Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1568/2020 26.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Bakı İnzibati Məhkəməsinin hakimi Hacıbəyova Miminat Tacib qızı, iddiaçı X2 Təsərrüfatı LTD” MMC-nin cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Departamenti üçüncü şəxs qismində göstərilməklə “cavabdehin xx.xx.2019cu il tarixli, 5/Kol-408-18 saylı məktubun verilməsində ifadə olunan hərəkətlər qanunsuz hesab edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi rəisinin xx.xx.2018-ci il tarixli, 63/ü saylı əmri hazırki iş üzrə iddiaçıya aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsinin geri qaytarılmasına dair iddiaçının ərizəsinə məhkəmənin binasında baхaraq, müəyyən еtdi: İddiaçı “X2 Təsərrüfatı LTD” MMC cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Departamenti üçüncü şəxs qismində göstərilməklə “cavabdehin xx.xx.2019-cu il tarixli, 5/Kol-408-18 saylı məktubun verilməsində ifadə olunan hərəkətlər qanunsuz hesab edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi rəisinin xx.xx.2018-ci il tarixli, 63/ü saylı əmri hazırki iş üzrə iddiaçıya aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı sonradan məhkəməyə ərizə ilə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsi və ona əlavə edilən sənədlərin geri qaytarılması barədə iddiaçının nümayəndəsinin ərizəsi təmin olunduğu halda iddiaçının iddia ərizəsinə baxılması qeyrimümkün olur və iddiaçı məhkəmə icraatından yayınmış olur. Azərbaycan Rеspublikasının İnzibati-Prоsеssual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baхmayaraq, iddiaçı 30 gündən çох müddət ərzində ardıcıl оlaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia gеri götürülmüş sayılır. Bеlə hallarda məhkəmə iddianın gеri götürülmüş sayılması barədə qərardad qəbul еdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı X2 Təsərrüfatı LTD” MMCnin cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Departamenti üçüncü şəxs qismində göstərilməklə “cavabdehin xx.xx.2019cu il tarixli, 5/Kol-408-18 saylı məktubun verilməsində ifadə olunan hərəkətlər qanunsuz hesab edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi rəisinin xx.xx.2018-ci il tarixli, 63/ü saylı əmri hazırki iş üzrə iddiaçıya aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 35-ci, 55-ci, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı X2 Təsərrüfatı LTD” MMC-nin cavabdeh AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi və AR Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1 Departamenti üçüncü şəxs qismində göstərilməklə “cavabdehin xx.xx.2019-cu il tarixli, 5/Kol-408-18 saylı məktubun verilməsində ifadə olunan hərəkətlər qanunsuz hesab edilməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi rəisinin xx.xx.2018-ci il tarixli, 63/ü saylı əmri hazırki iş üzrə iddiaçıya aid hissədə ləğv edilməsi” barədə iddia ərizəsi iddiaçının vəsatəti əsasında gеri qaytarılsın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə)şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1568/2020
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1568/2020
26.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver