Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1576/2023 14.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4 qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün hesablanaraq ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 14 fevral 2023-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı ona xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixədək Prezident təqaüdünün hesablanaraq ödənilməsi üçün cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra mətndə - DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı) müraciət etmiş, lakin cavabdeh 23 may 2022-ci il tarixli məktubunda iddiaçının xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün sözügedən təqaüdün təyin edilərək ödənilməsinin qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyini bildirərək, müraciətin təmin edilməsindən imtina etmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixindən 06 aprel 2022-ci il tarixinədək olan dövr üçün ona ödənilməli olan Prezident təqaüdünün hesablanaraq ödənilməsinə dair cavabdehin üzərinə öhdəlik qoyulmasını və Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020-ci il tarixli 1229 saylı Fərmanının vaxtında və tam şəkildə icra olunmamasında təqsirkar olan şəxslərin əhatə dairəsi müəyyən olunmaqla barələrində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfindən verilmiş ərizə təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün mənə ödənilməli olan Prezident təqaüdünün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsini xahiş etmişdir. Məhkəmənin həmin tarixdə protokol qaydasında qəbul etdiyi qərardadla, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilərək, iddia tələbinin “xx.xx.2021ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün mənə ödənilməli olan Prezident təqaüdünün hesablanaraq ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilsin.” kimi göstərilməsi qərara alınmışdır. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2020- ci il tarixli 1229 saylı Fərmanına uyğun olaraq “fəlsəfə doktoru” elmi dərəcəsinə görə bu kateqoriyadan olan şəxslərə 2021-ci ilin yanvar ayının 1-dən etibarən aylıq 200 manat məbləğində təqaüdün ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilmişdir. Bununla əlaqədar olaraq iddiaçı DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına aidiyyəti sənədləri təqdim edərək ərizə ilə müraciət edib ona Prezident təqaüdünün verilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən 2021-ci ilin yanvar ayının 1-dən 17 oktyabr 2021-ci il tarixədək aylıq 120 AZN (bir yüz iyirmi manat), 07 aprel 2022-ci il tarixindən etibarən isə hər ay 200 AZN (iki yüz manat) məbləğlərində ödənişlərin icrası təmin olunsa da, xx.xx.2021-xx.xx.2022-ci il tarixlərini əhatə edən dövr üzrə ödənişlərin icrasından imtina olunmuşdur. Cavabdehin etirazı: İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı xx.xx.2022-ci il tarixdə DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına fəlsəfə doktoru fəxri adına görə prezident təqaüdü işinə yenidən baxılaraq ödənilməmiş dövrlərin tam ödənilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin ərizəçinin müraciətinə baxılaraq xx.xx.2022-ci il tarixli **********5 nömrəli imtina məktubu ilə aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün qeyd edilən dövr üzrə fəlsəfə doktoru fəxri adına görə prezident təqaüdünün təyin edilməsi mümkün hesab edillmədiyi bildirilmişdir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanına əsasən xx.xx.2021-ci il tarixdən əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-ci il tarixli 1496 nömrəli Fərmanına əsasən xx.xx.2022-ci il tarixindən elmlər doktoru elmi dərəcəsinə görə Prezident təqaüdünün məbləği 300 manata, fəlsəfə doktoru elmi dərəcəsinə görə 200 manata çatdırılmışdır. İddiaçı münasibətdə fəlsəfə doktoru fəxri adına görə Prezident təqaüdünün təyin edilməsi üçün xx.xx.2020-ci il tarixli 1229 nömrəli Fərmanında müəyyən edilmiş şərtlər ödənilmir. Filial tərəfindən xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktub ilə İddiaçı Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək 120 manat, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək 200 manat məbləğində (“Fəlsəfə doktoru” elmi dərəcəsinə görə) təqaüd təyin edildiyi bildirilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən göndərilən xx.xx.2022-ci il tarixli **********390800 nömrəli rəsmi arayışına əsasən xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən İddiaçı fəaliyyəti xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək dayandırılması, xx.xx.2009-cu il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2014-cü il tarixdən bərpa edilməsi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması və xx.xx.2016cı il tarixli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinin olması barədə məlumat müəyyən edilmişdir. Belə ki, İddiaçı aktiv vergi ödəyicisi kimi fəaliyyəti xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır. Göründüyü kimi iddia tələbinin heç bir qanuni əsası yoxdur və qanunvericilikdə bu barədə birbaşa göstərişlər nəzərdə tutulmuşdur. Belə olan halda İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək aktiv vergi ödəyicisi kimi qeydiyyatda olduğu üçün ərizədə qeyd edilən dövr üzrə fəlsəfə doktoru fəxri adına görə Prezident təqaüdünün təyin edilərək ödənilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdeh yuxarıda göstərilənləri rəhbər tutaraq, İddiaçı cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “təqaüdün hesablanaraq ödənilməsi” tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iddiaçı cavabdehin etirazına dair mülahizəsində bildirmişdir ki, “Fəlsəfə doktoru” elmi dərəcəsinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsinə dair imzalanmış 30 dekabr 2020-ci il tarixli 1229 nömrəli Fərmanın müddəalarından görünür ki, digər tələblərlə yanaşı “işləməyən” şəxslərə bu təqaüdün verilməsi nəzərdə tutulmuşdur. Onun adına rəsmiləşdirilmiş VÖEN-nin aktiv və ya passiv olması onun işləyib və ya işləməməsinin sübutu kimi qəbul edilə bilməz. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin tabeçiliyində olan qurumların təqdim etdiyi arayışlarda göstərilən məlumatlardan isə görünür ki, onun adına rəsmiləşdirilmiş VÖEN-nin 18 oktyabr 2021-ci il tarixdən aktivləşdirilməsinə baxmayaraq onun tərəfindən Azərbaycan Respublikasının dövlət büdcəsinə hər hansı bir şəkildə ödənişlər həyata keçirilməmişdir. Mübahisəli dövr ərzində onun işləyib-işləməməsinin adına rəsmiləşdirilmiş VÖEN-nin “aktiv” və ya “passiv” olması ilə deyil, işəgötürənlə onun arasında yazılı əmək müqaviləsinin bağlanıb-bağlanmaması ilə şərtləndirilməli və bu barədə bilavasitə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun özü tərəfindən avtomatlaşdırılmış idarəetmə sistemindən çıxarılmış elektron məlumat məhkəməyə təqdim olunmalıdır. Belə bir hal mövcud olmamış və bu səbəbdən cavabdehin nümayəndələri iş üzrə mötəbər sübuti əhəmiyyət kəsb edən bu məlumatları məhkəməyə təqdim edə bilməmişlər. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 Departamenti tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2017-ci il tarixli, **********647900 nömrəli məktubunda qeyd edilmişdir ki, son haqq hesab yoxlaması aparıldıqdan sonra vergi uçotu ləğv edilərək ona məlumat veriləcəkdir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********390800 nömrəli məktubunda qeyd edilmişdir ki, fəaliyyətinin dayandırılmasına dair xx.xx.2022-ci il tarixli müraciətinə (AVİS qeydiyyatı: xx.xx.2022-ci il **********162200 nömrəli) aidiyyəti üzrə Bakı şəhəri X3 üzrə Baş İdarəsində baxılmışdır. xx.xx.2022-ci il tarixə olan uçot baza məlumatlarına əsasən fəaliyyətinin xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək dayandırılması, xx.xx.2009-cu il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2014-cü il tarixdən bərpa edilməsi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa edilməsi, xx.xx.2022-ci il tarixdən xx.xx.2207-ci il tarixədək dayandırılması və xx.xx.2016-cı il tarixli vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətinin olması barədə məlumat müəyyən edilmişdir. Hazırda fəaliyyəti dayandırılmış vəziyyətdədir; Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsi 29 aprel 2022-ci il tarixli **********361300 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı (VÖEN:**********) tərəfindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022ci il tarixədək olan dövr ərzində vergi ödənilməsi barədə məlumat aşkar edilməmişdir; Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X3 üzrə Baş İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildirilir ki, İddiaçı (VÖEN: **********) vergi ödəyicisi kimi xx.xx.2008-ci il tarixdə uçota alınması, fəaliyyətinin xx.xx.2008-ci il tarixdən xx.xx.2013-cü il tarixədək dayandırılması, xx.xx.2009-cu il tarixdən bəyannamə ilə aktivləşməsi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək dayandırılması, xx.xx.2014-cü il tarixdən bərpa olunması, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılması, xx.xx.2021-ci il tarixdən vaxtı çatdığı üçün bərpa olunması, xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılması və hazırda dayandırılmş vəziyyətdə olması barədə məlumat müəyyən edilmişdir. Vergi ödəyicisi tərəfindən xx.xx.2016-cı il tarixli **********071200 nömrəli “Fiziki şəxsin ləğv edilməsi” barədə ərizə ilə müraciət edilmiş, dövlət büdcəsinə borcun olması səbəbi ilə ləğv prosesinin yekunlaşdırılması mümkün olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. … “Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 1229 №-li, 30 dekabr 2020-ci il tarixli Fərmanı (hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olan redaksiya):
1. Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyası hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilsin və onun aylıq məbləği elmlər doktoru elmi dərəcəsinə görə 200 (2022-ci il yanvarın 1-dən 300) manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 (2022-ci il yanvarın 1-dən 200) manat müəyyən olunsun.
2. Müəyyən edilsin ki, bu Fərmanın 1-ci hissəsinə əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdü: 2.1. 2021-ci ilin yanvarın 1-dək əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi müəssisə və təşkilatlarda və ya təhsil müəssisələrində azı 25 il çalışmış, elmi dərəcəsi olan, işləməyən, əmək pensiyaçılarının (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə, habelə bu kateqoriyadan olan pensiya hüququ yaranacaq şəxslərə verilir; 2.2. dövlət büdcəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. ... 51.1. İnzibati orqan inzibati icraatda iştirak edən şəxsləri, zəruri hallarda isə şahidləri, ekspertləri, tərcüməçiləri və digər orqanların nümayəndələrini inzibati icraatla bağlı iclasın vaxtı və yeri haqqında xəbərdar etməyə borcludur. 62.1. İnzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. ... 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər.
Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Məhkəmənin mövqeyi: İş materiallarından görünür ki, iddiaçıya cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1229 nömrəli Fərmanına uyğun olaraq xx.xx.2021-ci il tarixdən təqaüd təyin edilmiş, lakin bununla bağlı inzibati akt məhkəməyə təqdim edilməsə də, həmin tarixdən xx.xx.2021-ci il tarixədək aylıq 120 manat təqaüd ödənilmişdir. Daha sonra təqaüd dayandırılmış və xx.xx.2022-ci il tarixli qərarla yenidən təqaüd təyin edilmiş və xx.xx.2022-ci il tarixdən ödənilməyə başlanmışdır. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən təqaüdün təyin edilməsi ilə bağlı qərarın təqdim edilməməsi və ya bunun inzibati aktla rəsmiləşdirilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Bir halda ki, cavabdeh tərəfindən iddiaçı üçün əlverişli olan faktiki xarakterli hərəkətlərlə aybaay təqaüd ödənilmişdir. Nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müddəaları cavabdehin faktiki fəaliyyətinə də şamil edilir. Belə olan halda, cavabdeh təqaüdün dayandırılması məsələsini həll edərkən həm yuxarıda istinad edilən Fərmanın müddəalarının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanılması, aparılması və yekunlaşdırılmasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Buna görə, cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə sözügedən Fərmanın işləməyən şəxslərə aid olması və iddiaçının aktiv VÖEN-inin olmasına istinadla inzibati icraata aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə təqaüdün ödənişini dayandıra bilməz. “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Qeyd edilən Fərmanın tələblərinin pozulması (məsələn, şəxsin işləməsi) barədə məlumatın alınması və ya halın müəyyən edilməsi təqaüdün dayandırılması məsələsinin həlli üçün inzibati icraatın başlanılmasına (“İnzibati icraat haqqında” Qanunun 28.1.2-ci maddəsi) əsas təşkil edən haldır. Odur ki, belə hallar aşkar etdikdə cavabdeh müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüquqlarını təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə də əməl etməklə işin hallarını obyektiv araşdırıb təqaüdün dayandırılmasına əsas verən hal müəyyən etdikdə, icraatın sonunda bu barədə müvafiq inzibati akt qəbul etməlidir. Yalnız təqaüdün dayandırılmasına dair müvafiq inzibati akt qəbul edildikdən sonra ödənişin faktiki hərəkətlə dayandırılması aparıla bilər. Təqaüd təyin edilməsinə dair əvvəlki inzibati akt (və ya faktiki xarakterli fəaliyyət) qüvvədə olduğu halda, dayandırma barədə inzibati akt olmadan ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini şübhə altına almış olur. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5- 67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Məhkəmə bir daha vurğulayır ki, iddiaçıya xx.xx.2021-ci il tarixdən təqaüdün təyin edilməsi ilə bağlı qərarın təqdim edilməməsi və ya bunun inzibati aktla rəsmiləşdirilməməsi iddiaçının ziyanına şərh edilə bilməz. Bir halda ki, cavabdeh tərəfindən iddiaçı üçün əlverişli olan faktiki xarakterli fəaliyyət olmuşdur. Həmin fəaliyyətə “İnzibati icraat haqqında” Qanunun əlverişli inzibati akta dair müddəaları tətbiq olunmalıdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya ödənilən təqaüdün dayandırılmasından ibarət hərəkəti qanunsuzdur. Buna görə də həmin ödəniş dayandırıldığı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün bərpa edilməli və hesablanaraq iddiaçıya ödənilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia təmin edilsin. İddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövr üçün Prezident təqaüdünün hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Həmid Ağalarov