Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1578/2021 15.12.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi X35 Ağa qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarların ləğv edilməsi tələbinə dair inzibati işə şifahi, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli qərarının ləğv edilməsi barədə barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********195 nömrəli və 06 oktyabr 2020-ci il tarixli, **********8395 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş ərizə icraata qəbul edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC (VÖEN: **********) ticarət məntəqələrinin biri olan, şirkətə məxsus Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən taxıl məhsulları mağazasında satıcı X5 iştirakı ilə operativ vergi nəzarəti həyata keçirilmiş və yoxlamanın nəticəsinə dair 12 avqust 2020-ci il tarixli, 000556 saylı akt tərtib edilmişdir. Akt üzrə “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli qərar qəbul edilmişdir. Qərara əsasən cavabdeh 83119.46 manat məbləğin büdcəyə ödənilməsi qərarına gəlmişdir. Qərarın qəbul edilməsinə əsas Azərbaycan Respublikası Vergilər Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsi götürülmüşdür. Həmçinin cavabdeh tərəfindən "xxxx" MMC-nin Siyəzən rayonu, Zarat kəndində yerləşən yemin və taxılın satışı mağazasında operativ nəzarətin nəticəsi haqqında DVX 000777 saylı, 13.04.2020-ci il tarixli aktla ümumi dəyəri 722855.80 manat məbləğində malların e-qaimə faktura tərtib edilmədən kassa aparatı ilə satışının həyata keçirilməsi faktı üzrə 72285.58 manat maliyyə sanksiyası hesablanmış və yoxlama aktının nəticələrinə dair “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8395 nömrəli, 06.10.2020-ci il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla da, razı deyillər və Hesab edir ki, cavabdehin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********4195 nömrəli qərarı və “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” **********8395 nömrəli, 06.10.2020-ci il tarixli qərarı qanunsuz və əsassızdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci, 16.1.8-ci, 16-cı, 16.1.11.6-cı maddələrinə və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli, 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3.1-ci bədinə, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 1.3.1-ci və 4.1-ci bəndlərinə əsasən həmin qərarlar ləğv edilməlidir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, "xxxx" MMC 23.04.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və əsas fəaliyyət növü taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satış fəaliyyətidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə müəyyən hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ Vergi nəzarətini keçirtmək vergi orqanlarının səahiyyətlərinə aid edilmişdir. Həmin Məcəllənin 50.6-cı maddəsinə əsasən, operativ vergi nəzarətinin nəticələri üzrə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada akt tərtib edilir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı bu Məcəllənin 39-43-cü və 46-49-cu maddələrinin müddəaları tətbiq edilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Verglər Baş İdarəsinin 10.08.2020-ci il tarixli, **********3253 nömrəli qərarına əsasən "xxxx" MMC-yə məxsus Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən “X22 mağazası”nda Operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 10.08.2020-ci il tarixdən 08.09.2020-ci il tarixədək malların Vergi Məcələsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib ediləsinə nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı sahibkarlıq məqsədilə 39 (otuz doqquz) halda ümumi dəyəri 83119,46 manat məbləğində malların elektron qaimə-faktura təqdim edilmədən satışının həyata keçirilməsi faktı aşkar olunaraq, 12.08.2020-ci il tarixdə 000556 nömrəli aktla rəsmiləşdirilmişdir. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı 12.08.2020-ci il tarixdə 000405 nömrəli siyahı tərtib edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən Bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan norması əsas götürülərək, iddiaçı "xxxx" MMC-yə 83.119,46 manat məbləğində maliyyə sanksiyası tətbiq edilməklə, barəsində 21.08.2020-ci il tarixli, **********4195 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən, pərakəndə satış – malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti; Həmin Məcəllənin 13.2.63-cü maddəsinə əsasən, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üçün ticarət fəaliyyətidir. Pərakəndə satışın bilavasitə sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan, yalnız şəxsi, ailə, məişət və digər bu kimi məqsədlər üçün malların satışını həyata keçirən ticarət fəaliyyəti olduğunu nəzərə alaraq, pərakəndə qaydada iri həcmli əmtəə partiyasının müxtəlif fiziki şəxslərə satılması həmin şəxslərin vergi orqanında uçota alınmadan fəaliyyət göstərməsi və potensial vergidən yayınan şəxslər olması ehtimalını yaradır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 aprel 2014-cü il tarixli 94 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın 5.1-ci bəndinə əsasən topdansatış ticarəti ilə məşğul olan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır. İri həcmli mal partiyalarının fiziki şəxs olan istehlakçının istehlak edə biləcəyi ağlabatan məbləğdən yuxarı həddə nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirilməklə, fiziki şəxslərə satılması faktiki olaraq topdan qaydada digər sahibkarlıq subyektlərinə və ya qanunsuz sahibkarlara sənəd verilmədən (elektron qaimə-faktura tərtib edilmədən) malların satışı əməliyyatının pərdələnməsi və “kölgə iqtisadiyyatı”nın artması ilə nəticələnir. Faktiki olaraq topdan qaydada satılan malların pərakəndə ticarət kimi rəsmiləşdirilməsi nəticəsində həmin mal partiyalarının sonrakı satış dövriyyəsində də, sənədləşdirilmədən satışlarının aparılmasına səbəb olur və vergidən yayınma halları yaranır. Beləliklə də, həmin şəxslər rəqabət mühitini pozmaqla qanuna əməl edən sahibkarların hüquqlarını pozur və qiymət üstünlüyü əldə etmiş olurlar. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli 1341 nömrəli Fərmanı ilə təsiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 4.1-ci bəndinə əsasən, pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət – kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS-terminaldan çıxarış verilir. Vergi Məcəlləsinin 70.3-cü maddəsinə görə, vergi qanunvericiliyinə əsasən tərtib edilən hər-hansı sənəd öz mahiyyətinə və məzmununa görə vergi qanunvericiliyinə uyğun gəlirsə, eləcə də, vergi hesablanılan və ya bu sənədlərin aid olduğu şəxs hamı üçün aydın şəkildə göstərilmişdirsə həmin sənəd etibarsız və ya prosessual pozuntularla tərtib edilmiş sayıla bilməz. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 24.0.1-ci maddəsinə əsasən, vergi orqanı vergilərin düzgün hesablanmasını, tam və vaxtında ödənilməsinə nəzarət edir. Daha sonra cavabdeh tərəfindən etiraza əlavə təqdim edilərək bildirilmişdir ki, iddiaçı məhkəməyə iddia ərizəsinə əlavə təqdim edərək, “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21.08.2020-ci il tarixli, **********4195 nömrəli və 06.10.2020-ci il tarixli, **********8395 nömrəli qərarlarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin nəzərinə çatdırmışlar ki, iddiaçı tərəfindən təqdim edilmiş iddia ərizəsinə dair Baş İdarə tərəfindən 15.10.2020-ci il tarixli etiraz təqdim edilmiş və iddiaçının 21.08.2020-ci il tarixli, **********4195 nömrəli qərarın ləğv ediləsi tələbi ilə əlaqədar Baş İdarənin dəlilləri tərəflərindən təqdim edilmiş həmin etirazda öz əksini tapmışdır. İddia ərizəsinə əlavədə qeyd olunan 06.10.2020-ci il tarixli, **********8395 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın ləğv olunması ilə bağlı Baş İdarənin dəlilləri isə aşağıdakı kimidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi aşağıda qeyd olunan səbəblərə görə hesab edir ki, iddia təmin edilməməlidir. Bildirirlər ki, iddiaçı "xxxx" MMC 23.04.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmışdır və əsas fəaliyyət növü taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı fəaliyyətidir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.08.2020-ci il tarixli, **********3396 nömrəli qərarına əsasən "xxxx" MMC-yə məxsus Siyəzən rayonu, Zarat kəndində yerləşən “Yemin və taxılın satışı mağazası”nda Operativ vergi nəzarəti həyata keçirilmişdir. Qərar üzrə vergi nəzarəti 12.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə maların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malkların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələlərini əhatə etmişdir. Həyata keçirilmiş operativ vergi nəzarəti zamanı sahibkarlıq məqsədilə 38 (otuz səkkiz) halda ümumi dəyəri 722.855,80 manat məbləğində malların elektron qaimə-faktura tərtib edilmədən satışının həyata keçirilməsi faktı aşkar olunaraq, 13.08.2020-ci il tarixdə, 000777 nömrəli aktla rəsmiləşdirilmişdir. Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı 13.08.2020-ci il tarixdə, 000647 nömrəli siyahı tərtib edilmişdir. Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən, bu Məcəlləyə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malların elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malalrın əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə - malları təqdim edən şəxsə təqvim ili ərzində belə halda birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. Vergi Məcəlləsinin yuxarıda qeyd olunan norması əsas götürülərək, iddiaçı "xxxx" MMC-yə 72.285,58 manat məbləğində maliyyə sankskiyası tətbiq edilməklə, barəsində 06.10.2020-ci il tarixli, **********8395 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə vergi məsuliyyətinə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şifahi məhkəmə baxışı iclasının vaxtı və yeri barəsində tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlmiş, iddiaçının nümayəndəsi və vəkili isə gəlməmişdir. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında iddiaçının nümayəndəsi və vəkilinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza və etiraza əlavəyə uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər Həmin Məcəllənin 38.3-cü maddəsinə görə inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı aşağıdakı vaxtadək dayandırılır: -38.3.1. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun şikayət üzrə qəbul etdiyi qərardan (verdiyi yazılı cavabdan) şikayət verilməsi üçün “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlər bitənədək (müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verilmədiyi halda); -38.3.2. müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun qərarından (yazılı cavabından) müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma şikayət verildiyi halda isə həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavabı) şikayətçiyə təqdim edilənədək. Mübahisələndirmə haqqında iddiaya münasibətdə xüsusi mümkünlük şərti iddia müddətinə riayət edilməsidir. Hazırkı iş üzrə iddiaçı ilkin olaraq cavabdehin 21.08.2020-ci il tarixli, **********4195 nömrəli qərarını mübahisələndirmiş, həmin qərarı məhkəmə qaydasında mübahisələndirərək, 02.09.2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehin 06.10.2020-ci il tarixli, **********8395 nömrəli qərarından isə 27.10.2020-ci il tarixdə iddia ərizəsinə əlavə şəklində məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı 30 günlük iddia müddətini ötürməmişdir. İddia mümkünlük şərtlərinə cavab verir. İddianın mahiyyətinə gəlincə məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, işdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Qurumunun X10 Şəhadətnamənin surətindən görünür ki, İddiaçı MMC 23.04.2018-ci il tarixdə vergi ödəyicisi kimi qeydiyyata alınmış və ona ********** vergi ödəyicisinin eyniləşdirmə nömrəsi verilmişdir. İşdə olan Vergilər Nazirliyi yanında Milli Gəlirlər Deprtamentinin X21 Qeydiyyatı İdarəsindən çıxarışdan görünür ki, İddiaçı MMC 23.04.2018-ci il tarixdə qeydiyyata alınmış, dövlət qeydiyyat nömrəsi **********, təşkilati-hüquqi forması Məhdud Məsuliyyətli Cəmiyyəti, maliyyə ili 1 yanvar – 31 dekabr, hüquqi ünvanı AZ1111, ünvan 1silçisi X4, çıxarışın verildiyi tarix və nömrəsi, 02.07.2019-cu il, **********399100. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin X21 Qeydiyyatı İdarəsi tərəfindən ********** qeydiyyat nömrəsi ilə 23.04.2018-ci il tarixdə qeydiyyata alınmış İddiaçı MMC-nin nizamnaməsinin 1.1-ci bəndindən görünür ki, İddiaçı öz fəaliyyətini Azərbaycan Respublikasının Mülki Məcəlləsi, qüvvədə olan digər qanunvericilik aktları və bu Nizamnamə əsasında həyata keçirir. Nizamnamənin 1.2-ci bəndinə əsasən hüquqi ünvan: ünvan 2 2.2-ci bəndinə əsasən Cəmiyyətin iştirakçılarının nizamnə kaptalındakı paylar aşağıdakı kimi müəyyən edilmişdir: X4 – 10 (on) manat, 10 (on) pay, 100 %, pul şəklində. İşdə olan Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən 10.08.2020-ci il tarixli, KY201464151 nömrəli çıxarışdan görünür ki, 10.08.2020-08.09.2020-ci il dövrləri üçün İddiaçı MMC-də növbədənkənar operativ vergi nəzarəti vergi yoxlaması təyin edilmiş, yoxlamanın predmeti: Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektlərindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi, yoxlanılan təsərrüfat oyektinin kodu, ünvanı və fəaliyyət növü: 23002 X22 Mağazası, AZ2024, Gəncə şəhəri, Ə.Mehmandarov küçəsi, ev 30, ixtisaslaşdırlmamış mağazalarda sair məhsulların pərakəndə satışı göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisasdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 12 saylı Ərazi Vergilər Baş İdarəsinin 10.08.2020-ci il tarixli, **********3253 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri X19 Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq, "xxxx" MMC-yə məxsus olan obyektdə (ünvan: AZ2024, Gəncə şəhəri, Ə.Mehmandarov 30, obyektin adı X22 mağazası (**********-23002), fəaliyyət növü: ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə 10.08.2020-ci il tarixdən 08.09.2020-ci il tarixədək (08.09.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti 3-cü dərəcəli müfəttiş X9 və kiçik vergi xidməti müşaviri X25 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. İşdə olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********3262 nömrəli, 10.08.2020-ci il tarixli tələbnamədən görünür ki, "xxxx" MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, yoxlama predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan qaimə-faktura, elektron qaimə faktura və digər zəruri sənədlər tələb edilmişdir. İşdə olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinə X11 tərəfindən verilmiş 11.08.2020-ci il tarixli izahatdan görünür ki, ünvan 4 ünvanında yerləşən taxıl məsulları satışı mağazası Cəmiyyətin istifadəsindədir və o, X11 15.10.2019-cu il tarixdən satıcı işləyir, onlayn kassa aparatına mədaxil olunmuş, vəsaitlər tərəfindən gündəlik satışa görə həyata keçirilmişdir. Satışlar tanımadığı şəxslərə pərakəndə qaydada nəğd ödənilməklə həyata keçirilmişdir. 2020-ci il tarixdə fevral –may aylarında 39 halda, 831194.60 manat dəyərində olmuşdur. İzahatı özü yazmış, doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İşdə olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların 12.08.2020-ci il tarixli siyahısından görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Baş X27 Kiçik Vergi Xidməti X2 və X27 3-cü dərəcəli müfəttiş X9 tərəfindən İddiaçı MMC Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanda yerləşən taxıl Məhsulları satış, mağazasında mövcud olan mallar və digər sərvətlər aşağıdakı kimidir: 39 adda yem məhsulları. İşdə olan 12 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 12.08.2020-ci il tarixli, 000556 nömrəli aktından görünür ki, aktın nəticəsinə əsasən "xxxx" MMC-də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı avqust 2020ci il tarixdə ünvan 4 ünvanında yerləşən X22 Mağazasında aparılan operativ vergi nəzarəti zamanı sahibkarlıq məqsədilə 39 halda ümumi dəyəri 831194.60 manat məbləğində malları elektron qaimə faktura tərtib edilmədən satışı həyata keçirilməsi faktı aşkar olunmuşdur. Azərbayycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barədə Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsasən 83119.46 manat məbləğində maliyyə sanksiyasnın tətbiq edilməsi təklif olunmuşdur. Vergi ödəyicisinin nümayəndəsinə malların Vergi Məcəlləsinin müvafiq maddəsində göstərilən elektron qaimə faktura əsasında satışın həyata keçirilməsi tövsiyyə olunmuşdur. Nəzarət kitabçasında operativ vergi nəzarəti təqdim olunmamışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 21.08.2020-ci il tarixli, **********4195 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəis müavini baş vergi xidməti müşaviri X14 tərəfindən İddiaçı Məhdud Məsuliyyətli (VÖEN: **********) keçirilmiş operativ vergi nəzarətinin nəticələri haqqında 12.08.2020-ci il tarixli, 000556 nömrəli akt (lar)ına, eləcə də, Vergi Məcəlləsinin müvafiq maddələri ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, qərara alınmışdır ki, İddiaçı MMC (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 83119.46 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. 31.08.2020-ci il tarixədək 83119.46 manat məbləğin büdcəyə ödənilməsi təmin edilsin. İşdə olan Azərbaycan Respublikası İqtisasdiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 11.08.2020-ci il tarixli, **********3396 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” Qərarının surətindən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi baş vergi xidməti müşaviri X12 Azərbaycan Respublikası Vergilər Məcəlləsinin 23-cü, 41-ci və 50-ci maddələrini əsas tutaraq, "xxxx" MMC-yə məxsus olan obyektdə (ünvan: AZ5315, Siyəzən rayonu Zarat Kəndi 00, obyektin adı: Yemin və taxılın satışı mağazası (**********-71001), fəaliyyət növü: ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı) Malların Vergi Məcəlləsinin 58.8-ci maddəsində göstərilən sənədlər əsasında alınmasına, malların elektron qaiməfaktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi(ləri) üzrə 12.08.2020-ci il tarixdən 10.09.2020-ci il tarixədək (10.09.2020-ci il tarixi daxil olmaqla) operativ vergi nəzarəti kiçik vergi xidməti müşaviri X8, 1-ci dərəcəli müfəttiş X6 tərəfindən həyata keçirilməsi qərara alınmışdır. İşdə olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Operativ vergi nəzarətinin keçirilməsi üçün zəruri olan sənədlərin təqdim olunması haqqında” **********3420 nömrəli, 12.08.2020-ci il tarixli tələbnamədən görünür ki, "xxxx" MMC-dən operativ vergi nəzarətinin aparılması üçün Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü, 42-ci və 50-ci maddələrini əsas tutaraq, “Nəzarət kitabçası”, malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasını və ya mədaxilini, malların elektron qaimə faktrua əsasında təqdim edilməsini, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsi təsdiq edən sənədlər və digər zəruri vəsaitlər tələb edilmişdir. İşdə olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə faktura əsasında alınmasına və elektron qaimə faktura və ya təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturası tərtib edilmədən təqdim edilməsinə nəzarət məsələsi üzrə keçirilən operativ vergi nəzarəti zamanı malların 13.08.2020-ci il tarixli, DVX 000647 nömrəli siyahısından görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinin Baş X27 Kiçik Vergi Xidməti X1 və X27 1-ci dərəcəli müfəttiş X7 tərəfindən İddiaçı MMC Siyəzən rayonu, Zarat kəndi ünvanda yerləşən yem və taxılın satış, mağazasında mövcud olan mallar və digər sərvətlər aşağıdakı kimidir: yem və yem məhsulları, cəmi məbləğ 712855.80 manat. İşdə olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsələsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 13.08.2020-ci il tarixli, 000777 nömrəli aktından görünür ki, aktın nəticəsinə əsasən "xxxx" MMC-də operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı 13.08.2020-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndində yerləşən, "xxxx" MMC-yə məxsus yem və taxılın satışı mağazasında aparılan operativ vergi nəzarəti zamanı 38 adda ümumi dəyəri 722855.80 manat məbləğində malların e-qaimə faktura tərtib olunmadan satışının həyata keçeirilməsi faktı aşkar olunmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 71-ci və 130-cu maddələrinin tələblərini pozduğuna görə vergi ödəyicisi barəsində Vergi Məcəlləsinin 58.8-ci maddəsinə əsaən 72285.58 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi təklif olunmuşdur. Nəzarət kitabçası təqdim edilməmişdir. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 06.10.2020-ci il tarixli, **********8395 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarından görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən, baş idarə rəisinin 1-ci müavini vergi xidməti müşaviri X20 tərəfindən İddiaçı MMC (CÖEN: **********) keçirilmiş operatov vergi nəzarətinin nəticələri haqqında 13.08.2020-ci il tarixli, 000777 nömrəli akt(lar)ına, eləcə də, Vergi Məcəlləsinin müvafiq maddəsi ilə müəyyən edilmiş qaydada tərtib edilən sənədlərin olmaması üzrə tərtib edilmiş akta və digər sənədlərə baxıb müəyyən etmişdir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23-cü və 49-cu maddələri əsas tutularaq, qərara alınmışdır ki, İddiaçı MMC (VÖEN: **********) Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda malları elektron qaimə-faktura verilmədən təqdim edilməsinə, habelə malların əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malların təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilmədən verilməsinə görə Vergi Məcəlləsinin 58.13-cü maddəsinə əsasən 72285.58 manat məbləğində vergi məsuliyyətinə cəlb edilsin. 15.10.2020-ci il tarixədək 72285.58 manat məbləğin büdcəyə ödənilməsi təmin edilsin. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X18 **********4 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi İddiaçı MMC VÖEN ********** AZ2024 ünvan 6 ünvanında yerləşən **********- 23002 kodu olan X24 Mağazası təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. X18 markası AZ Smart Mobile, X18 uçota alınma tarixi 10.02.2020-ci il, qeydiyyat vərəqəsinin verilmə tarixi 11.03.2020-ci il. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisininin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********5 nömrəli arayışdan görünür ki, 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçı MMC, VÖEN **********, 2021 Gəncə şəhəri, Gəncə-ünvan 7 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı) – anbar, kodu **********-23001, uçota alınma tarixi 23.09.2019-cu il göstərilmişdir. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş X18 **********3 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu qeydiyyat vərəqəsi İddiaçı MMC VÖEN ********** AZ5315 ünvan 8 ünvanında yerləşən **********- 71001 kodu olan Yemin və taxılın satışı mağazası təsərrüfat subyektində quraşdırılmış nəzarət-kassa aparatının qeydiyyatdan keçirildiyini təsdiq edir. X18 markası AZ Smart Mobile, X18 uçota alınma tarixi 10.02.2020-ci il, qeydiyyat vərəqəsinin verilmə tarixi 12.03.2020-ci il. İşdə olan Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən verilmiş “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması haqqında” **********2 nömrəli arayışdan görünür ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş bu arayış İddiaçı MMC, VÖEN **********, 5315 ünvan 9 ünvanda yerləşən təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınmasını təsdiq edir. Təsərrüfat subyektinin (obyektinin adı) – Yemin və taxılın satışı mağazası, kodu **********-71001, uçota alınma tarixi 09.01.2020-ci il göstərilmişdir. İşdə olan cavabdeh tərəfindən təsdiq edilmiş “Vergi ödəyicisinin Təsərrüfat subyektinin (obyektinin) qeydiyyatı Vergi ödəyicisi haqqında məlumatdan görünür ki, VÖEN **********, "xxxx" MMC, obyekt haqqında məlumat: Gəncə şəhəri, Gəncə-ünvan 7 anbar, icarəyə alınan obyektin fəaliyyət sahəsi: taxılın, emal olunmamış tütünün, toxumların və heyvanlar üçün yemin topdan satışı (əsas), müqaviləsinin tarixi 18.09.2019-cu il. Azərbaycan Respublikası Vergi Məcələsinin 23.1.1-ci maddəsinə əsasən, vergi orqanları bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarəini keçirmək hüququna malikdirlər. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunasına vahid nəzarət sistemidir. Həmin Məcəllənin 32.4-cü maddəsinə görə, vergi orqanları vergi nəzarətini vergi ödəyicisilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçor və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparılmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmn obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər. Vergi Məcəlləsinin 50.1-ci maddəsinə görə opearativ vergi nəzarəti sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şxəslərin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin və ya əmtəə-material ehtiyatlarının saxlanılması ilə bağlı olan anbar, ticarət və bu qəbildən olan digər binalarında (ərazilərində) (yaşayış binaları (sahələri) istisna olmaqla), nəqliyyat vasitələrində (sahibkarlıq fəaliyyəti üçün istifadə edilməyən şəxsi nəqliyyat vasitələri istisna olmaqla) həyata keçirilən vergi nəzarəti formasıdır. Vergi Məcəlləsinin 50.3-cü maddəsinə əsasən Operativ vergi nəzarəti vergi orqanının əsaslandırılmış qərarına əsasən həyata keçirilir. Həmin qərarda vergi ödəyicilərinin yerləşdiyi ərazi, habelə operativ vergi nəzarəti ilə əhatə olunmalı olan məsələ (məsələlər), operativ vergi nəzarətinin müddəti və operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şxəsi (şəxsləri) göstərilir. Həmin Məcəllənin 50.4-cü maddəsində qeyd olunmuşdur ki, operativ vergi nəzarəti vergi ödəyicisinə əvvəlcədən xəbərdarlıq edilmədən başlanır və vergi ödəyicilərinin faktiki iş vaxtı həyata keçirilir. Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsi nəzarətə başladıqdan sonra bu Məcəllənin 50.3-cü maddəsində nəzərdə tutulmuş vergi orqanının qərarını vergi ödəyicisinə dərhal təqdim etməlidir. İş materialları ilə müəyyən edilir ki, İddiaçı MMC-nin əsas fəaliyyət növü ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı, Taxıl məhsuları satışı mağazası (Ünvanı: ünvan 6 ünvanı üzrə) və İxtsaslaşdırılmamış mağazalarda sair məsulların pərakəndə satışı, obyektin adı Yemin və taxılın satışı mağazası (Ünvanı: Siyəzən rayonu, Zarat kəndi) olmuşdur (cavabdehin operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında müvafiq qərarlarına əsasən). Vergi ödəyicisi vergi məsuliyyətinə cəlb edilərkən vergi orqanı müvafiq qərarlarında Azərbayan Respublikası Vergi Məcəlləsinin 16.1.3-cü, 58.13-cü və 71-1-ci maddələrinə istinad etmişdir. Cavabdeh orqanın əsas dəlili ondan ibarətdir ki, iddiaçı tərəfindən Azərbaycan Respublikası Vergi Məcəlləsinə əsasən elektron qaimə-faktura təqdim edilməli olduğu halda mallar elektron qaimə-faktura verilmədən təqdim edilərək, satışı həyata keçirilmişdir. (əsas: “Vergi ödəyicisinə məxsus pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması və ona məxsus malların Vergi Məcəlləsi ilə müəyyən edilən elektron qaimə-faktura əsasında alınmasına və ya mədaxilinə, malların elektron qaimə-faktura əsasında təqdim edilməsinə, habelə əvvəlcədən sifariş edilmədən təqdim edilməsi üçün malalrın təsərrüfat subyektindən (obyektindən) nəqliyyat vasitələrinə yüklənməsi üçün təsərrüfatdaxili yerdəyişmə qaimə-fakturasının tərtib edilməsinə nəzarət edilməsi məsəsləsi üzrə keçirilmiş operativ vergi nəzarətinin nəticəsi haqqında” 12.08.2020-ci il tarixli, DVX seriyalı, 000556 nömrəli akt və 13 avqust-ci il tarixli, DVX seriyalı, 000777 nömrəli akt). Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə görə pərakəndə satış – malların alıcıya satışının (təqdim ediməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Həmin Məcəllənin 13.2.63-cü maddəsinə görə topdansatış – malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qaimə-faktura və ya elektron-qaimə faktura və ya elektron vergi hesab faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 aprel tarixli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” Qaydasının 4.1-ci bəndinə əsasən pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Belə təsərrüfat subyektlərində (obyektlərində) malların təqdim edilməsi (satışı) zamanı alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura və ya elektron vergi hesab-fakturası) verilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə qaimə-faktura və ya elektron qaimə-faktura, yaxud elektron vergi hesab-fakturası) ilə yanaşı, POS terminaldan çıxarış verilir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının pərakəndə deyil, topdan satış ticarət fəaliyyətini həyata keçirməsi ilə bağlı dəlilləri əsaslı olmamışdır. Çünki, pərakəndə ticarət subyektləri satışı qəbz və ya nəzarət-kassa aparatı ilə aparır, eyni zamanda “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması” qaydasında əlavə olaraq POS-terminalların da istifadəsi nəzərdə tutulur. Yalnız müştəri tərəfindən xüsusi tələb olduqda isə pərakəndə ticarət subyekti elektron qaimə-faktura və vergi hesab-fakturası təqdim edə bilir. Bu zaman isə alıcı məhsulun son istehlakçısı hesab olunduğu üçün pərakəndə ticarət subyekti malı həm əhaliyə, həm də, vergidə uçotda olan fiziki və hüquqi şəxslərə sata bilir. Cavabdehin iddiaçının fəaliyyətinin topdansatış kimi qiymətləndirməsi, başqa sözlə iddiaçıya məxsus olan malları elektron qaimə faktura əsasında təqdim etməli olması dəlili əsassızdır. Çünki, vergi qanunvericiliyi ilə topdansatış və pərakəndə ticarət fəaliyyətləri üzrə vergi tutulan əməliyyatın məbləğ həddi müəyyən edilməmişdir. Bundan əlavə, iş materiallarında olan cavabdehin özünün operativ vergi nəzarətinin həyata keçirilməsi barədə qərarlarında iddiaçının operativ vergi nəzarətinin həyata keçirildiyi ünvanlardakı obyektlərində ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı ilə məşğul olması bir başa öz təsdiqini tapmışdır. Həmçinin iddiaçının Gəncə şəhəri, Ə.Mehmandarov 30 ünvanında yerləşən obyektində işləyən satıcısı G.Ağayeva da, öz izahatında malların kassa nəzarət aparatına mədaxil edilməsini, satışın gündəlik həyata keçirilməsini, satışların tanımadığı şəxslərlə pərakəndə qaydada nağd ödənilməklə həyata keçirilməsi öz əksini tapmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 49.5-ci maddəsinə əsasən vergi orqanının vəzifəli şəxsləri tərəfindən bu maddənin tələblərinin gözlənilməməsi vergi orqanının qərarının yuxarı vergi orqanı və məhkəmə tərəfindən ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.3-cü maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər biri vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasına aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1 və 11.2-ci maddələrinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. “İnzibati icraat haqqında” Qanunun 67.1-ci maddəsinə görə inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 67.3-cü maddəsinə görə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” 21 avqust 2020-ci il tarixli, **********4195 nömrəli və **********8395 nömrəli, 06.10.2020-ci il tarixli Qərarları ləğv edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva
Məhkəmə qərarları › İş №2-1(112)-1578/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1578/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver