Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15378/2025 19.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasını təsdiq edən arayışın verilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Oruczadə Famil Fazil oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı (üçüncü şəxs Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti) “mənzilə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olmasını təsdiq edən arayışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 fevral 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Keçmiş 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsinin (indiki Səbail RİH) 11 noyabr 1988-ci il tarixli 31/3450 nömrəli qərarına əsasən ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil 1 otaqlı mənzil ilə birləşdirilərək 54,5 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 20 saylı mənzil olaraq mərhum X4 istifadəsinə və sahibliyinə verilmişdir. AZ-İİ № 424843 ölüm haqqında şəhadətnaməyə əsasən X10 10 oktyabr 2007-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 11 oktyabr 2007-ci il tarixdə, 559 № ilə qeyd edilmişdir. 8 fevral 2025-ci il tarixli vəsiyyatnaməyə əsasən ünvan 2 ünvanında qeydiyyatda olan X2 ölən günə kimi ona məxsus olan bütün əmlakını İddiaçı (bundan sonra - iddiaçı) vəsiyyət etmişdir. AZ-İİ № 484786 ölüm haqqında şəhadətnaməyə əsasən X2 28 fevral 2025-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 04 mart 2025-ci il tarixdə, 110 № ilə qeyd edilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 5 saylı MKİS-nin 5 iyun 2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 4 saylı evin 20 saylı mənzilində xx.xx.2025-ci il tarixdən qeydiyyatda olan iddiaçı mənzilin keçmiş kirayəçisi, mərhum X4 bacısı qızıdır. 2002-ci ilin noyabr ayından iddiaçı mənzilin keçmiş sahibi mərhum X10 ilə bu mənzildə birgə yaşamış və birgə təsərrüfat aparmışdır. Nina Şumilovnanın oğlu mərhum X2 xx.xx.2025-ci il tarixdə vəfat etdikdən sonra, mənzildə yeganə qeydiyyatda olan şəxs iddiaçı bu mənzildə yaşamağa davam edib və hal - hazırda həmin mənzildə yaşayır. Mənzilə aid olan bütün kommunal xərclər, onun tərəfindən ödənilir. Mərhum X1 dəfni, keçirilən dəfn mərasimləri və bütün xərcləri xalası qızı iddiaçı tərəfindən ödənilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin Asan Xidmət Mərkəzi, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı ərazi idarəsinə ünvanlanan 11 iyun 2025-ci il tarixli, 1884 saylı məktubundan görünür ki, vərəsə iddiaçı (etibarnamə üzrə nümayəndəsi Vəkil) vərəsəlik işi ilə əlaqədar Bakı şəhəri 9 saylı notariat ofisinə müraciət edərək, miras qoyan xx.xx.2007-ci ildə vəfat etmiş, xx.xx.1922-ci il təvəllüdlü, ünvan 4 ünvanda qeydiyyatda olmuş mərhum X4 (FİN 48KHFCV) miras qalmış əmlaka (ünvan 4) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlak xx.xx.2007-ci ildə vəfat etmiş, xx.xx.1922-ci il təvəllüdlü, ünvan 5 ünvanda qeydiyyatda olmuş mərhum X4 (FİN 48KHFCV) hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadığından, ‘‘Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə və “Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışın verilməsi haqqında” Təlimatın 7-ci bəndinə uyğun olaraq miras əmlak (ünvan 5) üzərində miras qoyanın adına tərtib edilmiş arayışı (forma 37), Çıxarışı, üzərində məhdudiyyətin olub-olmaması barədə məlumat (forma 1) sorğunu təqdim edən vərəsə iddiaçının (etibarnamə üzrə nümayəndəsi Vəkil) vasitəsi ilə verilməsinin təmin edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri 9 saylı Notariat Ofisinin 28 avqust 2025-ci il tarixli məktubundan görünür ki, iddiaçı xx.xx.2007-ci il tarixdə vəfat etmiş, xx.xx.1922-ci il təvəllüdlü X4 vəsiyyətnamə üzrə vərəsəsidir. İddiaçı mübahisəli mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, “…mərhumun vərəsələrindən birinin Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi 4 saylı evin, 20 saylı mənzilinin kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və mənzilə dair kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə (qeyd olunan mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaq şərti ilə) “ASAN xidmət” mərkəzlərinə müraciət edəcəyi təqdirdə ərizədə qeyd olunan məsələyə qanunamüvafiq qaydada baxılacaqdır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinə dair order və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam əlavə edilməlidir…”. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsinin (indiki Səbail RİH) 11 noyabr 1988-ci il tarixli, 31/3450 nömrəli qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 4, 20 saylı mənzili üzərində mülkiyyət hüquqlarının mərhum X7 məxsus olmasına dair arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil 1 otaqlı mənzil ilə birləşdirilərək 54,5 (yaşayış sahəsindən ibarət) 3 otaqlı 20 saylı mənzil olaraq keçmiş 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsinin (indiki Səbail RİH) 11 noyabr 1988-ci il tarixli 31/3450 nömrəli qərarına əsasən mərhum xalası X4 istifadəsinə və sahibliyinə verilmişdir. Bundan öncə isə həmin 2 otaqlı yaşayış sahəsi 43 kv.m həmin bu mənzil 20 mart 1950-ci il tarixdə babası X9 istifadəsinə verilmişdir. Mənzilə dair xalası X4 adına mənzilə dair order də verilmişdir. Lakin bu orderin surəti evdə saxlanılmamışdır. Surətini də əldə edə bilməmişdir. 1950-ci ildən bu mənzil onların ailəsinin istifadəsində olmaqla kommunal xərcləri də öz növbəsində vaxtı ilə babası, xalası və hazırda da onun tərəfindən ödənilir. Həmin tarixdən də mənzil ayrılan vaxtdan fasiləsiz olaraq ailəsinin sahibliyi və istifadəsindədir. Xalası X10 10 oktyabr 2007-ci ildə vəfat etmişdir. 2002-ci ilin noyabr ayından bu mənzildə xalası Nina Şumilova ilə birgə yaşayaraq ümumi təsərrüfat aparmışdır. Xalası oğlu X2 də bu mənzildə qeydiyyatda olmaqla yaşamışdır. O, 04 mart 2025-ci il tarixdə dünyasını dəyişmişdir. İrsi transmissiya üzrə (X1 vəsiyyəti üzrə) mərhum xalası X4 vəsiyyətnamə üzrə vərəsəsidir. Bakı şəhəri 9 saylı Notariat Ofisində vərəsəlik işi açılmışdır. ünvan 2 ünvanına dair xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrıl və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək mülkiyyət hüquqlarının mərhum xalası X7 məxsus olması barədə (hüququn ölmüş şəxsə məxsus olması haqqında dövlət reyestrindən) arayış verilməsini xahiş etmişdir. Bunun üçün ilk növbədə Bakı şəhəri 9 saylı Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Ərizəsi əsasında mərhumə xalası X5 miras qalmış əmlaka dair vərəsəlik işi açılmışdır. Ona Notariat ofisindən vərəsəlik işinin açılmasına dair 1884 nömrəli, 11 iyun 2025-ci il tarixli məlumat məktubu verilmişdir. Həmin məlumat məktubu əsasında ********** nömrəli xx.xx.2025-ci il tarixli ərizə ilə xidmətə müraciət etmişdir. Lakin, hüquqların qeydiyyata alınması əvəzinə xx.xx.2025-ci il tarixi **********56 saylı “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə Bildiriş” verilmişdir. Hüquqların qeydiyyata alınması ilə bağlı ərizəsindən əsassız imtina edilmişdir, imtina üçün yeni-yeni bəhanələr göstərilmişdir. Belə olan halda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. “Cavabdeh təşkilatın daşınmaz əmlak üzərində hüquqların qeydə alınmasından imtina etməsi qanunaziddir və vərəsəlik və mülkiyyət hüquqlarının pozulmasına səbəb olur. Buna görə də hesab edir ki, məhkəmə bəhs edilən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzili üzərində hüquqlarını miras qoyan X7 məxsus olmasına dair arayış verilməsi barədə cavabdeh təşkilatın üzərinə öhdəlik qoymalıdır.. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi iddiaya yazılı etiraz təqdim edərək iddianın mümkün hesab edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz imtina məktubu ilə eyni məzmunludur. Məhkəmənin xx.xx.2026-cı il tarixli iclasında protokol qərardadı ilə, hazırki iş üzrə cavabdeh DƏDKR 1 saylı Bakı Ərazi İdarəsi hüquqi varislik qaydasında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinə ünvanlanmış 2025-ci il 01 dekabr tarixli, 3-21-3-02/2-12569/2025 saylı məktuba əsasən Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F-110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra –DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Həyata keçirilmiş yeni struktur dəyişikliklərinə görə ərazi idarələri artıq DƏDKR-in strukturuna daxil olan bölmə kimi fəaliyyət göstərir ki, bu halda, onların məhkəmə işlərində müstəqil tərəf kimi çıxış etmək üçün prosessual fəaliyyət qabiliyyəti yoxdur. Bu hüquq DƏDKR-nin özünə məxsusdur. Bununla yanaşı, nəzərə alınmalıdır ki, müvafiq təşkilati xarakterli tədbirlər çərçivəsində ərazi idarələrinin məsul şəxslərinə sənədlərin, o cümlədən məhkəmə işləri ilə bağlı iddia ərizələrinin, etibarnamələrin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, vəsatətlərin və digər sənədlərin imzalanması səlahiyyətinin verilməsi barədə DƏDKR-in İdarə Heyətinin sədri tərəfindən müvafiq əmr imzalanmışdır. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmənin əvvəlki iclasında verdiyi izahatında iddia tələbinin təmin olunmasına etirazının olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabdehin və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Keçmiş 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsinin (indiki Səbail RİH) 11 noyabr 1988-ci il tarixli 31/3450 nömrəli qərarı ilə iddiaçının mərhum xalasına ayrılmışdır. Hazırda iddianı qaldırmaqda iddiaçının hüquqi marağı həmin mənzilə mülkiyyət hüququnun vərəsəsi olduğu mərhum xalasına məxsus olmasına dair arayışın verilməsinə yönəlmişdir. Cavabdeh mənzilə dair kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma), razılıq ərizələri və kirayə müqaviləsinin bağlanması haqqında müvafiq icra hakimiyyəti orqanının sərəncamının təqdim etməməsi əsası ilə iddiaçının müraciətini təmin etməkdən imtina edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsassızdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tərəfindən ünvan 7 ünvanda yerləşən yaşayış binasına dair dövlət əmlakının Registrində qeydiyyata alınmış məlumat təqdim edilmişdir. Registrdən çıxarışa əsasən müəyyən edilir ki, ünvan 7 ünvanında yerləşən registr nömrəsi ***-*******4 olan yerli əhəmiyyətli tarixi memarlıq abidəsi olan yaşayış binası Bakı Şəhər İcra Hakimiyyəti Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Səbail Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansındadır. Məhkəmənin sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 11 sentyabr 2025-ci il tarixli məktubuna əsasən ünvan 8 ünvanında iddiaçı xx.xx.2025-ci il tarixdən hazıradək yaşayış yeri üzrə qeydiyyatdadır. Məhkəmənin sorğusuna cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin 5 saylı MKİS-nin 10 sentyabr 2025-ci il tarixli məktubuna əsasən müəyyən olunur ki, Xaqani küçəsi 4 saylı evin 20 saylı mənzil dövlətin balansındadır. 20 saylı mənzilə 3/3450 saylı, xx.xx.1988-ci il tarixli Səbail rayon İcra Hakimiyyəti tərəfindən mərhum X6 adına sərəncam verilmişdir. X10 xx.xx.2025-ci il tarixli AZ – İİ No 424843 saylı Bakı şəhəri, Səbail rayon qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamə əsasında xx.xx.2007-ci il tarixdə vəfat etmişdir. Mənzil yaşayış təyinatlıdır. xx.xx.1952-ci il təvəllüdlü mərhum X2 xx.xx.1968-ci ildən qeydiyyatda olub və xx.xx.2025-ci il tarixli AZ - İİ No 484786 saylı Bakı şəhəri, Səbail rayon Qeydiyyat şöbəsinin verdiyi ölüm haqqında şəhadətnamə əsasında xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Həmin mənzildə faktiki Asan 2 tərəfindən verilmiş ******* saylı, xx.xx.2025-ci il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayış əsasında, xx.xx.2025-ci il tarixdən iddiaçı qeydiyyatdadır. Faktiki həmin məzildə kimlərin yaşayıb - yaşamaması barədə məlumat yoxdur. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən 16 sentyabr 2025-ci il tarixli məktubuna əsasən müəyyən edilir ki, keçmiş 26 Bakı Komissarları adına rayon XDS İK-nin (indiki Səbail RİH) arxiv fondu üzrə xx.xx.1988-ci il tarixli, 31/3450 saylı qərarı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Məhkəmə qeyd edir ki, yuxarıda qeyd edildiyi kimi hazırkı iddianın növü öhdəliyin icrası haqqında iddiadır. Bu növ iddialarda ilk növbədə iddia tələbinin qanuni əsasının müəyyən edilməsi və işin hallarının həmin normanın dispozisiya şərtlərinin uyğunluğu müəyyən edilməlidir. İddia tələbinin qanuni əsasını “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0. və 8.0.11-ci maddələri və Mənzil Məcəlləsinin 146-cı maddəsi təşkil edir. Həmin normalara görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən, bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. Qeyd edilən normaların məzmununa əsasən, mərhum X4 mübahisələndirilən mənzil sahəsini özəlləşdirmək hüququ olsa da, o, bu hüququnu realizə etmədən vəfat etmişdir. Məhkəmə qeyd edir ki, şəxsin vəfat etməsi onun mülkiyyət hüquqlarının xitamına səbəb olmur, əksinə qanun və ya vəsiyyət üzrə vərəsəsinə ötürülür. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 oktyabr 2015-ci il tarixli, 319 nömrəli qərarı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydə alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair arayışın verilməsi haqqında Təlimat”ın (2 nömrəli əlavənin) 7.2-ci bəndinə əsasən Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs bu əmlak barədə məlumatın dövlət reyestrinə daxil edilməsi və (və ya) onun üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün zəruri sənədlərlə ərazi idarəsinə müraciət etmədən öldükdə, həmin sənədlər onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələri tərəfindən təqdim edildikdə, bu Təlimatın 7.1-ci bəndində göstərilən qaydada elektron çıxarış tərtib edilir. Həmin Təlimatın 7.1-ci bəndinə görə, Qanunun 8-ci maddəsində göstərilmiş əsaslara görə daşınmaz əmlak üzərində sahiblik və ya istifadə hüququ əldə etmiş şəxs ərazi idarəsinə müraciət etdiyi halda, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə reyestrdən çıxarış (bundan sonra - çıxarış) almadan vəfat etdikdə, onun notarius tərəfindən müəyyən edilən qanun və ya vəsiyyət üzrə vərəsələrinin müraciəti əsasında vəfat etmiş şəxsin adına elektron çıxarış tərtib edilir. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında“ Аzərbаycаn Rеspublikаsının Qаnununun: 4-cü maddəsinə əsasən, dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir; 9-cu maddəsinin birinci abzasına əsasən, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. 8-ci maddəsinə əsasən mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil-istismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam “olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Sadalanan normalardan göründüyü kimi, dövlət və ya ictimai mənzil fondundan yaşayış sahələri; 1) müvafiq icra hakimiyyəti orqanının (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 10 avqust 2004-cü il tarixli 113 nömrəli Fərmanının 4.2.8-ci yarımbəndinə əsasən yerli icra hakimiyyəti orqanları) sərəncamı; 2) order; 3) və ya mənzil kirayəsi müqaviləsi ilə verilir və qeyd edilən hər üçün sənəd daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Şəxsin dövlət mənzil fondunun mənzilini özəlləşdirmək hüququnu əldə edən və saxlayan hesab olunması üçün: 1) onun belə bir hüququ “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən yaranmış olmalıdır; 2) bu hüququn yaranması anı xx.xx.2009-cu il tarixdən əvvələ təsadüf etməlidir. Yəni Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən iddiaçının dövlət mənzil fondunda olan mübahisəli mənzili “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1 və 8-ci maddələrinə əsasən əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ o vaxt yaranmış və saxlanmış olur ki, onun bu hüququ səlahiyyətli orqanlar tərəfindən xx.xx.2009-cu il tarixədək verilmiş sərəncam və ya order yaxud bağlanmış kirayə müqaviləsinə əsaslansın. Məhkəmə qeyd edir ki, hər üç sənəd birlikdə deyil, ayrı-ayrılıqda hüquqmüəyyənedici sənəd hesab edilir. İddiaçı mənzillə bağlı mərhum nənəsinin adına verilmiş ünvan 1 ünvanında yerləşən 20 saylı mənzil Keçmiş 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsinin (indiki Səbail RİH) 11 noyabr 1988-ci il tarixli 31/3450 nömrəli qərarına istinad edir. Həmin qərar arxivdə mövcud olmaqla cavabdeh tərəfindən də mübahisələndirilmir. Həmçinin iddiaçının mərhum xalasının mübahisəli mənzillə bağlı hüquqları mənzildə 2009-cu ildən əvvəl yaranmışdır. Belə olan halda, o, 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 146.1-ci maddəsinin tələblərinə əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan və öz hüquqlarını saxlayan şəxs kimi qiymətləndirilməlidir. Göründüyü kimi, cavabdehin imtinası əsassız olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Beləliklə, yuxarıda göstərilmiş işin hallarından və tətbiq edilmiş maddi hüquq normalarından göründüyü kimi, hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinin tələbləri təmin edildiyindən, sözügedən mənzilə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. 26 Bakı Komissarı rayon X3 İcraiyyə Komitəsinin (indiki Səbail RİH) 11 noyabr 1988ci il tarixli, 31/3450 nömrəli qərarına əsasən Bakı şəhəri, Səbail rayonu, Xəqani küçəsi, ev 4, 20 saylı mənzil üzərində mülkiyyət hüquqlarının mərhum X7 məxsus olmasına dair arayışın İddiaçı verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-15378/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15378/2025
19.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver