Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1556/2022 01.02.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qzının katibliyi, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 17.06.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqqlarının hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 17.06.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta və işsizlik sığortası haqlannın hesablanması barədə qərara əsasən kameral olaraq şəxsi hesab vərəqəsinə 2020-ci il mənfəət vergisi üzrə əlavə vergi məbləği hesablanmışdır. Vergilərin hesablanması haqqında qərarla kameral hesablanmış mənfəət vergisi əsassız olaraq hesablanmışdır. Belə ki, 17.06.2021-ci il tarixli, **********421200 saylı vergilərin, sosial sığorta, işsizlik sığortası haqqlarının hesablanması barədə qərara əsasən 99325.72 manat məbləğində əlavə mənfəət vergisi hesablanmışdır. Hesablamaya əsas olaraq vergi orqanı həmin qərarın bəyannamədə və ya hesabatda göstərilən məbləğə düzəliş edilməsinin səbəbi və müvafiq təsdiqedici sənədlər barədə məlumat hissəsində “Tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi sətrində rəqəm göstərməyinə baxmayaraq Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır” kimi göstərilmişdir. Bildirmişdir ki, tərəflərindən 29.04.2021-ci il tarixində 2020-ci il üçün X3 vergi orqanına təqdim edilmişdir. Lakin vergi orqanı tərəfindən 31.05.2021-ci il tarixli, **********190100 nömrəli məktubla kameral uyğunsuzluq olduğu bildirilmişdir. Məktubda vergi orqanı göstərmişdir ki, tərəfindən 29.04.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət (gəlir) vergisi bəyannaməsi Bakı şəhərı Lokal Gəlirlər Baş İdarəsində araşdırılır. Aparılan araşdırma ilə əlaqədar aşağıda göstərilmiş istiqamətlər üzrə məlumatları, təsdiqedici sənədlərin 5 (beş) iş günü müddətinə vergi orqanına təqdim edilməsinə zərurət yaranmışdır: Tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətrində rəqəm göstərməyinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan sənədlərdən əlavə müvafıq dövr üzrə bank hesablarından çıxarışlar, kassa çekləri, yaranmış kənarlaşmalarla bağlı ətraflı izahat məktubunun və müvafıq təsdiqedici sənədlərin araşdırmaya təqdim edilməsi bildirilmişdir. Lakin qeyd olunan kənarlaşmalar faktiki sənədlərlə araşdırılmamış, kameral vergi yoxlamasının keçirilməsi barədə vergi qanunvericiliyinin tələbləri kobud şəkildə pozulmuşdur. Bütün bunlara baxmayaraq 2020-ci il vergi dövrü üzrə X3nə kameral vergi yoxlaması keçirilməsi üçün tələb olunan sənədlər vergi orqanına təqdim edilmişdir. Vergi orqanı isə öz növbəsində mənbəyi bəlli olmayan məlumatlara əsasən hesablama aparmış və 2020-ci il vergi dövrü üzrə əsassız və qanunsuz olaraq əlavə mənfəət vergisi hesablamışdır. 03.06.2021-ci il tarixində vergi orqanına məktubla miiraciət edərək. 31.05.2021-ci il tarixli, **********190100 nömrəli uyğunsuzluq məktubuna cavab olaraq bildirmişdir ki, Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar 222.4-cü və 222.5-ci maddələrinə müvafıq olaraq müəssisə güzəştin aid olub-olmaması ilə əlaqəli müvafiq vergi orqanına 15.04.2020-ci il tarixində Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət ərizəsi vasitəsilə müraciət edilmişdir. 06.05.2020-ci il tarixində Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciət ərizəsinə baxılmış və müəssəsinin fəaliyyəti pandemiyada zərər çəkmiş fəaliyyət növləri siyahısında mövcud olduğundan ərizəsi təmin edilmiş və müəssisəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş şəxs kimi tanınaraq Maliyyə Nazirliyinin DXA tərəfindən maliyyə yardımı edilmişdir. 2020-ci il ərzində 1-ci dəfə 05.05.2020-ci il tarixində 13435.00 manat, 2-ci dəfə 08.06.2020-ci il tarixində 13435.00 manat, 3-cü dəfə 18.08.2020-ci il tarixində 17306.25 manat, 4-cü dəfə 23.09.2020-ci il tarixində 17306.25 manat olmaqla cəmi 60223.85 manat məbləğində pul vəsaiti pandemiyadan zərərçəkmiş muzdlu işçilərin əmək haqları təyinatı altında hissə-hissə müəssənin bank hesabına köçürülmüşdür. Pandemiyadan zərərçəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 222.4 və 222.5-ci maddələrinin 222.5-222.9-cu bəndi əsas götürülərək X1 5 nömrəli əlavəsinin 2-ci hissəsində 34. VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizi sətrində göstərilmişdir. Həmçinin 60223.85 manat pul vəsaiti təqdim etdiyi X1 Gəlirlər hissəsində 217. Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o çümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində də əks etdirilmişdir. Əlavə olaraq təsdiqedici sənəd Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət ərizəsi və Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildirişi vergi orqanına göndərərək göstərilənlərin nəzərə alınmasını xahiş etmişlər. Lakin vergi orqanı tərəfindən müraciəti araşdırılmamış və müvafıq tədbirlər görülməmişdir. Daha sonra 18.06.2021-ci il tarixində bir daha yazaraq vergi orqanının nəzərinə çatdırmışdır ki, Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 222.4-cü və 222.5-ci maddələrinə müvafıq olaraq müəssisəyə güzəştin aid olub-olmaması ilə əlaqədar müvafıq vergi orqanına 15.04.2020-ci il tarixində Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə ərizə vasitəsilə müraciət edilmişdir. 06.05.2020-ci il tarixində isə Koronavirus (COVİD- 19) pandemiyasından zərərçəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciət ərizəsinə baxılmış və müəssəsinin fəaliyyəti pandemiyadan zərər çəkmiş fəaliyyət növləri siyahısında mövcud olduğundan ərizəsi təmin edilmiş və müəssisə Koronavirus (COVİD- 19) pandemiyasından zərər çəkmiş şəxs kimi tanınaraq Maliyyə Nazirliyinin DXA tərəfındən müvafıq maliyyə yardımı edilmişdir. 60223.85 manat məbləğində pul vəsaiti pandemiyadan zərərçəkmiş muzdlu işçilərin əmək haqları təyinatı adı altında hissə-hissə müəssənin bank hesabına köçürülmüşdür. Pandemiyadan zərərçəkmiş şəxslərə güzəştlərin verilməsi ilə əlaqədar Vergi Məcəlləsinin 222.4 və 222.5-ci maddələrinin 222.5- 222.9-cu bəndi əsas götürülərək X1 5 nömrəli əlavəsinin 2-ci hissəsində 34. VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizi sətrındə göstərilmişdir. Həmçinin 60223.85 manat pul vəsaiti təqdim etdiyi X1 Gəlirlər hissəsində 217.Yuxarıdakı bəndlərdə nəzərdə tutulmayan digər gəlirlər (o cümlədən mənfəət vergisindən azad edilən gəlirlər) sətrində də əks etdirilmişdir. Bir daha qoşma olaraq təsdiqedici sənəd kimi Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət ərizəsi və Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildirişi göndərərək, yuxarıda qeyd edilənlərə uyğun olaraq, 17.06.2021-ci il tarixində şəxsi hesab vərəqində 2020-ci ilin X3 üçün əlavə hesablanan 99325.72 manat vergi məbləğinin azaldılması və qeyd edilənlərin nəzərə alınmasını xahiş etmişdir. Yuxarıda göstərilən 17.06.2021-ci il tarixli, **********421200 saylı vergilərin hesablanması barədə qərarın ləğvi, 2020-ci il vergi dövrü üzrə X3nə kameral vergi yoxlamasının qanunvericilyin tələblərinə uyğun həyata keçirilməsi və şəxsi hesab vərəqəsinə düzəlişin edilməsi barədə Dövlət Vergi Xidmətinə bir çox şikayətlər ünvanlamışlar, lakin bu günədək heç bir tədbir görülməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququ kimi müəyyən edilmişdir. İddiaçı (VÖEN: **********) 2020-ci il üçün X3 üzrə kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin tərkibi araşdırılmışdır. Bildirilmişdir ki, vergi ödəyicisi tərəfindən 2020-ci il üçün təqdim edilmiş X1 “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi” sətrində vergi ödəyicisinin rəqəm göstərməyinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyət ilə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə 27.05.2021-ci il tarixli **********190100 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün X3 üzrə 99325.72 manat əlavə vergi məbləği hesablanmış və bu barədə 17.06.2021-ci il tarixli **********421200 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir. Göstərilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı lazımi qaydada xəbərdar edilmiş, lakin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən iddiaçının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə icraatında tədqiq edilmiş: - Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi tərəfindən verilmiş Kommersiya qurumunun dövlət reyestrindən çıxarışdan görünür ki, təşkilati-hüquqi forması məhdud məsuliyyətli cəmiyyəti olan İddiaçı MMC 21.06.2017-ci il tarixdə qeydiyyata alınmışdır. 23.02.2018-cu il tarixdən qanuni təmsilçisi X2r. - 2020-ci il tarixli Mənfəət vergisinin bəyannaməsindən görünür ki, İddiaçı MMC tərəfindən əsas fəaliyyət növü kodu 22920, adı sair plastik məmulatların istehsalı olmaqla hesabat dövrünün gəlirləri 4,786,917.84 manat, ümumi gəliri 4,848,400.34 manat, hesabat dövründə gəlirlərin əldə edilməsi ilə bağlı xərclər 4,079,206.03 manat, ümumi gəlirdən çıxılan xərclər 4,186,228.82 manat, hesabat dövrü üçün verginin hesablanması ilə bağlı vergitutma məqsədləri üçün mənfəət 662,171.52 manat, mənfəət üzrə azadolmalar və güzəştlər 496,628.64 manat, mənfəət üzrə azadolma, güzəşt və mənfəət hesabına kompensasiya edilən keçmiş illərin zərəri çıxılmaqla vergiyə cəlb olunan mənfəət 165,542.88 manat, mənfəət vergisi 33,108.58 manat bəyan edilmişdir. - Həmin bəyannaməyə 5 №-li əlavədən görünür ki, 35-ci sətirdə VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizinin, yəni 496,628.64 manatın güzəştə aid edilməsi qeyd edilmişdir. - Cavabdeh tərəfindən qəbul edilmiş “Vergilərin, sosial siğorta və işsizlik siğortası haqlarının hesablanması barədə” 17.06.2021-ci il tarixli, **********421200 №-li qərardan görünür ki, vergi ödəyicisi İddiaçı MMC-nin 2020-ci il üçün mənfəət vergisi üzrə 99,325,72 manat əlavə vergi hesablanmışdır. Verginin hesablanmasına əsas kimi vergi ödəyicinin 2020-ci il üzrə təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsinin “VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən təaliyyətlə məşğul olan şəxslərin əldə etdikləri mənfəətin 75 faizi" sətrində rəqəm göstərmələrinə baxmayaraq, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmadığı müəyyən edildiyi üçün kənarlaşma yaranmışdır. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 16.05.2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında bildiriş”dən görünür ki, onun Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətinə baxılmış və onlara ayrılmış vəsait ərizələrində qeyd etdikləri bankdakı hesablarına köçürülmüşdür. Nəzərlərinə çatdırılır ki, muzdlu işçilərə əmək haqqının ödənilməsi məqsədilə müraciət etmiş və müraciəti təmin olunmuş vergi ödəyicələrinin ikinci dəfə müraciət etmələrinə ehtiyac yoxdur, belə ki, proqram təminatı bir aydan sonra avtomatik olaraq ayrılmış vəsaitin ikinci hissəsinin sahibkarın hesabına köçürülməsini təmin edəcəkdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış 21.08.2020-ci il tarixli “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi barədə bildiriş”dən görünür ki, onların Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən İİİ mərhələdə onlara ayrılmış vəsait ərizələrində qeyd etdikləri bankdakı hesablarına köçürülmüşdür. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, təqdim edilmiş sübutları araşdıraraq aşağdakı hüququ əsaslara görə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC 21.06.2017-ci il tarixdə qeydiyyata alınmışdır və əsas fəaliyyət növü sair plastik məmulatların istehsalıdır. İddiaçı MMC tərəfindən cavabdehə 2020-ci il üzrə mənfəət vergisi bəyannaməsi təqdim edilmiş və VM-nin 224.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olan hüquqi şəxslərin əldə etdikləri mənfəətinin 75 faizinin, yəni 496,628.64 manatın güzəştə aid edilməsini əsas götürərək ödənilməli olan mənfəət vergisini 33,108.58 manat qeyd etmişdir. Cavabdeh tərəfindən kameral vergi yoxlaması nəticəsində 2020-ci il üzrə vergi ödəyicisi tərəfindən ödənilməli olan mənfəət vergisinin məbləği 132.434,30 manat müəyyən edilmiş və 99.325,72 manat vergi borcunun olması barədə mübahisələndirilən qərar qəbul edilmişdir. Cavabdeh qərarını iddiaçının Vegi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyətlə məşğul olmaması ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinə görə qanunla müəyyən edilmiş vergilər və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: - 16.1.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. - 23.1-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək, qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək vergi orqanlarının hüquqlarıdır. - 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. - 37.4-cü maddəsinə əsasən kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. - 103.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir. - 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir. - 222.1-ci maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. - 222.2-ci maddəsinə əsasən bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. - 222.4-cü maddəsinə əsasən bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. - 222.5-ci maddəsinə əsasən bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; turoperator və turagent fəaliyyəti; sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; ictimai iaşə fəaliyyəti; sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; idman-sağlamlıq obyektlərinin fəaliyyəti; hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). - 224.1.2.-ci maddəsinə əsasən bu Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə əldə edilən mənfəətin (gəlirin) 75 faizi güzəşt və azadolmalar tətbiq edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, 2020-ci il ərzində ölkə ərazisində Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Operativ Qərargahının müvafiq qərarlarına əsasən Koronavirus (COVİD-19) pandemiyası ilə bağlı xüsusi karantin rejimi üzrə müvafiq məhdudiyyətlər tətbiq edilmişdir. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 8 may 2020-ci il, 90-VİQD№ Azərbaycan Respublikası Qanununu ilə Vergilər Məcəlləsinə “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı 18-ci fəsl əlavə edilmiş və həmin fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. Qanunvericiliyin tələblərindən göründüyü kimi həmin fəsil avtomobil nəqliyyatı vasitələri ilə ölkədaxili (şəhərlərarası və rayonlararası, şəhərdaxili və rayondaxili) sərnişin daşımaları (o cümlədən taksi ilə) fəaliyyəti; yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlərin fəaliyyəti; turoperator və turagent fəaliyyəti; sifarişlər üzrə malların, o cümlədən yeməklərin, ərzaq və qeyri-ərzaq mallarının satıcılardan alıcılara daşınması və (və ya) çatdırılması fəaliyyəti; ictimai iaşə fəaliyyəti; sərgilərin təşkili, səhnə, istirahət və əyləncə (oyun), kinoteatr, teatr, muzey və konsert zallarının fəaliyyəti; idman-sağlamlıq obyektlərinin fəaliyyəti; hazırlıq (tədris) və ixtisasartırma kurslarının, məktəbdənkənar təhsil müəssisələrinin, psixoloji mərkəzlərinin fəaliyyəti; koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) həyata keçirən şəxslərə şamil edilmişdir. “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamına əsasən 2002-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaları (bundan sonra pandemiya) Azərbaycan Respublikasının iqtisasiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirnin azaldılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçü Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 1,0 (bir) milyard manat ayrılmış, pandemiyanın Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün Azərbaycan Respublikası İqtisadiyyat nazirinin rəhbərliyi ilə İççi Qrupu yaradılmış, İşçi Qrupuna 15 gün müddətində pandemiyadan zərər çəkməsi ehtimal olunan iqtisadi fəaliyyət sahələrinin və bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxslərin (bundan sonra – fiziki şəxslər) siyahısını müəyyən etmək üçün müvafiq meyarları təsdiq etmək tapşdırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 04 aprel 2020-ci il tarixli sərəncamı ilə “Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli 1950 nömrəli Sərəncamının 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. X5 iqtisadi fəallığın qorunmasına vergi stimullarının verilməsi istiqamətində Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə (o cümlədən kiçik və orta sahibkarlığa) aşağıdakı vergi güzəştlərinin və tətillərinin verilməsi: vergi ödəyicilərinə mənfəət (gəlir) vergisi və sadələşdirilmiş vergi üzrə müddətli güzəştlərin verilməsi müəyyən edilmişdir. Hazırki iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı MMCnin fəaliyyət növü sair plastik məmulatların istehsalı olmaqla 22260 kodu ilə həyata keçirilən fəaliyyətə aiddir. İddiaçı MMC-nin fəaliyyət növü və kodu müvafiq orqan tərəfindən təsdiq edilmiş “Əmək haqlarının ödənilməsi üçün maliyyə dəstəyi proqramı ilə bağlı pandemiyadan zərər şəkmiş sahələrin iqtisadi fəaliyyət növlərinin” Təsnifatında nəzərdə tutulmuşdur. Bundan əlavə iddiaçının Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciəti səlahiyyətli orqan tərəfindən müsbət həll olunaraq dövlət tərəfindən maliyyə dəstəyi ilə bağlı vəsaitlər onun hesabına köçürülmüşdür. İşin yuxarıda göstərilən xüsusatları belə qənaətə gəlməyə əsas verir ki, İddiaçı MMCnin fəaliyyət göstərdiyi “sair plastik məmulatların istehsalı” sahəsi Koronavirus (COVİD-19) pandemiyasından zərərçəkən fəaliyyət sahəsinə aiddir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı MMC Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən vergi ödəyicisi hesab edildiyindən onun 2020-ci il üzrə əldə edilən mənfəətin (gəlirin) 75 faizini güzəşt və azadolmalara tətbiq etmək hüququ vardır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun - 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. - 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. - 58.1.-ci maddəsinə əsasən inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. - 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, mübahisələndirilən 17.06.2021-ci il tarixli, **********421200 saylı qərar qanunvericiliyin tələblərinin pozulması ilə qəbul olunduğundan “İnzibati icraat haqqında” Qanununun 58.1 və 67.2-ci maddələrinin tələblərinə əsasən qanunsuzdur. Ona görə də iddia tələbi əsaslı sayılmaqla həmin qərar ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. -68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70.1, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş 17.06.2021-ci il tarixli, **********421200 №-li qərar ləğv edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-1556/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1556/2022
01.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver