Məhkəmə qərarları › İş №2-1(112)-1541/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1541/2024

16.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1541/2024 16.05.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Məmmədova Sevda Rövşən qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Firmasının cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı kompensasiya məbləğinin ödənilməsi tələbinə dair işə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Firması cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə qarşı İddiaçı firmasının xüsusi mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən 46.8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə bağlı vurulmuş ziyana görə 400 000 (dörd yüz min) manat kompensasiyasının cavabdehlərdən firmanın xeyrinə tutulması barədə qərar qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firmasının xüsusi mülkiyyətində olan ünvan 3 ünvanda yerləşən 46,8 kv.m sahəsi olan qeyri-yaşayış sahəsi 2001-ci ildə Cavabdeh1in əməkdaşları tərəfindən sökülmüşdür. Həmin vaxt tərəflərindən Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edilmiş və məhkəmə tərəfindən xx.xx.2002-ci il tarixdə qiyabi qətnamə qəbul edilərək iddiaları təmin edilmişdir. Sonradan cavabdeh şikayət vermiş, məhkəmə tərəfindən qiyabi qətnamə ləğv edilərək, aidiyyət qaydalarına uyğun olaraq onlara ümumi qaydada rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilmişdir. Həmin dövrdən sonra həm səhhətində, həm də, başqa problemlər olduğundan məhkəmələrə müraciət etməmişdir. Bundan başqa, müvafiq orqanların bəzi əməkdaşları məhkəməyə müraciət etməməsini, məsələni məhkəmədənkənar öz aralarında həll edəcəcəklərini bildirərək, onu arxayın etsələr də, sonradan hədələyərək vədlərinə əməl etməmişlər. Buna görə də, hazırda məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Firmaya məxsus əmlakın sökülməsi ilə əlaqədar olaraq onlara hər hansı kompensasiya ödənilməmiş, mülkiyyət hüquqları pozulmuşdur. Tərəflərindən müvafiq ərizə ilə cavabdehlərin özlərinə müraciət edilmiş, Maliyyə Nazirliyi xx.xx.2023-cü il tarixli cavab məktubunda müraciətinin araşdırılması üçün Cavabdeh1ə göndərildiyini bildirmişdir. Cavabdeh1 isə özünün xx.xx.2023-cü il tarixli məktubunda göstərmişdir ki, guya qeyri-yaşayış sahəsinin yerləşdiyi ərazidə onlar tərəfindən hər hansı tikinti, söküntü və abadlıq işləri aparılmamış, bununla bağlı hər hansı layihə hazırlanmamış və ya inzibati akt qəbul edilməmişdir. Hesab edir ki, onların imtinası açıq-aşkar əsassız və qanunsuzdur. Belə ki, sözügedən qeyri-yaşayış sahəsinin əvvəllər yerləşdiyi sahə hazırda “Gənclik” ərazisində ümumi istifadədə olan yolun, piyada keçidinin bir hissəsinə düşürdü. Cavabdehlərə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmişdir. Sərəncama əsasən cavabdeh Bakı şəhər Cavabdeh1 tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək bildirilmişdir ki, iddia tələbi iddiaçının yalnız formal mülahizələrinə uyğun tərtib edilmiş, hər hansı sübut və əsaslar iş materiallarına əlavə edilməmişdir. Belə ki, sözügedən mübahisəli ərazidə Cavabdeh1 tərəfindən hər hansı tikinti, söküntü, abadlıq işləri aparılmamış, bununla bağlı hər hansı layihə hazırlanmamış və inzibati akt qəbul edilməmişdir. Qeyd edilənlərlə əlaqədar iddia tələbi Cavabdeh1ə münasibətdə əsassız və qanunazidd olduğundan onun mümkünsüzlüyü barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Sərəncama əsasən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddia ərizəsinə qarşı etiraz ərizəsi təqdim edilərək Azərbaycan Respublikasının Ali Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən iddia tələbinin Azərbaycan Respublikası Maliyyə Nazirliyinə münasibətdə mümkün sayılmaması barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehlərin səlaihyyətli nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə cavabdehlərin nümayəndələrinin iştirakları olmadan baxılaraq qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, hazırki işin hallarından müəyyən edilmişdir ki: - İddiaçı Firmasının adına Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsi tərəfindən ünvan 5 ünvanda yerləşən 46.8 kv.m olan qeyri-yaşayış sahəsinə dair xx.xx.1998-ci il tarixli 011766 nömrəli Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında şəhadətnamə verilmişdir. - İddiaçı firması 03 dekabr 2001-ci il tarixdə iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət edərək Cavabdeh1dnə dəymiş ziyanın tutulmasını xahiş etmişdir. Sonradan ididaçı əlavə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək idida tələbinin artırılmasını və Cavabdeh1 tərəfindən İddiaçı Firmasına məxsus olan qeyri-yaşayış sahəsinin qeyri-qanuni olaraq sökülməsi, ona dəymiş 60000 ABŞ dolları dəyərində ziyanın ödənilməsi və ya həmin yerdə həmin ölçüdə kafe tikilməsinə sərəncam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası 1 saylı Yerli İqtisad Məhkəməsinin 1846/3-491 nömrəli 03 yanvar 2002-ci il tarixli qiyabi qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Bakı şəhəri Cavabdeh1dən İddiaçı Firmasının xeyrinə 16401000 manat zərər və 100 000 manat dövlət rüsumu tutulmuşdur. - Azərbaycan Respublikası 1 saylı Yerli iqtisad Məhkəməsinin 1846/3-491 nömrəli 08 fevral 2002-ci il tarixli qərardadı ilə İddiaçı Firmasının Cavabdeh1ə qarşı İddiaçı Firmasına məxsus olan qeyri-yaşayış sahəsinin qeyri-qanuni olaraq sökülməsi, ona dəymiş 60 000 ABŞ dolları dəyərində ziyanın ödənilməsi və ya həmin yerdə həmin ölçüdə kafe tikilməsinə sərəncam verilməsi barədə qətamə çıxarılmasına dair iddiası üzrə 1846/3-491 saylı mülki işin icraatına xitam verilmiş, iddiaçıya hazırki mübahisəyə dair qanunla müəyyən edilmiş qaydada ümumi məhkəmədə iddia qaldırmaq hüququ izah edilmişdir. - İddiaçı tərəfindən 2023-cü ildə cavabdehlərə ərizə ilə müraciət edilərək mülkiyyətində olan qeyri-yaşayış sahəsinin sökülməsi ilə əlaqədar kompensasiyanın ödənilməsi xahiş edilsə də, Bakı şəhəri Cavabdeh1 tərəfindən ididaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən isə iddiaçının müraciəti aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Cavabdeh1ə göndərilmişdir. Hazırda iddiaçı inzibati məhkəmə icraatında mülkiyyətində olmuş mübahisəli qeyriyaşayış sahəsinə görə kompensasiya ödənilməsi barədə qərar qəbul edilməsini tələb edir. Məhkəmə ilk öncə qeyd edir ki,“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Həmin Qərarın 6.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Həmin Qərarın 6.2-ci bəndinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. Hazırki iddia tələbi üzrə iddiaçı tələbini iki cavabdehə qarşı yönəltmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə münasibətdə sonuncu iddiaya cavab verməli orqan olmaması səbəbindən mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamənin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) Azərbaycan Respublikasının maliyyə siyasətini işləyib hazırlayan və həyata keçirən, dövlət maliyyəsinin idarə olunmasını təşkil edən, dövlət və icmal büdcələrin layihələrini hazırlayan və dövlət büdcəsinin kassa icrasını təmin edən, dövlət borcunun və maliyyə öhdəliklərinin idarə edilməsi, mühasibat uçotunun təşkili və aparılması sahələrində dövlət tənzimlənməsinin, dövlət büdcəsi vəsaitindən istifadə, qiymətli metalların və qiymətli daşların istehsalı, emalı və dövriyyəsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsini təmin edən mərkəzi icra hakimiyyəti orqanıdır və hazırki tələb üzrə o cavabdehlik daşıya bilməz. Məhkəmə digər cavabdeh olan Bakı şəhəri Cavabdeh1ə münasibətdə isə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Lakin bu hüquq mütləq hüquq deyil və müəyyən qanuni məhdudiyyətlərə (məsələn, iddia müddəti, şikayətin qəbul edilmə şərtinə cavab verməməsi və s), məruz qoyula bilər. Lakin ədalət mühakiməsi hüququ onun mahiyyətinə xələl gətirə biləcək dərəcədə məhdudlaşdırılmamalıdır. Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və onlara dair ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsi vəzifəsini müəyyən edir. Qeyd olunan hüququn vacibliyinə baxmayaraq, o mütləq deyil. Bu hüququ məhdudlaşdıran tədbirlər konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3-cü maddəsinin müddəaları baxımından legitim məqsədlərə nail olmaq üçün tətbiq edilməli, mütənasiblik meyarına cavab verərək onun əsas mahiyyətinə toxunmamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə xx.xx.2000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. AHİM presedent hüququna əsasən 6-cı Maddənin 1-ci bəndi məhkəmələrdən qərarlarını əsaslandırmalarını tələb edir, lakin bu, hər arqumentə görə hərtərəfli cavabın verilməsi kimi başa düşülməməlidir (Van de Hurk Hollandiyaya qarşı, § 61; X2rşı [BP], § 26; Jahnke və Lenoble Fransaya qarşı (qərardad); Perez Fransaya qarşı [BP], § 81). Buna baxmayaraq, tərəflərdən birinin təqdimatı proseslərin nəticəsi üçün həlledici olduqda, ona xüsusi və aydın şəkildə ifadə edilmiş cavab verilməlidir (RuizTorija İspaniyaya qarşı, § 30; Hiro Balani İspaniyaya qarşı, § 28). İnzibati Prosessual Məcəllə qüvvəyə minənədək qüvvədə olan Azərbaycan Respublikası Müjki Prosessual Məcəlləsinin 24-1-fəslində (Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin və vəzifəli şəxslərin vətəndaşların, hərbi qulluqçuların və köllbktivlərin hüquqlarına toxunan qeyri-hüquqi hərəkətlərindən şikayətlər) və 2000-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2011 -ci il 30 iyun tarixədək qüvvədə olmuş 27-ci fəslində (Müvafiq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat) ümumi (publik) hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə hüquqi müdafiə imkanları nəzərdə tutulmuşdu. Bu baxımdan mübahisə açan tərəf həmin qanunvericilik aktlarının verdiyi hüquqi müdafiə imkanlarından, həm də aktlarla müəyyən edilmiş müddətlərdə istifadə etmədiyi halda, 2011-ci il tarixədək qəbul edilmiş aktların (hərəkət və ya hərəkətsizliyin) mübahisələndirilməsi üçün əvvəlki qanunla müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti 2011-ci il tarixədək artıq ötürülmüşdürsə, onlar yeni qanuna görə də mübahisələndirilə bilməzlər. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta (hərəkət və ya hərəkətsizliyə) qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Bununla əlaqədar qeyd edilməlidir ki, Azərbaycan. Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında əsasən: “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, ;lPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini....yoxlamalıdırlar (2.3-cü bənd); iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, nəmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. (8.6- cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, ihdianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır (9-cu bənd)”. Belə olan halda inzibati icraat qaydasında baxılan istənilən iddia inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmalı, subyektiv hüququ olan şəxs tərəfindən, qanunla müəyyən edilən iddia müddətləri daxilində və müvafiq cavabdehlik daşıyan inzibati orqana qarşı qaldırılmalı, hüquq və azadlıqların pozuntusu sübutlar da əlavə olunmaqla əsaslandırmalıdır ki, onun məhkəmə icraatı mümkün sayılsın. Hazırkı işdən iddiaçının 2011-ci ilədək qüvvədə olan qanunvericilik aktları ilə müəyyən edilmiş müddətlər daxilində iddia etdiyi tələbi ilə 2002-ci il tarixdə 1 saylı Yerli İqtisad Məhkəməsinə müraciət etməsi müəyyən edilsə də, 1 saylı Yerli İqtisad Məhkəməsi tərəfindən sonda ümumi məhkəməyə müraciət etməsi tövsiyə olunmasına baxmayaraq iddiaçı tərəfindən həmin tələbinin davam etdirilərək ümumi məhkəməyə müraciət etməsi müəyyən olunmamışdır. Belə olan halda inzibati orqanın 01 yanvar 2011-ci ilədək qəbul edilmiş qərarlarının ləğvi, dəyişdirilməsi və ya etibarsızlığı, həmçinin hərəkəti və hərəkətsizliyi ilə bağlı iddialara baxılarkən həmin qərarların (hərəkətlərin) mübahisələndirilməsi imkanı aradan qalxdığından, beləliklə belə iddialar mümkünlük şərtlərinə cavab vermədiyindən mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin iddianın mümkünlüyünü müəyyən edən 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın məhkəmə tərəfindən mümkün sayılması üçün vacib şərtlər-tərəfin məhkəməyə müraciət etməsinə əsas verən mübahisənin mövcudluğu, tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddianın subyektiv hüquqa malik olan şəxs tərəfindən verilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35.1, 80 və 85-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Firmasının iddiası mümkün sayılmasın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar