Məhkəmə qərarları › İş №2-1(112)-1568/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1568/2024

30.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1568/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı X4 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X22, X23, X28 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) «sərəncamın ləğv edilməsi» tələbinə dair iş üzrə GİRİŞ HİSSƏSİ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X11, Üçünücü şəxs Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxslər X22, X23, X28 və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi) «sərəncamın ləğv edilməsi» tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq şifahi məhkəmə baxışı ilə bağlı iclasda baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı və xx.xx.2015ci il tarixli, 48 saylı Sərəncamlarının qanunsuz hesab edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Əzizbəyov rayon (indiki Xəzər rayonu) X26 İcraiyyə Komitəsinin1991-ci il tarixli, 18 nömrəli Qərarı ilə iddiaçının həyat yoldaşı mərhum X5 adına Mərdəkan qəsəbəsində (indiki ünvan ünvan 13 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Ailə tərkibi 3 nəfərdən ibarət olmaqla fərdi yaşayış evinin tikintisi 118.3 kv.m ümumi sahədə 66 kv.m yaşayış sahəsində həyata keçirilməlidir. İddiaçının tərəfindən qeyd olunan sahədə fərdi yaşayış evi tikilmiş bu günə kimi həmin yaşayış sahəsində yaşamaqda davam edirlər. İddiaçının həyat yoldaşı X19 oglu 30 aprel 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçının həyat yoldaşının vəfatından sonra onun adına miras əmlakın vərəsəlik qaydasında iddiaçının adına keçirilməsi məqsədi ilə Bakı şəhəri 9 saylı Notariat ofisində vərəsəlik işi açılmış, istifadəsində və faktiki sahibliyində olan 3/953 saylı sahədə yerləşən torpaq sahəsinə və torpaq sahəsində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair müvafiq Çıxarışın verilməsi məqsədi ilə Əmlak Xidmətləri Məkanına xx.xx.2022-ci il tarixli 2980 saylı məktub göndərilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin və fərdi yaşayış evinin müvafiq qaydada qanunla müəyyən edilmiş qaydada sənədləşdirilməsi məqsədi ilə aidiyyatı dövlət orqanlarına müraciət edərkən məlum olmuşdur ki, faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi və onun üzərində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair qanunsuz şəkildə əmlak qeydiyyatı aparılaraq X17 adına daşınmaz əmlaka dair çıxarış verilmişdir. İddiaçıya sonra məlum olmuşdur ki, X32 oglu həmin əmlakı bağışlama qaydasında X22 adlı şəxsə ötürmüşdür. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 1 saylı BakıƏraziİdarəsinin xx.xx.2022-ci il tarixli, **********84 saylı sorğuya cavabından məlum olmuşdur ki, Bakı şəhəri, Xəzər rayonu, Şagan qəsəbəsi, Adil Gəray küçəsi, 1-ci Dongə, 22 saylı fərd iyaşayış evi X12 adına qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. İş üzrə sənədlərdən məlum olmuşdur ki, X13 adına Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli, 48 saylı Sərəncamı saxtalaşdırılmış, qanunsuz və hec bir hüquqi qüvvəyə malik olmayan Sərəncam mövcud olmuş, idiaçının faktiki sahibliyində və istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi həmin saxta sərəncam əsasında ilkin qeydiyyata alınaraq sonradan X12 adına keçirilmişdir. Hansı ki, bu əməliyyatdan sonra yuxarıda qeyd etdiyimiz kimi X29 Ruqiyyəyə bağışlama qaydasında notariat əməliyyatı aparmışdır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 01 iyun 2022-ci il tarixli, BA- 03188-2022 saylı cavab məktubunda bildirilir ki, Əzizbəyov İH-nin (indiki Xəzər RİH) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamı Dövlət Arxivinin Bakı Filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X18 barədə hec bir məlumat yoxdur.Görüründüyü kimi cavabdeh X10 adına tərtib olunmuş Bakı şəhəri Cavabdeh Başçısının xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamı saxtalaşdırılmış faktiki olaraq həmin adda rəsmi sənəd dövlət qeydiyyatında mövcud deyildir. İddiaçı qeyd olunanları nəzərə alaraq cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesrti publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli. **********84 saylı və xx.xx.2022-ci il tarixli **********01 saylı imtina məktubları qanunsuz hesab olunması və cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şagan qəsəbəsi, Adil Gəray küçəsi, 1-ci Dongə, 22 saylı fərdi yaşayış evinə dair X13 və X12 adlarına verilmiş Çıxarışlar və buna əsas olan bütün qeydiyyatların ləgv edilməsi vəzifəsi qoyulmasını bildirmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə X22, X23 zəruri cəlbetmə qaydasında, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi isə adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə ünvan 2 ünvanına dair arxiv qovluğunda olan bütün sənədlərin əslinin təqdim edilməsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 10 gün müddətində təmin edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-1157/2023 nömrəli qərardadı ilə X28 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə baxışı iclası xx.xx.2024cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmənin 2-1(112)-1568/2024 nömrəli qərardadı ilə iddiaçının iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi məhkəmə icraatına qəbul edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə yazılı etiraz təqdim olunmamışdır. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin səlahiyyətli nümayəndəsi iddia tələbinin əsassız olduğunu və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbayacan Respublikası Dövlət Arxivinin Bakı Filalı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd edilmşdir ki, xx.xx.2000-ci il tarixli, 948 saylı və 48 saylı Sərəncamı xx.xx.2015-ci il tarixli deyil, xx.xx.2015-ci il tarixli olmaqla Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamlarda vətəndaş İddiaçı barəsində heç bir məlumat yoxdur. - Məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusuna cavab olaraq, Azərbayacan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023cü il tarixli məktubda qeyd edilmşdir, Əzizbəyov RİH-in (indiki xəzər Rİh) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 13/713 saylı qərarı Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Bakı şəhər Cavabdeh başçısının məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, iddia tələbinə əsasən bildiririk ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub- olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMnin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. Məhkəmənin nəzərinə çatdırırıq ki, ‘’Milli arxiv fondu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən rayon və şəhər icra hakimiyyəti orqanlarının sənədləri 5 il müddətindən sonra daimi mühafizə məqsədilə dövlət arxivinə təhvil verilir. Bu səbəbdən də, Cavabdeh 2000-ci və 2015-ci illərə aid sənədləri (sərəncamlar və ona aid digər sənədər) Milli Arxiv İdarəsinin Bakı filialına təhvil verildiyindən xx.xx.2000-ci il tarixli, 948 saylı və xx.xx.2015-ci il tarixli, 48 saylı sərəncamların hansı əsaslarla verildiyini müəyyən etmək mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Cavabdehnə qarşı ‘’sərəncamların qanunsuz hesab edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulması” tələbinə dair iddiasının mümkün sayılmaması barədə qərar qəbul etməyinizi Sizdən xahiş edirik. - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, keçmiş Əzizbəyov İHnin (indiki xəzər RİH) “X1 adına Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamı arxiv fondu üzrə Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X18 barədə heç bir məlumat yoxdur. - Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin başçısının “X1 adına Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamına əsasən X8 Zirə qəsəbəsində 316 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin başçısının “Türkan qəsəbəsində vətəndaş X9 torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” xx.xx.2015-ci il tarixli, 48 saylı sərəncamına əsasən X9 Türkan qəsəbəsinin şimal-qərbində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1800,0 kv.m torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə icarəyə verilmiş, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilmişdir. - Bakı şəhəri Əzizbəyov Rayonu İcra Hakimiyyətinin başçısının “X3 adına Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi ayrılması haqqında” xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamına əsasən X14 Mərdəkan qəsəbəsində fərdi ev tikmək üçün 500 kv.m torpaq sahəsi ayrılmışdır. - Bakı şəhəri Xəzər Rayonu İcra Hakimiyyətinin başçısının “Şağan qəsəbəsi 3- 00/58 saylı torpaq sahəsində X3 tikdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamına əsasən Şağan qəsəbəsi, 3-00/58 saylı torpaq sahəsində X3 tikdiyi 2 mərtəbəli 3 yaşayış otağı sahəsi – 42.7 kv.m, köməkçi sahə - 89.1 kv.m , açıq eyvan – 24.8 kv.m, cəmi torpaq sahəsi – 455.0 kv.m-dən ibarət olan yaşayış evi torpaq sahəsi qeydiyyata alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi bakı şəhəri 9 saylı Notariat ofisi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2015-ci il tarixli məktub ilə xx.xx.2016-cı il tarixli 4Ə/425 reyestr saylı bağışlama müqaviləsi və digər sənədlər məhkəməyə təqdim edilmişdir. - Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli “sənədlərin surətinin veriməsi barədə” məktubda mübahisəli ünvana dair arxiv qovluğuna saxlanılan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. - Bakı şəhər Cavabdeh başçısının iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, istifadənizdə olan torpaq sahəsinə illər öncə cizgi verildiyindən sözü gedən sahəyə cizgi və xəritədən çıxarışın verilməsi məqsədəuyğun sayılmır. - Təqdim edilmiş xx.xx.2016-cı il tarixli ******* nömrəli hüquqların Dövlət Qeydiyyatı haqqında daşımaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X13 adına qeydiyyata alınmışdır. - xx.xx.2016-cı il tarixli “Daşınmaz Əmlakın bağışlanması” Müqaviləsinə əsasən bakı şəhıri ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 131.4 kv.m olan olan fərdi yaşayış evi X22 tərəfindən X15 bağışlanmışdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

4. İddianın növü və mümkünlüyü

Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmişdir. İddia inzibati-prosessual qanunvericiliyə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İPM-in 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Məhkəmə hazırkı iddianın mübahisələndirmə iddia növünə aid olduğunu və iddiaçının ünvanını nəzərə alaraq hesab edir ki, işə ərazi aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən üçüncü şəxsə ayrılmış torpaq sahəsinə dair Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamının ləğv edilməsinə yönəlmişdir. Nəzərə almaq lazımdır ki, prosessual qanunun tələbinə görə, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi təqdirdə yolveriləndir. Qanunvericilikdə iddia növlərindən asılı olaraq müxtəlif mümkünlük şərtləri, o cümlədən ümumi və xüsusi mümkünlük şərtləri müəyyən olunmuşdur. Məhkəməyə iddia ilə müraciət hüququ qanunvericiliklə nəzərdə tutulmuş həmin şərtlərə və məhdudiyyətlərə, o cümlədən müddətlə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, həm də nəzərə almaq lazımdır ki, iddianın məhkəmə tərəfindən mümkün sayılması üçün həmin iddia növü üzrə mümkünlüklə bağlı müəyyən olunmuş əsas və əlavə şərtlər, o cümlədən mübahisə edilən hüquq münasibətinin inzibati hüquq münasibəti olması, mübahisənin inzibati hüquq münasibətlərindən yaranması, mübahisə tərəflərindən birinin “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqan olması ilə bağlı şərtlər və habelə inzibati prosessual qanunvericiliklə nəzərdə tutulmuş digər şərtlər mütləq ödənilmiş olmalıdır. İddianın mümkünlük şərtlərindən biri də iddianın qanunla müəyyən olunmuş müddətdə verilməsidir. Odur ki, hazırkı mübahisə üzrə iddiaya münasibətdə digər şərtlərlə yanaşı, həm də iddianın iddia müddətinə dair normalara əməl olunmaqla qaldırılması şərti də yerinə yetirilməlidir. Yuxarıda istinad olunan normalara görə, mübahisələndirmə növündə iddiaların qaldırılması da iddia müddətinə bağlıdır və iddia müddəti, inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi halda isə, şikayətə dair qəbul olunmuş inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müəyyən olunmuşdur. Hazırkı mübahisə üzrə mübahisələndirilən sərəncama münasibətdə nəzərə almaq lazımdır ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına əsasən iddiaçı mübahisələndirmə haqqında iddia ilə məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş prosessual müddəti ötürməmişdir. Belə ki, məhkəmənin icraatında olmuş 2-1(112)-5479/2023 nömrəli işə baxış keçirilərkən müəyyən edilmişdir ki, 2-1(112)-5479/2023 nömrəli iş üzrə keçirilmiş xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iddiaçı Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamı barədə həmin məhkəmə iclasında məlumatı olmuş və mübahisəli sərəncamın surətini həmin iclasda əldə etdikdən sonra xx.xx.2023-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Nəzərə almaq lazımdır ki, inzibati akt ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. Bu baxımdan iddiaçı mübahisələndirdiyi sərəncam barədə məlumat aldığı zaman kəsiyində iddia qaldırmamışdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir.

5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə tərəfin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin olunmalıdır. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, işin araşdırılmış halları və iş materialları ilə müəyyən edilir ki, iddiaçı istifadəsində və faktiki sahibliyində olan torpaq sahəsinə və həmin torpaq sahəsində yerləşən tikiliyə (fərdi yaşayış evinə) dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə reyestrdən müvafiq çıxarışın verilməsi ilə bağlı olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Həmin müraciət əsasında ona Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli cavab verilərək bildirilmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X12 adına qeydiyyatdan keçmiş və hazırda onun mülkiyyətindədir. İddiaçı Bakı İnzibati Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Adil Gəray küçəsi, 1-ci Döngə, 22 saylı fərdi yaşayış evinə dair X10 və X12 adlarına verilmiş çıxarışların ləğv edilməsini xahiş etmişdir. Məhkəmənin 2-1(112)- 5479/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkünsüz sayılaraq, ilk öncə mübahisələndirilən çıxarışın verilməsinə əsas olmuş inzibati aktı mübahisələndirməsini və belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsini tələb etməsi və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət etməsi göstərilmişdir. Bundan sonra iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamının qanunsuz hesab edilməsi vəzifəsinin Cavabdeh üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; 4.1. İnzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 36.3. Qəbul olunması nəzərdə tutulan inzibati aktın digər fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına birbaşa təsir edəcəyi güman olunduğu hallarda, inzibati orqan həmin şəxslərin üçüncü (maraqlı) şəxs qismində icraatda iştirakını təmin etməyə borcludur. 58.1. İnzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Məhkəmə hazırkı mübahisəyə münasibətdə qeyd edir ki, Əzizbəyov rayon (indiki Xəzər rayonu) X26 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 18 nömrəli Qərarı ilə iddiaçının həyat yoldaşı mərhum X5 adına Mərdəkan qəsəbəsində (indiki ünvan ünvan 11953 saylı sahədə fərdi yaşayış evi tikmək üçün 750 kv.m torpaq sahəsi ayrılmışdır. Torpaq sahəsi iddiaçının istifadəsinə verildikdən sonra, yəni iddiaçının mülkiyyətində və istifadəsində olduğu halda cavabdeh icra hakimiyyətinin mübahisələndirilən sərəncamı əsasında həmin torpaq sahəsi üçüncü şəxslərə ayrılmış və üçüncü şəxsin mübahisəli torpaq sahəsi üzərində hüququ, cavabdeh tərəfindən məhz hazırkı iddia tələbinin predmeti olan sərəncam əsasında dövlət qeydiyyatına alınmış və bu barədə ona müvafiq çıxarış verilmişdir. İş materiallarında olan, Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd edilmişdir ki, Əzizbəyov İH-nin (indiki Xəzər) arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli 948 saylı sərəncamı mövcuddur. Lakin həmin sərəncamda vətəndaş X22 barədə heç bir məlumat olmadığı qeyd edilmişdir. Həmçinin məhkəmənin xx.xx.2023-cü il tarixli sorğusu əsasında Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2000ci il tarixli, 948 nömrəli digər bir Sərəncamı ilə “X1 adına Zirə qəsəbəsində fərdi ev tikmək üçün torpaq sahəsi” ayrılmışdır. Belə ki, qeyd edilən Sərəncamın arxiv nüsxəsi Dövlət arxivindən təqdim edildiyi halda, mübahsiə predmeti olan eyni tarixli və eyni nömrəli sərəncamın arxiv nüsxəsi müəyyən olunmamışdır. Məhkəmə bununla bağlı olaraq qeyd edir ki, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlərdən də müəyyən edilir ki, “vətəndaş X14 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair” Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamının arxiv sənədinin mövcud olduğu öz təsdiqini tapmamışdır. Göründüyü kimi, eyni tarixlərdə və eyni nömrələrlə iki fərqli məsələni tənzimləyən inzibati akt mövcuddur. Hansı ki, mövcud qanunvericilikdə sərəncamlara və ya istənilən hüquqi sənədə nömrə və tarixin verilməsinin əsas məqsədi hüquqi müəyyənlik prinsipinə uyğun olaraq onun təkrarlanmasının və hüquqi qarışıqlığın (xaotik vəziyyətin) qarşısının alınmasından ibarətdir. Eyni zamanda məhkəmə qeyd edir ki, fərdi yaşayış evinin tikintisi ilə bağlı verilmiş sonrakı 2015-ci il sərəncamının istinad etdiyi (Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 13/713 nömrəli qərarı) inzibati akt da mövcud deyil və digər inzibati akt olan 948 nömrəli, xx.xx.2000-ci il tarixli sərəncam isə arxiv nüsxəsi olmaqla başqa vətəndaşa torpaq sahəsinin ayrılmasını tənzimləyir. Belə ki, iş materialları və işin araşdırılmış halları ilə X13 adına Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamının və xx.xx.2015-ci il tarixli 48 saylı sərəncamlarının hansı əsasla verildiyini müəyyən etmək mümkün olmamışdır. Həmçinin yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, mübahisə predmeti olan “vətəndaş X14 Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılmasına dair” Cavabdeh xx.xx.2000-ci il tarixli, 948 saylı sərəncamının həqiqiliyinə ciddi şübhələr var. Məhkəmə mübahisə predmeti olan sərəncamın həqiqliyinin şübhəli olmasına dair əlavə olaraq bildirir ki, Cavabdeh başçısının “Şağan qəsəbəsi 3-00/58 saylı torpaq sahəsində X3 tikdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” xx.xx.2015-ci il tarixli, 48 nömrəli X2 Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 13/713 nömrəli qərarı ilə torpaq sahəsi ayrıldığı qeyd edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, 3-cü şəxsə torpaq sahəsinin ayrıldığını müəyyən edən inzibati akt isə xx.xx.2000-ci il tarixli, 948 nömrəli sərəncamdır. Məhkəmə həmçinin, 3-cü şəxs olan X13 tikdirdiyi fərdi yaşayış evinin hüquqi qeydiyyata alınması haqqında” Cavabdeh başçısının 48 saylı, xx.xx.2015-ci il tarixli Sərəncamına münasibət bildirilməsini zəruri hesab edir. Belə ki, qeyd edilən Sərəncamın arxiv nüsxəsi olmamaqla yanaşı, Dövlət Arxivinin Bakı filialında mövcud olan 48 saylı, xx.xx.2015-ci il tarixli Sərəncam “Türkan qəsəbəsində vətəndaş X9 torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” dir. Göründüyü kimi, eyni ildə, yəni 2015-ci ildə eyni nömrə ilə (48 saylı) iki fərqli məsələni tənzimləyən inzibati akt mövcuddur. Yuxarıda qeyd edildiyi kimi, 3-cü şəxs barədə verilmiş sonrakı Sərəncamın da göstərilən əsaslardan irəli gələrək həqiqiliyinə dair ciddi şübhələr mövcuddur. Həmçinin, həmin inzibati aktla bağlı məhkəmə qeyd edir ki, müvafiq Sərəncam heç bir hüquqi əhəmiyyəti olmayan sənəddir. Belə ki, həmin inzibati aktda yaşayış evinin və torpaq sahəsinin qeydiyyata alınması göstərilmişdir. Göstərilən inzibati akt isə mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən tikililərin qeydiyyat alınması üçün hüquqmüəyyənedici sənəd kimi qiymətləndirilə bilməz. Belə ki, hüquqların qeydiyyatının əsası “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununla müəyyən olunmuşdur. Yuxarıda qeyd edilən inzibati akt (48 saylı, xx.xx.2015-ci il tarixli) isə həmin Qanunun 8-ci maddəsində göstərilmiş hüquqi əsas kimi müəyyən edilməmişdir. Məhkəmənin qənaətinə əsasən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsində təsbit edilmiş mötəbərlik prezumpsiyası prinsipinin tələbləri nəzərə alınmaqla mübahisələndirilən inzibati akt (X14 Əzizbəyov Rayon İcra Hakimiyyətinin başçısının xx.xx.2000-ci il tarixli 948 saylı Sərəncamı) və həmin aktda əks olunmuş məlumatlar mötəbər hesab olunmamalı və qəbul edilməməlidir. İş materiallarında həmin inzibati aktın əsaslı olaraq “şübhədən kənar” olmasını sübut edən hər hansı məlumat (sənəd) mövcud deyildir. Belə ki, işdə yetərli mötəbər sübutlar mövcud olmadığından üçüncü şəxsə torpaq sahəsinin ayrılması barədə İcra Hakimiyyətinin mübahisələndirilən sərəncamı mötəbər sənəd qismində qəbul edilə bilməz. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçıya torpaq sahəsinin ayrılması barədə Əzizbəyov rayon (indiki Xəzər rayonu) X26 İcraiyyə Komitəsinin 1991-ci il tarixli, 18 nömrəli Qərarı qüvvədədir, yəni ləğv edilməmiş və etibarsız sayılmamışdır. Həmin hüquqmüəyyənedici sənəd (qərar) hazırda qüvvədədir və mötəbərliyinə də hər hansı şübhələr yoxdur. "İnzibati icraat haqqında" Qanunun 19.1-ci maddəsinə əsasənnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. "İnzibati icraat haqqında" Qanunun 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, mübahisə predmeti olan inzibati aktın arxiv nüsxəsi olmadığından və arxiv nüsxəsi olan inzibati aktın predmeti isə digər bir şəxsə tamamilə bağlı bir ərazidən torpaq sahəsinin ayrılması ilə bağlı olduğundan, hazırkı halda 3-cü şəxs X14 ayrılmış torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşdüyündən və bu hal da iddiaçının mülkiyyət hüquqlarını pozduğundan, həmin sərəncamın mötəbər sənəd olması ilə bağlı əsaslar mövcud olmadığından hazırki iddia tələbi təmin edilməli Bakı şəhəri Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətnin X10 adına Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamı məhkəmə qaydasında ləğv edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 75 və 85.1 maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Bakı şəhəri Əzizbəyov Rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin X10 adına Mərdəkan qəsəbəsində fərdi yaşayış evinin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması haqqında xx.xx.2000-ci il tarixli, 948 saylı Sərəncamı ləğv edilsin. Qərardan, təqdim olunduğu gündən 30 gün müddətində, Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apellyasiya şikayəti verilə bilər.

Hakim Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar