Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1569/2024 25.10.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədli Səidə Səfər qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraja) mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Cavabdehin imtinalarının əsassız hesab edilməsi, ünvan 1 ünvanında yerləşən və “Məkan" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən 7 ədəd qeyri-yaşayış sahəsinin (qarajların) İddiaçı adma qeydiyyata alınması, texpasport və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi vanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanda "xxxx" MTK tərəfindən inşa edilmiş binada 7 ədəd qeyri-yaşayış sahələri (qarajlar) vardır. Bu sahələrə bina tikildikdən sonra, təxminən 2010-cu ildən sahiblik edir. Qeyri-yaşayış sahələri onlara torpaq sahəsinin əvəzi kimi verilmişdir. Belə ki, 2004-cü ildə dörd nəfər arasında bağlanılmış birgə fəaliyyət haqqında razılaşmaya əsasən sözügedən ünvanda mövcud olmuş "Zeytun"xxxx"MTK"-a verilmiş və çoxmənzilli yaşayış binasının tikintisi həyata keçirilmişdir. Tikinti başa çatdıqdan sonra binadakı sahələrin bir qismi 4 nəfər şəriklər arasında bölünmüş və payına 8 ədəd qaraj düşmüşdür. Qeyri-yaşayış sahələrinə dair hər-hansı mübahisə yoxdur. Habelə, bina istismara qəbul edilmiş və demək olar ki, bütün payçılar yaşayış və qeyri-yaşayış sahələrinə görə çıxarışlarla təmin edilmişlər. Bu yaxınlarda 7 ədəd qeyri-yaşayış sahəsinin (qaraj) daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçirilməsi barədə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Təxminən bir il ərzində ondan müxtəlif sənədlər tələb edilmiş, hər bir sənədin gətirilməsi təmin edilmiş, hətta "xxxx" MTK-nın hüquqi varisinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsindən qeydiyyatdan keçirilməsi tələbi də yerinə yetirilmişdir. Mühəndislər iki dəfə sahəyə baxış keçirmiş və müsbət rəy vermişlər, tezliklə müvafiq çıxarış veriləcəyi bildirilsə də, bugünlərdə cavabdehin ona göndərdiyi 24 və 26 may 2023-cü il tarixli cavab məktublarında müraciətinin müsbət həll edilməsindən imtina edilmiş və göstərilmişdir ki: "Müraciətinizlə əlaqədar olaraq bildiririk ki. qeyd edilən qeyri-yaşayış sahəsi Başabəla MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. 10 ildən artıq müddətdə sahibliyində olan ünvan 3 ünvanda "xxxx" MTK (hüquqi varisi "xxxx" MMC) tərəfindən inşa edilmiş binanın 5-ci blokundakı 21,46 kv.metr sahəsi olan 11 saylı, həmin blokdakı 34,08 kv.metr sahəsi olan 9 saylı, həmin blokdakı 35,38 kv.metr sahəsi olan 8 saylı, həmin blokdakı 36,54 kv.metr sahəsi olan 6 saylı, həmin blokdakı 21,46 kv.metr sahəsi olan 10 saylı, həmin blokdakı 36,54 kv.metr sahəsi olan 7 saylı, həmin blokdakı 36,00 kv.metr sahəsi olan 1 saylı qeyri-yaşayış sahələrinə dair texniki pasport və çıxarış verilməsi öhdəliyi Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Revestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə vəzifə kimi qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı ünvan 4 ünvanında yerləşən 1, 6, 7,8,9,10 və 11 saylı qeyri-yaşayış sahələri (qarajlar) üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, **********, ********** və ********** saylı ərizələr ilə 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdir. Sərəncamın araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının təqdim etdiyi sözügedən qeyri- yaşayış sahələrinə dair "xxxx" MMC tərəfindən verilmiş maliyyə arayışı və müqavilə əsasında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə uyğun olaraq müvafiq qeyri-yaşayış sahələri üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alına bilməz. Belə ki, müvafiq ünvanda yerləşən 1, 6, 7,9,10 və 11 saylı qeyriyaşayış sahələri "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında iddiaçının adına özgəninkiləşdirilə bilər. İdarənin mütəxəssisləri tərəfindən Binəqədi rayonu, 9-cu mrk., Mir Cəlal küçəsi ev 72 ünvanında yerləşən 8 saylı qeyriyaşayış sahəsinə keçirilən texniki baxış zamanı iddiaçı tərəfindən göstərilən sahənin təqdim olunmuş layihədə texniki otaq kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 35.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçilərinə həmin binada mənzillərin hissəsi olmayan və binada birdən artıq sahəyə xidmət etmək üçün nəzərdə tutulan obyektlər (o cümlədən, mənzillərarası pilləkən meydançaları, pilləkənlər, liftlər, lift şaxtası və ya digər şaxtalar, dəhlizlər, texniki mərtəbələr, çardaqlar, mühəndis qurğuları olan zirzəmilər, həmin binada birdən artıq sahəyə xidmət edən avadanlıq (texniki zirzəmi), habelə binanın daşıyıcı və daşıyıcı olmayan konstruksiyalarını ayıran dam örtükləri, binada sahələrin daxilində və onların hüdudlarından kənarda yerləşən və birdən artıq sahəyə xidmət edən mexaniki, elektrik, sanitar-texniki və digər avadanlıq, yaşıllaşdırma və abadlaşdırma elementləri də daxil olmaqla binanın yerləşdiyi torpaq sahəsi, binaya xidmət etmək, onun istismarı və abadlaşdırılması üçün nəzərdə tutulmuş həmin torpaq sahəsində yerləşən obyektlər) (bundan sonra - çoxmənzilli binanın ümumi əmlakı) ümumi paylı mülkiyyət hüququ ilə mülkiyyətçilərə məxsusdur. Qeyri-yaşayış sahəsinin ölçüsü sənəd üzrə 34.08 kv.m, faktiki isə 38.4 kv.m təşkil edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 87.1-ci maddəsinə əsasən bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.1ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Yuxarıda qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsini rəhbər tutaraq məhkəmədən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-11561/2024 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə "xxxx" MMC (keçmiş "xxxx" MTK) və “Binəqədi-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “qeyri-yaşayış sahəsinə (qaraja) mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə adi cəlbetmə qaydasında inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçının vəkili və nümayəndəsi xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ünvan 1 ünvanında yerləşən və "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən və binanın 5-ci blokundakı 21,4 kv.metr sahəsi olan 11 saylı, həmin blokdakı 35,3 kv.metr sahəsi olan 9 saylı, həmin blokdakı 34,08 kv.metr sahəsi olan 8 saylı, həmin blokdakı 36,0 kv.metr sahəsi olan 6 saylı, həmin blokdakı 21,4 kv.metr sahəsi olan 10 saylı, həmin blokdakı 36,5 kv.metr sahəsi olan 7 saylı, həmin blokdakı 35,9 kv.metr sahəsi olan 1 saylı qeyri-yaşayış sahələrinin (qarajların) İddiaçı adma qeydiyyata alınması, texpasport və reyestrdən çıxarışın verilməsi vəzifəsinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşmiş şəkildə icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbinə etirz edəərk tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17- 18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində, ümumi sahəsi 21.46 kv.m olan, 10 saylı qeyri-yaşayış sahəsinin payçısıdır. İddiaçı pay dəyərini tam ödəmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 10 nömrəli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MMC-nin direktoru X1 bir tərəfində ünvan 6 ünvanında qeydiyyatda olan sonralar "Payçı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. "xxxx" MMC ünvan 7 ünvanında inşa edilən 5 girişli 17-18 mərtəbəli binanın 5-ci girişin zirzəmisində, 10 nömrəli qarajı “Payçı”ya verməyi öz öhdəsinə götürür. Qarajın ümumi sahəsi 21.46 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17- 18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində, ümumi sahəsi 21.46 kv.m olan, 11 saylı qeyri-yaşayış sahəsinin payçısıdır. İddiaçı pay dəyərini tam ödəmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 11 nömrəli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MMC-nin direktoru X1 bir tərəfində ünvan 6 ünvanında qeydiyyatda olan sonralar "Payçı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. "xxxx" MMC ünvan 7 ünvanında inşa edilən 5 girişli 17-18 mərtəbəli binanın 5-ci girişin zirzəmisində, 11 nömrəli qarajı “Payçı”ya verməyi öz öhdəsinə götürür. Qarajın ümumi sahəsi 21.46 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17- 18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində, ümumi sahəsi 35.38 kv.m olan, 9 saylı qeyri-yaşayış sahəsinin payçısıdır. İddiaçı pay dəyərini tam ödəmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 9 nömrəli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MMC-nin direktoru X1 bir tərəfində ünvan 6 ünvanında qeydiyyatda olan sonralar "Payçı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. "xxxx" MMC ünvan 7 ünvanında inşa edilən 5 girişli 17-18 mərtəbəli binanın 5-ci girişin zirzəmisində, 9 nömrəli qarajı “Payçı”ya verməyi öz öhdəsinə götürür. Qarajın ümumi sahəsi 35.38 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17- 18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində, ümumi sahəsi 36.54 kv.m olan, 7 saylı qeyri-yaşayış sahəsinin payçısıdır. İddiaçı pay dəyərini tam ödəmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 7 nömrəli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MMC-nin direktoru X1 bir tərəfində ünvan 6 ünvanında qeydiyyatda olan sonralar "Payçı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. "xxxx" MMC ünvan 7 ünvanında inşa edilən 5 girişli 17-18 mərtəbəli binanın 5-ci girişin ziszəmisində, 7 nömrəli qarajı “Payçı”ya verməyi öz öhdəsinə götürür. Qarajın ümumi sahəsi 36.54 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17- 18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində, ümumi sahəsi 36.05 kv.m olan, 6 saylı qeyri-yaşayış sahəsinin payçısıdır. İddiaçı pay dəyərini tam ödəmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 6 nömrəli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MMC-nin direktoru X1 bir tərəfində ünvan 6 ünvanında qeydiyyatda olan sonralar "Payçı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. "xxxx" MMC ünvan 7 ünvanında inşa edilən 5 girişli 17-18 mərtəbəli binanın 5-ci girişin zirzəmisində, 6 nömrəli qarajı “Payçı”ya verməyi öz öhdəsinə götürür. Qarajın ümumi sahəsi 36.05 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17- 18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində, ümumi sahəsi 36 kv.m olan, 1 saylı qeyriyaşayış sahəsinin payçısıdır. İddiaçı pay dəyərini tam ödəmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 1 nömrəli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MMC-nin direktoru X1 bir tərəfində ünvan 8 ünvanında qeydiyyatda olan sonralar "Payçı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. "xxxx" MMC ünvan 7 ünvanında inşa edilən 5 girişli 17-18 mərtəbəli binanın 5-ci girişin zirzəmisində, 1 nömrəli qarajı “Payçı”ya verməyi öz öhdəsinə götürür. Qarajın ümumi sahəsi 36 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, İddiaçı ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17- 18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində, ümumi sahəsi 34.08 kv.m olan, 8 saylı qeyri-yaşayış sahəsinin payçısıdır. İddiaçı pay dəyərini tam ödəmişdir. Bu qarajla bağlı MMC-yə borcu yoxdur. Arayış Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə təqdim etmək üçün verilir. İş materiallarına əlavə edilmiş Yaşayış binasında mənzil tikintisi haqqında müqavilə "xxxx" MMC ilə payçı İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli 8 nömrəli müqaviləyə əsasən "xxxx"xxxx"xxxx" adlanan və MMC-nin Nizamnaməsinə əsasən hərəkət edən "xxxx" MMC-nin direktoru X1 bir tərəfində ünvan 6 ünvanında qeydiyyatda olan sonralar "Payçı" adlandırılan vətəndaş İddiaçı digər tərəfdən aşağıdakılar haqqında müqavilə bağlamışdılar. "xxxx" MMC ünvan 7 ünvanında inşa edilən 5 girişli 17-18 mərtəbəli binanın 5-ci girişin zirzəmisində, 8 nömrəli qarajı “Payçı”ya verməyi öz öhdəsinə götürür. Qarajın ümumi sahəsi 34.08 kv.m təşkil edir. İş materiallarına əlavə edilmiş Bakı Şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2010-cu il tarixli 491 saylı sərəncamı ilə tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktına əsasən ünvan 9 ünvanda 17-18 mərtəbəli 5 girişli və Mİr Cəlal küçəsi, 72 “A” saylı ünvanda 12 mərtəbəli 1 girişli 2 ədəd yaşayış binası (1-ci mərtəbələri qeyri-yaşayış sahəsi) istismara qəbul edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********85 nömrəli məktubu ilə təqdim olunmuş ünvan 10 ünvanında yerləşən qarajların texniki vəziyyətini əks etdirən müayinə aktının təsdiq edilmiş surətindən görünür ki: -ünvan 10 ünvanında yerləşən 1 saylı qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 36.0 kv.m, faktiki 35.9 kv.m-dir. Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğundur. ünvan 10 ünvanında yerləşən 6 saylı qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 36.05 kv.m, faktiki 36.0 kv.m-dir. 2-tərəfdən sərhəddi şərtidir. Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğundur. -ünvan 10 ünvanında yerləşən 7 saylı qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 36.54 kv.m, faktiki 36.5 kv.m-dir. 2-tərəfdən sərhəddi şərtidir. Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğundur. - ünvan 10 ünvanında yerləşən 8 saylı qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 34.08 kv.m, faktiki 38.4 kv.m-dir. Faktiki olaraq ü/s – 4.32 kv.m artıqdır. Layihədə texniki otaq göstərilməmişdir. Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğundur. -ünvan 10 ünvanında yerləşən 9 saylı qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 35.38 kv.m, faktiki 35.3 kv.m-dir. 2 tərəfdən sərhəddi şərtidir. Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğundur. -ünvan 10 ünvanında yerləşən 10 saylı qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 21.45 kv.m, faktiki 21.4 kv.m-dir. 3-tərəfdən sərhəddi şərtidir. Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğundur. -ünvan 10 ünvanında yerləşən 11 saylı qarajın sahəsi hüquq müəyyənedici sənəd üzrə 21.46 kv.m, faktiki 21.4 kv.m-dir. 3-tərəfdən sərhəddi şərtidir. Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğundur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli **********23 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2023-cü il tarixli, **********52 qeydiyyat nömrəli məktubla, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2023-cü il tarixli, **********54 qeydiyyat nömrəli məktubla, ********** nömrəli ərizəsinə xx.xx.2023-cü il tarixli, **********55 qeydiyyat nömrəli məktubla, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2023-cü il tarixli, **********56 qeydiyyat nömrəli məktubla, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2023-cü il tarixli, **********65 qeydiyyat nömrəli məktubla, ********** qeydiyyat nömrəli ərizəsinə xx.xx.2023-cü il tarixli, **********66 qeydiyyat nömrəli məktubla, ********** qeydiyyat nömrəli ərizəsinə isə xx.xx.2023-cü il tarixli, **********05 qeydiyyat nömrəli məktubla cavab verilmişdir. Bu barədə 11,08.2023-cü il tarixli, **********85 qeydiyyat nömrəli məktubla Sizə məlumat verilmiş və qeyri-yaşayış sahələrinə dair müayinə aktlarının təsdiq edilmiş surətləri göndərilmişdir. Həmçinin bildirirk ki, sözügedən ünvanla bağlı Milli Qeydiyyat Sistemində digər şəxslərin müraciətləri qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş “Binəqədi-5” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin xx.xx.2023-cü il tarixli 89 nömrəli arayışından görünür ki, Binəqədi rayonu M. Cəlal küçəsi, 72 saylı binanın 5-ci blokunun zirzəmisində yerləşən 1, 6, 7, 8, 9, 10, 11 saylı qarajlar İddiaçı məxsusdur. Məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli **********20 nömrəli məktubunda bildirilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi, ev 72 saylı binanın zirzəmisində texniki otaq kimi qeydiyyatdan keçmiş qeyri-yaşayış sahəsi aşkar edilməmişdir. Həmçinin bildiririk ki, binanın zirzəmisində yerləşən və texniki otaq kimi nəzərdə tutulan qarajlar barədə məlumat əldə edilməsi üçün aidiyyəti üzrə müraciət edilməsi məqsədəuyğundur. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********52 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar nəzər alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********66 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar nəzər alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasındam imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********56 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar nəzər alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********55 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar nəzər alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********65 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar nəzər alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2023-cü il tarixli, **********54 nömrəli məktubunda bildirilmişdir ki, qeyd edilən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındıqdan sonra həmin MMC ilə notariat qaydasında bağlanılmış alqı-satqı müqaviləsi əsasında sizin adınıza özgəninkiləşdirilə bilər. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsasdır. Yuxarıda qeyd olunanlar nəzər alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrıayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, məhkəməyə inzibati orqanın müraciətin təminindən imtinaya dair cavab məktubunu təqdim etmişdir. İddia mahiyyət üzrə əsaslıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Göründüyü kimi mənzil-tikinti kooperativləri tərəfindən inşa edilmiş yaşayış binalarında yerləşən mənzillərə qeydiyyatın aparılması üçün əsas kimi mənzil tikinti kooperativ üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) əsasdır. İşin yuxarıda sadalanan hallarından görünür ki, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus olan 5 girişli 17-18 mərtəbəli binasının 5-ci girişinin zirzəmisində yerləşən 7 ədəd (1, 6, 7, 8, 9, 10, 11 saylı) qarajlar "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrə əsasən iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Eyni zamanda xx.xx.2022-ci il tarixli maliyyə arayışlarına əsasən qarajların dəyəri iddiaçı tərəfindən tam olaraq ödənilmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının qeyri-yaşayış sahələri ilə bağlı təqdim edilən hüquqmüəyyənedici sənədlər arasında mənzil-tikinti kooperativinin üzvlərinin ümumi yığıncağının qərarının olmaması iddiaçının kooperativ üzvü kimi qəbul olunmaması və ya həmin sahəyə payçı olaraq hüququnun yaranmadığı nəticəsinə gəlməyə və qeyd edilən Qanunun 8.0.6-cı maddəsinin normasına uyğun olmadığı əsası ilə mülkiyyət hüququnun qeydiyyata alınmasından imtinaya əsas ola bilməz. Qeyd edilməlidir ki, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqavilələrdə MMC qarajı almaq istəyən İddiaçı bilavasitə kooperativin üzvü kimi tanımış, ona qeyri-yaşayış sahələrini pay haqqının ödənilməsi şərti ilə verməyi öhdəsinə götürmüşdür. İddiaçı isə MMC-yə olan pay haqqını tam şəkildə ödəmişdir. MMC rəhbərliyinin satdığı sahələrlə bağlı rəsmiləşmə işlərini lazımı qaydada aparmaması (kooperativ üzvlərinin ümumi yığıncağının qərarının təqdim edilməməsi) iddiaçının xx.xx.2022-ci il tarixli müqavilə və maliyyə arayışları əsasında təsdiq olunmuş mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına mane hesab edilə bilməz. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin: -3.0.42-ci maddəsinə görə sifarişçi - tikinti obyektlərinin tikintisini (inşasını, cari və əsaslı təmirini, yenidən qurulmasını, bərpasını) və ya sökülməsini, mühəndis-axtarış işlərinin yerinə yetirilməsini və tikinti obyektlərinin layihələndirilməsini sifariş edən dövlət orqanları, bələdiyyələr, eləcə də hüquqi və ya fiziki şəxslərdir. -101.1-ci maddəsinə görə tikinti obyektinin istismarına icazə verilməsi tikintisi başa çatmış obyektin və ya onun bir hissəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyinin və ondan təyinatı üzrə istifadənin mümkünlüyünün təsdiq edilməsidir. -101.2-ci maddəsinə əsasən tikinti obyektinin (tikintisinə icazə tələb olunan reklam qurğuları istisna olmaqla) istismarına icazə müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum, tikintisinə icazə tələb olunan reklam qurğularının istismarına icazə isə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən verilir. -102.2-ci maddəsinə görə obyekt şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun tikildiyi halda Bakı şəhərinin inzibati ərazisində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən tikinti obyektinin istismarına icazə verilir. İstismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir. Qeyd edilməlidir ki, iddiaçının hüquqlarının qeydə alınmasını tələb etdiyi qeyriyaşayış sahələrinin (qarajlar) yerləşdiyi bina istismarına icazə verilmiş çoxmənzilli yaşayış binasıdır. Cavabdehin mütəxəssisləri tərəfindən keçirilmiş yerli müayinə aktlarında adları çəkilən qarajların iddiaçının faktiki sahibliyində olması ilə yanaşı, hər birinin yerləşmə mövqeyinin təqdim olunmuş layihəyə uyğun olduğu qeyd edilmişdir. Cavabdeh iddiaya etirazında Binəqədi rayonu, 9-cu mrk., Mir Cəlal küçəsi ev 72 ünvanında yerləşən 8 saylı qeyri-yaşayış sahəsinə keçirilən texniki baxış zamanı həmin sahənin təqdim olunmuş layihədə texniki otaq kimi nəzərdə tutulduğu qeyd edilmiş, lakin təqdim olunmuş yerli müayinə aktında isə əksinə, 8 saylı qarajın sahəsinin Yerləşmə mövqeyi təqdim olunmuş layihəyə uyğun olduğu, eləcə də layihədə texniki otaq göstərilmədiyi qeyd edilmişdir Məhkəmə sorğusuna cavabda isə cavabdeh etirazında 8 saylı qarajla bağlı qeyd etdiyi qarajın texniki otaq olması ilə bağlı dəlil irəli sürməmiş, bunu faktiki vəziyyətin təsdiq olunmuş layihəyə uyğun olmadığı, layihədə texniki otaq kimi göstərilən sahənin faktiki qaraj kimi təqdim edilməsi ilə bağlı hər hansı sübut təqdim etməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun: -6.1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı ilə bağlı hərəkətlər: 6.1.1.1. daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın təqdim olunması; 6.1.1.2. daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) verilməsi. -7.1-ci maddəsinə görə daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında” Əsasnaməyə görə Xidmət dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının (bundan sonra - hüquqların dövlət qeydiyyatı) həyata keçirilməsini təmin etmək (bənd 2.0.1); hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək (bənd 3.0.11); tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyriyaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılmasını həyata keçirmək, inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək (bənd 3.0.24) kimi səlahiyyətlərini Azərbaycan Respublikasının bütün ərazisində bilavasitə və ərazi idarələri (ixtisaslaşdırılmış hüquqi şəxslər) vasitəsilə həyata keçirir (bənd 1.3). Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin imtinası qanunazidd və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, ünvan 1 ünvanında yerləşən və "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən və binanın 5-ci blokundakı 21,4 kv.metr sahəsi olan 11 saylı, həmin blokdakı 35,3 kv.metr sahəsi olan 9 saylı, həmin blokdakı 34,08 kv.metr sahəsi olan 8 saylı, həmin blokdakı 36,0 kv.metr sahəsi olan 6 saylı, həmin blokdakı 21,4 kv.metr sahəsi olan 10 saylı, həmin blokdakı 36,5 kv.metr sahəsi olan 7 saylı, həmin blokdakı 35,9 kv.metr sahəsi olan 1 saylı qeyri-yaşayış sahələrinə dair (qarajlar) mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq texniki pasport və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanında yerləşən və "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının zirzəmisində yerləşən və binanın 5-ci blokundakı 35,9 kv.metr sahəsi olan 1 saylı, həmin blokdakı 36,0 kv.metr sahəsi olan 6 saylı, həmin blokdakı 36,5 kv.metr sahəsi olan 7 saylı, həmin blokdakı 34,08 kv.metr sahəsi olan 8 saylı, həmin blokdakı 35,3 kv.metr sahəsi olan 9 saylı, həmin blokdakı 21,4 kv.metr sahəsi olan 10 saylı, həmin blokdakı 21,4 kv.metr sahəsi olan 11 saylı qeyri-yaşayış sahələrinə dair (qarajlar) mülkiyyət hüququnun İddiaçı adına qeydiyyata alınaraq texniki pasport və reyestrdən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı ərazi idarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-1569/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1569/2024
25.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver