Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1551/2025 03.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İ.İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək iddiaçıya ünvanlanmış 3-17-1/2-1-102527/2027 nömrəli, xx.xx.2024-cü il tarixli cavab məktubunda göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısf’nın bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin (29) fəhlələr yarımbölməsində (a) sənaye dəmir-beton borularının boruçəkənləri, polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcıları və mütəxəssislər yarımbəndində (b) tikinti və quraşdırma işləri üzrə ustalar, iş icraçıları vəzifələri nəzərdə tutulmuşdur. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışında xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində "Qafqazenerjiquraşdırma” X1 idarəsində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunub. AZENCO ASC-də aparılan çoxsaylı dəqiqləşmələr zamanı “Qafqazenerjiquraşdırma” X1 idarəsindəki peşələrin zərərliliyinə dair verilmiş arayışların həmin müəssisənin iş profilinin AZENCO ASC-yə uyğun olduğuna əsas gətirilərək verildiyi, lakin həmin müəssisəyə aid AZENCO ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilib. Bu fakt AZENCO ASC-nin birgə Aktı ilə təsdiq edilib. Eyni zamanda, AZFEN BM-in xx.xx.2023-cü il tarixli AZF-2023/61-K nömrəli arayışında xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2011-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində layidədə boru işləri üzrə usta, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2017xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində boru işləri üzrə nəzarətçi, MQS MMC-nin xx.xx.2022-ci il tarixli 009L nömrəli arayışında isə xx.xx.2004-xx.xx.2007-ci il, xx.xx.2007-06.01,2010-cu il və xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə boru quraşdırıcısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışlarda boruçu vəzifəsində işlədiyi dövrlərdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə, boru işləri üzrə usta vəzifəsində işlədiyi dövrdə tikinti və quraşdırma işləri üzrə və boru quraşdırıcısı vəzifəsində işlədiyi dövrdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlərdə məşğul olub-olmaması barədə hər hansı məlumat göstərilməyib. Həmçinin, işlədiyi boru işləri üzrə nəzarətçi vəzifəsi sözügedən arayışda istinad edilən iş icraçıları vəzifəsinə və boru quraşdırıcısı vəzifəsi isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə uyğun deyil. Göstərilən səbəblərdən də, onun güzəştli iş stajı 12 il 6 aydan az (1 il 6 ay 6 gün (xx.xx.2001-xx.xx.2002-ci il və xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ.Tərəflərin əsaslandırılması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, uzun illər güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. 01 yanvar 2006-cı il tarixinə qədər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş 2 №li siyahı ilə müəyyən edilmiş güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay işlədiyi və 25 il ümumi iş stajı olduğu üçün güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh qeyri-qanuni və əsassız olaraq güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsindən imtina etmişdir. İmtinanın əsası kimi isə onun güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə 12 il 6 ay stajının olmaması əsas göstərilmişdir. Bu isə tamamilə qeyri-qanuni və əsassızdır. Belə ki, o, 12 il 6 aydan da artıq müddətə güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən işlərdə işləmişdir. Ona görə də hesab edir ki, cavabdehin güzəştli şərtlərlə yaşa görə pensiya təyin etməkdən imtinası tamamilə qeyri-qanuni və əsassızdır və cavabdehin bu imtinası ilə onun hüquqları kobud şəkildə pozmuşdur. Cavabdeh xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddia tələbinin təmin olunmamasını xahiş etmiş və göstərmişdir ki, iş üzrə icraat materiallarına əlavə edilmiş "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli 09 nömrəli arayışında İddiaçı xx.xx.1985xx.xx.2000-ci il tarixləri arasındakı dövr ərzində “Qafqazenerjiquraşdırma” X1 İdarəsində quraşdırıcı vəzifəsində işlədiyi qeyd olunmuşdur. "xxxx" ASC-də aparılan çoxsaylı dəqiqləşmələr zamanı “Qafqazenerjiquraşdırma” X1 idarəsindəki peşələrin zərərliliyinə dair verilmiş arayışların həmin müəssisənin iş profilinin “AZENCO" ASC-yə uyğun olduğuna əsas gətirilərək verildiyi, lakin həmin müəssisəyə aid "xxxx" ASC-də heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir. Bu fakt "AZENCO” ASC-nin birgə Aktları ilə təsdiq edilmişdir. İş üzrə icraat materiallarına əlavə edilmiş “AZFEN" BM-in xx.xx.2023-cü il tarixli AZF-2023/61-K nömrəli arayışında İddiaçı xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2011xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində boruçu, xx.xx.2011-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində layihədə boru işləri üzrə usta, xx.xx.2013-xx.xx.2014-cü il, xx.xx.2017-xx.xx.2019-cu il, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövrlər ərzində boru işləri üzrə nəzarətçi, MQS MMC-nin xx.xx.2022- ci il tarixli 009L nömrəli arayışında isə xx.xx.2004-xx.xx.2007-ci il, xx.xx.2007-xx.xx.2010- cu il və xx.xx.2010-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində həmin müəssisədə boru quraşdırıcısı vəzifələrində işlədiyi qeyd olunmuşdur. Lakin, sözügedən arayışlarda boruçu vəzifəsində işlədiyi dövrlərdə yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan sənaye dəmir-beton borularının çəkilməsi ilə, boru işləri üzrə usta vəzifəsində işlədiyi dövrdə tikinti və quraşdırma işləri üzrə və boru quraşdırıcısı vəzifəsində işlədiyi dövrdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlərdə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. Həmçinin, işlədiyi boru işləri üzrə nəzarətçi vəzifəsi sözügedən arayışda istinad edilən iş icraçıları vəzifəsinə və boru quraşdırıcısı vəzifəsi isə polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə uyğun deyil. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. İddianın mümkünlüyünü yoxlayan məhkəmə hesab edir ki, iddia mümkün iddiadır. Çünki iddiaçının onun barəsində əlverişli inzibati akt qəbul edilməsini tələb etdiyi hazırkı iddia inzibati mühakimə icraatı qaydasında baxılan iddiadır. İddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur və o, məhkəməyə müraciət etməzdən əvvəl inzibati orqana müraciət etmişdir. Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – Qanun) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin Qeydinə əsasən həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2-ci bəndinə əsasən 1 iyul 2022 - 30 iyun 2023-cü il tarixə kişilərin yaşa görə əmək pensiyası hüququ 65 yaşdan yaranır. Beləliklə, qanunvericiliyin istinad olunan normalarından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:
1. 60 yaşının tamam olması;
2. azı 25 il sığorta stajına malik olması;
3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması; İş materiallarından görünür ki, göstərilən tələblərdən hər biri iddiaçı tərəfindən ödənilir. İ tələb üzrə: Belə ki, işdə olan iddiaçıya məxsus AA******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, İddiaçı xx.xx.1964-cü il tarixdə doğulmuş, onun 60 yaşı xx.xx.2024-cü il tarixdə tamam olmuşdur. İİ tələb üzrə: İddiaçıya aid H3 №4691903 nömrəli hərbi biletdən görünür ki, o, xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur. İşdə olan ET№015570 nömrəli diplomdan görünür ki, İddiaçı1979-cu ildə X4 Texnikumuna daxil olmuş və 1983-cü ildə həmin Texnikumun “Sənaye tikinti və mülki tikinti” ixtisası üzrə tam kursu bitirmişdir. İddiaçıya məxsus ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1979-cu il tarixdən xx.xx.1983-cü il tarixədək X4 Texnikumunda təhsil almış, xx.xx.1985-ci il tarixdə “Qafqazenerjiquraşdırma” X1 İdarəsinə üçüncü dərəcəli çilingər vəzifəsinə qəbul edilmiş, xx.xx.1990-cı il tarixdə dördüncü dərəcəli quraşdırıcı, xx.xx.1992ci il tarixdə üçüncü dərəcəli quraşdırıcı, xx.xx.1995-ci il tarixdə altıncı dərəcəli quraşdırıcı vəzifəsinə keçirilmiş, xx.xx.2000-ci il tarixdə öz xahişi ilə tutduğu vəzifəsindən azad edilmişdir. xx.xx.2001-ci il tarixdə Bakı Stil Kompani Təkrarqarametal şöbəsinə qaz kəsicisi vəzifəsinə qəbul edilmiş, xx.xx.2002-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.2002-ci il tarixdə "xxxx" birgə müəssisəsinə boruçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2004-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2004-cü il tarixdə "xxxx" ASC-də altıncı dərəcəli quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2007-ci il tarixdə “Neftqaztikinti” tresti 6 saylı Tikinti Quraşdırma İdarəsində dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcı (ƏÖD-5) vəzifəsinə qəbul edilmiş, xx.xx.2007-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2007-ci il tarixdə "xxxx" MMC-də altıncı dərəcəli boru quraşdırıcısı vəzifəsinə qənul edilmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2010-cu il tarixdə "xxxx" ASC-də “STP Tikinti layihəsi”nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2010-cu il tarixdə "xxxx" MMC-də altıncı dərəcəli quraşdırıcı vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2011-ci il tarixdə "xxxx" birgə müəssisəsində altıncı dərəcəli boruçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2011-ci il tarixdə usta vəzifəsinə keçirilmiş, xx.xx.2013-cü il tarixdə boru işləri üzrə nəzarətçi vəzifəsinə, xx.xx.2014-cü il tarixdə boru işləri üzrə mühəndis vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2017-ci il tarixdə "xxxx" birgə müəssisəsidə boru işləri üzrə nəzarətçi vəzifəsinə qəbul edilmiş, xx.xx.2019-cu il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2020-ci il tarixdə "xxxx" birgə müəssisəsidə boru işləri üzrə nəzarətçi vəzifəsinə qəbul edilmişdir. Hazırda həmin vəzifədə işləyir. Məhkəmə qeyd edir ki, “Vətəndaşların pensiya təminatı haqqında” Qanuna əsasən iş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmin Qanunun 67-ci maddəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: ...v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti;... Həmçinin ƏPQ-nin 21.1-ci maddəsinə görə qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Qeyd olunan normaların tələblərini və işdə olan sənədləri nəzərə aldıqda məlum olur ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə 25 ildən artıq, 42 il 3 ay 24 gün ümumi iş stajı olmuşdur. Belə olan halda aydındır ki, iddiaçı üçüncü tələbi də ödəyir. İşdən görünür ki, cavabdeh də iddiaçının ümumi stajının 25 ildən artıq olmasını qəbul etmiş, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial xx.xx.2024-cü il tarixli məktubda qeyd etmişdir ki, İddiaçı Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, onun ümumi iş stajı 42 il 4 ay 18 gün (xx.xx.2006-cı il tarixinədək 26 il 2 ay 18 gün (xx.xx.1978-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.2000- ci il, xx.xx.2001-xx.xx.2002-ci il, xx.xx.2002-xx.xx.2004-cü il, xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 16 il 2 ay) ümumi sığorta stajı vardır. İİİ tələb üzrə: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən müəyyən edilir. İşdən görünür ki, iddiaçının işlədiyi dövrlər üzrə aşağıdakı güzəştli arayışlar təqdim edilmişdir:
1. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin xx.xx.2022-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2007-ci il tarixli 83/k nömrəli əmrə əsasən “Neftqaztikinti” trestinin 6 saylı Tikinti Quraşdırma İdarəsinə 5-ci dərəcəli dəmir beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı peşəsinə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixli 109/k nömrəli əmrə əsasən Azərbaycan Respublikasının ƏM-nin 69-cu müddəsinin 3-cü bəndinə əsasən öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixliu 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bölməsinin “a” bəndinə əsasən polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar güzəştli şərtlərlə pensiya hüququ verir.
2. “X7” MMC-nin xx.xx.2021-ci il tarixli X-Y-0750 nömrəli araşdırıcı arxiv arayışından görünür ki, İddiaçı "X7" Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində çalışmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi yanında X5 Salan Mərkəz tərəfindən tərtib edilmiş "X7" Limited şirkətinin arxiv fondunun materiallarında aşağıdakı məlumatlar qeyd edilib: Əmək kitabçasına əsasən 26 mart 2001ci il tarixindən 22 iyul 2002-ci il tarixinədək Təkrarqarametal şöbəsində qaz kəsicisi peşəsində çalışmışdır. Qeyd edilmiş peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 35-ci Ümumi peşələr bölməsində zərərli iş sahələrində məşğul olan qazla kəsicilər kimi öz əksini tapmışdır.
3. "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli 01-VƏ/587 nömrəli işin xarakteri haqqında güzəştli arxiv arayışından görünür ki, İddiaçı xx.xx.2010-cu ildə (Əmr №-121/21-kş, xx.xx.2010-cu il) "xxxx" ASC-nin “STP Tikinti Layihəsi” nin Quraşdırma sahəsinə 6-cı dərəcəli quraşdırıcı peşəsinə işə qəbul edilib və xx.xx.2010-cu ildə (Əmr №-61/21-kş, xx.xx.2010-cu il) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə (tərəflərdən birinin təşəbbüsü ilə) əsasən əmək müqaviləsinə xitam verilib. Göstərilən peşə, Azərbaycan Respubliksının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 №-li qərarının 29-cu “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, gtexniki təchizatı, bərpası və təmiri” fəsilinin “a” fəhlələr bəndinə uyğun olaraq ”Polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcılar”ın işi xüsusi zərərli əmək şəraiti işlər hesab edildiyinə görə güzəştli şərtlərlə pensiyası hüququna malikdir. Həmçinin, “Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahılarının təsdiq edilməsi haqqında” Az.Res-nın Nazirlər kabinetinin 21 iyun 1993-cü il tarixli 320 №-li Qərarının XXVİİ. “Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bəndinin “Polad və dəmir-beton konstruksiyalarının quraşdırılması” yarımbəndində göstərilən işləri yerinə yetirən quraşdırıcıların işi 2290000a-14612 saylı şifrəsinə əsasən (xx.xx.2010-cuxx.xx.2010-cu illər) xüsusi zərərli əmək şəraitli işlər hesab edildiyinə görə güzəştli şərtlərlə pensiya hüququ verir. Güzəştli pensiya üçün staj: 05 ay, 18 gün təşkil edir. Dövlət Əmlaklarının idarə edilməsi üzrə Dövlət Komitəsinin xx.xx.2008-ci il 323 №-li Sərəncamına əsasən "xxxx" ASC adlandırılıb.
4. Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli, 09 nömrəli məktubundan görünür ki, Abşeron Quraşdırma idarəsi (AMU KEM) ilə Mingəçevir Quraşdırma idarəsi (MMU KEM) eyni Trestin - “Qafqazenerjiquraşdırma Tresfin nəznində fəaliyyət göstərmişlər və eyni obyektin tikintisini (analoji peşələrdən istifadə etməklə) həyata keçirmişdir. Belə ki, Mingəçevir Quraşdırma idarəsi (MMU KEM) Azərbaycan Dövlət Rayon Elerktrik Stansiyasında (Az DRES-də) Abşeron Quraşdırma İdarəsi ilə birlikdə qazanxanaların, turbinlərin, qapalı çənlərin quraşdırılması və təmiri, həmçinin yüksəklikdə görülən işlərdə - dəmir beton konstruksiyalarının quraşdırılması, sənaye dəmir boruların düzülməsi ilə məşğul olmuşlar. İddiaçı işlədiyi quraşdırıcısı.boru quraşdırıcısı peşələri Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən islahatların, peşələrin, vəzifələrin və göstəricilərinin Siyahısı”nın təsdiq edilməsi barədə 21 iyun 1993-cü il 320 saylı Qərarının Əmək şəraitinin zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən islahatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li siyahısının 2290000a-14612- Polad və dəmir beton konstruksiyası üzrə quraşdırıcılar (xx.xx.1990-cı ildən xx.xx.1995-ci ilədək) və 2290000a19233- Sənaye və dəmir beton boruların boru çəkənləri (xx.xx.1995-ci ildən xx.xx.2000-ci ilədək) peşələri üzrə güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır.
5. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, vətəndaş İddiaçı xx.xx.2002-ci il tarixindən qısa fasilələrlə Azfen BM-in (hal-hazırda Azfen MMC-nin) layihələrində boruçu, boru işləri üzrə usta, boru işləri üzrə nəzarətçi işində çalışmışdır və onun yerinə yetirdiyi əsas əmək funksiyaları aşağıdakılardan ibarət olmuşdur: • Sənaye dəmir-beton boruların çəkilməsi; • Sənaye dəmir-beton boruların çəkilməsi zamanı istifadə olunan elementlərin (tavr, ikitavr, künclük və s.) növləri və tərkibləri haqqında məlumatın olması və iş əsanasında istifadəsi; • Sənaye dəmir-beton boruların çəkilməsi işlərinin icrası üçün lazımi bütün iş alətləri və avadanlıqlardan istifadəsi; • Sənaye dəmir-beton boruların çəkilməsi işləri ilə bağlı cizgi və planın oxunması, izah edilməsi, cizgi əsasında metal hissələri və bütün növ polad, dəmir-beton detalların kəsimi, uyğunlaşdırılınası, yerləşdirilməsi, tərkib hissələrinin quraşdırmasının təmin edilməsi; • Bütün növ tətbiq olunan odluqların, reduktorların, balonların istifadə qaydaları, nəzarət ölçü cihazlarının təyinatını və tətbiqini təmin etmək; • Təhkim edilmiş alət və avadanlıqları texniki cəhətdən saz vəziyyətdə saxlanılmasını, verilmiş cizgi və ya eskizlər əsasında metal detal, element, polad və dəmirbeton konstruksiyaların hazirlaması, hazırlanmış detal, element konstruksiyaları cizgi ilə tələb olunan yerlərdə koordinatla yerinə çəkilməsi; • Detal, element və konstruksiyaların hazırlanmasında cilalayıcı elektrik avadanlıqlarından, deşmə avdanlıqlarından və qazla kəsən alətlərdən istifadə edilməsi; • Qapalı sahədə kəsmə zamanı ventilyasiya sisteminin quraşdırılması; • Sənaye dəmir-beton boruların çəkilməsi, cizgilər əsasında armofleks, xüsusi rezin, mineral pambıq, kömür və s. odadavamlı izolyasiya materialları ilə izolyasiya edilməsi; • Sənaye dəmir-beton boruların şablonlarının işlənib hazırlanması, sınağı, yerləşdirilməsi və nişanlanması, o cümlədən flans birləşmələrdən istifadə edərək boru sistemlərinin birləşdirilməsi; • Sənaye dəmir-beton boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsi; • İşçilərin ləvazimatlardan, fərdi mühafizə vasitələrindən, xüsusi geyimdən düzgün istifadə etmələrinə və onlar tərəfindən işlədilən alət və ləvazimatların mal, material, avadanlıq, inventarların yararsız hala salınmasına, korlanmasına, xarab edilməsinə yol verilməməsinə nəzarət etmək; Boru işləri üzrə nəzarətçi (bu vəzifə üzrə işlər, iş icraçısı vəzifəsinin işləri ilə eynidir) vəzifəsi: Boruların boru sistemlərinin cizgilərinə əsasən işlənib hazırlanması, birləşdirilməsi işlərinin icrasının təmin edilməsi, bu işlərə bilavasitə nəzarət edilməsi; İş paketlərinə görə material tələbi hazırlaması və qeydiyyatının aparılması; Boru və şüşə liflli polimer (FRP) boruların kəsilməsi, konusvari və düz yonulması, cilalanması, zimpara ilə yonulmasi, parça ilə təmizlənməsi və yapışqanla birləşdirilməsi, istilik döşəkçələri ilə qurudulması, boltla bağlanan flans birləşmələrin quraşdırılması və bərkidilməsinin təmin edilməsi; Hazırlanmış boru sistmlərinin yoxlanılması və hesabat hazırlayıb istehsalat rəhbərinə təqdim edilməsi; • Boruların emalatxana və sahədə izolyasiya edilməsi, sahədə qaynaq edildikdən sonra sahə qaynaqlarının izolyasiya ilə üst-üstə sarılması, boruların sahədə quraşdırılmasından sonra test edilməsi və ondakı qüsurların bərpasının təmin edilməsi; • Tamamlama işlərinin həyata keçirilməsi, sistemin sahəyə verilməsi, platformaya daşınması və quraşdırma işlərinin aparılmasına nəzarət edilməsi. xx.xx.2002-xx.xx.2004- X6 AZF-058 layihəsində boruçu peşəsində 2 il 3 ay 1 gün (iki il, üç ay, bir gün) çalışmışdır - 27-ci maddə " Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş 22900Q0a—19233 sənaye dəmir beton boruların boruçəkənləri bəndi; xx.xx.2011-xx.xx.2011- X6 AZF-Gol layihəsində boruçu peşəsində 4 ay 3 gün (dörd ay, üç gün) çalışmışdır - 29-cu maddə "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında "xxxx"; xx.xx.2011-xx.xx.2013- X6 AZF-081 layihəsində boru işləri üzrə usta vəzifəsində 2 il 20 gün (iki il, iyirmi gün) çalışmışdır - 29-cu maddə "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, b) mütəxəssislər bölməsinin tikinti quraşdırma uzrə ustalar bəndi; xx.xx.2013- xx.xx.2014- X6 AZF-081 layihələrində boru işləri üzrə nəzarətçi vəzifəsində 1 il 2 ay 17 gün (bir il, iki ay, on yeddi gün) çalışmışdır - 29-cu maddə "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi; xx.xx.2017-xx.xx.2019- X6 AZF-094 layihələrində boru işləri üzrə nəzarətçi vəzifəsində 2 il 3 ay 1 gün (iki il, üç ay, bir gün) çalışmışdır - 29-cu maddə " Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi; xx.xx.2020-xx.xx.2022- X6 AZF-100 layihəsində boru işləri üzrə nəzarətçi vəzifəsində 1 il 9 ay 5 gün (bir il, doqquz ay, beş gün) çalışmışdır- 29-cu maddə " Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi; xx.xx.2022-xx.xx.2022- X6 AZF-108 layihəsində bom işləri üzrə nəzarətçi vəzifəsində 3 ay 17 gün (üç ay, on yeddi gün) çalışmışdır - 29-cu maddə " Biııa, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında b) mütəxəssislər bölməsinin iş icraçıları bəndi. Cəmi: 12 il 10 ay 23 gün (on iki il, on ay, iyirmi üç gün). İddiaçı işlədiyi iş yeri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısının təsdiq edilməsi barədə 21 iyun 1993-ci il tarixli, 320 saylı Qərarının Əmək şəraitinin zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2№-li hissəsinin 27-ci maddəsinin ''Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndinə və 23 yanvar 2007-ci il tarixii. 12 saylı Qərarının 29cu maddəsinin, "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" başlığı altında nəzərdə tutulmuş yuxarıda göstərilən müvafiq bəndlərə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır.
6. "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 0092 nömrəli arayışından görünür ki, İddiaçı "xxxx" MMC-də xx.xx.2004-cü il tarixdən xx.xx.2007-ci il tarixədək, xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək və xx.xx.2010-cu il tarixdən xx.xx.2011 -ci il tarixədək 6cı dərəcəli boru quraşdırıcısı işində işləmişdir. Onun işlədiyi iş yerləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nm təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarının 29 cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “polad və dəmir beton konstruksiya quraşdırılması üzrə quraşdırıcı” sətrinə uyğun olduğu üçün yaşa görə güzəştli şərtlərlə təqaüdə çıxmaq hüququ qazanmışdır. "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, MQS MMC-də (əvvəlki adı "xxxx") hazırda qüvvədə olan "X2 Təlimatı"na (surəti əlavə olunur) əsasən, boru quraşdırıcılarının vəzifə öhdəlikləri aşağıdakı funksiyaları əhatə edir: - Boru xətlərinin planını, boru xətləri və cihazların diaqramını, boru izometrik certiyojları, sex istehsal eskizlərini və proses axını təsviri diaqramlarını oxuyub tanış olmaq və işində tətbiq etmək; -Borunun və boru elementlərinin ölçüsünü və növünü, həmçinin dayaqlar, asılqanlar və hidravlik silindrlər kimi əlaqəli materialları və avadanlıqları standartlara və spesifikasiyalara uyğun olaraq seçmək; -Karbonlu az-legirli, legirli, xüsusi xassələrə malik iki strukturlu paslanmayan polad, mis və nikel boru və boru sistemlərini yiğmaq və quraşdırmaq; -Mişar, boru uclarını qaynaqa hazırlayan, və boru kəsən maşından istifadə edərək boruları kəsmək və qaynaq tillərini hazırlamaq; -Yivli, qaynaqlı, lehimli, əridilmiş birləşmələrdən və əl alətlərindən istifadə edərək boruları birləşdirməyə hazırlamaq; -Əl alətləri və elektrik alətlərindən istifadə edərək boru qovşaqlarını sıxaclarla və tərtibatlarla konstruksiyaya bərkitmək; -Borulara yiv açma və birləşdirici çuxur açma mexanizmindən istifadə edərək boruları hazırlamaq; -Bütün təhlükəsizlik və layihə qaydalarına riayət etmək və onlara əməl edilməsinə görə məsuliyyət daşımaq; -Şüşə ilə gücləndirilmiş epoksid boru quraşdırılması - bu tip boruların kəsilməsi, quraşdırılma üçün hazırlanması və əlavə boru elementləri ilə quraşdırılması; -Flanşların növünə və sinfinə görə seçilməsi, həmçinin flanş birləşmələri üçün conta materialının emalı; -Möhkəmlik sinfi təsnifatına uyğun olaraq flanşlı birləşmələr üçün bərkidici materialdan (bolt, qayka, şpilka) istifadə edərək quraşdırma işlərini icra etmək. -Bina, tikili və qurğuların inşası, quraşdırılması və təmiri işlərində metal konstruksiya elementlərinin və dəmir-beton konstruksiyalarının quraşdırılması. -Rəhbərliyin tapşırığı əsasında digər quraşdırma və bərkitmə işləri (taxtabəndlər, dəmirdən iskələlər, birləşmələrin dinamometrik bərkidilməsi (torquing operation) və s.) -Polad və dəmir-beton konstruksiyaların quraşdırılması boltlarla bərkidilən konstruksiya elementlərinin montaj işlərini, dəmir-beton konstruksiyaların quraşdırılması isə armaturlardan ibarət konstruksiyaların yığılması və onların taxtabəndlər vasitəsilə betonla tökülüb möhkəmləndirilməsi işlərini əhatə edir. İddiaçı Cəmiyyətdə işlədiyi 2004 - 2011-ci illər ərzində həyata keçirilən müxtəlif layihələrdə boru quraşdırılması, bina və qurğuların tikinti-təmiri, dəmir-beton və metalkonstruksiya işlərində çalışmışdır. Göründüyü kimi, iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlardan görünür ki, iddiaçının xx.xx.2024-cü il tarixə 12 il 6 aydan artıq güzəştli iş stajı mövcud olmuşdur. Lakin işdən görünür ki, cavabdeh İddiaçı güzəştli iş stajının cəmi 1 il 6 ay 6 gün (xx.xx.2001- xx.xx.2002-ci il, xx.xx.2007-xx.xx.2007-ci il tarixləri arasındakı dövrlər) təşkil etməsini qəbul etmiş, digər dövrləri isə güzəştli staja aid etməmişdir. Cavabdeh bu zaman ona istinad etmişdir ki:
1. xx.xx.1985-xx.xx.2000-ci il tarixləri arasındakı dövr ilə bağlı "xxxx" ASC-də aparılan çoxsaylı dəqiqləşmələr zamanı “Qafqazenerjiquraşdırma” X1 idarəsindəki peşələrin zərərliliyinə dair verilmiş arayışların həmin müəssisənin iş profilinin “AZENCO" ASC-yə uyğun olduğuna əsas gətirilərək verildiyi, lakin həmin müəssisəyə aid "xxxx" ASCdə heç bir sənədin mövcud olmadığı müəyyən edilmişdir.
2. “AZFEN" BM və MQS MMC-də boruçu vəzifəsində işlədiyi dövrlərdə sənaye dəmir-beton borularının çəkilməsi ilə, boru işləri üzrə usta vəzifəsində işlədiyi dövrdə tikinti və quraşdırma işləri üzrə və boru quraşdırıcısı vəzifəsində işlədiyi dövrdə isə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə işlərdə məşğul olub-olmamağı barədə hər hansı məlumat göstərilməmişdir. 3.Həmçinin, iddiaçının işlədiyi boru işləri üzrə nəzarətçi vəzifəsi sözügedən arayışda istinad edilən iş icraçıları vəzifəsinə və boru quraşdırıcısı vəzifəsi isə polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə uyğun deyil. Məhkəmə cavabdehin bu dəlilləri ilə razılaşmır. Çünki, birincisi, iddiaçının xx.xx.1985xx.xx.2000-ci il tarixlərində “Qafqazenerjiquraşdırma” X1 idarəsində işlədiyi dövr "xxxx" ASC-nin arayışı ilə deyil, Mingəçevir Enerjiquraşdırma ATSC-nin xx.xx.2023-cü il tarixli, 09 nömrəli arayışı ilə güzəştli iş kimi təsbit edilmişdir. İkincisi, istər “AZFEN" BM, istərsə də MQS MMC tərəfindən verilmiş arayışlarda iddiaçının işlədiyi vəzifələr üzrə əmək funksiyaları sadalanmış, iddiaçının sənaye dəmirbeton boruların çəkilməsi, polad və dəmir-beton konstruksiyaların quraşdırılması ilə məşğul olduğu öz təsdiqini tapmışdır. Cavabdeh bu halları qəbul etməsə də, əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Bundan əlavə, iddiaçının işlədiyi boru işləri üzrə nəzarətçi vəzifəsinin arayışda istinad edilən iş icraçıları vəzifəsinə və boru quraşdırıcısı vəzifəsinin isə polad və dəmir beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar vəzifələrinə uyğun olmadığını bildirsə də, hansı hallara əsasən bu qənaətə gəldiyini əsaslandırmamış, həmin vəzifələrin bir birindən hansı əsasla fərqlənməsini sübut edə bilməmiş, yalnız ad uyğunsuzluğuna istinad etməklə formal əsaslara gprə iddiaçının hüququnu pozmuşdur. Halbuki “İnzibati icraat haqqında” Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmçinin “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən işəgötürənin verdiyi arayışın mötəbərliyini şübhə altına alan hər hansı bir sübut təqdim edilmədiyindən məhkəmə həmin arayışı mötəbər qəbul edir. Beləliklə, sadalananlara əsasən müəyyən olunur ki, hazırda iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə müəyyən edilən bütün tələbləri ödədiyindən iddia tələbi əsaslı olmuşdur. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Həmin Qanunun 32.1-1-ci maddəsinə əsasən əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Səlma Salahova