Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1564/2021 17.08.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanda qeyiyyatda olan), Cavabdehin nümayəndəsi X11 (Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospekti 28 A, 36 ünvanda qeyiyyatda olan) iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “sərəncamın ləğv edilməsi, mənzil növbəsinin bərpa edilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə 163 saylı, xx.xx.2020-ci il tarixli Sərəncamının ləğv edilməsi, iddiaçının iki nəfər ailə üzvü kimi güzəştli mənzil növbəsinin bərpa ounmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli, 163 №-li sərəncamının iddiaçıya və X12 aid hissəsində ləğv olunması və onun və həyat yoldaşının mənzil növbəsinə bərpa olunması vəzifəsinin Cavabdehnə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddaiçı 1966-ci il təvəlüdlü çavuş İddiaçı xx.xx.1999-cu ildən xx.xx.2016-ci il tarixədək hərbçi kimi, Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. “Hərbi Xidmət keçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin “a” bəndinə əsasən (yaşa görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2016-ci il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2016-cı il tarixdən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Yasamal rayon İdarəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu vaxt qüsursuz xidmət etmiş və Müdafiə Nazirinin əmri ilə - Silahlı Qüvələrin 90 illik yubiley medalı, Silahlı Qüvələrin 95 illik yubiley medalı, “Qüsursuz Xidmətə görə “ 2-ci və 3-cü dərəcəli medalları ilə təltif olunmuşam. Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluğ etdiyim müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmamışdır. Ehtiyata buraxıldığdan sonra “Hərbi Qulluqçuların Statusu Haqqında” Azərbaycan Respublikasının Qanunun 12-ci və sair madələrini, Mənzil Məcələsinin müvafiq madələrini rəhbər tutaraq və qanunvericiliyin digər tələbləri əsas gətirərək gələcəkdə yaşayış şəraitini yaxşılaşdırmaq üçün (hərbi quluqçu kimi ona verilən imtiyazlar əsasında) güzəştli mənzil növbəsinə qəbul olunmağına dair Bakı şəhər Yasamal rayon İcra Hakimiyətinə müraciət etmişdir. Bakı şəhər Yasamal rayon icra Hakinıiyətinin tələb etdiyi sənədləri toplayaraq icra Hakimiyyətinə təqdim etdim. Bundan sonra Bakı şəhər Cavabdeh 322 saylı xx.xx.2016-ci il tarixli Sərəncamı ilə iddiaçı 4 nəfər ailə üzvülərilə güzəştli mənzil növbəsinə qeydiyyata alınmışdır. Sonradan Bakı şəhər Cavabdeh 163 saylı xx.xx.2020-ci il tarixli Sərəncamı ilə əsasız səbəblərdən güzəştli mənzil növbəsindən çıxarılmışdır. Bakı şəhər Cavabdeh 163 saylı Sərəncamında qeyd olunur ki, qızları X3 və X4 mülkiyyətində daşınmaz əmlak olduğundan o ailə üzvlərilə birgə güzəştli mənzil növbəsindən çıxarılır. Hesab edir ki, bu Sərəncam tam qanunsuz və əsasızdır. Bununla əlaqədar Bakı şəhər Cavabdehnə müraciət etsə də, Sərəncamda qeyd olunan əsasız səbəblərlə müraciətə cavab verilmişdir. Hazırda təkrar müraciət etmişdir. Göründüyü kimi qanunvericiliyin tələbində hərbi qulluqçuların statusunu təmin etmək sahəsində dövlət orqanlarının, müəssisələrinin, idarələrinin, təşkilatlarının və vəzifəli şəxslərin vəzifəsi və məsuliyyəti qeyd olunmuşdur. Məhkəmənin nəzərinə çatdırır ki, güzəştli mənzil növbəsinə qəbul edilərkən iddiaçı ailə təkibi kimi dörd nəfərlə Bakı şəhər Cavabdehndə güzəştli mənzil qeydiyatına alınmışdır.( özü, iki qızı və həyat yoldaşı.) Qeyd edir ki, müvafiq sənədlər toplananda qızı onlardan ayrı yaşayan X3 mülkiyətində xx.xx.2014-cü ildən ev olması barədə məlumatı Cavabdehnə təqdim etmişlər. (ev 28,5 kv.m ) Sonradan digər qızları 2018-ci ildə ipoteka ilə özünə yaşayış sahəsi 38,3 kv.m olan mənzil almışdır. Hazırda hər iki övladı həddi buluğa çatıb və özlərinə öz vəsaitləri ilə əmlak əldə etmişlər. Birgə qeydiyatda olsalar da ayrı yaşayırlar. Öz mülkiyətlərini özləri idarə edir. Onların evlərinin iddiaçıya və həyat yoldaşına heç bir aidiyatı yoxdur. İddiaçı uzun müddət hərbi xidmət keçmiş, Silahlı Qüvvələrdən tərxis olunmuş, 2-ci qrup əlil, ahıl yaşlı qadın heç bir əmlak mülkiyətçisi kimi qeydiyatda yoxdur. Ailə üzvü olan həyat yoldaşının da adına daşınmaz əmlak yoxdur. Hazırda evsizdirlər. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etirazını məhkəməyə təqdim edərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, idiaçı öz iddiasını onunla əsaslandırır ki, o 1999-2004-ci illər ərzində çavuş kimi hərbi xidmət keçmiş, 17 il boyunca layiqincə vətənə xidmət etmiş, 2016-ci il tarixində Azərbaycan Respublikası Müdafiə Nazirinin əmri ilə “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 157-ci maddəsinin "a” bəndinə əsasən ordu sıralarından tərxis olunaraq ehtiyata buraxılmışdır. xx.xx.2016-ci il tarixdən Azərərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsində hərbi qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmət etdiyi zaman yaşayış sahəsi ilə təmin olunmamışdır. Cavabdeh Başçısının 322 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil- uçot siyahısına daxil edilmişdir. İddiaçı qızları X14 və X5 mülkiyyətində daşınmaz əmlak mövcud olduğundan “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə və Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən Cavabdeh Başçısının 163 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə vətəndaş Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmışdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsini əldə etmişlər, yaşayış sahəsinə ehtiyacı olmayan vətəndaşlar uçotdan çıxarılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin **********52 nömrəli 22 iyun 2020-ci il tarixli arayışına əsasən İddiaçı ailə üzvü, yəni qızı X6m adına Bakı şəhəri Yasamal rayonu X16 küçəsi 61 saylı yaşayış evinin bir hissəsi qeydiyyatdan keçmiş və hal-hazırda mülkiyyətindədir. Qeyd olunanları nəzərə alaraq cavabdeh hesab edir ki, iddiaçının iddiası əsassız olduğundan təmin edilməməlidir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinə və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi X11 etirazda qeyd olunanlara uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən iddiaçını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı N №li hərbi hissə tərəfindən hərbu qulluqçu olması barədə AD seriyalı ******* nömrəli hərbi vəsiqə verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsi tərəfindən verilən 21 avqust 2020-ci il tarixli, 737 №li arayışdan görünür ki, arayış 1966-cı il təvəllüdlü çavuş X1 ondan ötrü verilmişdir ki, o həqiqətən xx.xx.1999-cu ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmişdir. “Hərbi xidmətkeçmə haqqında’’ Əsasnamənin 157-cı maddəsinin “a” bəndinə əsasən (yaşa görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. xx.xx.2016-cı ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon idarəsində hərbi qeydiyyatdadır. İş materiallarında olan nikah haqqında şəhadətnamələrin surətindən görünür ki, X17 ilə X2 xx.xx.1991-ci ildə nikaha daxil olmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən verilən 09 avqust 2016-cı il tarixli, 2288 №li arayışdan görünür ki, arayış ehtiyatda olan çavuş İddiaçı ondan ötrü verilmişdir ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrində qulluq etdiyi müddət ərzində Müdafiə Nazirliyi tərəfindən yaşayış sahəsi ilə təmin olunmayıb. İş materiallarında olan Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 322 №li sərəncamından görünür ki, X2 4 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 2 qızı) Bakı şəhəri, Yasamal rayonu, Ə.Cavad küçəsi, 61 saylı evdə qeydiyyatda olduğu, rayon icra Hakimiyyətinə müraciətində orduda qulluq etdiyini, hazırda isə ehtiyata buraxılaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hərbi qeydiyyatda olduğunu bildirərək, gələcəkdə yaşayış şəraitinin yaxşılaşdırıılması üçün ona verilmiş imtiyazları nəzərə alıb, güzəştli mənzil növbəsinə qəbul olunması üçün sərəncam verilməsini xahiş etdiyini nəzərə alaraq X2 4 nəfər ailə tərkibi ilə (özü, h/yoldaşı, 2 qızı) yaşayış yeri üzrə güzəştli əsaslarla mənzil növbəsinə götürülsün və ehtiyatda olan çavuş kimi mənzil uçot siyahısına daxil edilmişlər. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən 19 iyun 2020-ci il tarixli arayışdan görünür ki, arayış, İddiaçı ondan ötrü verilmişdir ki, Azərbaycan Respublikası üzrə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması ilə bağlı Milli Qeydiyyat sistemində məlumat yoxdur. Arayış Cavabdehnə təqdim olunmaq üçün verilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 3 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evinin ½ pay hissəsi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə X3 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində 155 nömrəli reyestr kitabının 14235 nömrəli vərəqində qeydiyyata alınmışdır. Fərdi yaşayış evinin yerləşdiyi 0,02497 ha torpaq sahəsi dövlət mülkiyyətində olmaqla istifadədədir. Məhkəmə araşdırması zamanı olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən məhkəmənin sorğusuna cavab olaraq ünvanlanan 12 avqust 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində mövcud arxiv materiallarına əsasən İddiaçı və X7 adına qeydiyyata alınmış və hazırda mülkiyyətində olan daşınmaz əmlak aşkar edilməmişdir. Məhkəmə araşdırması zamanı Bakı şəhəri Cavabdeh tərəfindən Bakı şəhəri Cavabdeh xx.xx.2020-ci il tarixli, 163 saylı sərəncamın və həmin sərəncamın qəbul olunmasının əsasını təşkil edən müvafiq sənədlər məhkəməyə təqdim edilmişdir. Məktuba əlavə olunmuş Bakı şəhəri Cavabdeh Başçısının 163 nömrəli, 06 avqust 2020-ci il tarixli "Cavabdeh Başçısının xx.xx.2016-cı il tarixli 322 №li sərəncamının ləğv edilməsi haqqında” Sərəncamının təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh Başçısının 322 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ilə İddiaçı yaşayış yeri üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüşdür və mənzil-uçot siyahısına daxil edilmişdir. İddiaçı qızları X15 və X4 mülkiyyətində daşınmaz əmlak mövcud olduğundan "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən əsasən İddiaçı və onun ailə üzvlərinin Cavabdeh mənzil növbəsindəm çıxarılması məqsədəmüvafiq hesab edilərək, İddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuları güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 322 nömrəli, xx.xx.2016-cı il tarixli sərəncamı ləğv edilmişdir. Cavabdeh tərəfindən təqdim olunan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən Daşınmaz Əmlakın Dövlət Reyestrindən 02 avqust 2016-cı il tarixli arayışdan görünür ki, arayış, X12 ondan ötrü verilmişdir ki, inzibati ərazi vahidi üzrə qeydiyyata alınan Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının qeydiyyat İdarəsinin Arxiv Fondu tərəfindən verilən xx.xx.1998-ci il tarixli Qeydiyyat Vəsiqəsinə əsasən ünvan 3 ünvanda ½ hissədən 2 otaq 3 saylı Asan Xidmətdə qeydə alınmış xx.xx.2014-cü il tarixli bağışlama müqaviləsinə əsasən X8 bağışlanılmış və fərdi yaşayış evinin hazırkı hüquq sahibi X9r. İddiaçı ilə X10 arasında bağlanan xx.xx.2016-cı il tarixli kirayə müqaviləsindən görünür ki, ünvan 4 ünvanında yerləşən iki otaqlı mənzilin 1 otağı İddiaçı kirayəyə vermişdir. İşdə olan iddiaçının şikayət ərizəsinə cavabdeh tərəfindən verilmiş H-113-068 nömrəli, xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçının müraciəti ilə əlaqədar bildirilmişdir ki, iddiaçı Cavabdeh Başçısının 322 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı ilə yaşayış yeriniz üzrə ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil uçotuna götürülmüş və mənzil-uçot siyahısına daxil edildiyi, lakin iddiaçının qızlarının X15 və X4 mülkiyyətində daşınmaz əmlak mövcud olduğundan "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının qanunun 12-ci maddəsinə və Mənzil Məcəlləsinin 55-cı maddəsinə əsasən Cavabdeh Başçısının 163 nömrəli, xx.xx.2020-ci il tarixli Sərəncamı ilə Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarıldığı bildirilmişdir. Məhkəmə aşağıda sadalanan qanunvericilik normalarına əsasən hesab edir ki, cavabdehin imtinasında və etirazında gətirdiyi dəlillər əsassızdır və bu səbəbdən də, iddia təmin edilməlidir. Beləliklə Məhkəmə araşdırması zamanı işin halları ilə müəyyən edilir ki, iddiaçı X2 xx.xx.1999-cu ildən xx.xx.2016-cı ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş,“Hərbi xidmətkeçmə haqqında’’ Əsasnamənin 157-cı maddəsinin “a” bəndinə əsasən (yaşa görə) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2016-cı il tarixli əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır, yəni 15 təqvim ilindən çox hərbi xidmətdə olmuşdur. O, «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununa uyğun olaraq mənzil növbəsinə götürülməsi ilə əlaqədar cavabdeh inzibati orqana müraciət etmiş, Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2016-cc il tarixli 322 nömrəli Sərəncamına əsasən iddiaçı yaşayış yeri üzrə 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, iki qızı) güzəştli əsaslarla mənzil uçotuna götürülmüşdür. Lakin Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2020-ci il tarixli 163 nömrəli Sərəncamına əsasən «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının qanununun 12-ci maddəsinə və Mənzil Məcəlləsinin 55-ci maddəsi əsas gətirilməklə iddiaçı və onun ailə üzvləri Cavabdeh ehtiyatda olan hərbi qulluqçuların güzəştli mənzil növbəsindən çıxarılmış, Cavabdeh Başçısının 322 nömrəli, xx.xx.2016-cı il tarixli Sərəncamı ləğv olunmuşdur. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət və digər əşya hüquqları qeydiyyata alınmamışdır. Hazırda iddiaçı həyat yoldaşıyla birlikdə ünvan 4 ünvanında yerləşən iki otaqlı mənzilin 1 otağında kirayədə yaşayır. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 157-ci maddəsinin «a» bəndinə əsasən yaşa görə — ehtiyatda olmağın son yaş həddinə çatdıqd hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 2-ci hissəsinin birinci abzasına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların qanunvericilikdə nəzərdə tutulmuş qaydada 6 ay müddətinə yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Həmin Qanunun 12-ci maddəsinin 2-ci hissəsinin üçüncü abzasına əsasən yaşa, xəstəliyə, ştatların ixtisarına, ailə vəziyyətinə görə ehtiyata və ya istefaya buraxılmış zabitləri, gizirlər və miçmanları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularını yerli icra hakimiyyəti başçıları mənzillə və ya mənzil olmadıqda müəyyən olunmuş qaydada bələdiyyələr fərdi yaşayış evinin tikintisi üçün pulsuz torpaq sahəsilə ilk növbədə, lakin mövcud qeydiyyat qaydasını nəzərə almaqla seçilmiş yaşayış yerinə onların gəldikləri gündən ən geci 6 ay keçənədək təmin edirlər. Həm də müddətindən artıq xidmət hərbi qulluqçuları göstərilən qaydada mənzillə və ya fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsilə bu şərtlə təmin edilirlər ki, 15 təqvim, ili və daha çox xidmət etmiş olsunlar, Azərbaycan Respublikasının Silahlı Qüvvələri sayının ixtisarı ilə əlaqədar buraxılmış hərbi qulluqçular isə bu şərtlə təmin edilirlər ki, azı 5 təqvim ili xidmət etmiş olsunlar. Bundan ötrü hərbi qulluqçuların yaşa görə buraxılmasına 3 il qalmış, komandanlığın vəsatəti ilə onlar seçdikləri yaşayış yerindəki yerli icra hakimiyyəti başçıları tərəfindən mənzilə və ya bələdiyyələr tərəfindən fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinə ehtiyacı olanların siyahılarına daxil edilirlər. Yerli icra hakimiyyəti başçıları və bələdiyyələr göstərilən hərbi qulluqçuların mənzil və ya torpaq sahəsi almaq üçün uçota götürülməsi barədə komandanlığa 3 ay müddətində məlumat verirlər. Qanunvericiliyin bəhs edilən normalarından görünür ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrində 15 təqvim ili və daha çox xidmət etmiş xidməti mənzillərdə yaşayan və ya yaşayış sahəsi olmayan hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ vardır. Göründüyü kimi, iddiaçıya münasibətdə qanunvericilikdə müəyyən edilmiş bu şərtlər ödənilir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır; 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Qeyd olunanlar iddiaçının həyat yoldaşı ilə birlikdə yaşayış sahəsinə ehtiyacının olduğunu təsdiq edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55-ci maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması halları müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1-ci maddəsinə əsasən aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. Məhkəmə qeyd edir ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçuların yerli icra hakimiyyəti orqanı tərəfindən yaşayış sahəsi və ya fərdi yaşayış evinin tikintisi üçün müəyyən olunmuş qaydada bələdiyyələrdən pulsuz torpaq sahəsi almaq hüququ müəyyən edilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci maddəsinə istinad etməklə iddiaçı və onun ailə üzvlərini güzəştli mənzil növbəsindən çıxartmağda iddiaçı və onun həyat yoldaşına münasibətdə haqlı olmamışdır. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 55-ci maddəsində sadalanan əsasların heç biri iddiaçıya münasibətdə tətbiq edilə bilməz. O cümlədən iddiaçının övladlarının mülkiyətlərində daşınmaz əmlakın olması iddiaçının güzəştli mənzil növbəsindən çıxarılmasına əsas vermir. Belə ki, iddiaçının övladları müstəqil fərd olaraq həddi buluğa çatmış və müvafiq qaydada əmlak əldə etmişlər. Bu halın mövcud olması iddiaçının həyat yoldaşı ilə birlikdə güzəştli mənzil növbəsindən çıxarılmasına əsas sayıla bilməz. Odur ki, məhkəmə qeyd edir ki, qeyd olunan halın iddiaçıya münasibətdə tətbiq olunaraq onun və həyat yoldaşının güzəştli mənzil növbəsindən çıxarılmaları barədə qəbul edilən sərəncam qanunsuz və əsassızdır. Beləliklə, işin müəyyən edilmiş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından hüquqi qiymət verərək məhkəmə qeyd edir ki, inzibati aktın qanuniliyi iki mərhələdə yoxlanılır: 1) formal-hüquqi baxımdan; 2) maddi-hüquqi baxımdan. İnzibati akt qanunda əksini tapan şərtlərə uyğun gəlmirsə, qanunazidd sayılır. İnzibati aktın qanuni hesab edilməsi üçün aşağıdakı şərtlərin mövcudluğu zəruridir: 1. inzibati aktın səlahiyyətli orqan tərəfindən qəbul edilməsi və bu zaman icraat və forma ilə bağlı bütün müddəalara riayət olunması (formal-hüquqi baxımdan qanunilik); 2. İnzibati aktın qüvvədə olan hüquqa uyğun olması. İnzibati orqanın əsaslandığı səlahiyyətverici normanın dispozisiya şərtləri konkret halda mövcud olmalı və inzibati aktın nəticəsi həmin normada nəzərdə tutulmuş nəticə ilə üst- üstə düşməlidir (maddi-hüquqi baxımdan qanunvericilik). İş üzrə mübahisəli sərəncamın - inzibati aktın qanuniliyi formal-hüquqi baxımdan yoxlanılarkən məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, həmin aktda "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci və 61-ci maddələrinin icraatla bağlı tələblərinə əməl olunmamış, inzibati orqan mübahisəli sərəncamın qəbulu zamanı maddi hüquq normalarını düzgün tətbiq etməmiş və bununla bağlı məhkəməyə təqdim dəlilləri də, əsassız olmuşdur. "İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci və 67.2-ci maddələrinə əsasən isə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə, bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdehin imtina etdiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi : İddia tələbi təmin edilsin. Bakı şəhəri Cavabdeh Başçısının Cavabdeh Başçısının 163 №-li, xx.xx.2020-ci il tarixli sərəncamı İddiaçı və X12 aid hissədə ləğv edilsin. İddiaçı və X7 mənzil növbəsinə bərpa olunmaları vəzifəsi Cavabdehnə həvalə edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-1564/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1564/2021
17.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver