Məhkəmə qərarları › İş №2-1(112)-1569/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1569/2023

17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1569/2023 17.01.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi, Mahmud Orxan Əlövsət oğlunun katibliyi, İddiaçı, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi X2, Üçüncü şəxsin vəkili və nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinin plan və ölçünün ləğv edilməsi” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair X3 adına verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışın etibarsız hesab edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının vəkili və nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 985D saylı sahəyə dair X8 kitabında aparılmış 10 dekabr 2019-cu il tarixli A seriyalı 456438 nömrəli qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi həvalə edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, X9 Bakı şəhəri Səbail rayon məhkəməsinə “qanunsuz tikilinin sökülməsi və cavabdehlərin torpaq sahəsindən çıxarılması tələbinə dair” iddia ərizəsi ilə müraciət edərək “ İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsində həyata keçirdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdeh İddiaçı və onun digər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini” məhkəmədən xahiş etmişdir. Məhkəmənin 22 fevral 2022-ci il tarixli, 2(009)- 27/2022 saylı qətnaməsinə əsasən iddianın rədd edilməsi qərara alınmışdır. İşin araşdırılması zamanı məhkəmə mübahisə ilə bağlı iddiaçıya məxsus ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0,44 ha torpaq sahəsinin iddiaçı tərəfindən qanunsuz zəbt olunub-olunmaması və orada tikinti aparılıb-aparılmamasını müəyyən etmək üçün müvafiq ekspertiza təyin etmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin xx.xx.2021-ci il tarixli mütəxəssis rəyinin, eləcə də Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/6427 nömrəli ekspert rəyinin nəticə hissələrindən aydın olmuşdur ki, X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsi - hüdudları, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995 - ci il tarixli sərəncamı ilə X6 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə vizual görüntüdə (peyk görüntüsü və əsas yollara əsasən) fərqli mövqelərdə yerləşir və üst-üstə düşmür. Aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən X3 adına verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli mülkiyyətdən çıxarış etibarsızdır. Müəyyən edilmiş pozuntulara görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər ərazi idarəsinə tərəfimizdən ərizə ilə müraciət edilərək həmin pozuntulara görə çıxarışın etibarsız hesab edilməsi xahiş edilmişdir. Qeyd olunan pozuntular aşağıdakılardan ibarətdir; Səbail Rayon İcra Hakimiyyəti başçısının 406 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə X6 fərdi ev tikintisi üçün Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmışdır. Səbail Rayon İcra Hakimiyyəti başçısının 406 nömrəli 02 fevral 1995- ci il tarixli sərəncamı ilə mənzil növbəsində olan 12 nəfər vətandaşa Badamdar qəsəbəsi ərazisində cəmi 600/altı yüz/ kv.m. fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrıldığı qeyd olunur (1991-ci ildən 2000-ci ilə qədər qüvvədə olmuş Bakı Şəhər İcraiyyə Komitəsinin 3/149 saylı 27 mart 1991-ci il qərarında açıq-aydın görünür ki, Bakı şəhərinin inzibati rayonlarının ərazisində yerləşən müəssisə, və təşkilatlarda mənzil növbəsində olan şəxslərə torpaq sahəsi ayrıla bilər). Sərəncamda belə bir ayrılmanın olması qeyd olunsa da bu torpaq sahəsinin məhz Badamdar qəsəbəsinin hansı hissəsindən ayrılması göstərilməmişdir. Yəni naməlum yerlə bağlı ayrılmanın olduğu qeyd olunsa da X6 dəqiq haradan torpaq sahəsinin ayrılması ilə bağlı məlumat göstərilməmişdir. Sərəncam verilərkən aşağıdakılara riayət edilməli idi. Hüquq əldə edənin ərizəsi əsasında müraciət qeydiyyat kitabında xüsusi dərkənarla uçota alınmalı və qeydiyyat ştampı vurulmalı idi; Sərəncamın birinci nüxsəsinin arxa hissəsində kimin tərəfindən hazırlanmasını müəyyən etmək üçün soyadı və vizası, hüquq şöbəsinin vizası, memarlıq şöbəsinin viza və qeydləri, kimin təsdiq etməsi, hansı kitada qeydiyyata alınması, kimə göndərilməsi, səhifənin axırında arxiv sözü yazılaraq, ştampı və tarixi olmalı, arxivdə qovluq nömrələnməli, vərəq sayı sözlə yazılmalı və imzalanmalı idi. Arxiv çıxarışının mətnində olmayan heç bir söz və hərf əlavə edilməməli, əsas fonda nömrəsi, sayı, iş-nömrəsi, sıra ilə vərəq sayı, səhifəsi göstərilməli idi. Ayrılmış torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü torpaq şöbəsinin təsdiq etdiyi möhür və imza ilə və 1995- ci il tarixi ilə olmalı idi. Həyətyanı torpaq sahənin sertifikatı yaxud qaiməsi Bakı torpaq şöbəsinin təsdiq etdiyi möhür və imza ilə və 1995-ci il tarixi ilə olmalı idi. Bundan başqa sərəncamda məhz 12 nəfər vətəndaşa ümumilikdə 600 kvm sahənin ayrıldığı göstərilmişdir. Yəni hər nəfərə 50 kvm sahə ayrılmışdır (lakin verilmiş çıxarışda 0.44 ha yəni 440 kvm sahənin ayrıldığı qeyd olunur). Həmçinin arxiv sənədlərində X3 ona torpaq ayrılması haqqında ərizəsi yoxdur. Çünki sərəncamla müvafiq torpaq sahələri həmin ərazidə yaşayan insanlara ayrılırdı. X12 oglu isə 1957-ci ildə Neftçala rayonunda anadan olmuşdur və hal-hazırda da M.Əsədov küçəsi ev 4-Q mənzil 53-də qeydiyatdadır və orada da yaşayır. Bakı şəhərində ümumiyyətlə nə qeydiyyatda olmuş nə də yaşamamışdır. Bundan başqa 1995-ci ildə, yəni sərəncamın qəbul ediliyi vaxtlarda Badamdar qəsəbəsində 1.2.3-cü massiv ünvanları mövcud olmamışdır. Həmçinin sərəncama torpaq ayırma cizgisinin olmadığına dair qeyd verilmişdir. 2004-cü il tarixli sonradan tərtib edilmiş “torpaq ayırma cizgi”-sində isə guya 1995-ci il tarixində qəbul edilmiş sərəncamda nəzərdə tutulan sahənin məhz Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən mübahisəli torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Bu cizgi də RİHB-nın Başçısının keçmiş müavini və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib və təsdiq edilmişdir. Halbuki onların belə bir səlahiyyəti olmamışdır. Bundan başqa X6 ayrıldığı bildirilən sərəncamda ona 958 saylı torpaq sahəsinin ayrıldığı qeyd edilsə də 2004-cü il tarixli “torpaq ayırma cizgisinin” 958D saylı torpaq sahəsi ilə bağlı tərtib edildiyi qeyd edilmişdir. Bundan başqa sərəncamda tikinti işlərinin sona çatdırılma müddəti kimi 2 (iki) il müddət müəyyən edilmişdir. Həmçinin sərəncamda həmin müddət ərzində tikinti işlərinin aparılmaması halında torpaq sahəsinin geri alınacağı qeyd olunmuşdur. İddiaçı da həmin ərazidə nəinki iki il ərzində, heç sərəncamın qəbul edildiyi tarixdən bu günə qədər ötmüş 27 il ərzində də həmin ərazidə hər hansı tikinti işləri aparmamışdır. Bundan başqa sərəncamdə “torpaq ayırma cizgisi” haqqında hər hansı bir qeyd belə yoxdur. Buna baxmayaraq 9 il sonrakı tarixlə yəni 23 fevral 2004-cü il tarixli əsli olmayan torpaq ayırma cizgisi ortaya qoyularaq guya bu cizginin həmin sərəncam əsasında tərtib edildiyi iddia edilmişdir. Təqdim olunmuş cizgidə (və sərəncamda) 6 sot torpağın ayrılması qeyd edilsə də cizgidə cəmi 3,9 sot torpaq sahəsi haqqında məlumatlar qeyd olunmuşdur. X1 çıxarıldığı bildirilən müddətdən 25 il sonra yəni 2019-cu ildə D.Ə.D.R.X-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək iki sənədi - Səbail Rayon İcra hakimiyyətinin 406 saylı sərəncamından çıxarışı və Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən verilmiş arxiv arayışını təqdim edir. Lakin torpaq ayırmaya dair cizgi və planı təqdim etməmişdir (təqdim etdiyi isə 9 il sonraya aid olduğu bildirilən əsli-kökü olmayan bir kağız parçası olmuşdur). X6 verilmiş torpaq sənədi çıxarış Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015ci il tarixli 553 nömrəli Fərmanın bəndlərinə uyğun təsviri hissəsi bilərəkdən tam tərtib ediməmişdir (torpaq sahəsinin planının arxa hissəsi yəni koordinatlar olan hissə ümumiyyətlə mövcud deyildir). Həmin fərmana əsasən torpaq sahəsinə dair sənədlərdə torpaq sahəsinin kadastr göstəriciləri,torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri,torpaq sahəsinin rəqəmsal elektron cizgisi.torpaq sahəsinin qaiməsi və sairə dair məlumatların qeyd olunması tələb olunsa da iddiaçının sənədləşmə işlərində bunlara əməl edilməmişdir. Torpaq sahəsinə çıxarış verilmə tarixinə yəni xx.xx.2019-cu ildə yaşadığım ərazidə olan bütün cari vəziyyət yəni yaşayış evinin olmasının (həm həmin dövrdə həm də ondan əvvəlki dövrdə orada evimin olmasına dair "xxxx" QSC -nin 2009-2020-ci illərə dair görüntüsündə ev əks olunmuşdur) məqsədli olaraq göstərilməməsi də Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli fərmanının nəzərdə tutulmuş tələblərin kobud şəkildə pozulmasıdır. Bundan başqa X5 “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Lakin vətəndaşa çıxarış verərəkən ondan istifadə edilməmişdir. X9 25 may 2019-cu il tarixində notariat ofisində ərizə yazaraq torpaq sahəsinin azaldılıb ona həmin hissədə çıxarış verilməsini xahiş etmişdir. Lakin bu ərizə yazılarkən hər hansı bir sənədə istinad olunmamışdır. Onun yazdığı ərizədəki azalandan sonra qalan sahə 440 kvm göstərilsə də onun tərəfindən çıxarış alınarkən təqdim edilmiş cizgidə faktiki sahənin məhz Badamdar qəsəbəsi 3-cü massivdə yerləşən mübahisəli torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Bu cizgi də RİHB-nın Başçısının keçmiş müavini və Badamdar qəsəbə nümayəndəsi tərəfindən tərtib və təsdiq edilmişdir. Halbuki onların belə bir səlahiyyəti olmamışdır. Bundan başqa X6 ayrıldığı bildirilən sərəncamda ona 958 saylı torpaq sahəsinin ayrıldığı qeyd edilsə də 2004-cü il tarixli “torpaq ayırma cizgisinin” 958D saylı torpaq sahəsi ilə bağlı tərtib edildiyi qeyd edilmişdir. Bundan başqa sərəncamda tikinti işlərinin sona çatdırılma müddəti kimi 2 (iki) il müddət müəyyən edilmişdir. Həmçinin sərəncamda həmin müddət ərzində tikinti işlərinin aparılmaması halında torpaq sahəsinin geri alınacağı qeyd olunmuşdur. İddiaçı da həmin ərazidə nəinki iki il ərzində, heç sərəncamın qəbul edildiyi tarixdən bu günə qədər ötmüş 27 il ərzində də həmin ərazidə hər hansı tikinti işləri aparmamışdır. Bundan başqa sərəncamdə “torpaq ayırma cizgisi” haqqında hər hansı bir qeyd belə yoxdur. Buna baxmayaraq 9 il sonrakı tarixlə yəni 23 fevral 2004-cü il tarixli əsli olmayan torpaq ayırma cizgisi ortaya qoyularaq guya bu cizginin həmin sərəncam əsasında tərtib edildiyi iddia edilmişdir. Təqdim olunmuş cizgidə (və sərəncamda) 6 sot torpağın ayrılması qeyd edilsə də cizgidə cəmi 3,9 sot torpaq sahəsi haqqında məlumatlar qeyd olunmuşdur. X1 çıxarıldığı bildirilən müddətdən 25 il sonra yəni 2019-cu ildə D.Ə.D.R.X-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edərək iki sənədi - Səbail Rayon İcra hakimiyyətinin 406 saylı sərəncamından çıxarışı və Milli Arxiv İdarəsinin Bakı filialı tərəfindən verilmiş arxiv arayışını təqdim edir. Lakin torpaq ayırmaya dair cizgi və planı təqdim etməmişdir (təqdim etdiyi isə 9 il sonraya aid olduğu bildirilən əsli-kökü olmayan bir kağız parçası olmuşdur). X6 verilmiş torpaq sənədi çıxarış Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015ci il tarixli 553 nömrəli Fərmanın bəndlərinə uyğun təsviri hissəsi bilərəkdən tam tərtib ediməmişdir (torpaq sahəsinin planının arxa hissəsi yəni koordinatlar olan hissə ümumiyyətlə mövcud deyildir). Həmin fərmana əsasən torpaq sahəsinə dair sənədlərdə torpaq sahəsinin kadastr göstəriciləri,torpaq sahəsinin döngə nöqtələrinin koordinatları, torpaq sahəsinin qonşu sərhədləri,torpaq sahəsinin rəqəmsal elektron cizgisi.torpaq sahəsinin qaiməsi və sairə dair məlumatların qeyd olunması tələb olunsa da iddiaçının sənədləşmə işlərində bunlara əməl edilməmişdir. Torpaq sahəsinə çıxarış verilmə tarixinə yəni xx.xx.2019-cu ildə yaşadığım ərazidə olan bütün cari vəziyyət yəni yaşayış evinin olmasının (həm həmin dövrdə həm də ondan əvvəlki dövrdə orada evimin olmasına dair "xxxx" QSC -nin 2009-2020-ci illərə dair görüntüsündə ev əks olunmuşdur) məqsədli olaraq göstərilməməsi də Azərbaycan Respublikasının Prezidentinin 17 iyun 2015-ci il tarixli 553 nömrəli fərmanının nəzərdə tutulmuş tələblərin kobud şəkildə pozulmasıdır. Bundan başqa X5 “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 2016-cı il 7 mart tarixli Fərmanına əsasən, torpaqların elektron kadastr uçotu informasiya sistemi yaradılmışdır. Lakin vətəndaşa çıxarış verərəkən ondan istifadə edilməmişdir. X9 25 may 2019-cu il tarixində notariat ofisində ərizə yazaraq torpaq sahəsinin azaldılıb ona həmin hissədə çıxarış verilməsini xahiş etmişdir. Lakin bu ərizə yazılarkən hər hansı bir sənədə istinad olunmamışdır. Onun yazdığı ərizədəki azalandan sonra qalan sahə 440 kvm göstərilsə də onun tərəfindən çıxarış alınarkən təqdim edilmiş cizgidə faktiki ölçülərə görə sahə 390 kvmdır (yəni əslində ona ayrılmış ərazi tamambaşqa bir ərazidir).İstinad sənədi olmaya-olmaya yaşadığım ərazidə 2009-cu ildən ev ola-ola reyestr xidmətinin əmkdaşları qanunsuz hərəkətlər edərək həmin ərazinin koordinatlarını vuraraq torpaq sahəsinin planı tərtib edilmişdir. Bundan başqa mübahisəli torpaq sahəsində yaşadığım uzun illər ərzində X6 28 avqust 2020-ci ilə kimi bir dəfə də olsun torpaq sahəsinə gəlməmiş və məni qarşı hər hansı tələb irəli sürməmişdir. Uzun illər ərzində tikib, düzüb-qoşub yaratdığım evimdə dinc yaşamış və hər hansı şəxslə torpaq iddiası ilə bağlı mübahisəm olmamışdır. Həmçinin yaşadığım ünvanla bağlı sənədləşmə işlərinin həyata keçirilməsi üçün 2017-ci ildə Səbail rayonu Badamdar qəsəbəsi 3-cü y/m dair sənədləri D.Ə.D.R.X-nin 1 saylı Bakı Ərazi İdarəsinə 05.08. 2017-ci il tarixində ********** qeydiyyat nömrəsi ilə təqdim edərək müraciət etmişdir. Bundan başqa Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10\6427 saylı rəy ilə X6 “ayrılmış” torpaq sahəsinin mübahisəli torpaq sahəsi ilə üst-üstə düşmədiyinə dair rəyi də X6 verilmiş çıxarışın əsassız və qanunsuz olduğunu birbaşa olaraq göstərməkdədir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı üçün tələb olunan sənədlər: xx.xx.2001-ci il tarixinədək icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş qaydalara 2 nömrəli əlavədə göstərilmişdir. Əlavəyə əsasən xx.xx.2001-ci il tarixinədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən vətəndaşlara fərdi yaşayış evinin tikintisi üçün ayrılmış sərbəst torpaq sahələri üzərində hüquqların ilkin dövlət qeydiyyatı üçün tələb olunan sənədlər aşağıdakılardır: ərizə;torpaq sahəsinin ayrılmasına dair şəhər (rayon) icra hakimiyyətinin sərəncamının və ya XDS-nin (ZDS-nin) qərarının təsdiq edilmiş surəti, zəruri hallarda, sərəncamın (qərarın) arxiv çıxarışı və torpaq sahəsinin ayrıc aktı (planı); torpaq sahəsinin planı və ölçüsü;dövlət rüsumunun ödənilməsi barədə qəbz. Göründüyü kimi vətəndaşa çıxarış verərkən zəruri olan əsaslı sənədlərin olmamasına baxmayaraq əsassız şəkildə vətəndaş çıxarışla təmin edilmişdir. Lakin bütün bunlara baxmayaraq X9 hansısa qanunsuz yollarla Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən № 578767 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən çıxarış almağa müvəffəq olmuşdur. Yuxarıda qeyd olunanlardan da göründüyü kimi ona çıxarış verilməsinin qanunsuz olmasına baxmayaraq O, müvafiq çıxarışla təmin edilmişdir. Bu səbəblərə görə də Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən X3 adına verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarış etibarsız hesab edilməlidir. Məhkəmənin qərardadı ilə X9 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra İnzibati Prosessual Məcəllə) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini (etirazını) yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin etirazında bildirilmişdir ki, iddia 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən etirazla qarşılanır. İddiaçı müvafiq iddia tələbi ilə bağlı xx.xx.2022-ci il tarixli, ********** nömrəli ərizə ilə 1 saylı Bakı Ərazi idarəsinə müraciət etmişdir. İddia tələbinə münasibətdə bildirir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənəd - fərdi ev tikmək üçün torpaq sahəsinin ayrılması haqqında Səbail Rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli, xx.xx.1995-ci il tarixli sərəncamı əsasında müvafiq torpaq sahəsinə dair X3 mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və bununla bağlı ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il tarixli çıxarış tərtib olunmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir, Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında iddiaçı tərəf dəqiqləşdirilmiş iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun olaraq izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş üzrə keçirilmiş şifahi məhkəmə baxışı iclasında üçüncü şəxsin vəkili və nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, aşağıdakı səbəblərə görə iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2019-cu il tarixli ********** saylı qeydiyyat nömrəli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahə üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(009)-27/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X9 cavabdeh İddiaçı qarşı "qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsində həyata keçirdiyi özbaşına tikilinin cavabdehin hesabına sökülməsi, cavabdeh İddiaçı və onun digər ailə üzvləri ilə birlikdə ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 0,44 ha torpaq sahəsinin boşaldılması və torpaq sahəsinin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 cavabdeh İddiaçı qarşı “qanunsuz tikilinin sökülməsi və ailə üzvləri ilə birlikdə torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası rədd edilmişdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/6427 nömrəli ekspert rəyində göstərilmişdir ki, Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "xxxx" MMC-nin Bakı Layihə-Tədqiqat idarəsinin mütəxəssis rəyinə əsasən cavabdeh İddiaçı Atxan oğlu tərəfindən Badamdar qəsəbəsində həyata keçirilən və yaşadığı tikili iddiaçı X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan RpsBgbjü^şı ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən, verilmiş ********** saylı xx.xx.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində yerləşir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin "Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən cavabdeh İddiaçı Atxan oğlu tərəfindən Badamdar qəsəbəsində həyata keçirilən və yaşadığı tikili iddiaçı X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində 440 kv.m sahədə inşa edilmişdir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ‘‘Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi” MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən iddiaçı X4 məxsus ünvan 2yə dair Azırbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsinin hüdudları daxilində cavabdeh İddiaçı tərəfindən həyata keçirilən və yaşadığı tikilinin ümumi sahəsi 90 kv.m-dir. Azərbaycan Respublikası iqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin “Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi" MMC-nin Xaçmaz Layihə-Tədqiqat İdarəsinin mütəxəssis rəyinə əsasən Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olan müraciətə əlavə olunmuş sxem miqyassız, koordinatsız, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi, sxemin tərtib olunma müddətində uzun müddət keçdiyindən, situasiyanın dəyişdiyindən sözügedən sxemə əsasən sxemdə ayrılmış torpaq sahəsini tam dəqiqliklə naturada müəyyən etmək mümkün deyildir. Lakin iddiaçı X6 məxsus Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yşayış massivi 958D saylı sahəyə dair Azərbaycan Respublikası ƏMDK (keçmiş) yanında DƏDRX tərəfindən verilmiş ********** saylı, xx.xx.2019-cu il tarixli mülkiyyətdən çıxarış əsasında verilmiş A 456438 saylı torpaq sahəsinin planı və ölçüsü üzrə reyestrdə qeydiyyata alınmış torpaq sahəsi- hüdudları, Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə iddiaçı X6 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə vizual görüntüdə (peyk görüntüsü və əsas yollara əsasən) fərqli mövqelərdə yerləşir və üst-üstə düşmür (sxem mütəxəssi rəyinə əlavə edilmişdir). - Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamından görünür ki, X6 600 kv.m torpaq sahəsi ayrılmışdır. - Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidən görünür ki, cizgi Səbail rayon İcra Hakimiyyətinin Badamdar qəsəbəsi nümayəndəsi tərəfindən təsdiq edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş A№456438 saylı “torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsinin koordinatları müəyyən edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********85 saylı məktubu ilə göndərilmiş mütəxəssis rəyindən görünür ki, mövcud vəziyyətdə iddiaçının göstərdiyi torpaq sahəsi ilə X3 adına qeydiyyata alınmış **********06 (daxil olma nömrəsi **********) reyestr nömrəli torpaq sahəsi eynilik təşkil etməklə üst-üstə düşür. Qeyd olunan İddiaçı yaşadığı tikili 2 (iki) mərtəbəli tikintialtı sahəsi 90,0 kv.m təşkil edir. Mövcud vəziyyətdə iddiaçının göstərdiyi torpaq sahəsi ilə X3 adına qeydiyyata alınmış **********06 (daxil olma nömrəsi **********) reyestr nömrəli torpaq sahəsi eynilik təşkil etməklə üst-üstə düşür. Qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə torpaq sahəsinin yerləşmə mövqeyi şərti olaraq göstərilsə də, istinad məsafələri göstərilməyib. Bununla bağlı cizgini tərtib və təsdiq edən təşkilata (Səbail Rayon İcra Hakimiyyəti) sorğu verilməsi məqsədəuyğundur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Maddə 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 16.6. Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər, edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 fevral 2020-ci il tarixli qərarının 9-cu bəndində qeyd olunub ki, reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa bu halda inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquqmüəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli 1017 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi”nin 3.0.23-cü bəndinə əsasən daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq Xidmətin vəzifələrindən biridir. Daşınmaz əmlaka, o cümlədən torpaq sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla tənzimlənir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Göründüyü kimi həmin Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş halların heç biri məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu Qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Avropa Məhkəməsi bir çox qərarlarında təkrar edir ki, “yaxşı idarəçilik” prinsipinin xüsusi vacibliyi ondan ibarətdir ki, ictimai maraqlara, xüsusən mülkiyyət hüququ da daxil olmaqla fundamental hüquqlara təsir göstərə biləcək hallarda, hökümət orqanları dərhal, müvafiq və ardıcıl şəkildə hərəkət etməlidirlər. Vistins və Peryepyolkin Latviyaya qarşı (GC), (no. 71243/01, § 120, 25 Oktyabr 2012) işdə Məhkəmə qeyd etdi ki, ərizəçinin torpaq sahəsinin vicdanlı alıcısı olması yerli səviyyədə heç zaman mübahisə edilməmişdir. Ərizəçi adi vətəndaş olmuş və torpaq sahəsinin alqı-satqısı həmin statuslu bütün şəxslərə tətbiq edilən qanunlar əsasında həyata keçirilmişdir, bu səbəbdən onun hər hansı imtiyazdan istifadə etməklə və ya qanuna zidd qaydada torpaq sahəsini əldə etməsinə dəlalət edən zəmin yoxdur (bax Albegras və Arlauskas Litvaya qarşı, § 68). Kopecki Slovakiyaya qarşı (GC), (no. 44912/98, §§ 45-47, AİHM 2004-İX, və Pirantiene Litvaya qarşı, § 61) işdə isə Məhkəmə bildirdi ki, ərizəçinin torpaq sahəsinin əldə edilməsi ilə bağlı “qanuni gözləməsi (intizarı)” əsaslı və haqlı olaraq mülkiyyət hüququnun qanuni əsasını təşkil edən və onu daşıyan inzibati orqanlar tərəfindən qəbul edilmiş qərarlara əsaslanır. Bu halda ərizəçi mülkiyyət hüququndan yararlanmağa davam etməklə “qanuni gözləmə”yə malik olur. X7 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic ); “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05). Göründüyü kimi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında əmlakdan maneəsiz istifadəni mahiyyət etibarı ilə şəxsin mülkiyyət hüququnun tanınması kimi müəyyən etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 5.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. İşin yuxarıda şərh edilən hallarından görünür ki, iddiaçı həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan olan sənədləri qeydiyyat orqanına verilən ərizəyə əlavə etdiyindən cavabdehin imtinası iddiaçının qanuni əsaslarla əldə etdiyi bag sahəsi üzərində mülkiyyət hüquqlarının tam şəkildə həyata keçirilməsini əsassız olaraq məhdudlaşdırmışdır. Halbuki “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir; 32.3-cü maddəsinə görə inzibati orqan ərizəçidən Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulduğundan əlavə hər hansı digər sənəd və ya məlumat tələb edə bilməz; 67-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bu baxımdan iddiaçının müraciətinin təmin edilməsindən imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz və hazırkı mübahisəyə münasibətdə onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 985D saylı sahəyə dair X8 kitabında aparılmış 10 dekabr 2019-cu il tarixli A seriyalı 456438 nömrəli qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini cavabdehdən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının ərizəsi qanuni əsaslı olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı əldə edilmiş mütəxəssis rəyindən görünür ki, mövcud vəziyyətdə iddiaçının göstərdiyi torpaq sahəsi ilə X3 adına qeydiyyata alınmış **********06 (daxil olma nömrəsi **********) reyestr nömrəli torpaq sahəsi eynilik təşkil etməklə üst-üstə düşür. Qeyd olunan İddiaçı yaşadığı tikili 2 (iki) mərtəbəli tikintialtı sahəsi 90,0 kv.m təşkil edir. Mövcud vəziyyətdə iddiaçının göstərdiyi torpaq sahəsi ilə X3 adına qeydiyyata alınmış **********06 (daxil olma nömrəsi **********) reyestr nömrəli torpaq sahəsi eynilik təşkil etməklə üst-üstə düşür. Qeyd olunan torpaq sahəsi ilə bağlı Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə torpaq sahəsinin yerləşmə mövqeyi şərti olaraq göstərilsə də, istinad məsafələri göstərilməyib. Bundan başqa, - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 10/6427 nömrəli ekspert rəyində göstərilmişdir ki, “---- Bakı şəhər Səbail rayon İcra Hakimiyyəti Başçısının 406 nömrəli 02 fevral 1995-ci il tarixli sərəncamı ilə iddiaçı X6 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahədə yerləşən torpaq sahəsi Səbail rayon İcra Hakimiyyəti Başçısının 02 fevral 1995-ci il tarixli sərəncamına əlavə olunmuş cizgidə vizual görüntüdə (peyk görüntüsü və əsas yollara əsasən) fərqli mövqelərdə yerləşir və üst-üstə düşmür (sxem mütəxəssi rəyinə əlavə edilmişdir). Belə olan halda, cavabdeh tərəfindən verilmiş 10 dekabr 2019-cu il tarixli A seriyalı 456438 nömrəli qeydiyyatı əsasında verilmiş plan-ölçüdə X6 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahəsinin yerinin düzgün göstərilmədiyi müəyyən edilmişdir. Buna görə də, iddiaçı onun istifadəsində olan torpaq sahəsi yerini X6 ayrılmış Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 958 saylı 600 kv.m sahəsi kimi müəyyən edən X8 kitabında aparılmış 10 dekabr 2019-cu il tarixli A seriyalı 456438 nömrəli qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsini cavabdehdən tələb etməkdə haqlıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Bu Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmənin qənaəti belədir ki, iddia təmin edilməli, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 985D saylı sahəyə dair X8 kitabında aparılmış 10 dekabr 2019-cu il tarixli A seriyalı 456438 nömrəli qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tuturaq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 985D saylı sahəyə dair X8 kitabında aparılmış 10 dekabr 2019-cu il tarixli A seriyalı 456438 nömrəli qeydiyyatın qanunsuz hesab edilərək “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə ləgv edilsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 6 SƏDRLİK EDƏN MEHRİBAN QARAYEVA

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar