Məhkəmə qərarları › İş №2-1(112)-1536/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1536/2024

09.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1536/2024 09.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X6 kаtibliyi, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Bakı şəhəri Xətai RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini və ünvan 1 ünvanda qeydiyyatının aparılmasının tapşırılması, Bakı şəhəri Xətai RPİ pasport xidmətinə iddiaçıya və ailə üzvlərinə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin tapşırılması, iddiaçı və ailə üzvlərinin yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, məhəllə 2944, 160 saylı mənzilə qeydiyyata alınmağının rəsmiləşdirilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “Bakı şəhəri Xətai RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini və ünvan 1 ünvanda qeydiyyatının aparılmasının tapşırılması, Bakı şəhəri Xətai RPİ pasport xidmətinə iddiaçıya və ailə üzvlərinə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin tapşırılması, iddiaçı və ailə üzvlərinin yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, məhəllə 2944, 160 saylı mənzilə qeydiyyata alınmağının rəsmiləşdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 03 iyun 1971-ci ildə Bakı şəhərində doğulmuş, 1978-ci ildə Bakı şəhəri Xətai rayonu 245 saylı orta məktəbin 1-ci sinfinə daxil olmuş və 1986-cı ildə bitirmişdir. 1986-cı ildən 1990-cı ildən Bakı şəhəri hərbi zavodda işləmiş, 26 oktyabr 1991-ci ildə Bakı şəhəri, Xətai rayonu VVAQ şöbəsində qeydiyyata alınmış olan X5 ilə nikaha daxil olmuşdur. 1992-ci ili aprel ayında əri ilə birgə müvəqqəti olaraq işləmək üçün Ukrayna Respublikasına getmiş və orada 2 övladı olmuşdur. 1996-cı ildə əri və iki uşağı ilə birgə Bakı şəhərinə daimi yaşayış yerimə qayıtmış, hazırda ailəsi ilə birlikdə anası X3 yanında yaşayır. 2001-ci ildə iddiaçının 3-cü uşağı olmuşdur. X8 Sergeyevna Azərbaycan vətəndaşıdır. O, ünvan 3 ünvanında yaşayır. Azərbaycan vətəndaşı olan atası Zaxarov Yuriy yuxarıda qeyd olunan ünvanda vəfat etmişdir. Əri 1971-ci il təvəllüdlü X5 hazırda iddiaçı ilə birgə yaşayır. Oğlu 1992-ci il təvəllüdlü X1 Bakı şəhəri, Xətai rayonu 245 saylı məktəbi bitirmiş və onunla birgə yaşayır. Digər oğlu 1993-cü il təvəllüdlü X2 Bakı şəhəri, Xətai rayonu 245 saylı məktəbdə təhsil alır və iddiaçı ilə birgə yaşayır. 2001-ci il təvəllüdlü oğlu X4 Bakı şəhəri, Xətai rayonu 245 saylı məktəbdə təhsil alır və iddiaçı ilə birgə yaşayır. İddiaçı Bakıya qayıtdıqdan sonra qeydiyyata alınmağı və ona şəxsiyyət vəsiqəsinin verilməsi predmeti ilə Bakı şəhəri Xətai RPİ Pasport Xidmətinə müraciət etmuş, lakin iddiaçının müraciəti təmin edilməmişdir. İmtinanın əsası kimi göstərildi ki, o, pozulmuş hüquqları ilə bağlı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etməlidir. Lakin Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etdikdə yenə də imtina cavabı aldı. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək bildirilmişdir ki, iddia tələbi iddiaya cavab verən orqan olmayan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qaldırılmışdır. İddia tələbinin Xətai rayon Polis İdarəsinə aiddir. İzah olunmuşdur ki, iddia yetkinlik yaşına çatmış ailə üzvləri adından verilməli və imzalanmalı; iddiaçıların (iddiaçı və yetkinlik yaşına çatmış hər bir ailə üzvləri) Azərbaycan Respublikası vətəndaşlığına mənsubiyyəti tanınmadığı halda, bu barədə Dövlət Miqrasiya Xidmətinin müvafiq qərarı mübahisələndirilməsi barədə iddia ilə məhkəməyə müraciət edilməli; iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl müvafiq inzibati orqana müraciət edilməsi barədə sübutlar təqdim edilməlidir. Məktubda qeyd edilmişdir ki, iş üzrə təyin edilmiş məhkəmə iclasında iddia ərizəsinin inzibati məhkəmədə baxılmasının mümkünlüyü məsələsinə baxılacaqdır. Məhkəmə tərəfindən işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə 02 avqust 2023-cü il tarixə və 09 aprel 2024-cü tarixə məhkəmə iclasları təyin edilmiş və məhkəmə iclaslarında iddiaçı özünün (və ya qanuni nümayəndəsinin) iştirakını təmin edilməsi barədə məhkəmə bildirişləri göndərilmişdir. Lakin iddiaçı məhkəmə tərəfindən üzərinə qoyduğu vəzifələri icra etməmiş, göstərilən məsələ ilə əlaqədar yazılı izahatları (vəsatətləri) təqdim etməmiş, cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının qanunvericiliyi ilə təsbit edilmiş qorunma sferasına müdaxilənin nədən ibarət olması məhkəmənin diqqətinə çatdırmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət miqrasiya Xidmətinə qarşı “Bakı şəhəri Xətai RPİ-nin Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsinə iddiaçıya Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsini və ünvan 1 ünvanda qeydiyyatının aparılmasının tapşırılması, Bakı şəhəri Xətai RPİ pasport xidmətinə iddiaçıya və ailə üzvlərinə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin verilməsinin tapşırılması, iddiaçı və ailə üzvlərinin yaşayış yeri üzrə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, məhəllə 2944, 160 saylı mənzilə qeydiyyata alınmağının rəsmiləşdirilməsi barədə iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar