Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1561/2022 26.01.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı-İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı "xxxx" kommersiya bankı açıq səhmdar cəmiyyəti inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (bundan sonra mətndə Mərkəzi Bank) qarşı "xxxx" kommersiya bankı açıq səhmdar cəmiyyəti (bundan sonra mətndə "xxxx" KB ASC) üçüncü şəxs, “Bakı Collection Agency” şirkəti isə maraqlı şəxs qismində göstərilməklə “kredit müqaviləsi üzrə qalıq məbləğin restrukturizasiya edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kreditinin qalan hissəsinin restrukturizasiya olunması və Fərmanın qaydalarına uyğun olaraq 5 il müddətinə 1% olmaqla yeni müqavilə bağlanması öhdəliynin cavabdehin üzərinə qoyulmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra İPM) 54-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən kreditinin qalan hissəsinin restrukturizasiya olunan kreditlərin siyahısına daxil edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində göstərmişdir ki, o, xx.xx.2020-ci il tarixdə iddia ərizəsində adları qeyd olunan "xxxx" KB ASC-nin baş ofisinə və “Bakı Collection Agency” şirkətinə rəsmi müraciət edərək, aldığı kredit borcunun restukturizasiya olunması üçün müraciət etməsinə baxmayaraq, hal-hazırki tarixədək qeyd olunan təşkilatlar heç bir iş görməmişlər. Hal-hazırda kreditin ödənilməmiş hissəsinin icrası ilə “Bakı Collection Agency” şirkəti məşğuldur. "xxxx" KB ASC-nin Quba filialı ilə onun arasında bağlanmış xx.xx.2011-ci il tarixli 195 QM/11 saylı kredit müqaviləsinə əsasən istehlak məqsədilə 1500 ABŞ dolları məbləğində kredit almışdır. Qeyd olunan krediti maddi imkanı yaxşı olmadığı üçün, heç bir yerdə işləmədiyinə görə ödəyə bilməmişdir. Sonradan “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanına əsasən "xxxx" KB ASC-nin Quba filialı ilə onun arasında bağlanmış kredit müqaviləsi üzrə qalıq borc hissəsinə restrukturizasiya edilməli olduğu halda, hal-hazırki tarixədək "xxxx" ASC-nin baş ofisinə və yaxud Quba filialına dəvət olunmamışdır. Qeyd etmək istəyi ki, yuxarıda qeyd olunan “Bakı Collection Agency” şirkətinə xx.xx.2020-ci il tarixdə yaxınlaşmışdır və 20 AZN məbələğində pul ödəməklə kreditini yeni müqavilə əsasında restrukturizasiya olunmasını şifahi şəkildə xahiş etmiş, lakin hal-hazıra qədər heç bir nəticəsi olmamışdır. xx.xx.2019-cu il tarixli “fımsa.az” saytından çıxarışdan görünür ki, ona 104,23 manat məbləğində kompensasiya hesablanmış, sərəncamda qalan hissə isə 986,23 manat təşkil edir. “Azərbaycan Kredit Bürosu" MMC-nin xx.xx.2019-cu il tarixli SF-15942 saylı çıxarışından görünür ki, qeyd olunan kompensasiya məbləğinin 118,0 manatı onun digər bankda, yəni "xxxx" ASC-də olan kreditinnə silinmişdir. Ona Azərbacan Respublikası Mərkəzi Bankından 21 yanvar 2021-ci il tarixli göndərilmiş məktuda qeyd olunmuşdur ki, həmin Fərmanın 6.1-ci maddəsinə uyğun olaraq banklarla vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin bağlanılması tövsiyyə olunmuşdur. Həmin Fərmanın tələblərinə görə fiziki şəxslərin banklara olan 10000 ABŞ dollarına qədər xarici valyutada olan əsas kredit borclarının devalivayasiyası ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi gunə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulmuşdur. O, xx.xx.2019-cu il tarixdə Maliyyə Bazarlarına Nəzarət Palatasına yaxınlaşaraq kreditinin restrukurizasiya olunması barədə müraciət etmişdir, həmin təşkilatdan ona “fımsa.az” saytından həmin tarixdə çıxarış verilmiş (Əsas məlumatlar) və çıxarışı hal-hazırki iddia ərizəsinə əlavə edilmişdir. Yəni Fərmana əsasən restrukurizasiya üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Azərbaycan Respublikası Prezidentinin həmin Fərmanının 1 bəndindən görününür ki, 2015-ci ilin fevral ayının 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0.25 manat hesablanması nəzərdə tutulur. İPM-nin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və həmin Məcəllənin 47-ci maddəsinə uyğun olaraq, məhkəmənin xx.xx.2021-ci il tarixli bildirişi ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdeh inzibati orqana və üçüncü şəxsə təqdim edilmiş və cavabdehdən və üçüncü şəxsdən iddia ilə bağlı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Cavabdeh və üçüncü şəxs tərəfindən iddia tələbinə dair yazılı etiraz (münasibət) məhkəməyə daxil olmamışdır. xx.xx.2022-ci il tarixdə keçirilən şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilmiş iddiaçı və üçüncü şəxs müvafqi olaraq məhkəməyə gəlmədiyindən və nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etmədiyindən və gəlmədikləri barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının və üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi X2 izahat verərək, göstərdi ki, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. İş materiallarından göründüyü kimi hazırki iş üzrə iddiaçı ilə "xxxx" KB ASC-nin Quba filialı ilə arasında 195 QM/11 saylı kredit müqaviləsi isə xx.xx.2011-ci il tarixdə bağlanmışdır. Belə olan halda qeyd olunan Fərmanın tələbləri iddiaçıya şamil oluna bilməz. Cavabdehin nümayəndəsi qeyd olunanların nəzərə alınmaqla məhkəmədən iddianın əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Məhkəmə işin materiallarını araşdıraraq, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İPM-nin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İş materiallarında olan; Azərbaycan Kredit Bürosundan çıxarışın surətindən müəyyən olunur ki, "xxxx" KB ASC-nin Quba filialı ilə İddiaçı arasında bağlanmış 195 QM/11 № li xx.xx.2011-ci il tarixli kredit müqaviləsinə əsasən sonuncuya 1500 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçının hazırkı tələblə bağlı müraciətinə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 28 fevral tarixli Fərman (Fərman) imzalanmışdır. Fərmanın 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə 27 mart 2019-cu il tarixində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası" (Qayda) təsdiq edilmişdir Qaydanın 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-dək nəzərdə tutulmuşdur. Həmçinin Fərmanın 6.1-ci bəndinə əsasən banklara vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərlə yeni güzəştli kredit müqaviləsinin (restrukturızasiya) bağlanması tövsiyə edilmişdir. Məhkəmənin müvafiq sorğusuna cavab olaraq "xxxx" KB ASC tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim olunmuş maliyyə arayışlarının surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.2011-ci il tarixli 195QM/11 saylı kredit müqaviləsi üzrə xx.xx.2015-ci il tarixə əsas borc məbləği 2598,18 ABŞ dolları, faiz borcu 370,84 ABŞ dolları, cərimə faizləri 294,66 ABŞ dolları, cəmi 1846,73 ABŞ dolları; xx.xx.2015-ci il tarix əsas borc məbləği 2598,18 ABŞ dolları, faiz borcu 370,84 ABŞ dolları, cərimə faizləri 294,66 ABŞ dolları, cəmi 1846,73 ABŞ dolları; xx.xx.2021-ci il tarixinə əsas borc məbləği 718,95 ABŞ dolları, faiz borcu 282,5 ABŞ dolları, cəmi 1001,45 ABŞ dolları təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına əsasən, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən, hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləği və borcluların siyahısı müəyyən edilməlidir. Bu Fərmanın 1-ci bəndinə əsasən 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 2.1-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi tətbiq olunmalıdır. Həmin Fərmanın 2-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ya ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilməli, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilməlidir. Həmin Fərmanın 7.1-ci maddəsində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına tapşırılmışdır ki, banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17.000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat versin. Həmin Fərmanın 8.6-cı bəndində vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Həmin Fərmanın 8.8-ci bəndində güzəştli kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara banklar tərəfindən illik faiz dərəcəsi 1 faiz, banklara isə Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən illik faiz dərəcəsi 0,1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlər müəyyən edilmişdir. Fərmanın icrası Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasına həvalə olunmuşdur (hazırda Azərbaycan Respublikasının Mərkəzi Bankı). İşin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı ilə ‘'Unibank” KB ASC-nin Quba filialı arasında 95QM/11 kredit müqaviləsi xx.xx.2011-ci il tarixdə bağlanmışdır. Yuxarıda qeyd olunan Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanın 8.6-cı bəndində isə vaxtı keçmiş kredit borcu dedikdə fiziki şəxslərlə 2012-ci il yanvarın 1dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar müəyyən edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. İPM-nin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev
Məhkəmə qərarları › İş №2-1(112)-1561/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1561/2022
26.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver