Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1553/2020 08.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X4 katibliyi, tərəflərin iştirakı olmadan, iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi cəlb olunmaqla “kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə “avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla İddiaçı1 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 manat,torpaq sahəsində olan 250 kv.m tikilinin sökülməsi üçün 18000, İddiaçı2 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 manat, torpaq sahəsində olan 249 kv.m tikilinin sökülməsi üçün 17928 manat, İddiaçı3 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 torpaq sahəsində olan 246 kv.m tikilinin sökülməsi üçün 17712 manat və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Sabunçu Rayonu Kürdəxanı Bələdiyyəsi ilə iddiaçılar arasında hər biri 1200 kv.m. olmaqla bağın istifadəyə verilməsi haqqında 30 noyabr 2007-ci il tarixində torpaq icarəsi müqavilə bağlanmışdır. Həmin bağ sahəsi qanuni əsaslarla sahibliklərində və istifadələrində olmuş, faktiki mülkiyyət kimi davranmışlar. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 08 iyul tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın davamı olaraq “Novxanı-Pirşağı (Sahil yolu) avtomobil yolunun layihələndirilməsi və tikintisi” layihəsi çərçivəsində biz iddiaçılara məxsus daşınmaz əmlakın tikinti altına düşmüş və kompensasiya verilməmişdir. Həmin ərazilər dövlət ehtiyacları üçün alınsa da bu günə qədər iddiaçılara dəymiş ziyan ödənilməmiş və cavabdeh quruma müraciət etdikdə rəsmi qaydada cavab verilməsə də, iddiaçıların məhkəməyə müraciət etmələri və məhkəmə qərarı əsasında onlara kompensasiya ödəniləcəyi bildirilmişdir. İddiaçılar göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamı ilə bağlı cavabdeh X5 Agentliyindən iddiaya dair etirazın bildirilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya etiraz təqdim edilməmişdir. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi Nurlan Ələkbərov məhkəməyə “iddia ərizəsinə etiraz” göndərərək bildirmişdir ki, iddia ərizəsində iddiaçıların hər birinin Kürdəxanı qəsəbəsində torpaq sahəsinə (İddiaçı1 12 sot, İddiaçı2 12 sot və İddiaçı3 12 sot) sahib olduqları, həmin torpaq sahələrinin Novxanı-Pirşağı (Sahil) yolu avtomobil yolunun tikintisi ilə əlaqədar geri alındığı qeyd olunsa da, bu fakt sübutlarla əsaslandırılmamışlar, iddiaçılar adıçəkilən bağ sahələri ilə bağlı mülkiyyət hüquqları barədə müvafiq sənədləri məhkəməyə təqdim etməmişlər, yalnız müvafiq müqavilələrə istinad etmişlər. Eyni zamanda iş materiallarında qeyd olunan yolun çəkilişi zamanı həmin müqavilələrin qüvvədə olub-olmaması, yəni sözügedən torpaq sahələrinin iddiaçılara məxsus olub-olmaması lazımi qaydada əsaslandırılmamışlar. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddiaçıların iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Azərbaycan Respublikasının İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia), 2.2.5-ci maddəsinə əsasən inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun, Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddia ərizəsinə əsasən iddiaçıların tələbi -Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı bələdiyyəsi tərəfindən icarə müqavilələri əsasında iddiaçıların istifadələrinə verilmiş torpaqların avtomobil yolunun altına düşdüyü üçün dövlət büdcəsindən kompensaiyanın ödənilməsindən ibarətdir. İddia ərizəsinə əlavə edilmiş Azərbaycan Dövlət Dəmir Yolunun П-342 nömrəli, 17.Xİİ.1993-cü il tarixli İddiaçı1 ünvanlanmış məktubuna əsasən, Bilgəh- Pirşağa mənzilini 14- cü km Пk 5+75, Пk 6+25 m yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yola məxsus 12,5 sot torpaq sahəsi istifadəsinə verilmişdir., Azərbaycan Dövlət Dəmir Yolunun П-112 nömrəli, 11.İV.1994-cü il tarixli X3 ünvanlanmış məktubuna əsasən, Bilgəh- Pirşağa mənzilini 14- cü km Пk 6+25, Пk 6+75 m yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yola məxsus 12,5 sot torpaq sahəsi istifadəsinə verilmişdir. Azərbaycan Dövlət Dəmir Yolunun П-113 nömrəli, 11.İV.1994-cü il tarixli İddiaçı3 ünvanlanmış məktubuna əsasən, Bilgəh- Pirşağa mənzilini 14- cü km Пk 6+75, Пk 7+25 m yolun km istiqaməti ilə sağ tərəfdə dəmir yola məxsus 12,5 sot torpaq sahəsi istifadəsinə verilmişdir. Azərbaycan Dəmir Yolları“ Qapalı Səhmdar Cəmiyyəti 8810 nömrəli, 16 iyun 2020ci il tarixli məktubu ilə məhkəmənin sorğusuna cavab verərək bildirmişdir ki, Bakı şəhəri, Bilgəh-Pirşağı dəmir yolu xətti 2008-ci ildə sökülərək götürülmüş,eyni zamanda həmin dəmir yolu xəttinə aid torpaq sahələri Sabunçu rayonu Kürdaxanı bələdiyyəsinə təhvil verilməmişdir. İş materiallarına əsasən müəyyən olundu ki, mübahisəli torpaq sahələri- dəmir yolun torpaqları, yəni nəqliyyat təyinatlı dövlət torpaqlarıdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 22-ci maddəsinin 1-ci bəndinə əsasən sənaye, rabitə, nəqliyyat, ticarət, ictimai-iaşə və digər istehsal və xidmət obyektlərinin yerləşdirilməsi və fəaliyyəti üçün qanunvericiliklə müəyyən edilmiş qaydada, ayrılan və əldə edilən torpaq sahələri sənaye, nəqliyyat, rabitə və digər təyinatlı torpaqlar sayılır, 2-ci bəndinə əsasən əhalinin təhlükəsizliyinin təmin olunması, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı obyektlərin istismarına lazımi şərait yaradılması üçün onların ətrafında xüsusi (qoruyucu, sanitariya və s.) hüquqi rejimli mühafizə zonaları yaradılır. Həmin Məcəllənin 50-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində istifadə hüququ müvafiq qərar (müqavilə) əsasında torpaqdan daimi və ya müvəqqəti istifadə etməkdir. Torpağın istifadəyə verilməsinə görə torpaq vergisindən başqa haqq alınmır, 2-ci bəndinə əsasən müvafiq funksiyaların yerinə yetirilməsi, habelə əhalinin mənzil hüququnun təmin edilməsi məqsədilə dövlət və bələdiyyə torpaqları daimi istifadəyə, bir qayda olaraq, aşağıdakılara verilir: ... dövlət əhəmiyyətli dağ-mədən, neft-kimya, energetika, nəqliyyat, rabitə, müdafiə, habelə təbiəti mühafizə, təbii qoruq, tarix-mədəniyyət, elmi-tədqiqat, tədris obyektlərinə, müəssisələrinə və idarələrinə; Həmin Məcəllənin 62-ci maddəsinə əsasən elektrik, rabitə, nəqliyyat xətləri və sənaye müəssisələrinin sanitariya-mühafizə zonaları altındakı torpaq sahələri onların mülkiyyətçilərinin və istifadəçilərinin razılığı ilə yalnız bostan və tərəvəz becərilməsi, habelə örüş və ot çalımı məqsədləri üçün qısamüddətli istifadəyə və icarəyə verilə bilər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir, 2-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər, 9-cu bəndinə əsasən xüsusi mülkiyyətdə olan torpaq sahələrinin özgəninkiləşdirilməsi, habelə istifadəyə və ya icarəyə verilməsi tərəflər arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan və notarial qaydada təsdiq olunan müvafiq müqavilə əsasında həyata keçirilir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Göründüyü kimi qanunvericilikdə vətəndaşların istifadəsinə dəmir yolu kimi bir qurumun torpaq ayrıması səlahiyyəti nəzərdə tutulmamışdır, qanunverici vətəndaşların istifadəsinə daimi əsaslarla torpaq ayıran orqanların siyahısını dəqiq müəyyən etmişdir ki, həmin siyahıda Azərbaycan Dövlət Dəmir Yolu (hazırki "xxxx" QSC) mövcud deyildir. Bundan başqa Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 23 fevral tarixli 33 nömrəli qərarı ilə təsdiq edilmiş “Dəmir yolu nəqliyyatı təyinatlı torpaqlardan və dəmir yolunun xüsusi mühafizə zonasına aid torpaqlardan istifadə olunması” Qaydalarının 2-ci bəndinə əsasən xüsusi mühafizə zonası - uçqun, sürüşmə, sel suları və digər təbii təsirlərin təhlükəsi olan yerlərdə dəmir yol nəqliyyatı obyektlərinin mühafizəsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyəti və ya həmin təbii təsirlərin təhlükəsi olan yerlərdə dalan yollarının mühafizəsi üçün başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş yol nəqliyyatı təyinatlı torpaqlardır; təhkim zolağı - dəmir yolunun mühafizə zonasına aid olan və dəmir yol xətlərinin torpaq yatağına bitişən, dəmir yol nəqliyyatının təhlükəsiz fəaliyyət göstərməsi məqsədilə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinə və ya başqa təşkilatlara, müəssisələrə və ya idarələrə verilmiş dəmir yol nəqliyyatı təyinatlı torpaqlardır;sanitariyamühafizə zonası - yaşayış məntəqələrində əhalinin təhlükəsizliyinin təmin olunması, dəmir yol nəqliyyatı obyektlərinin istismarına lazımi şərait yaradılması üçün həmin obyektlərin ətrafında yaradılan xüsusi hüquqi rejimli mühafizə zonasıdır, 6-cı bəndinə əsasən dəmir yol qurğularının, bina və tikililərinin və digər köməkçi obyektlərinin sürüşmədən, uçqunlardan, eroziyalardan, seldən, qum və qar basqınlarından və başqa təhlükəli təsirlərdən qorunması, onların möhkəmliyinin və dayanıqlığının təmin edilməsi məqsədilə xüsusi mühafizə zonası, təhkim zolağı və sanitariya-mühafizə zonası torpaqlarından istifadə olunmasının rejimi müəyyənləşdirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 15 fevral tarixli 36 nömrəli qərarı ilə təsdiq edilmiş "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nizamnaməsi”nin 3.1-ci bəndinə əsasən cəmiyyətin əsas məqsədi Azərbaycan Respublikası iqtisadiyyatının, fiziki və hüquqi şəxslərin dəmir yolu ilə daşımalara və dəmir yolu sahəsində digər xidmətlərə olan tələbatının təmin edilməsindən, dəmir yollarının, habelə ümumi istifadədə olan dəmir yolu nəqliyyatının infrastrukturunun inkişaf etdirilməsindən və təkmilləşdirilməsindən, dəmir yollarında hərəkətin idarə edilməsinin təmin olunmasından, dəmir yolu nəqliyyat vasitələri parkının, maddi-texniki bazasının müasirləşdiril-məsindən və səmərəli istifadə olunmasından və bu sahədə kadr hazırlığının aparılmasından ibarətdir. Belə olan halda dəmir yolunun istifadəsinə dövlət tərəfindən ayrılmış torpaq sahələrinin konkret təyinatı vardır ki, o da dəmir yolunda yuxarıda göstərilən abzasda qeyd edilənlərdən ibarətdir, həmin torpaq sahələri müvəqqəti olaraq bağçılıq, tikinti abadlıq işləri üçün vətəndaşların istifadəsinə verilə bilərdi ki, vaxtilə iddiaçılara da dəmir yolunun mühafizə zolağında torpaq bağçılıq, tikinti abadlıq işləri məqsədilə verilmişdir. Yəni torpaq konkret şəxslərə - iddiaçılara daimi istifadəyə deyil, bağçılıq, tikinti abadlıq işləri üçün müvəqqəti verilmişdir. Göründüyü kimi iddia ərizəsində göstərilən torpaq sahələri üzərində iddiaçıların hər hansı bir hüquqları olmadığı üçün, tikililəri inşa edilməsinə dair müvafiq icazə sənədlərin, tikililərin ümumiyyətlə orada mövcud olmasına dair sübut olmadığından, iddiaçıların hazırki iddianı qaldırmaq subyektiv hüququ mövcud deyildir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə “avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla İddiaçı1 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 manat,torpaq sahəsində olan 250 kv.m tikilinin sökülməsi üçün 18000, İddiaçı2 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 manat, torpaq sahəsində olan 249 kv.m tikilinin sökülməsi üçün 17928 manat, İddiaçı3 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 torpaq sahəsində olan 246 kv.m tikilinin sökülməsi üçün 17712 manat və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmamalıdır. İnzibati-Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İnzibati-Prosessual Məcəlləsinin 85.1.-ci maddəsinə əsasən, şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati-iqtisadi məhkəmə vasitəsilə verilir. Məhkəmə qeyd edir ki, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2, 34, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh X1rşı üçüncü şəxs qismində Azərbaycan Respublikası Maliyyə Nazirliyi göstərilməklə “avtomobil yolunun tikintisi altına düşmüş torpaq sahələrinin hər sotu 6000 manat olmaqla İddiaçı1 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 manat, torpaq sahəsində olan 250 kv.m tikilinin sökülməsi üçün 18000, İddiaçı2 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 manat, torpaq sahəsində olan 249 kv.m tikilinin sökülməsi üçün 17928 manat, İddiaçı3 məxsus Kürdəxanı qəsəbəsində yerləşən 12 sot torpaq sahəsi üçün 86400 manat, torpaq sahəsində olan 246 kv.m tikilinin sökülməsi üçün 17712 manat və cavabdehin qanunsuz davranışı nəticəsində 30000 manat məbləğində mənəvi ziyanın dövlət büdcəsindən iddiaçılara ödənilməsinin cavabdehə həvalə edilməsi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına(ünvan: ünvan 2at Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1553/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1553/2020
08.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver