Hakimiyyətindən tələb edirlər. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı münasibəti məhkəməyə ünvanlayaraq, iddia tələbi ilə tam razı olmadıqlarını bildirmişdir. Cavabdehin iddiaya dair yazılı münasibətində bildirilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə söküntü ərazisinə düşən iddiaçılara məxsus 2 ədəd mənzillərin faktiki sahəsi 436 kv.m olduğu müəyyən edilmişdir və onlara 300 kv.m sahəsinə vəsait ödənilmiş, 136 kv.m sahənin vəsaiti ödənilməmişdir. Hazırda Bakı şəhərində aparılan söküntülərdə yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m görə 2000 (iki min) manat vəsait ödənilir. Beləliklə, iddiaçılara 20 və 10 faiz nəzərə alınmaqla 353.600 manat pul vəsaitinin ödənilməsinə etiraz etmirlər. Üçüncü şəxs iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, icraata xitam verilməsini xahiş etmişdir. Etiraza görə bildirilir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 eyni predmet barəsində eyni cavabdehə qarşı və eyni əsaslar üzrə 2015-ci ildə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası 1 saylı Bakı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 13 avqust tarixli 2-1(81)-3597/2015 nömrəli qərarı ilə iddiaşıların iddia ərizəsi qisməm təmin edilərək. V.A.Əliyev küçəsi, bina 236 ünvanda yerləşən yaşayış sahəsi İddiaçı1 faktiki istifadəsində olan 66 kv.m. hissəyə hər kv.m. üçün 1500 manat olmaqla 99.000 manat, həmin məbləğə 20% əlavə 19800 manat, həmçinin ona əvvəllər ödənilmiş 210000 manat məbləğinin 20% görə əlavə 42000, cəmi 160800 manat, habelə İddiaçı2 əvvəllər ödənilmiş 140000 manat məbləğinin 20% əlavə 28000 manat miqdarında əlavə ödəmələrin hesablanması və ödənilməsi öhdəliyinin Bakı şəhər İcra Hakimiyyətinə həvalə edilməsi qərara alınmışdır, (qərarın surəti əlavə olunur) Bununla yanaşı, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2- 1(103)1649/2021 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı ilə iddianın 10% miqdarında əlavə kompensasiyanın tutulmasına dair hissəsində qismən ləğv edilmiş, həmin hissədə yeni qərar çıxarılaraq, iddia tələbi həmin hissədə qismən təmin edilərək əlavə kompensasiyanın hesablanması və ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilmişdir (qərarın surəti əlavə olunur). İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəllənin 261-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Göstərilənlərə əsasən inzibati və mülki qanunvericiliyin tələblərinə uyğun olaraq, iddia ərizəsinə etiraz bildirir və məhkəmədən icraata xitam verilməsini xahiş edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarı qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2015-ci il 13 avqust tarixli 2-1(81)-3597/2015 nömrəli qərarı ilə iddiaçıların iddia ərizəsi qisməm təmin edilərək, Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı1 faktiki istifadəsində olan 66 kv.m. hissəyə hər kv.m. üçün 1500 manat olmaqla (1500x1500=99000 manat məbləği) Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20 % (99000=20%=19800 manat), mülkiyyətində olmuş Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 44,0 kv.m. yardımçı sahəsi 15,3 kv.m. və ümumi sahəsi 59.3 kv.m. olan 3 otaqlı 30 saylı mənzili İddiaçı1 ödənilmiş 210.000 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (210000=20%=42000) cəmi 160800 manat, habelə Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 21 kv.m. yardımçı sahəsi 18,2 kv.m. və ümumi sahəsi 39.2 kv.m. olan 1 otaqlı 29 saylı mənzili İddiaçı2 ödənilmiş 140.000 manat məbləği dəyərinə Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20 % (14000=20%=28000) manat miqdarında əlavə ödəmələrin hesablanması və ödənilməsi Cavabdehnə həvalə edilməsi qərara alınmışdır. (hakim S.Alıyeva) İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 27 avqust 2021-ci il tarixli 2- 1(103)1649/2021 nömrəli qərarı ilə iddiaçıların apellyasiya şikayəti qismən təmin edilərək 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 13 avqust 2015-ci il tarixli, 2-1(81)- 3597/2015 saylı qərarı iddianın 10% miqdarında əlavə kompensasiyanın tutulmamasına dair hissəsində qismən ləğv edilməsi, həmin hissədə yeni qərar çıxarılması, iddia tələbi həmin hissədə qismən təmin edilərək, Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı1 faktiki istifadəsində olan 66 kv.m. hissəyə hər kv.m. üçün 1500 manat olmaqla 99000 manat məbləği ödənilməsi göstərilmiş dəyərinə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (99000=9%=8910 manat), Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 44,0 kv.m., yardımçı sahəsi 15,3 kv.m. və ümumi sahəsi 59.3 kv.m. olan 3 otaqlı 30 saylı mənzilə görə İddiaçı1 ödənilmiş 210.000 manat məbləğin dəyərinə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (210000=9%=18900 manat), habelə Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi 21 kv.m., yardımçı sahəsi 18,2 kv.m. və ümumi sahəsi 39.2 kv.m. olan 1 otaqlı 29 saylı mənzilə görə İddiaçı2 ödənilmiş 140000 manat məbləğin dəyərinə «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (140000=9%=12600 manat) miqdarında əlavə kompensasiyanın hesablanması və ödənilməsi cavabdehnə həvalə edilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Hazırkı iddia ərizəsi üzrə iddiaçılar Bakı şəhəri, Nəsimi rayonu M.A.Əliyev küçəsi 236 ünvanında yerləşən və faktiki sahəsi ilə birlikdə 410 kv.m. təşkil edən mənzillərin dövlət ehtiyacları üçün alınması ilə bağlı iddiaçılara ödənilməmiş 662.000 manat məbləğində mənzillərin dəyəri olaraq kompensasiya pulunun və daşınmaz əmlakın bazar qiymətinin 20 fazi miqdarında - 132.400 manat məbləğində əlavə kompensayasının, cəmi 794.400 manat nağd şəkildə pulun ödənilməsini istəyirlər. Məhkəmə qeyd edir ki, mübahisə predmeti olan mənzillərin iddiaçılara məxsus olması işin mübahisələndirilməyən halıdır. İş materiallarından və cavabdehin nümayəndəsinin izahatından, həmçinin, iddiaya dair yazılı münasibətindən müəyyən edilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları ilə söküntü ərazisinə düşən iddiaçılara məxsus 2 ədəd mənzillərin faktiki sahəsi 436 kv.m olduğu müəyyən edilsə də, onlara daşınmaz əmlakın 300 kv.m sahəsinə görə kompensasiya ödənilmiş, 136 kv.m sahəsinə görə isə hər hansı kompensasiya ödənilməmişdir. Həmçinin, hazırda Bakı şəhərində aparılan söküntülərdə yaşayış və qeyri-yaşayış sahəsinin hər kv.m görə 2000 (iki min) manat vəsait ödənilir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi qismən, 350.880 (üç yüz əlli min səkkiz yüz səksən) manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 157.9-cu maddəsinə əsasən, dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Həmin Məcəllənin 246.1-ci maddəsinə əsasən bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 13.1-ci maddəsinə əsasən alan orqan rəsmi elanın mahiyyətini alınmanın təsirinə məruz qalan torpaqda yaşayan bütün şəxslərin, alınmanın təsirinə məruz qalan torpaqda mülkiyyət, istifadə və icarə kimi hüquqları olan şəxslərin, alınmanın təsirinə məruz qalan torpağın alınması ilə bağlı kompensasiya hüququna malik olan şəxslər kimi alan orqan tərəfindən tanınan şəxslərin diqqətinə çatdırmaq üçün bütün müvafiq zəruri tədbirləri görməlidir. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq yaşayış sahəsinin alındığı hər bir halda, alan orqan iddiaçıya bu fəslə uyğun olaraq alınmanın təsirinə məruz qalan şəxslərin almaq hüququna malik olduqları ödənişlərə əlavə olaraq çətinliyə görə kompensasiya verir. Həmin Qanunun 66.2-ci maddəsinə əsasən çətinliklərə görə kompensasiya alınmanın təsirinə məruz qalan şəxsə alınan yaşayış sahəsində əsas yaşayış yeri kimi ən azı beş il müddətində yaşamasını təsdiq edən sənədi onun tərəfindən təqdim edildikdə ödənilir. Həmin Qanunun 66.4-cü maddəsinə əsasən çətinliklə bağlı ödəniş alınmanın təsirinə məruz qalmış şəxsin alınan yaşayış sahəsində yaşadığı müddətdən asılı olaraq bu fəslə uyğun olaraq iddiaçıya ödəniləcək kompensasiyanın ümumi məbləği bu Qanunun 66.4.5-ci maddəsinə əsasən 9 ildən 10 ilədək müddət üçün - 9 faiz müəyyənləşdirilir. Məhkəmə qeyd edir ki, torpaq sahəsinin dövlət ehtiyacları üçün alınmasına dair qərar qəbul etmiş orqan olan cavabdeh 16 fevral 2011-ci il tarixli 76 saylı sərəncamı ilə qanunun tələblərinə müvafiq olaraq, alınması nəzərdə tutulan ərazidə yerləşən yaşayış və qeyri yaşayış sahələrinin hər kv.m üçün satınalma qiymətini müəyyən etmişdir. Odur ki, işin bu cür halında hər kv.m üçün 2000 manat əmlakın dəyərini təşkil edir. Həmin məbləğə əlavələr daxil deyildir. Ona görə ki, Azərbaycan Respublikası Prezidentinin 26.12.2007-ci il tarixli 689 saylı Fərmanının 2.3-cü bəndinin tələblərinə əsasən müvafiq hesablanmış bazar qiymətinin 20% miqdarında satınalma qiymətlərinə əlavə haqqın ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, işin məhkəmə araşdırılması ilə müəyyən edilir ki, 48 saylı MKİS-in ərazisində yerləşən Mirzağa Əliyev küçəsi 236 saylı evin 29/30 saylı mənzilləri hal-hazırda 2013-cü ilin mart ayında sökülüb. Qeyd olunan bu ünvan 08.11.2003- cü il ildən İddiaçı1 məxsus olub, mənzil alqı-satqı yolu ilə alınmışdır. Bu ünvanda 14.11.2003-cü ildən özü və qızı İddiaçı2 daima qeydiyyatda olublar. Göründüyü kimi iddiaçılar İddiaçı1 və İddiaçı2 əsas yaşayış yeri kimi qeyd olunan ünvanda yerləşən 29/30 saylı mənzillər söküldüyü günə kimi həmin mənzillərdə 10 ilədək yaşamışlar. Belə olan halda, məhkəmə hesab edir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun 66.4.5-ci maddəsinə əsasən çətinliklərə görə iddiaçılara alınan yaşayış sahəsinə görə ödənişlərə əlavə olaraq 9 faiz məbləğində kompensasiya müəyyən edilməli və ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, Bakı şəhəri, Nəsimi rayonu M.A.Əliyev küçəsi 236 ünvanında yerləşən iddiaçılara məxsus faktiki sahəsi 436 kv.m olmuş və dövlət ehtiyacları üçün sökülmüş 2 ədəd mənzillərin 136 kv.m sahəsi üçün ödənilməyən kompensasiya məbləği hər kv.m görə 2000 (iki min) manat olmaqla, 272.000 (iki yüz yetmiş iki min) manat (136 kv.m x 2000=272.000), Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (272.000x20%=54400 manat), «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (272.000 =9%=24480 manat), cəmi 350.880 (üç yüz əlli min səkkiz yüz səksən) manat hesablanaraq iddiaçılara ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 faktiki istifadəsində olan 136 kv.m. hissəyə hər kv.m. üçün 2000 manat olmaqla 272.000 (iki yüz yetmiş iki min) manat (136 kv.m x 2000=272.000), Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (272.000x20%=54400 manat), «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (272.000 =9%=24480 manat), cəmi 350.880 (üç yüz əlli min səkkiz yüz səksən) manat miqdarında kompensasiyanın hesablanması və ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilməsi hissəsində təmin, qalan hissədə rədd edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri X7 küçəsi, bina 236 ünvanında yerləşən yaşayış sahəsi İddiaçı1 və İddiaçı2 faktiki istifadəsində olan 136 kv.m. hissəyə hər kv.m. üçün 2000 manat olmaqla 272.000 (iki yüz yetmiş iki min) manat, Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli 689 nömrəli Fərmanının 2.3-cü bəndinə müvafiq olaraq 20% (272.000x20%=54400 manat), «Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında» Azərbaycan Respublikası Qanunun 66.4-cü maddəsinə müvafiq olaraq 9% (272.000x9%=24480 manat), cəmi 350.880 (üç yüz əlli min səkkiz yüz səksən) manat miqdarında kompensasiyanın hesablanması və ödənilməsi Bakı Şəhər İcra Hakimiyyətinə həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin . Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1534/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1534/2022
18.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver