Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1552/2024 29.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Babaşova Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Suraxanı Rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Bakı şəhəri Suraxanı RPİ-nin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etməsi barədə hərəkətsizliyini qanunsuz və əsassız hesab edərək, İddiaçı ünvan 1 ünvana yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 17 iyun 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, iddiaçının ünvan 1 köçürülməyi qət edilmişdir. xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən qətnamə icraya yönəldilmişdir. İddiaçı həmin ünvanda 3 ildən artıq müddətdir ki, yaşayır. İddiaçı həmin evdə 3 ildən artıq yaşadığı üçün Bakı şəhəri Suraxanı RPİ-nə müraciət etmiş və bildirmişdir ki, onu yaşayış yeri üzrə qeydiyyata alsınlar. Bu barədə ərizəyə qanunvericiliklə nəzərdə tutulan sənədlər də əlavə edilmişdir. Bakı şəhəri Suraxanı RPİ tərəfindən ona ünvanlanmış xx.xx.2023-cü il tarixli, 54/2-04-8335/11/23 saylı cavab məktubunda bildirilmişdir ki, Sizin hal-hazırda yaşadığınız Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Neftçilər küçəsi, ev 4-ün qeydiyyat vəsiqəsi yoxdur, bu səbəbdən həmin ünvana qeydiyyata almaq mümkün deyildir. Suraxanı RPİ-nin iddiaçını yaşayış yeri üzrə qeydiyyata almaqdan imtina etməsi barədə hərəkətsizliyi qanunsuz və əsassızdır, məhkəmə tərəfindən onun yaşayış yeri üzrə qeydiyyata alınmağı vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-891/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh X3 qarşı “evə köçürülmə” tələbi təmin edilmiş, İddiaçı ünvan 4 ünvanına köçürülməsi qət edilmişdir. Həmin qətnamənin təsviri hissəsində qeyd edilmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(010)-3455/2019 qətnaməsi ilə X5 X3 qarşı “evə köçürülmə və birgə nikah dövründə əldə edilən əmlaka payın müəyyən edilməsi” iddia tələbləri qismən təmin edilmiş, X5 və xx.xx.2008-ci il təvəllüdlü X1 ünvan 5 ünvanında yerləşən evə köçürülmələri, “JEEP WRANQLER” markalı **-DD-*** dövlət qeydiyyat nişanlı avtmobilin 1/2 hissəsinə X5, 1/2 hissəsinə X2 mülkiyyət hüquqlarının tanınması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin 13 fevral 2020-ci il tarixli 2(103)-1869/2020 saylı qətnaməsinə əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 noyabr 2019-cu il tarixli 2(010)-3455/2019 qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Əmircan qəsəbə inzibati dairəsi üzrə nümayəndəliyi xx.xx.2023-cü il tarixli, 900 nömrəli Arayışında qeyd edilmişdir ki, verilir İddiaçı ondan ötrü ki, o həqiqətən Əmircan qəsəbəsi Neftçi küçəsi ev 9a ünvanında yaşayır (Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-891/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən). Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli, 18/2-24282/2023 nömrəli məktubunda bildirilmişdir ki, sorğu etdiyiniz xx.xx.2000-ci il təvəllüdlü İddiaçı Tərian qızı xx.xx.2013-cü il tarixdən hazıradək ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. Müraciətdə qeyd etdiyiniz ünvan 8 ünvanında qeydiyyatda olan şəxslər barədə məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********71 nömrəli məktubunda qeyd edilmişdir ki, ünvan 1 ünvanının qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********14 nömrəli məktubunda qeyd edilmişdir ki, müraciətdə göstərilən ünvan 1 ünvan rekviziti ilə dövlət qeydiyyatına alınmış daşınmaz əmlak obyekti barədə idarənin arxiv və elektron bazasında məlumat aşkar edilməmişdir. Cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 54/2-M-8335/H/23 nömrəli məktubunda bildirilmişdir ki, ərizənizlə bağlı tərəfimizdən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Sizin hal-hazırda yaşadığınız Suraxanı rayonu, Əmircan qəs., Nefçi küç., ev 4 evin “Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti” tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi yoxdur. Bu səbəbdən vət. İddiaçı həmin ünvana qeydiyyata almaq mümkün deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia cavabdehdən mənzilə qeydiyyata alınma ilə bağlı hərəkətlərin edilməsi tələbi olmaqla öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdur: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Hazırkı işdən görünür ki, iddiaçı ünvan 11 ünvanına qeydiyyata alınmasını mübahisələndirir. İddiaçının qeydiyyata alınmasını istədiyi sözügedən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamış tikilidir. Yerli icra nümayəndəliyinin arayışına əsasən iddiaçı həmin ünvandakı fərdi yaşayış evində faktiki olaraq yaşayır. İş üzrə müəyyən olunur ki, iddiaçı cavabdeh X3 qarşı “evə köçürülmə” tələbi ilə iddia qaldırmış və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-891/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə iddiaçının ünvan 4 ünvanına köçürülməsi qət edilmişdir. İş materiallarından görünür ki, iddiaçı (tələbkar) həmin evə köçürüldüyündən icra işi üzrə icraata iddiaçının razılığı ilə xitam verilmişdir. Beləliklə, göründüyü kimi qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı sözügedən fərdi yaşayış evində yaşayış hüququ təmin edilərək onun həmin özbaşına tikiliyə köçürülməsi təmin edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təqdim etdiyi adıçəkilən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün “Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd” olaraq iddiaçının yaşayış yeri üzrə qeydiyyata alınması əsas kimi qiymətləndirilə bilər. Çünki həmin qətnamə ilə iddiaçının yaşayış yeri ilə bağlı hüququ bilavasitə müəyyən edilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçının qeydiyyata alınmasını istədiyi evə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçməməsi, eləcə də həmin ünvanın ünvan reyestrində qeydiyyatdan keçməməsi həmin evə onun pasport qeydiyyatına alınmasına mane təşkil etmir. Belə ki, işin mübahisələndirilməyən halıdır ki, iddiaçı həmin evdə faktiki yaşayır, qanuni qüvvəsini almış qətnamə ilə o, məhz ev 9 a ünvanına yaşayış yeri üzrə köçürülmüş və hazırda da yerli icra nümayəndəliyi sözügedən ünvanın mövcudluğunu qəbul edir və iddiaçının həmin ünvanda yaşadığını bildirir. Qanunun tələbindən də müəyyən olunur ki, Azərbaycan Respublikasında fiziki şəxslər məhz yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Məhkəmə hesab edir ki, qeyd olunanlara əsasən cavabdeh inzibati orqanın iddiaçını yaşayış yeri üzrə qeydiyyata almasından imtinası əsassız olmuşdur. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2000-ci il təvəllüdlü İddiaçı ünvan 1 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması vəzifəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1552/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1552/2024
29.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver