Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1546/2022 09.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Sevinc Nizami qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (bundan sonra – Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əlilliyinə hüquqi qiymət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 45.4cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi vəsatətlə məhkəməyə müraciət edərək iddiaçının əyani müayinəsinin həyata keçirildiyini və xx.xx.2022-ci il tarixli, **********7 saylı protokol ilə iddiaçının sağlamlıq vəziyyətinin 5 il müddətinə ikinci dərəcə əlilliyin təyini üçün əsas olmasının müəyyən olunduğunu bildirdi və iddiaçının tələbi təmin olunduğundan iş üzrə icraata xitam verilməsi barədə müvafiq qərardad qəbul edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi iş üzrə icraata xitam verilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə iş materiallarını yoxlayaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdən müəyyən olunur ki, xx.xx.2021-ci il tarixli, 0217003AAJ9N saylı göndəriş əsasında Ağdam rayon Mərkəzi Xəstəxanası tərəfindən iddiaçıya “Ürəyin hipertenziv xəstəliyi, Hipertoniya xəstəliyi İİ mərhələ çox yüksək əlavə risk. Ağırlaşma 171.2. Aortanın döş hissəsinin cırılması barədə məlumat olmadan anevrizması. Aorta kötüyü və döş aortasının anevrizması. Ağırlaşma 150.0 Durğunluq ürək çatmazlığı. Ürək çatmazlığı Ağırlaşma 167.4. Hipertenziv ensefalopatiya .Hipertenziv ensefalopatiya. Yanaşı xəstəliklər 120.0 .Qeyri-stabil stenokardiya. Şiddətlənən stenokardiya. U.İ.X Gərginlik stenokardiyası İİ fs. Xroniki qan dövranı çatmazlığı İİ dərəcə” diaqnozu qoyulmuşdur. Bu göndəriş xəstəxana tərəfindən cavabdehə təqdim edilmiş, cavabdeh həmin göndərişə əsasən iddiaçının əlillik vəziyyətinin müəyyənləşdirilməsi üçün qiymətləndirmə aparmış və “əlavə müalicəyə ehtiyacın olması, əlavə müalicə-ixtisaslaşmış müayinə və müalicəyə ehtiyac var” əsası ilə imtina cavabı vermişdir. Bundan sonra iddiaçı məhkəməyə müraciət edərək, əlilliyinə hüquqi qiymət verilməsini, yəni onun əlilliyinin müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2021-ci il tarixli **********7 saylı əmri ilə yaradılmış 2 nömrəli komissiyasının xx.xx.2022-ci il tarixli iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnaməyə uyğun olaraq 8 nəfərə əlillik dərəcəsinin təyin edilməsi qərara alınmışdır. Əyani müayinədən keçən şəxslərin Siyahısında iddiaçının adı 13-cü sırada qeyd edilmiş, iddiaçıya xx.xx.2021-ci il tarixdən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilmişdir. Göründüyü kimi, artıq iddiaçının tələbi təmin olunmuş, ona iddia tələbinə uyğun beş il müddətinə ikinci dərəcə əlillik verilmişdir. Belə olan halda aydın olur ki, artıq işin mahiyyəti üzrə mübahisə mövcud deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən: - Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər (mad. 67.1). - Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər (mad. 67.2). - Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir (mad. 67.3). Məhkəmə yuxarıda göstərilənləri əsas götürərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğuna və işin mahiyyəti üzrə mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikaının İnzibati Prossesual Məcəlləsinin 67-ci maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: ünvan 2
Məhkəmə qərarları › İş №2-1(112)-1546/2022
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1546/2022
09.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver