Məhkəmə qərarları › İş №2-1(112)-1560/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1560/2024

02.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1560/2024 02.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi İmranova Zəminə Şahin qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdehin nümayəndələri X4 və X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları

1. İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdehin xx.xx.2023-cü il tarixli **********172547 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb ediməsi haqqında qərarının ləğv edilməsinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Portos“ MMC aidiyyəti üzrə vergi orqanlarında əlavə dəyər vergisinin ödəyicisi kimi xx.xx.2009-cu il tarixdə qeydiyyatdan keçmiş və ********** saylı VÖEN almışdır. “Portos“ MMC faktiki olaraq yaşayış və qeyriyaşayış binalarının tikinti işləri ilə məşğul olmuşdur, heç bir mövcud qanunvericilik və qadağan olunmuş fəaliyyəti yoxdur. “Portos“ MMC-də 2009-cu ildən hal-hazırkı vaxta kimi MMC-in sahibkarlıq fəaliyyəti dövründə bir neçə dəfə səyyar vergi yoxlaması aparılmış və heç bir vergilərin ödənilməsindən yayınma faktları aşkarlanmamışdır. Axırıncı dəfə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək müəssisədə sonuncu mübasiləndirilən səyyar vergi yoxlaması aparılmışdır. Bu səyyar vergi yoxlaması dekabr 2019- noyabr 2022-ci illəri əhatə etmişdir. Vergi yoxlaması təqdim olunmuş ilkin mühasibat sənədləri, memorialorderlər, baş kitab, dövriyyə cədvəlləri və vergilərin hesablanması üçün zəruri sənədlər əsasında aparılmışdır. Yoxlama zamanı müəssisənin faktiki rekvizitləri ilə vergi orqanlarında olan uçot məlumatlarında olan rekvizitlər arasında kənarlaşma aşkar edilməmişdir. Lakin bütün yuxarıdakılara baxmayaraq xx.xx.2023-cü il tarixdə № **********166467 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, bu aktın əsasında xx.xx.2023-cü il tarixli **********172547 saylı Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərar çıxarılmışdır. Yoxlama dövrünə 2019-cu il üçün 289.845,55 AZN mənfəət vergisi və 2020-2021-ci illər üçün 137.641,96 və 89.258,94 AZN əlavə dəyər vergisi, ümumilikdə 516.746,45 AZN və bütün bunlara müvafiq 297.024,01 AZN maliyyə sanksiyası hesablanmışdır. Əslində isə müəssisənin mühasibat sənədlərini vergi qanunvericiliyinə müvafiq olaraq araşdırıb nəzərdən keçirdikdə vergiyə cəlb edilməli olan məbləğin reallığa uyğun olmadığı görsənir. Vergilər hesablanarkən vergitutma bazası, yəni vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyət göstəricələri düzgün araşdırılmamış, faktiki göstəriciləri hansı tarixdə müəyyən olunmuş hesab edilməsi düzgün qiymətləndirilməmişdir. Müəssisəyə əlavə hesablanmış vergilərin əsasını təşkil edən vergitutma obyekti və qaydaları səyyar vergi yoxlaması ilə düzgün müəyyən edilmədiyindən müəssisəyə yoxlama aktı ilə əlavə vergilər vergi qanunvericiliyinə uyğun olmayaraq, qeyri obyektiv, reallıqdan uzaq olaraq hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı müəssisənin fəaliyyəti ilə əlaqədar və götürdüyü digər vergi öhdəlikləri üzrə vergilərin azadılması müəyyən edilməmişdir, çünki bu faktlar heç olmamışdır. İddiaçı MMC-də dekabr 2019- noyabr 2022-ci il tarixədək dövrü əhatə edən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə növbəti səyyar vergi yoxlaması aparılmış və yoxlamanın nəticələri xx.xx.2023-cü il tarixli **********170203 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir. Həmin səyyar vergi yoxlaması aktı qanunvericiliyin tələbləri kobud sürətdə pozulmaqla tərtib edildiyindən həmin aktı imzalamaqdan imtina edilmişdir. Bütün bunlar göstərir ki, vergi ödəyicisi İddiaçı MMC-yə qarşı qərəzli mövqe tutulmuş, ona qarşı ədalətsiz və qeyri qanuni vergilər hesablanmışdır. Heç bir analoji vergi ödəyicisinə və əlaqəli məlumatlara istinad edilməmişdir. Səyyar vergi yoxlaması aktından görsəndiyi kimi əlavə vergilərin hansı mənbəyə istinadən hesablanması öz əksini tapmamışdır. Yoxlamanın aparılma müddətinə də nəzər salsaq bunun prosessual qanun pozuntusu ilə aparılması halı mövcuddur, yəni göründüyü kimi 5 ay ərizində səyyar vergi yoxlaması aparılmışdır. Vergi orqanı tərəfindən yol verilmiş digər nöqsanlar nəzərə alınmasa belə qeyd olunan pozuntu faktı səyyar vergi yoxlamasının nəticələri ilə bağlı qəbul edilmiş məsuliyyət qərarının ləğv edilməsi üçün birbaşa əsasdır. Çünki Vergi Məcəlləsinin 49.5-ci maddəsinə görə vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Təqdim edilmiş səyyar vergi yoxlaması aktı, səyyar vergi yoxlamasının keçirilməsi qaydalarına əməl etmədən və konkret sənədlərə, görülmüş işlərə, çəkilən xərclərə əsaslanmadan vergi məcəlləsinin müddəaları pozulmaqla tərtib edilmişdir. Bundan başqa qeyd etmək zəruridir ki, müəssisə gördüyü işlərə görə əldə etdiyi gəlirdən Vergi Məcəlləsinin tələblərinə uyğun olaraq bütün vergiləri hesablamış və dövlət büdcəsinə ödəmişdir. X6 Baş İdarəsinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı görülmüş işlərə və göstərilmiş xidmətlərə görə çəkilmiş xərclərin düzgün hesablanmadığı, işləri qəbul edən bütün cavabdeh dövlət orqanlarının hesablamalarının səhv aparıldığı iddia edilərək müəssisə tərəfindən işlərin görülməsi üçün alınmış, alınarkən ödənilmiş və əvəzləşdirilmiş ƏDV-lərin bir hissəsi müəssisəyə sanksiya kimi hesablanmışdır. Göründüyü kimi müəssisə tərəfindən ilkin mühasibat sənədlərinin mövcud olmasına baxmayaraq vergi orqanı tərəfindən mənfəət vergisi hesablanarkən Vergi Məcəlləsinin 67-ci maddəsinə istinad edilmədən, yəni müəssisənin əlaqəli məlumatlar vasitəsi ilə mənfəətinin hesablanması yolu ilə deyil bir başa həmin məcəllənin 83.9 maddəsinə istinad edilməklə 20% rentabellik əsasında hesablamalar aparılmışdır. Əslində isə bu günün reallıqları ilə bu qaydada rentabelliklə işləyən heç bir vergi ödəyicisi mövcud deyildir, bu cür mənfəətin əldə edilməsi reallıqdan çox uzaqdır. Bu hissədə əlaqəli məlumatlar və mütəxəssis cəlbetmə yolu ilə real mənfəətin müəyyən edilməsi sadə bir yol olmasına baxmayaraq vergi orqanı qərəzli olaraq müəssisəyə şişirdilmiş mənfəət vergisi çıxarmışdır. ƏDV hissəsində isə vergi orqanı tərəfindən müəssisənin ƏDV-nin böyük əksəriyyətinin dövlət büdcəsinə ödənilməsi, qarşılığında isə həmin mallarınn əksəriyyətinin müəssisənin forma sənədlərinə uyğun olaraq işlədilməsinin uyğunluğu, kəmiyyət və keyfiyyət göstəriciləri, ƏDV-nin eyni işə görə iki dəfə artıq tutulması yoxlamada nəzərə alınmamışdır. Belə ki, müəssisə tərəfindən reallıqda işlərin görülməsi və xidmətlərin göstərilməsi, bunlara müvafiq olaraq dövlət büdcəsinə etdiyi külli miqdarda ödənişlər əsassız olaraq nəzərə alınmamışdır. Müəssisənin çəkdiyi xərclərin obyektiv aparılmamışdır ki, bu da sonda səyyar vergi yoxlama aktında yazılmış böyük məbləğdə mənfəət vergisinin hesablanmasına gətirib çıxarmışdır. ƏDV hissəsində də müəssisə tərəfindən büdcəyə ödənilmiş ƏDV əvəzləşdirilməmiş ƏDV kimi qəbul edilərək yanlış hesablamalar aparılmışdır. Əlbətdə ki, düzgün və qanuni mühasibatlıq ekspertizası həyata keçirilərsə və müəssisənin xərclərinin uçotu qanuna uyğun və ciddi hesabat blankları əsasında aparılarsa səyyar vergi yoxlamasının nəticələri düzgün olmaması öz əksini tapa bilər. Halbuki, səyyar vergi yoxlaması aktında da, göstərildiyi kimi Vergi Məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdır. Yuxarıda qeyd edilənlərdən bir daha aydın olur ki, aparılmış səyyar vergi yoxlamasının nəticələri düzgün deyil və həmin məbləğlər ehtimallara əsasən müəyyən edilmişdir. Vergilər isə ehtimallar əsasında hesablana bilməz. Vergi Məcəlləsinin 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. Həmin məcəllənin 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu məcəllə ilə müəyyən edilməyən, yaxud bu məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz, 3.11-ci maddəsinə əsasən isə vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Yoxlama zamanı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 38-39-cu maddələrinin tələblərinə tam olaraq riayət edilməmişdir, səyyar vergi yoxlanmasının nəticələri rəsmiləşdirilərkən təqdim edilmiş sənədlər tam araşdırılmadığından akt tərtib edilərkən yanlış hesablamalara və maliyyə sanksiyasına yol verilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri

3. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətlərinin cavabdehə təqdim edilməsi barədə sərəncam təqdim edilmiş və iddiaya qarşı yazılı münasibətin (etirazın) bildirilməsi tələb olunmuşdur.

4. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət (etiraz) təqdim edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Etiraza əsasən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli **********166467 nömrəli Qərarına əsasən "PORTOS” MMCdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən (yoxlanılan dövr: xx.xx.2019- xx.xx.2022) növbədənkənar səyyar vergi yoxlaması keçirilmiş və yoxlama zamanı vergidən yayınma hallarının olması öz təsdiqini tapmışdır. Səyyar vergi yoxlaması zamanı MMC-yə Baş İdarənin xx.xx.2022-ci il tarixli **********166523 “Vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” Tələbnamə göndərilmişdir. Tələbnamə müəssisənin direktoru Qanuni nümayəndə təqdim olunmuş, lakin Qanuni nümayəndə səyyar vergi yoxlamasının aparılması zamanı yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin, yəni ilkin mühasibat sənədlərinin olmadığını əsas gətirərək sənədləri təqdim edə bilməyəcəyini bildirmiş və vergi orqanına vergi ödəyicisi tərəfindən heç bir sənəd təqdim edilməmişdir. Bu barədə Vergi Məcəlləsinin 42.2-ci maddəsinə əsasən xx.xx.2023-cü tarixli “Sənədlərin yoxlamaya təqdim edilməməsi barədə” akt tərtib edilmiş və xx.xx.2023-cü tarixdə müəssisnin direktoru Qanuni nümayəndə təqdim edilmişdir. Baş İdarə tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə xx.xx.2023-cü il tarixli **********879000 nömrəli və xx.xx.2023-cüll tarixli **********670800 nömrəli xəbərdarlıq məktubları göndərilmişdir. Vergi ödəyicisinin vergi orqanında olan uçot-baza məlumatlarında, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş bəyannamə məlumatlarında vergi qanunvericiliyin pozulması halları olduğuna, onların öyrənilməsinə əlavə vaxt tələb olunduğuna və bu pozuntuların araşdırılması bilavasitə sənədlərlə (əşyalarla) bağlı olduğuna görə Baş İdarə tərəfindən Vergi Məcəlləsinin 23-cü və 43- cü maddələrində nəzərdə tutulmuş qaydada “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” xx.xx.2023-cü il tarixli **********168123 nömrəli Qərar çıxarılmışdır. Qərarda qeyd edilən sənədlər vergi ödəyicisi tərəfindən yoxlamaya təqdim edilmədiyi üçün Vergi Məcəlləsinin 43.10-cu maddəsinə əsasən “Sənədlərin yoxlamaya təqdim edilməməsi barədə” xx.xx.2023-cü il tarixli akt tərtib edilmiş və aktın bir nüsxəsi xx.xx.2023-cü il tarixdə müəssisənin direktoru Qanuni nümayəndə təqdim edilmişdir. İddiaçı MMC ona məxsus olan və Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında yaşayış binasının birinci mərtəbəsində 676 kv.m qeyri -yaşayış sahəsindən 250 kv.m qeyri -yaşayış sahəsini (obyekti) "xxxx" MMC-yə (VÖEN: **********) xx.xx.2019-cu il tarixli 0719/1 Ne-li İcarə müqaviləsi əsasında xx.xx.2019-cu il tarixdən 1 (bir) il müddətinə xx.xx.2020-ci il tarixədək bir ay üçün 1000 (bir min) manat (ƏDV daxil) olmaqla icarəyə vermişdir. xx.xx.2019-cu il tarixli 0719/1 Nli İcarə müqaviləsinin 2.2-ci bəndinin şərtlərinə əsasən müqavilənin müddəti növbəti il üçün uzadılmış və müqaviləyə xx.xx.2021 -ci il tarixdə xitam verilmişdir. Müəssisənin Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında yaşayış binasının birinci mərtəbəsində 676 kv.m qeyri yaşayış sahəsi (vergi orqanının uçot bazasında icarə obyekti kimi qeydiyyatda olan) Bakı Ağır Cinayətlər Məhkəməsinin 21 dekabr 2021-ci il tarixli 1(101 )-1408/2021 saylı Hökmü ilə əvəzsiz olaraq dövlət nəfinə alınmaqla xüsusi müsadirə edilmişdir. Baxışın nəticəsində xx.xx.2023-cü il tarixli Protokol tərtib edilmişdir. Vergi ödəyicisi tərəfindən 2019cu il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 10886558,78 manat, ümumi gəlirdən çıxılan xərclər 10613021,16 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 247879,0 manat, sosial sığorta haqları 40483,28 manat, xammal və materiallar üzrə 9052214,90 manat, bank xidməti üzrə xərclər 12218,39 manat, bilavasitə mallann təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 1245138,65 manat, gəlirdən çıxılan əmlak vergisi 15086,94 manat, nəticədə vergiyə cəlb olunan mənfəət 273537,62 manat göstərilmiş və 54707,52 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, Vergi ödəyicisi tərəfindən göstərilən tikinti xidməti üzrə təqdim edilən son təhvil-təslim aktı (Forma 2) 2019-cu ilin oktyabr ayında, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaiməfakturalar isə 2019-cu ilin dekabr ayında olduğu halda 2020-ci il, 2021-ci il üzrə mal, iş və xidmətlər üzrə digər şəxslərdən (ayrı-ayrı fiziki və hüquqi şəxslərdən) alışlar olmuşdur. Bununla bağlı MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə qarşılıqlı əlaqələrə dair ilkin sənədlərin (müqavilələr, təhvil-təslim aktları, hesab fakturalar (invoyslar), qaimə- fakturalar, elektron vergi hesab-fakturalari, elektron qaimə-fakturalar, ödəniş sənədləri və s.) təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********809700 nömrəli məktubla Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) X8 (VÖEN: **********) və 'Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" X5 (VÖEN: **********) müraciət edilmişdir. Qeyd edilən müəssisələr tərəfindən təqdim edilmiş sənədlərdə, həmçinin qeyd edilən müəssisələr tərəfindən Baş İdarəyə ünvanlanmış məktublarda İddiaçı MMC-yə xx.xx.2020-ci ildən yoxlama dövrünün sonunadək hər hansı ödəniş edilmədiyi və təhvil-təslim aktı tərtib edilmədiyi bildirilmişdir. Anoloji fəaliyyətlə məşğul olan "xxxx" QSC (VÖEN **********), "HÜNƏR-İNŞAAT" FİRMASİ (VÖEN **********), "xxxx" MMC (VÖEN **********) vergi ödəyiciləri müəyyən edilmişdir. Lakin qeyd edilən vergi ödəyicilərinin iqtisadi göstəriciləri ilə müəssisənin iqtisadi göstəricilərinin, eyni zamanda işçi saylarının və digər göstəricilərin oxşar olmaması müəyyən edilmişdir. Bu səbəbdən, qeyd edilən müəssisələri analoji müəssisə kimi qəbul edib, analoji hesablamaların aparılması mümkün olmamışdır. Bundan başqa digər analoji vergi ödəyicisi tapılmamışdır. Vergi ödəyicisi tərəfindən xərc sənədlərini (o cümlədən mal-materialın hərəkət cədvəli, malmaterialların sərfiyyatı cədvəlləri, mal-materialların daxili hərəkət qaimələri, smeta sənədləri və s.) yoxlamaya təqdim edilmədiyi üçün mənfəət vergisi Vergi Məcəlləsinin 83.9-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 nömrəli (əlavə və dəyişikliklər 4 aprel 2003-cü il tarixli 42 saylı) Qərarına əsasən əsasən şərti rentabellik səviyyəsi 20% götürülərək müəssisənin əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında mənfəəti hesablanmışdır. 2019-cu il üzrə hesablanmış 1722765,34 manat mənfəətdən 344 553,07 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablanmış mənfəət vergisi nəzərə alınmaqla 289845,55 manat (344553,07 - 54707,52) əlavə vergi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2020-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 1550749,56 manat, ümumi gəlirdən çıxılan xərclər 1585725,57 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 155299,00 manat, sosial sığorta haqları 34942,00 manat, Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya 71850,54 manat, maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya 46476,69 manat, təqdim edilmiş əsas vəsaitlərin dəyəri 17490,64 manat, digər xərclər 1259666,70 manat, zərər 34976,01 manat nəticədə vergiyə cəlb olunan mənfəət 0,00 manat və 0,00 manat mənfəət vergisi hesablanmışdır. Vergi ödəyicisi tərəfindən 2021-ci il üzrə təqdim edilmiş mənfəət vergisi bəyannaməsində ümumi gəlir 8785,31 manat, ümumi gəlirdən çıxılan xərclər 795259,24 manat, o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 100473,00 manat, sosial sığorta haqları 20528,18 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 523779,01 manat, Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya 66821,00 manat, maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya 83658,05 manat, zərər 786473,93 manat nəticədə vergiyə cəlb olunan mənfəət 0,00 manat və 0,00 manat mənfəət vergisi hesablanmışdır. Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisinin uçot məlumat bazasına (təqdim edilmiş elektron qaiməfakturlara) əsasən 2020-ci il üzrə 26558,46 manat, 2021-ci il üzrə 0,00 manat gəlirinin olduğu Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrini nəzərə alaraq vergi ödəyicisinin təmir-tikinti ilə əlaqədar iş və xidmətlərin xərc məbləği çıxılmaqla 2020-ci il üzrə 214112,59 manat, 2021 ci il üzrə 221810,58 manat xərcinin olması müəyyən edildi. Qeyd olunanları və Vergi Məcəlləsinin 108-ci və 109-cu maddələrini nəzərə alaraq vergi ödəyicisinin gəlirləri və xərcləri yoxlama ilə aşağıdakı kimi müəyyən edilmişdir: 2020-ci il üzrə vergi ödəyicisinin gəlirləri 26558,46 manat, xərcləri isə 214112,59 manat o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 30100,00 manat, sosial sığorta haqları 7826,00 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 25961,74 manat, binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya 71847,54 manat, maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya 46476,69 manat, təqdim edilmiş əsas vəsaitlərin dəyəri 17492,77 manat, gəlirdən çıxılan əmlak vergisi 14407,85 manat olmaqla, 187554,13 manat zərər və müvafiq olaraq 0,00 manat mənfəət vergisi müəyyən edilmişdir. 2021-ci il üzrə vergi ödəyicisinin gəlirləri 0,00 manat, xərcləri isə 221810,58 manat o cümlədən: əmək haqqı və ona bərabər tutulan ödəmələr 34292,00 manat, sosial sığorta haqları 8915,00 manat, Binalar, tikililər və qurğular üzrə hesablanmış amortizasiya 66821,00 manat, maşınlar və avadanlıq üzrə hesablanmış amortizasiya 83658,05 manat, bilavasitə malların təqdim edilməsi (işlərin görülməsi, xidmətlərin göstərilməsi) ilə bağlı sair xərclər 14863,56 manat, gəlirdən çıxılan əmlak vergisi 13260,97 manat olmaqla, 221810,58 manat zərər və müvafiq olaraq 0,00 manat mənfəət vergisi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən mənfəət vergisinin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldıldığına görə azaldılmış və ya yayındırılmış 289845,55 manat vergi məbləğinin 50 faizi miqdarında, yəni 144922,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama dövrü ərzində vergi ödəyicisi tərəfindən bəyan edilmiş ƏDV-siz dövriyyə 3251492,73 manat, ƏDV məbləği 585268,69 manat, əvəzləşdirilən ƏDV 2884347,0 manat, nəticədə dövlət büdcəsinə hesablanan ƏDV məbləği 519182,46 manat olmuşdur. Yoxlanılan dövr ərzində 2019-cu ilin dekabr ayı üzrə ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə hesablamalar aparılmışdır, belə ki, 2019-cu ilin dekabr ayı üzrə ƏDV bəyannaməsinə kameral vergi yoxlaması ilə aparılmış hesablama ilə həmin ay üzrə ƏDV-siz dövriyyə 3214171,52 manat, əvəzləşdirilən dövriyyə 1478292,0 manat, əvəzləşdirilən ƏDV 266092,56 manat müəyyən edilmiş, lakin aparılan səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin bank hesablarının, ƏDV depozit hesabının mədaxili və məxarici, alınmış elektron qaimə fakturalar araşdırılaraq həmin ay üzrə ƏDV-siz dövriyyə 2675198,73 manat, əvəzləşdirilən dövriyyə 1193933,19 manat, əvəzləşən ƏDV 214907,97 manat olması təsdiqlənmişdir. Bundan başqa 2020-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayı üzrə ƏDV bəyannamələrinə kameral vergi yoxlaması ilə hesablama aparılmış, nəticədə ƏDV-siz dövriyyə 29694,07 manat, əvəzləşdirilən dövriyyə 895845,13 manat, əvəzləşdirilən ƏDV 161195,48 manat müəyyən edilmiş, lakin aparılan səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin bank hesablarının, ƏDV depozit hesabının mədaxili və məxarici, alınmış elektron qaimə fakturalar araşdırılaraq və təmir-tikinti ilə əlaqədar iş və xidmətlərin 2019-cu ilin sonunda yekunlaşdığı üçün həmin aylar üzrə ƏDV-siz dövriyyə 43 363,96 manat, əvəzləşdirilən dövriyyə 150 497,61 manat, əvəzləşən ƏDV 27 089,57 manat olması cari yoxlama ilə təsdiqlənmişdir. 2021-ci ilin yanvar, fevral, mart, aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayı üzrə ƏDV bəyannamələrinə kameral vergi yoxlaması ilə hesablama aparılmış, nəticədə ƏDV-siz dövriyyə 7 627,14 manat, əvəzləşdirilən dövriyyə 510 212,10 manat, əvəzləşdirilən ƏDV 91 838,18 manat müəyyən edilmiş, lakin aparılan səyyar vergi yoxlaması ilə vergi ödəyicisinin bank hesablarının, ƏDV depozit hesabının mədaxili və məxarici, alınmış elektron qaimə fakturalar araşdırılaraq və təmir-tikinti ilə əlaqədar iş və xidmətlərin 2019-cu ilin sonunda yekunlaşdığı üçün həmin aylar üzrə ƏDV-siz dövriyyə 0,0 manat, əvəzləşdirilən dövriyyə 8313,50 manat, əvəzləşən ƏDV 1496,43 manat olması cari yoxlama ilə təsdiqlənmişdir. Aparılmış səyyar vergi yoxlaması nəticəsində vergi ödəyicisinin satış dövriyyəsi vergi ödəyicisinin uçot məlumat bazası əsasında müəyyən edilmişdir. Belə ki vergi ödəyicisi yoxlanılan dövr ərzində Bakı şəhəri, Səbail rayonu, Yeni Salyan yolu 22 ünvanında 17 mərtəbəli 3 bloklu (17 mərtəbə yaşayış) bina tikintisini həyata keçirmişdir. Yoxlama nəticəsində Vergi Məcəlləsinin 166-cı maddəsinin və 175-ci maddəsinin tələbləri nəzərə alınmaqla ƏDV öhdəlikləri araşdırılmışdır. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən əvəzləşdirilən ƏDV-nin elektron qaimə- fakturaları üzrə bank hesabında ödənişləri olmayan hissəsi və həmçinin 2019-cu ilin sonunda təmir-tikinti ilə əlaqədar iş və xidmətlərin yekunlaşdığını nəzərə alaraq 2020-ci və 2021 -ci illər üzrə təmir-tikinti ilə əlaqədar iş və xidmətlərin elektron qaimə-fakturaları əsasında əvəzləşdirilmiş ümumilikdə 275688,71 manat ƏDV məbləği yoxlama ilə əvəzləşdirmədən çıxarılmışdır (cədvəl akta əlavə edilir). Səyyar vergi yoxlaması ilə müəyyən edilmişdir ki, Vergi ödəyicisi tərəfindən göstərilən tikinti xidməti üzrə təqdim edilən son təhvil-təslim aktı (Forma 2) 2019-cu ilin oktyabr ayında, Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə elektron qaimə-fakturalar isə 2019-cu ilin dekabr ayında olduğu halda 2020-ci il, 2021-ci il üzrə mal, iş və xidmətlər üzrə digər şəxslərdən (ayrı-ayrı fiziki və hüquqi şəxslərdən) alışlar olmuşdur. Bununla bağlı MMC-nin xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üzrə qarşılıqlı əlaqələrə dair ilkin sənədlərin (müqavilələr, təhvil-təslim aktları, hesab fakturalar (invoyslar), qaimə- fakturalar, elektron vergi hesab-fakturaları, elektron qaimə-fakturalar, ödəniş sənədləri və s.) təsdiq edilmiş surətlərinin təqdim edilməsi barədə xx.xx.2022-ci il tarixli **********809700 nömrəli məktubla Azərbaycan Dövlət İnformasiya Agentliyi (Azərtac) X8 (VÖEN: **********) və "Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi" X5 (VÖEN: **********) müraciət edilmişdir. Qeyd edilən müəssisələr tərəfindən təqdim edilmiş sənədlərdə, həmçinin qeyd edilən müəssislər tərəfindən Baş İdarəyə ünvanlanmış məktublarda İddiaçı MMC-yə xx.xx.2020-ci ildən yoxlama dövrünün sonunadək hər hansı ödəniş edilmədiyi və təhvil-təslim aktı tərtib edilmədiyi bildirilmişdir. Qeyd olunanlara əsasən 2020-ci il, 2021-ci il və 2022-ci il üzrə alışların təqdimetməsi ilə bağlı sənədlər (təhvil-təslim aktı, forma 2, forma 3, elektron qaimə-faktura və s.) yoxlamaya təqdim edilmədiyini nəzərə alaraq alınmış iş və xidmətlərin ümumilikdə 1531604,33 manat məbləğinin ƏDV əvəzləşdirmələri yoxlama ilə ləğv edilmişdir.

5. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.

6. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndələri yazılı etirazın tələblərinə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdilər.

Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

7. Səyyar vergi yoxlamasının keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli, **********166467 nömrəli qərarından görünür ki, İddiaçı MMC üzrə Vergi Məcəlləsinin 38.3.5ci maddəsinə əsasən dekabr 2019- noyabr 2022 üzrə növbədənkənar vergi yoxlaması təyin edilmişdir.

8. xx.xx.2023-cü il tarixli Səyyar vergi yoxlaması aktından görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2022-ci il tarixli qərarına əsasına vergi ödəyicisi İddiaçı MMC-nin Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi əsasında növbədənkənar səyyar vergi yoxlaması aparılmış, yoxlama xx.xx.2022-ci il tarixdən başlanmış və xx.xx.2023-cü il tarixdə başa çatdırılmışdır.

9. “Vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyin və ya icbari sığorta və sosial sığorta qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçıya 516.746,45 manat əsas vergi borcunun (2019 mənfəət və 2020-2021 ƏDV) və 297.024,01 manat maliyyə sanksiyasının tətbiq edilməsi qərara alınmışdır.

10. Cavabdeh tərəfindən inzibati icraat materiallarının təsdiq edilmiş surətləri məhkəməyə təqdim edilmişdir.

11. Məhkəmənin 2-1(112)-1560/2024 saylı xx.xx.2024-cü il tarixli məhkəmə ekspertizasının təyin edilməsi barədə qərardadının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikasnın Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən 09 avqust 2024cü il tarixli ekspert rəyi təqdim edilmişdir. Təqdim edilmiş ekspert rəyinə əsasən, xx.xx.2023cü il tarixli, **********170203 saylı Səyyar vergi yoxlaması Aktı ilə və həmin akta əsasən tərtib edilmiş, vergi orqanının xx.xx.2023-cü il tarixli **********172547 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb ediməsi haqqında qərarı ilə əlavə hesablanmış vergilərin düzgünlüyü müəyyən olunmur. Hazırkı tədqiqatla səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan ümumi vergilər üzrə yalnız 2019-cu il üzrə mənfəət vergisinin 1862,32 manat məbləğində az hesablanması müəyyən edildi. Göstərilənlərlə yanaşı qeyd edilir ki, tədqiqata təqdim edilmiş sənədlər elektron qaimə fakturalardan, bank çıxarışlarından, ƏDV depozit hesabından, bəyannamələrdən, işlərin-xidmətlərin təhvil təslim aktlarından, müqavilələrdən, VHF-lərdən və s. ibarət olmuşdur ki, həmin sənədlərdə aparılmış əməliyyatlar bir-birini tamamlamışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

İddianın növü və mümkünlüyü

12. Məhkəmə qeyd edir ki, hazırki iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati prosessual qanunvericiliyə əsasən hazırki tələb mübahisələndirmə haqqında iddia növünə aiddir.

13. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktınmübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

14. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd).

15. İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malikdir.

16. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər

17. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2- ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək.

18. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir.

19. İddiaçı cavabdehin xx.xx.2023-cü il tarixli **********172547 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb ediməsi haqqında qərarının ləğv edilməsi ilə bağlı məhkəməyə xx.xx.2023cü il tarixdə müraciət etməklə prosessual müddətə riayət etmişdir.

20. Belə olan halda hazırki iddia mümkünlük şərtlərinə cavab verir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

21. Məhkəmə işdə iştirak edən iddiaçı izahatını dinləyib, iddia ərizəsini araşdıraraq iş üzrə toplanmış sənədləri tədqiq edərək, hesab edir ki, iddia qismən təmin edilməlidir.

22. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərilən qanunvericiliyin normaları ilə əsaslandırır.

23. Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir.

24. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.

25. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

26. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. 27.«İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir.

28. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi mübahisələndirilən qərar əsasında iddiaçıya mənfəət vergisi üzrə əlavə vergi məbləğləri hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri – yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. İddiaçı hesab edir ki, mübahisələndirilən inzibati akt bir çox prosessual əsaslara görə əsassız hesab olunur.

29. Məhkəmə inzibati aktın əsassız olması ilə bağlı aşağıdakiları bildirir.

30. Belə ki, Vergi Məcəlləsinin 38.3.5-ci maddəsi vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədilməsinin (azaldılmasının) əlamətlərinin müəyyən edildiyi hallarda növbədənkənar vergi yoxlamasının keçirilməsinin mümkünlüyünü nəzərdə tutur.

31. Hazırkı iş üzrə isə cavabdeh Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə istinad etməklə növbədənkənar yoxlama aparsa da, mənbəyi bəlli olan hansı məlumatları əldə etdiyi, həmin məlumatların əsaslılığı və mötəbərliliyi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmiş və yoxlamanın qanuniliyini əsaslandırmamışdır. Nəzərə almaq lazımdır ki, növbədənkənar vergi yoxlamasının təyin edilməsi barədə qərar qəbul edərkən cavabdehin sadəcə qanunun konkret normasına istinad etməsi yetərli sayıla bilməz. Hüquqi müəyyənlik prinsipinin tələbləri baxımından cavabdeh istinad etdiyi normada nəzərdə tutulmuş halları və məlumatları açıqlamağa, habelə yoxlamanın başlanılmasını zəruri edən halları və məlumatları öz qərarında əsaslandırmağa borcludur.

32. Qeyd edilməlidir ki, növbədənkənar yoxlamanın aparılması əsaslarının qanunvericiliklə dəqiq və həm də qapalı şəkildə müəyyən edilməsi, bir tərəfdən, sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması, əlverişli investisiya mühitinin yaradılması, sahibkarlıq fəaliyyəti üzərində adminstrativ təzyiqin azaldılması məqsədlərinə, digər tərəfdən isə vergi ödəyicisinin hüquqlarının müdafiəsi məqsədlərinə xidmət edir.

33. Məhz bu baxımdan sahibkarlıq fəaliyyəti subyektlərinə münasibətdə aparılan yoxlamaların əsasları qanunvericiliklə dəqiq tənzimlənmişdir və vergi orqanı inzibati orqan kimi hər bir halda yoxlamanın, xüsusilə də növbədənkənar yoxlamanın keçirilməsi barədə öz qərarını əsaslandırmağa borcludur. Bu zaman həm də nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə ızah etməli, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmalıdır.

34. Belə ki, yuxarıda istinad olunan normaya (VM-nin 38.3-cü maddəsinə) görə növbədənkənar yoxlamanın keçirilməsi ilə bağlı cavabdeh diskresion səlahiyyətə malikdir.

35. Nəzərə almaq lazımdır ki, inzibati orqan diskresion səlahiyyətə malik olduğu hallarda həmin səlahiyyəti qanunvericiliklə, o cümlədən vergi qanunvericiliyi ilə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirməyə borcludur. Hazırkı mübahisəyə münasibətdə diskresion səlahiyyətlərin məhz növbədənkənar yoxlamanın təyin edilməsi qaydasında həyata keçirilməsini, yəni növbədənkənar yoxlamanın keçirilməsini zəruri edən şərtlərin mövcudluğu inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Belə ki, səlahiyyətverici normanın məzmununa görə, cavabdeh belə yoxlamanı keçirə bilər, lakin bunu bütün hallarda və həmişə etməyə borclu deyil. Əgər inzibati orqan növbədənkənar yoxlamanın keçirilməsi barədə qərara gəlmişdirsə, onda VM-nin 38.3-cü maddənin müddəaları baxımından diskresion səlahiyyətindən niyə məhz bu qaydada istifadə etməsini açıqlamaq və əsaslandırmaq öhdəliyi daşıyır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin, o cümlədən də iddiaçının inzibati orqandan diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etmək hüququ vardır. İnzibati orqanların fəaliyyəti üzərində məhkəmə nəzarəti həmin orqanlar, o cümlədən cavabdeh tərəfindən diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsininin yoxlanılmasını da ehtiva edir. İnzibati orqanın diskresion səlahiyyətə malik olduğunu bilmədiyi və ya həmin səlahiyyətdən düzgün istifadə etmədiyi hallarda inzibati orqan tərəfindən qəbul olunmuş qərar qanunsuz hesab olunur.

36. Hazırkı mübahisəyə münasibətdə isə növbədənkənar səyyar vergi yoxlamasının təyin edilməsi və keçirilməsi üzrə inzibati orqanın diskresion səlahiyyətlərindən düzgün istifadə etdiyi, diskresion səlahiyyət əsasında qəbul olunmuş qərarını əsaslandırdığı, yoxlamanın keçirilməsi üçün yuxarıda qeyd olunan əsasların mövcudluğu, həmin əsasların mötəbərliyi və qanuniliyi iş materialları ilə təsdiq olunmur.

37. Bu mənada cavabdeh tərəfindən aparılmış yoxlama iddiaçının sahibkarlıq fəaliyyətinə və konstitusiyanın qoruma sferasına aid olan azad sahibkarlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilməlidir

38. Bundan başqa, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən səyyar vergi yoxlaması “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun tələblərinin pozulması ilə keçirilmişdir.

39. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.2-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar.

40. Eyni Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun (bu Qanunun 3.2-ci, 7.1-7.3-cü, 7.5-7.10-cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına, tikintiyə dövlət nəzarətinin həyata keçirilməsi ilə əlaqədar yoxlamalara və maliyyə bazarları sahəsində aparılan yoxlamalara şamil edilmir.

41. Sadalanan normaların məzmunundan göründüyü kimi, vergi yoxlamaları yoxlamaların vahid məlumat reyestrində qeydə alınmaqla aparılmalı, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq məlumatlar reyestrə daxil edilməlidir.

42. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnamənin 3.4.11-ci yarımbəndinə əsasən yoxlamanın müddəti (başlama və sona çatma tarixləri göstərilməklə) yoxlama ilə bağlı reyestr məlumatlarını təşkil edir.

43. Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən KY221879493 saylı çıxarışdan görünür ki, yoxlamanın başlama tarixi xx.xx.2022, sona çatma tarixi xx.xx.2023 tarixidir. Halbuki, yoxlama xx.xx.2022-ci il tarixində başlasa da, yoxlama müddəti keçdikdən sonra xx.xx.2023cü il tarixində başa çatmışdır.

44. Göründüyü kimi, çıxarışa əsasən yoxlamanın başa çatma tarixi xx.xx.2023-cü il göstərilsə də, faktiki olaraq yoxlama xx.xx.2023-cü il tarixdə başa çatmış, lakin qeyd olunan məlumat vergi orqanı tərəfindən yoxlama ilə bağlı reyestr məlumatlarına daxil edilməmişdir.

45. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək vergi orqanının hüququdur. 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 39.1. Səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank və digər ödəniş hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi.

46. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9-cu maddəsinə əsasən hesablanır. 83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

47. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 / (100 + R)) x R burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür.

48. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir.

49. Hazırki işin hallarından isə görünür ki, cavabdeh iddiaçı barəsində hesablamanın məhz şərti rentabellik normasının tətbiq edilməli olma zərurliyini əsaslandıra bilməmişdir.

50. Digər tərəfdən nəzərə alınmalıdır ki, ekspertiza tədqiqatı zamanı İddiaçı vergi orqanı tərəfindən də təsdiqini tapmış gəlirlərinin 10.336.592,02 manat olduğu, aparılmış tədqiqatla xərclərinin isə 10.053.742,82 manat olduğu (malların və xidmətlərin dəyəri, əmək haqqı və ona bərabər tutulan ödəmələr, gəlirdən çıxılan əmlak vergisi və s. olmaqla), o cümlədən vergiyə cəlb olunan mənfəətin 282849,20 manat, hesablanmalı mənfəət vergisinin 56569,84 manat olduğu, vergi ödəyicisi tərəfindən bəyan edilmiş 54707,52 manat vergi məbləği nəzərə alınmaqla əlavə hesablanmalı mənfəət vergisinin isə 1862,32 manat (56569,84 - 54707,52) olduğu, ƏDV üzrə isə hər hansı vergi öhdəliyinin olmadığını müəyyən etmişdir. Məhkəmə həmin ekspert rəyini məhkəmə tərəfindən qoyulmuş suallara əsaslandırılmış cavab verilməklə tərtib edildiyindən, iş materiallarında olan sənədlərlə hər hansı bir ziddiyyət təşkil etmədiyindən, həmçinin ekspert gəldiyi nəticələri rəyə qoşma şəklində əlavə etdiyi sübutlarla əsaslandırdığından iş üzrə mötəbər sübut qismində qiymətləndirir.

51. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktla ona ümumilikdə 516.746,45 manat əsas vergi borcu hesablanmışdır ki, həmin borcun 1.862,32 manat hissəsi istisna olmaqla digər hissədə borcun hesablanması əsassız olmuşdur.

52. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən mübahisəli qərarların qəbul edilməsi zamanı aparılan inzibati icraat zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyindən (1.862,32 manat hissə istisna olmaqla), bununla da, cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş qərarlar qismən ləğv edilməlidir.

53. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsin əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

54. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

55. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

56. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

57. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

58. Məhkəmə eləcə də qeyd edir ki, iş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişlərdən görünür ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 200 manatdır. Həmin məbləğin iddiaçı tərəfindən ödənilməsi məqsədəmüvafiqdir. 59.Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.

60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

NƏTİCƏ HİSSƏSİ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə

QƏRARA ALDİ:

İddia tələbi qismən təmin edilsin. Cavabdehin xx.xx.2023-cü il tarixli **********172547 saylı vergi ödəyicisinin məsuliyyətə cəlb ediməsi haqqında qərarı qismən – 1.862,32 manat istisna olmaqla, digər hissədə ləğv edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 200 (iki yüzmanat) manat məbləğində pul iddiaçı tərəfindən Məhkəmə Ekspertiza Mərkəzinin (VÖEN **********, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab АZ41 NABZ********************4, SFİFTBİK CTREAZ22, hesab AZ34CTRE**********2088501) xeyrinə tutulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar