Məhkəmə qərarları › İş №2-1(112)-1581/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1581/2022

05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1581/2022 05.10.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, İddiaçı (Biləsuvar rayonunda qeydiyyatdadır, ixtisası texnoloq, işləmir), cavabdehin nümayəndəsi X3 (Abşeron rayonunda qeydiyyatdadır, ixtisası hüquqşünas, hüquq şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı Bakı İnzibati Məhkəməsində iddia qaldıraraq xəstəliyinə görə İİ dərəcə əlilliyin təyin olunması barədə müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı seropozitiv revmotid artrit - revmatoid artrid, poliartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik ll-lll mərhələ, hormonlardan asılılıq, tropid forma, oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, oynaqların funksional pozğunluğu 2-3, hər iki diz oynaqlarının sinovit əlamətləri, miokardın degenerasiyası, miokardiodistrofiya diaqnozu ilə xəstədir. Bununla əlaqədar ona əlillik dərəcəsi və sosial müavinət təyin olunmuşdur. Lakin sonradan əlillik dərəcəsinə görə ödənişlər dayandırılmışdır. Əlilliyin yenidən müəyyən edilməsi üçün o, Azərbaycan Elmi Tədqiqat X6 Poliklinika Şöbəsində 31 mart 2021-ci il tarixdən 16 aprel 2021-ci il tarixədək müalicə olunmuşdur. Buna baxmayaraq, Tibbi Sosial Ekspert Komissiyası əlavə müalicəyə ehtiyacın olması xəstənin müalicə müddətinin yetərli olmaması diaqnozu ilə 29 may 2021-ci il tarixdə pensiya təyinindən imtina edilmişdir. Halbuki, göndəriş Azərbaycan Elmi Tədqiqat X6 Poliklinika Şöbəsinin müalicə üçün tələb etdiyi müddətə tərəfindən tam əməl olunmuşdur. 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş «Əlilliyin müəyyən olunması meyarlar»ının 5.2.1.4-cü bəndinə görə oynaqların funksiyalarının aşkar pozulması 3 dərəcə, rentgenoloji - artritin ll-lll mərhələsi, orta-ağır və ya ağır forma daxili orqan sistemlərinin funksiyasının mülayim və ya aşkar pozulması ilə, kliniki-laborator olaraq aktivliyin İİ dərəcə göstəriciləri, az inkişaf edən gedişat, tez-tez və ya uzunmüddətli kəskinləşmələr, ili FS diaqnozu ilə xəstəlik isan orqanizminin funksiyalarının sabit pozuntularının təzahür dərəcəsinin 61-80 faiz itirilməsi kimi qiymətləndirilir. O, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etsə də, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi pensiya hüquqlarının təminindən imtina etmişdir. Qeyd edilmiş vəziyyətdə iddiaçının qanunla qorunan hüquqları və Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsi ilə təminat verilmiş sosial təminat hüququ pozulur. Qanunvericiliyin tələbi baxımından pozulmuş hüquqların məhkəmə vasitəsi ilə bərpa edilməli olduğunu hesab edir. İddiaçı cavabdehin imtinasını əsassız və qanunsuz hesab edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə əsasən verilmiş məhkəmə sərəncamını icra edərək cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, İddiaçı əlillik vəziyyəti Biləsuvar Rayon Mərkəzi Xəstəxanası xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.9 - Dəqiqlə... Diaqnozun mətni: Revmadiod artrit,ll-!ll dər.hormandan aslılıq Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanası xx.xx.2015-ci il tarixli 0234003AABBP saylı göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d. Diaqnozun mətni: Revmatoid artriti, poliartritik forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: 2.3 bəndinə uyğundur” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla xx.xx.2016-cı ildə göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik; X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M06 - Digər revmatoid artritlər => M06.8 - Digər d.... Diaqnozun mətni: Revmatoid artriti , poliartritik forma; Meyar: 2.3. Üçüncü dərəcə əlillik -> DİGƏR: 2.3 bəndinə uyğundur.” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0234003AALDW saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 - lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero...Diaqnozun mətni:Əsas diaqnoz M05 Seropozitiv revmatoid artrit, -Revmatoid artrid, poliartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq. Tropid forma. Ağırlaşma M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, - Oynaqların funksional pozğunluğu 2-3. Hər iki diz oynaqlarının sinovit əlamətləri. Ağırlaşma 151.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: - Xəstədə son bir il ərzində əsas diaqnozun agırlq dərəcəsinə gorə ixtisaslaşmiş müalicə kursu yoxdur stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci ildə sözügedən poliklinikanın 0234003AAMRY saylı göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M00-M25 - Artropatiyalar => M05-M14 lltihabi poliartropatiyalar => M05 - Seropozitiv revmatoid artrit => M05.0 - Sero... Diaqnozun mətni: Revmatoid artrid poliartritik forma, seropazitiv forma aktiv gedişli aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq, trofik yaralar. Miokardiodistrofiya. Oynaqların funksiya pozğunluğu 2-3. Arterial hipertenziya İİ dərəcə. Məzkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: xəstənin müalicə müddəti yetərli deyil” səbəbi ilə imtina verilmişdir. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia müddətinə əməl edilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahat və çıxışlarını dinləyib, iddia ərizəsini nəzərdən keçirərək, iş üzrə toplanmış sənədləri tədqiq edərək hesab edir ki, iddia tələbi əsassızdır. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosiai Ekspertiza və Reabilitasiya Agentliyinin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli ********** nömrəli məktubuna əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş "Əlilliyin qiymətləndirilməsi Qaydasına uyğun olaraq onun əlillik vəziyyəti Biləsuvar rayon Mərkəzi Xəstəxanasının rəsmiləşdirdiyi 0234003AALDW nömrəli göndərişi əsasında xx.xx.2021-ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: Xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə gorə ixtisaslaşmiş müalicə kursu yoxdur stasionar şəraitdə müayinə və müalicə olunmasina ehtiyac var.) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, səhiyyə müəssisəsi tərəfindən ətraflı müayinə olunub, ixtisaslaşmış müalicə aldıqdan sonra İddiaçı dair yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat X4 470 nömrəli epikrizinə əsasən, İddiaçı xx.xx.2013-cü il tarixdən xx.xx.2013-cü il tarixədək Terapiya şöbəsində müalicə almışdır. Revmatoid artrid, poliartrit, seropazitiv forma, aktiv gedişli, aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq, tropid forma. Oynaqların funksiya pozğunluğu, hər iki diz oynaqlarının sinovit əlamətləri diaqnozu qoyulmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan çıxarışa əsasən iddiaçının əlilliyi xx.xx.2021-ci il tarixdə qiymətləndirilmişdir. “Əsas diaqnoz M05 Seropozitiv revmatoid artrit, Revmatoid artrid, poliartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq. Tropid forma. Ağırlaşma M24.8 Oynaqların başqa rubrikalarda təsnif olunmayan digər dəqiqləşdirilmiş zədələnmələri, - Oynaqların funksional pozğunluğu 2-3. Hər iki diz oynaqlarının sinovit əlamətləri. Ağırlaşma 151.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya.” diaqnozu qoyulmuşdur. Əlavə müalicəyə ehtiyacın olması səbəbindən əlillik təyin olunmasından imtina edilmişdir. Belə ki, xəstədə son bir il ərzində əsas diaqnozun ağırlıq dərəcəsinə gorə ixtisaslaşmış müalicə kursu yoxdur, stasionar şəraitdə müayinə və müalicə olunmasına ehtiyac var. X8 Bərpa İnstitunun poliklinika şöbəsinin xx.xx.2021-ci il tarixli arayışına əsasən iddiaçıya Revmatoid artrid, poliartrit, seropazitiv forma, İİ-İİİ aktiv gedişdə oynaqların funksional çatışmamazlığı İİ-İİİ mərhələ, tez-tez residivləşən forma diaqnozu qoyulmuşdur. 065378 nömrəli müharibə veteranı vəsiqəsinə əsasən İddiaçı müharibə veteranı vəsiqəsi xx.xx.2001-ci il tarixdə verilmişdir. Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının xx.xx.2021-ci il tarixli 0234003AAMRY saylı göndərişinə əsasən İddiaçı “Əsas diaqnoz M05 Seropozitiv revmatoid artrit, -Revmatoid artrid, poliartritin forma, seropazitiv forma aktiv gedişli, aktivlik ll-lll mərhələ. Hormonlardan aslılıq. Tropid forma. Ağırlaşma 151.5 Miokardın degenerasiyası, - Miokardiodistrofiya” diaqnozu qoyulmuşdur. Məzkəzə göndərilməsi üçün əsas əlillik müddətinin qurtarmasıyenidən baxılması olmuşdur Tibbi-Sosial Ekspert Komissiyasının 0234003AAMRY saylı göndərişə uyğun cavabına əsasən İddiaçı xx.xx.2021-ci il tarixdə müayinə olunmuş, əlillik təyin olunmamışdır. Onun əlavə müalicəyə ehtiyacın olması göstərilmişdir. Cavabdeh etirazını təsdiq edən sübut qismində alt sistemdən çıxarışların, TSEK müayinələrinə dair məlumatların surətlərini məhkəməyə təqdim etmişdir. İddiaçı mövcud olan xəstəliklər və qüsurların müəyyən edilməsi, onda olan xəstəlik və qüsurlar ona hər hansı əlillik dərəcəsi verilməsinə əsas olub-olmasını müəyyən edilməsi üçün xüsusi elmi bilik tələb olunduğundan, iş üzrə məhkəmənin 22 sentyabr 2021-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi ekspertizası təyin edilmiş, ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1)xx.xx.1973-cü il təvəllüdlü İddiaçı müayinəsi zamanı onda hal-hazırda hansı xəstəlik və qüsurlar aşkar olunur? 2) bu xəstəlik və qüsurlar ona hər hansı qrup əlillik dərəcəsi verilməsinə əsasdırmı? Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 T 309/2021 nömrəli, xx.xx.2021-ci il tarixli ekspert rəyinin nəticə hissəsində göstərilmişdir: “1. Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən o hazırda “Revmatoid artrid, poliartrit, seropazitiv forma, İİ-İİİ aktiv gedişdə oynaqların funksional çatışmamazlığı İİ-İİİ mərhələ, tez-tez residivləşən forma” diaqnozunda qeyd edilən xəstəliklərdən əziyyət çəkir. 2. Həmin diaqnozda göstərilən əsas xəstəlik və onun ağırlaşmaları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamədə göstərilən xəstəliklərin əhatə dairəsinə düşmür.” Məhkəmənin iş üzrə 02 mart 2022-ci il tarixli qərardadına əsasən İddiaçı əyani tibbisosial ekspertiza müayinəsindən keçirərək onda olan xəstəliklərin müəyyən edilməsi barədə rəy verilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə (Ali Nəzarət Komissiyasına) həvalə edilmiş, mütəxəssis rəyi verilməsi üçün 10 gün müddət təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarxili **********1 saylı məktubunda bildirilmişdir ki, məhkəmənin 02 mart 2022-ci il tarixli qərardadına əsasən İddiaçı Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərin və sağlamlıq imkanları məhdudluğunun obyektiv qiymətləndirilməsi məqsədilə qeydiyyat ünvanına xx.xx.2022-ci il tarixli **********9 nömrəli xəbərnaməli çağırış məktubu göndərilmişdir. Lakin cari tarixə kimi əyani müayinə olunması üçün Agentliyə müraciət etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarxili **********4 saylı məktubunda bildirilmişdir ki, İddiaçı Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində nəzarət qaydasında müayinə olunması, tibbi sənədlərin və sağlamlıq imkanları məhdudluğunun obyektiv qiymətləndirilməsi məqsədilə 14 aprel 2022-ci il tarixdə keçirilən komissiyada iştirak etməmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2022-ci il tarxili **********4 saylı məktubunda bildirilmişdir ki, İddiaçı xx.xx.2022-ci ildə Agentliyin Tibbi-Sosial Ekspert Komissiyasında nəzarət qaydasında əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və əyani müayinənin nəticəsi olaraq barəsində “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. Belə ki, şəxsin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı göndərişdə əsas xəstəlik və ağırlaşması kimi qeyd edilmiş “Seroneqativ revmatoid artrit poliartritik forma. İİİ dərəcə aktivlik. İİİ Rentgenoloji mərhələ. Arterial hipertenziya İİİ mərhələ krizli gedişlə. Miokardın degenerasiyası, Miokardiodistrofiya” diaqnozu obyektiv müayinələrdə öz təsdiqini tapmamışdır. Bundan irəli gələrək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015- ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilmişdir. Məhkəmə iddiaçının iddiası ilə bağlı aşağıda göstərilənləri qeyd edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən isə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən, əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq; Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir;.. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1-ci maddəsinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Həmin Qaydanın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə əsasən TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.5-ci bəndinə əsasən şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir:1.5.1. ümumi səbəblərdən:1.5.1.1. ümumi xəstəlik;1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi;1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar;1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7.terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən:1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar;1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar;1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar;1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. Həmin Qaydanın 1.6-cı bəndinə əsasən 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. İşin faktiki hallarına əsasən iddiaçının əlilliyinin müəyyən olunması haqqında qərar qəbul edilməsindən cavabdeh tərəfindən imtina edilmişdir, həmin imtinanın tamamilə əsaslı olması isə iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizasının rəyi ilə təsdiqlənir. Belə ki, məhkəmə tibbi ekspertizasının rəyinə əsasən iddiaçının adına tərtib edilmiş göndərişdəki qeyd edilmiş səhhətini əks etdirən əsas xəstəlik və xəstəliklərdə ağırlaşmalar onun xx.xx.2022-ci il tarixdə əyani müayinəsi zamanı öz təsdiqini tapmadığından ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin hər-hansı bir meyarlarını aid etmək mümkün olmadı. Belə olan halda iddiaçının əlilliyinin müəyyən edilməsindən imtina edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin hərəkətlərində qanun pozuntusuna yol verilmədiyi üçün iddiaçının iddia tələbinin hüquqi əsası yoxdur. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 58.1-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən şifаhi məhkəmə iclаsındа аrаşdırılır. Həmin Məcəllənin 58.7-ci mаddəsinə əsаsən sübutlаr məhkəmə tərəfindən tаm və hərtərəfli аrаşdırıldıqdаn sоnrа qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci mаddəsinə əsаsən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “İİ dərəcə əlilliyin təyin olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 68, 69, 85 və 110-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan şikayət qərarın tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı şəhəri, Z.Xəlilov, 540-cı məhəllə ünvanda yerləşən Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına Bakı İnzibati Məhkəməsi vasitəsilə verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar