Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-158/2022 27.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “plan və ölçünün tərtib edilməsi, torpaq sahəsinə icarə hüququnun qeydə alınması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirdi ki, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin 552 saylı, xx.xx.2011-ci il tarixli “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” sərəncamına əsasən Bakı şəhəri Zirə qəsəbəsi ərazisində yerləşən istifadəsiz, antisanitariya vəziyyətində olmuş 1.5 ha torpaq sahəsi təmiz sahəyə çevirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, orada müvafiq tikililərin aparılması məqsədi ilə istifadə etmək üçün İddiaçı icarəyə verilmişdir. Sonradan həmin torpaq sahəsi ilə bağlı iddiaçı ilə Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyəti arasında 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsi imzalanmışdır. Halhazırda da həmin qeyd olunan torpaq sahəsi iddiaçının icarəsində və istifadəsindədir. Həmin istifadəsiz və antisanitariya vəziyyətdə olan torpaq sahəsində təmizlik işlərinin görülməsi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün iddiaçı həmin torpaq sahəsinin qanunvericiliyin və Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayon İcra Hakimiyyətinin sözügedən sərəncamının tələblərinə uyğun olaraq hasara alınması və yardımçı tikililərin aparılması məqsədilə mal-material alıb oraya aparmışdır. Bunun üçün iddiaçı külli miqdarda vəsait qoymuşdur. Qeyd olunan torpaq sahəsini hasara almaq istədikdə Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətinin əməkdaşları torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasının şərt olunduğunu bildirmişdir. Bundan sonra iddiaçı cavabdeh orqana müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cıı il tarixli məktubla müraciətinin təmin olunmasından imtina olunmuşdur. İmtinanın əsası kimi, həmin ünvanda yerləşən 1.5 ha torpaq sahəsinin 5508.0 kv.m hissəsinin naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanması və torpaq sahəsinin Xəzər dənizindən 50.0 metr məsafədə yerləşməsi qeyd olunmuşdur. Cavabdehin imtinası əsassız və qanunsuzdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 izahatında bildirdi ki, aparılan araşdırma zamanı müəyyən olmuşdur ki, iddia edilən torpaq sahəsinin 5508.0 kv.m hissəsi digər şəxs tərəfindən mişar daşı ilə hasarlanmışdır. Həmçinin iddiaçı tərəfindən təqdim edilmiş Əzizbəyov rayon İcra Hakimiyyətinin 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı ilə torpaq sahəsinin vətəndaşa icarəyə verilməsi nəzərdə tutulsa da, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli İcra hakimiyyəti haqqında” Əsasnamənin 28-ci maddəsinə görə icra hakimiyyəti başçısının müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq, müvafiq ərazidə yaşayış məntəqələrinin torpaq-təsərrüfat quruluşunun hazırlanmasını və həyata keçirilməsini təşkil etmək kimi səlahiyyətləri vardır. Cavabdeh orqan daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən cavabdeh dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********32 saylı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdə qeyd olunur: Bakı şəhəri. Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2019-cu il tarixli ərizənizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən ünvanda yerləşən 1.5 ha torpaq sahəsinin 5508.0 kv.m hissəsi naməlum şəxs tərəfindən mişar daşı ilə hasarlanıb və torpaq sahəsi Xəzər dənizindən 50.0 metr məsafədə yerləşir. Bu səbəblərdən ərizənizin icrası mümkün olmamışdır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 46-cı maddəsinə əsasən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağının 20-50 metrlik zolağının altında olan dövlətin mülkiyyətində olan torpaqlardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51.6-cı maddəsinə əsasən dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənizin icrasından imtina edilir. İş materiallarında olan sxemdən görünür ki, Zirə qəsəbəsində Xəzər rayon İcra Hakimiyyətinin 552 saylı xx.xx.2011 tarixli sərəncamı ilə vətəndaş İddiaçı icarəyə verilmiş torpaq sahəsinin sxemi və xəritədən çıxarışı Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Rayon təsərrüfatı şöbəsinin memarı tərəfindən təsdiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən xx.xx.2021-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 552 saylı “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” sərəncamının surətindən görünür ki, vətəndaş İddiaçı ərizə ilə RİH-ə müraciət edərək, Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsini, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq, «Yerli İcra Hakimiyyəti haqqında» əsasnamənin 28 və 32-ci, «Torpaq icarəsi haqqında» Azərbaycan Respublikası Qanununun 5-ci maddələrinin azad sahibkarlığın inkişafına köməklik göstərmək və vətəndaş İddiaçı müraciətini nəzərə alaraq vətəndaş İddiaçı Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi, Rayon İH Başçısı Aparatının «Rayon Təsərrüfatı» şöbəsinə vətəndaş İddiaçı ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icarə müqaviləsinin bağlanmasını təmin etməsinin tapşırılması qərara alınmışdır. Həmin məktuba əlavə edilmiş Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinin surətindən görünür ki, İcarəyəverən Xəzər rayon İcra Hakimiyyəti Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 552 saylı sərəncamı əsasında Zirə qəsəbəsində yerləşən istifadəsiz 1,5 ha boş sahəni İcarəçi İddiaçı təmiz sahəyə çevrilərək orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verir. Müqavilə xx.xx.2110-ci il tarixinədək müddətə bağlanır. İş materiallarında olan Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Xəzər RİH-nin arxiv fondu üzrə xx.xx.2011-ci il tarixli 552 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin həmin sərəncama cizgi sənədi əlavə edilməmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İdarənin arxiv və elektron bazasında qeyd olunan 1,5 ha torpaq sahəsi ilə bağlı hər hansı bir xəritə məlumatları aşkar edilməmişdir. Əlavə olaraq nəzərinizə çatdırırıq ki, keçmiş X1 və İstismarı Birliyi tərəfindən vaxtilə əyani şəkildə (koordinatlarla və coğrafi istinad məlumatları olmadan) tərtib edilməklə yardımçı vasitə kimi istifadə etdiyi bağların bölgüsünə dair sxematik xəritələr istisna olmaqla digər təyinatlı (uqodiyalı) torpaq sahələrinin sxematik xəritə məlumatları “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsində saxlanılmır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilir: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Zığ qəsəbəsində yerləşən 1.5 ha torpaq sahəsinə aid plan və ölçünün tərtib edilməsi və icarə hüququnun qeydiyyata alınması ilə bağlı müraciətinə qoşma olaraq əlavə etdiyi sənəd surətlərinin təqdim edilməsi ilə bağlı müraciətinizə baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, vətəndaş İddiaçı xx.xx.2019-cu il tarixli ********** qeydiyyat nömrəli ərizəsinə əlavə etdiyi sənədlər xx.xx.2019-cu il tarixli **********32 qeydiyyat nömrəli məktubla birlikdə vətəndaşa qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: İddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüşdür. Araşdırma naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır (sxemlər əlavə edilmişdir). İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 mert (hal-hazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir. İddiaçı iddia etdiyi və nümayəndəsinin naturada göstərdiyi torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd edilir: Bakı şəhəri, Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsində İddiaçı icarəsinə verilmiş 1.5 ha torpaq sahəsinin koordinatları şərti olaraq təyin edilib. Belə ki, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. Şərti göstərilmiş torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş qaydalarla 0-50 metr ölçüdə götürülüb. Torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2083 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin baş mühəndisi Ramiz Babayevin tərtib etdiyi mütəxəssis rəyinə əsasən Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamına əsasən Zirə qəsəbəsində İddiaçı icarəsinə verilmiş 1.5 ha torpaq sahəsinin koordinatları şərti olaraq təyin edilib. Belə ki, Xəzər rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. Şərti göstərilmiş torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir. Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş qaydalarla 0-50 metr ölçüdə götürülüb. Torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş cizgidə dəqiq koordinatlar, istinad məlumatları və məsafələri göstərilməyib. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla, digər dövlət torpaqlarının bilavasitə icarəyə verilməsi barədə qərar torpağı icarəyə götürmək istəyənin ərizəsi, icarəyə verilən torpaq sahəsi qanuni istifadədə olduqda isə torpaq istifadəçisinin razılığı və müvafiq icra hakimiyyəti orqanının rəyi əsasında qəbul olunur və icarəyəverənlə icarəçi arasında icarə müqaviləsi bağlanılır. Həmin Qanunun 12-ci maddəsinə əsasən torpaq sahəsi üzərində müddəti on bir aydan çox olan icarə hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 51-ci maddəsinin 1-ci hissəsinə əsasən torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. 51-ci maddəsinin 3-cü hissəsinə əsasən icarəyəverən kimi dövlət mülkiyyətində olan torpaqlar üzrə müvafiq icra hakimiyyəti orqanları, bələdiyyə mülkiyyətində olan torpaqlar üzrə bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaqlar üzrə həmin torpaqların mülkiyyətçiləri çıxış edirlər. 51-ci maddəsinin 4-cü hissəsinə əsasən icarənin şərtləri, müddəti və icarə haqqı tərəflərin razılığı ilə müəyyən edilir və onlar arasında qanunvericilikdə müəyyən edilmiş qaydada bağlanılan müqavilədə təsbit olunur. 65-ci maddəsinin 2-ci hissəsinə əsasən torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. 65-ci maddəsinin 5-ci hissəsinə əsasən torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 65-ci maddəsinin 6-cı hissəsinə əsasən torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir. 65-ci maddəsinin 8-ci hissəsinə əsasən torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir. 66-cı maddəsinin 1-ci hissəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. 66-cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Prezidentinin 06 iyun 2012-ci il tarixli 648 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyəti haqqında Əsasnamə üzrə müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək; müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaq sahələrini “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq istifadəyə və icarəyə vermək (rayon bölgüsü olan şəhərlərdə müvafiq rayonun icra hakimiyyətinin rəyi nəzərə alınmaqla) yerli icra hakimiyyəti başçısının səlahiyyətlərinə aid edilmişdir. Bakı şəhər Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, xx.xx.2011-ci il tarixli sərəncamı verilərkən qüvvədə olmuş Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 16 iyun tarixli 138 saylı Fərmanı ilə təsdiq edilmiş Yerli icra hakimiyyəti haqqında Əsasnamənin 28-ci maddəsinə əsasən müvafiq qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət mülkiyyətində olan torpaq sahələrini istifadəyə vermək, torpaq kadastrının aparılmasını təşkil etmək və müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqların istifadə edilməsini planlaşdırmaq icra hakimiyyəti başçısının səlahiyyətinə aid olmuşdur. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. 8.0-ci maddəsinə əsasən maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 19.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində müddəti on bir aydan çox olan icarə və ya istifadə hüququ dövlət qeydiyyatına alınır. İcarə və ya istifadə hüququnun dövlət qeydiyyatına alınması barədə ərizəni daşınmaz əmlakın icarə (istifadə) müqaviləsi üzrə tərəflərdən biri verə bilər. Daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) hüququ, daşınmaz dövlət əmlakı üzərində icarə (istifadə) müqaviləsi bağlamaq hüququ olan müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında dövlət reyestrində qeydiyyata alınır. Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 552 saylı “Zirə qəsəbəsində vətəndaş İddiaçı torpaq sahəsinin icarəyə verilməsi və orada müvafiq tikililərin aparılmasına icazə verilməsi barədə” sərəncamına əsasən İddiaçı Zirə qəsəbəsində istifadəsiz qalmış və antisanitariya vəziyyətində olan 1,5 ha torpaq sahəsinin abadlaşdırılaraq sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün icarəyə verilməsi, həmçinin orada müvafiq tikililərin aparılmasına icazə verilməsi qərara alınmışdır. Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli icarə müqaviləsinə əsasən İcarəyəverən Xəzər rayon İcra Hakimiyyəti Xəzər rayon İcra Hakimiyyəti başçısının xx.xx.2011-ci il tarixli 552 saylı sərəncamı əsasında Zirə qəsəbəsində yerləşən istifadəsiz 1,5 ha boş sahəni İcarəçi İddiaçı təmiz sahəyə çevrilərək orada sahibkarlıqla məşğul olmaq məqsədilə istifadə etmək üçün xx.xx.2110-ci il tarixinədək icarəyə vermişdir. İddiaçı qeyd olunan torpaq sahəsinin plan, ölçünün tərtib edilməsi və ona dair icarə hüququnun qeydiyyata alınması ilə bağlı cavabdeh orqana müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, iddiaçının iddia etdiyi və naturada göstərdiyi torpaq sahəsinin koordinatları müəyyən edilməklə ölçülmüş, araşdırma naturada müəyyən edilmiş koordinatlara əsasən elektron kadastr bazasında aparılmış və sxemlər hazırlanmışdır, həmin torpaq sahəsi Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş sahilboyu mühafizə zolağına (0-50 metr) düşmür, Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu zolağından 20 mert (halhazırda quru hissədə məsafə 51.32 metrdir) məsafədə yerləşir, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlara aid deyil. Həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyindən görünür ki, həmin torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş qaydalarla 0-50 metr ölçüdə götürülüb, torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. İş üzrə məhkəmə ekspertizası keçirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 10/2083 nömrəli ekspert rəyindən görünür ki, həmin torpaq sahəsi Xəzər dənizindən 50 metr aralı məsafədə yerləşir, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub bölməsinin sahilboyu mühafizə zonasına Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 avqust 2016-cı ildə təsdiq edilmiş qaydalarla 0-50 metr ölçüdə götürülüb, torpaq sahəsi dövlət mülkiyyəti olmaqla sahil ərazisidir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqan tərəfindən həmin torpaq sahəsinin başqa fiziki və ya hüquqi şəxsin torpaq sahəsi ilə üst-üstə düşməsinə dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdeh tərəfindən müqavilə və sərəncamın həqiqətə uyğun olmadığı sübuta yetirilməmişdir. Həmin sənədlər ləğv edilməmiş və ya etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilsin. Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının 552 saylı, 11 noyabr 2011-ci il tarixli sərəncamı və 11 noyabr 2011-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı icarəsinə verilmiş Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsində yerəşən 1.5 ha torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə olunsun. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 manat İddiaçı alınaraq dövlət büdcəsinə ödənilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Hakim: Pərviz Hüseynov
Məhkəmə qərarları › İş №2-1(112)-158/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-158/2022
27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver