Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15590/2025 05.02.2026 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “imtina qərarının ləğv edilməsi və əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənova Arzu Mahmud qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “qərarın ləğv edilməsi və əlilliyin müəyyən olunması” tələbinə dair iddiası üzrə inzibati işə 5 fevral 2N26-cı il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsi 29), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1973-cü ildə doğulmuşdur. İddiaçının barəsində Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2NN8-ci il tarixili 299 saylı qərarına əsasən Əzizbəyov RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət keçərkən və xx.xx.2NN7-ci il tarixli xx.xx.2NN7-ci ilə kimi Bakı şəhər 5 saylı klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik - diaqnoz: "Beyin damarlarının revmovaskuliyi, diensefal sindrom, tez tez təkrarlanan vegetativ-damar krizlərlə, Kəllə daxili hipertenziya. Revmatizm, qeyri-aktiv faza.Revmatik poliartrit’, (Bakı ş.Əzizbəyov RHK-nın xx.xx.2NN8-ci il tarixli 21 nömrəli göndərişi, xx.xx.2NN8-ci il tarixli 3/2 nömrəli arayışı, 5 saylı klinik xəstəxanasının verdiyi xx.xx.2NN7-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir. «Xəstəlikdir.. Hərbi Xidmət Dövründə alınmışdır. ». İddiaçıya xx.xx.2N16-cı il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz – Xroniki revmatizm xəstəliyi. Neyrorevmatizm. Beyin damarlarinin revmatik vaskuliti, vegetativ krizlərlə.Nəzərəcarpan asteno nevrotik sindrom. Xoreyanın digər formaları. Dəqiqləşdirilməmiş poliartrit. Revmatik poliartrit Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki revmatizm xəstəliyi. Neyrorevmatizm. Beyin damarlarinin revmatik vaskuliti, vegetativ krizlərlə İddiaçı göndəriş əsasında xx.xx.2N21-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı Bakı Xəzər Tibb Mərkəzinin İNN284N74RJP nömrəli, xx.xx.2N25-ci il tarixli göndərişi əsasında 8.N7.2N25-ci il tarixdə əyani müayinə olunmuş və diaqnoz diaqnozun əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin barəsində qəbul etdiyi “diaqnoz əlillik təyin etməməsi barədə” xx.xx.2N25-ci il tarixli qərarın ləğv edilməsi və ona əyani müayinə olunduğu tarixdən – xx.xx.2N25-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəinə uyğun olaraq, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. (İddia tələbi dəqiqləşdirilmişdir). İşin yuxarıda qeyd edilən hallarına istinadən tələb onunla əsaslandırılmışdır ki, İ Qarabağ müharibəsində iştirak etmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Əzizbəyov RHK 1992-ci ildə hərbi xidmətə çağırılmışdır. xx.xx.1992-xx.xx.1992-ci ilədək N saylı hərbi hissədə Atıcı vəzifəsində, xx.xx.1992-xx.xx.1994-cü ilədək N saylı hərbi hissədə kursant vəzifəsində, xx.xx.1994xx.xx.2NN7-ci ilədək N saylı hərbi hissədə X3 Şturman vəzifəsində xidmətdə olmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2NN8-ci il tarixili 299 saylı qərarına əsasən Əzizbəyov RHK tərəfindən 1992-ci ildə hərbi xidmətə çağırılmış, hərbi xidmət keçərkən xx.xx.2NN7-ci il tarixli xx.xx.2NN7-ci ilə kimi Bakı şəhər 5 saylı klinik xəstəxanasında müayinə və müalicə olunduğu xəstəlik hərbi xidmət dövründə asında aldığı travma - diaqnoz: "Beyin damarlarının revmovaskuliyi, diensefal sindrom, tez tez təkrarlanan vegetativ-damar krizlərlə, Kəllə daxili hipertenziya. Revmatizm, qeyri-aktiv faza.Revmatik poliartrit’, (Bakı ş.Əzizbəyov RHK-nın xx.xx.2NN8-ci il tarixli 21 nömrəli göndərişi, xx.xx.2NN8-ci il tarixli 3/2 nömrəli arayışı, 5 saylı klinik xəstəxanasının verdiyi xx.xx.2NN7-ci il tarixli çıxarış epikrizi ilə təsdiq edilir. (Xəstəlikdir.. Hərbi Xidmət Dövründə alınmışdır.). «Hərbi travmadir. Azərbaycan Respublikasinin müdafiəsi zamani alinmişdir». Bu qərarın əsası Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2N15-ci il tarixli 596 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbi-həkim ekspertizası haqqında Əsasnamənin" 7.2 maddəsinin a) bəndində öz əksini tapmışdır. Bakı şəhər 5 saylı Şəhər Klinik Xəstəxanasının 5543 saylı Çıxarışda və N1N5NN3AAB45 və 1NN284N74RJP saylı Forma 88 saylı TSEK-da göstərilən digər diaqnozlar təyin edilmişdir. Özünü həmin vaxtdan tarixdən narahat hiss edir. Bununla bağlı əvvəllər hərbi hospitalda bir sıra müayinələr almışdır. Bu zaman bir sıra müalicələr də almışdır. Bundan sonra yenidən ağrıları başlamışdır. Bakı şəhər 5 saylı Şəhər Klinik Xəstəxanası tərəfindən Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə göndəriş (Epikriz göndərilmiş və bunun əsasında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona ilk öncə xx.xx.2N21ci il tarixində və daha sonra xx.xx.2N25-ci il imtina verilmişdir. İmtina da onunla əsaslandırılmışdır ki, ona Diaqnoz əlillik əlaməti təyin etməməsi, barədə qərar qəbul edilmişdir. Hesab edir ki, cavabdeh orqanın bu imtina qərarı kifayət qədər əsassızdır. Hazırda aradan keçən müddətdə xəstəliyi daha da kəskinləşmişdir və müalicə ilə bərpa olunması mümkün deyildir. Həmçinin sənədlərdən də göründüyü kimi, indiyə qədər dəfələrlə xəstəliyi ilə bağlı stasionar və ambulator müalicələr almağına baxmayaraq, xəstəlik müalicə olunmamış, əksinə daha da ağır mərhələyə keçmişdir. Buna görə də, hesab edir ki, cavabdeh orqan əlilliyimin ləğv edilməsi tamamilə əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N15-ci il 3N dekabr tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş "Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin aşağıda göstərilən kateqoriyalar üzrə əlillik dərəcəsi təyin edilməli idi: 2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci dərəcə tənəffüs çatışmazlığı ilə J96-J96.9-yə görə ikinci dərəcə əlillik 3.1.44. onurğanın və döş qəfəsinin İİ dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan İll-İV dərəcəli deformasiyaları (.196 3.1.39. dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan. dayanıqlı bərpaolunmazpozulmaları M41-ə görə ikinci dərəcə əlillik. Göründüyü kimi, bədənində vərəm xəstəliyi əsasında 2-ci qrup əlillik təyin edilsə heç bir əsas olmadan əlilliyini ləğv etmişlər.Bu zaman onaməlumat verilməmişdir. Hesab edir ki, onun xəbəri olmadan əlilliyinin ləğv edilməsi inzibati icraat haqqında qanunun müddəlarına ziddir.. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, göndərişin nömrəsi: unikal kod Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: xüsusi Müraciətlərin sayı: xx.xx.2NN8-xx.xx.2NN9 (1 il) İİ dərəcə HXD (TSEK arayışının nömrəsi: N66657); xx.xx.2N14-xx.xx.2N15 (1 il) İİ dərəcə HXD (TSEK arayışının nömrəsi: 469854); xx.xx.2N15-xx.xx.2N16 (1 il) İİ dərəcə HXD; xx.xx.2N16-xx.xx.2N21 (5 il) İİ dərəcə HXD; xx.xx.2N21 DƏƏTE; xx.xx.2N24 GND. Təqdim edilmiş sənəd sayı: 4N Hərbi bilet: Təqdim edilib-ZE №NN36681 Hərbi xidmət illəri: 1992-2NN7 Qərar- MN MHK xx.xx.2NN8-ci il tarixli 299 nömrəli Qərar Obyektiv müayinə: Vətəndaş əsəbilik, başağrıları, qıcolma tutmaları, yüksək arterial təzyiq, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında ay ərzində 5-6 dəfə qıcolma tutmaları olduğunu söyləsə də, təsvir edə bilməmiş, medikamentoz preparatlardan “Eschita”, “Ketilept”, “Depakine”, “Tripliksam” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı arterial təzyiqi dərman fonunda 17N/11N mm cv st kimi müəyyənləşdirilmiş, periferik ödem qeyd edilməmişdir. Nevroloji müayinə: (Zəkiyeva Kimayə)- Vətəndaş tutmaları təsvir etməmiş, bir ay ərzində 5-6 dəfə qıcolma tutmaları olduğunu qeyd etmiş, medikamentoz preparatlardan “Depakine” qəbul etdiyini, dərman qəbulu zaman tutmaları olmadığını bildirmişdir. Oftalmoloq müayinəsi: (İbrahimova Kəmalə) - “Vis OD=N.5 k/e, Vis OS=N.3 k/i N.6. Başlanğıc katarakta. Presbiopiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: Transtorakal Exokardioqrafiya. Qərarın əsaslandırılması: Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, ƏƏSMN tabeliyində DTSERA-da aparılmış transtorakal exokardioqrafiya müayinə nəticəsinə əsasən ürək funksiyasında əlillik təyinatına əsas verə biləcək pozuntu aşkarlanmamışdır (AF (atım fraksiyası)=55%). Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2N22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Cavabdehin nümayəndəsi iddia tələbinə etirazı müdafiə edərək iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçı 1992-ci ildə hərbi xidmətə çağırılmış, hərdi xidmət dövründə xəstəlik keçirmiş və Müdafizə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən qəbul edilmiş qərarda “Xəstəlikdir, Hərbi Xidmət dövründə alınmışdır” kimi qeyd edilmişdir. İddiaçıya xx.xx.2N16-cı il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Diaqnoz – Xroniki revmatizm xəstəliyi. Neyrorevmatizm. Beyin damarlarinin revmatik vaskuliti, vegetativ krizlərlə.Nəzərəcarpan asteno nevrotik sindrom. Xoreyanın digər formaları. Dəqiqləşdirilməmiş poliartrit. Revmatik poliartrit Meyar: 2.2. İkinci dərəcə əlillik => DİGƏR: Xroniki revmatizm xəstəliyi. Neyrorevmatizm. Beyin damarlarinin revmatik vaskuliti, vegetativ krizlərlə Əlillik müddəti qurtardığından iddiaçı göndəriş əsasında xx.xx.2N21-ci il tarixdə Agentlikdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. İddiaçı Bakı Xəzər Tibb Mərkəzinin İNN284N74RJP nömrəli, xx.xx.2N25-ci il tarixli göndərişi əsasında 8.N7.2N25-ci il tarixdə əyani müayinə olunmuş və diaqnozun əlillik əlaməti təyin etməməsi əsas ilə ona əlillik təyin edilməsindən imtina edilmişdir. Həmin göndərişdə iddiaçının Əsas diaqnoz T9N.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri. Ağırlaşma FN7.N Üzvi mənşəli şəxsiyyət pozuntusu, -Üzvi(xidməti vəzifələrini yerinə yetirərkən alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu,koqnitiv funksiyaların enməsi ilə. Ağırlaşma G44.1 Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, Postravmatik xroniki baş ağrısı. Yanaşı xəstəliklər İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beynin xroniki işemiyası. Yanaşı xəstəliklər M54.1 Radikulopatiya M54.1-Çoxsaylı diskopatiyalar. Yanaşı xəstəliklər 11N Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi.İİ mərhələ Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu qeyd olunmuşdur.. Hazırda iddiaçının hüquqi marağı ona, hərbi xidmət dövrü ilə əlaqədar orqanizmin funksiyalarının müvafiq faiz dərəcəsi ilə əlilliyinin müəyyən edilməsinə yönəlmişdir. Cavabdeh isə bildirir ki, iddiaçıda olan diqanoz əlillik əlaməti təyin etmir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N2N-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasına əsasən: 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır (hazırkı redaksiyası: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır.). 1.8. Əlillik Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda nəzərdə tutulan insanın həyat fəaliyyətinin əsas kateqoriyaları və onların məhdudlaşma dərəcələri və “Əlilliyin müəyyən olunması meyarları”na Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə əsasən müəyyən olunur. Həmin Meyarlara əsasən: 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-1NN faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-8N faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-6N faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-1N, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. XBT-1N – xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı, X baxış. Hazırkı işin hallarından müəyyən edillir ki, iddiaçının müraciətinə əsasən Bakı Xəzər Tibb Mərkəzinin İNN284N74RJP nömrəli, xx.xx.2N25-ci il göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz T9N.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri. Ağırlaşma FN7.N Üzvi mənşəli şəxsiyyət pozuntusu, - Üzvi (xidməti vəzifələrini yerinə yetirərkən alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyaların enməsi ilə. Ağırlaşma G44.1 Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, Postravmatik xroniki baş ağrısı. Yanaşı xəstəliklər İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beynin xroniki işemiyası. Yanaşı xəstəliklər M54.1 Radikulopatiya M54.1-Çoxsaylı diskopatiyalar. Yanaşı xəstəliklər 11N Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi. İİ mərhələ Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu qeyd olunmuşdur..” diaqnozları qoyulmuşdur. Cavabdeh həmin göndəriş əsasında iddiaçının əyani müayinəsini aparmış və diaqnozun əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, hazırkı əlilik təyinatı iddiaçının ilkin əlilliyi deyildir. İddiaçı 1992-ci ildə hərbi xidmətdə olan zaman travma almış və həmin tarixdən onda müxtəlif xəstəliklər yaranmışdır. İddiaçıya xx.xx.2N16-cı il tarixdə ilkin qiymətləndirmə nəticəsində 5 il müddətinə hərbi xidmət dövrü ilə əlaqədar ikinci dərəcəli əlillik təyin edilmişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(1N2)-19N8/2N24 nömrəli iş üzrə, xx.xx.2N24-cü il tarixli və 2-1(1N2)-1637/2N24 nömrəli iş üzrə, xx.xx.2N24-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Bundan başqa, cavabdehin xx.xx.2N25-ci il tarixli qərarında qeyd edilmişdir ki, komissiya xx.xx.2N25-ci il tarixində 2N nəfər vətəndaşın müraciətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir. Bakı şəhər sakini xx.xx.1973-cü il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) Göndərişin nömrəsi: unikal kod Rəsmiləşdirilmiş göndərişdə əlillik səbəbi: xüsusi Müraciətlərin sayı: xx.xx.2NN8xx.xx.2NN9 (1 il) İİ dərəcə HXD (TSEK arayışının nömrəsi: N66657); xx.xx.2N14xx.xx.2N15 (1 il) İİ dərəcə HXD (TSEK arayışının nömrəsi: 469854); xx.xx.2N15xx.xx.2N16 (1 il) İİ dərəcə HXD; xx.xx.2N16-xx.xx.2N21 (5 il) İİ dərəcə HXD; xx.xx.2N21 DƏƏTE; xx.xx.2N24 GND. Təqdim edilmiş sənəd sayı: 4N Hərbi bilet: Təqdim edilib-ZE №NN36681 Hərbi xidmət illəri: 1992-2NN7 Qərar- MN MHK xx.xx.2NN8-ci il tarixli 299 nömrəli Qərar Obyektiv müayinə: Vətəndaş əsəbilik, başağrıları, qıcolma tutmaları, yüksək arterial təzyiq, görmə zəifliyindən şikayətlənmişdir. Anamnestik məlumatlarında ay ərzində 5-6 dəfə qıcolma tutmaları olduğunu söyləsə də, təsvir edə bilməmiş, medikamentoz preparatlardan “Eschita”, “Ketilept”, “Depakine”, “Tripliksam” qəbul etdiyini söyləmişdir. Müayinə zamanı arterial təzyiqi dərman fonunda 17N/11N mm cv st kimi müəyyənləşdirilmiş, periferik ödem qeyd edilməmişdir. Nevroloji müayinə: (Zəkiyeva Kimayə)- Vətəndaş tutmaları təsvir etməmiş, bir ay ərzində 5-6 dəfə qıcolma tutmaları olduğunu qeyd etmiş, medikamentoz preparatlardan “Depakine” qəbul etdiyini, dərman qəbulu zaman tutmaları olmadığını bildirmişdir. Oftalmoloq müayinəsi: (İbrahimova Kəmalə) - “Vis QD=N.5 k/e, Vis QS=N.3 k/i N.6. Başlanğıc katarakta. Presbiopiya” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. DTSERA-da aparılmış laborator və İnstrumental müayinələrin adı: Transtorakal Exokardioqrafiya. Qərarın əsaslandırılması: Anamnestik məlumatlarda təsvir etdiyi əlamətlər epitutma üçün xarakterik olmamış, ƏƏSMN tabeliyində DTSERA-da aparılmış transtorakal exokardioqrafiya müayinə nəticəsinə əsasən ürək funksiyasında əlillik təyinatına əsas verə biləcək pozuntu aşkarlanmamışdır (AF (atım fraksiyası)=55%). Qərar: Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2N22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir.. Məhkəmənin xx.xx.2N25-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekpertizası təyin edilərək Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Psixiatrik Ekspertiza Mərkəzinin ekspertlərinə tapşırılmışdır. Məhkəməyə təqdim edilmiş xx.xx.2N25-ci il tarixli, T893/2N25 №-li ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı 23.N5-xx.xx.2N25-ci il tarixlərdə “Xəzər Tibb Mərkəzi” phş-də “Əsas xəstəlik: T9N.5-keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri (xəstənin sözündən). Ağırlaşmalar: G93.4- posttravmatik ensefalopatiya, G44.1-posttravmatik xroniki başağrısı, üzvi (xidməti vəzifələrini yerinə yetirərkən alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyanın enməsi ilə. Yanaşı xəstəliklər: İ67.8- xroniki beyin işemiyası, İlO-hipertoniya xəstəliyi İİ mərhələ, M42- onurğanın yayılmış osteoxondrozu, M54.1-çoxsaylı diskopatiyalar” son klinik diaqnozu ilə müayinə və müalicədə olmuşdur. - vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərinə əsasən əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı “Sumqayıt Tibb Mərkəzi” tərəfindən tərtib edilmiş xx.xx.2N25-ci il tarixli, İNN284N74RJP saylı Forma N88 göndərişində XBT 1N kodu ilə qeyd edilmiş “Əsas diaqnoz:T9N.5kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasının nəticələri. Ağırlaşmalar: FN7.N-üzvi mənşəli şəxsiyyət pozuntusu, üzvi (xidməti vəzifələrini yerinə yetirərkən alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu, koqnitiv funksiyanın enməsi ilə, G44.1-başqa rubrikalarda təsnif olunmayan damar mənşəli başağrısı, posttravmatik xroniki başağrısı. Yanaşı xəstəliklər: İ67.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələn-mələri, beynin xroniki işemiyası, M54.1-radikulopatiya, çoxsaylı diskopati¬yalar, İ1N-essensial (birincili) hipertenziya, hipertoniya xəstəliyi İİ mərhələ, M42-onurğanın osteoxondrozu, onurğanın yayılmış osteoxondrozu” diaqnoz ona stasionarda müayinə və müalicəsi zamanı qoyulmuşdur. - O, hazırda da həmin xəstəliklərdən əziyyət çəkir. - Qeyd edilən diaqnoz xx.xx.2N16-cı ildə təyin edilmiş əlillik zamanı göstərilən diaqnozlarla ümumən eynidir. 4. Vətəndaş İddiaçı adına tərtib edilmiş Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.2NN8-ci il tarixli, 299 nömrəli qərarında qeyd edilmiş diaqnozlarla xx.xx.2N25-ci il tarixli, İNN284N7RJP nömrəli göndərişdə (Forma 88) olan diaqnozlar (həm əsas, həm yanaşı, həm də ağırlaşmalar) arasında birbaşa səbəbli əlaqə vardır. 5. Qəradadın yarımbəndlərindəki hallar meyarlar ilə əlaqədar olduğundan onların həlli məhkəmə-tibb ekspertlərinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydasf’nm 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tibbi-sosial ekspertlərinin səlahiyyətlərinə aiddir. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə aşağıdakı kimi öz əksini tapmışdır:
6. Sinir sistemi xəstəlikləri … 6.1. Başın travmalarının nəticələri - T9N
7. Psixi və davranış pozuntuları … üzvi mənşəli şəxsiyyət pozuntusu - FN7.N
13. Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri … 13.5.1 osteoxondroz М42 Bakı Xəzər Tibb Mərkəzinin İNN284N74RJP nömrəli, xx.xx.2N25-ci il tarixli göndərişi əsasında iddiaçının əlillik vəziyyətinə baxılmış və “Əsas diaqnoz: T9N.5 Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasının nəticələri. Ağırlaşma FN7.N Üzvi mənşəli şəxsiyyət pozuntusu, -Üzvi(xidməti vəzifələrini yerinə yetirərkən alınmış travma nəticəsində) şəxsiyyət pozuntusu,koqnitiv funksiyaların enməsi ilə. Ağırlaşma G44.1 Başqa rubrikalarda təsnif olunmayan damar mənşəli baş ağrısı, Postravmatik xroniki baş ağrısı. Yanaşı xəstəliklər İ67.8 Beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələnmələri, Beynin xroniki işemiyası. Yanaşı xəstəliklər M54.1 Radikulopatiya M54.1-Çoxsaylı diskopatiyalar. Yanaşı xəstəliklər 11N Essensial [birincili] hipertenziya, Hipertoniya xəstəliyi.İİ mərhələ Yanaşı xəstəliklər M42 Onurğanın osteoxondrozu, Onurğanın yayılmış osteoxondrozu” diaqnozları göstərilmişdir. Göründüyü kimi, cavabdehin imtinası əsassızdır. Məhkəmə qeyd edir ki, iddiçıda olan diqanozlar iş materiallarında olan iddiaçıya dair tibbi sənədlərdə və keçirilmiş ekspertiza rəyi ilə öz təsdiqini tapır. Həmin diaqnoz Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2N22-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda əks olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N2)- 921/2N25 nömrəli iş üzrə, xx.xx.2N25-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya şikayətinin məhkəmələr tərəfindən cavabdehin səlahiyyəti ilə bağlı əsassız qərar qəbul edilməsi dəlilinə münasibətdə kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N2)-1428/2N24 nömrəli 2-1(1N2)-1218/2N24 nömrəli, 2- 1(1N2)-1148/2N24 nömrəli, 2-1(1N2)-522/2N24 nömrəli 2-1(1N2)- 2378/2N23 nömrəli qərarları; 2-1(1N2)-2458/2N24 nömrəli 2-1(1N2)-27N2/2N24 nömrəli 2-1(1N2)- 2636/2N24 nömrəli qərardadları) iddiaçının faktiki sağlamlıq vəziyyətinin obyektiv göstəricilər əsasında cavabdeh tərəfindən qiymətləndirilməsi, həm də qiymətləndirmə nəticəsində müəyyən olunmuş xəstəlik və diaqnozun şəxsə əlillik dərəcəsinin təyin olunması üçün qanunvericiliklə tələb olunan xəstəliklərə uyğun gəldiyi təqdirdə, cavabdeh tərəfindən şəxsə əlillik dərəcəsinin təyin edilməsindən imtinası məhkəmə tərəfindən tam şəkildə yoxlanıla bilər. Əlavə olaraq, iddiaçıda olan xəstəliklərin (ağırlaşmaların) əlilliyə əsas verməməsi ilə bağlı cavabdeh orqanın təkrarlanan dəlilinə münasibətdə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(1N2)-1218/2N24 nömrəli, 2- 1(1N2)-764/2N24 nömrəli, 2-1(1N2)- 671/2N24 nömrəli, 2-1(1N2)-437/2N24 nömrəli, 2- 1(1N2)-25NN/2N23 nömrəli, 2-1(1N2)-2378/2N23 nömrəli qərarları; 2-1(1N2)-2458/2N24 nömrəli 2-1(1N2)-2636/2N24 nömrəli 2-1(1N2)-27N2/2N24 nömrəli 2-1(1N2)-295N/2N24 nömrəli 2-1(1N2)-3N98/2N24 nömrəli qərardadları) tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 88-də əks olunmuş xəstəliklərin şəxsdə aşkar edilməsi və həmin xəstəliklərin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3N dekabr 2N15-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də və (və ya) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2N22-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarları”nda əks olunması əlilliyin təyininə hüquqi və faktiki olaraq əsas yaradır. Hazırkı iş üzrə göndərişdə göstərilmiş, apellyasiya məhkəməsinin qərarında sadalanmış iddiaçıya məxsus tibbi sənədlərdə mövcud olan və ekspert rəyində də təsdiqlənmiş diaqnoz əlillik təyinatına əsas verir”. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır;
NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə,
qərara aldı:
İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Zaur İsmayıl oğluna əlillik təyin edilməsindən imtina edilməsinə dair 8.N7.2N25-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı əyani müayinə olunduğu tarixdən – xx.xx.2N25-ci ildən orqanizmin funksiyalarının müvafiq faiz dərəcəinə uyğun olaraq, hərbi xidmət dövrü ilə əlaqədar əlilliyin təyin edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 3N (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 54N-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 3N (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 3N (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Bəhlul Cəlalov