Məhkəmə qərarları › İş №2-1(112)-1536/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1536/2022

26.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1536/2022 26.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X9 Ağa qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində adının qeydiyyata alınmaqla çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı adnın Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1901 A saylı bağ sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o və arvadı Ağakərimova (Məmmədova) Elmira Səfər qızı Bakı Məişət Kondisionerləri zaodunda işləmişlər. Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 sayı qərarı ilə bağçılıq-yoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. “Kondisioner” Bağçılıq Birliyinin müşavirəsinin 09 nömrəli, 15 sentyabr 1987-ci il tarixli protokoluna əsasən İddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1901 A saylı bağ sahəsi onun adına verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayonu, Hövsan bağ massivində yerləşir. Bundan başqa onun adına “1553” nömrəli bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsinin “Kondisioner” bağçılıq-yoldaşlıq birliyinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Kondisioner” bağçılıq birliyinin işçilərinin siyahısında iddiaçı 244-cü sırada yer almışdır və həmin siyahı müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmişdir. Qeyd olunanları nəzərə alaraq iddiaçı ona məxsus 1901 A saylı bağ sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində adına mülkiyyət hüquqlarının qeydə alınmaqla çıxarış və texniki sənədlər verilməsini xahiş etmişdir. Lakin, cavabdeh təşkilat xx.xx.2021-ci il tarixli, **********59 nömrəli məktubla bunu etməkdən imtina etmişdir. Hesab edirlər ki, bağ sahəsinə aid daşınmaz əmlakın dövlət reyestrində onun adına mülkiyyət hüquqları qeydə alınmaqla çıxarışın və texniki sənədlərin verilməsi öhdəliyi cavabdehə həvalə edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı müvafiq tələblə **********1 nömrəli, xx.xx.2021-ci il tarixdə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, qeyd edilən “1901a” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan əlavə İdarənin arxiv məlumatlaırna əsasən İddiaçı adına “1553” nömrəli bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsi “Kondisioner” bağçılıq-yoldaşlıq birliyinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, elektron kadastr məlumatına əsasən ayrılmış bağ sahəsini bir hissəsi ayrıc aktından kənarda yerləşir və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisində düşür. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, bağ sahəsinin nömrəsinin iddia ərizəsində iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş tərəflərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan “Kondisioner” Bağçılıq Birliyinin müşavirəsinin 09 nömrəli, xx.xx.1987-ci il tarixli protokolundan çıxarışa əsasən, “Kondisioner” Bağçılıq Birliyinin müşavirəsi ilə qərara almışdır ki, sahəsi 500 kv.m olan, 1901 A nömrəli bağ sahəsi İddiaçı adına keçirilsin. İşdə olan bağ sahəsinin yerləşmə cizgisindən görünür ki, “Kondisioner” Bağçılıq Birliyi tərəfindən bağ sahəsinin yerləşmə cizgisi tərtib olunmuşdur. İşdə olan Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli, 16/358 sayı qərarından görünür ki, bağçılıq-yoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun 600 nəfər işçilərinə Hövsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. İşdə olan “Kondisioner” Bağçılıq Birliyinin sədri tərəfindən təsdiq edilmiş bağçılıq üzvlərinin siyahısından görünür ki, həmin siyahıda İddiaçı adı 244-cü sırada qeyd edilmişdir. İşdə olan cavabdeh tərəfindən iddiaçının nümayəndəsinə ünvanlanmış **********59 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubunun surətindən görünür ki, iddiaçının nümayəndəsinə bildirilmişdir ki, qeyd edilən “1901A” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. Bundan əlavə İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına “1553” nömrəli bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsinin “Kondisioner” Bağçılıq-Yoldaşlıq birliyinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İşdə olan üzvlük kitabçasının surətindən görünür ki, bağçılıq cəmiyyətinin xx.xx.1987-ci il tarixli, 09 nömrəli protokoluna əsasən İddiaçı “Kondisioner” Bağçılıq- Cəmiyyətinə üzv qəbul edilmişdir. Ona bağçılıq birliyinin bağından sahəsi 500 kv.m olan “1901A” saylı bağ sahəsi verilmişdir. İşdə olan “Kondisioner” Bağçılıq-Cəmiyyətinin sxematik xəritəsindən görünür ki, sözügedən sxematik xəritədə iddiaçıya ayrılmış “1901A” saylı bağ sahəsi öz əksini tapmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfidnən **********82 nömrəli, xx.xx.2021-ci il tarixli məktubla X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş 1553 nömrəli bağ evi ilə bağlı bütün sənədlər, həmçinin “Kondisioner” bağçılıq-yoldaşlıq birliyinin üzvlərinin siyahısı təqdim edilmişdir. Təqdim edilmiş sənədlərə əsasən müəyyən edilmişdir ki, İddiaçı müraciətinə əsasən, “Kondisioner” Bağçılıq Yoldaşlığının müşavirəsinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokolundan çıxarışa əsasən, Bakı şəhər Sovetinin xx.xx.1985-ci il tarixli, 16/385 saylı qərarı ilə Suraxanı rayonu, Hövsan qəsəbəsi bağ sahəsində yaradılmış “Kondisioner” X4 qəsəbəsi ərazisindən 500 kv.m olan 1553 nömrəli bağ sahəsinin ona verilməsi haqqında qərarı ləğv edilmiş, X1 “Kondisioner” bağçılıq-yoldaşlıq birliyinə üzvlüyünə qəbul edilməsi və ölçüsü 500 kv.m təyin edilərək, 1553 nömrəli bağ sahəsinin onun istifadəsinə verilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********87 nömrəli məktubla təqdim edilmiş Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 1900 bağ sahəsinə dair materiallar təqdim edilmişdir. Təqdim edilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, 1900 nömrəli bağ sahəsi 0.44 ha ölçüdə olmaqla X5 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il qeydiyyat tarxli, ********** nömrəsi ilə qeydiyyatdan keçmişdir. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixli, **********40 nömrəli məktubla “Kondisioner” bağçılıq yoldaşlıq birliyinə dair sənədlər təqdim edilmiş, bağçılıq yoldaşlıq birliyinin siyahısında iddiaçının adı qeyd olunmuşdur. İşdə olan “Kondisioner” bağçılıq yoldaşlıq birliyi tərəfindən məhkəməyə ünvanlanmış arayışdan görünür ki, İddiaçı və onun arvadı Ağakərimova (Məmmədova) Elmira Səfər qızı Bakı Məişət Kondisionerləri zavodunda işləmişlər. Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı ilə bağçılıq-yoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun işçilərinə Hovsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. "Kondisioner" bağçılığa ayrılmış və ayrıc aktına daxil olan 1901 saylı bağ torpaq sahəsi 1000,0 kv.m ibarət olmuşdur. 1901 saylı bağ torpaq sahəsinin 500.0 kv.m su basdığından həmin bağ torpaq sahəsinin sahibi ondan imtina etmişdir və 500.0 kv.m hissəsini rəsmiləşdirərək müvafiq çıxarış almışdır. 1901 saylı bağ torpaq sahəsinin su basmış 500.0 kv.m hissəsi 1901A nömrə altında “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin 09 nömrəli, 15 sentyabr 1987-ci il tarixli protokoluna əsasən İddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1901 A saylı bağ sahəsi onun adına verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayonu, Hövsan bağ massivində yerləşir. Bundan başqa, İddiaçı ona verilmiş 500.0 kv.m ibarət 1901 A nömrəsi altında olan bağ torpaq sahəsinin sudan qurudula bilmədiyindən ona 1553 nömrəli bağ sahəsi verilmişdir. Daha sonra İddiaçı adına verilmiş "1553” nömrəli bağ sahəsi "Kondisioner” bağçılıq-yoldaşlıq birliyin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Kondisioner" bağçılıq birliyinin işçilərinin siyahısında İddiaçı 244-cu sırada yer almışdır və həmin siyahı müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmişdir. Əlavə olaraq qeyd etmişlər ki, 1901A №-li bağ sahəsi 1901, 1922, 1922, 1923, 1924, 1925 və 1926 nömrəli bağlarla eyni cərgədə yerləşməklə qonşu bağlardır. Həmin bağlara dair “plan və ölçü" (kadastr planı) verilmiş və mülkiyyət hüquqlarının reyestrdə qeydə alınmışdır. Bundan başqa həmin cərgənin qarşısında olan cərgədə yerləşən bağlara dair mülkiyyət hüquqları reyestrdə qeydiyyata alınmışdır. Hesab edirlər ki, vətəndaş İddiaçı məxsus 1901A №-li bağa dair mülkiyyət hüquqlarının reyestrdə qeyda alınması məqsədə uyğundur. Məhkəmə ilk öncə hazırki iddianın mümkünlük şərtlərinə qiymət verməyi zəruri hesab edərək, aşağıdakıları qeyd edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). İddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş və cavabdeh tərəfindən 10 iyun 2021-ci il tarixli, **********59 nömrəli imtina məktubu almışdır. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəlincə, məhkəmə hesab edir ki, iddia mahiyyətcə də, əsaslıdır. Belə ki, məhkəmə cavabdehin imtina məktubunda əks olunan imtinanın əsasları ilə bağlı aparılmış məhkəmə araşdırması nəticəsində işin faktiki hallarına hüquqi qiymət verərək, aşağıdakıları qeyd edir: Cavabdeh imtina məktubunda göstərmişdir ki: 1) qeyd edilən “1901A” saylı bağ sahəsi bağların bölgüsünə dair sxematik xəritədə öz əksini tapmamışdır. 2) İdarənin arxiv məlumatlarına əsasən İddiaçı adına “1553” nömrəli bağ sahəsi ayrılmışdır və həmin bağ sahəsinin “Kondisioner” Bağçılıq-Yoldaşlıq birliyinin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə cavabdehin ilkin dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarına əlavə edilmiş iddiaçı tərəfindən verilmiş “Kondisioner” bağçılıq yoldaşlıq birliyi tərəfindən təsdiq edilmiş bağların bölgüsünə dair sxematik xəritədən müəyyən edilmişdir ki, “1901 A” saylı bağ sahəsi sxematik xəritədə öz əksini tapmışdır. Məhkəmə cavabdehin digər dəlilinə münasibətdə qeyd edir ki, iş materiallarında olan sənədlərə, iş üzrə göndərilmiş çoxsaylı məhkəmə sorğularına əsasən istər cavabdeh inzibati orqan tərəfindən, istərsə də, “Kondisionerlər” bağçılıq-yoldaşlıq təsərrüfatının sədri tərəfindən verilmiş məlumatlara əsasən müəyyən edilmişdir ki, İddiaçı və onun arvadı Ağakərimova (Məmmədova) Elmira Səfər qızı Bakı Məişət Kondisionerləri zavodunda işləmişlər. Bakı şəhər XDS İK-nin xx.xx.1985-ci il tarixli 16/358 saylı qərarı ilə bağçılıqyoldaşlığın yaradılması məqsədilə Bakı Məişət Kondisionerləri zavodunun işçilərinə Hovsan qəsəbəsində torpaq sahəsi ayrılmışdır. "Kondisioner" bağçılığa ayrılmış və ayrıc aktına daxil olan 1901 saylı bağ torpaq sahəsi 1000,0 kv.m ibarət olmuşdur. 1901 saylı bağ torpaq sahəsinin 500.0 kv.m su basdığından həmin bağ torpaq sahəsinin sahibi ondan imtina etmişdir və 500.0 kv.m hissəsini rəsmiləşdirərək müvafiq çıxarış almışdır. 1901 saylı bağ torpaq sahəsinin su basmış 500.0 kv.m hissəsi 1901A nömrə altında “Kondisioner” bağçılıq birliyinin müşavirəsinin 09 nömrəli, 15 sentyabr 1987-ci il tarixli protokoluna əsasən İddiaçı həmin birliyə üzv qəbul edilmiş və 1901 A saylı bağ sahəsi onun adına verilmişdir. Həmin torpaq sahəsi Suraxanı rayonu, Hövsan bağ massivində yerləşir. Bundan başqa, İddiaçı ona verilmiş 500.0 kv.m ibarət 1901 A nömrəsi altında olan bağ torpaq sahəsinin sudan quruda bilmədiyindən ona 1553 nömrəli bağ sahəsi verilmişdir. Daha sonra İddiaçı adına verilmiş "1553” nömrəli bağ sahəsi "Kondisioner” bağçılıqyoldaşlıq birliyin 08 nömrəli, xx.xx.1989-cu il tarixli protokoluna əsasən həyat yoldaşı X2 verilmiş və X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. “Kondisioner" bağçılıq birliyinin işçilərinin siyahısında İddiaçı 244-cu sırada yer almışdır və həmin siyahı müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmişdir. Əlavə olaraq qeyd etmişlər ki, 1901A №-li bağ sahəsi 1901, 1922, 1922, 1923, 1924, 1925 və 1926 nömrəli bağlarla eyni cərgədə yerləşməklə qonşusudur. Həmin bağlara dair “plan və ölçü" (kadastr planı) verilmiş və mülkiyyət hüquqlarının reyestrdə qeydə alınmışdır. Bundan başqa həmin cərgənin qarşısında olan cərgədə yerləşən bağlara dair mülkiyyət hüquqları reyestrdə qeydiyyata alınmışdır. Məhkəmə eləcə də, qeyd edir ki, imtina məktubunda olmasa da, etiraz ərizəsində cavabdeh tərəfindən iddiaçının iddia etdiyi bağ sahəsinin Dövlət Neft Şirkətinin ərazisinə düşdüyünü bildirilsə də, həmin mülahizə formal olmaqla, buna dair müvafiq təsdiqedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin imtinasında və etirazında göstərilən yuxarıda qeyd edilən əsaslar formal əsaslara söykənərək, iddiaçının qanunvericiliklə müəyyən edilmiş hüquqlarının pozulmasına səbəb olmuşdur. Məhkəmə həmçinin, iddia tələbinə tam həcmdə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən «Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyani sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir». «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 4-cü abzasına əsasən «Fərdi yaşayış evlərinin, həyətyani sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir». Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən «Torpaq üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və reyestrdən çıxarışla rəsmiləşdirilir». «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıqyoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış (8.0.7) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti) tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, «Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir». Azərbaycan Respublikası Konstitusiyasının Vİ hissəsinə əsasən mərkəzi icra hakimiyyəti orqanlarının fərmanları, aktları Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına və Azəbraycan Respublikası Nazirlər Kabinetinin qərarlarına zidd olmamalıdır. Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası MPM-nin 13.1-ci maddəsinə əsasən məhkəmə mübahisələri Azəbraycan Respublikasının Konstitusiyasına, referendumla qəbul edilən hüquqi aktlara, qanunlara, Azəbraycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarına, habelə Azərbaycan Respublikasının tərəfdar olduğu beynəlxalq müqavilələrə əsasən həll edir. 13.2-ci maddəsinə əsasən məhkəmə işə baxarkən normativ hüquqi aktlar arasında ziddiyyət aşkar edirsə, o, daha yüksək hüquqi qüvvəyə malik olan normativ hüquqi akt əsasında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan bağ massivində yerləşən 1901A saylı bağ sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əlmakın dövlət reyestrində qeydiyyata alınaraq müvafiq çıxarışın və torpaq sahəsinin plan-ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar