Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1568/2021 29.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X11 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X6 iştirаkları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikası Maliyyə Nazirliyi 3-cü şəxs qismində cəlb olunmaqla “dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilməsi” tələbinə dair inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi : İddiaçı X7 cаvаbdеh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən AR Silahlı Qüvvələrində N0 təqvim ilindən çox qüsursuz xidmət etməyi səbəbindən onu dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi öhdəliyinin AR MN-nin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ərizə ilə AR MN-nin Hüquq İdarəsinə elektron qaydada müraciət edərək dövlət hesabına mənzillə təmin olunmağında köməklik göstərilməsini xahiş etmişdir. AR MN-nin Hüquq idarəsinin rəisi Emin Əzimzadənin imzası ilə 01 may N0N0-ci il tarixli 11/N715 saylı cavab məktubu ilə ona məlumat verilmişdir ki, müraciətinə baxılmış, müvafiq qərar qəbul edilməsi üçün aidiyyəti üzrə AR MN-nin Maliyyə-İstismar İdarəsinə göndərilmişdir. AR MN-nin Maliyyə-İstismar İdarəsinin rəisi Fikrət Mirzəyevin imzası ilə N4 iyul N0N0-ci il tarixli NN85 saylı cavab məktubu ilə ona bildirilmişdir ki, o, Tərtər Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunduğu üçün onun dövlət vəsaiti hesabına mənzillə təmin olunmağı AR Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 saylı Fərmanının təsiri xaricindədir. N5 iyun N004-cü il tarixdə Qüsursuz Xidmətə Görə3-cü dərəcəli medalla, N4 iyun N013-cü il tarixdə Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medalla, N6 iyun N015-ci il tarixdə Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli təltif olunmuşdur. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin edilməsi xahiş edilmişdir. İddiaçının nümayəndəsi və vəkili 14.10.N0N0-ci il tarixdə məhkəməyə daxil olmuş ərizəsində iddia ərizəsində dəqiqləşmə apararaq K.S.Seyidəliyevin dövlət vəsaiti hesabına mənzillə təmin olunacaq şəxslər siyahısına salınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə icraata qəbul edilmiş və iş materiallarına əlavə edilmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunması” tələbinə dair iddia ərizəsi əsassızdır, qanunsuzdur və aşağıdakı səbəblərə görə mümkün sayıla bilməz: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə Azərbaycan Respublikası Prezidentinin N8.1N.N011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən: “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N0 təqvimi ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuları dövlət vəsaiti hesabına mənzillə təmin edilsinlər”. İddiaçının xidməti isə qüsursuz sayılmadığından mənzillə təmin olunacaq hərbi qulluqçuların siyahısına daxil edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin N8.1N.N011-ci il tarixli, 569 nömrəli Fərmanının 1-ci hissəsinə uyğun olaraq dövlət vəsaiti hesabına mənzillərlə təmin olunan hərbi qulluqçuların siyahısını hazırlamaq, tələb olunan mənzillərin sayını və bölgüsünü müəyyən etmək məqsədi ilə Komissiya yaradılmışdır. Tərtər Hərbi Məhkəməsinin N6.07.N005-ci il tarixli hökmü ilə X7 AR CM-nin 331.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib, barəsində AR CMnin 6N.1-ci maddəsi tətbiq olunmuşdur.Yuxarıda qeyd edilənlərə əsasən iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “dövlət vəsaiti hesabına mənzillə təmin olunması” tələbinə dair iddia ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 14 oktyabr N0N0-ci il tarixli N-1(11N)-6178/N0N0 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. İnzibati iş üzrə 05.03.N0N1-ci il tarixə təyin edilmiş məhkəmə iclasında iddiaçının arvadı İddiaçı nümayəndəsi və vəkili Vəkil ərizə təqdim edərək, İddiaçı mərhum əri X3 vəfat etməsi səbəbindən onun iddiaçının prosessual hüquqi varisi qismində kimi tanınmasını xahiş etmiş, nikah bağlanması haqqında şəhadətnaməni, ölüm haqqında şəhadətnaməni təqdim etmişdir. Bakı İnzibati Məhkəməsinin 13.04.N0N1-ci il tarixli N-1(11N)-1568/N0N1 nömrəli qərardadı ilə X3 ölümü ilə əlaqədar İddiaçı onun prosessual hüquq varisi qismində tanınmışdır. İş üzrə şifahi məhkəmə baxış iclası N9 sentyabr N0N1-ci il tarixə təyin olunmuşdur. Üçüncü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinə şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 6N-ci maddəsinin tələblərini rəhbər tutaraq, üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi E.Quliyeva təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək hesab edir ki, iddia təmin edilməlidir. İddianın mümkünlüyü : İddia mümkün iddiadır. Belə ki, iddiaçı baxılan işdə iddianın ümumi mümkünlük şərtləri mövcuddur. Yəni iddia inzibati mübahisədir və ona baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İnzibati Prosessual Məcəllənin 1.1, N.1, 3.1 və 8.1.4-cü maddələri). İddiaçı İnzibati Prosessual Məcəllənin N.N.3-cü maddəsində nəzərdə tutulmuş iddianı qaldırmışdır. Çünki iddiaçı Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N8 avqust tarixli 136 nömrəli qərarı ilə inzibati orqan kimi təsnif olunmuş cavabdehin üzərinə inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi öhdəliyinin qoyulmasını xahiş edir. Məhkəmə-Hüquq Şurasının 14 noyabr N019-cu il tarixli, 4 nömrəli qərarına əsasən cavabdeh inzibati orqanın yerləşdiyi ərazi vahidi Bakı İnzibati Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və cavabdeh Bakı şəhərində yerləşdiyindən, iddiaçı doğru olaraq Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Baxılan işdə həm də iddianın xüsusi mümkünlük şərti mövcuddur. Belə ki, iddiaçı əvvəlcə eyni məzmunlu tələblə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən müraciəti təmin edilməmişdir. Öhdəliyin icrası növündə iddianın qaldırılması üçün qanunvericilikdə müddət məhdudiyyəti yoxdur. İddianın əsaslılığı: İddia mahiyyəti üzrə əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır: İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən N4.07.N0N0-ci il tarixli S- 8661 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən 04 may 1974-cü ildə Azərbaycan Respublikası, Xaçmaz rayonunda anadan olmuş X3 məhkumluğu yoxdur. - Tərtər Hərbi Məhkəməsi tərəfindən Azərbaycan Respublikası Silahlı Qüvvlərin Baş Kliniki Hospitalın rəisi tibb xidməti mayoruna ünvanlanmış 11 sentyabr N014-cü il tarixli N541 nömrəli məktubdan görünür ki, X1 Hərbi Məhkəməsinin N6 iyul N005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.1-ci maddəsi tətbiq olunaraq Cinayət Qanununun 44-cü maddəsinə əsasən şərti maliyyə vahidi məbləğinin üç yüz misli miqdarında cərimə cəzasına məhkum edilmiş, X3 hökmünün icrası N saylı hərbi hissə komandanlığına həvalə edilmiş, N saylı hərbi hissənin verdiyi N9 sentyabr N005-ci il tarixli 1N56 saylı məktubundan görünür ki, X3 barəsindəki Tərtər Hərbi Məhkəməsinin N6 iyul N005-ci il tarixli hökmü N9 sentyabr N005ci il tarixdə icraya yönəlmiş, N saylı hərbi hissənin verdiyi N iyun N013-cü il tarixli 1609 nömrəli məktubundan görünür ki, X4 Tərtər Hərbi Məhkəməsinin N6 iyul N005-ci il tarixli hökmü ilə təyin olunmuş şərti maliyyə vahidi məbləğinin üç yüz misli miqdarında cərimə cəzasının 330 (üç yüz otuz) manatı onun pul təminatından tam tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülmüşdür.Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.N-ci maddəsinə əsasən X7 ona təyin olunmuş cərimə cəzasını ödəyib qurtardığı gündən bir il keçdiyindən onun məhkumluğu göstərilən hökm üzrə ödənilmişdir. - X4 məxsus vəsiqələrin surətlərindən görünür ki, o, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 047t №-li N5 iyun N004-cü il tarixli əmrilə Qüsursuz Xidmətə Görə 3-cü dərəcəli medalı ilə, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 088t №-li N4 iyun N013-cü il tarixli əmrilə Qüsursuz Xidmətə Görə” N-ci dərəcəli medalı ilə təltif olunmuş və Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə nazirinin 059t №-li N6 iyun N015-ci il tarixli əmrilə Qüsursuz Xidmətə Görə” 1-ci dərəcəli medalı ilə təltif olunmuşdur. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi tərəfindən verilmiş EZ ******* nömrəli hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X7 01.08.199N-ci il tarixdən N8.1N.N016-cı il tarixədək hərbi xidmət keçmişdir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən X4 ünvanlanmış N4.06.N0N0-ci il tarixli NN85 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanının icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələrində N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi nəzərdə tutulmuşdur.Məlumat üçün bildirirəm ki, Siz Tərtər Hərbi Məhkəməsi tərəfindən cinayət məsuliyyətinə cəlb olunmusunuz. Odur ki, Sizin dövlət vəsaiti hesabına mənzillə təminatınız Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanının təsiri xaricindədir. - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənzil-İstismar İdarəsi tərəfindən X4 ünvanlanmış N1.08.N0N0-ci il tarixli 3117 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrində N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların dövlət vəsaiti hesabına mənzillə təmin edilməsinə baxılır.Azərbaycan Ordusunda həqiqi hərbi xidmət dövründə, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin xidməti Azərbaycan Respublikası Müdafiə nazirinin N1 feval N018-ci il tarixli 63 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzillə təmin olunmaları üçün Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir.Azərbaycan Ordusunda həqiqi hərbi xidmət dövründə, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanına əsasən dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi barədə müsbət qərar qəbul edildiyi təqdirdə Sizə əlavə məlumat veriləcəkdir. İşin faktiki hallarından görünür ki, XN dövlət vəsaiti hesabına mənzillə təmin olunan şəxslər siyahısına salınması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması tələbi ilə məhkəməyə iddia ərizəsi ilə müraciət etmiş, lakin iddiaçı məhkəmə icraatı gedişində vəfat etmişdir. İddiaçının arvadı İddiaçı X3 prosessual hüquqi varisi qismində tanınmasına dair ərizə ilə məhkəməyə müraciət etmiş və məhkəmə tərəfindən İddiaçı prosessual hüquqi varis qismində tanınmışdır. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 1N-ci maddəsinin 10-cu bəndinə əsasənhərbi qulluqçuların, həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin və ailə üzvlərinin bu maddədə nəzərdə tutulan mənzil hüquqları pozulduqda onların hüququ var ki, qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı iddia ilə məhkəməyə, hərbi idarəetmə orqanlarına və ya başqa dövlət orqanına müraciət etsinlər. Həmin Qanunun N1-ci maddəsinin hərbi qulluqçu ailələrinin sosial müdafiə hüququndan bəhs edir. Həmin maddənin 5-ci bəndinə əsasənhərbi qulluqçu və yahəqiqihərbi xidmətdən buraxılmış şəxs həlak olduqda (vəfat etdikdə) onun ailəsi istifadə etdiyi güzəştlərə hüququnu saxlayır, bu şərtlə ki, Azərbaycan Respublikasının qanunvericiliyində başqa hal nəzərdə tutulmasın. İşin faktiki hallarından görünür ki, keçmiş hərbi qulluqçu X7 “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli Fərmanının ona şamil olunmasını xahiş etmiş, cavabdeh tərəfindən iddiaçının N0 ildən çox xidmət etməsi mübahisələndirilməmiş, lakin “Azərbaycan Ordusunda həqiqi hərbi xidmət dövründə, eləcə də ehtiyata (istefaya) buraxıldıqdan sonra hərbi xidmət dövrünə dair məhkəmə hökmü çıxarılmış və ödənilmiş hərbi vəzifəlilərin xidməti Azərbaycan Respublikası Müdafiə nazirinin N1 feval N018-ci il tarixli 63 nömrəli əmri ilə yaradılmış komissiya tərəfindən qüsursuz hesab edilmədiyindən onların adlarının dövlət vəsaiti hesabına mənzillə təmin olunmaları üçün Maliyyə Nazirliyinə göndəriləcək siyahılara əlavə edilməməsi qənaətinə gəlinmişdir” əsası ilə iddia tələbindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mərhum X1 Hərbi Məhkəməsinin N6 iyul N005-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 331.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti etməkdə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 6N.1-ci maddəsi tətbiq olunaraq Cinayət Qanununun 44-cü maddəsinə əsasən şərti maliyyə vahidi məbləğinin üç yüz misli miqdarında cərimə cəzasına məhkum edilmiş, Tərtər Hərbi Məhkəməsinin N6 iyul N005-ci il tarixli hökmü N9 sentyabr N005-ci il tarixdə icraya yönəlmiş və Tərtər Hərbi Məhkəməsinin N6 iyul N005-ci il tarixli hökmü ilə təyin olunmuş şərti maliyyə vahidi məbləğinin üç yüz misli miqdarında cərimə cəzasının 330 (üç yüz otuz) manatı onun pul təminatından tam tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülmüşdür. Ona görə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.N-ci maddəsinə əsasən X7 ona təyin olunmuş cərimə cəzasını ödəyib qurtardığı gündən bir il keçdiyindən onun məhkumluğu göstərilən hökm üzrə ödənilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən, şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinin tələbinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Qanunvericilyin yuxarıda qeyd olunan müddəalarından göründüyü kimi, məhkumluqla bağlı olan bütün hüquqi nəticələr - şəxsin cinayət törətməsi, törətdiyi əmələ görə cəza təyin olunması, onun məhkum olunması məhkumluğun ödənilməsi ilə aradan qalxmış olur. Başqa sözlə, həmin şəxs cinayət törətməmiş hesab olunur. Belə olan halda XN əvvəllər məhkum olması səbəbi ilə hərbi xidmət dövrünün qüsurlu olması barədə cavabdehin etirazı əsaslı hesab oluna bilməz. Həmçinin məhkəmə iddiaçının mərhum ərinin hərbi qulluqçu kimi qüsursuz xidmətini təsdiq edən aşağıdakı faktları qeyd edir: Azərbaycan Respublikasının N00N-ci il 17 may tarixli, 330-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Qüsursuz xidmətə görə" medalı haqqında Əsasnamənin 1-ci bəndində qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrində qüsursuz həqiqi hərbi xidmət keçən, hər il iyun ayının N6-na qədər 10, 15 və N0 təqvim ili tamam olmuş hərbi qulluqçular təltif edilirlər. N-ci bənddə qeyd olunub ki, "Qüsursuz xidmətə görə" medalının üç dərəcəsi vardır: "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medal - Silahlı Qüvvələrdə N0 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" N- ci dərəcəli medal - Silahlı Qüvvələrdə 15 təqvim ili xidmətə görə; "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medal - Silahlı Qüvvələrdə 10 təqvim ili xidmətə görə. 1-ci dərəcəli medal ən ali dərəcəlidir. Adından da göründüyü kimi, bu təltif dövlət tərəfindən qüsursuz həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara tətbiq olunur ki, iddiaçı da bu medalın hər üç dərəcəsi ilə: Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin N5 iyun N004-cü il tarixli əmri ilə 3-cü dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin N4 iyun N013-cü il tarixli əmri ilə N-ci dərəcəli, Azərbaycan Respublikası Prezidenti adından Azərbaycan Respublikası Müdafiə nazirinin N6 iyun N015-ci il tarixli əmri ilə "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medallarla təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçularının dövlət vəsaiti hesabına mənzillə təmin edilməsi qərara alınmışdır. Beləliklə, iddiaçının qüsursuz xidmət etmiş hərbi qulluqçu kimi tanındığı yuxarıda qeyd edilən təltiflərlə təsdiq edildiyindən, iddiaçının N0 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçu olması onu “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müavinətinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanında qeyd olunan hərbi qulluqçuların kateqoriyasına aid etməyə əsas verdiyindən, həmin Fərman ona da şamil edilməlidir. Qeyd olunanlardan göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti əsasında başlanılmış inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki hallar tam və hərtərəfli araşdırılmamışdır. Belə ki, X3 məhkumluğu ödənildiyi və “Qüsursuz xidmətə görə” medalın hər üç dərəcəsi ilə təltif olunduğu halda cavabdeh ona Azərbaycan Respublikası Prezidentinin N8 dekabr N011-ci il tarixli 569 nömrəli Fərmanının tətbiq edilməsindən əsassız olaraq imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin hərəkətləri (imtinası) qanuni sayılmamalı və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə qərarı yalnız mübahisə ilə bağlı iş üzrə məhkəmə icraatında (şifahi məhkəmə baxışında) iştirak etmiş hakimlər (hakim) tərəfindən qəbul edilə və imzalana bilər (maddə 68). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 5N-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə, iddia təmin edilməli, İddiaçı dövlət hesabına mənzillə təmin olunacaq şəxslər siyahısına daxil edilməsi öhdəliyi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. İş üzrə prosessual xərclər yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 4, 68-69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. X3 prosessual hüquqi varisi İddiaçı dövlət hesabına mənzillə təmin olunacaq şəxslər siyahısına daxil edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qüvvəyə minir. Sədrlik edən: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-1568/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1568/2021
29.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver