Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1547/2022 10.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək "xxxx" ASC-də (keçmiş “Mərkəzielektriktökmə” zavodunda) 21.09.1977- 23.07.1991-ci illər ərzində əmək şəraiti zərərli və ağır olan peşələr üzrə xüsusi əmək stajı nəzərə alınaraq, 2011-ci ilin oktyabrın 10-dan, yəni 55 yaşının tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin AR Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərarın qəbul edilməsini xahiş etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1956-cı ildə Lənkəran rayonunda anadan olmuşdur və 29.09.1973-cü il tarixində həmin rayonun “Oktyabr” toxumçuluq sovxozunda fəhlə qismində əmək fəaliyyətinə başlamışdır. (15.06.1974-cü il tarixli əmək kitabçası üzrə 204 saylı 29.09.1973-cü il tarixli əmr) və hərbi xidmətlə bağlı 28.04.1975-ci ildə işdən azad edilmişdir (əmək kitabçası üzrə 97 saylı 28.04.1975-ci il tarixli əmr). 29.04.1975- 17.06.1977-ci illər ərzində Sovet Ordusu sıralarında hərbi xidmətdə olmuşdur. Bakı Elektriktökmə ASC-nə (keçmiş “Mərkəzielektrıktökmə” zavoduna) 21.09.1977-ci ildə əmək şəraiti xüsusi zərərli şərtlər əsasında günəmuzd əmək haqqı ödənilməklə qəlibçi şagirdi peşəsinə işə qəbul olunmuşdur (əmək kitabçası üzrə 490 saylı 19.09.1977-ci il tarixli əmr) və eyni şərtlərlə ona 02.02.1978-ci il tarixdə qəlibçi peşəsi üzrə 2-ci dərəcə verilmişdir (əmək kitabçası üzrə 68 saylı 13.02.1978-ci il tarixli əmr). 17.10.1978-ci il tarixdə həmin cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsinə zərərli əmək şərati əsasında günəmuzd əmək haqqı ödənilməklə fəhlə (fəhlə yardımçısı) peşəsinə keçirilmişdir (əmək kitabçası üzrə 539 saylı 20.10.1978-ci il tarixli əmr). 17.04.1989-cu ildə ona suvaqçı peşəsi üzrə 2-ci dərəcə verilmiş (əmək kitabçası üzrə 343 saylı 18.04.1989-cu il tarixli əmr) və 23.07.1991-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir (əmək kitabçası üzrə 177 saylı 23.07.1991-ci il tarixli əmr). 20.04.2005-ci il tarixdən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilmiş və hazırda Bakı şəhərinin 9 saylı Vəkil Bürosunda vəkillik fəaliyyətini davam etdirir. (əmək kitabçası üzrə protokol.№ 13, 20.04.2005-ci il). Təmirtikinti sahəsində işlədiyi müddətdə müxtəlif peşələr üzrə dərəcələrin verilməsinə baxmayaraq, əslində əmək şəraiti dəyişməmiş və o həmin cəmiyyətin əmək şəraiti zərərli, xüsusilə zərərli və ağır olan sex, habelə digər sahələrində cari təmir-tikinti işlərini icra etmişdir. Faktiki olaraq o, həmin cəmiyyətin əmək şəraiti zərərli, xüsusilə zərərli və ağır olan sex, habelə digər sahələrində yüksək atmosver təzyiqi altında işləyən qəlibçi dəzgahların özüllərinin vaxtaşırı yenisi ilə əvəz edilməsi və s. işləri icra etmişdir. Ağır və zərərli əmək şəraitinə görə onun vəzifə maaşına artım əmsalı tətbiq edilmiş və bu faktlar hər ay görülmüş işlərin icrası ilə bağlı tərtib edilmiş əmək haqqı naryadları ilə təsdiqlənmişdir. Bundan başqa, əmək şəratinin ən azı 50% zərərli, xüsusilə zərərli və ağır olmasına görə hər il ona 12 gün əlavə məzuniyyət verilmiş və müvafiq təlimata əsasən, hər gün süd məhsulları ilə təmin edilmişdir. Bu faktlar adına verilmiş 15.06.1974-cü il tarixli əmək kitabçası və "xxxx" ASC-nin təqdim etdiyi 03 saylı 17.02.2021-ci il tarixli araşdırıcı arayış ilə qismən təsdiqlənir. Sözügedən əmək fəaliyyəti nəzərə alınmaqla ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə barədə AR Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 18.03.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin Filial "xxxx" ASCdə 21.09.1977-23.07.1991-ci illərdə əmək şəraiti zərərli, xüsusilə zərərli və ağır sex və sahələrində cari təmir-tikinti işlərini icra etməklə bağlı peşələrdə işləməyi barədə əmək fəaliyyətini nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi barədə xahişini təmin etməmişdir və bu fakt həmin Filialın təqdim etdiyi **********6 saylı 20.04.2021-ci il tarixli məktubla təsdiqlənir. Sözügedən məktub poçt vasitəsi ilə ona 09.06.2021-ci il tarixdə təqdim edilmişdir. Filialın təqdim etdiyi **********6 saylı 20.04.2021ci il tarixli məktubunda istinad etdiyi hüquqi normalar hazırda qüvvədə olan hüquqi normalardır, bu isə AR MPM-nin 217.2-ci maddəsinin tələbinə ziddir. Bu hüquqi normanın tələbinə görə, “qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır”. Yəni Filial onun işlədiyi 21.09.1977-23.07.1991-ci illərdə qüvvədə olmuş maddi hüquqi normalara istinad edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edə bilərdilər. Bundan əlavə qeyd etmişdir ki, Filialın təqdim etdiyi **********6 saylı 20.04.2021-ci il tarixli məktubdan belə qənaətə gəlmək olur ki , güya o, 17.10.1978-05.06.1989-cu illərdə Cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsində, 05.06.1989-23.07.1991-ci illərdə isə Təmirtikinti sahəsində suvaqçı peşəsində işləyib. Bu faktla bağlı bildirir ki, qeyd edilən tarixdə cəmiyyətin 12 saylı Təmir-tikinti sahəsinin sadəcə adı dəyişdirilərək, Təmir-tikinti sahəsi adlandırılmışdır. İkincisi, həmin cəmiyyətdə yalnız bir təmir-tikinti sahəsi fəaliyyət göstərmiş və həmin sahənin adının dəyişdirilməsi onun əmək şəraitimin dəyişdirilməsi ilə nəticələnməmişdir. Qeyd olunan bu faktların təsdiqi üçün həmin müddətlərdə bağlanmış əmək haqqı naryadlarına diqqət yetirilməsi kifayətdir. 01.01.2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” AR Qanunun (bundan sonra Qanun) 9.1-ci maddəsinin tələbinə görə , “axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə , incəsənətin xüsusi sahələrində , həmçinin əmək şəraiti xüsusi ilə zəhərli və ağır olan işlərdə (istehsalatların , peşələrin, vəzifələrin göstərişlərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahı üzrə) çalışan sığortaolunanların: kişilər-57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar-52 yaşma çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır.” AR Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 11.11.2011-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları” nın 2.1.8-ci bəndinə əsasən , “Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Bundan başqa qeyd etmişdir ki, Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ AR Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq AR-nın Nazirlər Kabinetinin 21 iyun 1993- cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (AR-nın Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir.” 01.01.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunun 13.06.1997-ci il tarixli 321-İQD sayh Qanunla dəyişiklik edənə qədər 01.08.1997-ci il tarixədək qüvvədə olmuş redaksiyada 13-cü maddəsinin: 1.) “a” bəndinə əsasən yeraltı, işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - AR Nazirlər Kabinetinin 21.06.1993- cü il tarixli 320 saylı Qərarın 1 saylı əlavə kimi “Yeraltı, işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışanlara,dənizdə çalışan neftçilərə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” üzrə kişilər-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa, qadınlar-45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa; 2) “b” bəndinə görə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər - AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 saylı Qərarın 2 sayh əlavə kimi “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. AR Nazirlər Kabineti ‘‘Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında’ 320 saylı 21.06.1993-cü il tarixli qərarın 4-cü bəndinə əsasən, nazirliklər, baş idarələr, komitələr və birliklər 1 və 2 nömrəli siyahılara müvafiq olaraq, güzəştli şərtlərlə pensiya təyin olunmaq üçün iş yerlərinin siyahılarını, peşələrin və vəzifələrin adlarını müəyyənləşdirsinlər və onlarla işçiləri tanış etməli, işçiləri güzəştli pensiya hüququ verən iş yerlərinə təyin etdikdə onların əmək kitabçalarında müvafiq qeydiyyat aparmalıdırlar. Bu Qərarın tələbini nəzərə alaraq, "xxxx" ASC (keçmiş “Mərkəzielektriktökmə” zavodu) onun adına verilmiş 15.06.1974-cü il tarixli Əmək kitabçasında müvafiq qeyd aparmış, lakin bu faktları 03 saylı 17.02.2021-ci il tarixli araşdırıcı arayışında təsdiq etməmişlər. Qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” 2006-cı il tarixli Qanun qüvvəyə mindiyi günədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinə əsasən , əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışdıqda güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ əldə edirlər. “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə AR-in 13.06.1997-ci il tarixli 321-1QD saylı Qanunun 1-ci maddəsinə əsasən, kişilər üçün pensiya yaş həddinin 55-dən 57 yaşınadək artırılması barədə tələblərinin ona aidiyyəti yoxdur. Belə ki, bu Qanun qüvvəyə minənə kimi o qeyd olunan güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə çalışmışdır. AR Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquqi məsuliyyətini aradan qaldlran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa aktların qüvvəsi geriyə şamil edilmir. AR İPM-nin 2.2, 2.2.2-ci maddələrinə əsasən, inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.5-cü maddəsinə görə, “inzibati aktın qəbul edihməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür”. Əlavə olaraq qeyd etmişdir ki, AR Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin , vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı 21.06.1993-cü il tarixli qərarına əlavə edilmiş 2 saylı Siyahısına əsasən, 21500000 saylı XİV Metal emalı bölməsinin tökmə istehsalatı yarımbölməsində qeyd edilmiş 2150100а-19411 qəlibləmə maşınlarının qəlibçiləri, 21600000 saylı XV Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri bölməsinin fəhlələr yarımbölməsində qeyd edilmiş 2160000a- 1753d istehsalatda avadanlığın təmiri və xidməti, 22900000 saylı XXVİİ Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin fəhlələr yarımbölməsində qeyd edilmiş 2290000a- 1200 bitumçular, 2290000a-13201 mastika və astarlama tətbiqi işləri ilə məşğul olan rulon dam örtüyü və ədədi dam örtüyü üzrətaxtapuşçular, 2290100a-19727 yarımbəndində qeyd edilmiş suvaqçılar peşələri zərərli və ağır iş şəraitli hesab edilmiş və bu peşələrdə çalışan fəhlələr qanunvericilikdə nəzərdə tutulan sığorta stajına malik olduqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüquqna malikdirlər. Məhkəmə AR Nazirlər Kabineti “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” 320 saylı 21.06.1993-cü il tarixli qərarına əlavə edilmiş 2 saylı Siyahına əsasən, 23200000 saylı XXXİİİ Ümumi peşələr bölməsinin 23200000-12554 yarımbölməsində metalurgiya istehsalatının isti iş yerlərində və iş vaxtının 50%-ni və daha çoxunu istehsalat sexlərində olan fəhlələrə kütləvi peşələr öyrədən istehsalar təlimi üzrə təlimatçılar, 23200000-22395 yarımbölməsində metalurgiya istehsalatının isti iş yerlərində və iş vaxtının 50%-ni və daha çoxunu istehsalat sexlərində məşğul olan istehsalar təlimi ustaları, böyük ustaları vəzifələrinə hüququn analogiyasını tətbiq edərək, zərərli və ağır iş şəraitli peşələrdə çalışan fəhlələrə qanunvericilikdə nəzərdə tutulan sığorta stajına malik olduqda əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edə bilər. Beləliklə, yuxanda qeyd edilmiş hüquqi normaların tələbinə əsasən, 1997-ci ilə qədər əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışdığına görə, onun 13 il 9 ay 23 gün xüsusi əmək stajı vardır. 2011-ci ilin oktyabrın 10-da 55 yaşı tamam olmuş və həmin gün onun 39 il, 11 ay, 19 gün ümumi iş stajı olmuşdur. Buna görə ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir.
3. Şifahi məhkəmə dinləmələri zamanı (məhkəmənin baxış iclasında) iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz təqdim etdi və etirazın məzmununa uyğun olaraq izahat verərək bildirdi ki, İddiaçı ona 55 yaşdan, yəni 10 oktaybr 2011-ci il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbi qanuna müvafiq olmadığı üçün rədd edilməlidir. Belə ki, iddiaçı 18.03.2021-ci il tarixdə iddia tələbi ilə eyni məzmunlu ərizə ilə Mərkəzi Filiala müraciət etmişdir. Həmin müraciətlə bağlı aparılmış araşdırmanın nəticəsi barədə bildirmişdir ki, "Əmək pensiyaları haqqında” Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istesalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda, bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verirsə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 6 mart 2007-ci il tarixindək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər bəndində suvaqçılar peşəsi nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi 15 iyun 1974-cü il tarixli əmək kitabçasında və "xxxx" ASC-nin ona dair 17 fevral 2021-ci il tarixli 3 nömrəli araşdırıcı arayışında 05.06.1989-23.07.1991-ci il tarixləri arasındakı dövr ərzində adıçəkilən müəssisənin təmir inşaat sahəsində suvaqçı peşəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi, iddiaçının işlədiyi sahə yuxarıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid deyil. Bundan başqa qeyd etmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi yuxarıda qeyd olunan sənədlərdə 17.10.1978-05.06.1989-cu il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisədə işlədiyi yardımçı fəhlə peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmamışdır. Qeyd edilən səbəblərdən onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 26 gün) təşkil edir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Eləcə də, həmin icmal məktubunda qeyd olunur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları heç də həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımır. İPM-in 58.6-cı maddəsinə uyğun olaraq sübutların araşdırılması zamanı məhkəmə, inzibati orqan tərəfindən həyata keçirilmiş sübutetməni təzələyə və ya tamamlaya bilər. Odur ki, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirilməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiya hüququ verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən, İddiaçı iddiasının rədd edilməsi barədə qərarın qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçının güzəştli şərtlərlə pensiya təyinayına dair müraciəti 18.03.2021-ci il tarixlidir.
6. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş hərbi biletinin surətindən görünür ki, iddiaçı 29.04.1975-30.03.1977-ci illər ərzində hərbi xidmət keçmişdir.
7. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, iddiaçı: 29.09.1973-28.04.1975-ci il, 21.09.1977-23.07.1991, 24.06.1991-11.05.1992, 15.02.1993-28.12.1997, 02.03.1999-20.04.2005-ci il tarixlərdə və 20.04.2005-ci il tarixdən bü günədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. 29.04.1975- 17.06.1977-ci il tarixlərdə Sovet Ordusunda xidmət keçmişdir. Qeyd olunan dövrlərdən 21.09.1977-23.07.1991-ci il tarixlərdə "xxxx" ASC-də (keçmiş “Mərkəzielektriktökmə” zavodu) fəaliyyət göstərmişdir. Həmin müəssisədə 21.09.1977-02.02.1978-ci il tarixlərdə qəlibçi şagirdi, 02.02.1978-17.10.1978-ci il tarixlərdə peşəsi 2-ci dərəcəli qəlibçi, 17.10.1978-09.02.1984-ci il tarixlərdə 1-ci dərəcəli nəqliyyat üzrə yardımçı fəhlə, 09.02.1984-05.06.1989-cu il tarixlərdə 2-ci dərəcəli suvaqçı, 16.11.1990-23.07.1991-ci il tarixlərdə 3-cü dərəcəli suvaqçı kimi işləmişdir.
8. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" ASC tərəfindən 17.02.2021-ci il tarixdə verilmiş 03 saylı “araşdırıcı arayış”dan görünür ki, İddiaçı 21.09.1977-ci il tarixindən (əmr 490, 19.09.1977) 23.07.1991-ci il tarixinədək (əmr 177, 23.07.1991) “Mərkəzielektriktökmə“ zavodunda işləyib. 21.09.1977-17.10.1978-dək Metaltökmə sexində zərərli əmək şəraitində tam iş günü rejimində qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində çalışıb. (əmr 490, 19.09.1977). 17.10.1978-05.06.1989-dək Təmir inşaat sahəsində yardımçı fəhlə peşəsində tam iş günü rejimində çalışıb. Metaltökmə sexlərində, qəlibləmə sexlərində də təmir inşaat işləri ilə məşğul olub. İşlədiyi müddət ərzində məzuniyyətinə əmək şəraitinə görə əlavə günlər ödənilib. (əmr 539, 20.10.1978). 05.06.1989-23.07.1991-dək təmir inşaat sahəsində malavuran peşəsində tam iş günü rejimində çalışıb. (əmr 429, 07.06.1989). 29.10.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır.
9. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən 4 saylı 29.10.2021-ci il tarixli arayışla bildirilmişdir ki, İddiaçı 21.09.1977-ci il tarixindən (əmr 490, 19.09.1977) 23.07.1991-ci il tarixinədək (əmr 177, 23.07.1991) “Mərkəzielektriktökmə” zavodunda işləyib. 21.09.1977-17.10.1978-dək Metaltökmə sexində zərərli əmək şəraitində tam iş günü rejimində qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində çalışıb. (əmr 490, 19.09.1977). 17.10.1978-05.06.1989-dək Təmir inşaat işlərini həyata keçirən yardımçı fəhlə peşəsində çalışıb. (əmr 539, 20.10.1978). 05.06.1989- 23.07.1991-dək təmir inşaat sahəsində malavuran peşəsində tam iş günü rejimində çalışıb. (əmr 429, 07.06.1989). İddiaçı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın XİV bölüm, “Metal emalı”, “Tökmə istehsalı”nda, 2150100a bəndi üzrə qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində (kod 2150100a - 19411) işləyib. Zərərli iş şəraitli sex və sahələrdə təmir inşaat işləri üzrə yardımçı fəhlə peşəsində çalışmasına baxmayaraq bu peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunmayıb. 29.10.2001-dən İqtisadi İnkişaf Nazirliyinin 166 saylı sərəncamına əsasən “Mərkəzielektriktökmə” zavodunun bazasında Bakı "xxxx" ASC yaranmışdır.
10. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən bildirilmişdir ki, “Mərkəzielektirktökmə” zavodu keçmiş SSRİ Elektrotexnika və Cihazqayırma Nazirliyinin yeganə xüsusiləşdirilmiş metaləritmə zavodu olduğu üçün burada iş rejimi çox intensiv olmuş, çuqun tökükləri üzrə illik istehsal həcmi 62 min ton, alüminium tökükləri üzrə isə 3 min tona qədər olmuşdur. Müəssisənin adından da bəlli olduğu kimi burada müxtəlif peşələrdə çalışan işçilər insan sağlamlığı üçün zərərli və xüsusi zərərli əmək şəraitində işləmişlər. İddiaçı zərərli iş şəraitli sex və sahələrdə təmir inşaat üzləri üzrə yardımçı fəhlə peşəsində çalışmasına baxmayaraq bu peşə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nda qeyd olunmayıb.
11. İddiaçı iddia tələbini 57 yaşının tamam olduğu 10.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi dəyişdirmişdir.
12. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddiaçı iddia tələbini müdafiə etdi, əlavə olaraq bildirdi ki, 18.03.2021-ci il tarixədək müraciət etməməsinin üzrlü səbəbi olmamışdur.
13. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsinə etiraz etmədi, güzəştli şərlətlə yaşa görə pensiya təyinindən imtinanın və iddiaya yazılı etirazın məzmununa uyğun izahat verdi. Şifahi məhkəmə dinləmələri (şifahi məhkəmə baxış iclası) zamanı iddia tələbinin rədd edilməsini xahiş etdi.
II. İddianın növü və mümkünlüyü
14. Tələb zahirən məcburetmə haqqında iddia kimi görünsə də, məhkəmə hesab edir ki, iddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. Belə ki, əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri).
16. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 16-cı maddəsinin İ hissəsi).
17. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
18. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. 2019cu il yanvarın 1-dən etibarən əmək pensiyaları bu Qanunun 22-1-ci maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən avtomatlaşdırılmış qaydada təyin edilir. Həmin Məcəllənin 31.1-1-ci maddəsinə əsasən, bu Qanunun 31.1-ci maddəsinin ikinci cümləsinə uyğun olaraq əmək pensiyalarının avtomatlaşdırılmış qaydada təyinatı, həmçinin bu Qanunun 37.3.1-ci və 37.3.2-ci maddələrinə əsasən əmək pensiyalarının avtomatlaşdırılmış qaydada yenidən hesablanması müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemi vasitəsilə həyata keçirilir.
19. Konstitusiya ayrılmaz insan hüquq və azadlıqlarını müdafiə etmək vəzifəsini dövlətin üzərinə qoyur. Bu da öz növbəsində, pensiya təminatı sahəsində hüquqi müəyyənlik və vətəndaşların qanuna və dövlətə etimadı prinsiplərinə uyğun olaraq pensiyaların yalnız səlahiyyətli orqanlar tərəfindən və qanuna müvafiq təyin edilməsini, pensiya hüququnun yaranmasını təsdiq edən sənədlərin hazırlanması və pensiya məbləğinin hesablanmasının dəqiq və aydın aparılmasını təmin edən hüquqi tənzimləmə sisteminin yaradılmasını ehtiva edir (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı).
20. Odur ki, bu qəbildən olan nəzəri baxımdan iddia məcburetmə iddiası kimi qəbul edilərsə, iddiaçının fundamental konstitusyon hüququ iddia müddəti ilə əsassız olaraq məhdudlaşdırılmış olar. Bu isə dövlətin ali məqsədi ilə uzlaşa bilməz və qarşıya qoyulmuş məqsədlərə uyğun hesab edilə bilməz. Digər tərəfdən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.1-ci maddəsi əmək pensiyasının avtomatlaşdırılmış qaydada təyin edilməsini nəzərdə tutur. Bu hərəkətin lazımi qaydada həyata keçirilməməsi öhdəliyin icrası haqqında iddia kimi nəzərdən keçirilməlidir.
21. İddiaçının güzəştli şərtlərlə pensiya təyin edilməsinə dair müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 20.04.2021-ci il tarixdə imtina edilmişdir.
22. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli **********1 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəasi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında Əsasnaməsinin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı (bundan sonra-Filial) “Əmək pensiyaları haqqında” Azərbaycan Respubikası Qanununun 9-cu və 20-ci maddələrində nəzərdə tutlan şəxslərin pensiyalarının təyin edilməsini, hərbi qullluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılması mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Əsasnamənin 1.6-cı bəndinə əsasən, Filial Bakı şəhərində yerləşir. Beləliklə, filial inzibati orqandır.
23. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
24. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
25. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir.
26. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində inzibati orqanın imtinası və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 73.1-ci maddəsi tətbiq oluna bilər.
27. İddia mümkündür.
III.Məhkəmənin mövqeyi
28. Məhkəmə hesab edir ki, güzəştli şərtlərlə pensiya təyini ilə bağlı mübahisələrdə pensiya hüququnun hansı dövrdən yarandığını müəyyən etmək zəruridir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd edilənlərdən asılı olaraq pensiya təminatının “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (23 sentyabr 1992-ci il tarixli qanun 06 mart 2007-ci il tarixdə qüvvədən düşmüşdür) və ya “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu ilə (01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmişdir) tənzimləndiyi müəyyən edilməlidir.
29. Məhkəmənin qeyd edilən qənəati həm də hüquqi müəyyənlik prinsipindən irəli gəlir; - Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu, qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz.
- Konstitusiya Məhkəməsi Plenumunun hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə əsasən, hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas xüsusiyyətlərindən birini təşkil edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Qanunun aydın olması isə yalnız onun özünün mətni ilə deyil, eləcə də məhkəmə təcrübəsində formalaşan təfsiri ilə şərtləndirilir (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarı) - Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında qanunverici tərəfindən hər hansı ictimai münasibətlərin tənzimlənməsinə dair normativ hüquqi aktlar qəbul edilərkən hüquqi müəyyənlik prinsipinə riayət edilməsinin vacibliyini vurğulamışdır. Hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Bunun təmin edilməsi üçün hüquq normaları birmənalı və aydın olmalıdır. Bu, öz növbəsində hər kəsə onun hüquq və azadlıqlarını müdafiə edəcəyinə, hüquq tətbiqedənin hərəkətlərinin isə proqnozlaşdırıla bilən olacağına əminlik verməlidir. Bunun əksi, yəni hüquq normasının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmədə məhdudiyyətsiz mülahizə üçün imkan yaratmaqla, hər bir normativ hüquqi aktın əsasında dayanmalı olan qanunun aliliyi, qanun və məhkəmə qarşısında bərabərlik və ədalət prinsiplərinin pozulmasına gətirib çıxara bilər ("Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında" Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 180.3-cü maddəsinin müddəalarının şərh edilməsinə dair” 2008-ci il 22 sentyabr tarixli və “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2012-ci il 2 aprel tarixli Qərarlar). -...Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun... (Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarı, §147-148, 150; Skordino İtaliyaya qarşı iş üzrə Böyük Palatanın 2006-cı il 29 mart tarixli Qərarı, § 93).
30. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinə əsasən: əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər— istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
31. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun (qanun 01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) 9.1-ci bəndinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir).
32. Beləliklə, normaların təhlilindən görünür ki, güzəştli şərtlətlə pensiya hüququnun yaranması baxımından tam əmək stajı 01.01.2006-ci il tarixədək yarandıqda “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanunu (yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla), 01.01.2006-ci il tarixdən sonra yarandıqda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunu tətbiq edilməlidir (10 mart 2017-ci il tarixdən sonra isə həmin qanuna edilmiş dəyişiklik nəzərə alınmalıdır).
01.01.2006-ci il tarixədək axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 55, qadınlarda 50 yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılmaqla; 01.08.2000-ci il tarixdən kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 01.01.2006-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün iki meyar mövcud idi yaş (kişilərdə 57, qadınlarda 52) və iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır); 10.03.2017-cı ildən sonra axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququnun yaranması üçün üç meyar mövcud idi yaş (kişilərdə 60, qadınlarda 55); iş stajı (kişilərdə az 25 il, bu müddətin azı 12 il 6 ayı əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır; qadınlarda azı 20 il iş stajı, bu müddətin azı 10 ili əmək şəraiti zərərli və ağır olan işlər olmalıdır) və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatının mövcudluğu.
33. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanununun 9.8-ci maddəsinin tələblərinə əsasən ilk meyar tam əmək stajının mövcudluğudur.
34. “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli Qərarına əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (bundan sonra 2 nömrəli Siyahı) təsdiq edilmiş, həmin qərar "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli qərarı təsdiq edilənə qədər qüvvədə olmuşdur. Odur ki, 23 yanvar 2007-ci il tarixə qədər əmək şəraiti zərərli və ağır olan işlərin siyahısı 2 nömrəli siyahıda kodlara uyğun nəzərə alınmalıdır.
IV. Qeyd edilənlərin hazırki işə tətbiqi
35. Cavabdeh qurum imtinasında iddiaçının 05.06.1989-23.07.1991-ci il tarixləri arasındakı dövr ərzində təmir inşaat sahəsində suvaqçı peşəsində işlədiyini, lakin həmin sahənin müvafiq siyahıda qeyd olunan metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər sahəsinə aid olmadığını; iddiaçının 17.10.1978-05.06.1989-cu il tarixləri arasındakı dövr ərzində yardımçı fəhlə kimi çalışdığı peşənin müvafiq siyahının bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsində (29) nəzərdə tutulmasını bildirmişdir.
36. Məhkəmə qeyd edir ki, inzibati orqanın imtinasının dəlillərindən asılı olmayaraq, məhkəmə xidməti vəzifəsinə görə şəxsin güşətli şərtlərlə pensiya hüququnun yaranması ilə bağlı qanunun tələb etdiyi şərtlərin ödənilib-ödənilmədiyini müəyyənləşdirməyə borcludur. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. 29.04.1975-ci ildən 17.06.1977-ci il tarixədək hərbi xidmətlə olduğu dövr nəzərə alınmaqla, 29.09.1973-28.04.1975-ci il, 21.09.1977- 23.07.1991, 24.06.1991-11.05.1992, 15.02.1993-28.12.1997, 02.03.1999-20.04.2005-ci il tarixlərdə müxtəlif vəzifələrdə əmək fəaliyyəti ilə məşğul olmuşdur, 01.01.2006-cı il tarixə iddiaçının ümumilikdə ən azı 33 il sığorta stajı (33 il 08 ay 28 gün) mövcuddur, ondan ən azı 13 ilini (13 il 10 ay 23 gün) əmək şəraiti zərərli və ağır olan işlərdə çalışmışdır, yəni tam əmək stajı həmin tarixədək mövcuddur. Məhkəmə qeyd edir ki, iddiaçı qeyd edilən dövrdə əmək şəraiti zərərli və ağır olan xüsusiləşdirilmiş metaləritmə zavodunda: 1) 21.09.1977-17.10.1978-ci il tarixlərində - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına əsasən “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, işlərin, vəzifələrin və göstəricilərin siyahısı”nın XİV bölüm, “Metal emalı”, “Tökmə istehsalı”nda, 2150100a bəndi üzrə qəlibləmə maşınlarının qəlibləyicisi peşəsində (kod 2150100a - 19411) işləmişdir. 2) 17.10.1978-05.06.1989-cu il tarixlərində zərərli ödəniş şərtləri ilə təmir inşaat sahəsində yardımçı fəhlə peşəsində (nəqledici) tam iş günü işləmişdir. Məhkəmə qeyd edir ki, zərərli ödəniş şərtləri ilə işləməsinə dair əmək kitabçasında və əmrdə müvafiq qeyd vardır. Metaltökmə sexlərində, qəlibləmə sexlərində də təmir-inşaat işləri ilə məşğul olub. İşlədiyi müddət ərzində məzuniyyətinə əmək şəraitinə görə əlavə günlər ödənilib. Odur ki, məhkəmə hesab edir ki, həmin peşə 2 nömrəli siyahı üzrə 2150100a bəndi üzrə fəhlələr peşəsinə (çıxardılma iş sahələrində və doğranma, qəlibləmə, içlik ilə məşğul olan tökmə istehsalatındakı nəqledicilər kod 2150100a - 19219) uyğundur. 3) 05.06.1989-23.07.1991-ci illərdə işlədiyi suvaqçı peşəsi XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bəndinə (2290100) uyğun olmaqla fəhlə (kod 2290100a) peşəsinə uyğundur.
37. Məhkəmənin bu qənaəti iddiaçının əmək şəraiti zərərli və ağır olan xüsusiləşdirilmiş metaləritmə zavodunda qeyd edilən peşələr üzrə işləməsi ilə bağlıdır.
38. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - 17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. - 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. - 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. - 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
39. Bununla da iddiaçıya güzəştli şərtlərlə pensiya təyinatı zamanı “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının qanununun 13-cü maddəsinin birinci hissəsinin b) bəndinin müddəaları tətbiq edilməli və güzəştli şərtlərlə pensiya təyinatı zamanı pensiya təyin edilən tarixə yalnız iki meyarın mövcudluğu nəzərə alınmalıdır: staj (25 il iş stajı, bu müddətin azı 12 il 6 ayını əmək şəraiti zərərli və ağır olan işlər) və yaş (57 yaş).
40. İddiaçı xx.xx.1956-cı ildə anadan olub və 57 yaşının tamam olduğu 10 oktyabr 2013-cü il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququna malikdir. İnzibati orqana müraciət etdiyi tarixə (18.03.2021-ci il) 57 yaşı tamamdır.
41. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
42. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.
43. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tətbiqinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 03/2020 nömrəli qərardadında ifadə edilən hüquqi mövqeyə əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin 1-ci cümləsində nəzərdə tutulan “müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə” müddəası pensiya hüququ 2017-ci il 01 iyul tarixədək yaranmış, lakin əmək pensiyasının təyin edilməsi və ya yenidən hesablanması üçün inzibati orqana həmin tarixdən sonra müraciət etmiş şəxslərə münasibətdə də tətbiq edilməlidir.
44. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun bəzi müddəalarının tətbiqi ilə bağlı R.Hacıyevin və R.Axundovun şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 20 noyabr 2020-ci il və 14 oktyabr 2020-ci il tarixli qərarlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında ifadə edilən hüquqi mövqeyə əsasən, müvafiq işlərə baxan məhkəmələr həmin maddənin qüvvəyə minməsindən əvvəl pensiya hüququnu əldə etmiş şəxsin pensiyanın təyin edilməsi üçün 2017-ci il 1 iyul tarixinədək aidiyyəti inzibati orqanlara müraciət etməməsinin səbəblərini (belə müraciətin göstərilən tarixədək təqdim edilməməsinin şəxsin səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olmasını) əks etdirən sübutları tam və ətraflı araşdırmalı, onlara əsaslı hüquqi qiymət verməli, Konstitusiya və qanunların tələblərinə uyğun olan qərar qəbul etməlidirlər.
45. İddiaçının pensiya hüququ 10 oktyabr 2013-cü il tarixdən yaranmış, 18.03.2021-ci il tarixə qədər pensiya təyinatı üçün müraciət etməmişdir. Pensiya hüququ 10.10.2013-cü il tarixdən yarandığından pensiya təyinatı üçün müraciət etdiyi 18.03.2021-ci il tarixdən əvvəlki 3 (üç) il üçün, yəni 18.03.2018-ci il tarixdən yaranmış pensiya fərqi iddiaçıya ödənilməli, pensiya məbləğinin ödənilməsi həmin vaxtdan təmin edilməlidir. Belə ki, iddiaçının müvafiq müraciətin göstərilən tarixədək təqdim edilməməsinin onun səhhəti ilə və yaxud onun iradəsindən asılı olmayan digər obyektiv və üzrlü səbəblərlə bağlı olması məhkəmə araşdırması nəticəsində müəyyən edilməmişdir.
46. İddiaçının pensiya fərqinin birdəfəlik ödənməsi hüququ qanunda nəzərdə tutulmadığından, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir.
47. Məhkəmə hesab edir ki, cavabdeh orqanın pensiya təyinindən imtinası nəticəsində iddiaçının qanunla qorunan hüquqları pozulmuşdur, odur ki, cavabdeh orqanın iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsassızdır və məhkəmənin mövqeyi nəzərə alınmaqla iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır.
48. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
49. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
50. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. İddiaçı 57 yaşının tamam olduğu 10.10.2013-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddiaçı 18.03.2018-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilsin. Qərardan 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva