Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15345/2025 26.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi İbazadə Aytən Əhəd qızının katibliyi ilə, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı “mühafizə zonasında yerləşən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatının aparılmasına razılıq verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi, 29) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, SOCAR-ın xx.xx.2025-ci il tarixli cavab məktubu ilə qəbul edilmiş qərarın əsassız hesab edilməsi və ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində tikilmiş qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınmasına razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və üzərində tikilmiş qeyri-yaşayış sahəsi 1993-cü ildən Sabunçu Rayon İcra Hakimiyyətinin razılığı ilə müraciətçinin istifadə və sərəncamına verilmişdir. Həmin ünvanda qanunvericiliyin tələblərinə uyğun olaraq qeyri-yaşayış obyekti tikilmiş və Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.1993-cü il tarixdə “Bakılı” kiçik müəssisəsi kimi qeydiyyata alınaraq müxtəlif vaxtlarda fərqli təyinatlar üzrə istifadə olunmuşdur. Hazırda həmin sahə və tikililər üzərində hüquqların dövlət qeydiyyatına alınması zərurəti yaranmışdır. Bu məqsədlə Dövlət Əmlakının Qeydiyyatı İdarəsinə müraciət edilmiş, cavab olaraq bildirilmişdir ki, qeyd olunan torpaq və qeyri-yaşayış sahəsi neft şirkəti – SOCAR-ın sərəncamında olan torpaqlar kateqoriyasına daxildir və hüquqi qeydiyyata alınması üçün həmin qurumun razılığı tələb olunur. Bununla əlaqədar olaraq iddiaçı etibarnamə üzrə nümayəndəsi vasitəsilə SOCAR-a ünvanladığı müraciətdə ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin hüquqi statusunun müəyyən edilməsi və həmin ərazidən istifadə hüququnun rəsmiləşdirilməsi üçün razılıq verilməsini xahiş etmişdir.Lakin SOCAR tərəfindən xx.xx.2025-ci il tarixli, 14-2/2-S-2437/2-39/2025 saylı məktubla bildirilmişdir ki, müraciət “X1” LTD Şirkətinə göndərilmiş və ünvanlanmış ərizə (qeydiyyat: 14-2/1-S-4944/2-39/2025 nömrəli, xx.xx.2025-ci il) baxılmışdır. Eyni zamanda qeyd olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin neft-qaz əməliyyatlarının aparılması məqsədilə ayrılmış ərazilərin, eləcə də neft-qaz boru kəmərlərinin mühafizə zonası daxilində yerləşib-yerləşmədiyinə dair məlumat verilməsi barədə SOCAR-a ünvanlanmış ərizəyə (qeydiyyat: 14-2/1-S-18xx-xx/2025 nömrəli, xx.xx.2025-ci il) baxılmış, qoşmada olan xx.xx.2025-ci il tarixli yerquruluşu planına əsasən və yerli baxış keçirilməklə müvafiq araşdırma aparılmışdır. Nəticə barədə xx.xx.2025-ci il tarixli, 14-2/2-S-9xx-xx/2025 nömrəli məktubla cavab verilmişdir. SOCAR-ın cavab məktubunda göstərilmişdir ki, aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, sözügedən torpaq sahəsi uzun illər ərzində neftqaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş, daha sonra Azərbaycan Respublikasının 06 may 2011-ci il tarixli 105-İVQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarına daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Sazişə əsasən “X1” LTD Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin müəyyən edilmişdir ki, torpaq sahəsinin daxilində bir ədəd ləğv olunmuş və 9 metrlik məsafəsində işlək, ətrafında isə çoxlu sayda digər neft-qaz quyuları mövcuddur. Əlavə olaraq bildirilmişdir ki, istehsalatın və əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə həmin torpaq sahəsindən yalnız neft-qaz əməliyyatlarının aparılması üçün istifadə oluna bilər. Bundan başqa, xx.xx.2025-ci il tarixli 14-2/1-S-18xx-xx/2025 nömrəli ərizə və qoşma sənədlər xx.xx.2025-ci il tarixli 14-2/2-S-9xx-xx/2025 nömrəli cavab məktubu ilə “X1” LTD Şirkətinə göndərilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçı SOCAR-ın xx.xx.2025-ci il tarixli cavab məktubunun, yəni onun barəsində qəbul olunmuş qərarın hüquq və mənafelərini pozan qanunsuz qərar hesab edilməsini və qeyriyaşayış sahəsi üzrə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına razılıq verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş edir. İddiaçı hesab edir ki, cavabdeh tərəfindən ünvanına göndərilmiş məktub, yəni müraciətlə bağlı çıxarılmış qərar onun hüquqlarını pozur və istifadəsində olan qeyri-yaşayış sahəsinin hüquqi qeydiyyata alınmasına razılıq verilməməsi əsassızdır. Qeyd olunur ki, həmin sahə 30 ildən artıq müddətdir müraciətçinin istifadə və sərəncamındadır və bu müddət ərzində cavabdeh tərəfindən hər hansı irad və ya tələb irəli sürülməmişdir. Sahə vaxtilə dövlət tərəfindən verilmiş, SOCAR yaradılmamışdan əvvəl də istifadə hüququ tanınmışdır.
3. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamı cavabdeh tərəfindən icra edilməmişdir.
4. Məhkəmə hesab edir ki, iddia geri götürülmüş sayılaraq iş üzrə icraata xitam verilməlidir.
5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddianın geri götürülmüş sayılmasına etiraz etmədiyini bildirdi.
6. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
II. İddianın geri götürülmüş sayılması
7. İPM-in 55.3-cü maddəsinə əsasən, məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir.
8. İPM-in 55.5-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz.
9. İş üzrə hazırlıq icraatı mərhələsində məhkəmə iclasları xx.xx.2026, xx.xx.2025-cı il tarixlərə təyin edilmiş və tərəflərə məhkəmə iclaslarının vaxtı və yeri barədə məhkəmə bildirişləri və sms xəbərdarlıq göndərilmiş, lakin iddiaçı təyin edilmiş məhkəmə iclaslarında iştirakını təmin etməmişdir.
10. Məhkəmə hesab edir ki, İPM-in 55.3-cü maddəsi iddiaçının məhkəmə icraatından yayınmasının passiv formasını müəyyən edir və iddiaçının iddiaya prosessual marağının olmamasını ifadə edir.
11. M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 aprel 2014-cü il tarixli qərarının: ...İddianın geri götürülmüş sayılması iddiadan imtina olunmasının passiv növüdür və hüquq nəzəriyyəsində iddiadan imtina edilməsinin fiksiyası adlandırılır. Belə növ iddiadan imtina edilməsi üçün iddiaçının aktiv hərəkət etməsi vacib deyil. (Konstitusiya Məhkəməsi Plenumunun “X2 şikayətinə dair” 8 iyul 2013-cü il tarixli Qərardadı).
12. İddianın geri götürülmüş sayılması mübahisənin mahiyyəti üzrə həlli ilə nəticələnmədiyindən məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır. Burada nəzərə almaq lazımdır ki, məhkəməyə müraciət etmək hüququ yalnız icraatın başlanmasını əhatə etmir, o həmçinin mübahisənin məhkəmə vasitəsilə həllini də nəzərdə tutur. Fərdlərə məhkəmədə iddia qaldırmaq hüququ verməklə həmin iş üzrə yekun qərarın qəbul olunmasının təmin edilməməsi məhkəməyə müraciət etmək hüququnu qeyri-real edərdi. (Avropa Məhkəməsinin Kutic Xorvatiyaya qarşı iş üzrə 1 mart 2002-ci il tarixli Qərarı, § 25).
13. Həmin məhdudlaşdırmanın Konstitusiyaya uyğun olub-olmamasını isə qeyd edildiyi kimi, legitim məqsədlərə nail olmağın və məhdudiyyətin mütənasibliyinin təhlilindən sonra müəyyən etmək mümkündür.
14. İPM-in 55.3-cü maddəsinin mənasına görə, iddiaçının məhkəmə icraatından yayınması faktiki olaraq onun prosessual marağının itməsi səbəbindən müvafiq qərardadın verilməsi ilə nəticələnə bilər. Burada ədalət mühakiməsinin lazımınca həyata keçirilməsi məqsədi əsas götürülür. Bu məqsəd konstitusiya əhəmiyyətli olduğundan legitim sayılmalıdır...
15. ...İPM-in 81.1-ci maddəsində müəyyən edilmiş əsas qaydaya müvafiq olaraq qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, qərardadlardan şikayət verilməsi mümkündür. Qanunverici icraata xitam verilməsi barədə qərardaddan fərqli olaraq, İPM-in 55.3-cü maddəsi əsasında qəbul edilən qərardadın mübahisələndirilməsinin qeyri-mümkünlüyünü müəyyən etməmişdir. Digər tərəfdən, İPM-in 83.3-cü maddəsində mübahisələndirilməyən qərardadların siyahısında İPM-in 55.3-cü maddəsi göstərilməmişdir...
16. ...Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənlərə və Konstitusiyanın 60-cı maddəsinin İ hissəsindən irəli gələn tələblərə uyğun olaraq hesab edir ki, İPM-in 55.3-cü maddəsi həmin Məcəllənin 55.5-ci maddəsi ilə birlikdə deyil, İPM-in 81.1-ci və 83.3-cü maddələri ilə sistemli şəkildə tətbiq olunmaqla maraqlı şəxsin apellyasiya şikayətinin verilməsi hüququ təmin edilməlidir.
17. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ:
İddiaçı münasibətdə iddia geri götürülmüş sayılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Ləman Musayeva