Məhkəmə qərarları › İş №2-1(112)-1556/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1556/2021

01.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1556/2021 01.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X17 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmə binasında (Bakı şəhəri, H.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC-də (VÖEN **********) keçirilmiş X29 nəticələrinə görə tərtib edilmiş 17.06.2020-ci il tarixli **********192818 nömrəli "X29 aktı" əsasında qəbul edilmiş 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, inzibati hüquq münasibətlərindən yaranan mübahisə cavabdeh inzibati orqan tərəfindən qanunsuz qəbul edilən inzibati aktın ləğv edilməsi ilə bağlıdır. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.10.2019-cu il tarixli **********191784 nömrəli "X29nın keçirilməsi haqqında" qərara əsasən "xxxx" MMC-də (VOEN **********) 01.08.2017-ci il tarixdən 31.08.2019-cu il tarixədək olan vergi dövrü üzrə X29 keçirilmiş və yoxlamanın nəticələri 17.06.2020-ci il tarixli **********192818 nömrəli "X29 aktı" ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticələrinə görə tərtib edilmiş aktda cəmiyyətin 2017-ci il üzrə 117492.10 manat, 2018-ci il üzrə 396291.56 manat gəlir vergisinin azaldılması (cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləğlərindən əlavə hesablanmışdır) göstərilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış gəlir vergisi məbləğinin 50% miqdarında və ya 256891.83 manat məbləğində ((117492,1 + 396291,56) x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlama nəticələrinə görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483075,87 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə 600.00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama materiallarında əlavə verginin hesablanması və maliyyə sanksiyalarının tətbiqi aşağıdakılarla izah edilmişdir: Gəlir vergisinin hesablanması üzrə Cəmiyyət tərəfindən 2017-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində (bəyannamədə gəlirin və xərclərin müəyyən edilməsində kassa metodunun tətbiqi göstərilmişdir) 2017-ci il üzrə ümumi gəlir 3873366.1 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 3815265.6 manat, vergiyə cəlb edilən gəlir 58100.5 manat bəyan edilməklə 11620.1 manat məbləğində gəlir vergisi hesablanmışdır. Cəmiyyət tərəfindən 2018-ci il üzrə təqdim edilmiş gəlir vergisi bəyannaməsində (bəyannamədə gəlirin və xərclərin müəyyən edilməsində kassa metədunun tətbiqi gösətərilmişdir) 2018-ci il üzrə ümumi gəlir 12965655,87 manat, gəlirin əldə edilməsi ilə bağlı xərclər 12786171,03 manat, vergiyə cəlb edilən gəlir 179484,84 manat bəyan edilməklə 35896,97 manat məbləğində gəlir vergisi hesablanmışdır. Yoxlama 2017 və 2018-ci illərin gəlir vergisi bəyannamələrində gəlir məbləğində kənarlaşma aşkar etməmişdir, lakin yoxlama aktında göstərildiyi kimi, gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmadığından 2017 və 2018-ci illər üzrə gəlir vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinad edilərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Yoxlama ilə gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən etmək mümkünsüzlüyünü aşağıdakı kimi izah edilmişdir. Belə ki, yoxlanılan dövrdə cəmiyyət kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuş və ixrac edilmiş mallar kənd təsərrüfatı istehsalçılarından alınmışdır. Malların alışı "alış aktları" ilə rəsmiləşdirilmiş, həmin sənədlərdə mal satan şəxslərin şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri, onlardan alınan malın adı, miqdarı və dəyəri əks etdirilmiş, malı alan və satan şəxslərin imzaları ilə təsdiq edilmişdir. Həmçinin həmin şəxslərin kənd təsərrüfatı istehsalçısı olduğunu təsdiq edən sənəd kimi onlardan sərəmcanlarında olan kənd təsərrüffatı təyinatlı torpaqların olması barədə müvafiq dövlər orqanları tərəfindən təsdiq edilmiş sənədlərin sürəti alınmışdır. Lakin yoxlama aktında göstərildiyi kimi, yoxlama gedişatında aparılmış araşdırılmalar nəticəsində (cəmiyyətə mal satan bir sıra şəxslərdən izahatlar alınmış, onların istifadəsində və sərəncamında olan torpaq sahələrinin olub-olmaması və onların təyinatı barədə müvafiq dövlət orqanlarından arayışlar (aktlar) alınmışdır. Yoxlama aktında göstərildiyi kimi, araşdırılma nəticəsində müəyyən edilmişdir ki, meyvə-tərəvəz təqdim edən şəxslərdən bir neçəsindən bir sıra növ məhsulların alınmasının rəsmiləşdirilməsinə baxmayaraq həmin şəxslər tərəfindən yoxlamaya verilmiş izahatlarında başqa növ kənd təsərrüfatı məhsullarının satdığıni bildiriblər. Bundan başqa yoxlama aktında meyvətərəvəz təqdim edən şəxslərdən bir neçəsindən bir sıra növ məhsulların alınmasının rəsmiləşdirilməsinə baxmayaraq, həmin şəxslərin istifadələrində olan kənd təsərrüfatı torpaqlarının dövlət qeydiyyatı sənədlərində "ənənəvi alma bağı" kimi qeydə alınması müəyyən edilməsi göstərilmiş və bu halların mövcudluğu cəmiyyət tərəfindən ixrac etdiyi malların alışı ilə bağlı yoxlamaya təqdim etdiyi sənədlər (alış aktları) xərclərin formalaşdırılmasında əsas kimi qəbul edilməmişdir. Bildirirlər ki, cəmiyyət kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olur. İxracı planlaşdırılan məhsulların əldə edilməsi ilə bağlı araşdırılmalar aparılarkən tələb olunan məhsulların istehsalçıları öyrənilir, onlarla görüşlər və danışıqlar aparılır. Danışıqlar aparıldığı şəxslərdən həqiqətən kənd təsərrüfatı məhsullarının istehsalçısı olduğu dəqiqləşdirilir və subut kimi, onlardan istifadələrində və ya mülkiyyətlərində kənd təsərrüfatı təyinatlı torpaqların mövcudluğunu bu barədə müvafiq dövlət orqanları tərəfindən təsdiqedici sənədlərinin təqdim edilməsi tələb olunur. Bundan sonra malların alınması "alış aktları" ilə rəsmiləşdirilir. Malların alınması ilə bağlı hər əməliyyat "alış aktı" ilə rəsmiləşdirilir və ona kənd təsərrüfatı təyinatlı torpaqların mövcudluğunu ilə bağlı müvafiq sənəd əlavə olunur. Bir şəxslə malların alınması ilə bağlı bir əməliyyatdan çox əməliyyat aparıldıqda, ikinci əməliyyatdan başlayaraq onun mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı təyinatlı torpaqların olması barədə sənəd tələb edilmir. Malların alışı zamanı malların dəyəri nağd qaydada satıcılara ödənilir. İxrac olunmuş malların dəyəri xarici mal alan şəxslər tərəfindən cəmiyyətin bank hesablarına ödənilir. 2017 və 2018-ci illər üzrə illik gəlir vergisi bəyannamələrində iddiaçı tərəfindən ixrac edilmiş malların dəyəri gəlir kimi, ixrac edilmiş həmin malların alış dəyəri digər xərclərlə birlikdə gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində əks etdirilmişdir. Bəyannamələrdə bəyan edilmiş göstəricilər aparılmış əməliyyatların reallığını əks etdirən göstəricilərdir. Cəmiyyət üçün malların alınmasının təsdiq edən əsas sənəd alış aktıdır. Alış aktları həm malı satan, həm malı alan şəxs tərəfindən imzaları ilə təsdiqlınir. Yoxlama zamanı müəssisəyə mal satan şəxslərin izahatlarının nəzərə alınması, lakin müəssisə tərəfindən təqdim edilmiş təsdiqedici sənədlərin nəzərə alınmaması tamamilə əsassız hesab edirlər. Belə ki, X29nda əvvəl, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin keçirtdiyi kameral vergi yoxlaması nəticəsində çıxarılmış 09.04.2019-cu il tarixli **********545400 nömrəli "Vergilərin hesablanması barədə" Qərarına əsasən cəmiyyətə 2018-ci ilin gəlir vergisi üzrə əlavə olaraq 396291,56 manat vergi hesablanmış və buna səbəb kimi, Lokal Gəlirlər Departamenti tərəfindən xərcləri təsdiq edən sənədlərin qəbul edilməməsi və 2018-ci il üzrə gəlir vergisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən hesablanması göstərilmişdir. İddiaçı tərəfindən qeyd edilən qərar inzibati qaydada mübahisələndirmiş və Vergilər Nazirliyinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 14.08.2019-cu il tarixli **********377500 nömrəli Qərarı ilə şikayət təmin edilməmişdir. Bu məsələ ilə bağlı son müraciət Vergilər Nazirliyinin Apellasiya Şurasında baxılmışdır. Şurada araşdırılmanın aparıldığı zaman müəssisə tərəfindən sonradan X29na təqdim etdikləri sənədlər təqdim edilmiş, müvafiq izahatlar verilmişdir. Müraciətə baxılması nəticəsində Vergilər Nazirliyinin Apellyasiya Şurası tərəfindən qəbul edilmiş 27.09.2019-cu il tarixli **********369000 nömrəli Qərarı ilə Vergilər Nazirliyinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 14.08.2019-cu il tarixli **********377500 nömrəli Qərarı və Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin 20.02.2019-cu il tarixli **********193700 nömrəli və 09.04.2019-cu il tarixli **********545400 nömrəli "Vergilərin hesablanması barədə" Qərarları ləğv edilmişdir. Yəni, X29 tərəfindən yuxarı vergi orqanının (yuxarı instansiya) qəbul edildiyi bu Qərar nəzərə alınmamış və təkrar olaraq eyni məsələ ilə bağlı əlavə vergi hesablanmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq 2017 və 2018-ci illər üçün üzrə gəlir vergisi üzrə əlavə verginin hesablanmasını əsassız hesab edirik. Yuxarıda qeyd edildiyi kimi, yoxlama ilə cəmiyyətə Vergi Məcəlləsinin 58.7- aparılan araşdırılmaların nəticəsində alma istisna olmaqla alınmış digər meyvə-tərəvəz 1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483575,54 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Buna səbəb kimi də, yoxlama zamanı müraciətin "Gəlir vergisinin hesablanması üzrə" hissəsində göstərilən, vergi orqanı tərəfindən birbaşa kənd təsərrüfatı istehsalçılarından alınmaması göstərilmişdir. Belə ki, "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısı olan vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulların nağd qaydada satın alına bilər. İddiaçı tərəfindən ixrac edilən kənd təsərrüfatı məhsulları Respublika daxilində alınarkən, həmin məhsulların satıcılarından onların kənd təsərrüfatı məhsulların istehsalçısı olduğu öyrənildikdən, onlardan, mülkiyyətində və ya istifadələrində kənd təsərrüfatı təyinatlı torpaqların olması barədə müvafiq dövlət strukturlarından lazımı təsdiqedici sənədlərin alındıqdan sonra alqı-satqı əməliyyatları aparılmışdır.İddiaçı həmin şəxsləri kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi tanıyır və onlardan malların alınmasını təsdiq edən "alış aktlarında" digər şəxslərin yox, həmin şəxslərin imzalarıdır. Göstərilənləri və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.1-cimaddəsinə əsaslanaraq, həmin şəxslərdən malların alındığı zaman onlarla hesablaşmalar nağd qaydada aparılmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatının və ya Vergi Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi orqanı tərəfindən "xxxx" MMC-yə 600 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirirlər ki, müəssisənin fəaliyyəti iddia ərizəsinə əlavə edilən arayışdan göründüyü kimi, 02.11.2018-ci il tarixdən 02.11.2019-cu il tarixədək vergi orqanının qərarına əsasən dayandırılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "fəaliyyətin bərpa edilməsi barədə" məktubunda da qeyd edildiyi kimi, fəaliyyətin bərpa ediləcəyi tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə müfaviq bəyannamələrin vergi orqanına təqdim edilməsi, hesablanmış vergilərin vaxtında dövlət büdcəsinə ödilməsi göstərilmişdir. Fəaliyyəti dayandırılmış müəssisədən hesabatın verilməməsinə görə sanksiya tətbiq etmək hesab edirlər ki, əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.2-ci maddəsinə əasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarda vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb olunması ona izah olunur. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin vergi ödəyicisinin vergi qanunvericliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli qərarı Vergi Məcəlləsinin 49.2-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin qərarda nə vergi yoxlaması ilə müəyyən olunan vergi qanunvericiliyinin pozulmasının şəraiti, nə həmin şəraiti təsdiq edən sənədlər və digər məlumatlar, nə vergi ödəyicisinin özünün müdafiəsi üçün gətirdiyi dəlillər və bu dəlillərin yoxlanılmasının nəticələri, nə vergi qanunvericiliyinin pozulmasına görə və tətbiq olunan məsuliyyət tədbirlərini nəzərdə tutan müvafiq qanunların maddələri göstərilməmiş və həmçinin vergi ödəyicisinin vergi qanunvericiliyinin konkret hansı tələblərinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi ona izah olunmamışdır. Vergi Məcəlləsi 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Göstərilənə əsasən iddiaçı "xxxx" MMC-də (VÖEN **********) keçirilmiş X29 nəticələrinə görə tərtib edilmiş 17.06.2020-ci il tarixli **********192818 nömrəli "X29 aktı" əsasında qəbul edilmiş 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə dair yazılı etirazını məhkəməyə ünvanlayaraq, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, İddiaçı MMC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinə qarşı cavabdehin **********138430 nömrəli 29.07.2020-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilənlərə inzibati Prosessual Məcəllənin 1.2-ci, 47-48-ci maddələrinə və Mülki-Prosessual Məcəllənin 47-ci maddəsinə əsasən etiraz edilir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.3-cu maddəsilə vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət va digər binalarında (ərazisində) qanunvericiliklə nəzərdə tutulmuş qaydada baxışın keçirilməsi vergi orqanlarının hüquqlarına aid edilmişdir. Eyni zamanda Vergi Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, X29nı keçirən vergi orqanlarının vəzifəli şəxsinin yoxlamanın dolğun va obyektiv keçirilməsi üçün bütün halların ayırd edilməsi məqsədi ilə vergi yoxlaması keçirilən vergi ödəyicisinin ərazisinin, binalarının, habelə sənədlərinin və əşyalarının həmin orqanın əsaslandırılmış qərarı əsasında baxış keçirmək hüququ vardır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yoxlama zamanı ona mal satan şəxslərin izahatlarının nəzərə alınması, lakin müəssisə tərəfindən təqdim edilmiş təsdiqedici sənədlərin nəzərə alınmaması tamamilə əsassız hesab edirlər. Məhsulların satıcılarından onların kənd təsərrüfatı mallarının istehsalçısı olduğu öyrənildikdən, onlardan mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatlı torpaqların olması barədə müvafiq dövlət strukturlarından lazımı təsdiqedici sənədləri alındıqdan sonra, alqı-satqı əməliyyatları aparılmışdır. Müəssisə həmin şəxslərin kənd təsərrüfatı mallarının istehsalçısı kimi tanıyır və alış aktlarında həmin şəxslərin imzalarıdır. Müəsissə 31.08.2017-ci il tarixdə X1 tərəfindən təsis olumuş və "xxxx" MMC adı ilə Dövlət qeydiyyatına alınmışdır. Müəsissənin təsisçisi X1 26.02.2019-cu il tarixdə müəsissədəki payını alqı-satqı müqaviləsi ilə X3 və 15.03.2019-cu İİ tarixdə müəsissə onun adına Dövlət qeydiyyatınan keçmişdir. Müəsissənin təsisçisi X10 qərarı ilə 27.02.2019-cu il tarixdə müəsissənin adı dəyişdirilərək "xxxx" MMC adlandırılmış və "xxxx" MMC-ə məxsus 1 (bir) ədəd möhür 12.03.2019- cu il tarixli akt ilə məhv edilmişdir. Müəsissənin təsisçisi X19 04.10.2019-cu il tarixdə müəsissədəki payını alqı-satqı müqaviləsi ilə X2 və 15.10.2019-cu il tarixdə müəsissə onun adına Dövlət qeydiyyatınan keçmişdir. Ləğv edilmiş Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X29nın keçirilməsi” haqqında 18.10.2019-cu il tarixli **********191784 nömrəli qərarına əsasən 01.08.2017-ci ildən 31.08.2019-cu ilədək olan dövr üzrə "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti X29 təyin edilmişdir. Müəssisə yoxlanılan dövrdə faktiki olaraq meyvə və tərəvəzlərin topdan satışı (ixracı) ilə məşğul olmuşdur. Müəssisəyə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 23.10.2019-cu il tarixli **********192023 nömrəli Tələbnamə təqdim edilmiş və bu tələbnaməyə əsasən 01.08.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək olan dövrdə vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədləri tələb edilmişdir. Eyni zamanda "Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 14.11.2019-cu il tarixli **********193229 saylı qərara əsasən vergilərin hesablanması üçün zəruri olan mühasibat sənədlərinin görürülməsi barədə “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” 25.11.2019-cı il tarixli **********197875 nömrəli protokol tərtib olunmuşdur. X29 təqdim olunmuş ilkin mühasibat sənədləri, (qaimə-fakturalar, vergi hesab-fakturalar, bank sənədləri, kassa sənədləri, gəlirləri və xərcləri təsdiq edən sənədlər, dövriyyə cədvəlləri, kassa kitabı, müqavilələr, ixrac əməliyyatlarına dair bütün sənədlər (müqavilələr, invoyslar, gömrük bəyannamələri, ödəniş sənədləri), hüquqi şəxsin vergi orqanında qeydiyyata alınmasına, banklarda və digər kredit təşkilatlarında hesabların açılmasına dair sənədlər, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə bağlanmış əmək müqavilələri, memorial-orderlər, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər əsasında aparıldı. X29nın nəticəsi 17.06.2020-ci il tarixli **********192818 nömrəli X29 aktı ilə rəsmiləşdirilmişdir. Müəssisə tərəfindən 2017-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 3873366,10 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 3815265,60 manat, vergiyə cəlb edilən mənfəət 58100,50 manat göstərilməklə 11620,10 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. iddiaçının yuxarıda qeyd olunan dəlilləri ilə bağlı bildirirlər ki, Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı bütün əməliyyatlann başlanğıcını, qedişini, və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasım təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun apanlması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Belə ki, mənfəət vergisi yoxlanılan zaman gəlirin müəyyən olunması sənədlərlə, eyni zamanda aparılmış uçot qaydalarlna əməl edilərək, həmin gəlir kassa metodu nəzərə alınmaqla, gəlirin bank və kassa ödəniş sənədləri əsasında aparılaraq, 2017-ci il üzrə 3873366,10 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Belə ki, malların alış aktlarında qeyd olunan şəxslərin qeydiyyatda olduğu ərazi üzrə vergi orqanının araşdırmasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən həmin şəxslərin izahatı ilə vergi ödəyicisinin təqdim etdiyi sənədlər arasında alınmış malların tərkibi arasında ziddiyyətlər yaranmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, vergi ödəyicisinə meyvə- tərəvaz təqdim edən şəxslərdən X6 xurma, nar, mandarin və alma məhsullarınun almasına baxmayaraq, R. Məmmədzadənin araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını, alış aktlarına əsasən vergi ödəyicisi X15 xurma alınmasına baxmayaraq, N. Bağırovun araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını bildirmişlər. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, vergi ödəyicisinin aldığı malların dəyəri süni şəkildə artırılmış, bir hissəsinin isə ümumiyyətlə mənşəyi məlum deyil. Yəni, vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd kimi təqdim etdiyi malların alış aktlarının dürüstlüyünə əsaslı şübhələr vardır. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017- ci il tarixli Q-08 nömrəli Qərarına əsasən “Mallarin alış aktı” ciddi hesabat blankı hesab edilmiş və xüsusi forması təsdiq edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən “Malların alış aktı” ciddi hesabat blankı alınmamış və təsdiq olunmuş formaya uyğun tərtib edilməmişdir. Bundan başqa təqdim edilmiş xərc sənədlərinin araşdırılması zamanı alış aktlarına əsəsən X24, X28, X25, X6 müxtəlif kənd təsərrüfatı məhsulları (alma, armud, mandalin, nar, xurma) alındığı müəyyən edilmiş, lakin həmin şəxslərdən alınmış məhsulların becərildiyi torpaq sahələrinin mülkiyyət sənədlərinin və ya icarə müqavilələrinin, həmin torpaqlarda məhsulların becərildiyini təsdiq edən yerli icra hakimiyyəti və ya bələdiyyə orqanından alınmış arayışlar yoxlamaya təqdim olunmamışdır. Yuxarıda qeyd olunan halların araşdırılması üçün 31.03.2020-ci il tarixli, **********687600 saylı xidməti məktubla Vergilər Nazirliyinə müraciət olunmuşdur. 3 saylı Ərazi Vergilər idarəsindən daxil olmuş 07.04.2020-ci il tarixli, **********956700 saylı xidməti məktubda aşağıdakılar qeyd olunmuşdur. 1. X25 (AKT JN -171) 1.30 ha ənənəvi alma bağı, 2. X24 (AKT JN -192) 1.04 ha ənənəvi alma bağı, 3.X18 (AKT JN -292) 1.30 ha ənənəvi alma bağı, 4. X12 (Çıxarış - 0827681- 1352029) 2.09 ha ənənəvi alma bağı. Yuxarıda qeyd olunanlardan aydın olur ki, meyvə- tərəvəzləri satan fiziki şəxslər barəsində toplanmış materiallara əsasən həmin şəxslərə aid torpaq sahələri ancaq ənənəvi alma bağlarından ibarətdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəlirləri (ƏDV nəzərə alınmadan) əsasında 2017-ci il üzrə mənfəəti aşağıdakı kimi hesablanmışdır. G1 M1= x R 100+R M1 - vergi ödəyicisinin mənfəəti, G1 - gəlir (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2017-ci il üzrə müəssisənin 3873366,10 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı. 3873366,10 M1 = x 20 = 645561,02 100+20 2017-ci il üzrə hesablanmış 645561,02 manat mənfəətdən 20% dərəcə ilə 129112,20 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən Vergi Məcəlləsinin 104-cü maddəsinin tələbləri pozulmaqla 2017-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 117492,10 manat azaldılması müəyyən edildi. Müəssisə tərəfindən 2018-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 12965655,87 manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 12786171,03 manat, vergiyə cəlb edilən mənfəət 179484,84 manat göstərilməklə 35896,97 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.2-ci maddəsinə əsasən vergi ödəyicisi öz fəaliyyəti ilə bağlı bütün əməliyyatlann başlanğıcını, qedişini, və qurtarmasını müəyyənləşdirməyə imkan verən uçotun apanlmasını təmin etməyə borcludur. Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəlirlərin (xərclərin) və vergitutma obyektlərinin uçotunun apanlması vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. Belə ki, mənfəət vergisi yoxlanılan zaman gəlirin müəyyən olunması sənədlərlə, eyni zamanda aparılmış uçot qaydalarlna əməl edilərək, həmin gəlir kassa metodu nəzərə almmaqla, gəlirin bank və kassa ödəniş sənədləri əsasında aparılaraq, həmin gəlir 2018-ci il üzrə 12965655,87 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Belə ki, malların alış aktlarında qeyd olunan şəxslərin qeydiyyatda olduğu ərazi üzrə vergi orqanının araşdırmasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən həmin şəxslərin izahatı ilə vergi ödəyicisinin təqdim etdiyi sənədlər arasında alınmış malların tərkibi arasında ziddiyyətlər yaranmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, vergi ödəyicisinə meyvətərəvəz təqdim edən şəxslərdən X7 araşdırmaya yazılı izahat verməkdən imtina etməklə vergi ödəyicisi ilə heç bir əməliyyat aparmadığını, X6 xurma məhsulunun almasına baxmayaraq, R. Məmmədzadənin araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını, alış aktlarına əsasən vergi ödəyicisi X15 xurma, nar, alma və pomidor alınmasına baxmayaraq, N.Bağırovun araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını bildirmişlər. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, vergi ödəyicisinin aldığı malların dəyəri süni şəkildə artırılmış, bir hissəsinin isə ümumiyyətlə mənşəyi məlum deyil. Yəni, vergi ödəyicisinin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərcləri təsdiq edən sənəd kimi təqdim etdiyi malların alış aktlarının dürüstlüyünə əsaslı şübhələr vardır. Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017-ci il tarixli Q-08 nömrəli Qərarına əsasən “Mallarin alış aktı” ciddi hesabat blankı hesab edilmiş və xüsusi forması təsdiq edilməsinə baxmayaraq, cəmiyyət tərəfindən “Malların alış aktı” ciddi hesabat blankı alınmamış və təsdiq olunmuş formaya uyğun tərtib edilməmişdir. Bundan başqa təqdim edilmiş xərc sənədlərinin araşdırılması zamanı alış aktlarına əsəsən X33, X28, X25, X7, X12 və X4 müxtəlif kənd təsərrüfatı məhsulları (alma, armud, feyxoa, heyva, naringi, nar, pomidor, quru xurma, xiyar, xurma) alındığı müəyyən edilmiş, lakin həmin şəxslərdən alınmış məhsulların becərildiyi torpaq sahələrinin mülkiyyət sənədlərinin və ya icarə müqavilələrinin, həmin torpaqlarda məhsulların becərildiyini təsdiq edən yerli icra hakimiyyəti və ya bələdiyyə orqanından alınmış arayışlar yoxlamaya təqdim olunmamışdır. Yuxarıda qeyd olunan halların araşdırılması üçün 31.03.2020-ci il tarixli, **********687600 saylı xidməti məktubla Vergilər Nazirliyinə müraciət olunmuşdur. 3 sayiı Ərazi Vergilər İdarəsindən daxil olmuş 07.04.2020-ci il tarixli, **********956700 saylı xidməti məktubda aşağıdakılar qeyd olunmuşdur. 1. X25 (AKT JN-171) 1.30 ha ənənəvi alma bağı, 2. X24 (AKT JN -192) 1.04 ha ənənəvi alma bağı, X8 (AKT JN- 206) 1.30 ha ənənəvi alma bağı, 4.X18 (AKT JN -292) 1.30 ha ənənəvi alma bağı, 5. X12 (Çıxarış - 0827681- 1352029) 2.09 ha ənənəvi alma bağı, 6. X13 (AKT JN -239) 0.78 ha ənənəvi alma bağı. Yuxarıda qeyd olunanlardan aydın olur ki, meyvə-tərəvəzləri satan fiziki şəxslər barəsində toplanmış materiallara əsasən həmin şəxslərə aid torpaq sahələri ancaq ənənəvi alma bağlarından ibarətdir. Buna görə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01,03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən müəssisənin gəlirləri (ƏDV nəzərə alınmadan) əsasında 2018-ci il üzrə mənfəəti aşağıdakı kimi hesablandı. G1 M1= x R 100+R M1 - vergi ödəyicisinin mənfəəti, G1 - gəlir (ƏDV nəzərə alınmadan) və R -şərti rentabellik norması. Yoxlama ilə 2018-ci il üzrə müəssisənin 12965655,87 manat gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti aşağıdakı kimi hesablandı. 12965655,87 M1 = x 20 = 2160942,65 100+20 2018-ci il üzrə hesablanmış 2160942,65 manat mənfəətdən 20% dərəcə ilə 432188,53 manat mənfəət vergisi hesablandı. Yoxlama ilə müəssisə tərəfindən Vergi Məcəlləsinin 104- cü maddəsinin tələbləri pozulmaqla 2018-ci il üzrə mənfəət vergisinin bəyannamədə göstərilən məbləğinin bəyannamədə göstərilməli olan məbləğinə nisbətən 396291,56 manat azaldılması müəyyən edildi. Ümumilikdə yoxlama ilə VM-nin 130.2-ci, 16.1.3-cü, 83.9-cu, və 104-cü maddələrinin tələblərinə uyğun olaraq 2017-ci və 2018-ci illər üzrə 513783,66 manat mənfəət vergisinin azaldılması müəyyən olundu. VM-nin 58.1ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 256891,83 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda cəmiyyət yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrinə əsasən işçilərin orta siyahı sayı 2 nəfər, ümumi əmək haqqı fondu 11778,57 manat, 1 nəfərə düşən orta aylıq əmək haqqı 406,15 manat olmaqla əmək haqqından 967,96 manat gəlir vergisi tutulmuşdur. Yoxlamaya təqdim edilmiş sənədlərə əsasın yoxlama ilə əhatə olunan dövrdə işçilərin orta siyahı sayı 2 nəfər, ümumi əmək haqqı fondu 12092,57 manat, bir nəfərə düşən orta aylıq əmək haqqı 390.08 manat olmaqla əmək haqqından 983,64 manat gəlir vergisi müəyyən olundu. Yoxlamaya təqdim olunmuş hesabat göstəriciləri ilə faktiki göstəricilər üzləşdirildikdə cəmiyyət tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 15,68 manat azaldılması müəyyən edildi. Verginin azaldılmasına səbəbi işçilərə hesablanmış əmək haqqının vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsində göstərilməməsi olmuşdur. Yoxlanılan dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 15,68 manat azaldılmasına görə, VM-nin 58.1 -ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 7,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa meyvə və tərəvəzlərin alış aktlarında qeyd olunan şəxslərin qeydiyyatda olduğu ərazi üzrə vergi orqanının araşdırmasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən həmin şəxslərin izahatı ilə vergi ödəyicisinin təqdim etdiyi sənədlər arasında alınmış malların tərkibi arasında ziddiyyətlər yaranmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, vergi ödəyicisinə meyvə-tərəvaz təqdim edən şəxslərdən X7 araşdırmaya yazılı izahat verməkdən imtina etməklə vergi ödəyicisi ilə heç bir əməliyyat aparmadığını, X6 xurma məhsulunun almasına baxmayaraq, R. Məmmədzadənin araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını, alış aktlarına əsasən vergi ödəyicisi X15 xurma, nar, alma və pomidor alınmasına baxmayaraq, N. Bağırovun araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını bildirmişlər. Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, vergi ödəyicisinin aldığı malların dəyəri süni şəkildə artırılmış, bir hissəsinin isə ümumiyyətlə mənşəyi məlum deyil. Bundan başqa təqdim edilmiş xərc sənədlərinin araşdırılması zamanı alış aktlarına əsəsən X33, X28, X25, X7, X12 və X4 müxtəlif kənd təsərrüfatı məhsulları (alma,armud, feyxoa, heyva, mandalin, nar, pomidor, quru xurma, xiyar, xurma) alındığı müəyyən edilmiş, lakin həmin şəxslərdən alınmış məhsulların becərildiyi torpaq sahələrinin mülkiyyət sənədlərinin və ya icarə müqavilələrinin, həmin torpaqlarda məhsulların becərildiyini təsdiq edən yerli icra hakimiyyəti və ya bələdiyyə orqanından alınmış arayışlar yoxlamaya təqdim olunmamışdır. Yuxarıda qeyd olunan halların araşdırılması üçün 31.03.2020-ci il tarixli, **********687600 saylı xidməti məktubla Vergilər Nazirliyinə müraciət olunmuşdur. 3 saylı Ərazi Vergilər İdarəsindən daxil olmuş 07.04.2020-ci il tarixli, **********956700 saylı xidməti məktubda aşağıdakılar qeyd olunmuşdur. 1. X25 (AKT JN -171) 1.30 ha ənənəvi alma bağı, 2. X24 (AKT JN -192) 1.04 ha ənənəvi alma bağı, 3.X9 (AKT JN- 206) 1.30 ha ənənəvi alma bağı, 4.X18 (AKT JN -292) 1.30 ha ənənəvi alma bağı, 5. X12 (Çıxarış - 0827681- 1352029) 2.09 ha ənənəvi alma bağı, 6. X13 (AKT JN -239) 0.78 ha ənənəvi alma bağı. Yuxarıda qeyd olunanlardan aydın olur ki, meyvə-tərəvəzləri satan fiziki şəxslər barəsində toplanmiş materiallara əsasən həmin şəxslərə aid torpaq sahələri ancaq ənənəvi alma bağlarından ibarətdir. Göründüyü kimi müəsissə tərəfindən alınmış meyvə-tərəvəzlər, alma istisna olmaqla birbaşa istehsalçılardan alınmamışdır. Beləliklə müəsissə tərəfindən "Nağdsız hesablaşmalar haqqında" AR Qanunun tələbləri pozulmüşdur. "Nağdsız hesablaşmalar haqqında" AR Qanunun tələbləri pozulduğuna görə VM-nin 58.7-1-cı maddəsinə əsasən müəsissəyə 1483075.87 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. ( yoxlanılan dövrdə nağd qaydada ödənilmiş məbləğ 16554364,00 - 270000,00 manat 9 (doqquz) aylıq limit - 1453605.26 manat alınmış alma məhsulu = 14830758,74 x 10 faiz ). Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1. maddəsinə əsasən 2017-ci ilin sentyabr, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar-avqust aylarının əlavə dəyər vergisi, 2019-cu ilin torpaq vergisi, 2019-cu ilin 1-ci və 2-ci rüblərinin MDSS işəgötürənlər- muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) və 2019-cu ilin 1-ci və 2-ci rüblərinin İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə, cəmi 600, 00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Bildirirlər ki, İddiaçı MMC-də (VÖEN: **********) külli miqdarda vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə material Baş idarənin İstintaq və təhqiqat idarəsində araşdırılaraq 22.09.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və hazırda cinayət işinin istintaqı davam etdirilir. Qeyd olunanları nəzərə alaraq cavabdeh İddiaçı MMC-nin iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək idda tələbinin təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, "xxxx" MMC dövlət qeydiyyatından keçərək VÖEN alib, sahibkarliq fəaliyyəti ilə məşğul olmağa başlamışdır. Cəmiyyət nizamnaməsinə uyğun olaraq qanunvericiliklə qadağan edilməmiş fəaliyyətlə məşğul olmamış, faktiki olaraq ixtisaslaşdırılmamış topdansatış ilə məşğul olmuşdur. Yoxlanılan dövrdə cəmiyyət kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olmuş və ixrac edilmiş mallar kənd təsərrüfatı istehsalçılarından alınmışdır. Cəmiyyət, fəaliyyət göstərdiyi bütün dövr ərzində vergi və digər ödənişlərə dair qanunvericiliyin tələblərinə əməl etmiş, vergi və digər ödənişləri vaxtında və tam şəkildə ödəmişdir. Lakin, Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Departamentinin keçirtdiyi kameral vergi yoxlaması nəticəsində çıxarılmış 09.04.2019-cu il tarixli **********545400 nömrəli "Vergilərin hesablanması barədə" Qərarına əsasən cəmiyyətə 2018-ci ilin gəlir vergisi üzrə əlavə olaraq 396291,56 manat vergi hesablanmış və buna səbəb kimi, Lokal Gəlirlər Departamenti tərəfindən xərcləri təsdiq edən sənədlərin qəbul edilməməsi və 2018-ci il üzrə gəlir vergisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı Qərarına əsasən hesablanması göstərilmişdir. Cəmiyyət tərəfindən qeyd edilən qərar inzibati qaydada mübahisələndirilmiş və Vergilər Nazirliyinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 14.08.2019-cu il tarixli **********377500 nömrəli Qərarı ilə şikayət təmin edilməmişdir. Bu məsələ ilə bağlı son müraciətə Vergilər Nazirliyinin Apellyasiva Şurasında baxılmışdır. Şurada araşdırılmanın aparıldığı zaman cəmiyyət tərəfindən sonradan X29na təqdim etdiyi sənədlər təqdim edilmiş, müvafiq izahatlar verilmişdir. Cəmiyyət tərəfindən Gömrük Komitəsinin bazasında olan idxal olunmuş malların çıxarışı, yük gömrük bəyannamələri və digər sənədlər də əlavə edilərək verilmiş çoxsaylı şikayətlərdən sonra vergi orqanı hesablanmış həmin vergi məbləğini əsassız olduğu üçün, müraciətimizə baxılması nəticəsində Vergilər Nazirliyinin Apellvasiva Şurası tərəfindən qəbul edilmiş 27.09.2019-cu il tarixli **********369000 nömrəli Qərarı ilə Vergilər Nazirliyinin "İnzibati şikayətin təmin edilməməsi haqqında" 14.08.2019-cu il tarixli **********377500 nömrəli Qərarı və Vergilər Nazirliyi yanında Bakı səhəri Lokal Gəlirlər Departamentinin 20.02.2019- cu il tarixli **********193700 nömrəli və 09.04.2019-cu il tarixli **********545400 nömrəli "Vergilərin hesablanması barədə" Qərarları ləğv edilmişdir. Ancaq vergi orqanı Cəmiyyətə vergi hesablamağa israrlı olduğu üçün, bununla kifayətlənməmiş, israrını davam etdirərək Cəmiyyətdə növbədənkənar X29na başlamışdır. Belə ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin ibtidai Araşdırılması Departamenti tərəfindən aparılan növbədənkənar X29 nəticəsində 17 iyun 2020-ci il tarixli **********192828 saylı X29 Aktı tərtib edilmişdir. Nəticədə yoxlama Aktı əsasında «Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında» **********138430 saylı, 29 iyul 2020-ci il tarixli Qərar qəbul edilmişdir. Yoxlama nəticələrinə görə tərtib edilmiş aktda cəmiyyətin 2017-ci il üzrə 117492.10 manat, 2018-ci il üzrə 396291.56 manat gəlir vergisinin azaldılması göstərilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış gəlir vergisi məbləğinin 50% miqdarında və ya 256891.83 manat məbləğində ((117492,1 + 396291,56) x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Bundan başqa yoxlama nəticələrinə görə Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483075,87 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.Eyni zamanda işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə 600.0 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, cəmiyyətin fəaliyyət göstərdiyi bütün müddət ərzində olan bütün zəruri sənədlər yoxlamaya təqdim edilmişdir. Yoxlama zamanı isə heç bir əsası olmayan şişirdilmiş məbləğlər əsasında, maddi və prosessual hüquq normaları kobud səkildə pozulmaqla, tamamilə qanunsuz və əsassız olaraq ziddiyyətli X29 aktı və qərar qəbul edilmişdir. Birincisi, kameral yoxlama keçirilən zaman AR Vergilər Nazirliyinin Apellyasiya Şurası eyni dövr üzrə xərc sənədlərini qəbul edərək, verginin düzgün hesablanmaması qənaətinə gələrək kameral yoxlamaya dair qərarı ləğv etdiyi halda, X29 zamanı vergi orqanı nədənsə həmin sənədləri qəbul etməmiş və guya gəlirləri müəyyən etmək üçün xərcləri müəyyən edə bilmədiyindən, bu səbəbdən mənfəət vergisi hesablamışdır. Yəni, X29 zamanı Apellyasiya Şurasının qəbul etdiyi bu Qərar nəzərə alınmamış və təkrar olaraq eyni dövr üzrə guya vergidən yayınma halının olması müəyyən edilmişdir. Eyni zamanda Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Departamenti, sədri Vergilər Nazirinin müavini olan Vergilər Nazirliyinin Apellyasiya Şurasının hazırkı vergiyə münasibətdə qəbul etdiyi qərarları nəzərə almamış və onun qəbul etdiyi aktların və hərəkətlərin həqiqiliyinə və hüquqi nəticələrinə etimad göstərməmişdir. Bununla yanaşı, AR Vergi Məcəlləsinin 37.1-ci maddəsinə görə kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə müvafiq olaraq kameral vergi yoxlaması başa çatdıqdan sonra vergi orqanı verginin hesablanması üçün əlavə sənəd və ya mənbəyi məlum olan digər məlumat aşkar etdikdə, vergi ödəyicisinə 5 iş günü müddətində bu Məcəllənin 72.5-ci maddəsində nəzərdə tutulmuş dəqiqləşdirilmiş hesabatın 10 iş günü müddətində təqdim edilməsi barədə bildiriş göndərir. Həmin Məcəllənin 37.6-cı maddəsinə əsasən kameral vergi yoxlaması zamanı vergi orqanı bu Məcəllənin 37.3-cü və 37.4-ci maddələrində müəyyən edilmiş qaydalara riayət etmədikdə, vergi ödəyicisinin X29 keçirilən zaman vergi orqanının təklifi əsasında həmin yoxlamanın keçirildiyi vaxta qədər yol verdiyi və kameral yoxlama zamanı müəyyən edilə bilən səhvləri (o cümlədən vergi məbləğlərinin düzgün hesablanmaması, vergi məbləğlərinin azaldılması və sair) 30 gün müddətində düzəltmək (aradan qaldırmaq) hüququ vardır və o, həmin müddət bitənədək, yol verdiyi vergi qanunvericiliyinin pozulmasına görə (faizlərin ödənilməsi istisna olmaqla) məsuliyyət daşımır. Lakin cavabdeh vergi orqanı bunları etməmiş, yəni kameral vergi yoxlaması aparılan zaman bu pozuntunu aşkar edə bildiyi halda, bunu etməmişdir. Bundan başqa bildirirlər ki, mənfəət vergisi vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbləri çərçivəsində deyil, birbaşa 83.9-cu maddəsinin tələbləri çərçivəsində hesablanmış və bununla da qanunvericiliyin maddi hüquq normalarının tələbi kobud şəkildə pozulmuşdur. Belə ki, Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 37.4- cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə X29nın aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergi Məcəlləsinin 67.4-cü maddəsində qeyd edilir ki, vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Vergilər əlaqəli məlumatlar və analoji vergi ödəyicisi barədə məlumatlar əsasında hesablandıqda, verginin məbləği vergi ödəyicisinin müvafiq olaraq gəlirinin, yaxud gəlirdən çıxılan xərclərinin məbləğini analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin həmin hesabat dövründə gəlirində, yaxud gəlirdən çıxılan xərclərində verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyənləşdirilir. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Əlaqəli məlumata əsasən vergi hesablanarkən, vergi ödəyicisinin artıq ödənilmiş vergiləri, faizləri və maliyyə sanksiyaları nəzərə almır. Əlaqəli məlumatlara əsasən hesablanmış vergilərə dair bəyannamələr vergi orqanına təqdim edildikdən sonra, hesablanmış vergilər bəyannamələr nəzərə alınmaqla yenidən hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinin mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları»nm 1-ci bəndində göstərilmişdir ki, bu Qaydalar Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə əsasən hazırlanmış və vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması qaydalarını müəyyən edir. Göründüyü kimi, mənfəət vergisi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən hesablanmalı olduğu halda vergi orqanı tərəfindən qanunsuz və əsassız olaraq 67-ci maddənin tələbləri araşdırılmadan birbaşa olaraq 83.9-cu maddə tətbiq edilməklə Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarlarına əsasən şərti rentabellik səviyyəsi xərclərə əsasən 20% götürülərək müəyyən edilmişdir. Bunun nəticəsində də qanunsuz və əsassız olaraq rentabellik səviyyəsi tətbiq edilməklə mənfəət vergisi hesablanmışdır. Bundan başqa xüsusi olaraq qeyd edilməlidir ki, vergi orqanı Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarlarımda düzgün tətbiq etməməklə, eyni zamanda həmin qərara əsasən vergiləri düzgün hesablamamışdır. Belə ki, yoxlanılan dövrdə akta əsasən müəssisənin 2017-ci il üzrə azalması (yayındırılmış vergi məbləği), 117.492 .10 manat, 2018-ci il üzrə isə 396.291.56 manat, cəmi 513.783.66 manat məbləğində olmuşdur. İş materiallarında olan sənədlər əsasında aparılan hesablama ilə iddiaçı tərəfindən yayındırılmış məbləğ - 513.783,66 manat təşkil edir. Qeyd edirik ki, vergi məcəlləsinin vergidən yayınmaya dair məsuliyyət nəzərdə tutan müddəaları vergi məsuliyyətini yayındırılmış məbləğə münasibətdə və həcmdə müəyyən edilməsini nəzərdə tutur. Vergi yoxlamasının aparılması zamanı da məqsəd yayındırılmış vergi məbləğinin olub-olmaması, əgər varsa məbləğinin müəyyən edilməsidir. Hazırkı iş üzrə də, aparılmış yoxlama zamanı iddiaçı tərəfindən müəyyən məbləğdə vergidən yayınmaya yol verildiyi müəyyən edildiyindən, şərti rentabellik norması həmin yayındırılmış məbləğə münasibətdə (iddiaçı tərəfindən gizlədilmiş gəlirə dair xərc sənədi təqdim edilmədiyindən) tətbiq edilməlidir. Həmçinin qeyd edilməlidir ki, iddiaçının bəyan etdiyi dövriyyəyə dair xərc sənədləri vardır və həmin sənədlər cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Belə olan halda isə iddiaçının bəyan etdiyi dövriyyəyə, hansı ki, xərc sənədləri vardır, şərti rentabellik normasının tətbiqi üçün əsaslar yoxdur. Bundan başqa 17 iyun 2020-ci il tarixli Aktın 1.8-ci bəndində X29nın müəssisənin gəlirlərini və xərclərini təsdiq edən sənədlər əsasında aparıldığı göstərilmişdir. Bu halda yoxlamanın məssisəsinin ilkin mühasibatlıq sənədləri, yəni xərclərini və gəlirlərini təsdiq edən sənədlər əsasında apardığı halda, onlar təqdim edildiyi halda sonda gəlirləri müəyyən etməklə bağlı xərc sənədlərini təqdim etmədiyindən Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixi 55 saylı qərarı tətbiq edilmişdir. Həm də hazırkı halda iddiaçı "xxxx" MMC-nin X29 zamanı təqdim etdiyi sənədlərin qeyrimötəbərliyini sübuta yetirilmədən, digər əlaqəli məlumatların əldə olunması üçün heç bir tədbir görülmədən mənfəətin Vergi Məcəlləsinin 83.9-cu maddələri tətbiq edilməklə şərti rentabellik norması üzrə müəyyən olunması əsaslı sayıla bilməz. Eyni zamanda vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında 23 oktyabr 2017-ci il tarixli **********192023 nömrəli Tələbnamə verildiyi, bu tələbnaməyə əsasən yoxlanılan dövrdə vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədlərinin tələb edildiyi, lakin mənfəətin müəyyənləşdirilməsi ilə bağlı digər sənədlərin yoxlamaya təqdim edilmədiyi, buna görə imtina aktı tərtib edildiyi göstərilməmişdir. Eyni zamanda, cavabdehin sözügedən «X29nın keçirilməsi haqqında» 14 noyabr 2017-ci il tarixli qərarının «Qərara alıram» hissəsindən (iş səhifəsi 41) görünür ki, həmin X29 Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən təyin edilmişdir. Lakin iş materiallarından göründüyü kimi Vergi Məcəlləsinin 38.3.5-ci maddəsində növbədənkənar vergi yoxlaması keçirilməsi üçün nəzərdə tutulmuş halların heç biri mövcud deyildir. Digər tərəfdən Vergi Məcəlləsinin 38.3-cü maddəsində vergi orqanı tərəfindən növbədənkənar vergi yoxlamasını zəruri edən halların müfəssəl siyahısı verilmişdir ki, hazırkı işdə bu halların heç biri yoxdur, yəni vergi yoxlaması qanunamüvafiq aparılmamışdır. Bundan başqa olaraq qeyd edir ki, «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə görə yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında» Əsasnamənin 1.5-ci bəndinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilər. Reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Lakin mübahisə predmeti olan hazırkı X29nın müddətinin üzadılması sözügedən reyestrdə qeydiyyata alınmamışdır. Qanunvericilik sahibkarlıq sahəsində aparılan yoxlamaların müddətinin uzadılması barədə məlumatların da vahid məlumat reyestrinə daxil edilməsini zəruri sayır. Lakin həmin qərarla bağlı yoxlamaların reyestrini aparan orqana məlumat verilməsinə dair məhkəmə icraatında sübut təqdim olunmamışdır. Bununla da «Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun 13- cü maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa alış aktlarının ciddi hesabat blankları kimi qəbul edilməməsinə münasibətdə bildiririrlər ki, cəmiyyət kənd təsərrüfatı məhsullarının ixracı ilə məşğul olur. İxracı planlaşdırılan məhsulların əldə edilməsi ilə bağlı araşdırılmalar aparılarkən tələb olunan məhsulların istehsalçıları öyrənilir, onlarla görüşlər və danışıqlar aparılır. Danışıqlar aparıldığı şəxslərdən həqiqətən kənd təsərrüfatı məhsullarının istehsalçısı olduğu dəqiqləşdirilir və subut kimi, onlardan istifadələrində və ya mülkiyyətlərində kənd təsərrüfatı təyinatlı torpaqların mövcudluğunu bu barədə müvafiq dövlət orqanları tərəfindən təsdiqedici sənədlərinin təqdim edilməsi tələb olunur. Bundan sonra malların alınması "alış aktları" ilə rəsmiləşdirilir. Malların alınması ilə bağlı hər əməliyyat "alış aktı" ilə rəsmiləşdirilir və ona kənd təsərrüfatı təyinatlı torpaqların mövcudluğunu ilə bağlı müvafiq sənəd əlavə olunur. Bir şəxslə malların alınması ilə bağlı bir əməliyyatdan çox əməliyyat aparıldıqda, ikinci əməliyyatdan başlayaraq onun mülkiyyətində və ya istifadəsində kənd təsərrüfatı təyinatlı torpaqların olması barədə sənəd tələb edilmir. Malların alışı zamanı malların dəyəri nağd qaydada satıcılara ödənilir. İxrac olunmuş malların dəyəri xarici mal alan şəxslər tərəfindən cəmiyyətin bank hesablarına ödənilir. 2017 və 2018-ci illər üzrə illik gəlir vergisi bəyannamələrində iddiaçı tərəfindən ixrac edilmiş malların dəyəri gəlir kimi, ixrac edilmiş həmin malların alış dəyəri digər xərclərlə birlikdə gəlirin əldə edilməsi ilə bağlı xərclər hissəsində əks etdirilmişdir. Bəyannamələrdə bəyan edilmiş göstəricilər aparılmış əməliyyatların reallığını əks etdirən göstəricilərdir.Cəmiyyət üçün malların alınmasının təsdiq edən əsas sənəd alış aktıdır. Alış aktları həm malı satan, həm malı alan şəxs tərəfindən imzaları ilə təsdiqlınir. Yoxlama zamanı iddiaçıya mal satan şəxslərin izahatlarının nəzərə alınması, lakin müəssisə tərəfindən təqdim edilmiş təsdiqedici sənədlərin nəzərə alınmamasını tamamilə əsassız hesab edirlər. Həmçinin yoxlama ilə cəmiyyətə Vergi Məcəlləsinin 58.7-1 maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483575,54 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsini əsassız hesab edirlər. Buna səbəb kimi, yoxlama zamanı müraciətin "Gəlir vergisinin hesablanması üzrə" hissəsində göstərilən, vergi orqanı tərəfindən birbaşa kənd təsərrüfatı istehsalçılarından alınmaması göstərilmişdir. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən kənd təsərrüfatı məhsullarının istehsalçısı olan vergi ödəyicisi olmayan fiziki şəxslərdən kənd təsərrüfatı məhsulların nağd qaydada satın alına bilər. Qeyd edildiyi kimi, müəssisə tərəfindən ixrac edilən kənd təsərrüfatı məhsulları Respublika daxilində alınarkən, həmin məhsulların satıcılarından onların kənd təsərrüfatı məhsulların istehsalçısı olduğu öyrənildikdən, onlardan, mülkiyyətində və ya istifadələrində kənd təsərrüfatı təyinatlı torpaqların olması barədə müvafiq dövlət strukturlarından lazımı təsdiqedici sənədlərin alındıqdan sonra alqı-satqı əməliyyatları aparılmış, iddiaçı həmin şəxsləri kənd təsərrüfatı məhsullarının istehsalçısı kimi tanıyır və onlardan malların alınmasını təsdiq edən "alış aktlarında" digər şəxslərin yox, həmin şəxslərin imzalarıdır. Göstərilənləri və "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsaslanaraq, həmin şəxslərdən malların alındığı zaman onlarla hesablaşmalar nağd qaydada aparılmışdır. Həmçinin AR Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən vergi hesabatının və ya Vergi Məcəlləsinin 16.1-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etmədiyinə görə vergi orqanı tərəfindən "xxxx" MMC-yə 600 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməsidə əsassızdır. Çünki, müəssisənin fəaliyyəti iddia ərizəsinə əlavə edilən arayışdan göründüyü kimi, 02.11.2018-ci il tarixdən 02.11.2019-cu il tarixədək vergi orqanının qərarına əsasən dayandırılmışdır. Eyni zamanda iddia ərizəsinə əlavə edilən Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin "fəaliyyətin bərpa edilməsi barədə" məktubunda da qeyd edildiyi kimi, fəaliyyətin bərpa ediləcəyi tarixdən etibarən Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə müfaviq bəyannamələrin vergi orqanına təqdim edilməsi, hesablanmış vergilərin vaxtında dövlət büdcəsinə ödilməsi göstərilmişdir. Fəaliyyəti dayandırılmış müəssisədən hesabatın verilməməsinə görə sanksiya tətbiq etmək əsassızdır. Göstərilənə əsasən iddiaçının nümayəndəsi və vəkili məhkəmədən "xxxx" MMC-də (VÖEN **********) keçirilmiş X29 nəticələrinə görə tərtib edilmiş 17.06.2020-ci il tarixli **********192818 nömrəli "X29 aktı" əsasında qəbul edilmiş 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etirazda qeyd olunanlara uyğun izahat verərək idda tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edib hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş 22.08.2019-cu il tarixli Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, İddiaçı ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir, Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergu uçotu qeydiyatına alınmışdır, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyətdir, hüquqi ünvanı AZ 1073, ünvan 1ıdır, dövlət qeydiyyatına alındığı tarix 31.08.2017-ci ildir. Qanuni təmsilçisi X16r. -Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “X29nın keçirilməsi” haqqında 18.10.2019-cu il tarixli **********191784 nömrəli qərarından görünür ki, 01.08.2017-ci ildən 31.08.2019-cu ilədək olan dövr üzrə "xxxx" MMC-nin (VÖEN **********) fəaliyyəti üzrə vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbəti X29 təyin edilmişdir. -Qanunun tələbi baxımından Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 23.10.2019-cu il tarixli **********192023 saylı Tələbnamədən görünür ki, vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında tələbnamə təqdim edilmiş və bu tələbnaməyə əsasən 01.08.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək olan dövrdə vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədləri tələb edilmişdir. -Vergilər Nazirliyinin Bakı şəhəri lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilən 14 noyabr 2019-cu il tarixli **********19329 saylı sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında Qərardan görünür ki, İddiaçı MMC-dən yoxlama predmetinə aid olan və 01.08.2017-ci il tarixdən 01.08.2017-ci il tarixdən 01.09.2019-cu il tarixədək vergilərin hesablanması üçün bütün ilkin mühasibat sənədləri (e-qaimə-fakturalar, e-vergi hesab-fakturalar, bank sənədləri, kassa sənədləri, işlərin (xidmətrlərin) təhvil-təslim aktları, gəlirləri və xərcləri təsdiq edən sənədlər və.s) kompüterlər, prosessorlar və digər elektron informasiya daşıyıcılarının götürülməsinin həyata keçirilməsi qərara alınmış və 25 noyabr 2019-cu il tarixli **********197875 saylı Protokol əsasında qərarda sadalanan sənədlər götürülmüşdür. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal gəlirlər Baş İdarəsi tərəfindən 18.10.2019-cu il tarixli **********191784 saylı Qərarına keçirilən yoxlama 17.06.2020-ci il tarixli **********192818 nömrəli X29 aktı ilə rəsmiləşdirilmişdir. Sözügedən aktda müəyyən edilənlərdən görünür ki, müəssisə tərəfindən 2017-ci il üzrə kassa metodu ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir ******* manat, gəlirin əldə edilməsi ilə bağlı ümumi xərclər 3815265.60 manat, vergiyə cəlb edilən mənfəət 58100,50 manat göstərilməklə 11620,10 manat mənfəət vergisi hesablanmışdır. Mənfəət vergisi bəyannaməsinin düzgünlüyü yoxlanıldıqda aşağıdakılar müəyyən edilmişdir. Vergi Məcəlləsinin 130.2-cı maddəsinə əsasən vergi ödəyicısi öz fəaliyyəti ilə bağlı bütün əməliyyatların başlanğıcını, qedişini, və quıtannasım müəyyənləşdirməyə imkan verən uçotun aparılmasını təmin etməyə borcludur Həmin Məcəllənin 16.1.3-cü maddəsi ilə qanunvericiliklə nəzərdə tutulmuş qaydada qəhrlərin xərclərin) və vergıtutma obyektlərinin uçotunun apanlması vergi ödəyıcilərının vəzifələrinə aid edilmişdir. Belə kı, mənfəət vergisi yoxlanılan zaman gəlirin müəyyən olunması sənədlərlə, eyni zamanda aparılmış uçot qaydaiarlna əməl edilərək, həmin gəlir kassa metodu nəzərə alınmaqla, gəlirin bank və kassa ödəniş sənədləri əsasında aparılaraq, 2017-ci ıl üzrə 3873366.10 manat təşkil etdiyi müəyyən olunmuşdur. Lakin, gəlirin əldə edilməsi ilə bağlı xərcləri müəyyən etmək mümkün olmamışdır. Belə kı, mallann alış aktlarında qeyd olunan şəxslərin qeydiyyatda olduğu ərazi üzrə vergi orqanının araşdırmasının nəticəsi üzrə tərtib edilmiş akta əsasən həmin şəxslərin izahatı ilə vergi ödəyicisinm təqdim etdiyi sənədlər arasında alınmış malların tərkibi arasında ziddiyyətlər yaranmışdır. Bundan başqa müəyyən olunmuşdur ki, vergi ödəyicisinə meyvə-tərəvəz təqdim edən şəxslərdən X6 xurma, nar, mandarin və alma məhsullarının almasına baxmayaraq, R. Məmmədzadənin araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyicisinə alma, armud və alça məhsullarını satdığını, alış aktlarına əsasən vergi ödəyicisi X15 xurma almasına baxmayaraq, N.Bağırovun araşdırmaya təqdim etdiyi izahatda vergi ödəyıcismə alma, armud və alça məhsullarını satdığını bildirmişdir.... -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1. maddəsinə əsasən 2017-ci ilin sentyabr, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar-avqust aylarının əlavə dəyər vergisi, 2019-cu ilin torpaq vergisi, 2019-cu ilin 1-ci və 2-ci rüblərinin MDSS - işəgötürənlər- muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) və 2019-cu ilin 1-ci və 2-ci rüblərinin İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə, 600,00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilməklə vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında 29 iyul 2020-ci il tarixli **********138430 №li Qərar qəbul edilmişdir. Məhkəmə hazırkı məhkəmə icraatında əldə olunan sübutlar və gətirilən dəlillərə mövcud qanunvericiliyin aşağıda sadalanan normalarının tələbi baxımından qiymət verərək belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında" əsaslı qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüquqlarıdır. Həmin Məcəllənin 23.1.2-ci maddəsinə əsasən vergi orqanı vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onun vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumat almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarındakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb edə bilər. Həmin Məcəllənin 57.1-ci maddəsinə əsasən 57.1. Bu Məcəllənin 57.1-1-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla, vergi hesabatını və ya bu Məcəllənin 16.2-ci maddəsində nəzərdə tutulmuş arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. Hazırki iddia tələbi üzrə iddiaçı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsisi tərəfidən keçirilmiş X29 nəticələrinə görə tərtib edilmiş 17.06.2020-ci il tarixli **********192818 nömrəli "X29 aktı" əsasında qəbul edilmiş 29 iyul 2020-ci il tarixli **********138430 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarın ləğv edilməsini tələb edir. Göründüyü kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 18.10.2019-cu il tarixli **********191784 nömrəli "X29nın keçirilməsi haqqında" qərara əsasən "xxxx" MMC-də (VOEN **********) 01.08.2017-ci il tarixdən 31.08.2019-cu il tarixədək olan vergi dövrü üzrə X29 keçirilmiş və yoxlamanın nəticələri 17.06.2020-ci il tarixli **********192818 nömrəli "X29 aktı" ilə rəsmiləşdirilmişdir. Yoxlama nəticələrinə görə tərtib edilmiş aktda cəmiyyətin 2017-ci il üzrə 117492.10 manat, 2018-ci il üzrə 396291.56 manat gəlir vergisinin azaldılması (cəmiyyət tərəfindən təqdim edilmiş bəyannamələrdə hesablanmış vergi məbləğlərindən əlavə hesablanmışdır) göstərilmişdir. Bu səbəbdən Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış gəlir vergisi məbləğinin 50% miqdarında və ya 256891.83 manat məbləğində ((117492,1 + 396291,56) x 50%) maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlamanın nəticələrinə əsasən Vergi Məcəlləsinin 58.7-1-ci maddəsinə əsasən "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmasına görə 1483075,87 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Eyni zamanda işsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə 600.00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı meyvə və tərəvəzlərin topdan satışı (ixracı) ilə məşğul olmuşdur. Vergi orqanı tərəfindən aparılan yoxlama nəticəsində iddiaçı tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri, (qaimə-fakturalar, vergi hesab-fakturalar, bank sənədləri, kassa sənədləri, gəlirləri və xərcləri təsdiq edən sənədlər, dövriyyə cədvəlləri, kassa kitabı, müqavilələr, ixrac əməliyyatlarına dair bütün sənədlər (müqavilələr, invoyslar, gömrük bəyannamələri, ödəniş sənədləri), hüquqi şəxsin vergi orqanında qeydiyyata alınmasına, banklarda və digər kredit təşkilatlarında hesabların açılmasına dair sənədlər, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuş şəxslərlə bağlanmış əmək müqavilələri, memorial-orderlər, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri olan digər sənədlər araşdırılaraq, mənfəət vergisi yoxlanılan zaman gəlirin 2017-ci il üzrə 3873366,10 manat təşkil etdiyi müəyyən olunmuşdur. Araşdırma zamanı iddiaçı tərəfindən alınmış malların tərkibi arasında ziddiyyətlərin mövcud olduğu müəyyən edilmişdir. Belə ki, vergi orqanı tərəfindən iddiaçı ilə meyvətərəvəz məhsullarının satışı ilə məşqul olan şəxslər barəsində Quba rayonu Barlı Bələdiyyəsinə sorğu edilmiş, sorğuya cavab olaraq aparılan araşdırmalar nəticəsində məhsulu satan sahibkarların ənənəvi alma bağlarının olduğu müəyyən edilmişdir . Halbu ki, iş materiallarına əlavə edilən alış aktlarından müəssisə tərəfindən xurma, nar, narıngi, alça, limon, alma feyxoa, heyva, nar, pomidor, quru xurma, xiyar kimi müxtəlif çeşiddə meyvə-tərəvəz məhsullarının alındığı göstərilmişdir. Lakin iddiaçı tərəfindən satın alınan məhsulların becərildiyi torpaq sahələrinin hüquqmüəyyənedici sənədləri, həmçinin icarə müqavilələri, məhsulların becərildiyini təsdiq edən yerli icra hakimiyyəti və ya bələdiyyə orqanından alınan arayışlar yoxlamaya təqdim edilmədiyi müəyyən edilmişdir. Həmçinin vergi orqanı tərəfindən aparılan araşdırma zamanı iddiaçı ilə alqı-satqı aparan şəxslərdən bir qismi heç bir əməliyyat aparmadığını bildirmişdir. Məhkəmə mübahisənin qeyd edilən hissəsinə qiymət verərək, ənənəvi alma bağlarında xurma, nar, narıngi, alça, limon, alma kimi meyvələrin becərdilib yetişdirilməsinə həmin ərazinin iqlim şəraiti və torpaq növü imkan vermədiyindən, qeyd olunan məhsulların həmin təsərrüfat sahiblərinin bağlarında yetişdirilməsinin mümkün olmadığı qənaətinə gəlməyə əsas verir. Qeyd olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, iddiaçı tərəfindən alınan məhsulların qədəri və dəyəri süni olaraq şişirdilmişdir. Odur ki, məhkəmə hesab edir ki, iddiaçının gəlirinin əldə edilməsi ilə bağlı çəkilən xərcləri təsdiq edən sənədlər - alış aktlarının dürüstlüyünə şübhə etməsində vergi orqanı haqlı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 30.06.2017- ci il tarixli Q-08 nömrəli Qərarına əsasən “Mallarin alış aktı” ciddi hesabat blankı hesab edilir. Lakin iddiaçı tərəfindən təqdim edilən malların alış aktları ciddi hesabat blankı olaraq alınmamış və təsdiq olunmuş formaya uyğun tərtib edilmədiyi iş materialları ilə sübut edilməkdədir. Odur ki, cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01.03.2001-ci il tarixli 55 saylı (əlavə və dəyişikliklər 04 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 83.9-cu maddəsinə istinadən gəlirin əldə edilməsi ilə bağlı xərclərin müəyyən edilməsi mümkün olmadığından 2017 və 2018-ci illər üzrə gəlir vergisi şərti rentabellik səviyyəsi 20% götürülərək hesablanmışdır. Məhkəmə eyni zamanda qeyd edir ki, müəssisə yoxlama ilə əhatə olunan dövrdə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin ödəyicisi olmuşdur. Yoxlamaya təqdim olunmuş hesabat göstəriciləri ilə faktiki göstəricilər üzləşdirildikdə cəmiyyət tərəfindən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin 15,68 manat azaldılması müəyyən edilmiş, verginin azaldılmasına səbəbi işçilərə hesablanmış əmək haqqının vergi orqanına təqdim edilmiş muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannaməsində göstərilməməsi olmuşdur. Yoxlanılan dövr üzrə muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan verginin bəyannamələrində göstərilən vergi məbləğinin bəyannamələrdə göstərilməli olan vergi məbləğinə nisbətən 15,68 manat azaldılmasına görə, vergi orqanı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış vergi məbləğinin 50% miqdarında 7,84 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Göründüyü kimi müəsissə tərəfindən alınmış meyvə-tərəvəzlər, alma istisna olmaqla birbaşa istehsalçılardan alınmadığı müəyyən edilməkdədir. "Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikası Qanunun tələbləri pozulduğuna görə Vergilər Məcəlləsinin 58.7-1-cı maddəsinə əsasən müəsissəyə 1483075.87 manat maliyyə sanksiyası tətbiq olunmuşdur. (nağd qaydada ödənilmiş məbləğ 16554364,00 - 270000,00 manat 9 (doqquz) aylıq limit - 1453605.26 manat alınmış alma məhsulu = 14830758,74 x 10 faiz ). Eyni zamanda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 57.1. maddəsinə əsasən 2017-ci ilin sentyabr, 2018-ci ilin dekabr və 2019-cu ilin yanvar-avqust aylarının əlavə dəyər vergisi, 2019-cu ilin torpaq vergisi, 2019-cu ilin 1-ci və 2-ci rüblərinin MDSS işəgötürənlər- muzdla işləyənləri əmək müqaviləsi ilə işə götürən hüquqi şəxslər (0111) və 2019-cu ilin 1-ci və 2-ci rüblərinin İşsizlik sığortası üzrə rüblük hesabat (hüquqi şəxslər) hesabatlarını əsas olmadan təqdim etmədiyinə görə, cəmi 600,00 manat miqdarında maliyyə sanksiyası tətbiq edilmişdir. Beləliklə iddia tələbinin əsası kimi istinad edilən hallar iş materialları ilə sübut edilmədiyindən, bundan fərqli olaraq isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” 29 iyul 2020-ci il tarixli **********138430 saylı qərarının ləğv edilməsi üçün əsas olmadığından, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar