Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1536/2023 11.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi öhdəliyinin qoyulması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək ünvan 1 ünvanında yerləşən, yaşayış binasının, yaşayış sahəsi, 37,0 kv.metr olan, 7 saylı, 3 (üç) otaqlı mənzilinin adına özəlləşdirilməsinin və bu barədə ona müvafiq Çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, yaşayış sahəsinə 1999-cu ilin 05 may tarixindən pasport qeydiyyatına götürüldüyü və ailəsi ilə yaşadığı ünvan 1 ünvanında yerləşən, yaşayış binasının, yaşayış sahəsi, 37,0 kv.metr olan, 7 saylı, 3(üç) otaqlı mənzil uzun illərdir ki, iddiaçı və ailə üzvləri (əri və oğlu) qanuni istifadəsindədədir və mənzilin kirayə müqaviləsi onunla bağlanıb və şəxsi hesab vərəqəsi onun adına açılıb. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.5-ci bəndində göstərilir ki, 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri eləcə də Qanunun 8.0.11-ci maddəsində bildirldiyi kimi Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. O, qeyd olunanları əsas götürərək müvafiq sənədlərlə cavabdeh DƏDRX-nin 1 saylı Ərazi İdarəsinə (bundan sonra cavabdeh) müraciət edərək - ünvan 1 ünvanında yerləşən, yaşayış binasının, yaşayış sahəsi, 37,0 kv.metr olan, 7 saylı, 3(üç) otaqlı mənzilinin adına özəlləşdirilməsinin və bu barədə ona müvafiq Çıxarışın verilməsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan isə tələbini icra etməyərək ona ünvanlandığı sonuncu, **********45 №-li, 31 may 2022-ci il tarixli məktubunda müraciətinə baxıldığını və hətta təkrar baxıldığını bildirilərək əvvəlki xx.xx.2022-ci il tarixli, **********80 №-li məktubla cavablandırıldığını bildirirərək “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci -addəsinə istinad edilir. Eləcə də, hər iki cavab məktubunda verilən cavabın tələbinə imtina sayılmadığı qeyd olunur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində qeyd olunanlara görə o yaşadığı mənzili özəlləşdirmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti 1 saylı Bakı Ərazi İdarəsinə yazılı ərizəsi ilə müraciət etməli və həmin ərizəyə, mənzilin özəlləşdirilməsinə razılıqları barədə ərizəçi ilə həmin mənzildə birlikdə yaşayan, mənzil sahəsinə hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə hüququ saxlanılan şəxslərin ərizələrini, mənzilin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının 2 nömrəli Forma arayışını, mənzil səhəsinin orderini və ya mənzil kirayə müqaviləsini, yaxud onun verilməsinə dair sərəncamı əlavə etməlidir. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11 -ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək yəni, 2009-cu ilin bir oktyabr tarixinədək dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır İddiaçının müraciətinə qoşma etdiyi sənədlər aşkar surətdə mənzilin 1988-ci il tarixdən qanuni istifadəçisinin o və ailə üzvlərinin olduğunu təsdiq edir və buna əlavə olaraq sözügedən mənzilin kirayə müqaviləsi və adına açılan şəxsi hesab vərəqəsi də bunu bir daha təsdiq edir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən onun istifadəsində olan mənzili əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququnun olması cavabdeh inzibati orqanın tələbindən imtinasının əsassız olduğunu deməyə əsas verir. Cavabdehin imtina sayılmadığını bildirdiyi cavab məktubları faktiki olaraq tələbinin icrasından imtinadır və qanunsuz hərəkətsizlikdir. Ona görə də iddiaçı hesab edir ki, cavabdehin tələbindən belə dolayısı yolla imtinası tələbi ilə əlaqədar qanunsuz hərəkət və hərəkərtsizlik sayılmalıdır və tələbinin təmin olunması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır.
3. İddiaçının müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, qeyd olunan mənzil ilə bağlı onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd olunmuşdur.
4. İddiaçının təkrar müraciətinə cavab olaraq cavabdeh orqan tərəfindən bildirilmişdir ki, qeyd olunan məsələ ilə bağlı müraciətə **********80 nömrəli xx.xx.2022-ci il tarixli məktubla cavab verilmişdir. Həmçinin, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmadığı qeyd olunmuşdur.
5. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etiraza əsasən bildirilmişdir ki, iddiaçı tərəfindən qeyd olunan ünvanda yerləşən mənzilə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquq müəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin iddiaçı tərəfindən əlavə edilən qeyd olunan mənzilə dair Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti başçısının 164 saylı sərəncamı xx.xx.2021-ci il tarixində verilmişdir. Bu səbəbdən ərizənin icrası mümkün olmamış və vətəndaşa **********31 saylı, xx.xx.2021-ci il, **********80 saylı, xx.xx.2022-ci il və **********45 saylı, xx.xx.2022-ci tarixli məktublar ünvanlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198- İVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikasının Prezidentinin Fərmanının 2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə “yerli icra hakimiyyəti orqanları” nəzərdə tutulur. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə-vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yuxarıda qeyd olunanlara əsasən, cavabdeh orqan iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
6. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil- Kommunal İstismar Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsində yerləşən 7 saylı yaşayış binasının, yaşayış sahəsi 37.0 kv.m olan, 3 otaqlı 7 saylı mənzilinin 1999-cu ildən İddiaçı və onun ailə üzvlərinin (əri, oğlu) qanuni istifadəsində olması nəzərə almaqla Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyətinin başçısının 164 saylı 01 iyul 2021-ci il tarixli sərəncamı verilmişdir. Buna qədər mənzilin kirayəçisi olmuş M.Ş.Şamradov 20 dekabr 2013-cü ildə vəfat etmişdir. Qeyd: M.Ş.Şamradov İddiaçı babasıdır. R.Rzayev küçəsinin əvvəlki adı M.S.Ordubadi olmuşdur.
7. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Qaradağ Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil- Kommunal İstismar Birliyi 109 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsində yerləşən 7 saylı yaşayış binası yataqxana binası olmayıb, həmin binanın 7 saylı mənzili ilkin olaraq İddiaçı nənəsi, X3 və onun ailəsinin istifadəsində olmuş, onun vəfatından sonra mənzil onun oğlu X6 (İddiaçı atası) kirayəsində, yəni qanuni istifadəsində olmuşdur. Lakin bu barədə onlarla bağlanmış kirayə müqaviləsinin arxivi itdiyindən sənəd təqdim edilə bilmir. Arxiv sənədi olaraq Forma A və Forma qeydiyyat sənədlərini məhkəməyə təqdim edilmişdir.
8. Qaradağ Rayon İcra Hakimiyyətinin 01 iyul 2021-ci il tarixli 164 nömrəli Sərəncamına əsasən vətəndaş İddiaçı Qaradağ Rayon İcra Hakimiyyətinə müraciət edərək, yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, ev 7, 7 saylı mənzilin kirayə müqaviləsinin atası X6 vəfatı ilə bağlı onun adına bağlanmasına dair sərəncam verilməsini xahiş etmişdir. Vətəndaş İddiaçı Bakı şəhəri, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, ev 7, 3 otaqlı, yaşayış sahəsi 37.0 kv.m. olan 7 saylı mənzildə 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı Mirməhəmməd, oğlu Əli) yaşayır. Əvvəllər qeyd olunan mənzilin kirayəçisi M.S.Şamradov olmuşdur. Lakin o, xx.xx.2013-cü ildə vəfat etmişdir (ölüm haqqında şəhadətnamə AZ-1 № 649435). Yuxarıda qeyd olunanları, ərizəçinin müraciətini və “İctimai mənzil komissiyasının” rəyi nəzərə alınaraq Bakı şəhəri, Sahil qəsəbəsi, R.Rzayev küçəsində yerləşən 7 saylı evin, yaşayış sahəsi 37.0 kv.m. olan 3 otaqlı, 7 saylı mənzilinə 3 nəfər ailə üzvü ilə (özü, həyat yoldaşı Mirməhəmməd, oğlu Əli) İddiaçı adına kirayə müqaviləsi bağlanılması və onun həmin mənzilin kirayəçisi hesab olunmuşdur.
9. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini kirayə haqqında birtipli müqaviləyə əsasən Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, 7 nömrəli evin 37.0 kv.m yaşayış sahəsi iddiaçıya müddətsiz istifadə üçün verilmişdir.
10. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən verilmiş arayışa göstərilmişdir ki, iddiaçı həqiqətən Sahil qəsəbəsi, R.Rzayev küçəsi, 7 nömrəli 2 mərtəbəli evin 2-ci mərtəbəsində, sahəsi 37 kv.m olan 7 nömrəli 3 otaqlı mənzildə özü və ailə üzvləri (oğlu və həyat yoldaşı) ilə birlikdə yaşayır.
11. Mənzildə qeydiyyatda olan iddiaçının ailə üzvləri X8 və X1 Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsi, ev 7-də yerləşən 7 saylı mənzilin İddiaçı adına özəlləşdirilməsinə razılıq vermiş və etiraz etməmişdirlər.
12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun olaraq izahat verməklə iddia tələbinə uyğun izahat verdi.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (məhkəmə baxış iclasında) iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək məhkəməyə təqdim edilən yazılı etirazın məzmununa uyğun izahat verdi.
II. İddianın növü və mümkünlüyü
14. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
16. X13 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
17. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).
18. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).
19. Məhkəmənin presedent hüququna əsasən “əsaslı mübahisə” və ya “tutarlı iddia”nın mövcudluğu P(1)-1-lə mühafizə olunan “qanuni gözlənti”ni müəyyən etmək üçün meyar deyil. Məhkəmə nəzərə alır ki, iddianın mahiyyətində əmlak marağı olduqda “aktiv” kimi o zaman qiymətləndirilə bilər ki, milli hüquqda kifayət qədər əsası olsun, məsələn, yerli məhkəmənin presedent hüququna əsasən təsdiq edilmiş olsun (Kopecky v. Slovakia, Vilho Eskelinen and others v. Finland).
20. Milli qanunvericiliyin şərhi və tətbiqi barədə mübahisə olduqda və ərizəçinin təqdimatları yerli məhkəmələr tərəfindən rədd edildikdə, “qanuni gözlənti”nin yaranmasından söz gedə bilməz (X4 qarşı, § 65; Kopecky Slovakiyaya qarşı, § 50).
21. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.
22. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;
24. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 5-ci maddəsinə əsasən, mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər.
25. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə Bakı Şəhər Mənzil- Kommunal Təsərrüfatı Departamenti arasında müqavilənin bağlanması haqqında sərəncam xx.xx.2021-ci il tarixdə qəbul edilmiş olsa da, həmin mənzilə dair hüquq münasibətləri 2009-cu il oktyabrın 1-dək yaranmış, iddiaçı həmin mənzildə ailə üzvləri ilə birlikdə qeyd edilən mənzildə yaşamışdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti Mənzil- Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi tərəfindən bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, R.Rzayev küçəsində yerləşən 7 saylı yaşayış binası yataqxana binası olmayıb, həmin binanın 7 saylı mənzili ilkin olaraq İddiaçı nənəsi, X3 və onun ailəsinin istifadəsində olmuş, onun vəfatından sonra mənzil onun oğlu X6 (İddiaçı atası) kirayəsində, yəni qanuni istifadəsində olmuşdur. Lakin bu barədə onlarla bağlanmış kirayə müqaviləsinin arxivi itdiyindən sənədləri təqdim etmək mümkün olmamışdır. Arxiv sənədi olaraq Forma və Forma B qeydiyyat sənədlərinin təsdiq olunmuş sənədləri məhkəməyə təqdim edilmişdir.
26. İddiaçı aid Forma A qeydiyyat sənədindən görünür ki, o, xx.xx.1965-ci ildə anadan olmaqla qeyd edilən mənzildə yaşayır, hələ xx.xx.1986-cı ildə Bakı şəhəri, Qaradağ rayon İK DİŞ tərəfindən qeydiyyata alınaraq ona sovet vətəndaşının pasportu verilmişdir.
27. Belə olan təqdirdə məhkəmə hesab edir ki, həmin mənzil “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının qanununun təsir dairəsinə düşməklə faktiki olaraq kirayəçinin əvəzsiz olaraq istifadəsinə verilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı ilə müvafiq icra arasında müqavilənin bağlanması haqqında xx.xx.2021-ci il tarixli sərəncam faktiki olaraq yeni Mənzil Məcəlləsi qəbul edilən tarixədək (2009-cu il oktyabrın 1-dək) yaranmış münasibətlərin sənədləşdirilməsidir. Belə ki, həmin mənzil artıq qeyd edilən tarixə qədər iddiaçının və onun ailəsinin istifadəsində olduğundan dövlət tərəfindən əvəzsiz olaraq həmin mənzilin kirayəçisinə verilmişdir.
28. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddiaçının qeyd edilən mənzilə mülkiyyət hüququnun tanınması üçün “qanuni gözləntisi” var.
29. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir.
30. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilsin. ünvan 1 ünvanında yerləşən 7 saylı mənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququnu qeydə alınaraq daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva