Məhkəmə qərarları › İş №2-1(112)-158/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-158/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-158/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin (bundan sonra - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi) nümayəndəsi X4 iştirakı ilə, Zəruri cəlbetmə qaydasında üçüncü şəxs X8 nümayəndəsi (oğlu) X15 və (vəkili) Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” haqqında iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

1. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21 a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X9 adma dövlət qeydiyyatına alınması və X9 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahiş etmişdir.

2. Tələb onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X9 adına dövlət qeydiyyatına alınmasını və X9 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********29 saylı məktubla X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991 -ci tarixli, 21 a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X9 adına dövlət qeydiyyatına alınmasını və X9 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən imtina edilmişdir. İddiaçı hesab edir ki, aşağıda sadalananlara görə X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində X9 adına dövlət qeydiyyatına alınmasını və X9 adına həmin torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsindən inzibati orqan olan cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin verdiyi imtina qanunsuz və əsassızdır. Belə ki, məhkəmənin nəzərinə çatdırıram ki, Azərbaycan SSR X25 Komitəsi' Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə X11 Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün 0,10 hektar həyətyanı torpaq sahəsi ayrılmışdır. X18 xx.xx.2019-cu ildə vəfat etmiş və İddiaçı Yəhya oğlu onun vərəsəsi kimi tanınmışdır. X1 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991 -ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinə çıxarış verilməsi zəruridir. Buna baxmayaraq həmin torpaq sahəsi üzərində X9 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə birlikdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə digər sənədlər də təqdim edilsə də, cavabdeh həmin sənədləri görməzdən gəlmiş və nəzərə almamışdır.

3. İddiaçının nümayəndəsi (vəkili) daha sonra məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək bildirmişdir ki, hazırda iddia tələbinin dəqiqləşdirilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Yuxarıda qeyd olunanları nəzərə alaraq İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında 2-1(112)-5434/2023 saylı iş üzrə mərhum X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X11 məxsusluğu haqqında arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə iddia tələbi Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 21A saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X11 məxsusluğuna dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması kimi olaraq dəyişdirilmişdir.

5. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, torpaq sahəsinin coğrafi mövqeyini göstərən təsdiqlənmiş yerləşmə cizgisi təqdim edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edənlər sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

6. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan yazılı etirazda qeyd edilmişdir ki, , İddiaçı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 21A saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X12 məxsusluğuna dair arayışın (çıxarışın) verilməsi vəzifəsinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair iddiası etirazla qarşılanır. İddiaçı etibarnamə üzrə nümayəndəsi Vəkil1 Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2022-ci il tarixdə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, iddiaçının etibarnamə üzrə nümayəndəsi tərəfindən torpaq sahəsinin coğrafi mövqeyini göstərən təsdiq edilmiş yerləşmə cizgisi təqdim edilməmişdir. Bu səbəblərdən ərizənizin icrası tərəfimizdən mümkün olmamış və bu barədə iddiaçının etibarnamə üzrə nümayəndəsi Vəkil1 **********29 saylı, xx.xx.2022-ci il tarixli məktub ünvanlanmışdır. Məlumat üçün bildiririk ki, İddiaçı ərizəçi X5 etibarnamə üzrə nümayəndəsi kimi qeyd olunan torpaq sahəsinə digər sənədlə müraciət etmişdir. Müraciətlə əlaqədar olaraq aparılmış araşdırma zamanı məlum olmuşdur ki, hüquq müəyyənedici sənəd üzrə torpaq sahəsinin ölçüsü 694,8 kv.m olsa da, faktiki olaraq 1229,0 kv.m-dir və qonşuya məxsus torpaq sahəsinin 281,0 kv.m hissəsi mişar daşı ilə hasarlanaraq ərizəçi tərəfindən istifadə edilir. Qeyd olunan hissəyə dair məhkəmə mübahisəsi mövcud olmuş və İdarəyə yekun məhkəmə aktı, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2- 1(102)-1956/22 saylı qərarı daxil olmuşdur. Müvafiq məhkəmə qərarına əsasən qeyd olunan hissəyə dair iddiaçı X8 iddiası təmin edilmişdir. Həmçinin vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Türkan üzümçülük Sovxozunun ərazisidir. Bundan əlavə, texniki pasportla perimetrik ölçü və konfiqurasiya fərqi var. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66.1-ci maddəsinə əsasən dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquq müəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

7. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə X16 inzibati məhkəmə icraatına zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.

8. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayış verilməsi” barədə iddia tələbi təmin edilmişdir. Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X7 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.

9. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-926/2022 saylı, xx.xx.2022-cü il tarixli Qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1956/2022 saylı, xx.xx.2022-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 iyun 2022-ci il tarixli, 2-1(103)-926/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır.

11. İddiaçı nümayəndəsi (vəkili) Vəkil1 tərəfindən məhkəməyə ünvanlanan ərizədə qeyd olunmuşdur ki, Bakı İnzibati Məhkəməsinin icraatında iddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazı Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X10 qarşı öhdəliyin icrası haqqında 2-1(112)-5434/2023 saylı iş üzrə mərhum X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991 -ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinin mərhum X11 məxsusluğu haqqında arayış (çıxarış) verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə inzibati iş, Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatında isə İddiaçı mərhum atam X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinə “plan və ölçü sənədi”nin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə inzibati iş vardır. İddiaçı qeyd edir ki, hazırki iş və Nəriman Abıyevin icraatınızda olan iş üzrə mübahisə predmeti olan torpaq sahəsi ilə bağlı X16 ilə İddiaçı arasında uzun müddətdir ki, mübahisə vardır və A.Mirzəyev İddiaçı mərhum atası Y.Əliyevə ayrılmış torpaq sahəsinin bir hissəsinin ona məxsus olduğunu iddia edir və həmin torpaq sahəsini özünün istifadəsində olan torpaq sahəsinə daxil etmək istəyir. X3 Rasim Yahya oğlunun mərhum atası Y.Əliyevə ayrılmış torpaq sahəsinin bir hissəsinə iddia etməsinin əsası qismində Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarına istinad edir. Belə ki, iddiaçı X16 cavabdeh Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayışın verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin üzərinə Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X7 (Baba Salman oğlu) məxsus olmasına dair arayışın verilməsi vəzifəsinin qoyulması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2021 -ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X7 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmişdir. X2 mütəmadi olaraq İddiaçı mərhum atası Y.Əliyevə ayrılmış torpaq sahəsinə gələrək orada olan tikililərin sökülməsini tələb edir, bəzi tikililəri qanunsuz olaraq sökür və İddiaçı torpaq sahəsindən çıxmasını tələb edir. A.Mirzəyev öz hərəkətlərini Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarının icrasının təmin edilməsi istiqamətində olduğunu bildirir. Buna görə də hazırki ərizə ilə müraciət edilməsi zərurəti yaranmışdır. Yuxarıda göstərilənlərə əsasən hazırda icraatda olan İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə və üçüncü şəxs X10 qarşı öhdəliyin icrası haqqında 2-1(112)- 5434/2023 saylı inzibati iş üzrə və Bakı İnzibati Məhkəməsinin hakimi Nəriman Abıyevin icraatında olan İddiaçı mərhum atası X11 Azərbaycan SSR X25 Komitəsi Abşeron rayon aqrar sənaye kombinatı Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci tarixli, 21a saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün ayrılmış 0,10 hektar həyətyanı torpaq sahəsinə “plan və ölçü sənədi”nin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyətinin üzərinə qoyulmasına dair 2-1(112)-12456/2023 saylı inzibati iş üzrə qəbul olunacaq yekun məhkəmə aktları qanuni qüvvəyə minənədək Bakı İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(112)-4057/2021 saylı qərarının icrasının dayandırılması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsini xahiş edilmişdir.

12. Hazırki inzibati iş üzrə məhkəmə icraatı İddiaçı cavabdeh Bakı şəhər Xəzər Rayonu İcra Hakimiyyətinə qarşı “plan və ölçünün verilməsi” (cizginin verilməsi) tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-12456/2023 nömrəli iş üzrə icraat başa çatana kimi dayandırılmışdır.

13. İcraatın dayandırılmasına əsas olmuş hallar aradan qalxdıqdan sonra məhkəmə icraatı təzələnmişdir.

14. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1838/2024 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Xəzər rayon icra hakimiyyətinə qarşı iddia tələbi barədə iş üzrə icraata ərizənin geri götürülməsi ilə əlaqədar xitam verilmişdir.

15. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 nömrəli iş üzrə xx.xx.2024-cü il tarixli qərarı ilə İddiaçı “üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb olunma” barədə vəsatəti təmin edilməmişdir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4057/2021 saylı, xx.xx.2021-ci il tarixli Qərarı ilə iddiaçı X8 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “arayış verilməsi” barədə iddia tələbi təmin edilərək Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Xanlar küçəsi, dalan 4-də yerləşən 1 saylı evin və həmin evin həyətyanı sahəsinin X7 (Baba Salman oğluna) məxsus olmasına dair arayışın (çıxarışın) verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhər Ərazi İdarəsinin üzərinə qoyulmuşdur

16. Məhkəmə iclasında iştirak edən iddiaçı və onun vəkili iddia tələbinin təmin edilməsini xahiş etdi.

17. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi və vəkili iddia tələbinin təmin edilməməsini xahiş etdi.

II. İddianın növü və mümkünlüyü

18. İddianın növü öhdəliyin icrasına dair iddiadır.

19. İddia mümkündür.

III.Məhkəmənin mövqeyi

20. Türkan üzümçülük sovxozunun xx.xx.1991-ci il tarixli, 21A saylı əmri ilə Türkan üzümçülük sovxozu ərazisində fərdi ev tikmək üçün mərhum X11 0.10 ha həyətyanı torpaq sahəsi ayrılmışdır (arxiv çıxarışının əslinə məhkəmə iclasında baxış keçirilmişdir).

21. X14 Presedent hüququna əsasən, məhkəmə tərəfindən dəfələrlə qeyd edilmişdir ki, “mülkiyyət” ifadəsi qanunvericinin verdiyi anlayışla məhdudlaşmır, avtonom anlayışa malikdir.

22. “Əmlak”a “mövcud əmlak” və ya aktiv, o cümlədən ərizəçinin əmlak hüquqlarından istifadəni təmin etmək üçün ən azı “qanuni gözləntisi” olan iddialar ola bilər. Səmərəli şəkildə icrası mümkün olmayan əmlakı tanıtmağa ümid, eləcə də şərtin icra edilməməsi nəticəsində uzanan şərti iddia 1 saylı Protokolun 1-ci maddəsi baxımından “əmlak” hesab edilə bilməz (Lixtenşteyn kralı Hans-Adam İİ Almaniyaya qarşı; Gratzinger and Gratzingerova Çexiyaya qarşı).

23. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda “qanunidir” (Saghinadze və başqaları Gürcüstana qarşı 27.5.2010 tarixli qərar [İİ Bölmə] ərizə № 18768/05).

24. X24 Konvensiyasının 1 saylı Protokolun 1-ci maddəsi üç fərqli qayda nəzərdə tutur: birinci qayda, birinci bəndin birinci cümləsində nəzərdə tutulmuşdur, ümumi xarakterə malikdir və mülkiyyətdən maneəsiz şəkildə istifadə prinsipini müəyyən edir; ikinci qayda, birinci bəndin ikinci cümləsində nəzərdə tutulmuşdur, mülkiyyətdən məhrum etməni və onun şərtlərini əhatə edir; üçüncü qayda, ikinci bənddə nəzərdə tutulmuşdur, Dövlətlərin, digər məsələlərlə yanaşı, mülkiyyətdən ictimai marağa uyğun şəkildə istifadə olunmasına nəzarət etmək hüququnu tanıyır. Bu qaydalar bir-birilə əlaqəlidir: ikinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilənin konkret nümunələri ilə bağlıdırlar və birinci qaydada nəzərdə tutulan prinsip əsasında təhlil edilməlidirlər.

25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 11.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərə tələblər üzrə hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.

26. “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən idarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir.

27. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1-ci maddəsində və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 8-ci maddəsinə əsasən müəyyən edilir.

28. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən: 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.

29. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunundan: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısında: 2.5. yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, yaxud sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış;

30. İddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı müvafiq əmrlə ayrılmış torpaq sahəsinin mərhuma məxsusluğu barədə arayışın verilməsini tələb edir. İş materiallarına əsasən müəyyən olunur ki, iddia olunan torpaq sahəsi ilə bağlı (bir hissədə) mübahisə mövcuddur.

31. Odur ki, torpaq sahəsinə dair səlahiyyətli qurum (hazırki halda yerli icra hakimiyyəti) tərəfindən təsdiq edilmiş yerləşmə cizgi aşkar edilmədiyindən məhkəmə hesab edir ki, torpaq sahələrinin ayrılması prosesi tamamlanmamışdır.

32. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.

33. Torpaq Məcəlləsinin 65-ci maddəsinə əsasən: 1.Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.

2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir.

5. torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

34. Beləliklə məhkəmə qeyd edilən normaların təhlilinə əsasən qeyd edir ki, istər yerquruluşu işləri, istərsə də torpaq sahəsinin planı və ölçüsünün hazırlanması mahiyyətinə və məzmununa görə (torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin ərazisində təsərrüfatdaxili yolların, su təsərrüfatı obyektlərinin və digər mühəndis qurğularının yerləşdirilməsi; növbəli əkin sistemlərinin və onların ərazilərinin təşkili; çoxillik əkmələrin ərazilərinin təşkili; təbii yem bitkilərinin ərazilərinin təşkili məqsədilə torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritə) cizginin tərtib edilməsindən əsaslı şəkildə fərqlənir və həmin işləri və bununla bağlı tərtib edilən sənədləri eyniləşdirmək olmaz. Yəni cizgi torpaq sahəsinin yerquruluşu işləri qaydasında tərtib edilmiş xəritəyə əsasən onun sərhədlərinin xəritədə müəyyən edilməsidir.

35. Məhkəmə nəzərə alır ki, mərhum X13 ayrılmış torpaq sahəsinə dair cizgi mövcud deyildir. Lakin ayrılmış torpaq sahəsinin cizgisi səlahiyyətli qurum tərəfindən təsdiq edildiyi təqdirdə, iddiaçı eyni tələblə yenidən müraciət edə bilər.

36. Beləliklə, iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının qeydə alınmamasına dair cavabdehin hərəkətləri qanunsuz sayıla bilməz.

37. Göstərilənlərə əsasən və İPM-in 2.2, 4.1, 23.1, 58.7, 69, 75, 78 – 79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARAALDİ:

İddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Günel Sevdimalıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar