Məhkəmə qərarları › İş №2-1(112)-1555/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1555/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1555/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin "X7" b/y-nın l-sektor 6 saylı bağ sahəsini Binəqədi rayon İcra və Probasiya Şöbəsinin sifarişi əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi’’ MMC tərəfindən xx.xx.2018-ci il tarixdə keçirilmiş hərracda qalib olaraq əldə etmişdir. xx.xx.2019-cu il tarixli ərizə ilə həmin daşımaz əmlaka dair hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatının aparılması ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciəti yoxlama-ölçü işlərinin aparılmasına şərait yaradılmadığı əsas gətirilərək xx.xx.2019-cu il tarixli **********96 saylı məktubla (surəti əlavə olunur) təmin edilməmişdir. Məsələ ilə bağlı xx.xx.2019-cu il tarixli təkrar müraciəti ilə əlaqədar yerli baxışı təmin etsə də, bu dəfə müraciəti DƏDRX-nin xx.xx.2019-cu il tarixli **********43 saylı məktubu ilə (surəti əlavə olunur) naməlum səbəbdən təmin edilməmişdir. Belə ki, həmin məktubda qanunvericiliyin müvafiq tələblərinin sadalanmasına baxmayaraq konkret hansı nöqsanların olduğu göstərilməmiş, eyni zamanda imtinanın əsasını da həmin bu “nöqsanlar” təşkil etmişdir. Məsələ ilə bağlı cavabdeh orqana təkrar müraciəti xx.xx.2019cu il tarixli məktubla yenidən eyni naməlum əsaslarla təmin edilməmiş, "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 -ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olması bildirilmiş, belələiklə "Daşınmaz əmlakm dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Təqdim etdiyi sənədlər iddiaçı tərəfindən deyil, müvafiq icra hakimiyyəti orqanları tərəfindən lazimi tələblərə uyğun hazırlanmış və təsdiq edilmiş, üzərində hərhansı özbaşına düzəlişlər və s. aparılmamışdır. Bu səbəbdən cavabdehin imtinasını süründürməçilik kimi qiymətləndirir, ərizənin ona əlavə edilmiş sənədlər araşdırılmadan cavablandırıldığını hesab edir. Buna görəpozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etməyə məcbur qalmışdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada məhkəmə sərəncamı ilə cаvаbdеhdən iddiaya dair etirazın tələb edilməsinə baxmayaraq məhkəmə sərəncamı icra edilməmiş, iddiaya dair etiraz təqdim edilməmişdir Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-cü mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş iddiaçı məhkəmə bахışınа gəlməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir.Оdur ki, məhkəmə işə iddiaçının iştirаkı оlmаdаn bахmışdır. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin izahat və çıxışını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. İş materiallarına əlavə edilmiş: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin2iqt(81)-6090/2012 saylı, 12noyabr 2012ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X2 daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq ödənişi borcun 47.203 manat, cərimə faizi üzrə 11.343 manat, cəmi 58.546 manat və 20 manat dövlət rüsumu iddiaçı “X8” QSC xeyrinə tutulması, “X8” QSC ilə cavabdeh və X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 4xx/xx/2010 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi və “X8” QSC-yə mıxsus olan 2 ədəd “Ford Cargo 2530” markalı özüboşaldan yük avtomobilləri cavabdeh X2 alınıb “X8” QSC qaytarılması barədə məhkəmə qərarı icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir. Hərrac təşkilatının açıq hərrac nəticələri haqqında 50/02 nömrəli protokolundan görünür ki, sifarişçi Binəqədi rayon İcra və Probasiya X1 məxsus “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsiniilkin hərrac qiyməti ilə satışa çıxarmış, alıcı İddiaçı tərəfindən alınmışdır. 03 sentyabr2018-ci il tarixli hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsinin surətindən görünür ki,“Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsiİddiaçı tərəfindən alınmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin 17yanvar2019-cu il tarixli, **********63 saylı məktubundan görünür ki, “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsi üzərində həbs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-3076/2018 saylı, xx.xx.2018-ci il tarixli qərardadı ilə götürülmüşdür. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinin xx.xx.2019, xx.xx.2019, xx.xx.2019, xx.xx.2019-cu il tarixli məktublarından görünür ki, iddiaçının müraciətinin təmin edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir. Beləliklə, məhkəmə iş materiallarından müəyyən etmişdir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2iqt(81)-6090/2012 saylı, 12noyabr 2012-ci il tarixli icra vərəqəsi əsasında cavabdeh X2 daxili maliyyə lizinqi müqaviləsi üzrə lizinq ödənişi borcun47.203 manat, cərimə faizi üzrə 11.343 manat, cəmi 58.546 manat və 20 manat dövlət rüsumu iddiaçı “X8” QSC xeyrinə tutulması, “X8” QSC ilə cavabdeh və X5 arasında bağlanmış xx.xx.2010-cu il tarixli 4xx/xx/2010 saylı daxili maliyyə lizinqi müqaviləsinin ləğv edilməsi və “X8” QSC-yə mıxsus olan 2 ədəd “Ford Cargo 2530” markalı özüboşaldan yük avtomobilləri cavabdeh X2 alınıb “X8” QSC qaytarılması barədə məhkəmə qərarı icra olunması üçün Binəqədi rayon İcra Şöbəsinə göndərilmişdir.Sifarişçi Binəqədi rayon İcra və Probasiya X1 məxsus “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsiniilkin hərrac qiyməti ilə satışa çıxarmış, alıcı İddiaçı tərəfindən alınmışdır.İddiaçı həmin əmlak üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədəcavabdehə müraciət etmiş, lakin iddiaçının müraciəti təmin edilməsindən imtina edilmişdir. Məhkəmə cavabdehin imtinasını aşağıda göstərilənlərə görə əsassız hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Həmin Konstitusiyanın 29-cu maddəsinin 3-cü hissəsinə uyğun olaraq mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq mülkiyyət hüququ- subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. S.N.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 oktyabr 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı vicdanlı hesab edilir. Azərbaycan Respublikası MM-nin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mükiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər möcud olmalıdır. İş üzrə toplanmış sübutlarla təsdiq olunur ki, İddiaçı vicdanlı alıcı olmaqla, “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsini qanuni əsaslarla əldə etmiş və bununla da, İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından və reyestrdən çıxarışın verilməsindən cavabdehin əsassız imtinası nəticəsində iddiaçının mülkiyyət hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır. Hüquqların dövlət qeydiyyatından imtinanın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində öz əksini tapmışdır. Məhkəmə baxışı zamanı iddiaçının qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə göstərilmiş əsaslardan heç biri müəyyən olunmamışdır. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə uyğun olaraq inzibati akt- inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İ-sektor 6 saylı bağ sahəsini üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 68,69, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. “Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Rabitə Nazirliyinin “X7” b/y-nın İsektor 6 saylı bağ sahəsini üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar