Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1538/2020 10.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Emin Etibar oğlu Eminzadənin katibliyi İddiaçı X2, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinəqarşı “işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X6 cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi) qarşı 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, onun 14 iyun 1993-cü il tarixindən 15 sentyabr 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində bənna vəzifəsində işlədiyi illərin sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixdən yaşa görə təyin olunmuş pensiyanın yenidən hesablanması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, sonradan həmin iş Bakı İnzibati məhkəməsinin icraatına daxil olmuşdur. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1983-cü il tarixdən etibarən xx.xx.2008-ci il tarixədək müxtəlif müəssisələrdə işləmiş, bu barədə ona məxsus əmək kitabçasında müvafiq qeydlər aparılmışdır. İddiaçı ona təyin edilmiş əmək pensiyasının yenidən hesablnması barədə ərizə ilə DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə müraciət etmiş, sonuncu tərəfindən həmin müraciətə cavab olaraq bildirilmişdir ki, 1993-cü ildən 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində iş stajını qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin illərin sosial sığota stajına daxil edilməsi mümkün deyildir. Bundan başqa iddiaçı tərəfindən Milli Arxiv İdarəsinə ərizə ilə müraciət edilərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində işlədiyi dövrə aid arxiv sənədlərinin götürülməsi xahiş olunmuşdur. Sözügedən müraciətin təmin edilməsindən imtina edilmiş, cavab olaraq bildirilmişdir ki, idarədən arxiv sənədləri mühafizə üçün təhvil verilməmişdir. İddiaçı qeyd edir ki, o, 1993-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsinə bənna vəzifəsində işə qəbul edilmiş, xx.xx.2008-ci il tarixədək həmin idarədə işləmiş, daha sonra isə öz ərizəsi əsasında işdən azad edilmişdir. Hesab edilir ki, cavabdehin imtinası əsassızdır və onun 1993-cü ilin 14 iyun tarixindən 15 sentyabr 2008-ci il tarixədək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində bənna vəzifəsində işlədiyi illər sığorta stajına daxil edilməklə, xx.xx.2016-cı il tarixdən yaşa görə təyin olunmuş pensiyası yenidən hesablanmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. DSMF-nin Xətai rayon şöbəsi tərəfində iddiaya dair yazılı münasibət (etiraz) məhkəməyə təqdim edilməmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və əlavə olaraq bildirdi ki, mübahisəli dövrlərdə işləməsi işdə olan Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş arayış ilə təsdiq olunur. Belə olan halda hesab edir ki, cavabdeh orqan onun müraciətini əsaslı şəkildə araşdırmadan qanunsuz imtina cavabı vermişdir. Sonda iddiaçı göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etməyərək, imtina məktubunda göstərilənlərə uyğun izahat verdi və iddianın təmin edilməməsiniməhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaçının pensiya işində olan sənədlərdən məlum olur ki, X3 DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 78 saylı, xx.xx.2016-cı il tarixli qərarı ilə yaşa görə əmək pensiyası təyin edilmişdir. Bundan başqa, iş materiallarına əlavə edilmiş: - İddiaçıya məxsus 02 avqust 1973-cü il tarixdə açılmış əmək kitabçasının tərcümə edilməklə notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X6 32 saylı xx.xx.1993-cü il tarixli əmrə əsasən xx.xx.1993-cü il tarixdən 1 nömrəli Bakı Elmi-İstehsalat İdarəsinə 5-ci dərəcəli bənnaçı qəbul edilmiş, 1 saylı xx.xx.2008-ci il tarixli əmrlə xx.xx.2008-ci il tarixdən öz xahişi ilə işdən azad edilmişdir (kadrlar üzrə inspektorun imzası və möhür var); - Xətai RPİ tərəfindən xx.xx.2011-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, xx.xx.1953-cü ildə Tərtər rayonunda doğulmuş X6 yaşayış yeri üzrə ünvan 2 ünvanında qeydiyyatdadır; - Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 157-03-S-9 saylı arayışda aşağıdakılar göstərilmişdir: “1. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 469 nömrəli xx.xx.2006-cı il tarixli əmri ilə 1 №-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinin Bazasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılmışdır;
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci il 19 may tarixli 115 №li Qərarı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı X5 Müdiriyyəti yaradılmışdır;
3. Azərbaycan Respublikasının Prezidentinin 2014-cü il 18 dekabr tarixli 409 №-lı Fərmanı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində təsərrüfathesablı X5 Müdiriyyətinin bazasında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yaradılmışdır;
4. “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyun tarixli 119 nömrəli Fərmanı ilə ‘Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturu”, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə” və “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti haqqında Əsasnamə” təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında X10, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətində 1№-li Bakı Elmi-Bərpa İstehsalat İdarəsinə aid sənəd olmadığından, “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 №-li Qərarına əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd olduğu üçün vətəndaş X1 təqdim etdiyi “Əmək kitabçasındakı 28-ci və 29-cu səhifələrdəki qeydə əsasən onun Azərbaycan Respublikası Mədəniyyət və Turizmi Nazirliyinin 1 nömrəli Bakı Elmi-Bərpa İstehsalat İdarəsində işlədiyi görünür”; - DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 26 dekabr 2018-ci il tarixli, **********9 saylı məktubdan müəyyən olunur ki, DSMF-nin Xətai rayon şöbəsinə daxil olmuş iddiaçının ərizəsinə baxılmış, cavab olaraq bildirilmişdir ki, vətəndaşların əmək pensiyası hüququnun yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunu ilə tənzimlənir. X2 1993cü ildən 2008-ci ilədək olan iş stajını yerində qarşılıqlı yoxlamaq mümkün olmadığından həmin illər sosial sığota stajına daxil edilə bilməz. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Məhkəmə, cavabdehin dəlillərini əsaslı hesab etmir ona görə ki, “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan: -inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; -maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; -inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; -təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Göründüyü kimi, pensiya təyin edən cavabdeh orqan iddiaçının xeyrinə olan sübutları toplayıb iddiaçının xeyrinə olan halları araşdırmaqdan yayınmış, bununla da inzibati qanunvericiliyin sözügedən tələblərini pozmuşdur. Bundan əlavə, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası DSMF-nin 17 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş (xx.xx.2011-ci il tarixdə Hüquqi aktların dövlət reyestrinə daxil edilmiş) “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 4.3.3-1-ci (Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 29.08.2013cü il tarixli 11 nömrəli qərarı ilə əlavə edilmişdir) bəndinə görə sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 01 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qaydaların 4.3.3-cü yarımbəndində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1993-cü il tarixdənxx.xx.2008-ci il tarixə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizmi Nazirliyinin1 nömrəli Bakı Elmi-istehsalat idarəsində işləməsi işə əlavə edilmiş arayışla təsdiq olunur ki, bu halda da cavabdehin imtina məktubunda göstərilən hal iddiaçının işlədiyi müddətin sığorta stajı kimi ona əmək pensiyası hesablanarkən nəzərə alınmaması üçün əsas ola bilməz. Məhkəmənin gəldiyi nəticəyə görə, pensiyaçılara əmək pensiyasının düzgün hesablanmaması onların artıq qazanmış olduqları mülkiyyətdən məhrum edilməsi deməkdir. Bu isə Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyətin toxunulmazlığı prinsipinə ziddir. Əmək pensiyası qanunda nəzərdə tutulmuş qaydalara və şərtlərə müvafiq olaraq vətəndaşlara verilən aylıq pul ödənişi olmaqla onların mülkiyyətini təşkil edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, pensiya hüququ Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin təsir dairəsinə düşür. Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, əvvəllər ödəmələrin edilməsi ilə şərtləndirilməsindən asılı olmayaraq, sosial dəstək tədbirlərindən söhbət getdikdə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə dair işlər üzrə ümumilikdə tətbiq olunan bütün prinsiplər bərabər şəkildə qüvvədə qalırlar (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77). İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçı X2 xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin1 nömrəli Bakı Elmi-istehsalat idarəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 2016-cı ildən yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. X2 xx.xx.1993-cü il tarixdən xx.xx.2008-ci il tarixə kimi Azərbaycan Respublikası Mədəniyyət və Turizmi Nazirliyinin 1 nömrəli Bakı Elmi-İstehsalat İdarəsində işlədiyi müddətin ümumi sosial sığorta stajına daxil edilərək, ona 2016-cı ildən yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati kollegiyasına (ünvan: ünvan 5
SƏDRLİK EDƏN: Mehriban Qarayeva