Məhkəmə qərarları › İş №2-1(112)-1551/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1551/2021

10.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1551/2021 10.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə” iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan Nxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı N994-cü ilin yanvar ayından hərbi xidmətə yollanmış. vətənin müdafiəsi uğrunda gedən döyüşlərdə silahdaşları ilə birlikdə qəhrəmancasına vuruşmuş, bəziləri şəhid olmuş, bəziləri itkin düşmüş, bəziləri isə yaralanmışdır. İddiaçı ilə həmin zaman mayor İskəndərov Xəqani, gizir İbrahimov İkram və əsgər Həsənov Ədalət xidmət edərək vətənin müdafiəsi uğrunda müharibədə iştirak etmişlər. Lakin iddiaçının N994-cü ilin yanvar ayında N994-cü ilin avqust ayının 04-dək xidməti barədə heç bir sənəd mövcud olmadıgından hüquqi faktın təsdiq olunması məqsədilə Sabunçu rayon Məhkəməsinə müraciət etsə də, məhkəmə Ali Məhkəmənin Plenumunun N2 aprel 20N9 tarixli, 03 saylı qərarını rəhbər tutaraq iddianı baxılmamış saxlamışdır. Bugünkü gün iddiaçının bütün müharibə yoldaşlarına veteran statusu verilmişdir. Bununla əlaqədar olaraq cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh Müdafiə Nazirliyi iddiaçının xidmət keçdiyini sübut edən Mərkəzi Arxivin arayışını, hərbi biletini nəzərə almadan ona həmin statusun və vəsiqənin verilməsindən imtina etmişdir. Hansısa sənədin çatışmazlığı iddiaçının döyüşmədiyinin sübutu deyil və bu ona veteran statusunu verməməyə əsas vermir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeçiliyində olan hərbi hissələrin, eləcə də digər dövlət orqanlarının tabeçiliyində olan hərbi hissələrin nizami hissə üzrə komandirin əmrləri həmin orqanların arxivində saxlanılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra-İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, işin hallarını və mübahisənin vəziyyətini müzakirə etmək üçün hazırlıq icraatına başlanılmış, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məhkəməyə təqdim edilmiş iddiaya dair N5.N0.2020-ci il tarixli, NN/5046 saylı yazılı etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında” Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci ilin fevralın N-dən N994-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqadar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətinin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakültativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə qeyd edilməsidir. Hərbi xidmət keçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hprbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Şəxsə müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir: N. Şəxsin xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri ilə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması. 2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuha AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini istisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, iş materiallarında olan Müdafiə Nazirliyi Mərkəzi Arxivinin 05 noyabr 20N8-ci il tarixli 9/2-N7799 nömrəli arayışına əsasən iddiaçı 877, N30, N nömrəli hərbi hissələrdə xidmət keçmişdir. “Azərbaycan Respublikası Silahlı Qüvvələri yarandığı vaxtdan döyüş əməliyyatları aparan hərbi hissələrin siyahısı”na əsasən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilmir, N nömrəli hərbi hissə isə N aprel N993-cü il tarixdən 26 avqust N993-cü il tarixədək döyüş əməliyyatlarında iştirak etmişdir. Digər tərəfdən N nömrəli hərbi hissə döyüş əməliyyatlarında iştirak edən hərbi hissə hesab edilsə də, arxiv arayışına əsasən iddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli əmri ilə şəxsi heyətin siyahısına daxil edildiyindən iddiaçının N nömrəli hərbi hissədə xidməti atəşkəsdən sonraya təsadüf etmişdir. Bununla da Komissiyanın imtinası qanuni və əsaslı olduğundan iddia tələbi təmin edilə bilməz. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsində yazılanlara uyğun olaraq izahat verdi və izahatının sonunda iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə, İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsaslanaraq, cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 33.N-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Belə ki, iş materiallarına əlavə edilmiş: - Sabunçu RPİ tərəfindən verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, iddiaçı Bakı şəhərində qeydiyyatdadır. - Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N2.NN.2020-ci il tarixli 9/2-N0467 saylı, 23.02.202N-ci il tarixli 9/2-N583 saylı eyniməzmunlu məktublarından görünür ki, N №-li hərbi hissə komandirinin N6.03.N994-cü il tarixli N №-li əmrilə (əsas: səh 47, § N) baş leytenant Seyidov X2 hərbi şəhərciyinə gəlmiş hesab edilərək N-ci MAT-da, N-ci MAB-nun tağım komandiri vəzifəsinə təyin edilərək bütün növ təminatlara daxil edilmişdir. N nömrəli hərbi hissə komandirinin N6.03.N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 2, sıra- N, əmrdə “N №-li hərbi hissə komandirinin N №-li əmrinin N-ci bəndi ləğv olunsun” yazılmışdır) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. X6 Məntəqəsi rəisinin N3 mart N994-cü il tarixli 26 №-li əmrində (əsas: səh-7; qeyd: əmrdə soyadı Zeydov yazılmışdır) baş leytenant X3 3 aylıq hərbi toplanışa gəlməsi barədə məlumat vardır. N27 №-li hərbi hissə komandirinin 04.08.N994-cü il tarixli 2N6 №li əmrində (əsas: səh 62, § N) döyüş təlimi ilə əlaqədar bir qrup hərbi mükəlləfiyyətlilərin N30 №-li hərbi hissənin tərkibinə verilməsi barədə məlumat vardır, lakin əmrə adlı siyahı əlavə edilməmişdir. N27 №-li hərbi hissə komandirinin aprel - 03.08.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 05.09.N994-cü il tarixli müvafiq əmrinə əsasən ehtiyatdan çağırılmış baş leytenant İddiaçı N30 №-li hərbi hissə komandirinin N2.09.N994-cü il tarixli 255 №-li əmrilə (əsas: səh 36, § N, sıra N3) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilərək DŞR DŞB komandiri vəzifəsinə təyin edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixli 267 №-li əmrilə (əsas: §-N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Sabunçu rayon İdarəsi tərəfindən verilmiş İddiaçı şəxsi işindən görünür ki, iddiaçı 0N.08.N994-cü il tarixdə N30 saylı hərbi hissədə desant hücum bölüyü komandiri, 02.06.N995-ci il tarixdə motoatıcı taburun bölük komandiri, 03.04.N996-cı il tarixdə motoatıcı tabor komandirinin silahlandırma üzrə müavini təyin edilmiş, 30.N2.20N7-ci il tarixdə yaş həddinə görə hərbi qulluqdan çıxarılmışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 05.NN.20N8-ci il tarixli 9/2-N7799 nömrəli arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N6 mart N994-cü il tarixli N №-li əmrilə (əsas: §-2,sıra-N) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixli 267 №-li əmrilə (əsas: §-N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun, avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 27.08.20N8-ci il tarixli 9/2-N2757 nömrəli arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N6 mart N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 2,sıra-N) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixli 267 №-li əmrilə (əsas: §-N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun, avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş N6.0N.20N9-cu il tarixli 9/2-524 nömrəli arxiv arayışında göstərilmişdir ki, N nömrəli hərbi hissə komandirinin N6 mart N994-cü il tarixli N №-li əmrilə (əsas: §- 2,sıra-N) baş leytenant İddiaçı Şəxsi heyətin qəbuletmə məntəqəsinə təhvil verilmişdir. X6 Məntəqəsi rəisinin N3 mart N994-cü il tarixli 26 №-li əmrində (əsas: səh-7; qeyd: əmrdə soyadı Zeydov yazılmışdır) baş leytenant X3 3 aylıq hərbi toplanışa gəlməsi barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N nömrəli hərbi hissədən gəlmiş, baş leytenant İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixii 267 №-li əmriİə (əsas: §-N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. N nömrəli hərbi hissə komandirinin iyun, avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin və X6 Məntəqəsi rəisinin mart-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüşlərdə iştirakı barədə məlumat aşkar olunmamışdır. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin İşlər İdarəsi Mərkəzi Arxivi tərəfindən verilmiş 27.NN.20N7-ci il tarixli 9/2-2N44N saylı iddiaçıya ünvanlanmış məktubu ilə bildirilmişdir ki, N nömrəli hərbi hissə komandirinin fevral-iyun N994-cü il və N nömrəli hərbi hissə komandirinin iyun-avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin iddiaçıya ünvanlanmış 29.N2.20N8-ci il tarixli N/sN2227 nömrəli məktubunda göstərilmişdir ki, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinə daxıl olmuş ərizənizə cavab olaraq bildiririk ki, Sizə “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar göndərilən sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdində “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın 03.N0.20N8-ci il və təkrar 26.N2.20N8-ci il tarixli iclasında baxılmış və barənizdə müsbət qərar qəbul edilmədiyindən təqdim olunan sənədlər geri qaytarılır. Mərkəzi Arxivin 27.08.20N8-cı ıl tarixli 9/2-N2757 nömrəli arayışına əsasən xidmət etdiyiniz müddət ərzində N və N nömrəli hərbi hissələr Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığından və N nömrəli hərbi hissədə hərbi xidmətiniz Atəşkəs dövrünə (N2.05.N994-cu il) təsadüf etdiyindən Sizə müharibə veteranı adının və vəsiqəsinin verilməsi məqsədəuyğun deyildir”. - İddiaçıya məxsus 02827N saylı hərbi biletin surəti iş materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə toplanılmış sənədlər əsasında müəyyən etmişdir ki, iddiaçıya “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi ilə əlaqədar təqdim edilmiş sənədlərə Müdafiə Nazirliyinin aparatı nəzdındə “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya”nın 03.N0.20N8-ci il və təkrar 26.N2.20N8-ci il tarixli iclasında baxılmış və “Müharibə veteranı” statusunun və vəsiqəsinin verilməsi tələbini təmin etməkdən imtina edilmişdir. İmtinaya əsas kimi Mərkəzi Arxivin 27.08.20N8-cı ıl tarixli 9/2-N2757 nömrəli arayışına əsasən xidmət etdiyi müddət ərzində N və N nömrəli hərbi hissələrin Silahlı Qüvvələrin Baş Qərargah rəisinin təsdiq etdiyi döyüşlərdə iştirak edən hərbi hissələrin siyahısında olmadığı və N nömrəli hərbi hissədə hərbi xidmətin atəşkəs dövrünə (N2.05.N994-cu il) təsadüf etdiyi bildirilmişdir. Məhkəmə cavabdehin imtinasını əsaslı hesab edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin abzasının tələblərinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Bu müddəa Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N995-ci il tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ”Əsasnamə”nin N-ci maddəsinin tələblərinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara N0 may N994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, milli təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Həmin Əsasnamənin N-ci bəndinin NN-ci yarımbəndinə uyğun olaraq, “Müharibə veteranı” adı və müvafiq veteran vəsiqəsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyi...tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir...”. Azərbaycan Respublikası Müdafiə Nazirinin 6 yanvar N998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının verilməsinin qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın N.6-cı 4 bəndinə əsasən, N99N-ci il oktyabrın 9-dan N994-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə “Müharibə veteranı” adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “XN şikayətinə əsasən 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 09 iyul 2007-ci il tarixli qərarına görə, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuta yetirilməsi vacibdir. Məhkəmə baxışı zamanı hər hansı bir şəxsin məhz döyüş əməliyyatlarının hərbi terminologiyada qəbul olunmuş anlayışına və məzmununa aid edilə biləcək əməllərdə iştirakı tədqiq olunmalıdır. Göründüyü kimi qanunvericilikdə qəti olaraq müəyyən edilmişdir ki, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları birlikdə təqdim edildikdə), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər təqdim edildiyi halda yuxarıda qeyd edilmiş müvafiq inzibati ərazi vahidlərində aparılmış döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərin, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların hərbi döyüşlərdə iştirakını sübut edən sənəd kimi qəbul edilə bilər. Məhkəmə araşdırması zamanı toplanılmış sənədlərin əlaqəli və müqayisəli şəkildə tədqiqi nəticəsində müəyyən edilmişdir ki, N nömrəli hərbi hissə komandirinin iyun, avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. N nömrəli hərbi hissə komandirinin və X6 Məntəqəsi rəisinin mart-may N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı döyüşlərdə iştirakı barədə məlumat aşkar olunmamışdır. İddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. “Hərbi xidmət keçmə” haqqında əsasnaməyə uyğun olaraq Müdafiə Nazirinin 23.NN.N997-ci il tarixli əmrinə əsasən kapitan İddiaçı ehtiyata tərxis olunduğuna görə N nömrəli hərbi hissə komandirinin N sentyabr N999-cu il tarixli 267 №-li əmrilə (əsas: §- N,səh-5N) tutduğu vəzifəsindən azad edilməklə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq qeydiyyata düşmək üçün Şəmkir RHK-nın sərəncamına göndərilmişdir. Göründüyü kimi məhkəmə araşdırması zaman iddiaçının N nömrəli hərbi hissə komandirinin fevral-iyun N994-cü il və N nömrəli hərbi hissə komandirinin iyun-avqust N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilmədiyindən və N nömrəli hərbi hissədəki xidmət isə N2 may N994-cü il tarixindən elan edilmiş atəşkəsdən sonrakı dövrdə olmuşdur. Belə ki, iddiaçı N nömrəli hərbi hissə komandirinin N avqust N994-cü il tarixli 2N6 №-li əmrilə (əsas: §-2) şəxsi heyətin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. Qanunvericiliyin yuxarıda sadalanmış tələblərinə görə müharibə veteranı adı döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə verilir. Azərbaycan Respublikası İPM-nin N4.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. İddiaçı isə qeyd etdiyi əsasları sübut edə bilməmişdir. Buna görə də, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya müharibə veteranı adının və statusunun verilməsindən imtina etməsi qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddiaçının müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia əsassızdır və rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual-Məcəlləsinin 2-ci, 34-cü, 68-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verə bilər. SƏDRLİK EDƏN: MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar