Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1544/2020 12.06.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X2 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirаkları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati işə Bakı İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, Məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21,25 kv.m olan 42 saylı mənzilə dair kompensasiyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya ünvan 1 ünvanında yerləşən “ünvan 2 otağa dair order verilmişdir. Orderin verilməsinə əsas "xxxx" ASC-nin Həmkarlar Komitəsinin 10 saylı, 12 mart 2003-cü il tarixli protokolu olmuşdur. İddiaçı ailəsi ilə birlikdə həmin yerdə yaşamış, lakin məlum hadisələr zamanı Qarabağ bölgəsindən gələn qaçqınları yerləşdirmək zərurəti yaranması ilə əlaqədar olaraq "xxxx" ASC-də qaqçınların yerləşməsinə kömək məqsədi ilə yataqxanada yaşayan şəxslərin sıxlaşması, yəni iki və ya üç ailənin bir otağa yerləşdirilməsi xahiş edilmişdir. Nəticədə iddiaçı ozünün və digər şəxslərin yaşayış yerlərindən məhrum olmuşlar. Azərbaycan Respublikasının Prezidentinin 17 sentyabr 1998-ci il tarixli 895 saylı Sərəncamına əsasən qaçqın və məcburi köçkünlərin yaşadığı yer 1998-ci il tarixə qədər məksunlaşdığı yer nəzərdə tutulur, bu tarixdən sonrakı hər hansı məskunlaşma yol verilməz hesab edilir. Belə olan halda, ünvan 3 ünvanında yerləşən qanuni əsaslarla onun istifasədinə olan otaqda yaşamış olduğunu, onun ağır ehtiyac içində olmasına baxmayaraq kompensasiyanın ona yox, başqa bir şəxsə ödənilməsinin qanunsuz olduğunu hesab edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. İş üzrə cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Nazirlər Kabinetinin müvafiq sərəncamında hər ailə başçısına dövlət vəsaiti hesabına birdəfəlik maddi yardımın ayrılması nəzərdə tutulduğundan, İddiaçı göstərilən yataqxanada faktiki yaşamadığından, iddia tələbi Nazirlər kabinetinin məlum sərəncamına ziddir. Həmçinin, Nazirlər kabinetinin sözügedən sərəncamı ilə müəyyən olunmuş maliyyə yardımının miqdarı və paylanma qaydasının dəyişdirilməsi Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətində deyil. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasda iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına, o cümlədən imtina məktubuna və etiraza uyğun izahat verərək iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarında olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin olunmamalıdır. İş materiallarına əlavə edilmiş: 14.08.2019-cu il tarixli Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinin iddiaçının cavabdehə ünvanlanmış kompensasiyanın ödənilməsi barədə müraciətinə imtina məktubundan görünür ki, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217s saylı 14.04.2016-cı il tarixli Sərəncamına əsasən Bakı şəhəri, Cavanşir küçəsində yerləşən 14 saylı yataqxana qəzalı vəziyyətdə olduğu üçün həmin yataqxanada yaşayan sakinlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə göstərilən yataqxanada faktiki yaşayan 24 məcburi köçkün ailələri də daxil olmaqla 91 ailə başçısına kompensansiyanın ödənilməsinin nəzərdə tutulduğunu, iddiaçıya kompensasiya ödənilməsinin qeyd olunan Sərəncamın tələblərinə uyğun olmadığını qeyd etmişdir. 25.02.2020-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin məktubundan görünür ki, iddiaçı 09.10.1990-cı il tarixdən bu günədək ünvan 5 ünvanında qeydiyyatdadır. Qeydiyyat üçün əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçıya kompensasiyanın ödənilməsi ilə bağlı mübahisənin qanuni və əsaslı həllinə nail olmaq üçün işə aşağdaki qanunvericilik aktlarının müddəaları tətbiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 217s saylı, 14 aprel 2016-cı il tarixli Sərəncamının 1-ci hissəsindən görünür ki, ünvan 6 ünvanlarında yerləşən, qəzalı vəziyyətdə olan yataqxana binalarında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması məqsədi ilə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi 60 ünvanında yerləşən yataqxana binasında məskunlaşmış 1 məcburi köçkün ailəsi də daxil olmaqla, cəmi 94 ailənin hər birinə və 1 qeyri-yaşayış sahəsinin mülkiyyətçisinə 45000 manat hesabı ilə birdəfəlik maddi yardım üçün ******* manat, yataqxana binasının sökülməsi, onun yerləşdiyi ərazinin abadlaşdırılması üçün 200000 manat və bank xidmətləri xərci üçün 21375 manat olmaqla, Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsinin ehtiyat fondundan Xətai Rayon İcra Hakimiyyətinə ******* manat məbləğində vəsait ayrılmışdır. Həmin Sərəncamın 2-ci hissəsindən görünür ki, ünvan 7 ünvanında yerləşən yataqxana binasında məskunlaşmış 24 məcburi köçkün ailəsi də daxil olmaqla, cəmi 91 ailənin hər birinə 45000 manat hesabı ilə birdəfəlik maddi yardım üçün ******* manat, yataqxana binasının sökülməsi, onun yerləşdiyi ərazinin abadlaşdırılması üçün 200000 manat və bank xidmətləri xərci üçün 20475 manat olmaqla Xətai Rayon İcra Hakimiyyətinə ******* manat məbləğində vəsait ayrılmışdır. Qeyd olunan Sərəncamın mahiyyətindən də göründüyü kimi Sərəncam Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən, qəzalı vəziyyətdə olan yataqxana binalarında baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması ilə bağlıdır. Göstərilən ünvanda yerləşən yataqxanaların sökülməsi ilə bağlı olaraq həmin yataqxanalarda məskunlaşmış şəxslərin yaşayış yerlərindən məhrum olması nəzərə alınaraq yataqxanaların sakinlərinə birdəfəlik maddi yardımın edilməsi də, onların yeni yaşayış sahəsi ilə təmin edilməsinə, mülkiyyət hüququnun müdafiəsinə xidmət edir. Sərəncamda da göründüyü kimi birdəfəlik maddi yardım yataqxana binalarında faktiki yaşayan, orada məskunlaşmış şəxslər üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi ehtiyat fondu və dövlət büdcəsində “Fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı xərclər” üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilir. Qeyd olunan Sərəncamda qəzalı vəziyyətdə olan yataqxanalarda faktiki yaşamamış və ya məşkunlaşmamış şəxslərə, indiki halda iddiaçıya hər hansı ödənişin edilməsi nəzərdə tutulmamışdır. İddiaçı 2 dəlili əsas gətirərək (order və qeydiyyat) kompensasiya ödənilməsi öhdəliyinin cavabdeh icra hakimiyyətinin üzərinə qoyulmasını xahiş edir. İddia ərizəsindən göründüyü kimi, həmçinin, məhkəmə araşdırması zamanı iddiaçının izahatından aydın olduğu kimi iddiaçı orderə sahib olaraq qeydiyyatda olmasa da, uzun müddətdir ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşən yataqxanada faktiki olaraq yaşamamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 27.1-ci maddəsindən də göründüyü kimi fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. İddiaçının 09.10.1990-cı il tarixdən ünvan 5 ünvanında qeydiyyatda olması ilə bağlı, həmçinin orderə sahib olması ilə bağlı isə Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. İddiaçının yataqxana qeydiyyatı olması, həmin yataqxana otağına aid orderin olması (iddia ərizəsində qeyd edilənlərə əsasən) onun üçün əmlak hüququ, indiki halda birdəfəlik maddi yardım almaq hüququ yaratmır. Qeydiyyatın məqsədi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda açıqlanmışdır. Həmin Qanunun 1-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Göründüyü kimi qeydiyyat hər hansı hüquq yaratmır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 48-ci maddəsində qeyd edilir ki, dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Göründüyü kimi, order özü də mənzil sahəsinə köçmək hüququ verir. İndiki halda isə, iddiaçı özü də etiraf edir ki, əvvəllər yataqxana otağında məskunlaşsa da, uzun müddətdir ki (2005-ci ildən), həmin ünvanda yaşamır. Beləliklə, qeyd olunanlara əsasən Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı məhkəmə araşdırılması ilə iddiaçının cavabdeh inzibati orqana müraciətində qaldırılan məsələnin həllindən cavabdehin imtinasının qanunsuz sayılması üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim еdilmiş sübutlаrı məcmu hаlındа qiymətləndirərək hеsаb еdir ki, iddiaçının cavabdehə qarşı kompensasiyanın ödənilməsi barədə iddiа tələbi əsаssız оlduğundаn rədd еdilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-in 2-ci, 68-ci, 69-cu və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyətinə qarşı 21,25 kv.m olan 42 saylı mənzilə dair ona kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiа tələbi rədd еdilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1544/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1544/2020
12.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver