Məhkəmə qərarları › İş №2-1(112)-1541/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1541/2021

04.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1541/2021 04.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X8 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 52 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona 22.04.2018-ci il tarixdən, yəni 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, dəqiqləşdirilmiş iddia tələbi icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Qərbi Azərbaycan ərazisində yerləşən Zod kəndində dünyaya gəlmişdir. 1988-ci ildə mənfur düşmənlər tərəfindən öz yaşayış yerindən zorla sürgün edilmiş ailənin nümayəndələrindən biridir. Bakıya köç etdikdən sonra neft sənayesində əmək fəaliyyətinə başlamış və uzun illər Xəzər dənizinin neft buruqlarında qazma sahəsində çalışmışdır. İddiaçı 22.08.1990-cı ildən etibarən neft və qaz üzrə istismar və kəşfiyyat quyularının qazılmasında, yəni qazma sahəsində bu günədək 30 il alın təri ilə, əziyyətlərlə çalışmış insandır. İddiaçı qanunvericiliyə müvafiq olaraq 01.01.2006-cı ilə kimi zərərli sahədə ən azı 10 il, ümumi sahədə isə ən azı 20 il staj tələbini ödədiyi üçün 52 yaşdan pensiya hüququ yaranır. 19.05.2020-ci il tarixində DSMF-nin Xüsusi Şərtlərlə Təyinat İdarəsinə müraciət etmişdir. Həmin idarə onun zərərli sahədə, yəni qazma sahəsində kifayət qədər stajının olmadığı, bundan əlavə tələb olunan ümumi stajının da olmadığı haqda iddiaçıya imtina məktubu yazmışdır. Halbuki, iddiaçı hər iki şərti ödəyir. İlk növbədə ümumi stajı ilə bağlı məsələdə qeyd etmişdir ki, iddiaçı 15.06.1984cü il tarixdən 22.06.1986-cı ilə kimi hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdən qayıtdıqdan sonra 10 iyun 1987- ci ildə əmək fəaliyyətinə başlamışdır. 1 dekabr 1988-ci ildən doğulub böyüdüyü ərazidə erməni təcavüzkarları tərəfindən doğma torpaqlardan didərgin düşmüş və əmək fəaliyyəti orada sona çatmışdır. 05 oktyabr 1989-cu ildə Bakı şəhərində əmək fəaliyyətinə başladığı zaman məlum səbəblərdən işləmədiyi dövrlər üzrə fasiləsiz əmək stajı bərpa edilmişdir. Bununla bağlı, Azərbaycan Həmkarlar İttifaqı X9 qərarının surətini məhkəməyə təqdim etmişdir. Həmin qərara əsasən iddiaçının stajı 1 dekabr 1988-ci ildən 5 oktyabr 1989-cu ilədək bərpa edilmiş və bunun nəticəsində 2006-cı il tarixə kimi onun ümumi stajı 20 ildən çox təşkil etmişdir. İdarə iddiaçının qeyd etdiyi dövr üzrə stajını nəzərə almayaraq onun ümumi stajının olmadığını iddia edir. Digər tərəfdən imtina məktubunda zərərli və ağır sahədə kifayət qədər stajının olmadığı yazılır. Halbuki, 22 avqust 1990-cı il tarixdən etibarən iddiaçı “Xəzər qazma neft-qaz sənaye” İstehsalat Birliyinin “Primorsk” X19 İdarəsində qazmaçı köməkçisi vəzifəsinə başlamış və indiyə kimi qazma sahəsində işləyir. İddiaçı 2006-cı ilə kimi qazma sahəsində 15 ilə yaxın stajı var. Amma İdarə 1997-ci ildən 2004-cü ilə kimi qazma sahəsində işlədiyi dövrləri zərərli vəzifə hesab etməmişdir. Bununla bağlı iddiaçı işlədiyi müəssisə tərəfindən X13 köməkçisi kimi işlədiyi dövrlər də daxil olmaqla güzəştli arayışı təqdim etmişdir. Həmin arayışda qeyd olunduğu kimi Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq olunmuş siyahısına əsasən 1100000a—11297 şifrəsinə uyğun olaraq iddiaçının güzəştli pensiya hüququ vardır. 1997-ci ildə xarici şirkətdə işə başlayarkən əslində qazmaçı köməkçisi kimi bilinən vəzifə adı ingilis dilindən tərcümə edilərkən təəssüf ki, səhv və X13 köməkçisi kimi tərcümə edilmişdir. Sonda iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş iddiaya dair yazılı etirazda göstərilmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığortastajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı (X-********) bölməsinin qazma bəndində neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları (11297) vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəz Filiala təqdim etdiyi 15.06.1987-ci il tarixli İ/1T-İ ******* nömrəli əmək kitabçasında 08.07.1997-01.01.2004-cü il tarixləri arasındakı dövr ərzində “X16” şirkətində X13 köməkçisi vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə Siyahıda qeyd olunan vəzifəyə aid deyil. Bu səbəbdən də onun 1 yanvar 2006-cı ilədək güzəştli iş stajı 10 ildən, bundan başqa ümumi iş stajı 20 ildən az təşkil edir. İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı və iddiaçının vəkili dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək iddia ərizəsində yazılanlara uyğun olaraq eyni məzmunlu izahat verdilər və iddianın təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdehin nümayəndəsi iddiaya dair yazılı etirazda qeyd edilənlərə uyğun məzmunda izahat verdi və iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçıya ünvanlanmış 03.06.2020-ci il tarixli **********3 saylı məktubu ilə bildirilmişdir ki, “ərizənizə və ona əlavə edilmiş sənədlərə baxaraq bildiririk ki, "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) qadınlar 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda, bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, 20 il ümumi stajı olan və bu stajın ən azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 1 №-li siyahı üzrə müəyyən edilmiş güzəştli işlərdə çalışan 52 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd olunan maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. İdarəyə təqdim etdiyiniz 15.06.1987-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçanızda 08.07.1997-01.01.2004-cü il tarixləri arasındakı dövr ərzində “X16” şirkətində işlədiyiniz X13 köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də sizin 1 yanvar 2006-cı ilədək güzəştli iş stajınız isə 10 ildən, eyni zamanda ümumi iş stajınız 20 ildən az təşkil edir. Qeyd olunanları nəzərə alaraq sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün hesab edilmir”. - İddiaçıya məxsus Asan-2 tərəfindən verilmiş şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində doğulmuşdur. - İddiaçıya məxsus olmaqla 15.06.1987-ci ildə açılmış AZE seriyalı ******* saylı əmək kitabçasından və onun Azərbaycan dilinə tərcümə edilməklə təsdiq edilmiş surətindən müəyyən olunur ki, iddiaçının “Armzdravremstroy” tresti Yerevan İTTİ-nə qəbul olmazdan əvvəl əmək stajı olmamış, 10.06.1987-ci il tarixdə “Armzdravremstroy” tresti Yerevan İTTİ-də müvəqqəti - 10.08.87-ci il tarixədək 2-ci dərəcəli fəhlə qismində işə qəbul edilmiş (Əmr №38-L, 10.06.87), 10.08.1987-ci il 1-ci dərəcəli fəhlə qismində daimi işə keçirilmiş (Əmr № 56-L, 10.08.87), 26.10.1987-ci il tarixdə şəxsi ərizəsinə əsasən Ermənistan SSR ƏQM-nin 34-cü maddəsinə əsasən işdən azad edilmiş (Əmr № 76-L, 26.10.87), 03.11.1987-ci il tarixdə Zod respublika psixiatriya xəstəxanasına sanitar qəbul edilmiş (Əmr №247 §2, 3.11.87), 01.12.1988-ci il tarixdə öz istəyinə əsasən işdən azad edilmiş (Əmr №326 §4, 01.12.88), 05.10.1989-ci il tarixdə Azərbaycan SSR Dövlət tikintisi “Promstroy” Birliyi 4 saylı tresti X4 İdarəsində 2-ci dərəcəli armaturçu qəbul edilmiş (Əmr № 51-k), AHİŞ-in Rəyasət Heyətinin 11.01.1990-cı il tarixli 39 №-li qərarı ilə fasiləsiz əmək stajı bərpa edilmişdir, 03.05.1990-cı il tarixdə 3-cü dərəcəli elektrik qaz qaynaqçısı keçirilmiş (Əmr № 28-k), 13.06.1990-cı il tarixdə öz istəyinə əsasən Azərbaycan SSR ƏQM-nin 37-ci maddəsinə əsasən işdən azad edilmiş (Əmr № 41-k, 13.06.90), 22.08.1990-cı il tarixdə “Xezərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Primorsk” X19 İdarəsində neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 3-cü dərəcəli qazmaçı köməkçisi qəbul edilmiş (Əmr № 205 k, 23.08.90), 01.04.1991-ci il tarixdə Neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 4-cü dərəcəli qazmaçı köməkçisi keçirilmiş (Əmr № 38 L, 01.04.91). 01.06.1992-ci il tarixdə Neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə 5-ci dərəcəli qazmaçı köməkçisi keçirilmiş (Əmr №43 k, 01.06.92), 17.08.1995-ci il tarixdə idarənin ləğv edilməsi ilə əlaqədar Azərbaycan Respublikası ƏQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən “Bulla” X19 idarəsinə köçürülmə qaydasında işdən azad edilmiş (Əmr №59 k, 17.08.95), 17.08.1995-ci il tarixdə Sahil DKQİ-dən köçürülmə qaydasında neft və qaz quyularının istismar və kəşfiyyat qazması üzrə qazmaçı köməkçisi qəbul edilmiş (Əmr № 54 k, 17.08.95), 08.07.1997-ci il tarixdə ƏQM-nin 27-ci maddəsinə uyğun olaraq öz istəyinə əsasən işdən azad edilmiş (Əmr N 44/k, 30.07.1997), 08.07.1997-ci il tarixdə köçürülmə yolu ilə “X12” Şirkətinə üç aylıq sınaq müddəti ilə X13 köməkçisi vəzifəsinə qəbul edilmiş (08.07.1997-ci il tarixli kontrakt), əmək müqavilələri ilə 08.07.1997-ci il tarixdə “X12” Şirkətində X13 köməkçisi vəzifəsinə qəbul edilmiş, 09.09.1998-ci il tarixində "xxxx" Şirkətinə X13 köməkçisi vəzifəsinə keçirilmiş, 01.01.2004-cu il tarixdə "xxxx" Şirkətinə qazmaçı köməkçisi vəzifəsinə keçirilmiş (0019 nömrəli, 01.01.2004-cu il tarixli əmək müqaviləsinə əsasən), 01.01.2005-ci il tarixində "xxxx" Şirkətində qazmaçı köməkçisi vəzifəsinə keçirilmiş (0007 nömrəli, 01.01.2005-ci il tarixli əmək müqaviləsinə əsasən), 18.05.2005-ci il tarixində qazmaçı vəzifəsinə keçirilmiş (0007 nömrəli, 01.01.2005-ci il tarixli əmək müqaviləsinə əsasən), 01.12.2010-cu il tarixində Azarbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən öz təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilmiş (əmr №004 30.11.2010), 01.12.2010-cu il tarixində "xxxx" Şirkətinin Azərbaycandakı Nümayəndəliyində qazmaçı köməkçisi vəzifəsinə qəbul olunmuş (D-147№-li əmək müqaviləsi, 01.12.2010-cu il), 01.06.2011-ci il tarixdə qazmaçı vəzifəsinə keçirilmiş (D- 147№-li əmək müqaviləsinə əlavə 01.12.2010-cu il), 03.05.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir (Əmr №018—NCN-2019, 25.04.2019), 04.05.2019-cu il tarixində “Turan Drilling and Engineering” Xəzər Dənizində yerləşən buruqlarda neft-qaz əməliyyatları üzrə qazmaçı vəzifəsinə qəbul edilmişdir (T-611 №-li əmək müqaviləsi). - "xxxx" Şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, 1966-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, o, həqiqətən, 08.07.1997-ci il tarixində “X12” şirkətinə Xəzər dənizinin buruqlarında neft-qaz quyularının istismarı və kəşfiyyatı, qazma quyularında işləmək üçün “X13 köməkçisi” vəzifəsinə qəbul edilmişdir. 09.09.1998-ci il tarixində İddiaçı "xxxx" şirkətinə Xəzər dənizinin buruqlarında neft-qaz quyularının istismarı və kəşfiyyatı, qazma quyularında işləmək üçün “X13 köməkçisi” vəzifəsinə keçirilmişdir. İddiaçı 01.01.2004-cu il tarixində (0019 nömrəli, 01.01.2004-cu il tarixli əmək müqaviləsinə əsasən) "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyinə Xəzər dənizinin buruqlarında neft-qaz quyularının istismarı və kəşfiyyatı, qazma quyularında işləmək üçün Qazmaçı köməkçisi vəzifəsinə keçirilmişdir. İddiaçı 01.01.2005-ci il tarixində (0007 nömrəli, 01.01.2005-ci il tarixli əmək müqaviləsinə əsasən) "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyinə Xəzər dənizinin buruqlarında işləmək üçün Qazmaçı köməkçisi vəzifəsinə keçirilib. İddiaçı 18.05.2005-ci il tarixində (0007 nömrəli, 18.05.2005-ci il tarixli əmək müqaviləsinə əsasən) "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyinə Xəzər dənizinin buruqlarında işləmək üçün Qazmaçı vəzifəsinə keçirilib. 01.12.2010-cu il tarixində Azarbaycan Respublikası əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən İddiaçı təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilib. İddiaçı 01.12.2010-cu il tarixində (D-147 nömrəli, 01.12.2010-cu il tarixli əmək müqaviləsinə əsasən) "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyinə Xəzər dənizinin buruqlarında işləmək üçün Qazmaçı köməkçisi vəzifəsinə qəbul olunub. İddiaçı 01.06.2011-ci il tarixində “KCA Deutag Tiefhohrgesellschaft” şirkətinin Azərbaycandakı Nümayəndəliyinə Xəzər dənizinin buruqlarında işləmək üçün Qazmaçı vəzifəsinə keçirilib. 03.05.2019-cu il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən İddiaçı təşəbbüsü ilə onun əmək müqaviləsinə xitam verilib. İddiaçı Xəzər dənizinin buruqlarında 1997-ci ildən 2007-ci ilə kimi işlədiyi X13 köməkçisi, Qazmaçı köməkçisi, Qazmaçı vəzifələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın “Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin 1-ci bəndinin 1100000a—11297 şifrəsinə uyğun olaraq əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. İddiaçı Xəzər dənizinin buruqlarında 2007-ci ildən 2010-cu ilə kimi işlədiyi Qazmaçı köməkçisi, Qazmaçı vəzifələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın, “Neftin qazılması və hasilatı”, “Neft-qaz kondensatı”, “Kömür və şistin emalı” bölməsinin 10cu maddəsinin 10.1-ci hissəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verir. “X12” şirkətinin Azərbaycandakı Nümayəndəliyində həmin vəzifələr üzrə ümumi əmək stajı 1 (bir) il 2 (iki) ay hesablanmışdır. "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyində həmin vəzifələr üzrə ümumi əmək stajı 5 (beş) il 3 (üç) ay 23 (iyirmi üç) gün hesablanmışdır. "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyində həmin vəzifələr üzrə ümumi əmək stajı 6 (altı) il 11 (on bir) ay hesablanmışdır. "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyində həmin vəzifələr üzrə ümumi əmək stajı 8 (səkkiz) il 5 (beş) ay 2 (iki) gün hesablanmışdır. “X12”, “Deutsche Tiefbohr — AG., Baku”, "xxxx" və “KCA Deutag Tiefhohrgesellschafr” şirkətlərinin Azərbaycandakı Nümayəndələrində həmin vəzifələr üzrə ümumi əmək stajı 21 (iyirmi bir) il 9 (doqquz) ay 25 (iyirmi beş) gün hesablanmışdır. -SOCAR X20 tərəfindən verilmiş 09.07.2018-ci il tarixli SOCAR**********80020115X00154 saylı arayışdan görünür ki, iddiaçı 22.08.1990-cı ildən (Əmr № 205/K, 23.08.1990-cı il) 17.08.1995-ci ilə kimi (Əmr № 59/K, 17.08.1995-ci il) “Xezərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Primorsk” X19 İdarəsində, 17.08.1995-ci ildən (Əmr № 54/K, 17.08.1995-ci il) 29.07.1997-ci ilə kimi (Əmr №44/K, 30.07.1997-ci il) “Bulla” X19 İdarəsində işləmişdir. Dənizdə Neft və X5 30 iyun 1995-ci il tarixli 139 saylı əmrinə əsasən, idarə ləğv olunması ilə əlaqədar olaraq “Sahil” (“Primorsk“) X19 İdarəsi “Bulla” X19 idarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin 09 noyabr 2006-ci il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq, “Bulla” DKQİ qazma sexi kimi “Bayıl Liman” X19 İdarəsinin tərkibinə verilmişdir. ARDNŞ-in 12.03.2007-ci il tarixli, 51 saylı və 14.03.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri" tresti yaradılmışdır və “Bayıl Limanı” DKQİ trestin tabeliyinə verilmişdir. ARDNŞ-nin 06.06.2012-ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limanı” DKQl-nin adı dəyişdirilərək “Xəzər" X19 idarəsi adlandırılmışdır. 08.08.2012-ci il tarixdən ARDNŞ-nin 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkmilləşdirilməsi haqqında 18.08.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər” X19 idarəsi ləğv edilib və onun arxivi “Sahil” Qazma işləri idarəsinə verilib. ARDNŞ-nin 27.12.2013-cü il tarixli, ARDNŞ/13-1000/01/SM-05-000034 saylı əmrinə əsasən “Sahil” Qazma İşləri idarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid“ istehsalat Bölümü kimi “Kompleks qazma işləri” trestinin tərkibinə verilmişdir. Bu müddətdə ümumi iş stajı 06 il 11 ay 07 gün təşkil edir. - Azərbaycan Həmkarlar İttifaqı X9 11 yanvar 1990-ci il tarixli qərarından görünür ki, Azərbaycan SSR-nin DQMV-də baş vermiş hadisələrlə əlaqədar olaraq daimi yaşayış və iş yerlərini tərk etməyə məcbur olmuş və Azərbaycan SSR-də məskunlaşıb işləyən fəhlə və qulluqçuların, kolxozçuların fasiləsiz əmək stajı onların stajında fasilə yaranan gündən bərpa edilsin. - İddiaçıya məxsus HЗ seriyalı, ******* saylı hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən aydın olur ki, İddiaçı 15.06.1984-cü il tarixdən 22.06.1986-ci il tarixədək SSRİ Ordu sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. -"xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyinin 01.12.2020-ci il tarixli 01.12.2020 saylı arayışından görünür ki, İddiaçı 08.07.1997-ci il tarixindən 08.09.1998-ci il tarixinədək “X12” şirkətində, 09.09.1998-ci il tarixindən 31.12.2003-cü il tarixinədək "xxxx" şirkətində, 01.01.2004-cü il tarixindən 03.05.2019-cu il tarixinədək “KCA Deutag Thefbohrgesellschaft” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində işləmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 81-ci maddəsi işçinin işə qəbulu ilə bağlı prosedurun əmrlə rəsmiləşdirilməsinin mütləq xarakter daşımasını ehtiva etmir. Bu səbəbdən İddiaçı işə qəbulu əmrlə rəsmiləşdirilməmişdir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X7 05.02.2021-ci il tarixli **********0 saylı məktubundan görünür ki, iddiaçı ilə yuxarıda qeyd olunan Şirkətin Azərbaycandakı Nümayəndəliyi arasında 01.12.2010 - 26.04.2019-cu il tarixləri arasında əmək münasibəti mövcud olmuşdur. -SOCAR X17 09.04.2021-ci il tarixli SOCAR**********30490075X00016 saylı məktubu ilə məhkəmə sorğusuna cavab olaraq bildirilmişdir ki, SOCAR-ın qazma idarələrində “X13 köməkçisi” peşəsi mövcud olmamışdır. Bu səbəbdən həmin peşənin “qazmaçı köməkçisi” peşəsi ilə eynilik təşkil edib-etməməsi haqqında hər hansı fikir bildirmək mümkün deyildir. - “Turan Drilling and Engineering” şirkətinin 21.06.2021-ci il tarixli 45-06-2021 saylı vəkil sorğusuna cavab olaraq bildirilmişdir ki, 26 iyul 2018-ci il tarixində “KCA Deutag” şirkəti "xxxx" MMC ilə birgə olaraq Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC-ni təsis etmişlər. "xxxx" MMC hazırda BP (British Petroleum) əməliyyat şirkətinin Xəzər dənizindəki neft-qaz buruqlarında - Çıraq, Qərbi Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Şahdəniz və X21 yataqlarında qazma əməliyyatlarını həyata keçirir. "xxxx" MMC təsis olunanadək 1995-ci ildən başlayaraq BP-nin həmin 7 buruqlarında “KCA Deutag” şirkətinin “X12”, “Deutsche Tiefbohr-AG., Baku”, “KCA Deutaq Caspian Limited” və "xxxx" adlanan Azərbaycan Respublikasındakı nümayəndəliyikləri qazma və mühəndislik xidmətlərini həyata keçirmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların sturkturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olub və "xxxx" MMC-də də eyni olaraq qalmışdır. Vəzifə adları beynəlxalq tələblərə əsasən formalaşdırılmış və təsdiqlənmişdir. İlk olaraq Çıraq platformasında qazma əməliyyatları 1997-ci ildən başlamışdır və bu günə kimi qazma prosesində və vəzifə adlarında, fəaliyyət sahəsində heç bir dəyişiklik baş verməmişdir. Hazırda "xxxx" MMC-də işləyən işçilərin əmək müqavilələrində müəyyən edilmiş əmək funksiyaları dəyişməz olaraq qalmaqdadır. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş əmək funksiyalarım 1997-ci ildən Xəzər dənizində yerləşən neft-qaz buruqlarında olan Çıraq, Şərqi Azəri, Qərbi Çıraq platformalarında icra etmişdir. İddiaçı “KCA Deutag” şirkətlər qrupunda yer alan şirkətlərdə işlədiyi bütün peşələrin (vəzifələrin) əmək funksiyaları "xxxx" MMC tərəfindən arayışa əlavə edilir. İddiaçı işlədiyi peşələrin (vəzifələrin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993 -cü il tarixli 320 saylı qərarda göstərilən peşələrə (vəzifələrə) uyğun olması haqqında suala cavab olaraq bildirilmişdir ki, həmin vəzifələr qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən – “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma” siyahısına daxildir. Həmin qərar 2007-ci ildə qüvvədən düşmüşdür. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorgu kitabçası”dan çıxarışdan (2003-cü il, hissə-6, hissə-36) “Neft və qaz üzrə İstismar və Kəşfiyyat quyularının qazılmasında qazmaçı köməkçisinin” peşə təlimatından görünür ki, işin xüsusiyyəti aşağıdakı kimidir: Qazımaçının rəhbərliyi altında dərin qazıma qurğusu ilə dərinliyi 1500 metrə qədər neft, qaz, termal və yod-brom suları və başqa faydalı qazıntılar almaq üçün quyuların qazılması texnoloji prosesinin ayn-ayrı növlərinin aparılması. Qazma qurğusunun işə salınmağa hazırlanması və endirmə-qaldırma əməliyyat zamanı yuxarıdakı işlərin aparılması. Qazıma borularının quraşdırılmasında və kipliyə yoxlanılmasında iştirak edilməsi. Qaldırma - endirmə əməliyyat avtomatının işinin idarə edilməsi. Buruğun, tal sisteminin, yürüş pilləkənlərinin vəziyyətinin yoxlanılması. Maşın açarı ilə işləmə, qazıma məhlulunun hazırlanması və işlənməsi. Ehtiyat tutumların məhlul ilə doldurulması. Nasosların qəbulunda səviyyənin dəyişilməsinə nəzarət. Qazıma nasoslannın işində nasazlıqların müəyyən edilməsi və aradan qaldırılması. Qazıma nasoslarının köhnəlmiş hissələrinin dəyişdirilməsi. Çətinliklərin və qəzaların ləğv edilməsi işlərinin aparılması, quyuda qoruyucu kəmərlərin sementlənməsi, sement körpülərinin qoyulması və qazılması, quyu ağzının avadanlıqla təchiz olunması, istismar quyularının mənimsənilməsi və kəşfiyyat quyularının sınanması, qazıma borularının və qoruyucu kəmər borularının qalanması, qazıma borularının quraşdırılması və kipliyə yoxlanılması, quyuda son işlərin aparılması, qazıma avadanlığının profilaktik təmiri, qazıma avadanlığının quraşdırılması, sökülməsi və nəql edilməsi. Qeyd: Qazmaçı köməkçisi ARDNŞ-i tərəfindən təsdiq olunmuş Azərbaycan Neft Sənayesində Əməyin mühafizəsi üzrə vahid idarə etmə sistemini, Neft və Qazçıxama sənayesində təhlükəsizlik texnikası qaydalarının tələblərinə əməl etməlidir. - “Turan Drilling and Engineering” şirkəti tərəfindən verilmiş Qazmaçı vəzifəsinin təlimatından görünür ki, həmin vəzifənin xülasəsi aşağıdakı kimidir: Qazmaçı qazma qurğusunda hər gün həyata keçirilən əməliyyatlar üçün, komandasının və ya tabeliyində olan digər şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün Buruq rəhbərinin qarşısında cavabdehlik daşıyır. Başlıca vəzifələri bunlardır: Qazma meydançasında və nəzarət etdiyi ərazilərdə həyata keçirilən bütün əməliyyatlara nəzarət edir, bu əməliyyatların səmərəli qaydada, Əməliyyat Prosedurlarına və Şirkətin Təhlükəsizlik Siyasətinə uyğun olaraq həyata keçirilməsini təmin edir. Düzgün və səmərəli təhvil-təslim işləri də daxil olmaqla gündəlik qazma əməliyyatlarının qeydiyyatını aparır. Qazma parametrləri vasitəsilə quyunun vəziyyətini müşahidə edir və izləyir. Quyu dibində problemlər yaranarsa, müvafiq tədbirlər görür. Xüsusi işçilər kifayət qədər təcrübə əldə edənə qədər onlara nəzarət etmək üçün tabeliyində olan heyəti tələb olunduğu qaydada bütün əməliyyat məsələləri ilə bağlı tövsiyələrlə və təlimatlarla təmin edir. Bütün iş yerlərinin təmiz, səliqəli, təhlükəsiz vəziyyətdə olmasına və istifadə olunan bütün iş təcrübələrinin təhlükəsiz olmasına əmin olmaq üçün tabeçiliyindəki heyəti praktik mərhələlərlə yönləndirir. İşə nəzarət etmə, təlimatlandırma və təlim keçmə yolu ilə tabeliyində olan işçilərin diqqətinə iş yerində sağlamlığın, təhlükəsizliyin, və hadisələrin qarşısının alınmasının davamlı olaraq çatdırılmasını təmin edir. Əməliyyatları ən səmərəli qaydada həyata keçirtmək üçün bütün avadanlıqların və resursların mövcud olmasına əmin olur. Əməliyyatların təhlükəsiz və səmərəli qaydada həyata keçirilməsi üçün onların planlaşdırılmasının, ehtiyat avadanlıqların və planların nəzərə alınmasını təmin edir. Quyuya endirilən avadanlıqların bütün ölçülərinin qeydlərinin aparılmasını təmin edir. Endirmə-qaldırma əməliyyatları ərzində endirilən yaxud qaldırılan borunun sürətinə, borunun hər bir hissəsinin açılmasına və bağlanılmasına nəzarət edir. Qazma hesabatı üçün məlumatla məs. məhlul rəqəmləri təmin edir. Qazma müddətində müştərinin/platformanın standartlarına uyğun olaraq quyuya nəzarət avadanlığının təzyiq sınağını müvafiq mərhələlərdə həyata keçirir. Preventor blokunu yaxud rayzeri quraşdıran yaxud sökən zaman komandanın təhlükəsiz iş təcrübələrinə riayət etməsinə əmin olur. Boruların qeydiyyat sənədi (tally), X14 (BHA) / tamamlama komponentləri və quyuya ilişən zəruri alətlərin ölçülərini yəni daxili diametri/xarici diametri və birləşmələr də daxil olmaqla quyuya endirlən boruların düzgün qeydiyyatını aparır. Yerinə yetiriləcək bütün işlərin İşə İcazə sisteminə və X1 (RAP - X15) uyğun olaraq qiymətləndirir, zəruri olarsa İşə İcazə sistemini tətbiq edir, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə və işin ancaq İşə İcazə sənədində qeyd edildiyi kimi yerinə yetirilməsinə əmin olur. Məsul olduqları ərazidə işlərə cəlb edilmiş yaxud supervayzerləri tərəfindən bölüşdürülmüş vəzifələri icra edən heyətə nəzarət etmək üçün cavabdehlik daşıyır. Şirkət tərəfindən gözlənilən davranış və iş icraatının standartlarını təmin etmək üçün tabeliyində olan heyətin iş göstəricilərinin idarəedilməsinə cavabdehdir. Buruqda əməliyyatlara cəlb oluna bilən Xidmət şirkətinin yaxud Təchizatçı şirkətin nümayəndələrinə nəzarət edir, rəhbərlik edir və öyrədir. Atqıdan əvvəl hesablamaları həyata keçirir və quyuya nəzarət üzrə bütün avadanlıqların və prosedurların hər zaman mövcud olmasına əmin olur. Zəruri olarsa alternativ işləri yerinə yetirir. Birbaşa supervayzeri tərəfindən təlimatlandırıldığı kimi aidiyyəti üzrə başqa işləri yerinə yetirir. Zəruri olarsa, quruda yaxud dənizdə keçirilən iclaslarda və əlavə təlimlərdə iştirak edir. Əməliyyat göstəricisini xüsusilə zəruri olan əməliyyatların vaxtında yerinə yetirilməsini optimallaşdırır. Şirkətin Planlı Profilaktik Texniki Xidmət sisteminə uyğun olaraq texniki xidmət, təmir yaxuc hissələrin dəyişdirilməsini yerinə yetirir/nəzarət edir və qeydiyyatını aparır. Şirkətin Biznes İdarəetmə Sisteminə riayət edir. - “Turan Drilling and Engineering” şirkəti tərəfindən verilmiş qazmaçı köməkçisi vəzifəsinin təlimatından görünür ki, vəzifənin xülasəsi belədir: Qazmaçı köməkçisi təyin edilmiş iş tapşırıqlarını səmərəli qaydada və vaxtında yerinə yetirməklə Qazmaçıya kömək göstərmək üçün cavabdehlik daşıyır. Quyuların qazılmasında, quyuya müdaxilə və tamamlama əməliyyatlarında qazmaçıya kömək edir. Supervayzer tərəfindən təlimatlandırıldığı kimi buruğun sürüşdürülməsində, göyərtə və quyu ağzı işlərində kömək edir. Yuxarı ərazilərdə işləyən tabeçiliyindəki heyətin işi icra etməsinə rəhbərlik edir və nəzarət edir. Məsul olduğu ərazilərin və avadanlıqların, planlaşdırılmış yoxlamaların və müvafiq sənədlərin fiziki vəziyyətini saxlayır. Qazma işləri kompleksinin bütün sahələrində qazmaçıya kömək edir. Başlıca vəzifələri bunlardır: Buruqda yerinə yetirilən bütün işlərə nəzarət edilməsində zəruri olarsa qazmaçıya kömək edir və onu əvəz edir, bu işlərin səmərəli qaydada və səlahiyyətli əməliyyat prosedurlarına və Şirkətin Təhlükəsizliyi Siyasətinə uyğun olaraq yerinə yetirilməsini əmin edir. Quyu əməliyyatları üçün tələb olunan bütün alətlərin və avadanlıqların hazırlanmasında kömək edir. Boru qeydiyyat jurnalı (pipe tally), tam X2 / tamamlama komponentləri və quyuda qalan zəruri alətlərin ölçüləri (məs. daxili diametri/xarici diametri) də daxil olmaqla quyuya endirilən bütün boruların dəqiq qeydiyyatını aparır. Zəruri olan zaman gündəlik yoxlamaları həyata keçirir (məs. X11 və Preventorun stasunun yoxlanılması). Tələb olunan yerlərdə və tələb olunan zaman Şirkətin Planlaşdırılmış Profilaktik Texniki Xidmət Sisteminə müvafiq olaraq texniki xidmət, təmir və ya dəyişdirmə işlərinin yerinə yetirilməsinə dəstək göstərir. Düzgün təhvil-təslim işlərinin yerinə yetirilməsini təmin edir və gündəlik qazma qeydlərini aparır. Bütün iş yerlərinin təmiz, səliqəli, təhlükəsiz vəziyyətdə olmasına və istifadə olunan bütün iş təcrübələrinin təhlükəsiz olmasına əmin olmaq üçün tabeçiliyindəki personalı praktik mərhələlərdə yönləndirir. X13 ilə birlikdə nasoslar, məhlul xəttləri, vibro ələkləri və məhlul çənləri də daxil olmaqla məhlul nasoslarını və bütün qazma məhlulunun dövriyyəsi sistemini idarə edir, nəzarət edir, təmir edir və texniki xidmət göstərir. Qazma məhlullarının və məhlullarının sınaq edilməsinə rəhbərlik edir və nəzarət edir. Preventor sistemini başa düşür və texniki xidmət göstərir, lay məhlulu və hidroakumulyator təzyiqini yoxlayır. Buraya işıq və səs siqnalları da daxildir. Bütün işlərin İşə İcazə sisteminin tələblərinə uyğun olaraq həyata keçirilməsini qiymətləndirir, zəruri olarsa İşə İcazələri təmin edir, bütün təhlükəsizlik tədbirlərinin görülməsinə və işin ancaq İşə İcazə sənədində qeyd edildiyi kimi yerinə yetirilməsinə əmin olur. Məsul olduqları sahə daxilində işlərə cəlb edilmiş, yaxud supervayzerləri tərəfindən təyin edilmiş heyətə nəzarət edir. Buruqda əməliyyatlara cəlb oluna bilən Xidmət şirkətinin yaxud Təchizatçı şirkətin nümayəndələrinə nəzarət edir, rəhbərlik edir və təlim keçir. Tələb olunduğu kimi alternativ işləri yerinə yetiririr. Birbaşa Supervayzeri tərəfindən təlimatlandırıldığı kimi digər müvafiq işləri yerinə yetirir. Zəruri olarsa, quruda yaxud dənizdə keçirilən iclaslarda və əlavə təlimlərdə iştirak edir. Əməliyyatın həyata keçirilməsinin optimallaşdırılmasına vaxtında dəstək göstərir. Ərazisi daxilində müvafiq iş üçün istifadə olunan İşə İcazə sistemini tam tətbiq edir. Şirkətin Biznes İdarəetmə Sisteminə riayət edir. Təsir ərazisi daxilində əməliyyat X3 (KPİ) nail olmaq məqsədilə əməliyyat göstəricilərinin vaxtında optimallaşdırılmasının təmin edilməsində təlimatlandırıldığı qaydada kömək edir. Xərcləri azaltmaq məqsədilə ələk filtirlərinin istehlakının optimallaşdırılmasını təmin edir. Vəzifə Təlimatına uyğun olaraq öz vəzifələrinin icrasına, sahədə əməliyyat statusu haqda düzgün məlumatların verilməsinə, sifarişlərin, memorandumların və rəhbərliyin təlimatlarının yerinə yetirilməsinə məsuliyyət daşıyır. Bütün müvafiq Əməliyyat İdarəetmə sistemlərinin (Siyasətlər, prosedurlar, qaydalar və Müştərinin Müddəalarının) tətbiq edilməsinin təmin edilməsində kömək edir. Biznes yaxud maliyyə məlumatlarının məxfi saxlanılmasına cavabdehlik daşıyır. - “Turan Drilling and Engineering” şirkəti tərəfindən verilmiş X13 köməkçisi vəzifəsinin təlimatından görünür ki, vəzifənin xülasəsi aşağıdakı kimidir: Qazma müddətində X13 köməkçisi X13na və Şlam avadanlığı üzrə operatora məhlul sisteminin istifadə edilməsində dəstək göstərir. Həmçinin, X13 köməkçisi qazma kəmərinin qazma boruları meydançasına düzləndirilməsində/yerləşdirilməsində, Qazmaçı köməkçisinə və Buruq briqadasına vəzifələrinin yerinə yetirilməsində tələb edildiyi qaydada kömək etməlidir. O, rəhbər vəzifəsini də yerinə yetirməli, daha az təcrübəli heyəti öyrətməli və təlim keçməlidir. Başlıca vəzifələri bunlardır: İşlər və avadanlıqlara olan tələblərlərlə bağlı Qazmaçı, Qazmaçı köməkçisi və X13 ilə əlaqə saxlamaq. Rəhbər şəxs tərəfindən müəyyən edildiyi kimi işin əhatə sahələrini hazırlamaq və tətbiq etmək. Borunun endirilib-qaldırılmasına, komponovkalarına hazırlanmasına və ümumi buruq texniki xidmət işlərinə yardım etmək. Məhlul çəni ərazilərində vəzifə öhdəliklərinin icra edilməsində X13na və Şlam avadanlığı üzrə operatora kömək etmək və tələb olunarsa yemək fasilələrində və s. onları əvəz etmək. X13nun təlimatı ilə məhlul nasosunda və vibro ələk avadanlığında cüzi təmir/dəyişmə işlərini yerinə yetirmək. Ələyin idarəedilməsini izləməli və filtrlərin səmərəli istifadə edilməsini təmin etmək. Yemək fasilələrində tələb olunduğu kimi ələklərlə bağlı işlərdə əvəzləyici şəxs olmaq. Endirməqaldırma əməliyyatları ərzində Şlam avadanlığı üzrə operatorunu və Boru operatorları əvəz etmək. Qazma meydançasında olan avadanlıqlara təhlükəsizlik standartına uyğun olaraq texniki xidmət göstərilməsini və istifadədən əvvəl yoxlamalarda kömək etmək. Zəruri olduqda, yükləri və kimyəvi maddələri daşımaq üçün çəngəlli yükləyiciləri (fork lift) idarə etmək. Rəhbər şəxs tərəfindən tələb edildiyi kimi qazma avadanlığına texniki xidmət göstərmək. Sıravi köməkçilərə və Boru operatorlarına vəzifələrinin icra edilməsində nəzarət etmək, təlimçi kimi çıxış etmək və daha az təcrübəli şəxsləri öyrətmək. Bütün iş fəaliyyətləri üzrə planlaşdırma prosesinə yardım etməli. X6 (BMS) və rəhbər şəxslər tərəfindən tələb olunduğu qaydada buruq yoxlamaların yerinə yetirməli. Qüsurlar və təhlükəsizliklə bağlı məsələlər haqda supervayzerə məlumat vermək. Supervayzer tərəfindən təyin edildiyi kimi digər müvafiq işləri yerinə yetirmək. BOP avadanlığının quraşdırılmasında və köçürülməsində kömək etmək. Zəruri olarsa digər alternativ işləri icra etmək. Tələb olunarsa quruda yaxud dənizdə keçirilən iclaslarda və əlavə təlimlərdə iştirak etmək. Şirkətin Təhlükəsiz İdarəetmə Sisteminə riayət etmək. İstifadə olunan işə icazə sisteminə riayət etmək. İstifadə olunan bütün yükqaldırma avadanlıqlarının rənglə kodlaşdırılmasına və nəzərdə tutulan işə uyğun olmasına əmin olmaq. İş materiallarından məlum olur ki, iddiaçı ona 52 yaşının tamam olduğu tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi barədə ərizə ilə cavabdeh pensiya təyinatı orqanına müraciət etmiş, sonuncunun 23.06.2020-ci il tarixli **********3 saylı məktubu ilə iddiaçıya bildirilmişdir ki, təqdim etdiyi 15.06.1987-ci il tarixli l/İT-l ******* nömrəli əmək kitabçasında 08.07.1997-01.01.2004-cü il tarixləri arasındakı dövr ərzində “X16” şirkətində işlədiyi X13 köməkçisi vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmadıgından, bu səbəbdən də ona 1 yanvar 2006-cı ilədək güzəştli iş stajı 10 ildən, eyni zamanda ümumi iş stajı 20 ildən az təşkil etdiyindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatından imtina edilmişdir. Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 2017-ci il iyul ayının 1dən sonra qüvvəyə minən 9.1-ci maddəsinə əsasən kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün tələb edilən güzəştli və ümumi iş stajını toplaması ilə yanaşı 60 yaşına çatması tələb edildiyindən və bu normanın tətbiqi baxımından iddiaçının 60 yaşı iş materiallarında olan şəxsiyyət vəsiqəsinə əsasən hələ tamam olmadığından, habelə, 01.01.2006-cı il tarixədək iddiaçı pensiya hüququnun yaranması üçün qanunvericiliklə tələb edilən iş stajını topladığından hazırkı mübahisəyə həmin Qanunun 9.8ci maddəsinə uyğun olaraq baxılmalı və hüquqi qiymət verilməlidir. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllənin 1.2-ci maddəsinə əsasən, bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Mülki Prosessual Məcəllənin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2006-cı il 1 yanvar tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 1992-ci ildə qəbul edilmiş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun (2007-ci il 6 mart tarixli, 260-İİİQD nömrəli Qanuna əsasən qüvvədən düşmüşdür) 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa...; Həmin Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixdə edilmiş dəyişikliyə görə, həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Həmin normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 1 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 50 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “a” bəndində nəzərdə tutulmuş 20 illik ümumi və 10 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 52 yaşdan təyin edilir. Beləliklə, iddiaçının tələbinin təmin edilməsi və ona 52 yaşının tamam olduğu 22 aprel 2018-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək azı 20 il ümumi iş stajı olmalı, bunun 10 ilini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıda nəzərdə tutulmuş işlərdə çalışmış olmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı”nın X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı bölməsində: 1100000a—11297 saylı şifrlə neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi təsbit olunmuşdur. Məhkəmə araşdırması zamanı iddiaçıya məxsus 15.06.1987-ci ildə açılmış AZE seriyalı ******* saylı əmək kitabçası və "xxxx" şirkətinin Azərbaycandakı Nümayəndəliyi tərəfindən verilmiş güzəştli iş stajı haqqında arayışla müəyyən edilmişdir ki, iddiaçının neft və qaz üçün istismar və kəşfiyyat qazma quyularının qazmaçıları peşəsi üzrə xüsusi stajı 10 ildən artıq təşkil edir. Məhkəmə, cavabdehin mübahisələndirilən məsələ ilə bağlı iddiaçıya ünvanlanmış yazılı cavabını, iddiaya dair yazılı etirazını və yuxarıda şərh edilən qanunvericiliyin güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina edilməsi üçün əsasları müqayisəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciəti və təqdim etdiyi sənədlər əsasında ona güzəştli şərtlərlə yaşa görə pensiya təyinatını aparmaması qanunsuz və əsassız olmuşdur. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 15.2-ci maddəsinə görə qanunla birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul edilməsindən imtina üçün əsas ola bilməz. 23.1-ci maddəsində qeyd edilmişdir ki, inzibati orqan ərizə, şikayət və ya vəsatətlərin verilməsində, ərizə, şikayət və ya vəsatətlərdə buraxılmış səhvlərin aşkar edilməsində və onların aradan qaldırılmasında maraqlı şəxsə yardım etməyə, inzibati icraatda iştirak edən şəxsin malik olduğu hüquq və vəzifələri ona izah etməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 32.3-cü maddəsinə əsasən inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz. Hazırki işin faktiki hallarından görünür ki, cavabdeh orqan prosessual qənaət prinsipinin tələblərinə zidd davranaraq iddiaçının 08.07.1997-01.01.2004-cü il tarixləri arasındakı dövr ərzində “X16”şirkətində işlədiyi X13 köməkçisi vəzifəsini onun xüsusi stajına hesablamayaraq, həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993cü il tarixli 320 saylı qərarı ilə təsdiq olunmuş “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin” 1 saylı siyahısında göstərilmədiyi bildirmişdir. Halbuki, məhkəmə araşdırması zamanı iddiaçının 08.07.1997-01.01.2004-cü il tarixləri arasındakı dövr ərzində X13 köməkçisi vəzifəsində işlədiyi “KCA Deutag” şirkəti ilə "SOCAR AQŞ” MMC-nin 26 iyul 2018-ci il tarixində təsis etdikləri Qazma və mühəndislik sahəsində fəaliyyət göstərən "xxxx" MMC tərəfindən verilmiş sənədlərdə göstərilmişdir ki, "xxxx" MMC hazırda BP (British Petroleum) əməliyyat şirkətinin Xəzər dənizindəki neft-qaz buruqlarında - Çıraq, Qərbi Çıraq, Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Şahdəniz və X21 yataqlarında qazma əməliyyatlarını həyata keçirir. "xxxx" MMC təsis olunanadək 1995-ci ildən başlayaraq BP-nin həmin 7 buruqlarında “KCA Deutag” şirkətinin “X12”, “Deutsche Tiefbohr-AG., Baku”, “KCA Deutaq Caspian Limited” və "xxxx" adlanan Azərbaycan Respublikasındakı nümayəndəliyikləri qazma və mühəndislik xidmətlərini həyata keçirmişdir. Azərbaycan Respublikasında fəaliyyət göstərdiyi müddətdə nümayəndəliyiklərin adının dəyişməsindən asılı olmayaraq, eyni qrupa aid olduğundan onların sturkturu, göstərdiyi fəaliyyət növü, işin xarakteri, peşələrin (vəzifələrin) adları və vəzifə təlimatları eyni olub və “Turan Drilling and Engineering Company MMC”də də eyni olaraq qalmışdır. Vəzifə adları beynəlxalq tələblərə əsasən formalaşdırılmış və təsdiqlənmişdir. İlk olaraq Çıraq platformasında qazma əməliyyatları 1997-ci ildən başlamış və bu günə kimi qazma prosesində və vəzifə adlarında, fəaliyyət sahəsində heç bir dəyişiklik baş verməmişdir. Hazırda "xxxx" MMC-də işləyən işçilərin əmək müqavilələrində müəyyən edilmiş əmək funksiyaları dəyişməz olaraq qalmaqdadır. İddiaçı müqavilə üzrə nəzərdə tutulmuş əmək funksiyalarını 1997-ci ildən Xəzər dənizində yerləşən neft-qaz buruqlarında olan Çıraq, Şərqi Azəri, Qərbi Çıraq platformalarında icra etmişdir. İddiaçı “KCA Deutag” şirkətlər qrupunda yer alan şirkətlərdə işlədiyi bütün peşələrin (vəzifələrin) əmək funksiyaları "xxxx" MMC tərəfindən arayışa əlavə edilir. İddiaçı işlədiyi peşələrin (vəzifələrin) Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 21 iyun 1993-cü il tarixli 320 saylı qərarda göstərilən peşələrə (vəzifələrə) uyğun olması haqqında suala cavab olaraq bildirilmişdir ki, həmin vəzifələr qərarın 1 saylı siyahısında 11000000 şifrəsi ilə göstərilən – “X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı, 1. Qazma” siyahısına daxildir. Həmçinin, həmin şirkət tərəfindən verilmiş qazmaçı köməkçisi və X13 köməkçisi vəzifələrinin təlimatlarından görünür ki, hər iki vəzifənin xarakteri, mahiyyəti və xüsusiyyətləri eynilik təşkil edir. Eyni zamanda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kollegiyasının 19 iyun 1998-ci il tarixli 13-5 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası neft sənayesi sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu kitabçası”nın Neft və qaz hasilati bölməsinin Tarif-İxtisas Xüsusiyyətlərinin bölməsində verilmiş fəhlə peşələrinin diapazonunda “Qazma məhlulunun hazırlayıcısı” peşəsi də əksini tapmışdır. Bundan başqa, cavabdeh tərəfindən iddiaçının əmək kitabçasında 7 saylı bənddə göstərilmiş Azərbaycan Respublikası Həmkarlar İttifaqı X9 11.01.1990-cı il tarixli 39 nömrəli qərarı ilə fasiləsiz əmək stajının bərpa edilməsi barədə qeydi ümumi iş stajı hesablanarkən nəzərə almaması əsassızdır. Belə ki, iddiaçıya məxsus şəxsiyyət vəsiqəsindən göründüyü kimi o, xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikası, Vardenis rayonu, Zod kəndində doğulmuşdur. Ona məxsus əmək kitabçasından göründüyü kimi o, 26.10.1987-ci il tarixdə Zod Respublika Psixiatriya xəstəxanasında işləmiş və məlum siyasi-tarixi hadisələr nəticəsində 01.12.1988ci il tarixdə yaşadıgı yeri tərk etmək məcburiyyətində qaldıgından çalışdığı son iş yerindən iradəsindən asılı olmayan səbəblərdən əmək kitabşasını götürüb çıxmış, Azərbaycan Respublikası ərazisinə gəlmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən fasiləsiz iş stajının bərpası qanunvericilikdə nəzərdə tutulmuş qaydada yeni iş yerində həyata keçirilir. Bundan əlavə “Qaçqınların və məcburi köçkünlərin məsələləri ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1993-cü il 32 nömrəli Qərarının 7.ci bəndində göstərilmişdir ki, təsərrüfat, müəssisə və təşkilatlarda işləyən qaçqın və məcburi köçkünlərə özlərindən asılı olmayaraq işləyə bilmədikləri müddət üçün işlədikləri müəssisə və təşkilatların nazirlikləri və baş idarələri tərəfindən, büdcədən maliyyələşdirilən müəssisə və təşkilatlarda işləyən qaçqın və məcburi köçkünlərə isə müvafiq icra hakimiyyəti orqanları tərəfindən orta aylıq əmək haqlarının ödənilməsinə müstəsna hal kimi icazə verilsin. Orta aylıq əmək haqqı, respublikada müəyyən olunmuş minimum əmək haqqı məbləğindən az olduqda, minimum əmək haqqı məbləğində müəyyən edilsin. Həmçinin də “Daimi yaşayış yerlərini məcburi tərk etmiş vətəndaşların (qaçqınların) mənzillə təmin olunması haqqında” Azərbaycan Respublikası Ali Sovetinin 6 noyabr 1991-ci il tarixli 247-Xİİ nömrəli qərarının 11.-ci bəndində göstərilmişdir ki, məcburən tərk etdikləri əvvəlki daimi yaşayış yerlərindəki müəssisələrdə, təşkilatlarda, idarələrdə, kolxozlarda işlədikləri dövrdə istehsalat xəsarətinə görə əlil olmuş və vurulan zərərə görə kompensasiya hüququna malik olan qaçqınlara mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydada və miqdarda kompensasiya ödənilməsinin qanunsuz dayandırıldığını nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Respublika həmkarlar İttifaqları Şurasına təklif edilsin ki, bu məsələnin həllinə dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Ali Sovetinə versin. Bununla əlaqədar Azərbaycan Respublikası Həmkarlar İttifaqı X9 11.01.1990-cı il tarixli 39 nömrəli qərarına əsaslanaraq iddiaçının işəgötürəni onun fasiləsiz iş stajının bərpa edilməsi barədə əmək kitabçasında qeyd aparmışdır. Buna görə də, cavabdeh tərəfindən həmin dövr də iddiaçının ümumi iş stajına daxil edilməlidir. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 21.11.2011-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması” Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür: 3.1.1. Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Həmçinin, 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları”nın 117 “q” bəndinə görə arxiv idarələrinin arayışları iş stajını təsdiq edən sübut kimi qəbul edilə bilər. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Bununla bağlı cavabdehin əsas dəlili ondan ibarətdir ki, iddiaçının əmək kitabçasındakı fasiləsiz iş stajının bərpası barədə qeyd işlədiyi illərlə təsdiq olunmadığından sosial sığorta stajına daxil edilə bilməz. Cavabdeh bu zaman “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1.1-ci bəndinə əsaslanmaqla göstərmişdir ki, Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Məhkəmə aşağıda göstərilənlərə əsasən sözügedən dəlilləri əsassız hesab edir. Şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Bu mənada, Azərbaycan Respublikası Həmkarlar İttifaqı X9 11.01.1990-cı il tarixli 39 nömrəli qərarına əsaslanaraq iddiaçının işəgötürəni tərəfindən onun fasiləsiz iş stajının bərpa edilməsi barədə əmək kitabçasında qeyd aparıldıgından müvafiq olaraq sözügedən dövr iddiaçıya əmək pensiyası hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, cavabdehin istinad etdiyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydaları “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının yalnız əmək kitabçasına əsasən müəyyən ediləcəyinə dair imperativ norma nəzərdə tutmur. Həmin Qaydalarda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçası ilə yanaşı iş yerinin xüsusiyyətlərindən asılı olaraq digər başqa sənədlər (arayışlar, məlumat vərəqi, aktlar) əsasında müəyyən edilməsinin mümkünlüyü də təsbit edilmişdir. Bundan başqa, sözügedən Qaydaların 3.2.2-ci bəndində təsbit edilmişdir ki, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında iş stajı müəyyən edilə bilər. Göründüyü kimi iş stajının məhkəmə qaydasında hüquqi fakt kimi müəyyən olunması iki hal olduqda mümkündür – 1) əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və 2) həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda. Eynilə, Mülki Prosessual Məcəllənin 308-ci maddəsində də təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, qeyd edilən müddəaları hazırkı işin hallarına tətbiq etdikdə müəyyən olunur ki, iddiaçının əmək kitabçasında işəgötürən tərəfindən onun fasiləsiz iş stajının bərpa edilməsi barədə müvafiq qeyd oldugundan bu halda, fakt təsdiqi qaydasında məhkəməyə müraciət etməli olduğuna dair mövqe də əsaslı deyildir. Çünki iddiaçının Qaydaların 3.2.2-ci bəndində təsbit edilmiş imkandan istifadə etməklə məhkəmə qaydasında hüquqi əhəmiyyətli fakt kimi iş stajını müəyyən etdirməsi, başqa sözlə, hüquqi faktın təsdiqinə dair ərizənin uğurlu olması mümkün görünmür. Ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada almaq imkanına malik olduğuna görə məhkəmə hüquqi əhəmiyyətli faktı müəyyən etməkdən imtina etməli olacaqdır. Göründüyü kimi əmək kitabçası olmadıqda və ya əmək kitabçasında müvafiq qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını təsdiqedici sənəd kimi digər mötəbər sənədlər, o cümlədən arxiv arayışları nəzərə alına bilər. Güzəştli iş stajına gəldikdə isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. İddiaçının işlədiyi peşələr ona məxsus əmək kitabçasında qeyd olunmuş, həmin qeydlər işlədiyi müəssisələrin səlahiyyətli şəxsləri tərəfindən imza və möhür ilə təsdiq edilmiş, eləcə də müvafiq arayışlar iş materiallarına əlavə edilmişdir. Məhkəmə, işdə olan sənədlərə əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh iddiaçının 01.01.2006-cı il tarixədək 20 ildən artıq ümumi iş stajının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 №-li Siyahısı” üzrə 10 ildən artıq güzəştli iş stajının olmasını və 52 yaşının 22.04.2018-ci il tarixdə tamam olmasını nəzərə almamaqla onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair ərizəsini təmin etməməkdə haqlı olmamışdır. “Əmək pensiyaları haqqında” Qanunun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən heç bir müddət məhdudiyyəti olmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında əmək pensiyasının yarandığı gündən, lakin bu qanunun qüvvəyə mindiyi gündən tez olmayaraq ömürlük təyin edilir. Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq, dövlət pensiya sistemini yaratdıqda həmin sistemdən irəli gələn fərdi hüquqlar və maraqlar, bu sistemin maliyyələşdirilməsinə haqq ödənilib-ödənilməməsindən asılı olmayaraq, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiq dairəsinə düşür. 1 Saylı Protokolun 1-ci Maddəsinə əsasən işlərə ümumilikdə tətbiq olunan prinsiplər sosial yardıma gəldikdə eyni dərəcədə qüvvədə olur. Xüsusilə də, bu Maddə əmlak əldə etmək hüququ yaratmır. Bu, Razılığa gələn Dövlətlərin sosial sığorta sxeminin hər hansı formasını yaradıb-yaratmaması barədə qərar vermək və ya hər hansı belə sxem altında təmin edilən yardımın növünü və ya məbləğini seçmək azadlığına hər hansı məhdudiyyət qoymur. Lakin əgər Razılığa gələn Dövlətin – ödənişlərin əvvəlcədən edilməsi şərti qoyulub-qoyulmamasından asılı olmayaraq - sosial yardım hüququ əsasında belə ödənişi nəzərdə tutan qüvvədə olan qanunvericiliyi varsa, bu, onun tələblərindən faydalanan şəxslər üçün 1 Saylı Protokolun 1-ci Maddəsinin təsir dairəsinə düşən, əmlak maraqlarını yaradan qanunvericilik hesab olunmalıdır (Stek və digərləri Birləşmiş Krallığa qarşı iş üzrə Böyük Palatanın 12 aprel 2006-cı il tarixli Qərarı, §47-53; Andreyeva Latviyaya qarşı iş üzrə Böyük Palatanın 18 fevral 2009-cu il tarixli Qərarı, §76-77, Karsonun işi (Carson), § 64). Göründüyü kimi, iddiaçı əmək fəaliyyətinin ilk dövründən əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə işləməklə müəyyən edilmiş yaşa çatdıqda gələcəkdə dövlət tərəfindən ona güzəştli şərtlərlə pensiya verilməsinə ümid etmiş, həmçinin, həmin işlərdə işləməklə əmək haqqının müəyyən hissəsini məcburi sığorta haqqı kimi ödəməklə əmək pensiyasının ödənilməsinə yönəldilən vəsaitlərin yaradılmasında iştirak etmiş və həmin vəsaitlərin yaradılması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğ onun mülkiyyəti hesab olunur. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («İnzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə). Sadalanan normaların tələbinə görə məcburetmə haqqında iddianın əsaslı olması üçün aşağıdakı şərtlər birlikdə mövcud olmalıdır: inzibati orqan tərəfindən inzibati aktın qəbulundan imtina edilməli və ya inzibati orqanın hərəkətsizliyi nəticəsində inzibati akt qəbul edilməməli, həmin hərəkətlər qanuna zidd olmalı, həmçinin həmin hərəkətlər iddiaçının hüquqlarının pozulmasına səbəb olmalıdır. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanının üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia tələbi işdə olan sübutlara görə əsaslı və qanuni olduğuna görə təmin edilməli, İddiaçı oğluna 22.04.2018-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı oğluna 22.04.2018-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 3 SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar