Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1575/2024 30.01.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏSİ: Hakim Qarayeva Mehriban Cəfər qızının sədrliyi Cəfərova Yasəmən Fərman qızının katibliyi İddiaçı Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası üzrə işə məhkəmənin binasında (ünvan: ünvan 1axaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, pensiyanın aylıq məbləğinin qanunvericiliyin tələblərinə uyğun yenidən hesablanaraq müəyyən edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, iddiaçı 20 avqust 1965-ci il tarixində doğulmuşdur. Əmək kitabçasına görə 26 aprel 1982-ci il tarixdən 12 oktyabr 1983-cü il tarixinədək “Azneft” İB-nin Boru-prokat bazasında fəhlə vəzifəsində işləmiş, 15 oktyabr 1983cü il tarixdən 06 dekabr 1985-ci il tarixinədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçmiş, 04 fevral 1986-cı il tarixdən N.Nərimanov adına NQÇİ-də neft-qaz çıxarma üzrə operator, 10 oktyabr 1986-cı il tarixdən 17 avqust 1989-cu il tarixinədək “Aznefttikinti” trestinin Dəmir-beton zavodunda formaçı, 22 avqust 1989-cu il tarixdən 01 may 1998-ci il tarixinədək N.Nərimanov adına NQÇİ-də təmirçi-çilingər və sementləşdirici qurğuların maşinisti, 01 may 1998-ci il tarixdən 17 avqust 2009-cu il tarixinədək “X1 İdarəsi”ndə sementləşdirici qurğuların maşinisti, 18 avqust 2009-cu il tarixdən bu günkü günə kimi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azneft” İB-nin Qobustan Nəqliyyat İdarəsində sementləşdirici qurğuların maşinisti vəzifələrində işləyir. 20 avqust 2017-ci il tarixdə 52 yaşı tamam olduğundan, “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun tələblərinə uyğun olaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası həmin tarixdən DSMF-in Qaradağ rayon şöbəsi tərəfindən ilkin olaraq 195,92 manat təyin edilmişdir. Sonrakı artımlar da nəzərə alınmaqla hazırda pensiyanın aylıq məbləği 295,0 manat təşkil edir. Hesab edir ki, pensiyasının aylıq məbləği düzgün hesablanmamış, yəni pensiya təyin edilərkən, pensiya kapitalının qanunvericiliklə nəzərdə tutulmuş 80% artırılması nəzərə alınmamışdır. Belə ki, pensiya almaq hüququ yarandığı 20 avqust 2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində 55720,74 manat pensiya kapitalı qeydə alınmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələbinə görə aylıq pensiya haqqı hesablanarkən pensiya kapitalı 80% artırılmaqla məbləğ müəyyən edilməli idi. Yəni PK (pensiya kapitalı) = 55720,74+ (55720,74x0,8(80%)=44576,59) = 100297,33. Bu zaman aylıq pensiya haqqının ilkin məbləği 355,66 manat (100297,33:282(63 il 06 ay-52il =138+144)) olmalı idi. Bu səbəbdən də pensiyasının aylıq məbləğinin, sonrakı artımlar da nəzərə alınmaqla, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinin tələblərinə uyğun yenidən hesablanaraq müəyyən edilməsinə zərurət yaranmışdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddiaçıya təyin edilmiş pensiya haqqının qanunvericiliyin tələblərinə uyğun olaraq yenidən hesablanmaqla müəyyən edilməsi və səhv hesablama nəticəsində bu günədək ona ödənilməmiş məbləğinin ödənilməsi barədə cavabdehə müraciətinə imtina cavabı əsassız olaraq verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayıldığından, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti iş üzrə cavabdehə göndərilmiş, cavabdehdən iddiaya dair münasibətini yazılı şəkildə bildirməsi tələb olunmuşdur. Mübahisə ilə bağlı keçirilmiş hazırlıq icraatında işin halları və mübahisənin vəziyyəti müzakirə edilmiş, hüquqi mübahisənin barışıq yolu ilə nizama salmaq və barışıq sazişinin bağlanmasına yardım etmək məqsədi ilə proses iştirakçıları dəvət edilmiş, iş materiallarında saxlanılması mümkün olan sənədlərin məhkəməyə təqdim olunması proses iştirakçılarına təklif edilmiş, zəruri sənədlər toplanmış və iş üzrə digər qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işə baxılması təyin edilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazın dəlilləri Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddianı müdafiə təqdim edərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddia tələbinə dair etiraz edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazında göstərilmişdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdeh orqana ərizə ilə müraciət edərək ona təyin olunmuş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1 /2-Ə- 110243/2023 nömrəli məktubda ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının qanunvericiliyin tələblərinə uyğun olaraq hesablandığı qeyd edilmişdir. Hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddiaçının iddia tələbi aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. İddiaçının pensiya hüququnun yarandığı xx.xx.2017-ci il tarixədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55720,74 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada hüququnun yarandığı tarixə 197,59 manat (55720,74 : 282 ay (63 il 6 ay- 52 il +144 ay )) məbləğində müəyyən edilib. Əlavə olaraq “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2023-cü il tarixdən qüvvədə olan 26.4-cü maddəsinə əsasən iddiaçının əmək pensiyası həmin tarixdən 305,58 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 350,50 manata artırılaraq ödənilir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından iddia təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İş materiallarına əlavə edilmiş və pensiya işində olan: - ASAN 2 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. - Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1/2-Ə-110243/2023 nömrəli imtina məktubunda etirazda göstərilənlər bildirilmişdir. - Cavabdehin xx.xx.2022-ci il tarixli, **********5 nömrəli qərarından görünür ki, iddiaçıya yenidən 288 manat, 93 qəpikdir pensiya məbləği hesablanmışdır. - Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-17-1/3-1-92330/23 nömrəli məktubunda bildirilir ki, İddiaçı 20 avqust 2017-ci il tarixindən Fondun Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin pensiya hüququnun yarandığı 20 avqust 2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55720,74 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada həmin tarixə 197,59 manat (55720,74:282 ay (63 il 6 ay- 52 i 1=138 ay+144 ay)) məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən İddiaçının əmək pensiyası həmin tarixdən 305,58 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 350,50 manata artırılaraq ödənilir. İddiaçı pensiya təyin olunduqdan sonra 6 il işləməyi ilə əlaqədar Əmək pensiyası xx.xx.2023-cü il tarixində Qanunun 37.3.1 -ci maddəsinə əsasən əmək pensiyası 20 avqust 2023-cü il tarixindən yenidən hesablanaraq 350,50 manatdan 729,45 manata artırılıb.
ƏSASLANDİRMA HİSSƏSİ:
4.İddianın növü və mümkünlüyü Məhkəmə qeyd edir ki, hazırkı iddia inzibati mübahisə olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düzgün verilmiş və inzibati-prosessual qanunvericiliyə əsasən öhdəliyin icrası haqqında iddia növünə aiddir. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciətindən əvvəl cavabdehə müraciət etmiş və yazılı qaydada imtina cavabı aldıqdan sonra məhkəməyə iddia vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə hazırkı iddianın öhdəliyin icrası iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalıdır. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilir və iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilməmişdir.
5. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi
Məhkəmə tərəflərin izahatını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia mahiyyəti baxımından əsaslı olduğundan təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Qanun: Maddə 1. Əsas anlayışlar 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunanların) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.8. fərdi şəxsi hesabın sığorta hissəsi - əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. 1.0.10 pensiya kapitalı - müvafiq olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınan və fərdi hesabın yığım hissəsində toplanan vəsaitlərin məbləğidir. 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir;... Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1- dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılırMaddə 3. Əmək pensiyası təminatı hüququ Maddə 3. Əmək pensiyası təminatı hüququ 3.1. Azərbaycan Respublikasınin vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 27. Qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması 27.1. Sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 5.2. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80 faiz artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Hazırkı işdə iddiaçı ona təyin edilmiş əmək pensiyasının məbləği ilə razılaşmayaraq pensiyasının yenidən hesablanmasını tələb edir. İşdə olan materiallardan göründüyü kimi iddiaçıya 20 avqust 2017-ci il tarixindən DSMF-nin Qaradağ rayon şöbəsi tərəfindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Adıçəkilən şəxsin pensiya hüququnun yarandığı 20 avqust 2017-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55720,74 manat pensiya sığorta kapitalına görə əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 45-ci maddəsinin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasının tələblərinə uyğun qaydada həmin tarixə 197,59 manat (55720,74:282 ay (63 il 6 ay- 52 i 1=138 ay+144 ay)) məbləğində müəyyən edilib. Qanunun 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyası həmin tarixdən 305,58 manata, 29-cu maddəsinə əsasən indeksləşdirmə ilə əlaqədar 350,50 manata artırılaraq ödənilir. İddiaçıya pensiya təyin olunduqdan sonra 6 il işləməyi ilə əlaqədar əmək pensiyası xx.xx.2023-cü il tarixində Qanunun 37.3.1-ci maddəsinə əsasən 20 avqust 2023-cü il tarixindən yenidən hesablanaraq 350,50 manatdan 729,45 manata artırılıb. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixədək qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2006-cı il tarixli № 377 saylı Fərmanına əsasən məcburi dövlət sosial sığorta olunan şəxslər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 50 faizi onların fərdi hesablarının sığorta hissəsində qeydə alınırdı. Belə ki, işin araşdırılan hallarından müəyyən edilir ki, xx.xx.2017-ci il tarixinədək iddiaçının istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla iddiaçının pensiya təyinatında nəzərə alınmışdır. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-264/2024 saylı xx.xx.2024-cü il tarixli qərarındakı hüquqi mövqeyinə uygun qeyd edir ki, xx.xx.2017-ci il tarixinədək istifadə olunmamış pensiya kapitalı (yəni 50%) xx.xx.2017-ci il tarixindən 80% artırılaraq 90%-ə çatdırılmaqla vətəndaşın pensiya təyinatında nəzərə alınmış, məhz bu səbəbdən hesablanmış pensiya kapitalının əsassız olaraq bir daha yenidən 80% artırılaraq hesablanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Beləliklə, məhkəmə araşdırması zamanı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiyanın yenidən hesablanması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilmir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunur (İPM-14.3). Bu səbəbdən cavabdehin imtinası qanuni olmuş və iddiaçının hüquqlarını pozmamışdır (İPM-73.1). İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək və İPM-nin 52-ci maddəsinin tələblərindən çıxış edərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” barədə iddiası əsassız oldugundan təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddia təmin edilməsin. Qərardan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: ünvan 4
Hakim Mehriban Qarayeva