Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-158/2023 14.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Əsədova Türkanə Malik qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı “İcbari Sığorta Bürosu” X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarların ləğv olunması və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İcbari Sığorta Bürosu” X3 Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarların ləğv olunması və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsaitin geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, “İcbari Sığorta Bürosu" X1 (“Büro”) ‘İcbari sığortalar haqqında" Azərbaycan Respublikasının Qanununun 27-ci maddəsinə uyğun olaraq zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə adı çəkilən qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin Qanunun tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X3 kimi təsis edilən və fəaliyyət göstərən qeyri-kommersiya təşkilatıdır. İddiaçı qeyri-kommersiya hüquqi şəxsi kimi dövlət qeydiyyatından keçərək Azərbaycan Respublikasının Ədliyyə Nazirliyindən xx.xx.2011 tarixli, 1111-Q38-3003 nömrəli qeyri kommersiya hüquqi səxsınin dövlət qeydiyyatı haqqında şəhadətnamə və xx.xx.2011-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən qeyri-kommersiya şöbəsinin vergi uçotu haqqında şəhadətnamə almışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən iddiaçıya münasibətdə müxtəlif vaxtlarda mənfəət vergisi hesablanmışdır. Belə ki, İqtisadiyyat Nazirliyi, yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçıya mənfəət vergisi və vergilərin gec ödənilməsinə görə faiz hesablanması barədə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarlar vermiş və qərarlarını onunla əsaslandırılmışdır ki, “İcbari sığortalar haqqında” Qanuna əsasən Büronun iştirakçıları olan sığorta şirkətlərinin 2014-2019-cu illər, ərzində Büroya ödədikləri təqvim haqları mənfəət vergisinə cəlb edilməli idi və bununila bağlı mənfəət vergisi bəyannaməsinin təqdim edilmədiyi, vergilərin vaxtında hesablanıb ödənilmədiyi üçün həmin məbləğdən mənfəət vergisi hesablanmaqla yanaşı, gecikdirilmiş dövr üzrə faiz hesablanmalıdır. İddiaçı tərəfindən 27 noyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq şikayətlər verilməklə Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı qərarlarının ləğv edilməsi və həmin qərarlara əsasən Büronun bank hesablarından silinmiş ümumilikdə 5,485,283.92 manat məbləğində vəsaitin geri qaytarılmaqla, bank hesablarına bərpa edilməsi xahiş olunmuşdur. Lakin məsələ hələ də öz həllini tapmamış, müraciətdə qeyd olunan tələb icra edilməmişdir.Vergi orqanı tərəfindən inzibati araşdırma üçün tələb edilən sənədlər mənfəət vergisi , məbləğinin dəqiqləşdirilməsi məqsədini daşımışdır. Halbuki, iddiaçının şikayətində kameral vergi yoxlaması ilə hesablanmış vergi məbləğinin azaldılması deyil, vergilərin hesablanması haqqında qərarların ləğv edilməsi xahiş olunmuşdur. “İcbari Sığorta Bürosu” X3 qeyrikommersiya təşkilatı olmaqla X3 təşkilati-hüquqi formasında yaradıldığına və fəaliyyəti sahibkarlıq fəaliyyəti olmadığına görə Büroya mənfəət vergisinin hesablanması Azərbaycan Respublikası Vergi Məcəlləsində nəzərdə tutulmadığına görə, Bürodan mənfəət vergisinin hesablanması və tutulması tamamilə qanunsuz olmuşdur. Belə ki, “İcbari Sığorta Bürosu” X3 (bundan sonra - Büro) qeyri-kommersiya təşkilatı olmaqla, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli, 165-İVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 sentyabr tarixli Fərmanının 3.1.12-ci bəndinə müvafiq olaraq yaradılmışdır. İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “icbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X3 kimi təsis edilib və fəaliyyət göstərir. Büro yalnız “İcbari sığortalar haqqında” Qanunun tələbləri və özünün Nizamnaməsi əsasında müəyyənləşdirilmiş hüquq və səlahiyyətlər daxilində, qanunda nəzərdə tutulan funksiyaların icrası məqsədilə fəaliyyət göstərir. Büronun hər hansı təsərrüfat cəmiyyəti mövcud deyildir (yaradılmamışdır), hər hansı digər təsərrüfat cəmiyyətində iştirak etmir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, 2019-cu il ərzində təqdim haqqları üzrə 9.239.769,00 manat, faizlər üzrə 934.558,16 manat gəlir əldə edilməsi və xərclər nəzərə alınmaqla vergiyə cəlb edilən mənfəətin 6.835.165,16 manat təşkil etdiyi müəyyən edilmişdir. Eyni zamanda faizlər üzrə əldə edilən gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə tutulan vergi nəzərə alınmaqla 2019-cu il üzrə mənfəət vergisi üzrə 1.273.576,81 manat vergi məbləği hesablanmalı olduğu halda 2019-cu il üçün mənfəət vergisi bəyannaməsi təqdim edilməmişdir. Qeyd edilənlər ilə əlaqədar, vergi ödəyicisinə kənarlaşma barədə xx.xx.2020-ci il tarixli, **********768300 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilmə haqqında məktub” göndərilmişdir. Lakin müəyyən edilmiş kənarlaşma barədə vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər, ətraflı izahat məktubları, cari bəyannamə və araşdırmaya təqdim edilməsi üçün zəruri hesab edilən digər sənədlər təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37-ci, 67-ci 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2019-cu ilin mənfəət vergisi bəyannaməsinə 1.273.576,81 manat, bu barədə vergi ödəyicisinə xx.xx.2020-ci il tarixli, **********532300 nömrəli “Vergilərin hesablanması barədə” Qərar göndərilmişdir. İddia ərizəsində iddiaçı tərəfindən audit şirkətlərinin rəylərinə istinad edilərək təqdim haqlarının Büro üçün vergiyə cəlb edilən gəlir yaratmadığı bildirilmişdir. Həmin rəylərdə isə təqdim haqlarının vergidən azad olması ilə bağlı Vergi Məcəlləsinin hər hansı maddəsinə istinad edilməmişdir. Vergi Məcəlləsinin 106.1.2-ci maddəsinə əsasən qeyri-kommersiya təşkilatlarının aldıqları əvəzsiz köçürmələr, üzvlük haqları və ianələr mənfəət vergisindən azaddır. Maddənin tələbindən göründüyü kimi yalnız əvəzsiz köçürmələr, üzvlük haqqı və ianələr vergidən azaddır. Belə olan halda təqdim haqlarının qeyd olunan heç bir kateqoriya daxil olmadığını nəzərə alsaq qeyd olunan məbləğlərin vergidən azad olunması iddiası əsassızdır. Cavabdeh xx.xx.2021-ci il tarixli və 30 noyabr 2021-ci il tarixli vəsatətlər məhkəməyə təqdim edərək, iddia tələbinin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı, **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı qərarların ləğv edilməsi hissəsində mümkünsüz hesab edilməsini xahiş etmişdir. Belə ki, Baş İdarənin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı, **********560600 saylı qərarları xx.xx.2017-ci il tarixdə, xx.xx.2018ci il tarixli **********100000 saylı qərarı xx.xx.2019-cu il tarixdə, xx.xx.2019-cu il tarixli **********750000 saylı qərarı isə xx.xx.2019-cu il tarixdə iddiaçı tərəfindən oxunaraq qəbul edilməsinə baxmayaraq, həmin qərarlar xx.xx.2020-ci il tarixdə mübahisələndirilmişdir. Belə olan halda iddiaçı İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş prosessual müddəti müvafiq olaraq 1 ildən artıq müddətdə ötürmüşdür. İddiaçı tərəfindən xx.xx.2017ci il tarixdə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı, **********560600 saylı qərarlardan inzibati şikayət edilmişdir. Şikayətin araşdırılması məqsədilə iddiaçının müaraciəti vergi orqanının xx.xx.2017-ci il tarixli **********445900 saylı məktubla cavablanmışdır. İnzibati araşdırmanın aparılması üçün zəruri sənədlər təqdim edilmədiyindən müddət axımı dayandırılmışdır. İddiaçının nümayəndəsi və vəkili vəsatətə dair yazılı izahat təqdim edərək bildirmişdir ki, iş materiallarından göründüyü kimi, iddiaçı “İSB” HŞİ cavabdeh Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2017-ci il tarixli 3 qərarın, xx.xx.2018-ci il tarixli qərarın, xx.xx.2019-cu il tarixli qərarlarından yuxarı inzibati orqana, bu qərarların verildiyi tarixdən bir neçə gün sonra şikayətlər verilmişdir. 2017-ci ilin noyabr ayında, 2018-ci ilin iyul ayında və 2019-cu ilin iyun ayında qəbul edilmiş qərarlara müvafiq olaraq, verilmiş şikayətlər üzrə hazırki vaxtadək yuxarı inzibati orqan tərəfindən hər hansı yekun qərar qəbul olunmamışdır. Cavabdeh inzibati orqanın sonuncu dəfə Məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim etdiyi məlumatdan görünür ki, iddiaçının şikayətləri Vergi orqanında araşdırılır, yuxarı orqan iddiaçıdan müyyən sənədlər tələb etmiş, lakin iddiaçı həmin sənədləri təqdim etmədiyinə görə şikayətə baxılmasının müddəti dayandırılmışdır. Cavabdeh vergi orqanının qərarlarından qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilən şikayətlər üzrə yuxarı orqan tərəfindən qərar qəbul olunmamışdır. Şikayətlərin baxılmasının müddətinin dayandırılmasına qanuni əsas olmamışdır. Çünki iddiaçı həm cavabdeh vergi orqanınına, həm də yuxarı vergi orqanına dəfələrlə müraciət, şikayət və ərizələr göndərərək mənfəət vergisinin ödəyicisi olmadığına görə ondan tələb olunan sənədlərin təqdim edilməsinin mümkün olmadığını bildirmişdir. Belə olan halda yuxarı inzibati orqan mövcud sənədlər əsasında verilmiş şikayət üzrə qərar qəbul etməli olduğu halda bunu etməmiş və şikayətə baxılması müddətini dayandırmışdır. Qeyri-müəyyən müddətə şikayətin baxılmasının dayandırılması “İnzibati icraat haqqında” AR Qanunun tələbinə zidd olmaqla, iddiaçının pozulmuş hüququnun bərpası üçün müraciətinin cavabsız qalması onun hüquqlarının daha da pozulması ilə nəticələnmişdir. İddaçının nümayəndəsi və vəkili göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:.. 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia);... 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt);32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 34.1. –ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktınəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1.-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırkı iddia mübahisələndirmə növündədir. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Mübahisələndirmə iddia üçün xüsusi mümkünlük şərtləri- iddia qaldırmaq səlahiyyətinın olması və iddia qaldırmaq müddətinə əməl olunmasıdır. İnzibati Prosessual Məcəlləsinin 38.1. –ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının “İnzibati İcraat haqqında” Qanununun 73.1-ci maddəsinə əsasən, Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində müvafiq şikayət instansiyasına verilir. Həmin Qanunun 73.2-ci maddəsinə uyğun olaraq, inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Həmin Qanunun 73.3-cü maddəsinə görə, inzibati aktdan şikayət verilməsi ilə bağlı müddət üzrlü səbəbdən buraxıldıqda, maraqlı şəxsin ərizəsinə əsasən şikayət instansiyası tərəfindən həmin müddət bərpa edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.3-cü maddəsinə əsasən, inzibati aktla (inzibati aktın qəbul edilməsindən imtina ilə) bağlı şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.1-ci və ya 73.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma verildiyi halda bu Məcəllənin 38.1-ci və 38.2-ci maddələrində nəzərdə tutulmuş iddia müddətlərinin axımı həmin qurumun şikayət üzrə qəbul etdiyi qərar (verdiyi yazılı cavab) şikayətçiyə təqdim edilənədək dayandırılır. İş materiallarından göründüyü kimi, “Vergilərin hesablanması barədə” qərarlarından iddiaçının qanunla müəyyən edilmiş qaydada və müddətdə verdiyi şikayətləri barəsində cavabdeh- inzibati orqan tərəfindən hər hansı bir qərar qəbul edilməmişdir. Belə olan halda iddiaçı tərəfindən iddia müddəti buraxılmış hesab edilmir. Odur ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İddiaçının nümayəndəsi, vəkili Vəkil iddia tələbində göstərilən məzmunda çıxış edərək, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi A.Sofiyeva iddia tələbinə etirazda göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini və vəkilini, cavabdehin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********557800 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2014-cü il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata 966.300,00 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********558500 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2015-ci il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən vergi məbləği 2.524.740,00 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2017-ci il tarixli, **********560600 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2016-cı il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 116.080,00 manat mənfəət vergisi hesablanmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyinin xx.xx.2018-ci il tarixli, **********100000 nömrəli “Vergilərin hesablanması barədə” Qərarına əsasən, 2017-ci il dövr üçün bəyannamə təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 872.900,00 manat mənfəət vergisi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2019-cu il tarixli, **********750000 nömrəli Qərara əsasən, 2018-ci il dövr üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 717.900,91 manat mənfəət vergisi hesablanmışdır. “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2020-ci il tarixli, **********532300 nömrəli Qərara əsasən, 2019-cu il dövr üçün bəyannamə və hesabat təqdim edilməməsinə görə əlaqəli məlumata əsasən 1.273.576,81 manat mənfəət vergisi hesablanmışdır. İddiaçı əlavə olaraq, şəxsi hesab vərəqəsini, maliyyə fəaliyyətinin nəticələri haqqında 31 dekabr 2014-cü il tarixə, 2015-ci il tarixə, 2017-ci il tarixə forma 2 hesabatı, İcbari Sığorta Bürosunun 31 dekabr 2018-ci il tarixinə tamamlanan il üzrə maliyyə hesabatlarını qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməni, qeyrikommersiya qurumlarının dövlət reyestrindən çıxarışı, “İcbari Sığorta Bürosu” X1 Nizamnaməsini sübut qismində məhkəməyə təqdim etmişdir. Cavabdeh tərəfindən məhkəməyə iddiaçı tərəfindən mübahisələndirilən qərarlar, Kameral vergi yoxlaması üçün zəruri sənədlərin (məlumatların) tələb edilməsi haqqında” xx.xx.2017-ci il tarixli **********574300 nömrəli, xx.xx.2018-ci il tarixli, **********787700 nömrəli, xx.xx.2019-cu il tarixli, **********736800 nömrəli, xx.xx.2020-ci il tarixli, **********768300 nömrəli məktublar təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş iş materiallarından müəyyən etmişdir ki, iddiaçı “İcbari Sığorta Bürosu” X4 qeyri-kommersiya təşkilatı olmaqla dövlət qeydiyyatından keçmişdir. Cavabdeh tərəfindən 2014-cü il, 2015-ci il, 2016-cı il, 2017-ci il və 2018-ci il dövrlər üçün xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı Qərarlar ilə mənfəət vergisi hesablanmışdır. İddiaçı qeyd edilən qərarlardan yuxarı orqana inzibati şikayət təqdim edərək, qərarların qanunsuz olduğu üçün ləğv edilməsini xahiş etmişdir. Lakin Azərbaycan Respublikası Vergilər Nazirliyi (indiki İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi) tərəfindən hər hansı bir inzibati akt qəbul edilməmişdir. İddiaçı yuxarı inzibati orqan tərəfindən qərarın qəbul edilməməsini və yuxarıda qeyd edilən inzibati aktların əsassız və qanunsuz hesab edərək, məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ –ci hissəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ –ci hissəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 15.1.8-ci maddəsinə əsasən vergi ödəyicisinin vergi orqanlarının və onların vəzifəli şəxslərinin Vergi Məcəlləsinə və digər vergi normativ hüquqi aktlarına uyğun olmayan aktlarını (qərarlarını) və tələblərini yerinə yetirməmək hüququ var. Həmin Məcəllənin 15.1.9-cu maddəsinə əsasən müəyyən edilmiş qaydada vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada və (və ya) məhkəməyə şikayət etmək vergi ödəyicisinin hüququdur. Həmin Məcəllənin 62.1-ci maddəsinə əsasən hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət elmək hüququ vardır. Həmin Məcəllənin 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. Həmin Məcəllənin 64-cü maddəsinə əsasən vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 64.2-cü maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Həmin Qanunun 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 23.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqları aşağıdakılardır:23.1.1. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək; Həmin Məcəllənin 36.1-ci maddəsinə əsasən vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. Həmin Məcəllənin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə görə, icbari Sığorta Bürosu (bundan sonra - “Büro”) zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə aşağıdakı funksiyaların həyata keçirilməsi məqsədilə bu Qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X3 kimi təsis edilən və fəaliyyət göstərən qeyrikommersiya təşkilatıdır. Həmin Qanunun 27.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 27.1-ci maddəsində nəzərdə tutulmuş məqsədlərə nail olmağa yönələn hər hansı sahibkarlıq fəaliyyəti ilə yalnız təsərrüfat cəmiyyəti yaratmaq və ya belə cəmiyyətdə iştirak etmək yolu ilə məşğul ola bilər Həmin Qanunun 28.3-cü maddəsinə uyğun olaraq, iştirak haqqı Büronun iştirakçısı olmaq üçün müraciət etmiş sığortaçının ödəməli olduğu məbləğdir. Həmin Qanunun 30.3-cü maddəsinə görə, təqvim haqları kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi iştirakçı sığortaçıların bu Qanunda müəyyən edilmiş qaydada Büroya ödədikləri mütəmadi haqlardır. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən, təminat depoziti kompensasiya ödənişləri ehtiyatlarının mənbələrindən biri kimi Büronun iştirakçısı olmaq istəyən sığortaçının Büroya birdəfəlik olaraq ödədiyi məbləğdir. Həmin Qanunun 30.6-ci maddəsinə görə, təqvim haqları sığortaçının Büronun iştirakçı sığortaçıların reyestrinə daxil edildiyi gündən başlayaraq, icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının 5 faizi həcmində ödənilir. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən, əmlaka və sağlamlığa dəyən zərərə görə bu Qanunda və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sığorta ödənişlərinin həyata keçirilməsi aşağıdakı hallarda mümkün olmadıqda, Büro tərəfindən kompensasiya ödənişi verilir: 32.1.1. sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə; 32.1.3. mülki məsuliyyəti üzrə bu Qanunun Xüsusi bölməsinin 4-cü fəslində tələb olunan icbari sığorta müqaviləsi mövcud olmayan şəxs tərəfindən avtonəqliyyat vasitəsinin istifadəsi nəticəsində üçüncü şəxsin sağlamlığına zərər vurulduqda. Həmin Qanunun 73.1-ci maddəsinə görə, bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş Büronun təsis iclası bu Qanunun qüvvəyə mindiyi tarixdən 30 gün müddətində maliyyə bazarlarına nəzarət orqanı tərəfindən çağırılır. Büronun təsis iclasına bu Qanunun 28.3-cü maddəsində nəzərdə tutulmuş iştirak haqqını və 30.1-ci maddəsində nəzərdə tutulmuş təminat depozitini ödəyəcəyi halda məcmu kapitalı “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 79.4-cü və 79.5-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun gələn sığortaçılar çağırılırlar. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, hər bir sığortaçı böyük itkilərə məruz qalma risklərinin qarşısını almaq və gəlir əldə etmək məqsədi ilə bu Qanunun tələblərinə cavab verən, sığortaçının öhdəliklərinin strukturunu adekvat əks etdirən səmərəli investisiya siyasətini müəyyənləşdirməli və ona əsasən fəaliyyət göstərməlidir. Həmin Qanunun 62.2-ci maddəsinə görə, maliyyə bazarlarına nəzarət orqanı sığortaçıların investisiya əməliyyatları ilə bağlı qaydalar müəyyənləşdirir. Həmin Qanunun 79.4-cü maddəsinə əsasən, sığortaçının məcmu kapitalı onun aktivlərinin diversifikasiya səviyyəsinə, etibarlılığına, investisiyaya yönəldilməsinə, rentabelliyinə, likvidliyinə, tərkibinə və digər keyfiyyət meyarlarına dair tələblər nəzərə alınmaqla bu Qanunun 62.2-ci maddəsində nəzərdə tutulmuş qaydalar əsasında müəyyən edilir. Həmin Qanunun 79.5-ci maddəsinə görə, sığortaçının məcmu kapitalının məbləği onun tələb olunan kapitalının məbləğindən az ola bilməz. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165- İVQ nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin 15 sentyabr 2011-ci il tarixli Fərmanının 3.1.12-bəndinə əsasən, həmin Qanunun 73.1-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosunun təsis iclasının çağırılmasını təmin etsin; İddiaçı “İcbari Sığorta Bürosu” X1 nizamnaməsinə əsasən, “İcbari Sığorta Bürosu” X3 “İcbari sığortalar haqqında”Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq X3 qeyrikommersiya təşkilatı kimi təsis edilmiş, fəaliyyətinin əsas məqsədi zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etməkdən ibarətdir. İşin faktiki hallarına əsasən, cavabdeh- vergi orqanının, iddiaçının hal-hazırda mübahisələndirdiyi qərarları ilə ümumilikdə 9078608,1 manat məbləğində iddiaçıya mənfəət vergisi hesablanmışdır. Vergi qanunvericiliyinə əsasən, Azərbaycan Respublikasında rezident və qeyrirezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.(103.1 mad). Rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri, o cümlədən onun Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi nümayəndəlikləri vasitəsilə əldə etdiyi gəlirləri, Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi dividend, faiz, royalti (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc (vergidən azad edilən gəlirlər üzrə çəkilən xərclərdən başqa) arasındakı fərq mənfəətdir.(104.1) İddiaçının Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində hüquqi şəxs kimi qeydiyyatına və Azərbaycan Respublikasının Vergi Nazirliyində vergi uçotuna əsasən iddiaçı “İcbari sığorta Bürosu”X3 - qeyri-kommersiya qurumudur. Vergi Məcəlləsinin 13.2.42. –ci maddəsinə əsasən, qeyri-kommersiya hüquqi şəxsi - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normalarına əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. (43.5). Qeyri-kommersiya qurumları olan hüquqi şəxslər ictimai birliklər, fondlar, X4arı formasında, habelə qanunvericilikdə nəzərdə tutulan digər formalarda yaradıla bilər. Qeyri-kommersiya hüquqi şəxsləri sahibkarlıq fəaliyyəti ilə yalnız o hallarda məşğul ola bilərlər ki, bu fəaliyyət onların yaradılması zamanı qarşıya qoyulmuş məqsədlərə nail olmağa xidmət etsin və bu məqsədlərə uyğun gəlsin. Sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün qeyri-kommersiya hüquqi şəxsləri təsərrüfat cəmiyyətləri yarada bilər və ya onlarda iştirak edə bilərlər.(43.6) Qanunvericiliyin yuxarıda qeyd edilmiş normalarından göründüyü kimi, mənfəət vergisinin ödəyicisi olmaq üçün qeyri-kommersiya təşkilatı sahibkarlıq fəaliyyətindən gəlir əldə etməlidir. Lakin iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olması, hər hansı gəlir əldə etməsi məhkəmə araşdırılması ilə müəyyən edilməmiş; cavabdeh tərəfindən sübuta yetirilməmişdir. “İcbari Sığorta Bürosu” X3 mənfəət vergisinin ödəyicisi olmamsına baxmayaraq, cavabdeh- inzibati orqan tərəfindən 2014-2020-ci illər üzrə mənfət vergisinin hesablanmasına dair qərarları qəbul edilmişdir. Vergi Məcəlləsinin 3.8-ci maddəsinə əsasən, heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. Həmin Məcəllənin 12.3-cü maddəsinə görə, vergitutma obyekti gəlir, mənfəət, əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş malların (işin, xidmətin), ticarət əlavəsi və ya bu Məcəllə ilə müəyyənləşdirilən digər vergitutma obyektləridir. Həmin Məcəllənin 53.3-cü maddəsinə uyğun olaraq, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Məhkəmə onuda qeyd etməyi zəruri hesab edir ki, iddiaçı vergi orqanının şikayət instansiyasına şikayətləri verməsinə baxmayaraq, şikayətlərə baxılmamış, iddiaçının mübahisələndirdiyi qərarlarının qanuniliyi təsdiq edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası qanununun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı və qanunauyğun olduğu üçün təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarları qanunsuz hesab edilməli və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsait geri qaytarılmalıdır. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə - tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2-ci, 32-ci, 34-ci, 68-ci, 69-cü, 85-ci, 110-cu mаddələrini rəhbər tutаrаq QƏRARA ALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı “İcbari Sığorta Bürosu” X3 barədə xx.xx.2017-ci il tarixli **********557800 saylı, **********558500 saylı və **********560600 saylı, xx.xx.2018-ci il tarixli **********100000 saylı, xx.xx.2019-cu il tarixli **********750000 saylı, xx.xx.2020-ci il tarixli **********532300 saylı qərarları ləğv edilsin və bu qərarların Vergi orqanı tərəfindən icra edilərək Büronun bank hesablarından silinmiş ümumilikdə 9.078.608,1 manat məbləğində vəsait geri qaytarılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-158/2023
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-158/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver