Məhkəmə qərarları › İş №2-1(112)-15729/2024

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15729/2024

23.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15729/2024 23.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi” tələbinə dair iş üzrə iddia ərizəsinə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin xx.xx.1995-ci il tarixli, 822 saylı sərəncamı ilə "xxxx" firmasına Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində avtobus dayanacağında mağaza tikintisi üçün 3m x 5m ölçüdə ayrılmış torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi vəzifəsinin Bakı şəhəri Cavabdeh üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Əzizbəyov rayonu (indiki Xəzər rayonu) İcra Hakimiyyətinin xx.xx.1995-ci ii tarixli 822 saylı sərəncamı ilə "Uiduz-B" firmasına Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində avtobus dayanacağında rnağaza tikintisi üçün 3m x 5m ölçüdə torpaq sahəsi ayrılmışdır. 05 avqust 1999-cu ildə Bakı şəhəri Əzizbəyov rayonu Mərdəkan qəsəbəsində avtobus dayanacağında mağaza tikintisi üçün "xxxx" firmasına ayrılmış torpaq sahəsinə dair texniki pasport tərtib edilmişdir. "xxxx" firmasının təsisçisi X1 vəfat etmiş və Bakı şəhəri 31 saylı Notariat Ofisi tərəfindən verilmiş 189 saylı, 23 mart 2021-ci il tarixli məktubu ilə İddiaçı hüquqi varis kimi tanınmışdır. Azərbaycan Respublikası Milli Arxiv idarəsinin Bakı filialı tərəfindən verilmiş 28 iyul 2023-cü il tarixli 3-48-2F/2-B-05305/2023 saylı arayışından görünür ki, həmin torpaq sahəsinin ayrılması barədə arxiv sənədləri mövcuddur. Həmin torpaq sahəsinə dair sənədləşmə işlərinin həyata keçirilməsi üçün yerləşmə sxeminin tərtib edilməsi zəruridir. Bu məqsədlə Bakı şəhəri Xəzər rayonu İcra hakimiyyətinə müraciət edilib. Lakin Bakı şəhəri Cavabdeh tamamilə əsassız olaraq xahişindən imtina etmişdir və bundan sonra məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində deyilir: İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: -2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı fərmanı ilə təsdiq edilmiş "Yerli icra hakimiyyəti haqqına.Əsasnamə"nin 4.16.6-cı maddəsinə əsasən torpaq və daşınmaz əmlak mülkiyyətçilərinin və ijlifadəçiiərinin hüquqlarının müdafiəsinə kömək göstərmək dövlət əmlakının idarə edilməsi. Dövlət torpaq Kadastrı və torpaqların monitorinqi sahələrində yeriı icra hakimiyyətinin səlahiyyətinə aid edilmişdir. Torpaq sahəsi iddiaçının istifadəsinə verilərkən Azərbaycan Respublikasının 9 noyabr 1991-ci il tarixli Torpaq Məcəlləsi qüvvədə olmuşdur. Həmin 27 fevral 2001-ci il tarixli 96-İİQD saylı Qanuna əsasən qüvvədən düşmüşdür. Həmin Torpaq Məcəlləsinin 14-cü maddəsinə əsasən müddətsiz (daimi) və ya əvvəlcədən müddəti müəyyən edilmədən həyata keçirilən istifadə torpaqdan daimi istifadə hesab edilir. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda torpaq sahələri digər hüquqi və fiziki şəxslərin daimi istifadəsinə də verilə bilər. Həmin Məcəllənin 22-ci maddəsində deyilir ki, torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin səlahiyyəti torpaq münasibətlərinin tənzimlənməsində rayon, şəhər xalq deputatları Sovetlərinin öz inzibati əraziləri daxilində səlahiyyətinə aşağıdakılatr daxildir: 1) bu Məcəllə ilə müəyyən edilmiş qaydada torpaq sahələrini mülkiyyətə, sahibliyə, istifadəyə və icarəyə vermək. 2) torpaq üzərində mülkiyyət hüququnu, torpağa sahiblik hüququnu, torpaq sahələrinin müvəqqəti istifadəyə və icarəyə verilməsinə dair müqavilələri qeydə almaq. 3) torpaq kadastrının aparılmasını iəşkil etmək. 10) torpaqdan istifadəyə və onun mühafizəsinə dövlət nəzarətini həyata keçirmək. 12) torpaq mülkiyyətçilərinin, torpaq sahiblərinin və icarəçilərinin hüquqlarını qorumaq. Həmin Məcəllənin 29-cu maddəsində göstərilir ki, torpaq üzərində mülkiyyət hüququnun, sahiblik, istifadə və icarə hüquqlarının həyata keçirilməsi müvafiq rayon, şəhər xalq deputatları soveti tərəfindən verilmiş torpaq sahələri üzərində vətəndaşların, idarələrin, müəssisələrin və təşkilatların mülkiyyət, sahiblik və istifadə və icarə hüquqları yer quruluşu orqanları yerdə (naturada) sahənin hüdudlarını müəyyən etdikdən və müvafiq sənədləri rəsmiləşdirib verdikdən sonra qüvvəyə minir. Həmin Məcəllənin 57-ci maddəsinə əsasən yaşayış evi və köməkçi tikililər inşa etmək, habelə yardımçı təsərrüfatla məşğul olmaq üçün verilən torpaq sahəsi, yaşayış evi və köməkçi tikililər inşa etmək üçün torpaq sahəiəri rayon, şəhər xalq deputatları Sovetləri tərəfindən vətəndaşların mülkiyyətinə mövcud şərait və torpaq imkanları nəzərə alınmaqla verilir. "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində, şəhər rayonlarında, kəndlərində və qəsəbələrində dövlət hakimiyyət və idarəetmə orqanlarının strukturunu və fəaliyyətini təkmilləşdirmək haqqında" Azərbaycan Respublikası Prezidentinin 18 oktyabr 1991-ci il tarixli, 372 saylı Fərmanına əsasən "Azərbaycan Respublikasının rayonlarında, şəhərlərində dövlət hakimiyyət və idarəetmə orqanları haqqında Əsasnamə" təsdiq edilmişdir. (Həmin Əsasnamə 16 iyun 1999-cu il tarixli 138 saylı Fərmanla qüvvədən düşümüdür) Həmin Əsasnamənin 13-cü maddəsinin (icra hakimiyyəti başçısının əsas səlahiyyətləri) q bəndinə əsasən (torpaqdan istifadə, təbiəti mühafizə və təbiiehtiyatlardan istifadə sahəsində icra hakimiyyətinin başçısının səlahiyyətləri torpaq sahibliyi və torpaqdan istifadə məsələlərini həll edir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli, 5 nömrəli Qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yolverənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə əsasən yoxlamalıdırlar. xx.xx.2024-cü il tarixli, 2-1(112)-15729/2024 saylı qərardadına əsasən "xxxx" firmasının adından iddia qaldırmaq hüququnun və səlahiyyətləri təsdiq edən sənədlərin təqdim edilməməsi, cavabdeh inzibati orqana ünvanlanmış müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməməsi və s. səbəblərdən iddia mümkün sayılmamışdır. Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti tərəfindən "xxxx" firmasına torpaq sahəsinin ayrılması barədə sərəncam verilməmiş, torpaq sahəsi ayrılmamışdır. Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının dekabr 1995-ci il sərəncamı ilə yalnız "xxxx" firmasına mağazanın tikintisinə icazə verilmiş və mağaza inşa olunaraq qeyri-yaşayış obyekti kimi hazırda fəaliyyətdədir. Qeyriyaşayış obyektinin texniki pasportu mövcuddur. Belə ki, Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanununun 8.0.5-ci maddəsinə əsasən 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri dövlət qeydiyyatı üçün əsasdır. Bundan başqa, iddiaçının iddia tələbi barədə müraciəti Bakı İnzibati Məhkəməsinin məlum xx.xx.2024-cü il tarixli qərardadından sonra (Cavabdehnə daxil olmamış və cavablandırılmamışdır. Bununla da, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd olunan Qərarının tələbləri pozulmuşdur. Bakı şəhəri Əzizbəyov Rayon İcra Hakimiyyəti başçısının 822 saylı xx.xx.1995-ci il tarixli sərəncamına əsasən "xxxx" Firmasına Mərdəkan qəsəbəsi avtobus dayanağında 3x5 m ölçüdə mağazanın tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi Gigiyena və Epidemiologiya Mərkəzinin 01-556/16 saylı xx.xx.1995-ci il tarixli məktubda bildirilmişdir ki, Əzizbəyov rayon K və EM-i xx.xx.1995-ci il tarixli 4 saylı məktuba əsasən Mərdəkan avtobus dayanacağında təşkil edilən kommeroiya dükanında sanitar yoxlama aparıb tez xarab olan ərzaq məhsullarının satışı istisna olmaq şərti ilə onun fəaliyyətinə etiraz etmir. Yanğından Mühafizə və Qəza-Xilasetmə İşləri Baş İdarəsi 39-cu Müstəqil Hərbiləşdirilmiş Yanğın Hissəsinin 06 saylı xx.xx.1996-cı il tarixli məktubunda bildirilmişdir ki, 39 MHYH-nın nümayəndəsi tərəfindən "xxxx" Firmasına məxsus məxsus olan kommersiya mağazasının yanğın təhlükəsizliyinə qarşı vəziyyəti yoxlanılmışdır. Yanğın təhlükəsizliyi qeydlərinə riayət etmək şərti ilə mağazanın fəaliyyətinə etirazı yoxdur. Bakı şəhəri 31 saylı notariat ofisinin 189 saylı xx.xx.2021-ci il tarixli məktubunda bildirilmişdir ki, Bakı şəhəri 31 saylı notariat ofisinə, xx.xx.2020-ci il tarixdə vəfat etmiş X1 (xx.xx.1953-cü il təvəllüdlü, FİN-3FD2VSG) miras qalmış Bakı şəh, Mərdəkan qəs, 26 Bakı komissarı küç, ev 112-yə dair vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi ilə bağlı vərəsəsi İddiaçı ərizəsi qəbul edilmişdir və vərəsə kimi tanınmışdır. İcraatda olan vərəsəlik işi ilə əlaqədar olaraq miras qalmış əmlaka dair çıxarış verilməsinə etiraz etmir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçının etibarnamə üzrə nümayəndəsi C.A.Bəşirova ünvanlanmış **********78 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, qeyd edilən torpaq sahəsinə dair təqdim edilmiş sənədlər hüquqi şəxsə aid olduğundan, ərizəçi kimi hüquqi şəxs tərəfindən müraciət edilməlidir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.3-cü maddəsinə əsasən hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir. Bundan başqa, qeyd edilən əmlak və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər tam əlavə olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım barədə məktub göndərilərək iddia qaldırmaq üçün subyektiv hüququnu təsdiq edən sənədlərin, cavabdeh inzibati orqana müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının, eləcə də müvafiq tələblə cavabdeh orqana müraciətin edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. İş üzrə məhkəmə iclası təyin edilərək bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 05 saylı qərarından: 1.1 Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2 İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3 Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4 Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPMin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 4.2. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. 5.1. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 5.2. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. 5.3. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.2. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. 8.3. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. 8.4. Bunun əksinə olaraq mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir.

9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. 15.5. İPM-in 78-ci maddəsinə əsasən mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi “Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi avtobus dayanacağında "xxxx" Firmasına mağaza tikintisi üçün ayrılan torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” barədədir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək (xx.xx.2024-cü il tarixdə elektron kabinetinə yerləşdirilmişdir) iddia qaldırmaq üçün subyektiv hüququnu təsdiq edən sənədlərin, cavabdeh inzibati orqana müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. Lakin iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim etməmiş, eləcə də müvafiq tələblə cavabdehə müraciətini təsdiq edən sübutları və ya imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Məhkəmə əlavə araşdıma aparmadan qeyd edir ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4323/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərardadı eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı qəbul edilərək iddia mümkün sayılmamış və həmin qərardadda iddiaçıya çatmaq istədiyi məqsədə nail olmaq üçün səmərəli hüquq müdafiə vasitəsi izah edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, eyni predmet barəsində eyni tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 9374/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadına əsasən iddiaçıl İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi avtobus dayanacağında "xxxx" Firmasına mağaza tikintisi üçün ayrılan torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır. Həmin qərarda qeyd edilir: “... Məhkəmə qeyd edir ki, iddiaçının iddia tələbi “Bakı şəhəri Əzizbəyov (Xəzər) Rayon İcra Hakimiyyəti başçısının xx.xx.1995-ci il tarixli sərəncamı ilə Mərdəkan qəsəbəsi avtobus dayanacağında "xxxx" Firmasına mağaza tikintisi üçün ayrılan torpaq sahəsinin yerləşmə sxeminin çəkilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdeh üzərinə qoyulması” barədədir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım edilərək (xx.xx.2024-cü il tarixdə lazımi qaydada çatdırılmışdır) bildirilmişdir ki, iddiaçı qismində "xxxx" Firması göstərilməklə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin, eyni zamanda iddia qaldırmaq üçün subyektiv hüququnu və səlahiyyətini təsdiq edən sənədlərin, cavabdeh inzibati orqana müraciətin və imtina məktubunun məhkəməyə təqdim edilməsi üçün 10 gün müddət müəyyən edilmiş, iddia ərizəsindəki çatışmazlıqların məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmamasının, eləcə də müvafiq tələblə cavabdeh orqana müraciətin edilməməsinin iddianın mümkünsüzlüyünə səbəb ola biləcəyi iddiaçıya izah edilmişdir. Lakin iddiaçı iddia ərizəsinin dəyişdirilməsi barədə ərizə təqdim etməmiş, eləcə də müvafiq tələblə cavabdehə müraciətini təsdiq edən sübutları və ya imtina məktubunu məhkəməyə təqdim etməmişdir. İddiaçının faktiki olaraq məhkəməyə təqdim etdiyi iddia tələbi ilə bağlı cavabdeh orqana rəsmi müraciəti olmamışdır. Odur ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfindən səmərəli hüquq müdafiə vasitələri izah olunduğundan hazırkı tələblərlə iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz.” Qərardad qanuni qüvvəsini almışdır. İddiaçı tərəfindən sözügüdən qərardadda qeyd edilən çatışmazlıqlar aradan qaldırılmadan yenidən iddia qaldırılmışdır. Məhkəmə həmçinin nəzərə alır ki, həm qanuni qüvvəsini almış qərardadda, həm də məhkəmənin hüquqi yardım barədə məktublarında iddiaçıya dəfələrlə eyni məzmunlu hüquqi yardım göstərilməsinə baxmayaraq iddianın mümkünlük şərtləri onun tərəfindən ödənilməmişdir. Bununla bağlı cavabdeh qurum da öz etirazında iddiaçı tərəfindən müvafiq müraciətin edilmədiyini bir daha təsdiq etmişdir. Belə olan halda, məhkəmə hazırki məhkəmə iclasının təxirə salınmasını məqsədəmüvafiq hesab etmir. Odur ki, məhkəmə hesab edir ki, eyni tərəflər arasında eyni predmetlə bağlı iddia üzrə yekun məhkəmə aktı olduğuna görə hazırki iddia mümkün sayılmamalıdır. İddiaçıya qərardadda qeyd edilən mümkünlük şərtləri ödənildikdən sonra yenidən müvafiq tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilir. Məhkəməyə müraciət etmək hüququnun qeyd edilən şəkildə məhdudlaşdırılması prosessual qənaət prinsipinə əsaslanmaqla qanuni məqsəd daşıyır. Bu səbəbdən iddianın mümkun sayılmaması iddiaçıya münasibətdə məhkəməyə çatımlılıq və ədalət mühakiməsi hüququn pozulması hesab edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə görə məhkəmə iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23, 35, 46 və 85-ci maddəsini rəhbər tutaraq məhkəmə

QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri Z.Xəlilov küçəsi 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Aysev Almazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar