Məhkəmə qərarları › İş №2-1(112)-1554/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1554/2024

14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1554/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X2 cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Mahmud Orxan Əlövsət oğlunun katibliyi İddiaçı Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinə qarşı “qərarın qismən ləğv edilməsi” tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1xaraq, aşagıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayonu Bələdiyyəsinin 31.03/1-534 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, cavabdeh Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin “Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin 31.03/1-534 nömrəli Qərara dəyişiklik edilməsi barədə” 05 may 2023-cü il tarixli qərarının qismən “Babək prospekti 2345-ci məhəllə, blok 8, 503 saylı mənzilə hesablanmış 27.62 manat əmlak vergisi və 40 manat maliyyə sanksiyası, cəmi 67,62 hissəsində saxlanılması” hissəsində ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş, ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayonu Bələdiyyəsinin 31.03/1-534 nömrəli, 17 aprel 2023-cü il tarixli qərarı ilə iddiaçıdan 221.42 manat əmlak vergisi borcu Xətai rayon icra şöbəsi tərəfindən iyul ayından etibarən əmək haqqısından 67 manat olmaqla tutulmalıdır. Cavabdehin qərarını əsassız hesab edir. Belə ki, qərarda qeyd edilən əmlakların heç biri üzərində iddiaçının mülkiyyət hüququ yoxdur. ünvan 2 ünvanı ilə heç bir əlaqəsi yoxdur. Bakı şəhəri, Xətai rayonu, ünvan 3nında isə 05 may 2021-ci ildən Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu ilə “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi” bağladıqdan sonra yaşayır. Kirayə müaviləsinin 2.2-ci bəndinə əsasən kirayəçi mənzilin alış qiymətini tam məbləğdə ödədikdən sonra yaşayış sahəsinə mülkiyyət hüququ kirayəçiyə keçir. “İcarə haqqında” Qanunun 8-ci maddəsinin 5-ci bəndinə əsasən icarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu, icarəyəverənin vəzifəsinə daxil edilməsin. Lakin, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 199-cu maddəsinin 1-ci bəndinə əsasən dövlət fondları əmlak vergisi ödəməkdən azaddır. Bakı şəhəri, Xətai rayonu, ünvan 3nında icarəyə götürdüyü mənzilin mülkiyyətçisi Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu olduğuna görə mənzil əmlak vergisindən azaddır. Belə oldugu halda isə icarəçinin əmlak vergisi borcunun olmadığı nəticəsinə gəlmək olar. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra - İnzibati- Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından hazırlıq icraatına başlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair öz münasibətini (etiraz) yazılı şəkildə məhkəməyə bildirməsi tələb olunsa da, etiraz məhkəməyə daxil olmamışdır. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdeh iddia tələbinə etiraz edərək, iddianın təmin edilməməsini xahiş etdi. Cavabdehin yazılı etirazında göstərilmişdir ki, şikayətçi İddiaçı borc öhdəliklərinin məcburi qaydada alınması məqsədilə Xətai bələdiyyəsinin xx.xx.2023-cü il tarixli, 31.03/1- 534 nömrəli Qqrarında göstərilən Məhəmməd Hadi küçəsi 2945-2946-cı məhəllə, 68A nömrəli binanın 63 saylı mənzilinin əmlak vergisi üzrə borcu ödənildiyindən iddia tələbi yoxdur. Babək prospekti 2345-ci məhəllə, 8-ci blokda, 503 saylı mənzil isə həqiqətən Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu ilə bağlanmış “Kirayə müqaviləsi” əsasında rəsmiləşdirilmişdir. İcarə münasibətləri Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1-ci maddəsinə görə icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. Həmin Məcəllənin 2.2-ci maddəsinə görə mülki qanunvericilik mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydalarını müəyyənləşdirir, müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onunla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini tənzimləyir. Həmin Məcəllənin 34-cü fəsil, 700-cü maddəsi icarə və kirayə anlayışlarını müəyyən edir. Belə ki, 700.1-ci maddəyə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Həmin Məcəllənin 700.3-cü maddəsinə görə əgər bu Məcəllənin bu fəslinin maddələrindən ayrı qayda irəli gəlmirsə torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Vətəndaşın kirayəsinə (icarəsinə) verilmiş daşınmaz əmlak Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında ƏMKX DƏKDRX-indən dövlət qeydiyyatından keçmiş özəl mülkiyyətdir. Dövlət müəssisələri mülkiyyətlərində olan əmlaklara görə vergidən azaddırlar o halda ki, həmin əmlakdan özləri istifadə etsinlər. Digər hallarda isə, yəni icarə halında əmlak vergisinin ödənilməsi Azərbaycan Respublikasının müvafiq Qanunları ilə tənzimlənir. Həmin özəl mülkiyyət Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fonduna məxsusdur. Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu vergi öhdəliklərindən azaddır, habelə təsdiq edilmiş Qaydaya uyğun olaraq Fond tərəfindən təminat üzrə ödəniş edilməsi hallarında borcalanlar və müvəkkil banklar vergi öhdəliklərindən azaddır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 197.1.1-ci maddəsinə əsasən vergitutma obyektləri aşağıdakılar sayılır. “Rezident və qeyri-rezident fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və onların hissələri” Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 679-cu maddəsinə görə kirayəyə verilmiş əşya ilə bağlı yüklülükləri, dövlət vergilərini və yerli vergiləri, ayrı razılaşma olmadıqda kirayəyə verən ödəməlidir. Göründüyü kimi vətəndaşın kirayəsində olan əmlak özəl müılkiyyət olduğu üçün vergitutma obyekti sayılır. Lakin mülkiyyətçi Azərbaycan Respublikasının müvafiq Qanununa asasən vergidən azaddır, yəni tədiyyə bildirişi ödəyicisi deyil. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 5-ci bəndində yazılır: İcarəçi icarə haqqından savayı, Azərbaycan Respublikasının Qanunvericiliyində nəzərdə tutulmuş vergiləri və digər tədiyyələri də ödəyir, bir şərtlə ki, bu icarəyəverənin vəzifələrinə daxil edilməsin”. Eyni zamanda kirayəyə verən Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu kirayə müqaviləsini Azərbaycan Respublikasının Qanunlarına, Mülki Məcəllənin və İcarə haqqında Qanunun tələblərinə əsasən tərtib etmişdir. Şikayətçi ilə Azərbaycan Respublikasının İpoteka və Zəmanət Fondu arasında bağlanmış kirayə müqaviləsində tədiyyə bildirişi üzrə vergilərin ödənilməsi barədə hər hansı bir bənd yoxdur. Daşınmaz əmlak isə mülkiyyətçi tərəfindən deyil, kirayəçi (icarəçi) tərəfindən müqavilə əsasında istifadə olunur.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Aşagıdakı sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər: - Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin xx.xx.2023-ci il tarixli 31.03/1-534 saylı qərarının surətindən görünür ki, vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün hesablanmış 181.42 manat, maliyyə sanksiyası üzrə 40.00 manat, ümumilikdə 221.42 manat borc məbləğinin tutulmalıdır. - Cavabdehin 01/3/7 nömrəli xx.xx.2023-cü il tarixli məktubu ilə “İcra haqqında Azərbaycan Respublikası Qanununun 6.1, 6.1.8-ci maddəsinin və “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun 82, 87-ci maddələrinə əsasən fiziki şəxs İddiaçı (Qərar № 31.03/1-534, FİN: xxxxxxx) cari və ötən dövr üçün hesablanmış vergi borcunun, o cümlədən dayanıqsız olaraq hesablanmış bu günə olan faizlərin Xətai Bələdiyyəsinin yerli büdcəsinin hesabına məcburi ödənilməsi haqqında qərar icra olunması üçün Xətai rayon icra şöbəsinə göndərilmişdir. - Xətai rayon icra şöbəsinin xx.xx.2023-cü il tarixli xx/xx-102242/2023-4k nömrəli məktubu ilə iddiaçının iş yerindən Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Bələdiyyəsinin 534 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən iddiaçıdan 221.42 manat pulun tələbkar Xətai Bələdiyyəsinin xeyrinə ödənilməsi məqsədilə əmək haqqısından 67 manat pulun bank hesabına köçürülməsi tələb edilmişdir. - “Satmaq öhdəliyi ilə kirayə müqaviləsi”ndən görünür ki, iddiaçı ilə Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu arasında ünvan 4 ünvanında yerləşən mənzili satmaq öhdəliyi ilə kirayə müqaviləsi bağlanmışdır. - **********1754 nömrəli tədiyə bildirişdən görünür ki, iddiaçıya 2023-cü il üçün 67,62 manat məbləğində vergi borcu hesablanmışdır. - **********1754 nömrəli tədiyə bildirişdən görünür ki, iddiaçıya 2023-cü il üçün 221,42 manat məbləğində vergi borcu hesablanmışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 530140 nömrəli çıxarışdan görünür ki, Bakı şəhəri, ünvan 5 ünvanında yerləşən mənzil üzərində iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin “xx.xx.2023-ci il tarixli 31.03/1-534 nömrəli qərara dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-ci il tarixli 31.03/1-534 nömrəli qərarda yazılmış Məhəmməd Hadi küçəsi 2945-2946-cı məhəllə, ev 68A, mənzil 63 ünvanında yerləşən əmlaka görə hesablanmış 153.80 manat vergi öhdəliyindən azaldılması və Babək prospekti 2345-ci məhəllə, blok 8, 503 saylı mənzilə hesablanmış 27.62 manat əmlak vergisi və 40 manat maliyyə sanksiyası, cəmi 67,62 hissəsində saxlanılması qərara alınmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4.İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati Prosessual Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 32.2. Aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə əsasən Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergiləri və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin aşagıdakı maddələri bu işə tətbiq olunur: 3.1. vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.8. heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 4.1. Azərbaycan Respublikasında aşağıdakı vergilər müəyyən edilir və ödənilir: 4.1.1. dövlət vergiləri; 4.1.2. muxtar respublika vergiləri; 4.1.3. yerli vergilər (bələdiyyə vergiləri). 4.4. Yerli vergilər (bələdiyyə vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq edilən digər məcburi ödənişlər müvafiq qanunla müəyyən edilir. Yerli vergilərin (bələdiyyə vergilərinin) dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər. 8.1. Yerli vergilər (bələdiyyə vergiləri) aşağıdakılardır: 8.1.1. bu Məcəllənin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;... 8.2. Yerli vergilərin hesablanması və ödənilməsi qaydaları, vergi ödəyicilərinin və bələdiyyələrin vergi xidməti orqanlarının hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, bələdiyyələrin vergi xidməti orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir. 200.4. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. 200.5. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək ödənilir. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi tərəfindən ödənilir. 203.1. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya torpaqdan icarə və ya digər əsaslarla istifadə edən şəxslərin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyə şəklində hesablanır. 203.2. Rezident və qeyri-rezident fiziki şəxslər, habelə rezident və qeyri-rezident müəssisələr torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəssisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay ərzində uçota durmalıdırlar.

204. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində torpaq sahələri olan, o cümlədən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrini icarə və digər əsaslarla istifadə edən fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir.

205. Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya icarə və ya digər əsaslarla istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Respublikası Qanununa əsasən: 17.1. Azərbaycan Respublikasında torpaqdan istifadə pulludur. 17.2. Torpaq haqqı torpaq vergisi və icarə haqqı formalarında müəyyən edilir. 18.1. Azərbaycan Respublikasında torpaqdan istifadəyə görə torpaq vergisi tutulur. Mülkiyyətində və istifadəsində torpaq sahəsi olan rezident və qeyri-rezident fiziki şəxslər torpaq vergisi ödəyirlər. 18.2. Torpaq vergisi torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq sahəsinə görə hər il sabit tədiyyə formasında hesablanır. 18.3. Rezident və qeyri-rezident fiziki şəxslər torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra ərazi üzrə müvafiq bələdiyyələrdə bir ay ərzində uçota durmalıdırlar. 18.4. Bələdiyyələr öz ərazilərində Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hədlərdə torpaq vergisinin dərəcələrini və vergi güzəştlərini müəyyən edirlər. 18.5. Torpaq vergisinin dərəcəsi kənd təsərrüfatı torpaqları üzrə 1 şərti bal üçün 0,06 manat həcmində müəyyən olunur. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.6. Kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balların müəyyənləşdirilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 18.7. Digər təyinatlı bələdiyyə torpaqları üzrə torpaq sahəsinin hər 100 (yüz) kvadratmetrinə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən olunmuş vergi dərəcələri tətbiq edilir. 18.10. Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyən edilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya-mühafizə zonalarının torpaq sahələrinə görə torpaq vergisi tutulur. 18.11. Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. 18.12. Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır. 18.13. Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq bələdiyyə büdcəsinə ödənilir. İşin hallarına görə Bakı şəhəri Xətai rayonu Xətai Bələdiyyəsinin xx.xx.2023-ci il tarixli 31.03/1-534 saylı qərarına əsasən vergi ödəyicisi olan fiziki şəxs İddiaçı borc öhdəliklərinin icra olunması üçün hesablanmış 181.42 manat, maliyyə sanksiyası üzrə 40.00 manat, ümumilikdə 221.42 manat borc məbləğinin tutulması qərara alınmışdır. Qərar icraya yönəldilmişdir. Daha sonra cavabdehin “xx.xx.2023-ci il tarixli 31.03/1-534 nömrəli qərara dəyişiklik edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərarına əsasən iddiaçı xx.xx.2023-ci il tarixli 31.03/1-534 nömrəli qərarda yazılmış Məhəmməd Hadi küçəsi 2945- 2946-cı məhəllə, ev 68A, mənzil 63 ünvanında yerləşən əmlaka görə hesablanmış 153.80 manat vergi öhdəliyindən azaldılaraq Babək prospekti 2345-ci məhəllə, blok 8, 503 saylı mənzilə hesablanmış 27.62 manat əmlak vergisi və 40 manat maliyyə sanksiyası, cəmi 67,62 manat borcun tutulması qərara alınmışdır. Hazırki iddia tələbi ilə cavabdehin vergi borcunun tutulması barədə qərarla razılaşmayan iddiaçı onu mübahisələndirmişdir. Məhkəmə hesab edir ki, cavabdeh orqanın qərarı qismən qanunsuz və əsassız olmuşdur. “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat- fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. “İnzibati icraat haqqında” Qanunun 28-ci maddəsi inzibati icraatın başlanması üçün əsasları müəyyən edir və onlardan biri də inzibati orqanların öz təşəbbüsü ilə inzibati icraat başlamasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi; inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət (28.1). Həmin Qanunun 14-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 21-ci maddəsinin tələbinə görə qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Həmin Qanunun 24-cü maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 25.1-ci maddəsinə əsasən Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Həmin Qanunun 13.1 və 13.2-ci maddələrinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Beləliklə, qeyd olunan sənədlər əsasında aparılan araşdırma onu deməyə əsas verir ki, cavabdeh inzibati orqan “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət etmədən, inzibati icraatı lazımi qaydada aparmamış - iddiaçını inzibati icraata dəvət etməmiş, araşdırmanı onun iştirakı olmadan aparmış, onun dinlənilmə hüququnu təmin etmədən ona vergi borclarını hesablamışdır. Bundan əlavə məhkəmə xüsusi olaraq vurgulayır ki, vergi yoxlamasının həyata keçirilməsi əsaslarının qanunvericiliklə dəqiq və həm də məhdud şəkildə müəyyən edilməsi, bir tərəfdən sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində administrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir. Məhz bu baxımdan aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və bu halda bələdiyyə orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır. Bu onunla bağlıdır ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. Bu baxımdan, hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, əldə etdiyi mənbəyi bəlli olan məlumatın nələrdən ibarət olduğunu dəqiq göstərməyə, habelə yoxlamanın aparılması ilə baglı məlumatları öz qərarında əsaslandırmağa borcludur. Ali Məhkəmənin İnzibati Kollegiyası 2-1(102)-583/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli qərarındakı xüsusi olaraq vurğulamışdır ki, VM-in 38.3.5-ci maddəsinin vergi yoxlamasının başlanılması ilə bağlı vergi qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan yan qaçmağın pərdələnmiş vasitəsi kimi istifadə olunması və vergi ödənişlərinin təmin edilməsinə yönəlmiş vergi inzibatçılığının asanlaşdırılması üçün praktik məqsədlər baxımından həmin maddəyə ümumi şəkildə istinad edilməsi yolverilməzdir. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Hazırkı mübahisəyə münasibətdə bələdiyyə orqanının vergi üzrə yuxarıda istinad olunan normaların tələbləri və həmin normaların təfsiri ilə bağlı məhkəmənin hüquqi mövqeyi baxımından inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul etdiyi qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanunauyğunluğu iş üzrə materiallarla təsdiq olunmur. Göründüyü kimi cavabdeh orqan tərəfindən qanunvericiliyin tələblərini pozulmaqla vergi borcları əsassız olaraq hesablanmışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin X1rşı iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§ 71). Qerasimova Rusiyaya qarşı iş üzrə 16 sentyabr 2004-cü il tarixli yekun qərardadında isə Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya orqanlarının formalaşmış presedent hüququna əsasən yerli özünüidarə orqanları şübhəsiz dövlət orqanlarıdır, bu mənada ki, onlar ümumi (publik) hüquq ilə idarə olunur, Konstitusiya və qanunlarla onlara həvalə olunmuş dövlət funksiyalarını həyata keçirir. Avropa Məhkəməsi qeyd etmişdir ki, beynəlxalq hüquqa əsasən “dövlət orqanı” anlayışı yalnız mərkəzi icra hakimiyyəti orqanları ilə məhdudlaşmır. Dövlət hakimiyyətinin bəzi vəzifələrinin yerli orqanlara verildiyi (desentralizasiya) hallarda bu anlayış dövlət funksiyaları həyata keçirən istənilən milli hakimiyyət orqanına şamil olunur. İnzibati Prosessual Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin “Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin 31.03/1-534 nömrəli Qərara dəyişiklik edilməsi barədə” 05 may 2023-cü il tarixli qərarı qismən “Babək prospekti 2345-ci məhəllə, blok 8, 503 saylı mənzilə hesablanmış 27.62 manat əmlak vergisi və 40 manat maliyyə sanksiyası, cəmi 67,62 hissəsində saxlanılması” hissəsində ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və İPM-in 4.1-ci, 23.1-ci, 58.7-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin “Bakı şəhəri Xətai rayon Xətai bələdiyyəsinin 31.03/1-534 nömrəli Qərara dəyişiklik edilməsi barədə” 05 may 2023-cü il tarixli qərarı qismən “Babək prospekti 2345-ci məhəllə, blok 8, 503 saylı mənzilə hesablanmış 27.62 manat əmlak vergisi və 40 manat maliyyə sanksiyası, cəmi 67,62 hissəsində saxlanılması” hissəsində ləğv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 7

Hakim Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar