Məhkəmə qərarları › İş №2-1(112)-1574/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1574/2023

15.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1574/2023 15.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Məmmədzadə Səbunə Firəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Əlahiddə X9 Ə2009ş/h 033-22 nömrəli xx.xx.2022-ci il tarixli əmrini ləğv edərək, onun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə vəzifəsinə bərpa olunması barədə qərar qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxxx 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Bakı şəhəri Nizami rayonu 2010 saylı orta məktəbə daxil olmuş, xx.xx.2006-cı ildə 9-cu sinifi bitirib 14 saylı Peşə Litseyinin ''X5 operatoru” ixtisasına daxil olmuş, 22 aprel 2009-cu ildə tam kursu bitirmişdir. 2009-cu ilin aprel ayında həbi xidmətə çağrılmış, 2010-cu ildə hərbi xidməti bitirmişdir. 14 dekabr 2010-cu ildə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin "X10 Alayı”na əmri verilmişdir. xx.xx.2011-ci ildə "Polis nəfəri - Polis Serjantı" vəzifəsinə xidmətə başlamışdir. Polisə işə qəbul olunduğu gündən qüsursuz xidmət göstərmişdir. Xidməti illəri ərzində “qüsursuz xidmətə görə” medalla, mükafatla təmin olunmuşdur. Xidmət ərzində müxtəlif tədbirlərdə iştirak etmişdir. 2011-ci il "Boks" çempionatı, Bakıda Birinci təşkil olan 2012-ci "Evrovision” Bakı tədbirində iştirak etmişdir. Oranın vacib olan "içərinin mühafizəsinin təşkili"ni təmin etmişdir. Bakı 2015 Avropa Oyunlarının tədbirində olmuşdur. Bunlardan əlavə, işlədiyi dövrdə mühafizəsi X12 tapşırılmış bütün tədbirlərdə üzərinə düşən vəzifəni layiqincə icra edən polis işçisi kimi onun iştirakı olub. İşlədiyi bütün dövrdə, cəmi bir dəfə 2011-ci ilin aprel ayının 5-də "Töhmət" almışdır. (Əsas - Bir xanıma maşın satdığına görə). Maddədə qeyd ediblər ki, daxili işlər orqanının etik davranış kodeksi "Nizam-intizamsızlığı". Həmin töhmət də onun tutduğu vəzifə ilə əlaqədar olmayıb. xx.xx.2022-ci ildə "QİÇS" xəstəliyinə yoluxduğunu öyrənmiş, bu barədə dərhal öz rəhbərliyinə məlumat vermişdir və özü mərkəzi "QİÇS" xəstəliyiylə mübarizə mərkəzində qeydiyyatdan keçmişdir. 06 may 2022-ci ildə Daxili İşlər Nazirliyinin 2 saylı Poliklinikasına çağrılmışdır. Ondan analiz götürmüşlər və bülleten açmışlar. Büllütendə olduğu müddətdə onun barəsində və xəstəliyi barəsində xidməti araşdırma aparılmışdır. Xidməti vəsiqəsi əlindən alınmışdır. 3 iyun 2022-ci ildə büllütenini bağlamış, 2 saylı poliklinikada xidmətə başladığını bildirmişdirlər. O bu barədə öz rəhbərliyinə bildirmiş, lakin rəhbərliyi ona xidmətə çıxa bilməyəcəyini bildirmiş və bu barədə xəbər verəcəklərini qeyd etmişdirlər. xx.xx.2022-ci il tarixdə rəhbərlik onun işdən xaric olunduğunu bildirmişdir. Daxili İşlər Nazirliyinin Əlahiddə X9 Ə209 s/h-033-22 nömrəli xx.xx.2022-ci il tarixli əmrinə əsasən "Azərbaycan Respublikasının Daxili İşlər Orqanlarında xidmətkeçmə haqqında Əsanamə"nin 135-ci maddəsinin 6-cı, 9-cu, 10-cu bəndləri ilə “səhhətinə görə, DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidməti və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə" müvafiq olaraq xidmətdən xaric edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra İnzibati Prosessual Məcəllənin 45.4, 47 və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsinin surəti ona əlavə olunmuş sənədlərlə birlikdə cavabdehə təqdim olunmuşdur. Cavabdeh orqanın iddiaya yazılı etirazı məhkəməyə təqdim edilmiş və etirazda bildirilmişdir ki, iddiaçı sabiq Əlahiddə X9 5-ci patrul bölüyünün polis nəfəri İddiaçı xidməti fəaliyyəti dövründə yol verdiyi nöqsanlara görə intizam məsuliyyətinə cəlb edilsə də, bundan nəticə çıxarmamış, xidməti fəaliyyətində müsbət dönüş yaratmamışdır. Belə ki, iddiaçı xx.xx.2022-ci il tarixdə “City Finance” Bank Olmayan Kredit Təşkilatından ümumi dəyəri 21.200 manat olan “Chevrolet Məhbu” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomaşını ilkin olaraq 6.000 manat, aylıq 669 manat ödəməklə lizinq şərtləri ilə almışdır. Daha sonra kredit xərclərini ödəməkdə çətinlik çəkdiyinə görə xx.xx.2022-ci il tarixdə həmin nəqliyyat vasitəsini 7.800 manat müqabilində vətəndaş X1 da, sonuncunun avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi olmadığından sənədləşmə həyata keçirilməmişdir. İddiaçı qanunun tələblərini rəhbər tutmalı olduğu halda sənədləşmə olmadan avtomobili vətəndaş Nəfəs Baxşiyevaya təhvil vermiş, nəticədə sonuncu həmin avtomobili idarəetmə hüququ olmadan istifadə etmişdir. Yol verdiyi nöqsanlara görə xx.xx.2022-ci il tarixdə “töhmət' elan edilmişdir. Lakin iddiaçı bundan nəticə çıxarmamışdır. O, xx.xx.2022-ci il tarixdə təhkim olunduğu postu özbaşına tərk etmiş, xx.xx.2022-ci il tarixdə səhər düzülüşünə gecikmiş, həmçinin polis geyim formasım itirdiyini rəhbərlikdən gizlədərək xx.xx.2022-ci il tarixdə keçirilən sıra baxışı zamanı həmkarının formasından istifadə etmişdir. Nizami RPİ 24-cü Polis Şöbəsinin polis sahə rəisi Şamil Məmmədov xx.xx.2022-ci il tarixdə məsul növbətçi vəzifəsini müvəqqəti icra edərkən DİN-nin sabiq Əlahiddə X9 5-ci patrul bölüyünün polis nəfəri İddiaçı təhkim olunmuş tabel silahlarının təhvil-təslimi zamanı Silah və sursatların, xüsusi vasitələrin təhvil verilib alınması” kitabında müvafiq qrafaların imzalanmasını təmin etməmişdir. Eyni zamanda İddiaçı müəmmalı həyat tərzi keçirən vətəndaş N.Baxşiyeva ilə etik davranış qaydalarına zidd münasibət qurmuş, xx.xx.2022-ci il tarixdə Bakı şəhərinin ərazisini özbaşına tərk edərək onunla birlikdə Quba rayonuna getmişdir. xx.xx.2022-ci İl tarixdə 1 nömrəli Dəri-zöhrəvi dispanserində dərinləşdirilmiş müayinədən keçirilərkən İddiaçı “Erkən gizlin siflis” diaqnozu təyin edilmiş, həmçinin ondan götürülmüş qan nümunəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə olunarkən insan immunçatışmazlığı virusu (İİV) aşkarlanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin Siyahısı”nın 2.4-cü bəndinə əsasən fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr İİV-lə yaşayan şəxslərin səhhətinə mənfi təsir göstərdiyi və immun sistemini zəiflətdiyi üçün immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilmir. Polis əməkdaşları “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 135-ci maddəsinin 6-cı bəndinə əsasən səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyrimümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda, həmin Əsasnamənin 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanları əməkdaşı adma ləkə gətirən hərəkət etdikdə və intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda daxili işlər orqanlarında xidmətdən xaric edilə bilərlər. Göstərilənləri nəzərə alaraq, Ə.Quüyev xx.xx.2022-ci i! tarixli, 014 saylı əmrlə “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6-cı, 9-cu və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10253/22 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddia tələbi Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 014 nömrəli əmrinin ləğv edilməsi və İddiaçı vəzifəsinə bərpa olunması şəklində icraata qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaya etiraz edərək tələbin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsi məlumatına əsasən xx.xx.1990-cı il təvəllüdlü İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İnzibati icraat mateialları ilə təqdim olunmuş: -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi X10 Alayinin xx.xx.2022-ci il tarixli, Ə173-033-22 nömrəli Əmrində qeyd olunmuşdur ki, “DİO əməkdaşlarının etik davranış Kodeksi” nin 1, 20 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.1 və 3.2-ci bəndlərinin tələblərini pozaraq, Qanunu rəhbər tutmalı olduğu halda istifadəsində olan nəqliyyat vasitəsini vətəndaş Nəfəs Baxşiyevaya satarkən qanunla müəyyən edilmiş qaydada alqı-satqı prosedurlarına riayət etmədiyinə, bununla da sonuncu tərəfindən avtomobilin sənədsiz idarə olunmasına şərait yatdığına görə 5-ci patrul bölüyünün polis nəfəri, polis serjantı İddiaçı “töhmət” elan edilmişdir. -Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin xx.xx.2022-ci il tarixli, 014 nömrəli Əmrinə əsasən “Polis haqqında” Qanunun 13 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının davranış kodeksi”nin 1, 2, 3, 12, 14, 18 və 22-ci maddələrinin, İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozaraq müəmmalı həyat tərzi keçirən şəxslə etik davranış qaydalarına zidd münasibət qurması ağır zöhrəvi xəstəliklərə yoluxması ilə nəticələndiyinə, Bakı şəhərinin ərazisini icazəsiz tərk edərək Quba rayonuna getdiyinə, təhkim olunduğu postu özbaşına tərk etdiyinə, üzrlü səbəb olmadan səhər düzülüşünə gecikdiyinə, polis geyim formasını itirdiyini rəhbərlikdən izlətmək məqsədilə sıra baxışı zamanı həmkarının formasından istifadə etdiyinə, tabel silahının təhvil-təslimi zamanı müvafiq kitabda imza etmədiyinə, xidmətdə mənfi xarakterizə olunduğuna, bu hərəkətləri ilə daxili işlər orqanları əməkdaşının adına və polisin nüfuzuna xələl gətirdiyinə görə DİN-in ƏÇPA-nın 5-ci Patrul Bölüyünün polis nəfəri, polis serjantı İddiaçı xəstəliyi və Alayın xx.xx.2022-ci il tarixli Ə173-033-22 nömrəli əmri ilə elan edilmiş “töhmət” intizam tənbehi nəzərə alınmaqla “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 6, 9 və 10-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi əmr edilmişdir. -Daxili İşlər Nazirliyinin Əlahiddə X9 Ə209 ş/h-033-22 nömrəli xx.xx.2022-ci il tarixli Əmrinə əsasən “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” yə müvafiq olaraq xidmətdən xaric edilsin: 135-ci maddənin 6-cı, 9cu, 10-cu bəndləri ilə (səhhətinə görə; DİO əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə; intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduğuna görə) Polis serjantı İddiaçı, Azərbaycan Respublikası DİN-in Əlahiddə X9 5-ci patrul bölüyünün polis nəfəri " 06 " iyun 2022-ci il tarixdən. 06 iyun 2022-ci il tarixə xidmət müddəti: təqvimi hesablama ilə - 12 il, 10 ay, 12 gün, imtiyazlı hesablama ilə -19 il, 01 ay, 17 gün. Əsas DİN-in xx.xx.2022-ci iltarixli 014 nömrəli əmri. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin xx.xx.2022-ci il tarixli, 04-01/08-621 nömrəli məktubunda bildirilmişdir ki, vətəndaş İddiaçı xx.xx.2022-ci il rarixdən “İİV-infeksiya. İ klinik mərhələ" diaqnozu ilə dispanser qeydiyyatındadır. Xəstəyə xx.xx.2022-ci il tarixdən TDF/FTC/EFV sxemi üzrə antiretrovirus terapiyası təyin edilmişdir. Qeydiyyata götürülərkən, İddiaçı xx.xx.2022-ci ilə təsadüf edən immunoloji müayinə göstəriciləri: COA limfosit miqdarı - 731 (33%) CDs limfosit miqdarı - 1279 (57%), CD4/CD8 limfosit mütənasibliyi - 0,6 Virusoloji müayinə göstəricisi: Virus yükü - 1480 kop/ml. xx.xx.2022-ci il tarixdə xəstənin vəziyyətinin müntəzəm monitorinq təhqiqatı qaydasında qan nümunəsinin virusoloji müayinəsi, virus yükünün müəyyən olunmayan səviyyəyədək enməsini göstərmişdir (not detected) ki, bu da aparılan müalicənin səmərəli olmasını əks edir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. İddiaçı xx.xx.2022-ci il tarixli 014 nömrəli əmrini xx.xx.2022-ci il tarixdə mübahisələndirməklə iddia müddətini ötürməmişdir. Beləliklə, hazırkı iddiaya münasibətdə ümumi və xüsusi mümkünlük şərtləri ödənilir. İddia mahiyyət üzrə əsassızdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin: -108-ci bəndinə görə daxili işlər orqanlarında xidməti intizam - əməkdaşlar tərəfindən onlara həvalə olunmuş vəzifələrin icrasından və öz səlahiyyətlərini həyata keçirən zaman Azərbaycan Respublikasının qanunvericiliyinə, vəzifə təlimatlarına, habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının və bilavasitə rəislərin əmr və göstərişlərinə əməl etməkdən ibarətdir. -109-cu bəndinə əsasən daxili işlər orqanlarının vəzifəli şəxsləri (rəislər) öz tabeliyində olan əməkdaşların xidməti intizamının vəziyyətinə görə məsuliyyət daşıyırlar. Onlar əməkdaşlara qarşı yüksək tələbkarlıq göstərməklə yanaşı: tabeliyində olan əməkdaşların xidməti fəaliyyəti, istirahəti və onların peşə hazırlığının artırılması üçün lazımi şərait yaratmalı; tabeliyində olan əməkdaşların vəzifələrinin icrasına yüksək məsuliyyət hissi aşılamalı; tabeliyində olan əməkdaşların xidməti fəaliyyətini qiymətləndirərkən aşkarlığı və obyektivliyi təmin etməli; tabeliyində olan əməkdaşların şərəf və ləyaqətinə hörmət etməli; şəxsi heyətlə işdə şəxsi münasibətlər zəminində himayəçiliyə, həmçinin fəaliyyətindəki nöqsanların tənqidinə görə əməkdaşların təqib olunmasına yol verməməlidirlər. -114-cü bəndinə əsasən xidməti intizam qaydalarını pozmağa görə daxili işlər orqanlarının əməkdaşlarına aşağıdakı intizam tənbehləri tətbiq edilə bilər: məzəmmət; töhmət; şiddətli töhmət; xidməti vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq; tutduğu vəzifədən aşağı vəzifəyə keçirmə; xüsusi rütbənin bir pillə aşağı salınması; xidmətdən xaric edilmə. “X8 X4 Kodeksi”nin: -1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyinə, cəmiyyətdə qəbul olunmuş norma və qaydalara tam şəkildə əməl etməli, bu işdə digər şəxslərə nümunə olmalıdır. -2-ci maddəsinə əsasən anda, xidməti və vətəndaşlıq borcuna sadiq olmalı, vətəndaşların həyat və sağlamlığının, hüquq və azadlıqlarının, cəmiyyətin və dövlətin maraqlarının hüquqazidd qəsdlərdən qorunmasına görə öz şəxsi məsuliyyətini hiss etməlidir. -3-cü maddəsinə əsasən dövlət hakimiyyəti nümayəndəsi olaraq sağlam düşüncəyə və aydın mövqeyə malik olmalı, insanlara ədalətli, humanist, alicənab və mədəni münasibət bəsləməli, hər kəsi hüquqa zidd əməllərdən və zorakılıqdan müdafiə etməli, ekstremal şəraitdə köməyə ehtiyacı olanları, xüsusilə qadın və uşaqları, qoca, xəstə və əlilləri köməksiz qoymamalıdır. -12-ci maddəsinə əsasən cəmiyyətdə qəbul olunmuş ailə-məişət normalarına riayət etməli, ailəsinin, o cümlədən, uşaqlarının və valideynlərinin qayğısına qalmalı, nigahda sədaqətli olmalı, qadın-kişi münasibətlərində riyakarlığa və pozğunluğa yol verməməli, başqalarını da buna sövq etməməlidir. -14-cü maddəsinə əsasən iş qrafikinə və zərurət yarandıqda tətbiq olunan xüsusi xidmət rejiminə ciddi riayət etməli, xidmət yerinə vaxtında gəlib vaxtında getməli, üzürsüz səbəbdən xidmətdən yayınma hallarına yol verməməli, fövqəladə hallar istisna olmaqla, birbaşa rəislərin icazəsi olmadan xidmət yerini tərk etməməlidir. -18-ci maddəsinə əsasən kriminal və müəmmalı həyat tərzi keçirən, o cümlədən cinayətkar aləmdə tanınmış və nüfuza malik şəxslərlə xidməti zərurətlə bağlı olmayan əlaqələr yaratmamalı, şəxsi münasibətlər qurmamalı, onlarla hər hansı bir sövdələşmələrə getməməlidir. -22-ci maddəsinə əsasən davranış kodeksində təsbit olunmuş prinsip və qaydaların əməkdaş tərəfindən yerinə yetirilməməsi xidməti və icra intizamının pozulması, daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət kimi qiymətləndirilir və "Azərbaycan Respublikası daxili işlər orqanlarının intizam nizamnaməsi"ndə müəyyən olunmuş qaydada intizam məsuliyyəti doğurur. Etik davranış qaydalarının pozulması daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. Daxili işlər orqanları əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. İntizam məsuliyyətinin dərəcəsi və tənbehin növü yol verilmiş intizam pozuntusu faktı üzrə keçirilən xidməti təhqiqatın və ya araşdırmanın nəticələrinə əsasən, buna səlahiyyəti olan vəzifəli şəxs tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin” Siyahısı”nın: -1-ci bəndinə görə bu Siyahı “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 10 iyun tarixli, 280 nömrəli Fərmanının 1.4cü bəndinin icrası ilə əlaqədar hazırlanmışdır və insanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin siyahısını müəyyən edir. -2-ci bəndinə görə İİV-lə yaşayan şəxslərin səhhətinə mənfi təsir göstərən, immun sistemini zəiflədən peşə və vəzifələr aşağıdakılardır: 2.4. fiziki hazırlıq və fiziki gərginlik tələb edən (müdafiə, ədliyyə, dövlət təhlükəsizliyi, xarici kəşfiyyat, Azərbaycan Respublikası Prezidentinin təhlükəsizliyi, xüsusi rabitə və informasiya təhlükəsizliyi, strateji obyektlərin mühafizəsi, daxili işlər, sərhəd xidməti və digər hüquq mühafizə orqanlarının hərbiləşdirilmiş hissələri üzrə) peşə və vəzifələr. Beləliklə, xidmətdə mənfi xarakterizə olunan Daxili İşlər Nazirliyinin Əlahiddə X9 polis nəfəri İddiaçı xidməti fəaliyyətində etik davranış qaydalarına zidd münasibət qurması, Bakı şəhərinin ərazisini icazəsiz tərk edərək Quba rayonuna getməsi, təhkim olunduğu postdan özbaşına yayınması, üzrlü səbəb olmadan səhər düzülüşünə gecikməsi, polis geyim formasını itirdiyini rəhbərlikdən gizlətməsi, tabel silahının təhvil-təslimi zamanı müvafiq kitabda imza etməməsi kimi hallar müəyyən edilmişdir. Bundan əlavə iddiaçının 2 nömrəli Dəri Zöhrəvi dispanserində dərinləşdirilmiş müayinədən keçirilərkən “Erkən gizlin sifis” diaqnozu təyin edilmiş, sonuncudan götürülmüş qan nümaunəsi Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə olunarkən insan immunçatışmazlığı virusu (İİV) aşkarlanmışdır. Beləlikə, iddiaçının sadalanan hərəkətləri “Polis haqqında” Qanunun 13 və 29-cu, “Daxili işlər orqanları əməkdaşlarının davranış kodeksi”nin 1, 2, 3, 12, 14, 18 və 22-ci maddələrinin, “İntizam Nizamnaməsi”nin 3.2 və 3.9-cu bəndlərinin tələblərini pozması kimi qiymətləndirilmişdir. İddiaçının xidmətində yol verdiyi nöqsanlarla yanaşı qeyd edilməlidir ki, sonuncunun xəstəliyi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 27 aprel tarixli 62 nömrəli qərarı ilə təsdiq edilmiş “İnsanın immunçatışmazlığı virusu ilə yaşayan şəxslərin işləməsinə yol verilməyən peşə növləri və vəzifələrin” Siyahısına əsasən daxili işlər orqanlarında xidmətkeçməyə yol vermir. «Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə»nin 135-ci maddəsinə görə daxili işlər orqanlarının əməkdaşı aşağıdakı hallarda xidmətdən xaric edilə bilər: -6-cı bəndinə görə səhhətinə görə, o cümlədən uzun müddətli (4 aydan artıq) xəstəliklə əlaqədar vəzifəsini yerinə yetirməsinin qeyri-mümkünlüyü barədə tibbi-həkim komissiyasının rəyi olduqda; -9-cu bəndinə görə daxili işlər orqanlarının əməkdaşı daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdikdə, -10-cu bəndinə görə intizam məsuliyyətinə cəlb edildikdən sonra xidmət və icra intizamını il ərzində yenidən kobudcasına pozduqda xidmətdən xaric edilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. -24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. -67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. -67.2-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunan qanunvericilik normalarını hazırkı işə tətbiq etdikdə məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh inzibati orqan qanunla ona verilmiş səlahiyyətləri iddiaçıya münasibətdə düzgün həyata keçirmiş, mübahisələndirilən əmrin maddi və prosessual normaların tələblərinin pozulması ilə qəbul edildiyi müəyyən olunmamışdır. İddiaçı barəsində xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi və onun nəticəsi olaraq işə bərpa barədə iddia tələbi təmin edilməməlidir. İnzibati Prosessual Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 68 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğvi və işə bərpa” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Aygün Əhədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar