Məhkəmə qərarları › İş №2-1(112)-1545/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1545/2024

10.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1545/2024 10.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X2, Üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndəsi (vəkili) Vəkil, Üçüncü şəxs “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR), “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı) qarşı “torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınması” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı Bakı İnzibati məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, cavabdehin mülkiyyətində olmuş 600 kv metr torpaq sahəsinin Xocasən Bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli , 11/24 saylı qərarı ilə rəsmiləşdirilmiş alqı -satqı aktı və həmin akta əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında, Xocəsən Bələdiyyəsinin mülkiyyətində olmuş 600 kv metr torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılıb uyğun “Çıxarış “-ın verilməsi vəzifəsini ƏMDX-nin DƏDKR publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi arasında, həmin təsisatın mülkiyyətində olmuş 600 kvm torpaq sahəsini fərdi yaşayış evi tikdirmək məqsədi ilə alqı-satqının rəsmiləşdirilməsinə dair Xocasən Bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli, 11/24 saylı qərarı ilə həmin sahəni satın almışdır. Sözügedən torpaq sahəsinin planı və ölçüsündə əsas döngə nöqtələrinin koordinatlarının düz göstərməsi və 600 kv metrin kadastr planını işlənilib xüsusi mülkiyyətin obyekti olaraq öz adına dövlət qeydiyyatının aparılmaqla “Çıxarış“-ın verilməsi üçün cavabdeh publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə verdiyi ərizəsi, qanuni əsaslarla əldə etdiyi torpaq sahəsinin alqı-satqı aktının keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi“ tərəfindən qeydə alınmadığını əsas göstərməklə təmin edilməsindən imtina edilmişdir. Həmin imtina ilə razı deyil, onu əsassız sayır və belə qənaətdədir ki, inzibati orqanın vəzifəli şəxsinin hərəkətsizliyi qanuni mənafeyini və mülkiyyət hüququnu pozur. Ərizəsinə əlavə etdiyi hüquqmüəyyənedici sənədlərdən müəyyən olunur ki, Xocəsən Bələdiyyəsinin tərəfindən ona satılmış 600 kv m sahənin yeni kadastr planı cavabdehin mütəxəssisləri tərəfindən işləndiyi təqdirdə mülkiyyət hüquqlarının dövlət qeydiyyatından keçirilməsi mümkündür. Bu səbəbdən qeyd edilən imtinanı konstitusion mülkiyyət hüququnun məhdudlaşdırıldığı üçün ədalətsiz və qanunsuz hesab edir. Digər tərəfdən hazırda özünə məxsus torpaq sahəsində fərdi ev tikdirməyə ciddi ehtiyacı var. Tələbi isə əsaslı olmaqla bərabər həm də qanunidir.

3. İddia ərizəsinə Bakı şəhəri Binəqədi rayon X1 Bələdiyyəsi ərazisində olan 600 kv.m. torpaq sahəsinin vətəndaş İddiaçı mülkiyyətinə verilməsi haqqında xx.xx.2005-ci il tarixli 11/24 nömrəli qərar, torpaq sahəsinin cizgisi (planı), torpaqların alqı-satqısına dair akt və kassa mədaxil orderinin qəbzi təqdim edilmişdir.

4. Cavabdeh orqanın imtina məktubunda bildirilmişdir ki, təqdim etdiyi torpaqların alqısatqısına dair akt keçmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmişdir “Torpaqların alqı-satqısı” qaydarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasın (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bu məktub daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan imtina sayılmır.

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Binəqədi rayonu Xocasən Bələdiyyəsi inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında üçüncü şəxs qismində nəzərə alınmışdır.

6. Məhkəmənin sorğusuna cavab olaraq Binəqədi rayonu Xocasən Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 03/599 nömrəli məktubunda qeyd edilmişdir ki, Xocəsən bələdiyyəsi tərəfindən bütün vətəndaşlara, o cümlədən iddiaçı qismində məhkəməyə müraciət edən vətəndaş İddiaçı istifadəsinə verilməsinə dair bələdiyyə tərəfindən qəbul olunmuş qərar və qərara əlavə edilmiş cizgi, alqı-satqı aktı və s. sənədlər mühafizə olunması üçün “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən Milli Arxiv İdarəsinə təhvil verildiyindən, sənədlərin əslinə bərabər sürətlərini əldə etmək üçün AR-nın Milli Arxiv İdarəsinə müraciət edilməsi tövsiyə olunur. Əlavə olaraq bildirilmişdir ki, bələdiyyələr tərəfindən qəbul edilmiş qərar və ona aid sənədlərin bir nüsxəsi də vətəndaşlara təqdim edilmişdir.

7. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli torpaq sahəsinin mülkiyyət növü və kateqoriyası barədə məlumatın məhkəməyə göndərilməsi ilə bağlı məktubunda bildirilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən sahə “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Sahənin Bələdiyyə ərazisi olması barədə məlumat aşkar edilməmişdir. Həmçinin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir. Bundan əlavə qeyd edilmişdir ki, təqdim edilmiş cizgidə heç bir istinad, istinad məsafəsi, perimetrik ölçü qeyd edilməmişdir. Bu səbəbdən sənədin göstərilən əraziyə aid olub-olmamasını müəyyənləşdirmək mümkün olmamışdır.

8. Cavabdeh tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən Bələdiyyəsi ilə İddiaçı arasında bağlanmış, cavabdehin mülkiyyətində olmuş 600 kv.m torpaq sahəsinin Xocasən Bələdiyyəsinin 07 iyun 2005-ci il tarixli, 11/24 saylı qərarı ilə rəsmiləşdirilmiş alqı-satqı aktı və həmin akta əlavə edilmiş hüquqmüəyyənedici sənədlər əsasında, Xocasən Bələdiyyəsinin mülkiyyətində olmuş 600 kv.m torpaq sahəsinə İddiaçı adına mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılıb uyğun “çıxarış”ın verilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2023-cü il tarixli ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Aparılan araşdırma zamanı məlum olmuşdur ki, təqdim edilən torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən təsdiq edilməmişdir. Bundan başqa, təqdim edilmiş yerləşmə cizgisində heç bir istinad və məsafələr və perimetrik ölçülər qeyd edilmədiyindən cizginin faktiki göstərilən torpaq sahəsinə aid olmasını müəyyənləşdirmək mümkün olmamışdır. Həmçinin, İdarənin elektron kadastr məlumatlarında faktiki göstərilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olması barədə məlumat aşkar olunmamışdır. Dövlət mülkiyyətində olmaqla, yaşayış məntəqələrinin torpaqları kateqoriyasına aiddir. Bundan əlavə, sözügedən torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqdi Oyl) istifadəsinə verilmiş ərazilərdə yerləşir. (Ortofoto əlavə olunur - 01 vərəq) “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46- cı maddəsinə əsasən dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının qanununun 4.0.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam verməyin bələdiyyələrin səlahiyyətində olduğu göstərilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq iddia tələbinin rədd edilməsini xahiş edilmişdir.

9. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (Binəqədi OYL) inzibati məhkəmə icraatında iştirakı adi cəlbetmə qaydasında üçüncü şəxslər qismində nəzərə alınmışdır.

10. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən təqdim edilmiş etirazda bildirilmişdir ki, məhkəmə tərəfindən Azərbaycan Dövlət Neft Şirkəti üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi təmin edilə bilməz. Belə ki, qeyd edilən torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması məqsədilə SOCAR-ın daimi istifadəsində olmuş və hal-hazırda da Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 901-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında” Sazişə əsasən, “X9” Şirkətinin istifadəsinə verilmiş ərazilərin hüdudları daxilində yerləşir. Həmçinin, torpaq sahəsi 160161 saylı ləğv olunmuş quyunun 58 metrlik məsafəsində, 161673 saylı ləğv olunmuş quyunun 61 metrlik məsafəsində və 161669 sayli fəaliyyətsiz quyunun 43 metrlik məsafəsində mühafizə zonası daxilində yerləşir. Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-11 Q nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Binəqədi, Qırməki. Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sıansor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında" Sazişə əsasən, mübahisəli sahə “X9” Şirkətinin istifadəsinə verilmiş kontrakt sahəsinin hüdudlarına daxil edilmişdir. "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti. X13 Bİ.Vİ. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının 29 aprel 2005-ci il tarixli 901-İİQ nömrəli Qanununun 4-cü maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar qöstərilməyibsə, Saziş, Hökumət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyqun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrast sahəsində neft-qaz əməliyyatları aparmaq uçun müstəsna hüquq verilir. Torpaq islahatı haqqında qanunun" 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin,-nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daim, istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədır, onlar qnunvericiliklə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-cı il 6 fevral tarixli 31 nömrəli qərarı ilə təsdiq edilmiş "Təhlükə potensialiı təbiət və texnogen xarakterli hadisələrin baş vermə ehtimalının yüksək olduğu zonalarda mühafizə tədbirlərinin növləri və onların tətbiqi halları" Qaydalarının 3.3-cü bəndinə görə, əhalinin sağlamlığını, ətraf mühiti və əmlakı dənizdə və quruda neft-qaz əməliyyatları zamanı varana biləcək qəzalardan mühafizə etmək üçün bu obyektlər ətrafında xüsusi mühafizə zonalar; müəyyən edilmişdir. Neftqazçıxarma sənayesi obyektlərindən yaşayış binalarına fərdi yaşayış evlər-nə yataqxanalara, ictimai və inzibatı binalara, müvəqqəti salınmış qəsəbələrə, sənaye və kənd təsərrüfatı müəssisələrinə, elektrikötürücü xətlərinə və elektrik yarımstansiyalarına qədər minimum məsafələr (metrlə) müəyyən edilmişdir. Həmin Qaydalara görə, fontan, qazlift və dalma nasosları ilə təchiz olunmuş quyularla yaşayış evləri arasındakı məsafə ən azı 300 metr, mancanaq dəzgahı ilə istismaı olunan və basqı quyulan ilə yaşayış evləri arasında olan mühafizə zonası isə minimum 15G metr müəyyən edilmişdir. Ləğv olunmuş quyularla yaşayış evlən arasında mühafizə zonası isə ən azı 75 metr olması müəyyən edilmişdir. Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2002-ci il tarixi: 685 saylı Fərmanına, eiəcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 saylı Qərarına əsasən, ixrac neft boru kəmərinin mühafizə zolağında nər hansı qurğunun yerləşdirilməsi və ya tikınt işlərin aparılması qadağan olunmuşdur. Torpaq Məcəlləsinin 9-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məotəqələrinin) torpaqları, sənaye nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar, xüsus qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları: su fondu; torpaqları; ehtiyat fondu torpaqları. Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakifnıyyəti orqanı tərəfindən həyata keçirilir. Torpaq Məcəlləsinin 10-cu maddəsinin 1, 4 və 5-ci bəndlərinə əsasən, torpaqların məqsədli təyinatı — torpağın kateqoriyasına uyğun olaraq, onun konkret məqsədlər üçün istifadəsinin bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən edilmiş qaydaları, şərtləri və həddidir. Torpaq kateqoriyalarının məqsədli təyinatı və hüquqi rejim; qanunvericiliklə müəyyən edilir, şəhərsalma və yerquruluşu sənədlərində əks etdirilir. Kateqoriyalar daxilində torpaqlardan istifadə qaydaları onların təbii-təsərrüfat rayonlaşdırılması, zonalaşdırılması, istifadəsinin ərazi planlaşdırılması və yerquruluşu sənədlərinə uyğun olaraq mülkiyyətçilər, istifadəçilər və icarəçilər tərəfindən müəyyən edilir. Torpağın kateqoriyaları torpağın verilməsi barədə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarında dövlət torpaq kadastrı sənədlərində, torpaq qeydiyyat kitablarında və bu Məcəllədə göstərilən digər sənədlərdə əks olundu. Həmin Məcəllənin 22-cı maddəsinə əsasən, sənaye, raouə nəqliyyat. ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti uçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaq sayılır. Əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatı: obyektlərin istismarına lazımı şərait yaradılması uçün onların ətrafında xüsusi (qoruyucu, sanitarıya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Telekommunikasiya fəaliyyəti üçün fiziki və hüquqi şəxslərə verilən torpaq sahələrinin, o cümlədən mühafizə zona və zonalarının ölçüsü bu fəaliyyət növü üçün torpaq ayrılması normalarına və layihə-texniki sənədlərə müvafiq olaraq müəyyənləşdirilir. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər Kateqoriyasına aid edilmişdir. Göründüyü kimi Sazişlə bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin Binəqədi rayon Xocasən Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Torpaq sahəsinin iddiaçı tərəfindən zəbt edilməsi nəticəsində həmin torpaq sahəsində neft və qaz hasilatı üzrə fəaliyyətin həyata keçirilməsinə maneçilik yaradılın "X10” Şirkət tərəfindən Saziş üzrə nəzərdə tutulmuş neft-qaz əməliyyatlarının aparılması işlərinə, bu da öz növbəsində Azərbaycan Respublikası Hökumətinin, Azərbaycan Respublikası Dövlət Neft Şirkətin" xarici investorlar qarşısında qanun əsasında götürdüyü öhdəliklərinin yerinə yetirilməsinə maneələr yaradır Bu isə öz növbəsində neft və qaz hasilatını aşağı salaraq, dövlətin gəlirlərinin azalmasına səbəb olur. Göstərilənlər ölkənin iqtisadiyyatına mənfi təsir edən amildir, eyni zamanda qanunun aliliyi prinsipinə xələl gətirir. Bu kimi halların artması ayrılıqda kiçik bir məsələ kimi görünə bilər, lakin neft- qaz əməliyyatlarının aparılması üçün Dövlət Neft Şirkətinin qanuni istifadəsinə verilmiş torpaq sahələrinin səlahiyyətləri olmadığı halda müvafiq inzibati aktlarla vətəndaşlara ayrılması hallarının artması, nəticə etibarilə dövlət üçün zərər hesabına başa gəlir. Neft sektoru ölkə iqtisadiyyatımda əhəmiyyətli sahə olduğuna görə hər bir dövlət qurumu müvafiq inzibati aktlar qəbul edərkən torpaq sahəsinin təyinatı və hüqiuqi rejimi diqqətlə araşdırılmalı və müvafiq qurumun həmin torpaq sahəsjnin aynimasma səlahiyyətli oiub-olmamasına xüsusi diqqət yetirilməlidir "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarında müəyyən edilmiş hallara görə, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş torpağın kateqoriyasına uyğun gəlmədikdə həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli Fərmanının 2-ci hissəsi müəyyən edilmişdir ki, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq olunan Siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında neft və qaz yataqlarının işlənməsi uçun təsərrüfat subyektlərinin istifadəsində ojan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması uçun əsas hesab edilir. Qeyd olunan Fərmanın mənasından aydın olur ki, müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlakın magistral boru kəmərlərinin zonalarında və sair torpaq sahələrində yerləşməsi hüquqların dövlət qeydiyyatına alınmasından imtina uçun əsas ola bilər. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövıət Komitəsi yanında Daşınmaz Əmiakm Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsinə qarşı "çıxarışın verilməsi" tələbi ilə Bakı inzibatı Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Xocəsən Bələdiyyəsi ilə iddiaçı arasında bağlanmış Xocasən Bələdiyyəsinin 07 iyun 2005-cı ıl tar xlı 11/24 saylı qərarı ilə rəsmiləşdirilmiş alqı-satqı aktı və həmin akta əlavə edilmiş hüquqmüəəyənedıcı sənədlər əsasında 600 kvm torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatının aparılması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

11. “X9” Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təqdim edilmiş etirazda qeyd edilmişdir ki, iddia predmeti olan torpaq sahəsi “X9” şirkətinin Azərbaycan Respublikasındakı filialının (bundan sonra “Şirkət”) bir başa maraqlarına toxunduğundan, Şirkət məhkəmənin müvafiq qərardadı ilə iş üzrə İİİ şəxs qismində cəlb edilmişdir. İddiaçının iddia ərizəsini və əsaslandırdığı dəlillərini nəzərdən keçirərək hesab edirik ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, məhkəmənin diqqətinə çatdırmağı zəruri hesab edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsi hələ məlum Beynəlxalq Saziş imzalanmamışdan öncə də sənaye təyinatlı torpaqlar kateqoriyasına aid edilən torpaq sahələrinin hüdudları daxilində olmaqla, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin daimi istifadəsində olmuş və 29 sentyabr 2004-cü il tarixində Podratçı şirkətlər arasında bağlanmış “X8 haqqında Saziş”ə və aparılması məqsədilə Şirkətin “X7”nə əsasən neft-qaz əməliyyatlarının qanuni istifadəsinə verilmişdir. Qeyd olunan səbəbdən də Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarım həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, mübahisəli torpaq sahəsi Saziş ərazisinin hüdudları daxilində olmaqla yanaşı, həmçinin 161669, 160161 və 161673 saylı quyularının mühafizə zolağı daxilində yerləşir. Məlum olduğu kimi, 29 sentyabr 2004-cü il tarixində “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında” Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (“ARDNŞ”), X13 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkələri (“Podratçılar”) arasında Saziş (“Saziş”) imzalanmış və bu Saziş 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən qanun statusunu almışdır. Qeyd olunan Qanunun 4-cü bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Saziş Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. Həmin Qanunun 5-ci bəndinə əsasən, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökümət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verir. Eyni zamanda yuxarıda qeyd olunan Qanunda “Qanun”un Azərbaycan Respublikasının Konstitusiyasına tam uyğun olduğunun nəzərə alınması xüsusi vurğulanır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 150 nömrəli, 14 oktyabr 2004-cü il tarixli qərarı ilə “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır. Fatmayi, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və X8 haqqında” Sazişin 5-ci əlavəsində qeyd olunmuş Azərbaycan Respublikas: Hökümətinin təminatı və Öhdəlikləri təsdiq edilmişdir. Sazişin 8.6-cı maddəsinə əsasən, "X9” şirkəti Podratçı tərəflərin neft-qaz əməliyyatları ilə bağlı təlimatlarını və ya göstərişlərini yerinə yetirərək bu Saziş üzrə Əməliyyatçı kimi fəaliyyət göstərir. Sazişin 3cü maddəsində Şirkətin neft-qaz əməliyyatlarını hamılıqla tanınmış beynəlxalq standartlar əsasında aparmaq öhdəliyi nəzərdə tutulmuşdur. Bu standartlar əsasında öhdəliyin yerinə yetirilməsi üçün lazımi şəraitin yaradılmasına Azərbaycan Respublikası Hökuməti müvafiq təminat və öhdəliklər vermişdir. Məhkəmənin diqqətinə çatdırılmışdır ki, iddiaçının yeganə arqumenti olan Xocasən bələdiyyəsinin mübahisəli torpağa dair verdiyi 11/24 saylı, xx.xx.2005-ci il tarixli qərarının heç bir hüquqi qüvvəsi yoxdur. qanuni istifadəsinə verilmişdir. Qeyd olunan səbəbdən də Şirkət əməliyyat şirkəti olaraq Podratçı şirkətlərin adından məlum Saziş əsasında kontrakt sahəsində yalnız neft-qaz əməliyyatlarını həyata keçirir və Sazişlə istifadəsinə verilmiş kontrakt ərazisindən maneəsiz istifadəsinə Dövlət tərəfindən təminat və öhdəliklər verilmişdir. Məhkəmənin nəzərinə çatdırılmışdır ki, mübahisəli torpaq sahəsi Saziş ərazisinin hüdudları daxilində olmaqla yanaşı, həmçinin 161669, 160161 və 161673 saylı quyularm mühafizə zolağı daxilində yerləşir. Həmin Bələdiyyə qərarı həm məlum Beynəxalq Saziş qüvvəyə mindikdən sonra Bələdiyyə tərəfindən qəbul edilmişdir, həm də sözügedən qərarın, qüvvəsinin olmaması Bakı İnzibati Məhkəməsinin müvafiq qərardadı ilə də təsdiq edilmişdir. Belə ki, X3 11/24 saylı, xx.xx.2005-ci il tarixli qərarını Bakı İnzibati Məhkəməsində mübahisələndirmiş və Məhkəmənin 2-1(112)-5724/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə Şirkətin iddiası mümkün sayılmamışdır. Qərardadda Məhkəmə belə qənaətə gəlmişdir ki, (iddianın mümkün sayılmamasınm əsası o olmuşdur ki): “Sazişlə, bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər və sonralar bağlanmış hər hansı qərar, sərəncam və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr qüvvədən düşmüşdür, həmçinin hazırki iddia ilə mübahisə edilən Binəqədi rayon Xocasən Bələdiyyəsinin 11/24 saylı, 07 iyun 2005-ci il tarixli Qərarı da bu qaydada artıq qüvvədən düşmüşdür. Qanunda ləğv edilməsi göstərilən inzibati aktın, hazırki halda, Xocasən Bələdiyyəsinin qərarının ayrıca bir məhkəmə qərarı ilə qanunsuzluğunun müəyyən edilməsinə ehtiyac yoxdur”. Beləliklə, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı və Torpaq Məcəlləsinin 46-cı maddələrinə əsasən dövlət təşkilatlarının daimi istifadəsində olan, habelə təbii ehtiyatlar yatağı təsdiq edilmiş olan torpaq sahələri dövlətin müstəsna mülkiyyətindədir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə görə torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq səlahiyyətli qurufi tərəfindən təsdiq edilir. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “X9” şirkətinin Azərbaycan Respublikasındakı filialı və Xocasən Bələdiyyəsi İİİ şəxs qismində cəlb edilməklə) “Xocasən Bələdiyyəsinin 11/24 saylı, xx.xx.2005-ci il tarixli qərarı ilə iddiaçının istifadəsinə ayrılmış 600 kv. metr torpaq sahəsinə dair İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatının apanlmaqla Çıxarışın verilməsi vəzfəsinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddiasının rədd edilməsinə dair qərar qəbul edilməsi xahiş edilmişdir.

12. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair məlumat və ortofoto görüntüsünün məhkəməyə göndərilməsi barədə məktubunda bildirilmişdir ki, vahid elektron kadastr bazasında müraciətdə qeyd olunan topraq sahəsi və qonşuluqdakı sahələrin qeydiyyatı barədə məlumat aşkar edilməmişdir. Həmçinin sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ərazisidir (Binəqədi OYL).

13. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli torpaq sahəsinə dair məlumatların məhkəməyə göndərilməsi barədə məktubunda bildirilmişdir ki, vahid elektron baza məlumatlarına əsasən torpaq sahəsi “yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla dövlət mülkiyyətindədir. Neft quyularının mühafizəsi barədə bazada məlumat yoxdur. Bu səbəbdən aidiyyəti quruma müraciət edilməsi məqsədəuyğundur. Bundan əlavə daşınmaz əmlakın texniki vəziyyətini əks etdiriən müayinə (baxış) aktı göndərilmişdir: - 29.04.2024-cü il tərtib edilmiş daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktında qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsində yerləşən torpaq sahəsinin yerləşməsinə dair təqdim edilmiş cizgidə perimetrik ölçülər və istinad məsafələri qeyd olunmayıb. Ərizədə qeyd olunan digər suallarla bağlı aidiyyatı şöbələrdə baxılması məqəsədə uyğundur. İnventarlaşdırma işləri aparılmışdır. Şərti olaraq göstərilən torpaq sahəsinin koordinatları baxılması üçün akta əlavə olundu. Əvvəlki müraciətə əsasən təkrar müayinə yazıldı.

14. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən üçüncü şəxslər etirazlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

II. İddianın növü və mümkünlüyü

16. Odur ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.

17. “İnzibati icraat haqqında” Qanunun 1.2-ci maddəsinə əsasən, bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur.

18. İddia mümkündür.

III. Məhkəmənin mövqeyi

19. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 22.2-ci maddəsinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, mühafizə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır.

20. Torpaq Məcəlləsinin 22.5-ci maddəsinə əsasən sənaye təyinatlı torpaqların istifadəsi qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq aktına əsasən həyata keçirilir. “Torpaq islahatı haqqında qanunun” 6-cı maddəsinə əsasən, “Dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlət mülkiyyətində saxlanılan torpaqlardır. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.”

21. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının xx.xx.1999-cu il tarixli Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 94 nömrəli qərarına əsasən, neft-qaz hasilatı sənayesi əhaliyə və ətraf mühitə təhlükə yarada biləcək potensial təhlükəli obyektlər kateqoriyasına aid edilmişdir.

22. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-ci il tarixli qərarına əsasən, torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Torpaq sahəsi üzərində hüquqlar dövlət qeydiyyatına alınarkən torpağın kateqoriyasının (məqsədli təyinatının) müəyyən edilməməsi aşkar olunduqda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsinə uyğun olaraq qeydiyyat dayandırıla bilər.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

24. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

25. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə və Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlətin müstəsna mülkiyyətinə aid olan torpaqlardır.

26. Məhkəmə ilk növbədə qeyd edir ki, torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün onun yerini müəyyənləşdirməyə (fərdiləşdirməyə) imkan verən cizginin mövcud olması əsas şərtdir. Məhkəmə iddiaçı tərəfindən belə bir cizginin (istinad, istinad məsafəsi, perimetrik ölçüsü göstərilən) məhkəməyə təqdim edilmədiyi qənaətindədir.

27. Digər tərəfdən, “X9” şirkəti tərəfindən təqdim edilmiş ortofotodan görünür ki, iddia olunan torpaq sahəsi aktiv neft quyularının mühafizə zonasında yerləşir. Odur ki, neft quyularının mühafizə zonasında yerləşən torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınmaması texniki təhlükəsizlik tələblərinə və ictimai maraqlara xidmət edir.

28. X5 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

29. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

30. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

31. X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

32. Odur ki, həmin ərazidəki torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz və iddiaçının hüquqlarına həmin müdaxilə (etibarlı qərar olmuş olsa belə) X11 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinin 3cü qaydasına uyğun olmuşdur (mülkiyyətdən isitifadəyə nəzarət). Belə ki, (etibarlı qərar olmuş olsa belə) müdaxilə qanuni olmuş, qanuni məqsəd daşımış (əhalinin təhlükəsizliyinin təmin olunması) və zəruri olmuşdur.

33. Odur ki, məhkəmə hesab edir ki, cavabdehin imtinası (hərəkətləri) qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilmir.

34. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar