Məhkəmə qərarları › İş №2-1(112)-15652/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-15652/2025

24.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-15652/2025 24.12.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi, İslamova Minayə Etibar qızının katibliyi, İddiaçıların qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Təbriz küçəsi 29) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı məcburi köçkün statusunun və məcburi köçkün vəsiqəsinin verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə Füzuli rayonundan məcburi köçkündür. X7 ilə xx.xx.2007-ci il tarixli, 866 nömrəli rəsmi nikah qeydi ilə nikaha daxil olmuşdur. Məcburi köçkün kimi Bakıya gəldikdən sonra ona xx.xx.2025-ci ildə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkün statusu və 522383 saylı vəsiqəsi verildi. Valideyni məcburi köçkün statusuna malik olan şəxslər Bakıda və yaxud respublikanın digər şəhər və rayonlarında anadan olmasına baxmayaraq, məcburi köçkün statusuna malik olduğundan övladın da bu günə kimi məcburi köçkün statuslu sayılıb və nəzərdə tutulan güzəşt və imtiyazlardan istifadə edib. Belə ki, o zamanlar məcburi köçkünlərə verilən güzəştlərdən ailə üzvü kimi onların da adı qeyd edilib və o da istifadə edib, həmçinin məcburi köçkünlərə edilən kommunal güzəştlərlə bağlı siyahıda həmişə onların da adı qeyd edilib və Dövlət Komitəsi də onu da nəzərə alıb. Məcburi köçkünlər Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsini aldıqdan və müvafiq sənədlərlə birlikdə səlahiyyətli orqana təqdim etdikdən sonra onlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. O övladı şəxsiyyət vəsiqəsi ilə təmin olunduqdan sonra onlara köçkün vəsiqəsi almaq üçün cavabdeh orqana müraciət etdi, lakin onlara bu vəsiqənin verilməsindən imtina edildi. Onun qeydiyyatının Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25, mənzil 15 ünvanında, həyat yoldaşının X2 qeydiyyatı isə ünvan 1 ünvanında olduğundan xx.xx.2008-ci il təvəllüdlü övladları İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. O, çaşqın vəziyyətdə qaldı və anlamadı ki, necə yəni valideyni kimi o məcburi köçkün olan uşaq özü köçkün sayılmır?! Sonradan o, hüquqşünasa müraciət etdi və ona bildirildi ki, qanunla oğlu İddiaçı status verilməmək üçün heç bir əsas yoxdur. Bundan başqa qeyd etmək zəruridir ki, onun qeydiyyat ünvanının ünvan 2espublikası Daxili İşlər Nazirliyinin Bakı Qarnizonunda polis mayoru vəzifəsi üzrə 20 ilən artıq fəaliyyət göstərməyindən qaynaqlanır, yəni müvafiq ünvanda qeydiyyatda olmağı xidməti zərurətdən yaranmışdır. İşi tam aydınlaşdırmaq üçün o aşağıdakı kimi Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə aşağıdakı suallarla müraciət etdi: 1- Azərbaycan Respublikasının vətəndaşlarına məcburi köçkün statusu hansı hallarda verilir? 2-Məcburi köçkün statusunun əldə edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada hansı sənədlər tələb olunur? 3. Məcburi köçkün statusu verilməsindən imtinanın əsasları hansılardır? (müvafiq hüquqi akta istinad edilməklə) 4. "məcburi köçkün vəsiqəsi" məcburi köçkün statusunu təsdiqləyən yeganə sənəd sayılırmı? 5. Məcburi köçkün statusunun, eləcə də məcburi köçkün vəsiqəsinin verilməsində hər hansı istisna hal varmı? Əgər varsa, hansı hallar istisna təşkil edir və nəyə əsasən (müvafiq hüquqi akta istinad edilməklə)? Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi sorğunu məktubla cavablandırıb. Sorğuda yuxarıda göstərilən suallara aşağıdakı şifahi cavablar verilib: 1. Məcburi köçkün statusu "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanuna görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxslərə verilir. 2. "Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydalara əsasən məcburi köçkün statusu almaq istəyən şəxs, sakini olduğu rayonun işğalı zamanı həmin rayonda daimi yaşamasını və qeydiyyatda olmasını təsdiq edən sənədləri şəxsiyyət vəsiqəsi, hərbi bilet, işğal zamanı yetkinlik yaşına çatmamış şəxslərin doğum haqqında şəhadətnaməsi, kişilərdə hərbi bilet yoxdursa. Məcburi köşkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsi barədə arayış və işğal zamanı həmin rayonda hərbi qeydiyyatda olması barədə hərbi komissarlıqdan arayış, sakini olduğu rayonun işğalı zamanı ali və ya orta təhsil müəssisələrində təhsil almış şəxslər isə diplomunu təqdim etməlidirlər. Qeyd edirik ki, məcburi köçkün statusu almaq istəyən şəxsdən yuxarıda göstərilən bütün sənədləri təqdim etmək tələb olunmur. Əgər şəxsi sakini olduğu rayonun işğalı zamanı həmin rayonda hərbi qeydiyyatda olması qeyd edilmiş hərbi biletini təqdim edirsə ondan şəxsiyyət vəsiqəsindən əlavə hər hansı sənəd tələb olunmur. Həmçının, həmin şəxs işğaldan əvvəl ailə həyatı qurmuşsa, onun arvadına və uşaqlarına məcburi köçkün statusu verilməsi üçün hərbi biletdən əlavə şəxsiyyət vəsiqələri, nikah barədə şəhadətnamə və uşaqların doğum haqqında şəhadətnamələrini təqdim etməlidir. Lakin şəxs hərbi biletini təqdim etmirsə, onda o məcburi köçkün düşdüyü rayon icra hakimiyyətindən məcburi köçkün düşməsi barədə arayış və işğal zamanı həmin rayonda hərbi qeydiyyatda olması barədə hərbi komissarlıqdan arayış təqdim etməlidir. 3. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair" Qaydalara əsasən məcburi köçkün statusu verilməsi üçün müraciət etmiş şəxs məcburi köçkün düşməsi faktını təsdiq edən yuxarıda qeyd edilmiş sənədləri təqdim etməkdən imtina edərsə, ona məcburi köçkün statusu verilmir. 4. Şəxsə Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən qanunvericiliyə uyğun olaraq verilmiş "məcburi köçkün" vəsiqəsi məcburi köçkün statusunu təsdiq edən yeganə sənəddir. 5. valideyni məcburi köçkün statusunu malik olan şəxslər Bakıda və yaxud respublikamızın digər şəhər, rayonlarında anadan olmasına baxmayaraq, məcburi köçkün statusuna malikdir və onlara şəxsiyyət vəsiqələri aldıqdan sonra məcburi statusunu təsdiq edən vəsiqələr verilir. 6. Qaçqınlara və məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) status sənədlərinin verilməsinə dair Qaydaların 5.2-ci bəndində məcburi köçkün statusunun verilmədiyi hallar öz əksini tapmışdır. Qeyd edilən Qaydaların həmin bəndinə əsasən işğalı zamanı həbsdə, müddətli hərbi xidmətdə olmuş, fərarilik etmiş şəxslərə məcburi köçkün statusu və vəsiqəsi verilmir. Yuxarıda qeyd edilən suallara verilən cavablardan da aydın olur ki, övladına məcburi köçkün statusu və vəsiqəsi verilməməsi üçün heç bir qanuni əsas və səbəb yoxdur. O, Komitəyə yenidən qanunla tələb edilən sənədləri təqdim edərək, ərizə ilə övladına məcburi köçkün statusu və məcburi köçkün vəsiqəsi verilməsini xahiş etdi. Ancaq cavabdeh orqan tərəfindən müraciətinə verilən məktubla status və vəsiqə verilməkdən imtina edildi. Məktubdan da göründüyü kimi əslində övladına məcburi köçkün statusu və vəsiqəsi verilməsi üçün heç bir qanuni əsas yoxdur. Cavabdeh öz məktubunda belə imtinasını əsaslandıracaq heç bir lazımi qanuna istinad edə bilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdehin iddiaya yazılı etirazı məhkəməyə təqdim edilməmiş və bildirilmişdir ki, İddiaçı müvafiq iddia tələbi tam əsassız və qanunsuz olduğundan, həmçinin heç bir etibarlı sübutla öz təsdiqini tapmadığından, məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, İddiaçı atasının “məcburi köçkün vəsiqəsinin verilməsi barədə” Komitəyə daxil olmuş müraciəti Komitənin cavab məktubu ilə cavablandırılaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Hüquqi Aktların Dövlət Reyestrində qeydiyyatdan keçmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinin tələblərinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün statusunu təsdiq edən vəsiqə verilir. Bildiririk ki, sizin qeydiyyatınız ünvan 3 ünvanında, həyat yoldaşınız X2 qeydiyyatı isə ünvan 4 ünvanına olduğundan xx.xx.2008-ci il təvəllüdlü övladınız İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasında məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsi “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununa, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 fevral tarixli 187 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”yə, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 05 iyun 2013-cü il tarixdə qeydiyyatdan keçmiş və Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 1-ci maddəsinə əsasən, məcburi köçkün - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” 21 may 1999-cu il tarixli Qanununun 10-cu maddəsinə əsasən, qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər. Göründüyü kimi, Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görülməkdədir. Xüsusilə vurğulamaq lazımdır ki, müvafiq işlərin təşkili, sistemliliyin və uçotun düzgün aparılmasını təmin edərək, baş verə biləcək bir sıra neqativ halların qarşısını alır. Həmçinin Komitənin sözügedən istiqamətlər üzrə həyata keçirdiyi fəaliyyətlər, işğaldan azad edilmiş ərazilərə köçürülmə prosesinin səmərəli və effektiv təşkili üçün konstruktiv tədbirlərin müəyyənləşdirilməsinə və həyata keçirilməsinə imkan yaradacaqdır. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsi qəbul edir. Qaydaların 3.1-ci bəndinə əsasən, “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi haqqında ərizə və ona əlavə edilən sənədlər Komitəyə təqdim edildikdən sonra Komitə sədrinin və ya onun müavininin dərkənarına əsasən status sənədlərinə baxan aidiyyəti şöbəyə ünvanlanır. Qaydaların 3.3-cü bəndinə əsasən, şəxsə “məcburi köçkün” statusu verilməsi və ya bundan imtina haqqında qərar ərizənin Komitədə qeydə alındığı gündən bir ay müddətində qəbul edilir. Qaydaların 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı atası Qanuni nümayəndə məcburi köçkün statusu və onu təsdiq edən vəsiqəyə malik olaraq ünvan 3 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır, iddiaçının anası X7 isə ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyatdadır. Əlavə olaraq bildiririk ki, X7 məcburi köçkün statusuna və onu təsdiq edən vəsiqəyə malik deyildir. İddiaçı valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon (şəhər) olmadığından və “Bakı şəhəri” olduğundan, Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, ona məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir. Belə ki, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndinə əsasən, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Beləliklə, iddiaçının valideynlərinin yaşayış yeri üzrə qeydiyyat ünvanı işğaldan azad olunmuş rayon olmadığından, Azərbaycan Respublikasının “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Qanununa və “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”a müvafiq olaraq, İddiaçı məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilə bilməz. Məhkəmə iclasında iştirak edən iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə məhkəmə bildirişi ilə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş, iştirak etməməyin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki: -AA seriyalı 522383 nömrəli X4 görünür ki, Qanuni nümayəndə 1982-ci il tarixdən Füzuli rayonundan məcburi köçkündür. Vəsiqə Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən verilmişdir. -AZ-İİ seriyalı 105904 nömrəli Doğum haqqında Şəhadətnaməyə əsasən İddiaçı xx xxx 2008-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 1123 nömrəsi ilə qeyd edilmişdir. Atası Qanuni nümayəndə, anası X3r. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Füzuli Rayon İcra Hakimiyyətinin xx.xx.2025-ci il tarixli 5-43/2-898/2025 nömrəli məktubunda göstərilmişdir ki, İddiaçı və Qanuni nümayəndə Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar 11 nömrəli "Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında qərarına əsasən vahid aylıq müavinət almırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-28978 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1983-cü il təvəllüdlü X9 xx.xx.1999-cu il tarixdən hazıradək Füzuli rayonu, Aybasanlı kəndində, xx.xx.2006-cı il təvəllüdlü X10 xx.xx.2016-cı il tarixdən hazıradək Füzuli rayonu, Aybasanlı kəndində, xx.xx.1986-cı il təvəllüdlü X5 xx.xx.2003-cü il tarixdən hazıradək ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport və Miqrasiya İdarəsinin xx.xx.2025-ci il tarixli 18/2-28678 nömrəli məktubunda göstərilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü Qanuni nümayəndə xx.xx.2001-ci il tarixdən xx.xx.2006-cı il tarixədək Füzuli şəhəri, 28 aprel küçəsi, ev 24-də, xx.xx.2006-cı il tarixdən hazırdək Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25, mənzil 15-də; xx.xx.2008-ci il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixdən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, B. Dadaşov küçəsi, ev 25, mənzil 15-də; xx.xx.1985-ci il təvəllüdlü X7 xx.xx.2003-cü il tarixdən xx.xx.2025-ci il tarixədək Bakı şəhəri, Nərimanov rayonu, B. Dadaşov küçəsi, ev 22, mənzil 5-də, xx.xx.2025-ci il tarixdən hazıradək ünvan 8 (Yeni qaydalarla: ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar. Məhkəmə sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-49427/2025 nömrəli məktubunda göstərilmişdir ki, Qanuni nümayəndə adına Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Hüseynov küçəsi, ev 25, 15 saylı mənzil xx.xx.2012-ci il tarixdə; Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,1220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2014-cü il tarixdə; Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,0400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2022-ci il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. X2 adına Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 67, 69, 14 saylı mənzil xx.xx.2024-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin iddiaçıya ünvanladığı xx.xx.2025-ci il tarixli 3-36-3/2-M-41xx-xx/2025/11562 nömrəli məktubunda bildirilmişdir ki, "Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) "məcburi köçkün" statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar"ın 4.1.6 bəndinin tələblərinə əsasən valideynlərindən atası "məcburi köçkün" statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi nəzərdə tutulmuşdur. Bildiririk ki, sizin qeydiyyatınız Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25, mənzil 15 ünvanında, həyat yoldaşınız X2 qeydiyyatı isə ünvan 8 ünvanında olduğundan xx.xx.2008-ci il təvəllüdlü övladınız İddiaçı məcburi köçkün statusunu təsdiq edən sənədin (vəsiqə) verilməsi imkan xaricindədir. Hazırkı iddia üzrə iddiaçı cavabdehin imtinasını əsassız hesab edir və ona məcburi köçkün statusu və bunu təsdiq edən vəsiqənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını mübahisələndirir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia tələbi düzgün cavabdehə qarşı yönəlmiş və iddiaçı iddia qaldırmaqda iddiaçılar subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Həmin Məcəllənin 38.2-ci maddəsinə görə məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddiaçının tələbi məcburi köçkün statusunun verilməsidir ki, qeyd edilən tələb məcburetmə haqqında iddia növünə aiddir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Beləliklə, iddianın mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə əsasən məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) - Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxsdir. -9-cu maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu vermə və qaçqın statusundan məhrum etmə məsələlərinə dair qərarları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları (““Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti və Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi öz səlahiyyətləri daxilində həyata keçirirlər) qəbul edirlər. -10-cu maddəsinə əsasən qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçməlidirlər. Qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. -12-ci maddəsinə əsasən qaçqın və ya məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində və məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında (08 iyul 1999-cu il tarixli 148 nömrəli Fərmanın 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsi) qeydiyyatdan keçdiyi gündən bir ay ərzində qəbul edir. Göründüyü kimi məcburi köçkün statusu ölkə daxilində köçürülmüş şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. Məcburi köçkün statusunun verilməsi üçün hər hansı bir qaydanın müəyyən edilməsi məqsədilə digər hüquqi aktın qəbul edilməsi bu Qanunda nəzərdə tutulmamışdır. Bunun əksinə olaraq qaçqın statusu verilməsi qaydasının Azərbaycan Respublikası Prezidentinin müvafiq aktı ilə tənzimlənməsi göstərilmişdir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın (dövlət qeydiyyatına 2013-cü ildə **********0001 nömrə ilə alınmışdır) 4.1.6-cı maddəsində nəzərdə tutulmuşdur ki, valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilir. Hazırkı iş üzrə cavabdehin iddiaçıya məcburi köçkün statusu verilməsindən imtinaya əsas kimi adıçəkilən Qaydaların 4.1.6-cı bəndə əsasən iddiaçının anasının yaşayış yeri üzrə qeydiyyat ünvanının işğaldan azad olunmuş rayon (şəhər) olmaması olmuşdur. Məhkəmə cavabdehin qeyd edilən mövqeyi ilə razılaşır Belə ki, hazırkı işin hallarından görünür ki, İddiaçı, atası Qanuni nümayəndə, anası X7 Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25, mənzil 15 ünvanında qeydiyyatdadır. Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 2013-cü il 23 may tarixli 1№-li qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4-cü hissəsinə əsasən: 4.1. “Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilir: 4.1.1.Sakini olduqları rayon işğal olunanadək daimi yaşayış yeri həmin rayon olan Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.2.Sakini olduqları rayon işğal edildikdən sonra birbaşa MDB ölkələrinə gedərək orada müvəqqəti yaşadıqdan sonra Azərbaycan Respublikasına gələrək məcburi köçkün kimi müvəqqəti qeydiyyata düşmüş Azərbaycan Respublikasının vətəndaşlarına; 4.1.3.Sakini olduqları rayon işğal edilənədək daimi yaşayış yeri üzrə həqiqi hərbi xidmətə çağırılmış və işğal zamanı həqiqi hərbi xidmətdə olmuş şəxslərə; 4.1.4.Hərbi qulluğa daxil olmuş və işğal zamanı işğal bölgəsində müddətli hərbi xidmətdə olan işğal edilmiş rayonun sakinlərinə (hərbi xidmətdən tərxis olunduqdan sonra); 4.1.5.Sakini olduqları rayon işğal edilən zaman Azərbaycan Respublikasında və MDB ölkələrində ali, orta-ixtisas və peşə məktəblərində təhsil alan, təhsil müddətində sakini olduğu rayonda daimi yaşadığı ünvandan qeydiyyatdan çıxmadan təhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) müvəqqəti qeydiyyatda olan şəxslərə; 4.1.6.Valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara; 4.1.7.Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmuş rayonun sakini (məcburi köçkün) ilə nikahda olmuş, lakin öz rayonundan pasport qeydiyyatından çıxmayan, işğaldan sonra ərinin yaşayış yeri üzrə qeydiyyata düşmüş qadınlara; 4.1.8.“Məcburi köçkün” statusuna malik olan valideynlərini itirmiş və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış şəxslərə. 4.2.“Məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə aşağıdakı şəxslərə verilmir: 4.2.1.İşğal zamanı həmin rayonlarda işləyən, lakin sakini olduğu işğal olunmamış şəhərdə (rayonda) pasport qeydiyyatında olan şəxslərə. 4.2.2.Məcburi köçkünlüyü yaradan hallardan əvvəl işğal olunmamış şəhər (rayon) sakini ilə nikahda olmuş, lakin sakini olduğu işğal olunmuş rayondan pasport qeydiyyatından çıxmayan qadınlara və onların uşaqlarına. 4.2.3.“Məcburi köçkün” statusu olmayıb, “məcburi köçkün” şəxslə (kişi və ya qadın) nikaha daxil olan şəxslərə. 4.2.4.Sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə. 4.2.5.Sakini olduğu rayonun işğalından sonra “məcburi köçkün” statusu olan şəxslər tərəfindən himayə və qəyyumluğa götürülmüş “məcburi köçkün” statusuna malik olmayan şəxslərə. 4.2.6.“Məcburi köçkün” statusuna malik olan şəxsin mənzil qanunvericiliyinə və ya mülkihüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edərək həmin yaşayış sahəsinə qeydiyyata düşdükdən sonra doğulmuş uşaqlarına. Beləliklə, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.1.6-cı bəndində “valideynlərindən atası “məcburi köçkün” statusuna malik olan və hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon (şəhər) olan, Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlar” məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqəni almaq hüququna malik şəxslər olaraq müəyyən edilmişdir. Qaydaların istinad edilən həmin bəndinə görə, məcburi köçkün statusu və onu təsdiq edən vəsiqə verilməsi üçün 3 əsas müəyyənləşdirilmişdir: 1)valideynlərindən atası “məcburi köçkün” statusuna mailk olsun 2)hər iki valideyninin qeydiyyatı daimi yaşayış yeri üzrə işğal olunmuş rayon(şəhər) olsun. 3)Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış olsun. Beləliklə, iddiaçıya məcburi köçkün verilməsi üçün 3 tələbdən ikisi ödənilir. Belə ki, iddiaçıların atası Qanuni nümayəndə məcburi köçkündür və İddiaçı Azərbaycan Respublikası vətəndaşıdır. Lakin digər tələbə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçıların hər iki valideyni daimi yaşayış yeri üzrə işğal olunmuş rayon üzrə qeydiyyata alınmış şəxs deyillər. İddiaçının özü və valideynləri Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küçəsi, ev 25, mənzil 15 ünvanında qeydiyyatdadır. Başqa sözlə, iddiaçıya qüvvədə olan qanunvericiliyə (məcburi köçkün statusu ilə bağlı cavabdehə müraciət etdiyi vaxt) əsasən hər iki valideyninin qeydiyyatı işğal olunmuş rayon olmadığından onun məcburi köçkün statusu almaq hüququ istisna olunur. Qanunun yuxarıda qeyd edilən 12-ci maddəsinə əsasən məcburi köçkün statusu ölkə daxilində köçürülmüş, daimi qeydiyyatı işğal olunmuş rayon olub, ölkə ərazisində müvəqqəti olaraq məskunlaşmış şəxslərə müvafiq icra hakimiyyəti orqanının qərarı əsasında verilir. Bu statusun verilməsi üçün isə şəxs müvafiq icra hakimiyyəti orqanı kimi Azərbaycan Respublikasının Qaçqınların və X6 üzrə Dövlət Komitəsində qeydiyyatdan keçməli və həmin gündən bir ay ərzində müvafiq qərar qəbul olunmalıdır. İddiaçı özü də Bakı şəhərində qeydiyyatda olmaqla işğal olunmuş rayon sakini hesab edilmir. Bundan əlavə məhkəmə qeyd edir ki, məcburi köçkün statusunun verilməsi onunla bağlıdır ki, onu əldə etmiş şəxs bu qəbildən olan şəxslər üçün müəyyən edilmiş hüquq və vəzifələrin daşıyıcısı olur. Belə ki, istinad edilmiş Qanunun İİ fəsli “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) hüquqi statusu” kimi adlandırılmaqla sadalanmış sonrakı müddəalar bu statusun əldə edilməsi ilə bağlı verilmiş hüquqlara təminatlardan istifadə edilməsini nəzərdə tutmuşdur. O cümlədən, həmin Qanunun 6-cı maddəsində müəyyən olunmuşdur ki, qaçqın və ya məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) statusunu əldə etmiş şəxsə dövlətin təyin etdiyi birdəfəlik və digər yardım almaq hüququ verilmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinin 05 fevral 2002-ci il tarixli 37 nömrəli əmri ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində 15 fevral 2002-ci il tarixdə qeydiyyata alınmış “Məcburi köçkünlərə yemək xərci üçün dövlət büdcəsindən verilən aylıq müavinətin paylanılmasına dair Təlimat”a əsasən yemək xərci üçün verilən aylıq müavinət - dövlət büdcəsi hesabına məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması məqsədilə ödənilən mütəmadi pul yardımıdır. Hazırda bu məsələni tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın 2ci bəndinə əsasən aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir: 2.6. valideynlərdən biri “məcburi köçkün” statusuna malik olmayan uşaqlara.... (....) Hazırkı işdən görünür ki, iddiaçıya və məcvburi köçkün olan atası İddiaçı və atası Məmmədov X1 üçün nəzərdə tutulmuş yemək xərci müavinətini 2017-ci ilin yanvar ayınadək almışlar. 2017-ci ilin yanvar ayından adlarına mənzil olduğundan hər iki şəxsə vahid aylıq müavinətlərin ödənilməsi dayandırılmışdır. Belə ki, iddiaçının atasının adına xüsusi mülkiyyət hüququ ilə Bakı şəhəri, Nərimanov rayonu, Ələsgər Hüseynov küçəsi, ev 25, 15 saylı mənzil, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,1220 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində 0,0400 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, iddiaçının anası X2 adına Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət küçəsi, ev 67, 69, 14 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bununla da mənzil qanunvericiliyinə və ya mülki-hüquqi əqdlərə əsasən ayrıca yaşayış sahəsi əldə edən məcburi köçkün olduğundan ona və övladı olan hazırkı iddiaçı vahid aylıq müavinətin ödənilməsi dayandırılmışdır. Bu isə o nəticəyə gəlmək üçün əsas verir ki, iddiaçı dövlətin təyin etdiyi məcburi köçkün statusundan irəli gələ biləcək yardımları almaq təminatlarının hüquqi əsası aradan qalxmışdır. Başqa sözlə, məcburi köçkün statusunun verilməsi dövlət tərəfindən müvafiq təminat və güzəştlərin verilməsini təmin etdiyi halda, iddiaçının belə bir təminatlardan yararlana bilməsinin əsaslarının aradan qalxması ona məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsini də əhəmiyyətsiz edir və bu statusa olan hüquqi zərurəti aradan qaldırır. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X6 üzrə Dövlət Komitəsinə qarşı “məcburi köçkün statusunu və onu təsdiq edən vəsiqənin verilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar