Məhkəmə qərarları › İş №2-1(112)-1539/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1539/2024

05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1539/2024 05.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, İddiaçının nümayəndəsi X5, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs X4, Üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı (üçüncü şəxs X9) “sərəncamın ləğv edilməsi və sair” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin X9 tərəfindən özəlləşdirilməsinin etibarsız hesab edilməsi, X4 adına verilmiş xx.xx.2002-ci il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnamənin, həmin qeyri-yaşayış sahəsinə dair tərtib edilmiş xx.xx.2002-ci il tarixli texniki pasportun, həmin sənədlər əsasında verilmiş xx.xx.2019-cu il tarixli texniki pasportun və çıxarışın ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə X9 iş üzrə üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddiaçı daha sonra iddianın dəyişdirilməsi barədə ərizələr təqdim edərək, yekunda 15,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi barəsində ünvan 1 ünvanında yerləşən və Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi kimi daşınmaz dövlət əmlakı haqqında registrdə ***-*******1-013 nömrə ilə aparılmış qeydin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli 175 saylı sərəncamının, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə X9 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1902 nömrəli xx.xx.2002-ci il tarixli İcarə müqaviləsinin, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamının, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə X9 arasında bağlanmış xx.xx.2002-ci il tarixli 866 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 001951 qeydiyyat nömrəli Şəhadətnamənin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01001 1000178-05101-083025 reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kvm olan hissədə) olan hissəsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddianın dəyişdirilməsi qəbul edilmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin Dövlət əmlakının icarəyə verilməsi, özəlləşdirilməsi və torpaq idarəsi ilə X9 arasında bağlanmış dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında 1902 nömrəli xx.xx.2002-ci il tarixli İcarə müqaviləsinin, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti ilə X9 arasında bağlanmış xx.xx.2002-ci il tarixli 866 nömrəli icarəyə verilmiş əmlakın alqı-satqısı müqaviləsinin ona aid olan hissəsinin (15.1 kv.m hissədə), Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 01001 1000178-05101-083025 reyestr nömrəli texniki pasportun ona aid olan hissəsinin (15.1 kv.m hissədə) və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli Çıxarışın ona aid (15.1 kv.m olan hissədə) olan hissəsinin ləğv edilməsi hissəsində iddia mümkün sayılmamışdır. İİ Tərəflərin əsaslandırılması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında, doqquzmərtəbəli yaşayış binasının birinci mərtəbəsində 69.8 kv.m qeyri-yaşayış sahəsini 2000-ci ildə almışdır. Həmin obyekt hal-hazırda “KapitalBank”ın filialı kimi fəaliyyət göstərir. Qeyri-yaşayış sahəsi yer səthindən hündürdə olduğu üçün obyektə giriş-çıxış üçün Xətai Rayon İcra Hakimiyyəti başçısının razılığı ilə öz hesabına pilləkan tikmişdir. Pilləkanı tikəndən sonra pilləkanaltı sahəni, 20.5 kv.m sahəni təmir edib, istifadə üçün yararlı vəziyyətə gətirmişdir. 22 ildən artıqdır ki, həmin sahədən sahibkarlıq fəaliyyəti üçün istifadə edir, bələdiyyəyə əmlak vergisini ödəyir. Qeyd etdiyi tikili M.Hadi küçəsi, 73 nömrəli binanın ilkin layihəsindən kənar tikilmişdir. Xətai Rayon İcra Hakimiyyəti, 97 nömrəli MKİS, Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyi və digər orqanlar “KapitalBank” kimi fəaliyyət göstərən obyektin qarşısındakı pilləkənların altındakı sahənin onun istifadəsində olmasını təsdiq edirlər. Qonşu obyektin sahibi X9 M.Hadi küçəsi, 73 nömrəli binanın yarımzirzəmisində olan 34.7 kv.m qeyri-yaşayış sahəsini 01 iyul 2002-ci il tarixdə özəlləşdirmişdir. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında Şəhadətnaməsini almışdır. Həmin qeyri-yaşayış sahəsi doqquzmərtəbəli binanın yarımzirzəmisində yerləşir və dövlət hesabına tikilmişdir. X9 özünə məxsus qeyri-yaşayış sahəsinə texniki pasport alarkən qanunsuz olaraq onun istifadəsində olan 20.5 kv.m qeyri-yaşayış sahəsinin 11.5 kv.metr hissəsini öz ərazisinə aid etmiş və texniki pasportda qeyd edilmişdir. X9 özünə məxsus sahəyə çıxarış alarkən qanunsuz və əsassız olaraq iddiaçıya məxsus sahənin 11.5 kv.m hissəsini də texniki pasportda öz sahəsi kimi göstərmişdir. Mübahisəli qeyri-yaşayış sahəsi 20 ildən artıqdır ki, iddiaçının istifadəsindədir. Ona görə də, qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən hazırkı iddia üzrə subyektiv hüququ vardır. İddiaçı yuxarıda qeyd etdiyi tələblə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə dəfələrlə müraciət etmiş, Xidmətin səlahiyyətli şəxslərinin qəbulunda olmuşdur. Əmlak Məsələləri Dövlət Xidmətinin yazılı cavabında göstərilir ki, Xidmətin əməkdaşları tərəfindən qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı X9 tərəfindən özəlləşdirilmiş 11.5 kv. m qeyri-yaşayış sahəsinin cizgidə göstərilmiş daxili ölçüləri ilə faktiki ölçülər arasında uyğunsuzluq olduğu, həmçinin həmin sahəyə cizgidə giriş qapısının mövcud olmadığı və giriş qapısının isə pəncərə boşluğu kimi göstərildiyi məlum olmuşdur. Eyni zamanda Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi xx.xx.2021-ci il tarixli, A-36 və xx.xx.2022-ci il tarixli, A-23 nömrəli məktubları ilə həmin sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Xətai rayonu, M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən yaşayış binasının tikinti layihəsinə aid olmadığını və dövlət vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətininin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın pilləkənaltı sahəsinin özəlləşdirilməsi ilə bağlı bildirilir ki, pilləkənlar və pilləkənaltı sahələr ümumi istifadədə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Yaranmış mübahisə inzibati orqan tərəfindən həll olunmadığı üçün məhkəməyə müarciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddiaya dair yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəməyə iddia tələbinə dair xx.xx.2024-cü il tarixli mülahizə təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmiş və bildirmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixli iddianın dəqiqləşdirilməsinə dair ərizəsi tamamilə qanunsuzdur, belə ki, iddiaçı sözügedən iddianın verilməsi müddətini buraxmışdır. Bu halda müddəti ötürülmüş iddia ərizəsinə dəqiqləşdirilməsi barədə ərizənin yazılması tamamilə əsassızdır. Bununla belə iddiaçının sözügedən əmlaka subyektiv hüququ yoxdur. Sözügedən dəqiqləşdirmədən də aydın olduğu kimi, iddiaçı, registrdən verilmiş texniki pasporta düzəliş verilməsi, registdə qeydiyyata alınması üçün əsas olmuş sözügedən kirayə müqaviləsinin ləğv edilməsi, həmçinin də həmin kirayə müqaviləsinin bağlanması ilə bağlı qəbul edilmiş sərəncamın ləğv edilməsini (“şəxsinə aid olan hissədə”) tələb edir. Sözügedən mübahisələndirilən sənədlərə inzibati akt kimi baxılsa, qanunverici inzibati prosessual məcəllədə bu kimi inzibati aktlardan mübahisələndirmə iddiası növündə iddia tələbinin verilməsi üçün prossessual müddət (30 gün) müəyyən etmişdir. Halbuki iddiaçı inzibati aktın qəbulundan 20 ildən sonra iddia tələbi irəli sürməsi, hətda sözügedən 20 il ərzində bu inzibati aktların qəbulundan xəbərdar olmaması tamamilə absurddur. İşdə olan xx.xx.2001-ci il tarixli və xx.xx.2002-ci il tarixli dövlət əmlakının icarəyə verilməsi haqqında 652 və 1902 saylı icarə müqaviləsindən görünür ki, ünvan 3 ünvanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisindəki 19.5 və 15.1 kv.metr qeyri-yaşayış sahəsi X4 icarəsinə verilmişdir. Həmin 34.7 kv.metr qeyri-yaşayış sahəsi ilə bağlı xx.xx.2002-ci il tarixdə tərtib edilmiş texniki-paspordan görünür ki, boş otaq 19.6 kv. metr, dəhliz 3.6 kv.metr, anbar isə 11.5 kv.metr müəyyən edilmiş, həmin sahələrin yerləşmə vəziyyəti əks edilmişdir. İşin materiallarına əlavə edilmiş X9 daha sonra Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 34.7 kv.metr hissəsini AR İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdiriləməsi Departamentinin "Dövlət Əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında'’ xx.xx.2022-ci il tarixli 001951 nömrəli şəhadətnamə, 32.5 kv.metr hissəsini xx.xx.2010-cu il tarixli. 3728 saylı "İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi" əsasında 30.7 kv.metr hissəsini isə xx.xx.2013-cü il tarixli, 5051 saylı "İcarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsi" əsasında özəlləşdirilmiş və onun mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, çıxarış və xx.xx.2019-cu il tarixdə texniki pasport verilmişdir. Göründüyü kimi, iddiaçının mübahisələndirdiyi 11.5 kv.metr sahə qeyd edilən özəlləşdirilmiş əmlakın bir hissəsi olmuş, həmin əmlak barəsində xx.xx.2019-cu il tarixdə tərtib edilmiş texniki pasport ilkin texniki pasporta, yəni xx.xx.2002-ci il tarixdə Əmlakın İnventarlaşdırılma Bürosu tərəfindən tərtib edilmiş texniki pasporta uyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs və onun nümayəndəsi iddiaya etiraz edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdilər. İİİ Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunan: - Xətai Rayon MKTB-nin balansında olan daşınmaz dövlət əmlakı haqqında registrdən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 9 mərtəbəli binanın yarımzirzəmisində yerləşən sahəsi 19, 6 kv.metr qeyri-yaşayış sahəsi ***-*******1-002 nömrə ilə, sahəsi 15.1 kv.metr olan qeyri-yaşayış sahəsi ***-*******1-013 nömrə ilə registrdə qeydə alınmışdır. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2001-ci il tarixli 232 saylı sərəncamına əsasən M.Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 19,5 m2 olan ünvan 4nın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsi, Departamentin xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncamına əsasən isə Hadi küçəsi, 73 ünvanında yerləşən ümumi sahəsi 15.1 m2 olan ünvan 4nın yarımzirzəmisindəki qeyri-yaşayış sahəsinin X6 icarəyə verilməsi qərara alınmışdır. - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2001-ci il tarixli 652 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti) xx.xx.2001-ci il tarixli 232 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr № ***-*******1-002) ünvanında yerləşən ümumi sahəsi 19,5 m2 təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (X9) müddətli istifadəsinə vermişdir. - Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqaviləsindən görünür ki, icarəyəverən (Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti) xx.xx.2002-ci il tarixli, 175 saylı sərəncama əsasən Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 (registr № ***-*******1-013) ünvanında yerləşən ümumi sahəsi 15.1 m2 təşkil edən Xətai rayon MKTB-nin balansında olan qeyri-yaşayış sahəsini xidmət məqsədi ilə icarəçinin (X9) müddətli istifadəsinə vermişdir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən tərtib edilmiş ünvan 8 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx.xx.2002-ci il tarixli texniki pasportdan görünür ki, qeyri-yaşayış sahəsi 3,6 kv.metr dəhliz, 19.6 kv.metr boş otaq və 11.5 kv.metr anbar olmaqla, ümumilikdə 34.7 kv.metr sahədən ibarətdir. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2000-ci il tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət əmlakının qiymətləndirilməsi haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Özəlləşdirilən dövlət müəssisələrinin (obyektlərinin) ilkin qiymətinə tətbiq edilən əmsalların təsdiq edilməsi barədə» xx.xx.2001ci il tarixli 23 nömrəli Qərarına uyğun qiymətləndirilmiş MKTB-nin balansında olan M.Hadi küçəsi, ev 73 ünvanında yerləşən 9 mərtəbəli binanın y/zirzəmisində yerləşən xx.xx.2001ci il tarixli 652 nömrəli və xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X4 icarəsinə verilmiş 34.7 kv.metr qeyri yaşayış sahəsinin 100% dəyəri ilə icarəçiyə satın alınmaq üçün təklif edilməsi, həmin icarə müqavilələrinin ləğv edilmiş hesab olunması qərara alınmış və Əqdlərin qeydiyyatı və mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi şöbəsinə tapşırılmışdır ki, icarəçilər icarəyə götürülmüş qeyri-yaşayış sahəsini və daşınmaz dövlət əmlakını almağa razılıq verdikləri halda onlarla Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti arasında birbaşa alqı-satqı müqaviləsi bağlanmaqla 30 (otuz) gün ərzində əmlakın dəyərinin ödənilməsini təmin etsin. - xx.xx.2002-ci il tarixli 866 saylı icarəyə verilmiş əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti xx.xx.2001-ci il tarixli 652 nömrəli və xx.xx.2002-ci il tarixli 1902 nömrəli icarə müqavilələri əsasında X4 icarəsinə verilmiş Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, 73 ünvanında yerləşən 34.7 kv.metr qeyri yaşayış sahəsini X1. - Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamenti tərəfindən verilmiş “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” xx.xx.2002-ci il tarixli 001951 qeydiyyat nömrəli şəhadətnamədən görünür ki, X9 Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən doqquzmərtəbəli binanın yarınızirzəmisindəki 34.7 kv.m qeyri-yaşayış sahəsini qüvvədə olan qanunvericilik əsasında satın almışdır. - Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 9 ünvanında yerləşən 97.9 m2 qeyri-yaşayış sahəsi (reyestr nömrəsi **********78-05101- 083025) X4 xüsusi mülkiyyətinə verilmişdir. - ünvan 9 ünvanında yerləşən **********78-05101-083025 reyestr nömrəli qeyriyaşayış sahəsinin xx.xx.2019-cu il tarixli texniki pasportundan görünür ki, qeyri-yaşayış sahəsi yarımzirzəmidə yerləşir və 3,6 kv.metr sahəsi olan dəhliz, 19,6 kvmetr sahəsi olan boş otaq, 11.5 kv.metr sahəsi olan anbar və 63.2 kv.metr sahəsi olan boş otaqlar olmaqla, ümumi sahəsi 97.9 kv.metrdən ibarətdir. İddiaçı hazırda Məhəmməd Hadi küçəsi 73 ünvanında 9 mərtəbəli binanın yarımzirzəmisində yerləşən üçüncü şəxs F.Abbasova məxsus 97.9 kv.metrdən ibarət qeyri-yaşayış sahəsinin 15.1 kv.metr hissəsinin dövlət əmlakı olmadığını, onun tərəfindən inşa edildiyini iddia edərək, həmin hissədə əmlakın özəlləşdirilməsinin ləğv edilməsini xahiş edir. a) İddianın mümkünlüyü Məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Belə ki, iddiaçı hazırda cavabdeh tərəfindən mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı qəbul edilmiş inzibati aktların və onun nəticəsində aparılmış qeydlərin ləğv edilməsini xahiş edir, hansı ki, iddiaçının bu tələbi mübahisələndirmə haqqında iddia növünə uyğundur. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM): -2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır; - 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər; - 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. - 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə qeyd edir ki, mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2015-ci il tarixli qərarı). Məhkəmə iddianın mümkünlüyünü yoxlayaraq hesab edir ki, iddiaçı həm ümumi, həm də xüsusi mümkünlük şərtlərin əməl etmişdir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, İPM-in 8.1.2-ci maddəsinə əsasən iddiaya baxmağa Bakı İnzibati Məhkəməsi səlahiyyətli olmuşdur. İddiaçının subyektiv hüququ ilə bağlı məhkəmə qeyd edir ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfat Birliyinin 97 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2020-ci il tarixli, 624 saylı arayışından görünür ki, Xətai rayonu, M.Hadi küçəsi 73 saylı ünvanda yerləşən "xxxx" ASC-nin 30 m2-lik pilləkan altı qəfəslik sahəsi İddiaçı məxsusdur. 2000-ci ildən hal-hazıradək həmən yer dərzi sexi kimi fəaliyyət göstərir. X2 (icarəyə verən) ilə X13 (icarəçi) arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanında yerləşən 20 kv.m qeyri-yaşayış sahəsi icarəyə verilmişdir. İşdə olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)- 1838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, iddiaçı X9 məhkəmədə cavabdeh X12 qarşı iddia qaldıraraq, cavabdehin ona məxsus olan ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq ona təhvil verilməsi, cavabdehdən dəymiş zərərə görə 3.600 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ruhin Abbasov isə məhkəmədə Fərman Abbasova qarşı qarşılıqlı iddia verərək, sözügedən qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs İddiaçı isə məhkəmədə Fərman Abbasova qarşı iddia verərək, qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-cu il tarixli qətnaməsi ilə Fərman Abbasovun iddiası qismən təmin edilərək, cavabdehin iddiaçıya məxsus olan ünvan 11 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması, həmin qeyri-yaşayış sahəsinin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir. Eyni zamanda Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qərardadı ilə X3rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına, habelə Tərahim X8rşı “qeyri-yaşayış sahəsinə dair Fərman Abbasovun adına verilmiş 08 may 2019-cu il tarixli Çıxarışın ləğv edilməsi, Çıxarışın verilməsi zamanı korrupsiya halına yol vermiş şəxslər barəsində xüsusi qərardad çıxarılmaqla prokurora məlumat verilməsi” iddiasına dair hissələrdə işin icraatına işə ümumi məhkəmədə baxılmalı olmadığına görə xitam verilmişdir. Həmin Qətnamədən üçüncü şəxs İddiaçı apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı Fərman Abbasov apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən- iddianın təmin olunmayan hissəsində ləğv edilib, həmin hissədə də iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, iş üzrə Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin 02 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Üçüncü şəxs İddiaçı kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Ruhin Abbasov kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-1838/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə üçüncü şəxs İddiaçı və cavabdeh X10 ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməyərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 oktyabr 2021-ci il tarixli, 2(103)-8657/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qərarı bununla əsaslandırılmışdır ki, “...əgər sözügedən qeyri-yaşayış sahəsinə iddiaçının mülkiyyət hüququnun qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat dəyişdirilmişsə və bunun nəticəsində həmin qeyri-yaşayış sahəsinə olan hüququna toxunulmuş cavabdeh və ya üçüncü şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında ayrıca birinci instansiya məhkəməsində iddia qaldıra bilər (Mülki Məcəllənin 149.2-ci maddəsi). ... mülkiyyətçi olaraq iddiaçı özgəsinin, yəni cavabdeh Ruhin Abbasovun qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməkdə haqlı olub. Belə ki, cavabdeh Ruhin Abbasovun ümumiyyətlə mübahisəli qeyri-yaşayış sahəsinə heç bir hüququ yoxdur və iddiaçının mülkiyyət hüququ, tələb olunan qeyri-yaşayış sahəsi ilə bağlı onunla hər hansı müqavilə münasibətində olan şəxs tərəfindən deyil, tamamilə kənar bir şəxs, yəni cavabdeh Ruhin Abbasov tərəfindən pozulub, bu isə yolverilməzdir. Cavabdeh Ruhin Abbasov kassasiya şikayətində sözügedən qeyri-yaşayış sahəsinin iddiaçıya deyil, üçüncü şəxs İddiaçı məxsus olduğunu, həmin qeyri-yaşayış sahəsindən sonuncunun razılığı ilə qanuni əsaslarla istifadə etdiyini göstərsə də, etirazının əsası kimi istinad etdiyi halları təsdiq etmək üçün nə birinci, nə də apellyasiya instansiyası məhkəməsinə heç bir sübut təqdim etməyib. ...Əksinə, işdən görünür ki, cavabdeh Ruhin Abbasov mübahisəli qeyri-yaşayış sahəsindən heç bir hüquqi əsası olmadan istifadə edib, həmin qeyri-yaşayış sahəsinə dair üçüncü şəxs İddiaçıla Xətai rayon MKTB arasında bağlanmış “Qeyri-yaşayış sahələri üzrə istismar yığımı haqqında” birtipli 25 dekabr 2019-cu il tarixli müqaviləyə gəlincə isə həmin müqavilənin predmetini qeyri-yaşayış sahələri üzrə istismar yığımının ödənilməsi təkil edir və müqavilə 25 dekabr 2019-cu ildən 31 dekabr 2020-ci il tarixədək bağlanıb. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, sözügedən müqavilə ümumiyyətlə qeyri-yaşayış sahəsinə hüquq əldə edilməsi üçün əsas hesab edilə bilməz və bu növ müqavilələr adətən istismar yığımının ödənilməsi üçün bağlanır. Bundan başqa, sözügedən müqavilənin müddəti artıq 31 dekabr 2020-ci il tarixdə bitib. Ona görə də cavabdeh Ruhin Abbasovun sözügedən müqaviləyə istinad edib hazırki iddiaya etiraz etməsi qanuni və əsaslı sayıla bilməz və üçüncü şəxs İddiaçıla belə bir müqavilənin bağlanması cavabdeh Ruhin Abbasovun mübahisəli qeyri-yaşayış sahəsindən çıxarılmasına mane olan hal kimi qiymətləndirilə bilməz.” Məhkəmə qeyd edir ki, istinad olunan sənədlərdən məlum olur ki, mübahisəli qeyriyaşayış sahəsi faktiki olaraq 20 ildən artıq iddiaçının istifadəsində olmuş, hətta həmin qeyri-yaşayış sahəsinin sahibi kimi digər şəxsə icarəyə vermişdir. Buna görə də məhkəmə hesab edir ki, iddiaçının sahibliyində olmuş əmlakın başqasının adına özəlləşdirilməsi ilə bağlı hazırkı məzmunda iddianı qaldırmaq üçün subyektiv hüququ vardır. İddia müddətinə gəldikdə, məhkəmə qeyd edir ki, “İnzibati icraat haqqında” Qanunun 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 62.3-cü maddəsinə görə bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qayda maraqlı şəxsin inzibati aktı almadığı və ya gec aldığı hallara şamil olunmur. Maraqlı şəxs inzibati aktı almadığını və ya gec aldığını iddia etdiyi hallarda, aktın ona təqdim olunması faktını və müddətini sübut etmə vəzifəsi inzibati orqanın üzərinə düşür. Məhkəmə qeyd edir ki, sadalanan normalardan görünür ki, şəxsə münasibətdə inzibati akt ona məlumat verildiyi (yaxud məlum olduğu) andan qüvvəyə minir, yəni əgər inzibati akt şəxsə təqdim edilməyibsə, şəxs həmin aktdan xəbərsizdirsə, onun qəbul edilmə vaxtından asılı olmayaraq şəxs üçün hüquqi qüvvəsi yoxdur. İş materiallarından mübahisəli qeyri-yaşayış sahəsinin özəlləşdirilməsi ilə bağlı inzibati aktın iddiaçıya təqdim edilməsi müəyyən edilmir. Eyni zamanda həmin sahənin 20 ildən artıq iddiaçının istifadəsində olması və başqa şəxsə icarəyə verərək gəlir əldə etməsi iddiaçının həmin sahənin üçüncü şəxsin adına özəlləşdirilməsindən xəbərsiz olmasını ağlabatan edir. Məhkəmə iclasında iddiaçı mübahisəli sahənin onun tərəfindən inşa edildiyini, həmişə istifadəsində olduğunu bildirmiş, yalnız üçüncü şəxs mülki mühakimə icraatı qaydasında iddia qaldırdıqda həmin sahənin özəlləşdirilməsindən məlumatlı olduğunu qeyd etmişdir. Məhkəmə işin qeyd olunan hallarını nəzərə alaraq hesab edir ki, iddiaçı hazırkı iddianı qaldırma üçün prosessual müddəti də ötürməmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia mümkün iddiadır. b) İddianın əsaslılığı Məhkəmə hesab edir ki, iddia mahiyyəti üzrə də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 226 saylı Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə"yə əsasən: -bənd 2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. -bənd 6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində (bundan sonra – Dövlət Xidməti) dövlət əmlakının mərkəzi registri, onun yerli bölmələrində — dövlət əmlakının yerli registrləri aparılır. - bənd 7. Dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abzasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konsernlərinin, birliklərinin və onların tabeçiliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricdə olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi Qaydaları"na əsasən: - bənd 1. Bu Qaydalar "Dövlət əmlakının özəlləşdirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı"nın (bundan sonra - İİ Dövlət Proqramı) həyata keçirilməsini təmin etmək məqsədi ilə hazırlanmışdır və yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin (bundan sonra - qeyri-yaşayış sahələri) özəlləşdirilməsi qaydalarını tənzimləyir. - bənd 2. Qeyri-yaşayış sahələrinə aşağıdakılar aiddir: ayrıca tikilmiş qeyri-yaşayış binaları; yaşayış binalarında yerləşən qeyri-yaşayış sahələri; mənzil fondundan qeyri-mənzil fonduna keçirilmiş qeyri-yaşayış sahələri. - bənd 4. Qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi aşağıdakı qaydada həyata keçirilir: 4.1. özəlləşdirilən dövlət müəssisələri (obyektləri) tərəfindən icarəyə götürülmüş və onlar tərəfindən istehsal, ticarət, ictimai-iaşə, məişət xidməti və digər məqsədlər üçün istifadə edilən qeyri-yaşayış sahələri qüvvədə olan qanunvericiliyə müvafiq olaraq həmin müəssisələr (obyektlər) ilə birlikdə özəlləşdirilir. 4.2. qeyri-dövlət hüquqi şəxsləri və ya fiziki şəxslər tərəfindən icarəyə götürülmüş (bundan sonra - icarəçi) qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi barədə ərizələr Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (bundan sonra – Dövlət Xidməti) təqdim edilir. İstinad olunan normalardan görünür ki, dövlət əmlakının Registrində yalnız daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Həmçinin qanunverici yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan, habelə yaşayış binalarında yerləşib dövlət vəsaiti hesabına inşa edilmiş qeyri-yaşayış sahələrinin özəlləşdirilməsini nəzərdə tutur. Hazırkı işin materiallarından isə görünür ki, cavabdeh tərəfindən ***-*******1-013 nömrə ilə dövlət əmlakının Registrində qeydə alınmış ünvan 1 ünvanında yerləşən, 15.1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi dövlət əmlakı olmamışdır. Belə ki, Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Birliyinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Xətai rayonu, M.Hadi küçəsi 73 ünvanda yerləşən binanın 1-ci mərtəbəsindəki (pilləkənlərin altında) dərzi sexi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsi dövlət vəsaiti hesabına tikilmədiyi üçün Xətai Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin balansında deyildir. Birliyin xx.xx.2022-ci il tarixli A-23 nömrəli məktubundan görünür ki, Məhəmməd Hadi küçəsi 73 ünvanda yerləşən yaşayış binasının 1-ci mərtəbəsində "xxxx" filialının yerləşdiyi qeyri-yaşayış sahəsinin qarşısında olan pilləkanların altında fəaliyyət göstərən dərzi sexinə vizual baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, Məhəmməd Hadi küçəsi 73 saylı yaşayış binasının 1-ci girişinin arxasında istifadəsində olan qeyri-yaşayış sahəsinə həmin binanın çöl tərəfindən bitişik pilləkən meydançası və marşları, o cümlədən pilləkanın altında olan 20,5 kv.m sahə dövlət tərəfindən layihə əsasında inşa olunan Məhəmməd Hadi 73 saylı ünvanda olan yaşayış binasının tikinti sahəsinə aid deyildir və dövlət vəsaiti hesabına tikilməmişdir. Məhəmməd Hadi 73 saylı binaya aid olmayan pilləkanlar və onun altında olan 20,5 kv.m qeyri-yaşayış sahəsi 2000-ci ildə özbaşına tikilmiş və hal-hazırda həmin qeyri-yaşayış sahəsində dərzi fəaliyyət göstərir. Göründüyü kimi, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini Xətai Rayon Mənzil- Kommunal Təsərrüfat Birliyinin balansında olan dövlət əmlakı kimi dövlət əmlakının Registrinə daxil etsə də, balanssaxlayıcı olan Birlik həmin əmlakın onun balansında olmadığını bildirmişdir. Bundan başqa, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti xx.xx.2022-ci il tarixli **********02 nömrəli məktubunda göstərmişdir ki, Xidmətin əməkdaşları tərəfindən müraciətdə qeyd olunan ünvana baxış keçirilmiş, baxış zamanı X9 tərəfindən özəlləşdirilmiş 11.5 kv.m qeyri-yaşayış sahəsinin cizgidə göstərilmiş daxili ölçüləri ilə faktiki ölçülər arasında uyğunsuzluğun olduğu, həmçinin həmin sahəyə cizgidə göstərilmiş giriş qapısının mövcud olmadığı və giriş qapısının isə pəncərə boşluğu kimi göstərildiyi məlum olmuşdur. Eyni zamanda Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi xx.xx.2021-ci il tarixli, A-36 və xx.xx.2022-ci il tarixli, A-23 nömrəli məktubları ilə həmin sahənin dövlət tərəfindən layihə əsasında inşa olunan Xətai rayonu, Məhəmməd Hadi küçəsi, 73 ünvanında yerləşən yaşayış binasının tikinti layihəsinə aid olmadığını və dövlət vəsaiti hesabına inşa edilmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli 3-21-3/2-A-0008/15-8/2023 nömrəli məktubundan görünür ki, pilləkanlar və pilləkənaltı sahələr ümumi istifadə təyinatlı olduğu üçün onların özəlləşdirilməsinə yol verilmir. Məhkəmə qeyd edir ki, iddiaçının, barəsində registrdə dövlət əmlakı kimi aparılmış qeydin və özəlləşdirilməsinin ləğv edilməsini xahiş etdiyi qeyri-yaşayış sahəsinin pilləkanaltı sahə olması, yaşayış binasından kənarda yerləşməklə çıxıntı olması işin mübahisələndirilməyən halıdır. Belə ki, bu həm iş materialları, həm də məhkəmə tərəfindən mübahisəli obyektə keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir. Yuxarıda qeyd edilən normalara əsasən yalnız dövlət əmlakının Registrdə qeydiyyata alınması və özəlləşdirilməsinin mümkünlüyünü nəzərə alan məhkəmə işin sadalanan hallarını tədqiq edərək, belə nəticəyə gəlir ki, ünvan 9 ünvanında yerləşən pilləkanaltı sahə olan 15.1 kv.metrdən ibarət özbaşına inşa edilmiş qeyri-yaşayış sahəsinin dövlət əmlakı kimi qeydə alınması və özəlləşdirilməsi qanunsuz olmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin əmlakın dövlət əmlakı kimi qeydə alınmasının, icarəyə verilməsi və daha sonra özəlləşdirilməsi ilə bağlı qəbul edilmiş inzibati aktların ləğv edilməsi hissəsində əsaslıdır. İşdən görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamının tam ləğv edilməsini xahiş etmişdir, halbuki həmin sərəncamla digər şəxslərin istifadəsində olan əmlakların da özəlləşdirilməsi qət edilmişdir. Buna görə də iddia tələbi həmin sərəncamın ləğv edilməsinə münasibətdə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Həmin Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən 15,1 kv.metr sahəsi olan qeyri-yaşayış sahəsi barəsində “Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın yarımzirzəmisi” kimi dövlət əmlakının Registrində ***-*******1-013 nömrə ilə aparılmış qeyd ləğv edilsin. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının özəlləşdirilməsi departamentinin xx.xx.2002-ci il tarixli 175 saylı sərəncamı ləğv edilsin. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət əmlakının özəlləşdirilməsi departamentinin “Yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin və icarəyə verilmiş daşınmaz dövlət əmlakının özəlləşdirilməsi haqqında” xx.xx.2002-ci il tarixli 222 nömrəli sərəncamı ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilsin. Əmlakın İnventarlaşdırılması Bürosu tərəfindən verilmiş xx.xx.2002-ci il tarixli Texniki pasport ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilsin. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2002-ci il tarixli, 001951 qeydiyyat nömrəli Şəhadətnamə ***-*******1-013 registr nömrəli ünvan 1 ünvanında yerləşən Xətai rayon MKTB-nin balansında olan 9 mərtəbəli binanın 15.1 kv.metrdən ibarət yarımzirzəmisinə aid hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar