Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1544/2022 11.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, iddiaçıların nümayəndəsi, eyni zamanda vəkili Vəkil (Ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ordubadi küçəsi ev 7, mənzil 19; ixtisası: hüquqşünas; iş yeri və vəzifəsi: Bakı şəhəri 18 saylı Vəkil Bürosu, vəkil), cavabdehin nümayəndəsi X2 (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ə.Ələkbərov 10, 20; ixtisası: hüquqşünas; iş yeri və vəzifsi: Nəsimi Rayon Qeydiyyat Şöbəsi, baş məsləhətçi) iştirakları ilə, iddiaçılar - İddiaçı1 və İddiaçı2 cavabdeh - Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum haqqında şəhadətnamədə uşağın adının Əbəlfəzl kimi qeyd edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı 11.03.2020-ci il tarixində dünyaya gəlmiş övladlarının adını doğum haqqında şəhadətnamədə “Əbəlfəzl” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdehin iddaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclası 11.02.2022-ci il tarixə təyin edilmişdir. Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir. İddia ərizəsində bildirilmişdir ki, iddiaçıların 11.03.2020-ci il tarixində dünyaya gəlmiş övladlarına “Əbəlfəzl” adı vermək istəsələr də 1 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsi tərəfindən övladlarına heç bir əsas olmadan doğum haqqında şəhadətnamədə “Əbülfəz” olaraq qeyd edilmişdir. Bununla bağlı olaraq, övladının adının dəyişdirilməsi üçün Ədliyyə Nazirliyinin Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Həmin orqandan verilən 08.06.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə “Adın ata adının və soyadın verilməsinin verilməsi və dəyişdirilməsi qaydalarının” 1.4cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək habelə şəxsin cinsinə uygun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Göründüyü kimi inzibati orqan tərəfindən verilən imtinanın heç bir hüquqi əsası yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçıların nümayəndəsi, eyni zamanda vəkili iddia ərizəsilə eyni məzmunlu izahat verərək iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi sözlərin düzgün yazılış qaydalarını özündə ehtiva edən “Azərbaycan dilinin orfoqrafıya lüğəti”ndən çıxarış təqdim edərək öz izahatında bildirmişdir ki, həmin lüğətdə adın “Əbülfəz” kimi yazılışı öz əksini tapmışdır. Adların, sözlərin tələffüz formaları müxtəlif olsa da yazılış qaydaları vahid formada tənzimlənir. Bu nəzərə alınaraq bu ad vahid formada ədəbi dil normalarına uyğun olaraq “Əbülfəz” formasında yazılmalıdır. Məhkəmə tərəflərin izahatını dinləyib, işin materiallarını araşdıraraq aşağıdakı əsaslara görə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, siyası partaiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İş materiallarından görünür ki, notarial qaydada təsdiq olunmuş Nikah haqqında AZ-İ seriyalı 432429 nömrəli şəhadətnaməyə əsasən X1 və X6 26.08.2008-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. İş materiallarından görünür ki, AZ-İV 436801 nömrəli Doğum haqqında şəhadətnaməyə əsasən 11.03.2020-ci il tarixdə Bakı şəhərində İddiaçı1 ilə X3 övladı X7 oğlu anadan olmuşdur. İş materiallarından görünür ki, iddiaçılar 11.03.2020-ci il tarixində dünyaya gəlmiş övladlarının adını doğum haqqında şəhadətnamədə “Əbəlfəzl” kimi qeyd edilməsini tələb edirlər. İş materiallarından görünür ki, iddiaçılar hazırkı iddia tələbi ilə cavabdeh inzibati orqana müraciət etmişdilər. İş materiallarından görünür ki, cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsi 08.06.2021-ci il tarixli cavab məktubu ilə iddiaçıların müraciətini təmin etməkdən imtina edərək bildirmişdir: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1 -ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə "Adın,ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4.bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54-cü maddəsinə görə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Eyni zamanda nəzərinizə çatdırırıq ki, həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Göstərilənlərə bağlı bildiririk ki, qanunvericiliyin tələblərinə əsasən uşağınızın adının “Əbülfəz”dən “Əbəlfəzl”ə dəyişdirilməsi mümkün olmamışdır.” Aşağıda gösətrilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin Məcəllənin 53.4-cü maddəsinə əsasən valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) tərəfindən həll olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Həmin Məcəllənin 26.5-ci maddəsinə əsasən fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 1.4-cü bəndinə əsasən uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. “Azərbaycan Respublikasının dövlət dili haqqında” qanunun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının adları, atalarının adları və soyadları dövlət dilində yazılır. Azərbaycan Respublikası vətəndaşlarının adları və soyadlarının dəyişdirilməsi müvafiq qanunvericiliklə tənzimlənir. Həmin qanunun 13.1-ci maddəsinə əsasən dövlət dilinin normaları özündə Azərbaycan ədəbi dilinin orfoqrafiya və orfoepiya normalarını ehtiva edir. Azərbaycan dilinin orfoqrafiya və orfoepiya normalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Hüquqi, fiziki və vəzifəli şəxslər bu normalara əməl etməlidirlər. “Azərbaycan dilinin orfoqrafıya lüğəti”ndə (səh. 39-da) adın “Əbülfəz” kimi yazılışı öz əksini tapmışdır. Adların, sözlərin tələffüz formaları müxtəlif olsa da yazılış qaydaları vahid formada tənzimlənir. Bu nəzərə alınaraq bu ad vahid formada ədəbi dil normalarına uyğun olaraq “Əbülfəz” formasında yazılmalıdır. Məhkəmə qeyd edir ki, valideynlər uşaqlarına ad qoymaqda sərbəst olsa da, bu sərbəstlik mütləq xarakter daşımır, bu zaman dövlətin mənafeyi də nəzərə alınmalıdır. Belə ki, azərbaycan dilində olmayan adların qoyulması məqsədəmüvafiq hesab edilmir. Hazırkı halda da iddiaçının uşağına qoymaq istədiyi “Əbəlfəzl” adı Azərbaycan dilinin ədəbi dil normalarına uyğun qəbul edilməmiş, həmin adın onomastik adlar sistemində “Əbülfəz” adı ənənəvi fonetik prinsipə uyğun olaraq düzgün yazılış forması olduğu qeyd edilmişdir. Göründüyü kimi, cavabdehin imtina etməsi qanuni və əsaslı olmuş, iddiaçıların hüquqları pozulmamışdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Bakı şəhəri Nəsimi Rayon Qeydiyyat Şöbəsinə qarşı 11.03.2020-ci il tarixində dünyaya gəlmiş övladlarının adını doğum haqqında şəhadətnamədə “Əbəlfəzl” kimi qeyd edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddiaları təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilməsin. Qərardan şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-1544/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1544/2022
11.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver