Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15493/2025 17.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı “akt qeydində düzəliş edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər Rayon Qeydiyyat Şöbəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Nikahın bağlanması haqqında xx.xx.1983-cü il tarixli 122 nömrəli akt qeydində düzəliş edilərək Muradov Hənifə “Məmmədəli” oğlu X2 qeyd olunması; X10 doğulması haqqında xx.xx.1984-cü il tarixli 448 nömrəli akt qeydində düzəliş edilərək ata qrafasında Muradov Hənifə “Məmmədəli” oğlu X2 qeyd edilməsi; İddiaçı3 doğulması haqqında xx.xx.1986-cı il tarixli 565 nömrəli akt qeydində düzəliş edilərək ata qrafasında Muradov Hənifə “Məmmədəli” oğlu X2 qeyd edilməsi, Ölüm haqqında xx.xx.2020-ci il tarixli 1298 nömrəli akt qeydində düzəliş edilərək Muradov Hənifə “Məmmədəmi” oğlu X4 qeyd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, mərhum X6 doğum haqqında akt qeydində atasının adı "Məmmədəmin" kimi yazılmışdır. Lakin onların nikah və uşaqları doğum haqqında akt qeydinin ata qrafasında ata adı "Məmmədəli" və mərhum ərinin ölüm haqqında akt qeydində ata adı "Məmmədəmi" kimi qeyd edilmişdir. Bundan başqa onun atasının ölüm haqqında akt qeydində də adı "Məmmədəmin" kimi göstərilmişdir. Xəzər Rayon Qeydiyyat Şöbəsinin 01 iyul 2025-ci il tarixli məktubundan görünür ki, qeyd olunan aktlar arasında ziddiyyət olduğundan müvafiq düzəlişin edilməsi mümkün olmamışdır. Müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığından və təqdim etdiyi sənədlərdə ziddiyyət olduğuna görə xahişinin təmin edilməsinin imkan xaricində olması göstərilmiş və akt qeydlərində düzəliş edilməsi üçün məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. İddiaya yazılı münsibət təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -V-ЖГ nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X8 xx.xx.1994-cü il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1998-il tarixdə 58 nömrəsi ilə qeyd edilmişdir. -AZ-İİ seriyalı 139190 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2020-ci il tarixdə 1298 nömrəsi ilə qeyd edilmişdir. -xx.xx.1984-cü il tarixli XİX 507948 nömrəli Nikahın bağlanması haqqında Şəhadətnaməyə əsasən X13 və X18 arasında xx.xx.1983-cü il tarixdə nikah bağlanmışdır. Bu barədə nikah bağlanması haqqında akt qeydləri kitabında xx.xx.1983-cü il tarixdə 122 nömrəsi ilə qeyd edilmişdir. -Xİ-ЖГ seriyalı 448453 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı3 xx.xx.1986-cı il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1986-cı il tarixdə 565 nömrəsi ilə qeyd edilmişdir. X3, anası İddiaçı1dır. -xx.xx.1984-cü il tarixli Doğum haqqında Şəhadətnamədən görünür ki, X16 xx.xx.1984-cü il tarixdə Bkı şəhərində doğulmuşdur. X3, anası İddiaçı1dır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-138296/2025 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -xx.xx.1984-cü il tarixli 448 nömrəli Doğum haqqında Akt qeydindən görünür ki, X16 xx.xx.1984-cü il tarixdə Bakı şəhəri,Şüvəlan qəsəbəsində doğulmuşdur. X3, anası İddiaçı1dır. -xx.xx.1986-cı il tarixli 565 nömrəli Doğum haqqında Akt Qeydindən görünür ki, X22 xx.xx.1986-cı il tarixdə Bakı şəhəri,Əzizbəyov rayonunda doğulmuşdur. X3, Anası İddiaçı1dır. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivinin xx.xx.2025-ci il tarixli 3-16-5/2-138289/2025 nömrəli məktubu ilə təqdim edilən sənədlərdən görünür ki: -xx.xx.1983-cü il tarixli 122 nömrəli Nikahın bağlanması haqqında Akt qeydinə əsasən nikah X13 və X18 arasında bağlanmışdır. -**********0122020 nömrəli Ölüm haqqında akt qeydinə əsasən xx.xx.1952-ci il təvəllüdlü X12 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir. Cavabdeh Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 05/68-131 nömrəli məktubda bildirilmişdir ki, X6 nikah, ölüm və uşaqlarının doğumu haqqında akt qeydlərində düzəliş edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar"ın 1-ci bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının qeydində səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. Qeyd edirik ki, ərinizin doğum haqqında akt qeydində atasının adı "Məmmədəmin" yazılmışdır. Lakin sizin nikah, uşaqlarınınizin doğum haqqında akt qeydinin ata haqqında məlumat qrafasında ata adı "Məmmədəli" və ərinizin ölüm haqqında akt qeydində ata adı "Məmmədəmi” qeyd edilmişdir. Bundan başqa qeyd edirik ki, ərinizin atasının ölüm haqqında akt qeydində də adı "Məmmədəmin" göstərilmişdir. Yuxarıda qeyd olunan aktlar arasında ziddiyyət olduğundan müvafiq düzəlişin şöbə tərəfindən edilməsi mümkün deyildir. Müvafiq düzəlişin edilməsi üçün kifayət qədər əsas olmadığından və təqdim etdiyiniz sənədlərda ziddiyyət olduğundan xahişiniz imkanımız xaricindədir. Akt qeydlərində düzəliş edilməsi üçün məhkəməyə müraciət edə bilərsiniz. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia akt qeydinə düzəliş edilməsi ilə bağlı hərəkətlərin edilməsi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. Hazırkı işin hallarından görünür ki, AZ-İİ seriyalı 139190 nömrəli Ölüm haqqında X14 “Məmmədəmi” oğlu, xx.xx.1984-cü il tarixli XİX 507948 nömrəli Nikahın bağlanması haqqında X1, ИE seriyalı 928371 nömrəli Doğum haqqında şəhadətnamədə X9, Xİ-ЖГ seriyalı 448453 nömrəli İddiaçı3 məxsus Doğum haqqında X1, X15 məxsus Doğum haqqında X1 qeyd edilmişdir. Beləliklə, mərhum X6 döğum haqqlnda akt qeydində ata adı Məmmədəmin, eyni zamanda sonuncunun atasının ölüm haqqında akt qeydin də adı Muradov Məmmədəmin kimi qeyd edildiyi halda X6 ölüm, nikah və övladlarının doğum haqqında akt qeydlərində ata adı fərqli- Məmmədəmi, Məmmədəli kimi göstərilmişdir. Hazırki iddia tələbində mərhumun ailə üzvləri olan iddiaçılar akt qeydlərində qeyd edilmiş X13 və X7 doğum və ölüm haqqında akt qeydlərində olduğu kimi- “Məmmədəmin” olaraq qeyd edilməsini məhkəmədən xahiş etmişlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: -159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı, o cümlədən doğumun, atalığın müəyyən edilməsinin və ölümün elektron qaydada qeydiyyatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır. -159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. -160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. -160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. -161.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) akt qeydində dəyişiklik etməkdən imtinasından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar»ın 1-ci hissəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik qaydasını tənzimləyir. Həmin hissənin 1-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən həyata keçirilir. -2-ci bəndinə əsasən aidiyyəti şəxslər arasında mübahisə olduqda qeydiyyatda düzəliş məhkəmənin qətnaməsi əsasında aparılır. -3-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişikliklər aşağıdakı hallarda edilir: vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlər düzəldikdə; vətəndaşlıq vəziyyəti aktının qeydində qeyri-düzgün məlumatlar göstərilmişsə; qanunvericilikdə müəyyən edilən digər hallarda. 4-cü bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün aşağıdakılar əsas hesab edilir: ərizə verən şəxsin daimi yaşayış yerindəki qeydiyyat şöbələrinin və konsulluq idarələrinin qanunvericiliyə uyğun olaraq qəbul etdiyi rəyi; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında məhkəmənin qərarı; vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə əsas verən digər sənədlər. 5-ci bəndə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında ərizələr ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələrinə və konsulluq idarələrinə verilir. 6-cı bəndinə əsasən qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi məsələsinə ərizənin daxil olduğu gündən bir ay müddətində baxılır. 8-ci bəndinə əsasən ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsindən imtina edir. İmtinanın səbəbləri əsaslandırılmaqla ərizə verən şəxsə yazılı məlumat verilir. 10-cu bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi qeydin olduğu yerdə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Beləliklə, istinad olunan normalardan görünür ki, akt qeydlərində səhv məlumatlar olduqda şəxs ona dəyişiklik edilməsini tələb edə bilər. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”nin 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən yerli orqanları (bundan sonra — vəsiqə verən orqan) tərəfindən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikasının Qanunu və bu Əsasnamə ilə müəyyən edilmiş qaydada verilir. Həmin Əsasnamənin 2.2-ci bəndinə əsasən vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsinin verilməsi üçün aşağıdakı sənədlər tələb olunur: 2.2.1. şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anket (1 nömrəli əlavə); 2.2.2. vətəndaşın doğum haqqında şəhadətnaməsi 2.2.3. Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə"nin 2-ci maddəsində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (əgər vətəndaşın yaşayış yeri üzrə qeydiyyatı yoxdursa); 2.2.4. vətəndaşın qan qrupu, gözlərinin rəngi, boyu haqqında tibbi arayış; 2.2.5. dövlət rüsumunun ödənilməsi barədə sənəd; 2.2.6. ərizə vətəndaşı övladlığa götürən, vətəndaşın himayəçisi və ya qəyyumu tərəfindən verildikdə, onun hüquqlarını təsdiq edən sənəd. Yuxarıda istinad olunanlardan məlum olur ki, İddiaçı2 və İddiaçı3 məxsus doğum haqqında akt qeydlərində ata adı qrafasında ad və soyad düzgün qeyd edilsə də ata adında səhvliyə yol verilmiş və X13 olaraq qeyd edilmişdir. Həmçinin İddiaçı1 ilə Muradov Hənifə arasında bağlanmış nikahın akt qeydində də ata adı qrafasında səhvə yol verilərək, X21 kimi qeyd edilmişdir. xx.xx.2020-ci il tarixli Ölüm haqqında akt qeydində də ata adı qrafasında səhvə yol verilərək X5 qeyd edilmişdir. Sənədlər arasında mövcud uyğunsuzluq vahid doğum akt qeydinə uyğun ata adın qeyd edilməsini şərtləndirdiyi üçün, akt qeydlərində düzəliş olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydində ərizə əsasında dəyişiklik edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxsin seçdiyi, məhkəmə qətnaməsi əsasında isə bu barədə qətnamənin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1, 52, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.1983-cü il tarixli 122 nömrəli “Nikahın bağlanması haqqında” akt qeydində Muradov Hənifə “Məmmədəli” oğlunun ata adında düzəliş edilərək “Məmmədəmin”, xx.xx.1984-cü il tarixli 448 nömrəli Doğum haqqında akt qeydində ata adı qrafasında adın “X21” oğlu yerinə X9, xx.xx.1986-cı il tarixli 565 nömrəli Doğum haqqında akt qeydində ata adı qrafasında adın “X21” oğlu yerinə X9, xx.xx.2020-ci il tarixli 1298 nömrəli Ölüm haqqında akt qeydində Muradov Hənifə “Məmmədəmi” oğlunun ata adı qrafasında X9 olaraq düzəliş edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Xəzər rayon Qeydiyyat Şöbəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-15493/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15493/2025
17.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver