Məhkəmə qərarları › İş №2-1(112)-1566/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1566/2021

13.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1566/2021 13.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı qeydiyyata alınma tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək özü və ailə üzvlərinin yaşadıqları ünvan 1 ünvanına qeydiyyata alınmaqları barədə qərar qəbul edilməsi və icra edilməsi üçün cavabdehin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı, yetkinlik yaşına çatmayan qızı X2 və oğlu X4 Bakı şəhəri, Nərimanov rayonu, X12 küçəsi, məhəllə 945, ev 33, mənzil 168 ünvanına qeydiyyata alınmaları öhdəliyinin Nərimanov rayon Polis İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1969-cu ildə Lənkəran rayonunda anadan olmuşdur. Ailəsi 4 nəfərdən: ondan, arvadı - 31.08.1983-cü ildə anadan olmuş X5, qızı - 11.08.2004-cü ildə anadan olmuş X6 və oğlu - 22.12.2007-ci ildə anadan olmuş X3 ibarətdir. 26.11.2010-cu il tarixdə o, ünvan 4 ünvanda yerləşən, “xxxx MTK” tərəfindən inşa olunmuş yaşayış binasında yerləşən 107 kvadrat metr sahəli 2 otaqlı mənzili almışdır və həmin vaxtdan ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Yaşadığı gündən başlayaraq onlar övladları ilə birlikdə həmin mənzildə yaşayır və mənzilə dair kommunal ödənişləri həyata keçirirlər. Bu barədə şirkət və onun arasında 26.11.2010-cu il tarixli müqavilə bağlanmişdir. Bakı şəhəri Nərimanov rayonu, Həsən Əliyev küçəsi,33, mən.168 ünvanda yerləşən mənzilə dair “xxxx” Mənzil-Tikinti Kooperativinə mənzilin dəyərinin tərəfindən tam ödənilməsini həmin şirkət tərəfindən verilmiş 26 noyabr 2010-cu il tarixli 01/26 saylı maliyyə arayışı təsdiq edir. Lakin bina şirkət tərəfindən dövlət orqanlarına təhvil verilmədiyi üçün alqı-satqını notariat qaydasında qeydiyyata aldıra bilməmişlər və buna görə həmin mənzilə dair reyestrdən çıxarış alınmamışdır. Həmin ünvana qeydiyyata alınmağı üçün o, Nərimanov RPİ-nə ərizə ilə müraciət etmişdir. Lakin 26.08.2020-ci il tarixli məktubla ona rədd cavabı verilərək bildirilmişdir ki, dövlət reyestrindən çıxarış olmadığı üçün onun pasport qeydiyyatına aılnmağı mümkün deyildir. Beləliklə o və onun ailə üzvləri təxminən 10 ilə yaxındır yaşadıqları mənzilə qeydiyyata düşə bilmirlər. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh Bakı şəhəri Nərimanov rayon Polis İdarəsi məktubla məhkəməyə müraciət edərək məhkəmə iclaslarının onların səlahiyyətli nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikası vətəndaşının AA******* saylı şəxsiyyət vəsiqəsinin notarial qaydada təstiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1969-cü il tarixdə doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AA0245956 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 31.08.1983-cü il tarixdə doğulmuşdur. - Lerik rayon vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İİ 014820 nömrəli, 29.07.2002-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında 29 iyul 2002-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 186 № ilə qeyd edilmişdir. - Azərbaycan Respublikası vətəndaşının AA1444075 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 11.08.2004-cü il tarixdə doğulmuşdur. - Lerik rayon vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İİ 876560 nömrəli, 27.04.2012-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası X5 olan X6 11.08.2004-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. - Azərbaycan Respublikası vətəndaşının AZE 12671477 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 22.12.2007-ci il tarixdə doğulmuşdur. - Lerik rayon vətəndaşlıq vəziyyəti aktları qeydiyyatı şöbəsi tərəfindən verilmiş AZ-İİ 054271 nömrəli, 28.01.2008-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, atası İddiaçı, anası Tahirova Vüsalə Həndəm qızı olan X7 22.12.2007-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - Satıcı “xxxx” MTK-nln sədri X8 ilə alıcı İddiaçı arasında bağlanmış 26.11.2010-cu il tarixli müqavilənin surətindən görünür ki, satıcı Bakı şəhəri İcra Hakimiyyəti Başçısının layihələndirilməsi və tikintisinə icazə verilməsi 19.03.2003-cü il tarixli, 126 saylı sərəncamına əsasən Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 33 küçəsində inşa edilən 18 mərtəbəli «xxxx» MTK yaşayış binasının 2-ci blok, 16-cı mərtəbə, 2 otaq, mənzil 168, sahəsi 107 m2 olan mənzilin fərdi yaşayış evini alıcıya satmışdır. - “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən verilmiş 01/26 №-li, 26.11.2010-cu il tarixli maliyyə arayışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Həsən Əliyev 33 küçəsində inşa edilən 18 mərtəbəli «xxxx» MTK-nın yaşayış binasının 2-ci blok, 16-cı mərtəbə, mənzil 168, sahəsi 107 m2 olan mənzilin dəyərini vətəndaş İddiaçı tam ödəmişdir. - “xxxx” Mənzil-Tikinti Kooperativinin 05.04.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ailə üzvləri, yoldaşı X5, qızı X6, oğlu X7 ilə birlikdə “xxxx” MTK tərəfindən inşa olunmuş ünvan 7 ünvanda yaşayırlar. - Bakı şəhər Nərimanov rayon Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış 26.08.2020-ci il tarixli, 07819656C nömrəli məktubundan görünür ki, ünvan 9 ünvanına ailə üzvlərini ilə birlikdə qeydiyyata alınmağına Azərbaycan Respublikasının “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanununun 5-ci maddəsinin tələblərinə əsasən müvafiq sənədlərlə (dövlət reyestrindən çıxarış, icarə-kirayə müqaviləsi, yaşayış sahəsi verən şəxsin razılıq ərizəsi və s.) birlikdə RPİ-nin QMB-nə müraciət etməlidir. Qanunda qeyd olunan sənədlərdən hər hansı təqdim edilmədikdə onun qeyd olunan ünvana tərəflərindən qeydiyyata alınmağı qanuna müvafiq deyildir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı “xxxx” MTKdan aldığı ünvan 10 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Hazırda iddiaçı yaşadığı həmin ünvan üzrə özünün və yetkinlik yaşına çatmayan qızı və oğlunun qeydiyyata alınmasını istəyir. İddiaçının qeydiyyata alınmağını istədiyi və yaşadığı ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasa da, həmin ev faktiki olaraq mövcud olmaqla yaşayış sahəsi kimi istifadə olunur. Azərbaycan Respublikası Konstitusiyasının: -24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. -28-ci maddəsinə görə qanuni surətdə Azərbaycan Respublikasınıın ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. - 52-ci maddəsinə görə Azərbaycan dövlətinə mənsub olan, onun siyasi və hüquqi bağlılığı, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikası vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə görə fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə görə Azərbaycan Respublikası vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Müvafiq dövlət orqanı vətəndaşı dərhal qeydə almalı və ona 10 gün müddətində «Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq olaraq şəxsiyyət vəsiqəsi verilməlidir. Yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün vətəndaş ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 1.1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. - 1.2-ci maddəsinə görə bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. - 12.2-ci maddəsinə görə (bərabərlik prinsipi) inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. - 15-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədi ilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. - 24-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. - 28.1-ci maddəsinə görə inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: fiziki və ya hüquqi şəxsin ərizəsi, inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi, inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin - 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. - 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının yaşadığı mənzillə bağlı order, kirayə müqaviləsi və ya mülkiyyət hüququnu təsdiq edən sənəd təqdim edilməsə də iddiaçı və onun yetkinlik yaşına çatmayan uşaqları faktiki olaraq həmin mənzildə yaşadığından, eləcə də bununla bağlı mübahisəli hal mövcud olmadığından (bu barədə məhkəməyə məlumat verilməmişdir) iddiaçının və onun yetkinlik yaşına çatmayan uşaqlarının həmin ünvana qeydiyyata alınmaması barədə cavabdehin imtinası əsassızdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin edilməklə, İddiaçı, yetkinlik yaşına çatmayan uşaqları X2 və X4 ünvan 7 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdehə həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı, yetkinlik yaşına çatmayan X2 və X4 ünvan 7 ünvanına qeydiyyata alınması vəzifəsi cavabdeh Bakı şəhəri, Nərimanov rayon Polis İdarəsinə həvalə edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar