Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15495/2025 14.01.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “torpaq sahəsinə dair mülkiyyət hüququnun ölmüş şəxsə məxsus olması barədə arayışın verilməsi və s.” tələbinə dair iddiası üzrə inzibati işə 14 yanvar 2026-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inldşafi və istismarı Biriliyi ilə X7 arasında bağlanmış Ləhiş ərazisindəki 1375 nömrəli bağın istifadəyə verilməsi haqqında 36531 saylı xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 1375 saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir. X7 vəfat etmişdir. İddiaçı 1375 saylı bağ sahəsi üzərində X3 hüququnun dövlət qeydiyyatına alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət etmişdir. İdarə iddiaçının müraciətinə cavab olaraq daşınmaz əmlakın hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd etmişdir ki, “...idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən iddiaçı tərəfində göstərilən sahənin sərhədlərinin şərti olduğu, hasarlama və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (mərhum) X7 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3918/2019 saylı qərarı iddia tələbi təmin edilmişdir. İdarə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3918/2019 saylı qərarından apellyasiya şikayəti vermiş. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İdarə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3918/2019 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. Göründüyü kimi məhkəmə tərəfindən bu məsələ qiymət verilmişdir, lakin mərhum X3 vərəsəsi İddiaçı yenidən eyni iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət etmişdir..” İddia tələbi, iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki ümumi sahəsi 0.12 ha olan 1375 saylı bağ sahəsinə dair X3 mülkiyyət hüquqlarının məxsus olması barədə arayışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda sadalanan hallarına istinad edilərək iddia tələbi onunla əsaslandırılmışdır ki, torpaq sahibi X7 öldüyündən hazırkı iş üzrə iddiaçı vərəsəlik işinin açılması üçün Bakı şəhəri 18 saylı Notariat ofisinə müraciət etmişdir. Həmin müraciət əsasında vərəsəlik işi açılmış və notariat ofisinin cavabdehə ünvanladığı 1686 №-li xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, mübahisə predmeti olan bağ sahəsinə dair X3 adına çıxarış verilməsi xahiş edilmişdir. Cavabdeh tərəfindən həmin müraciət təmin edilməmişdir. Hesab edir ki, cavabdehin imtina səbəbləri əsassızdır. Belə ki, imtinanın birinci səbəbi ilə bağlı qeyd edilməlidir ki, torpaq sahəsində mərzləmə və hasarlama işlərinin aparılmaması həmin müraciətin təmin edilməməsinə əsas ola bilməz. Digər imtina arqumenti ilə bağlı isə bağ sahəsi ayrılan şəxs tərəfindən yəni Mübariz Vəliyev tərəfindən 2019-cu ildə cavabdehə müraciət edilmiş lakin cavabdeh onun müraciətini təmin etmədiyindən Mübariz Vəliyev tərəfindən iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Həmin məhkəmənin 2-1(82)-3918/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin edilmiş və 1375 №-li bağ sahəsi üzərində Mübariz Vəliyevin mülkiyyət hüqunun qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Həmin qərardan cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və Bakı Apellyaisya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-53/2021 №-li qərarı ilə apellyasiya şikayəti təmin edilmədən qərar qüvvədə saxlanılmışdır. Daha sonra cavabdeh tərəfindən kassasiya şikayəti verilmiş və Ali Məhkəmənin xx.xx.2021-ci il tarixli, 2- l(102)l333/2021 №-li qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin adıçəkilən qərarı ləğv edilərək iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə təkrar baxılan zaman Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(103)-9/2024 saylı qərarla apellyasiya şikayətini təmin edərək 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin 2-1(82)- 3918/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarını ləğv etmiş və iddianın rədd edilməsi barədə yeni qərar qəbul etmişdir. Adıçkilən qərar qanuni qüvvəsini almışdır. Hazırkı iş üzrə cavbabdeh həmin qərara istinad edərək hesab edir ki, iddiaçının mülkiyyət hüquqları qeydə alınmamalıdır. Lakin məhkəmə mübahisəsinə diqqət yetirdikdə hazırkı müraciətin təmin edilməməsi üçün hər hansı maneənin olmadığı müəyyən ediləcəkdir. Belə ki, işə baxan məhkəmə iddianı o əsasla rədd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciətində göstərdiyi torpaq sahəsi ilə hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsi eynilik təşkil etmir. Bu əsasdan məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının müraciətindəki torpaq sahəsi ilə hazırkı torpaq sahəsi arasında fərqlilik mövcud olduğundan bu şəkildə iddiaya baxıla bilməz. Göründüyü kimi hazırkı mübahisə ilə yekunlaşmış mübahisənin predmeti və əsası tamamilə fərli olmuşdur. İşə Bakı Apellyasiya Məhkəməsində baxılarkən iddiaçı tərəfindən bağ sahəsinin yeri dəqiqləşdirilmiş və bu zaman müəyyən olunmuşdur ki, dəqiqləşdirilmiş sahə Nardaran İnvest MMC-yə ayrılmış sahə ilə üst-üstə düşmür həmin bağ sahəsinin nömrəsi digər qonşu bağ sahələrinin nömrələri ilə təqribi olaraq uyğun gəlir, lakin əvvəlki müraciətdəki bağ sahəsi ilə hazırkı müraciətdəki bağ sahəsi arasında hava xətti ilə təxminən 3300 metr məsafə mövcuddur. Göstərilənlər ona dəlalət edir ki, işə baxan məhkəmə iddianı rədd edərkən Mübariz Vəliyevin mülkiyyət hüququ olmadığı qənaətinə gəlməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının ilkin müraciətində göstərdiyi torpaq sahəsi ilə məhkəmə inzibati araşdırılması nəticəsində qeyd edilə torpaq sahəsi fərqlilik təşkil etdiyinə görə mübahisənin hazırkı vəziyyətdə məhkəmə qaydasında baxılması düzgün olmazdı. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtinanın dəlilləri ilə eyni məzmunludur. Tərəflərin iştirakı və izahatları: İddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddianın rədd edilməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdir ki, iddiaçının hazırkı tələbində iddia etdiyi torpaq sahəsi ilə əvvəlki məhkəmə mübahisəsinin premdeti olmuş torpaq sahələri ayrı-ayrı torpaqlardır. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu iddiaçının müraciətini təmin etməkdən imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inldşafi və istismarı Biriliyi ilə X7 arasında bağlanmış Ləhiş ərazisindəki 1375 nömrəli bağın istifadəyə verilməsi haqqında 36531 saylı xx.xx.2005-ci il tarixli müqavilənin surətindən görünür ki, Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 1375 saylı bağ sahəsi X3 istifadəsinə verilmişdir. X7 vəfat etmişdir. İddiaçı tərəfindən mərhum X2 qalmış miras əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi bağlı Bakı şəhəri 18 saylı notariat ofisinə müraciət edilmişdir. Hazırda vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə əlaqədar olaraq mərhum X3 adına olan ünvan 1 ünvanında yerləşən 0,12.ha torpaq sahəsinə çıxarış verilməlidir. İddiaçı bu məqsədlə cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsaslı hesab edir. İddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0 və 8.0.7-ci maddələri təşkil edir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8.0. və 8.0.7-ci maddələrinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Mülki Məcəllənin 139-1.1. və 139-1.1.7-ci maddlərinə görə, 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. İddiaçı həmin normada göstərilən hüquqmüəyyənedici sənəd kimi Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar Təsərrüfatının inldşafi və istismarı Biriliyi ilə X7 arasında bağlanmış Ləhiş ərazisindəki 1375 nömrəli bağın istifadəyə verilməsi haqqında 36531 saylı xx.xx.2005-ci il tarixli müqavilən təqdim edir. Cavabdeh iddiaçının hüuqmüəyyənedici sənədlərə malik olmasını mübahisələndirmir. Cavabdeh aşağıdakı dəlillərə istinad edərək iddiaçının tələbini təmin etməkdən imtina edir və iddia tələbinə etiraz edir: 1) idarənin mütəxəssisləri tərəfindən ünvana texniki baxış keçirilərkən iddiaçı tərəfində göstərilən sahənin sərhədlərinin şərti olduğu, hasarlama və mərzçəkmə işlərinin aparılmadığı müəyyən edilmişdir. 2) 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində (mərhum) X7 Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ massivi ünvanında yerləşən ümumi sahəsi 1200 kv.metr olan 1375 saylı bağ sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iddia qaldırmış, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2- 1(82)-3918/2019 saylı qərarı iddia tələbi təmin edilmişdir. İdarə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2-1(82)-3918/2019 saylı qərarından apellyasiya şikayəti vermiş. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(103)-9/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə İdarə tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3918/2019 saylı qərarı ləğv edilərək iş üzrə yeni qərar qəbul edilmiş, iddia təmin edilməmişdir. Məhkəmə aşağıda qeyd edilənlərə əsasən cavabdehin imtinasının və etirazının əsası kimi istinad etdiyi halları əsassız hesab edir. Məhkəmə 1-ci dəlillə bağlı qeyd edir ki, bu hal da iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas deyil. Belə ki, cavabdeh inzibati orqanın əsasnaməsinə uyğun olaraq həmin orqan adıçəkilən torpaq sahəsinə dair mülkiyyət hüquqlarının təsdiqi barədə reyestrdən çıxarış tərtib edərkən mövcud olan uyğunsuzluqları aradan qaldırmalıdır. “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli Fərmanının 2.3-cü bəndində göstərilmişdir ki, torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsi zamanı fiziki və hüquqi şəxslərin mülkiyyətindəki və qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqlarda və torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılmasını aşağıdakı tələblərə riayət etməklə həyata keçirsin: ... 2.3.5. ərazi vahidləri üzrə layihələrin, torpaqla bağlı normativ hüquqi aktların tələblərinə zidd olmadığı və digər şəxslərin hüquqlarının pozulmadığı hallarda, torpaqların faktiki istifadə vəziyyəti əsas götürülməklə tərtib edilməsi. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 3.0.29-cu maddəsində isə təsbit edilmişdir ki, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işlərini aparmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifəsidir. Beləliklə, torpaq sahəsinin yerləşməsində hər hansı uyğunsuzluq varsa belə, cavabdehin vəzifəsi sözügedən uyğunsuzluğu qanunvericiliklə müəyyən edilmiş qaydada aradan qaldırmaqla hüquqların qeydiyyatının aparılmasını təmin etməkdən ibarətdir. Bundan başqa məhkəmə 2-ci dəlillə bağlı məhkəmə nəzərə alır ki, Bakı Apellyasiya Məhkəməsi xx.xx.2024-cü il tarixli, 2-1(103)-9/2024 saylı qərarından görünür ki, məhkəmə iddianı o əsasla rədd etmişdir ki, iddiaçı məhkəməyə müraciət etməzdən öncə cavabdehə müraciətində göstərdiyi torpaq sahəsi ilə hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsi eynilik təşkil etmir. Göründüyü məhkəmə iddianın təmin edilməməsi qənaəti X3 Sabunçu rayonu, Ləhiş ərazisində 0.12 ha torpaq sahəsi olan 1375 saylı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının olmaması ilə deyil, cavabdehə müraciətində göstərdiyi torpaq sahəsi ilə hazırda faktiki olaraq istifadə etdiyi torpaq sahəsi eynilik təşkil etməməsi ilə bağlı olmuşdur. Məhkəmə tərəfindən cavabehdə verilən sorğuda iddiaçının hazırda iddia etdiyi torpaq sahəsi ilə əvvəki məhkəmə mübahisəsinin predmeti olmuş torpaq sahələrinin eyni yaxd ayrı torpaq sahələri olması tələb edilmiş, cavabdeh tərəfindən məhkəməyə təqdim edilən ortofoto görüntüsündən görünür ki, iddiaçının hzırda iddia etdiyi torpaq sahəsinə dair ********** nömrəli müraciəti zamanı göstərdiyi torpaq sahəsi, əvvəlki məhkəmə icraatı ********** nömrəli müraciəti zamanı göstərdiyi torpaq sahələri tamamilə ayrı-ayrı yerlərdə yerləşir. Məhkəmə cavabdehin imtina məktubunda və yazılı etirazında iddianın mümkün sayılmaması ilə bağlı dəliliini əsassız hesab edərək qeyd edir ki, iş materiallarında göründüyü kimi, əvvəlki iddianın predmeti ilə hazırkı iddianın predmeti eyni deyildir. Məhkəmə qeyd edir ki, iddia edilən torpaq sahəsinin nömrəsinin hüquqmüəyyənedici sənədə görə eyni olması (1375 nömrəli bağ sahəsi) tələblərin predmetinin eyni olması mənasına gəlmir. Belə ki, iddiaçı hüquqmüəyyənedici sənəd üzrə 1375 nömrəli bağ sahəsinə iddia etsə də, müraciətləri zaanı naturada fərqli torpaq sahələri göstərmişdir. Torpaq sahəsinin eyni olması isə, təkcə onun nömrəsi ilə deyil, naturada yerləşməsi ilə müəyyən edilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin imtinasını və etirazının dəlilləri kimi istinad etdiyi halları əsassız hesab edir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının vərəsəi olduğu şəxs qanunvericiliklə nəzərdə tutulan hüquqmüəyyənedici sənədə malik olmuş, buna görə də istifadəsində olan bağ sahəsinə yaranmış mülkiyyət hüququnu qeydə aldırmaq hüququna malik olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. “Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin olunsun. Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş ərazisindəki ümumi sahəsi 0.12 ha olan 1375 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı m0əhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-15495/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15495/2025
14.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver