Məhkəmə qərarları › İş №2-1(112)-15788/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-15788/2023

14.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-15788/2023 14.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Musayeva Ləman Samir qızının sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X3rşı “diplomun tanınması” barədə iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı cavabdeh Təhsildə X3rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 iyul 2019cu il tarixində iddiaçıya verilən 137805 ******* nömrəli mütəxəssis diplomumun ölkə ərazisində tanınması ilə bağlı şəhadətnamə verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası vətəndaşı, İddiaçı 2013- 2019-cu illərdə Rusiya Federasiyasının Avrasiya X1 Assambleyası yanında Universitetində “Gömrük işi” ixtisası üzrə təhsili almışdır. Ali təhsil müəssisəsini bitirdikdən sonra 6 iyul 2019-cu il tarixində iddiaçıya verilən 137805 ******* nömrəli mütəxəssis diplomumu tanıtmaq məqsədilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etsə də, müxtəlif bəhanələrlə diplomun tanınmasından imtina edilmişdir. İddiaçıya təqdim olunan imtina məktubunda göstərilmişdir ki, diplomun tanınmasından imtina edilməsi üçün səbəb kimi tədris həyata keçirilən ölkədə qısa müddətdə olmağı və bu müddət ərzində diploma əlavədə göstərilən tədris yükünün yerinə yetirilməsinin mümkünsüz olması göstərilmişdir. Maraqlıdır ki, Agentlik imtina məktubunda buna səbəb kimi ilk dəfə tanınma üçün müraciət etdiyi zaman qüvvədə olan Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə istinad etmişdir. Hesab edir ki, Agentlik əldə etdiyi diplomun tanınmasından imtina etməklə, qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Agentlik iddiaçının xx.xx.2023-cü il tarixli ərizəsini nəzərdən keçirmiş, lakin barəsində qəbul edilmiş qanunsuz əlverişsiz inzibati aktı ləğv etməmiş, bununla “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 67.3-cü maddəsinin tələblərini pozmuşdur. Agentlik diplomumun tanınmasından imtina edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli, 64 nömrəli qərarı ilə təsdiq edilmiş "Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.7-ci bəndinə istinad etməkdə haqlı deyildir. Belə ki, sözügedən Qaydaların 3.7-ci bəndində təhsil alınan ölkənin ərazisində mütləq qaydada keçirilməli olan günlərlə bağlı heç bir müddəa yer almamışdır. Belə ki, iddiaçı İ və İİ kurslarda Universitet tərəfindən tərtib edilən cədvəldən fərqli olaraq Boloniya prosesinə uyğun olaraq şəxsi səbəblərə görə bəzi dərslərdə iştirak edə bilməmişdir. Daha sonra səhhəti və ailə vəziyyəti ilə əlaqədar olaraq İİİ və İV kurslarda təhsilini distant texnologiyaların tətbiqi ilə davam etdirmiş (distant texnologiyaların tətbiqinin istifadə edilməsi ilə bağlı Universtet tərəfindən xx.xx.2023-cü ildə təqdim olunan arayış ərizəyə əlavə edilir), V və Vİ kurslarda isə yenidən ənənəvi formada təhsilini davam etdirmişdir. V və Vİ kurslarda (2017/2018 və 2018/2019-cu tədris illəri) oxuduğu Sankt-Peterburq şəhərində daha uzun müddətdə qalmış və əvvəlki illərdə iştirak etmədiyi dərslər üzrə yığılmış akademik borclarını bağlamışdır. Boloniya prosesinə uyğun olaraq bütün dərslər üzrə imtahanları keçdikdən sonra Universitet tərəfindən ona mütəxəssis diplomu təqdim edilmişdir. Göründüyü kimi Agentlik onun xeyrinə olan halların araşdırılmasından imtina edərək “İnzibati icraat haqqında” Qanunun 24.2-ci maddəsinin tələblərini nəzərə almaqdan imtina etmiş, habelə hərtərəfli araşdırma aparmadığına görə də Azərbaycan Respublikası Konstitutsiyasının 149-cu maddəsinin Vİİ hissəsini tətbiq etməmişdir. Müvafiq kvalifikasiyaya dair sənəd əldə etdiyi Rusiya Federasiyasının Avrasiya X1 Assambleyası yanında Universiteti Rusiya Federasiyasında qanuni əsaslarla fəaliyyət göstərən ali təhsil müəssisəsidir, müvafiq lisenziya əldə etmiş və akkreditasiyadan keçmişdir. Cavabdeh qurum bu tələbin ödənilməməsi ilə bağlı heç bir irad bildirməmişdir. Əldə etdiyi kvalifikasiyaya dair sənəd həqiqidir və cavabdeh qurum bu tələbin ödənilməməsi ilə bağlı heç bir irad bildirməmişdir. Əldə etdiyi mütəxəssis dərəcəsi kvalifikasiyanın verildiyi ölkə olan Rusiya Federasiyasının kvalifikasiyalar çərçivəsində yeri göstərilmişdir və cavabdeh qurum bu tələbin ödənilməməsi ilə bağlı heç bir irad bildirməmişdir. Bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin ən azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olmuşdur. Yalnız ailə vəziyyəti ilə əlaqədar İİİ və İV kurslarda təhsilini distant texnologiyaların tətbiqi ilə davam etdirmiş ki, Qaydaların 4.1.5-ci bəndinin tələbləri bu hüququnu təsbit edir və 4.1-ci bəndin tələblərinin kompleks şəkildə dəyərləndirilməsini tələb edir. Eyni zamanda cavabdeh qurum nəzərə almamışdır ki, iddiaçı Rusiya Federasiyası qanunvericiliyinin tələbləri əsasında fəaliyyətini həyata keçirən Avrasiya X1 Assambleyası yanında Universiteti tərəfindən tələb olunan müddətdə Rusiya Federasiyası ərazisində olmuşdur. Agentlik nəzərə almamışdır ki, o, hər hansı bir tələbi pozsa idi, Universitet tərəfindən ona diplom təqdim edilməzdi. Eyni zamanda iddiaçı 6 il ərzində toplam olaraq 110 gün Rusiya Federasiyası ərazisində olmuşdur ki, cavabdeh qurumun 100 gündən çox bir müddəti niyə və hansı meyarlara əsasən “qısa müddət” hesab etməsi aydın deyildir.

3. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanlanan 23 noyabr 2023-cü il tarixli məktubunda bildirilmişdir ki, İddiaçı Rusiya Federasiyası Avrasiya X2 Assambleyası yanında Universitet tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, № 137805 ******* nömrəli diplom üzrə əldə etdiyi kvalifikasiyanın tanınması barədə qərar qəbul edilmiş, tanınma haqqında elektron şəhadətnamə ərizəçinin şəxsi kabineti vasitəsilə ona təqdim olunmuşdur.

4. İddiaçının nümayəndəsi (vəkili) Vəkil xx.xx.2023-cü il tarixli elektron ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) Vəkil iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi.

6. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Məhkəmə iddiaçının ərizəsini və cavabdehin məhkəməyə ünvanlanmış məktubunu, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iş üzrə icraata xitam verilməlidir.

8. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə əsasən: 67.1. Mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. 67.2. Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. 67.3. Bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir.

9. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının tələbi təmin olunduğundan işin mahiyyəti üzrə mübahisəsi artıq mövcud deyil. Odur ki, iş üzrə icraata xitam verilməlidir. 10.Göstərilənlərə əsasən və İPM-in 67.1, 67.3, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Ləman Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar