Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1577/2022 19.07.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı nümayəndəsi (vəkili) Vəkil Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Balami oğlunun Cavabdehnə qarşı “kompensasiyanın ödənilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinin onun razılığı olmadan cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi zərərə görə 45000 manat kompensasiya məbləğində pulun Cavabdeh tərəfindən ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir.
2. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh Başçısının 11 avqust 2000-ci il tarixli, 759 saylı Sərəncamı ilə, Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 343 saylı sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “İlham-1” kiçik müəssisəsinə ayrılmış 24,0 kv.m torpaq sahəsi etibarsız hesab edilmiş və həmin torpaq sahəsi mağaza tikintisi üçün ünvan 3-də yaşayan İddiaçı verilmişdir. Qeyd olunan sərəncam əsasında Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı- Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün qeyri-yaşayış obyekti İddiaçı tərəfindən tikilmişdir. Həmin qeyri-yaşayış sahəsi müqavilə əsasında qaz sayğacı ilə təchiz edilmişdir. Qeyd olunan qeyri-yaşayış obyekti 2017-ci ilin oktyabr ayında Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınmışdır. Lakin həmin qeyri-yaşayış obyektinin dövlət ehtiyacları üçün alınarkən kompensasiyası ödənilməmişdir. Bununla bağlı, Cavabdehnə yazılı formada müraciət edilib, lakin müraciətiə cavab olaraq bildirilmişdir ki, toxunduğu məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət etməyi məqsədəmüvafiqdir. Qeyri-yaşayış sahəsinin onun razılığı olmadan sökülməsi nəticəsində onun həm mülkiyyət hüquqları pozulmuş, həm də ona külli miqdarda ziyan dəymişdir. Mülkiyyətində olan qeyri-yaşayış sahəsinə onun razılığı olmadan söküldüyünə görə 45000 manat məbləğində ziyan dəymişdir.
3. İddiaçı tərəfindən təqdim edilmiş daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabata əsasən, aparılmış hesablamara və təhlillərə əsasən Qaradağ rayonu, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivi, Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə torpaq sahəsinin 1 kv.m.-nin xx.xx.2021-ci il tarixinə dəyəri 1900 manat təşkil edir.
4. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən vət. İddiaçı barəsində Qaradağ rayon İH-nin arxiv fondu üzrə xx.xx.2000-ci il tarixli, 759 saylı sərəncamından təsdiq edilmiş arxiv çıxarışı və “İlham 1” kiçik müəssisəsi barədə xx.xx.1994-cü il tarixli 343 deyil, 344 saylı sərəncamda olmaqla təsdiq edilmiş edilmiş kserosurəti təqdim edilmişdir. Qaradağ rayon İH Başçısının xx.xx.2000-ci il tarixli, 759 saylı sərəncamının 1.3-cü bəndinə əsasən, Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 343 saylı sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “llham-1 kiçik müəssisəsinə ayrılmış 24,0 kv.m. torpaq sahəsi etibarsız hesab edilmiş; Həmin torpaq sahəsi mağaza tikintisi üçün ünvan 3-də yaşayan İddiaçı verilmişdir. Qaradağ rayon İHB-nın xx.xx.1994-cü il tarixli, 344 nömrəli Sərəncamına əsasən, Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarındakı dayanacağa bitişik yerdə rayonun baş memarının təqdim etdiyi cizgiyə əsasən “İlham-1” kiçik müəssisəsinə 6x4 m ölçüdə kommersiya mağazasının tikintisinə və açılmasına icazə verilmişdir.
5. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən Cavabdehnə ünvanlanmış cavab məktubda bildirilmişdir ki, Qaradağ rayonun ünvan 2ləşmiş Şəhər Xəstəxanasının yenidən qurulması ilə əlaqədar ünvan 3 ünvanda yaşayan İddiaçı məxsus 24 m2 və onun anası X3 məxsus 400 m2 torpaq sahələrinin dövlət ehtiyacları üçün alınması məqsədilə 45000 manat məbləğində vəsaitin ayrılması barədə məktubuna aidiyyəti üzrə baxılmışdır. Bildirilmişdir ki, torpaq sahələrinin dövlət ehtiyackarl üçün alınmasına dair, habelə həmin sahələrin yuxarıda adları çəkilən vətəndaşların xüsusi mülkiyyətində olmasını təsdiq edən sənədlər, daşınmaz əmlakın qiymətləndirilməsi barədə hesabatlar, xəstəxana tikintisinin həmin sahəyə düşməsini təsdiq edən sənəd, fotoşəkillər və digər təsdiqedici sənədlər məktuba əlavə edilmədiyi üçün qaldrılan məsələyə münasibət bildirilməsi imkan xaricindədir.
6. İddiaçının müraciətinə cavab olaraq cavabdeh qurum tərəfindən bildirilmişdir ki, Qobustan qəsəbəsi, 4-cü massivdə Bakı-Salyan şossesinin kənarında yerləşən 24 kv.m. olan qeyri-yaşayış obyektinin əvəzinə kompensasiya ödənilməsi barədə müraciətinə baxılmışdır. Müraciətlə bağlı bildirilmişdir ki, toxunduğu məsələ mübahisəli olduğundan məhkəmə orqanlarına müraciət etməsi məqsədəmüvafiqdir.
7. Məhkəmənin qeyd edilən tikiliyə dair hüquqmüəyyənedici sənədlərin təqdim edilməsinə dair hüquqi yardımına cavab olaraq iddiaçı tərəfindən bildirilmişdir ki, həmin tikiliyə dair hər hansı sənəd təqdim edilməsi imkan xaricindədir.
8. Məhkəmənin xx.xx.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi hazırkı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilmişdir.
9. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin nümayəndəsi iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, həmin zərərin nədə ifadə olunmasını təsdiq edən sənədlər təqdim edilmədiyindən iddia tələbi təmin edilməməlidir. Belə ki, torpaq sahəsi üzərində hüquqlar qeydiyyata alınmamış və torpaq sahəsi üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına təminat verilmir. Tikili və ya torpaq sahəsi dövlət ehtiyacları üçün alınmayıb, belə ki, ərazinin dövlət ehtiyacları üçün alınması qərarı, müvafiq təsdiqedici sənədlər Maliyyə Nazirliyinə təqdim olunmayıb.
10. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiasında Cavabdeh xx.xx.1994-cü il tarxili 343 saylı sərəncamı ilə Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün “İlham-1” kiçik müəssisəsinə ayrılmış 24,0 kv.m torpaq sahəsi etibarsız hesab edilmiş və həmin torpaq sahəsi mağaza tikintisi üçün Qobustan qəsəbəsi,massiv 4, ev 20-də yaşayan İddiaçı verilmişdir. İddiada qeyd olunan sərəncam əsasında Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün İddiaçı tərəfindən qeyri-yaşayış obyekti inşa olunduğu və 2017-ci ildə Cavabdeh tərəfindən dövlət ehtiyacları üçün alınması və kompensasiyanın ödənilməməsi bildirilmişdir. Məlumat üçün bildirlmişdir ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə uyğun olaraq: Bu Qanuna əsasən torpağın alına biləcəyi dövlət ehtiyacları aşağıdakılardır: 3.1.1. dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması; 3.1.2.sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi; 3.1.3.müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi; 3.1.4.dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi; 3.1.5.dəniz limanının ərazisinin artırılması. 3.2. Torpaqlar dövlət ehtiyacları üçün yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda alma bilər. Bununla əlaqədar olaraq İddiaçı istifadəsində olan torpaq sahəsi dövlət ehtiyacları üçün alınmadığından, dövlət ehtiyacları üçün alınmasına dair qərarın və daşınmaz əmlakın qiymətləndirilməsinə dair hesabatın olmadığından məhkəməyə təqdim edilməsi mümkün deyil. Belə ki, 2010-cu ildə Bakı-Ələt-Qazax magistral avtomobil yolu genişləndirdərkən həmin tikili yolun mühafizə zolağında olmuşdur, tərəfimizdən heç bir tikinti sökülməmişdir və kim tərəfindən sökülməsi də məlum deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Azərbaycan Respublikası avtomobil yollarında təhkim və mühafizə zolağından istifadənin tənzimlənməsinə dair əlavə tədbirlər haqqında» 18 saylı, xx.xx.2004-cü il tarixli qərarından görünür ki, Respublika əhəmiyyətli avtomobil yollarında 60 metr, yerli əhəmiyyətli avtomobil yollarının mühafizə zolağı 25 metrdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Daxili İşlər Nazirliyi ilə razılaşdırmaqla aparılan mühəndis qurğuları istisna olmaqla avtomobil yollarının mühafizə zolağında aparılan bütün tikinti işləri dərhal dayandırılır. Araşdırma zamanı müəyyən edilmişdir ki, iddia olunan qeyri-yaşayış sahəsinin iddiaçıya məxsus olması barədə mülkiyyət hüququnu təsdiq edən sənəd (çıxarış) təqdim olunmamışdır. İşin materialları ilə tikilinin ilkin olaraq kim tərəfindən aparılması və qanuni əsaslarla inşa edilib-edilməməsi müəyyən edilmir. Azərbaycan Respublikası MM-nin 21.2-ci maddəsində göstərilir ki, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Real zərər yalnız iddiaçının fərziyyəsi əsasında qanunsuz olaraq müəyyən edilmişdir. Qeyd olunanları nəzərə alaraq, hesab edilir ki, İddiaçı Cavabdehnə qarşı qeyriyaşayış sahəsinin iddiaçının razılığı olmadan cavabdeh tərəfindən sökülməsinə görə dəymiş zərərin ödənilməsi tələbinə dair iddiası əsassız olduğu üçün rədd olunmalıdır
3. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə "xxxx" MMC-dən aşağıdakı məsələlər üzrə mütəxəssis rəyi alınması qərara alınmışdır: - Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. tikilinin bazar qiyməti nə qədərdir?; - Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş tikilinin 1 kv.m.-nin bazar qiyməti nə qədərdir?; - Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. tikilinin təqdim olunmuş fotoşəkillərə əsasən inşası üçün çəkilən xərc nə qədərdir? Rəyin verilməsi üçün "xxxx" MMC-yə iş materiallarında olan sənədlər (sərəncam və fotoşəkillər) təqdim edilmişdir.
4. Təqdim edilmiş mütəxəssis rəyinə əsasən: - obyektin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. sahəsi olan qeyri-yaşayış binasının 26 may 2022-ci il tarixinə bazar dəyəri 34.000 manat təşkil edir; - obyektin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. sahəsi olan qeyri-yaşayış binasının 26 may 2022-ci il tarixinə 1 kv.m. bazar dəyəri 1414,0 manat təşkil edir; - obyektin mövcud vəziyyəti, yerləşdiyi ərazi, ümumi sahəsi və s. xüsusiyyətlər nəzərə alınmaqla aparılmış hesablamalara və təhlillərə əsasən Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarında və yaxın ərazidə kommersiya fəaliyyəti üçün nəzərdə tutulmuş 24 kv.m. sahəsi olan tikilinin inşasına çəkilən xərcləri müəyyən etmək məqsədilə çəkilçuş xərcləri müəyyən etmək məqsədilə iş materiallarına olan fotoşəkillər təhlil olunmuşdur. Foto şəkillərə əsasən tikilinin bünövrə, kommunikasiya xətləri və eləcə də digər konstruktiv elementlərinin texniki vəziyyəti təsbit edilmədiyindən əmlakın inşasına çəkilən xərcləri hesablamaq mümkün olmamışdır.
5. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında və şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi.
6. Şifahi məhkəmə dinləmələri zamanı (şifahi məhkəmə baxış iclası) iştirak edən cavabdehin nümayəndəsi bildirmişdir ki, qeyd edilən ərazidə torpaq dövlət ehtiyacları üçün geri alınmamışdır. Bakı-Ələt-Qazax magistral avtomobil yolu genişləndirdərkən həmin tikili yolun mühafizə zolağında olmuş, yolun ümumi görünüşünə xələl gətirdiyi üçün Cavabdeh tərəfindən sökülmüşdür. Lakin bununla bağlı iddiaçıya hər hansı məbləğdə kompensasiya ödənilməmişdir. İddiaçıya koməklik göstərilməsi üçün Maliyyə Nazirliyinə müraciət ünvanlanmış, lakin bununla bağlı vəsait ayrılmamışdır. İddiaçının 45000 manat kompensasiya tələbi hər hansı şəkildə əsaslandırılmamışdır, həmin məbləğ ağlatan deyil, iddiaçı ona zərər vurulmasını əsaslandırmamışdır. Bu səbəbdən iddianın təmin olmaması xahiş edilir.
II. İddianın növü və mümkünlüyü
7. İddianın növü İPM-in 2.2.7-ci maddəsinə əsasən, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır.
8. İddia inzibati orqanın hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır. İddia mümkündür.
III. Məhkəmənin mövqeyi
9. Məhkəmə ilk olaraq müəyyən etməlidir ki, iddiaçının torpaq sahəsinə və üzərində mövcud olmuş tikiliyə dair “qanuni gözləntisi” varmı? Belə ki, X8 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.
10. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Prince Hans-Adam İİ of Liechtenstein v. Germany , and Gratzinger and Gratzingerova v. the Czech Republic );
11. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05)
12. X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.
13. Məhkəmə hazırki iş üzrə araşdırmanı X9 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üzrə araşdırma sxemi üzrə aparmağı məqsədəuyğun hesab edir. Nəticə aşağıdakı təhlildən asılı olmalıdır: 1) İş üzrə araşdırılan hüquq 1-ci maddənin mənası baxımından mülkiyyət hüququ və ya əmlaka sahiblik hüququ sayıla bilərmi? 2) Əmlaka sahiblik hüququna müdaxilə baş veribmi? 3) Həmin müdaxiləyə 1-ci maddədə yer alan üç normadan hansının əsasında baxılmalıdır? Yəni mübahisələndirilən tədbir hansı müdaxiləni təşdil edir 3.1. işin halları əmlakdan məhrum etməni əhatə edirmi? 3.2.Əgər cavab yoxsa, işin halları əmlakdan istifadəyə nəzarətlə bağlıdırmı? 3.3. Əgər cavab yoxsa, işin halları ümumi prinsiplərin işığında şərh olunmalıdırmı (dövlət hakimiyyət orqanları əmlakdan dinc istifadə etmək hüququna hörmət etmişlərmi)? 4) Müdaxilə üçün qanuni əsas varmı? 5) Mülkiyyət hüququna müdaxilə cəmiyyətin maraqlarına xidmət edirmi, yəni qanuni məqsəd daşıyırmı? 6) Müdaxilə qarşıya qoyulan məqsədə mütənasibdirmi? Yaxud başqa sözlə, həmin müdaxilə cəmiyyətin ümumi maraqlarının tələbləri ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığı qoruyub saxlayırmı?
14. Məhkəmə qeyd edir ki, iddiaçının Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı- Salyan şossesinin kənarındakı qeyd edilən torpaq sahəsinə mülkiyyət hüququnun mövcud olduğuna dair hər hansı hüquqi müddəaya əsaslanan “qanuni gözləntisi” olmamışdır.
15. Tikiliyə münasibətdə iddiaçının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır.
16. Lakin bununla belə, məhkəmə qeyd edir ki, iddiaçıya aid olan həmin tikili özbaşına tikili omamış, Qaradağ RİHB-nin Sərəncamı əsasında inşa edilmişdir, odur ki, iddiaçının həmin tikiliyə, eləcə də inşaat materiallarına olan maddi marağını onun mülkiyyəti kimi qiymətləndirir.
17. Qobustan qəsəbəsi, 4-cü yaşayış massivində Bakı-Salyan şossesinin kənarındakı 24 kv.m. tikilinin cavabdeh tərəfindən sökülmüş olması işin mübahisəsiz halıdır. Belə ki, iddiaya yazılı etirazda tikilinin kim tərəfindən sökülmüş olduğu qeyd edilməsə də, cavabdehin nümayəndəsi tərəfindən məhkəmə iclasında verilən izahata, eləcə də Cavabdeh Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə “kompensasiyanın ödənilməsi barədə” xx.xx.2019-cu il tarixli müraciəti tikilinin məhz cavabdeh tərəfindən sökülməsi halını təsdiq edir. Lakin tikilinin nə vaxt sökülməsi tərəflər arasında mübahisəlidir. İddiaçı həmin tikilinin 2017-ci ildə, icra hakimiyyəti isə etirazında 2010-cu ildə söküldüyünü bildirir.
18. Məhkəmə qeyd edir ki, həmin tikilinin dövlət ehtiyacları üçün alınması iş materialları ilə müəyyən edilmir, əksinə tərəflərin izahatları ilə qeyd edilən hal təkzib edilir.
19. Odur ki, həmin tikilinin sökülməsi onun mülkiyyət hüququna müdaxilədir. Həmin müdaxilə mülkiyyətdən məhrumetməyə bərabərdir.
20. Müdaxilənin qanuniliyi, qanuni məqsədlərə cavab verməsi, eləcə də iddiaçıya münasibətdə ədalətli tarazlığa riayət olunub-olunmaması məhkəmə tərəfindən qiymətləndirilməlidir.
21. Müdaxilənin qanuniliyini əsaslandıran hal cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qurum həmin tikilinin sökülməsini əsaslandıran qanuni müddəaya istinad etməmişdir.
22. Odur ki, məhkəmə cavabdeh qurumun hərəkətləri nəticəsində iddiaçıya kompensasiya ödəməli olduğu qənaətindədir.
23. Kompensasiyanın məbləğinə münasibətdə məhkəmə qeyd edir ki, torpaq sahəsinə münasibətdə iddiaçının mülkiyyət hüququ və ya mülkiyyət hüququnun əldə edilməsi üçün qanuni gözləntisi olmadığından, eləcə də üzərindəki qeyri-yaşayış sahəsinə dair hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından kompensasiya məbləği tikilinin bazar qiymətinə uyğun olaraq hesablanması hüququ yoxdur. Lakin qeyd edildiyi kimi həmin tikili özbaşına olmadığından, tikilidən istifadəyə münasibətdə mümkün maddi marağı olduğundan müəyyən məbləğdə kompensasiya ödənməlidir.
24. İstər iddiaçı tərəfindən, istərsə də məhkəmənin qərardadı əsasında təqdim edilmiş mütəxəssis rəyi sadəcə bir sıra təqribi məbləğləri əks etdirir və istifadə olunan metodlara və ya digər etibarlı məlumatlara istinad etmir və məhkəmənin yuxarıda qeyd edilən qənəatinə uyğun (tikilidən istifadəyə münasibətdə mümkün maddi marağı) gələn maddi zərəri ifadə etmir.
25. İşin hallarına əsasən iddiaçıya vurulmuş maddi zərərin konkret məbləğini müəyyən etmək mümkün deyil. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək. İddiaçı tərəfindən buna dair hər hansı sübutlar təqdim edilmədiyindən məhkəmə iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat kompensasiya təyin olunmasını ədalətli hesab edir.
26. AİHM qərarlarında qeyd edir ki: -Böyük Palata, Palatanın etdiyi kimi, aşkar edilmiş pozuntular nəticəsində şübhəsiz ki, ərizəçinin zərər çəkdiyini və bu pozuntularla iddia edilən maddi zərər arasında aydın səbəb-nəticə əlaqəsinin olduğunu, o cümlədən maliyyə mənbələrin itirilməsinə görə kompensasiyanın olmasını qeyd edir. (bax: Salman işi § 137, və Z və X2rşı, yuxarıda adı çəkilən, § 119). Bununla belə, ərizəçinin bu başlıq altındakı iddialarının heç biri lazımi qaydada sənədləşdirilməmişdir. İddia edilən zərərə dəqiq hesablanması mümkün olmayan və ya elə məhdud sübutlara əsaslanan komponentlər daxildir ki, hər hansı qiymətləndirmə qaçılmaz olaraq müəyyən dərəcədə fərziyyəni ehtiva edəcək (bax, digər işlər arasında, bax: Sporrong və Lönnroth İsveçə qarşı (Maddə 50), 18 dekabr 1984-cü il tarixli qərar). , A seriyası № 88, səh. 14-15, § 32 və Akdivar və başqaları Türkiyəyə qarşı (Maddə 50), 1 aprel 1998-ci il tarixli qərar, Hesabatlar 1998-İİ, səh. 718, § 19). Buna görə də, Məhkəmə 41-ci maddənin tələb etdiyi kimi, onda olan bütün məlumatları nəzərə alaraq ərizəçinin maddi ziyanla bağlı iddialarını ədalətli əsaslarla qiymətləndirəcəkdir (bax: Öneryıldız Türkiyəyə qarşı § 166). - Konvensiyanın və ya onun protokollarının pozuntusunu tanıyan qərar, cavabdeh dövlətə bu pozuntuları dayandırmaq və pozulmadan əvvəlki vəziyyəti maksimal şəkildə bərpa etməklə onun nəticələrinə görə əvəz ödəmək kimi hüquqi öhdəliklər qoyur. Milli qanunvericilik pozuntunun nəticələrini aradan qaldırmağa icazə vermədiyi və ya yalnız natamam şəkildə icazə verdiyi təqdirdə, 41-ci Maddə Məhkəməyə zəruri hallarda zərərçəkən tərəfə müvafiq əvəzin ədalətli ödənilməsi qərarı qəbul etmək səlahiyyəti verir (bax: digər məsələlər arasında, Məhərrəmov Azərbaycana qarşı (əvəzin ədalətli ödənilməsi) no 5046/07, § 12, 09 may 2019, X5rşı (əvəzin ədalətli ödənilməsi), no 66209/10, § 15, 16 yanvar 2018 və Bitto və digərləri Slovakiyaya qarşı (əvəzin ədalətli ödənilməsi), no 30255/09, § 20, 7 iyul 2015).
27. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1100-cü maddəsinə əsasən, dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir.
28. Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 7.6-cı bəndinə əsasən, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir.
29. İPM-in 108.1-ci maddəsinə əsasən, prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir.
30. İPM-in 109-cu maddəsinə əsasən, prosessual xərclərin ödənilməsi haqqında məsələ məhkəmə tərəfindən qəbul edilmiş qərardadla və ya mübahisə ilə bağlı iş üzrə qəbul edilmiş qərarla həll edilir.
31. İPM-in 110.1-ci maddəsinə əsasən, prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
32. Odur ki, məhkəmə hesab edir ki, "xxxx" MMC-yə ödənilməli olan xərc prosessual xərc olmaqla ödənilmiş tələbə münasib olaraq tərəflərə aid edilməlidir.
33. Odur ki, qeyd edilən kompensasiyanın və məhkəmə xərclərinin icra hakimiyyətinin büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ödəməsi mümkündür.
34. İPM-in 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.
35. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
36. Göstərilənlərə əsasən və İPM-in 2.3, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə vurulmuş maddi zərərin əvəzi olaraq 5000 (beş min) manat tutulsun. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar "xxxx" MMC-yə ödənilməli olan 300 manat prosessual xərcin 33 manat hissəsi İddiaçı, 267 manat hissəsi cavabdeh Bakı şəhəri Cavabdehnə aid edilməklə tərəflərdən tutulsun (VÖEN: **********; H/h: AZN AZ30GUNA********************; Bank: GUNAYBANK ASC; VÖEN **********; M/h: AZ25NABZ********************; Kod:505594; SWİFT:GUNAAZ22). Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva