Məhkəmə qərarları › İş №2-1(112)-15405/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15405/2024

02.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15405/2024 02.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin götürülməsi və sair” tələbinə dair inzibati iş üzrə aidiyyət məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, səyyar vergi yoxlamasının keçirilməsi üçün yoxlamanın predmetinə aid olan xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək; mənfəət, əmlak və torpaq vergisi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-ci il tarixədək olan dövr üzrə imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş elektron surəti: yoxlanılan dövrlər üzrə bütün gəlir və xərc hesablarının hərəkəti (excel faylda); yoxlama ilə əhatə edilən hər bir il üzrə dövriyyə qalıq cədvəli (excel faylda); yoxlama ilə əhatə edilən dövr üzrə yerli və xarici bank hesablarının hərəkəti (mədaxil və məxaric olmuş məbləğlərin təyinatı göstərilməklə, excel faylda); yoxlama ilə əhatə edilən dövr üzrə nağd dövriyyələrin hərəkəti; yoxlama dövrünü əhatə edən bütün dövrlər üzrə aylıq, rüblük və illik bəyannamələrin hesablama faylları (rəqəmlərin götürüldüyü uçot hesabları göstərilməklə), habelə bəyannamənin əlavələrində vergi uçotunun məqsədləri üçün aktivlər, öhdəliklər və kapitallar barədə məlumatlarda qeyd edilmiş məbləğlərin açıqlaması (izahı) və götürüldüyü uçot sənədləri; yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna (eləcə də aylar üzrə ayrı- ayrılıqda) qalıqlar göstərilməklə xammal-material hərəkəti barədə məlumat (o cümlədən hər bir təsərrüfat subyekti üzrə; aylıq əsasda excel faylda) (ayrı-ayrılıqda topdan və pərakəndə satış qiyməti göstərilməklə); müştəri və podratçılarla olan əməliyyatların xarakteri barədə məlumat, onlarla bağlanmış müqavilələr və onların bütün əlavələrinin surəti; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən qeyri rezidentlərlə bağlanmış müqavilələr (PDF faylda); malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsini təsdiq edən sənədlər, təhvil-təslim aktları, invoyslar, hesab-fakturalar, alış aktları, üzləşmə aktları və s.; yoxlama ilə əhatə edilən dövrün əvvəlinə və sonuna qalıqlar göstərilməklə debitor və kreditor borclar üzrə adlı siyahılar (dövrün əvvəlinə, illər üzrə və dövrün sonuna göstərilməklə);A zərbaycan Respublikasındakı əməliyyatlarla əlaqədar filial və ya nümayəndəliyin baş ofisi tərəfindən təqdim edilmiş invoysların, təhvil-qəbul aktlarının təsdiq olunmuş surətləri; yoxlama ilə əhatə edilən dövrlər üzrə aktivlərin ilkin dəyərini, ilin əvvəlinə olan qalıq dəyərini, alınmış və satılmış aktivləri, il ərzində əsas vəsaitə əlavə edilmiş təmir xərclərini, il ərzində vergi məqsədləri üçün tətbiq edilmiş amortizasiya dərəcələrini, ilin sonunda amortizasiya məbləğlərini və qalıq dəyərlərini göstərməklə əsas vəsait/qeyri-maddi aktivlərin reyestri (excel faylda); yoxlanılan dövrlər üzrə əsas vəsaitlərin təsdiqedici sənədləri, icarədə olan əsas vəsaitlərin siyahısı; yoxlama ilə əhatə edilən dövrdə bağlanmış və ya həmin dövrü əhatə edən əmlakın sığortası üzrə sığorta polisləri (PDF faylda); müəssisədə çalışmış xarici əməkdaşların vətəndaş olduğu ölkədə vergi orqanlarına və ya onu əvəz edən qurumlara təqdim etdikləri illik fərdi bəyannamələrin təsdiq olunmuş surətləri; yoxlanılan dövrlər üzrə işçilərin əldə etdiyi bütün mükafatlar, faydalar və ŞGV-ni (şəxsi gəlir vergisi) və SSH-ni (sosial sığorta haqları) göstərməklə əmək haqqı cədvəlləri (aylıq əsasda excel faylda), əmək müqaviləsi bildirişləri, ezamiyyə sənədləri (əmrlər, dəvət məktubları və s.); hər bir dövr üzrə ayrı-ayrılıqda maliyyə vəziyyəti (balans) haqqında hesabat; hər bir dövr üzrə ayrı-ayrılıqda maliyyə nəticəsi (mənfəət/zərər) haqqında hesabat; hər bir dövr üzrə ayrı-ayrılıqda pul vəsaitlərinin hərəkəti haqqında hesabat; dövr ərzində idxal edilən mallar barədə məlumat (illər üzrə excel faylda); balansda olan avtonəqliyyat vasitələri üzrə yol vərəqələrinin təsdiq edilmiş surəti; yoxlamanın predmetinə aid olan dövr (xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək; mənfəət, əmlak və torpaq vergisi üzrə xx.xx.2021-ci il tarixdən xx.xx.2023-cü il tarixədək) üzrə aşağıdakı sənədlərin imzalanmış və möhürlənmiş kağız daşıyıcıda və ya gücləndirilmiş electron imza ilə təsdiq edilmiş elektron surəti: vergi ödəyicisinin dövlət qeydiyyatı və uçot, habelə təşkilatı-struktur dəyişiklikləri barədə məlumat və sənədlər; vergi ödəyicisinin İT sistemi ilə əlaqədar sorğu üzrə cavablar; vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə əlaqədar sorğu üzrə cavablar; yoxlama ilə əhatə edilən dövr üzrə elektron formatda bank hesablarının hərəkəti; vergi ödəyicisin aid olduğu şirkətlər qrupunun təşkilati strukturu; iştirak payı göstərilməklə Azərbaycan Repsublikasının hüdudlarından kənarda yerləşən hər hansı törəmə müəssisə(lər) barədə məlumat; ipoteka predmeti olan bütün aktivlərin mülkiyyət sənədlərinin surəti; Vergi Məcəlləsinin 18-ci maddəsinə əsasən vergi ödəyicisi ilə qarşılıqlı surətdə asılı şəxs hesab olunan bütün şəxslərin siyahısı; vergi ödəyicisinin ən son nizamnamə və ya əsasnaməsinin surəti; yoxlama ilə əhatə edilən dövrlər üzrə hüquqi şəxs vergi ödəyicisinin təsisçilərində olan bütün dəyişikliklər; ünvanı və təyinatı göstərilməklə vergi ödəyicisinin faktiki istifadəsində olan təsərrüfat obyektlərinin (subyektləri) siyahısı; dəyəri 10 000 (on min) manatdan yuxarı olan bütün borc və kredit müqavilələri; dəyəri 2 000 (iki min) manatdan yuxarı olan bütün sığorta polisləri; yoxlama ilə əhatə edilən dövr üzrə qeydiyyatda olan bütün NKA üzrə Z-hesabatları (aylar üzrə), ciddi hesabat blanklarının cavabdeh “X2" MMC-dən götürülərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə təqdim olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi işə Bakı inzibati Məhkəməsində baxılmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün ərazi aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 8.1-ci maddəsinə əsasən, inzibati mübahisələrin ərazi aidiyyəti müəyyən edilərkən aşağıdakı qaydalar tətbiq olunur: 8.1.1. daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır; 8.1.2. mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur; 8.1.3. inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır; 8.1.3-1. Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən dəniz gəmisinin və ya daxili səfər gəmisinin kapitanının vəsiyyətnamənin təsdiqi ilə əlaqədar hərəkəti və ya hərəkətsizliyi, yaxud onu təsdiq etməkdən imtina etməsi ilə bağlı iddialara həmin gəminin qeydiyyat limanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. 8.1.4. digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. İşdən görünür ki, iddiaçının hazırkı tələbi zəruri sənədlərin cavabdehdən götürülərək iddiaçıya təqdim edilməsi ilə bağlıdır. Deməli, hazırkı iş üzrə məhkəmə aidiyyəti müəyyən edilərkən İPM-in 8.1.4-cü maddəsi tətbiq edilməli, ərazi aidiyyəti cavabdeh hüquqi şəxsin yerləşdiyi (olduğu) yerə görə müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 5-ci maddəsinə əsasən hüquqi şəxs təsis edilərkən daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer olan hüquqi ünvanına dair məlumat təqdim edilir və 12.10-cu maddəsinə əsasən dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir. İddia ərizəsindən və kommersiya qurumlarının dövlət reyestri məlumatlarından görünür ki, cavabdehin hüquqi ünvanı Naftalan şəhəri, İ.Həsənzadə küçəsi, ev 7, mənzil 5dir. Naftalan şəhəri isə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazidə yerləşdiyindən, hazırkı mübahisəyə baxmağa həmin Məhkəmə səlahiyyətlidir. Belə ki, «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Qərara əsasən Naftalan şəhəri Gəncə İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə həmin Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “sənədlərin götürülməsi və sair” barədə iddia tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Gəncə İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar