Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-1581/2024 14.02.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, Mirəlizadə Şəhriyar Rövşən oğlunun katibliyi ilə, tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli İddiaçı ərizəsinə əlillik siyasəti şöbəsinin müdüri Sabir Qocayevin cavab verməməsi hərəkətsizliyini qanunsuz hesab etməsi və fakta görə hər iki FORMA 88i(C00090924CDC və S00111074JNY) iddiaçıya təqdim edilməsi, həkimin nəzarətə götürülməsi və məhkəmədə dindirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli İddiaçı ərizəsinə əlillik siyasəti şöbəsinin müdüri Sabir Qocayevin cavab verməməsi hərəkətsizliyini qanunsuz hesab eməsi və fakta görə hər iki FORMA 88-i(C00090924CDC və S00111074JNY) iddiaçıya təqdim edilməsi həkimin nəzarətə götürülməsi və məhkəmədə dindirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Həmin Məcəllənin 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı yanandan sonra sol ayağında fəsad qaldığı üçün 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi tərəfindən ona əlillik təyin edilmişdir. Sağ ayağı ilə müqayisədə sol ayağının topuğunda şiş ağrı və dabanında sağalmayan yaradan əziyyət çəkir. Dəfələrlə 5 nömrəli xəstəxananın yanıq şöbəsində stasionar müalicələr almışdır. Əlillik qrupunun təyin olunması (18 yaş ) üçün yenidən 2022ci il tarixdə 5 nömrəli xəstəxananın yanıq şöbəsində stasionar müalicə almışdır. Stasionar müalicə aldığı xx.xx.2022 tarixli cərrah Sabir Mirzəyevin verdiyi epikrizi, xx.xx.2022 tarixli Bakı Elmi Tədqiqat Travmatalogiya və Ortopediya İnstitunun həkimi Məmmədovanın verdiyi arayışı və xx.xx.2022 tarixli Nərimanov Rayon Poliklinikasının psixiatrı Gülarə Axundovanın ictimai fobiya diaqnozu əsasında verdiyi epikrizi, yaşayış yeri üzrə X7 PHŞ 2 nömrəli poliklinikasının şöbə müdüri Sara Məmmədsalahovaya və cərrah X6 xx.xx.2022-ci il tarixdə təqdim etmişdir. Həmin günü poliklinikanın psixiatrı Aziya Mustafayeva da iddiaçını müayinə etmiş və ictimai fobiya diaqnozu əsasında psixotrop dərman resepti yazmışdır. X3 iddiaçını xx.xx.2023 tarixdə, yəni bir aydan sonra 1 nömrəli poliklinikanın həkim komisiyasına çağırıb və komisiyadan keçmişdir. xx.xx.2023 tarixdə həmin 1 saylı poliklinika tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik alt sisteminə ötürülmüşdür (göndəriş kodu :J00066712XJJ). xx.xx.2023 tarixdə cavab gəlib ki, yalnış natamam doldurulmuşdur. Yenidən 2023-cü ildə 5 nömrəli xəstəxananın yanıq şöbəsində stasionar müalicə almış və xx.xx.2023-cü il tarixdə Sabir həkimin verdiyi epikrizi, şəxsən iddiaçının anası xx.xx.2023cü il tarixdə X7 PHŞ 2 nömrəli poliklinikasının şöbə müdiri Sara Məmmədsalahovaya təqdim etməsinə baxmayaraq, o, xx.xx.2023 -cü il tarixdə həkim komisiyasına çağırıb və komisiyadan keçmişdir. xx.xx.2023-cü il tarixdə həmin 1 saylı poliklinika tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik alt sisteminə ötürülmüşdür (göndəriş kodu:C00090924CDC). xx.xx.2023-cü il tarixdə cavab gəlib ki, ixtisaslı klinikada müalicə olunmalıdır. Hansı ki, 5 nömrəli xəstəxana ixtisaslı klinikadır. xx.xx.2023 tarixli epikrizdə göstərilir ki, sol ayağı oynağında topuğda ağrı hərəkət məhduddur, keçmiş fistula yerində sərt konsistensiyalı buynuzabənzər törəmə var, ağrılıdır və yerişi çətinləşdirmişdir və.s. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X1 Cəfərov adlı həkim iddiaçını müayinə edib. X2 agentliyin sədr müavini Rəşad Məhərrəmov videoformatda qəbul edib. xx.xx.2023-cü il tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə ərizə göndərmiş və Zülfüqarova adlı şəxs məktubunu qəbul edib. Ərizədə, forma 88-i vermələrini və nazir Sahil Babayevin qəbuluna çağırılmağını bildirmişdir. Lakin ərizəsinə rəsmi cavab verilməmişdir. X7 PHŞ 2 nömrəli poliklinikanın göndərişi əsasında Azərbaycan Elmi Tədqiqat X5 10 gün müalicə almış və xx.xx.2023 tarixdə verilən arayışda göstərilir ki, ətrafların dəqiqləşdirilmiş qazanma deformasiyası:qəbul etdiyi müalicələr stimulyasiya və Tens terapiya effektsiz oldu.Sol topuğun MR müayinəsində daban sümüyündə deformasiya kiçik köhnə bitişmiş sınıq,səthləri boyunca 4-5 mm-lik osteonekroz sahələri,osteofitlər təyin edilir. Ayrıca fibula distalında deformasiya və osteofitlər qeyd olunur. Oynaq mayesinin miqdarında artış izlənilir. Topuğun lateral səthində dərialtı yumşaq toxumalar ödəmlidir və travmatoloqa müraciət etmək məsləhətdi deyə qeyd edilib. Bu arayış əsasında X7 PHŞ 2 nömrəli poliklinikasının cərrahı X4, Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda müayinə olunması üçün göndəriş verdi. xx.xx.2023 tarixdə həkim Məmmədova A.Q müayinə edərək arayış təqdim etdi. xx.xx.2023 tarixdə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyində Ludmila adlı şəxs zəng edərək( *** *** ** **) saat 14:00 -da Əlillik siyasəti şöbəsinin müdüri Sabir Qocayevin qəbuluna gəlməyini bildirdi. Nazirlikdə Sabir Qocayev iddiaçını qəbul etdi, zədəli ayağını gördü, sənədləri və MRT diskini təqdim etməsinə baxmayaraq, ərizəsinə rəsmi cavab verilməyəcəyini və Sahil Babayevin qəbuluna çağırılmayacağını bildirdi. Yenidən xx.xx.2023 tarixdə X7 PHŞ 2 nömrəli poliklinikasının cərrahı Səminə Səmədova 1 nömrəli poliklinikanın həkim komisiyasına çağırıb və komisiyadan keçmişdir. xx.xx.2023-cü il tarixdə həmin 1 saylı poliklinika tərəfindən Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin əlillik alt sisteminə ötürülmüşdür(göndəriş kodu:S00111074JNY).Lakin cavab gəlib ki, xəstənin hal-hazırki vəziyyəti ekspertiza üçün əhəmiyyətli xüsusiyyətləri səthi yazılıb. Məhkəmə tərəfindən iddiaçıya 20 sentyabr 2023-cü il və 18 dekabr 2023-cü il tarixlərdə hüquqi yardım barədə məktublar göndərilərək, iddia tələbinin dəqiqləşdirilməsinin zəruri olduğunu bildirmiş və ərizə təqdim etməyi təklif olunmuşdur. Məhkəmə tərəfindən işin halları və mübahisənin vəziyyətini müzakirə (izah) etmək məqsədi ilə xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərə məhkəmə iclasları təyin edilmiş, lakin məhkəmə iclasında iddiaçı iştirak etməmiş, nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Məhkəmə tərəfindən iddiaçıya hüquqi yardım haqqında məktublar ünvanlansa da, təyin edilmiş məhkəmə iclaslarında nə iddiaçı nə də onun səlahiyyətli (qanuni) nümayəndəsi iştirak etməmiş, iddiaçı tərəfindən məhkəmənin üzərinə qoyduğu vəzifə icra edilməmiş və cavabdeh inzibati orqan tərəfindən onun hüquqlarının qanunvericiliyi ilə təsbit edilmiş qorunma sferasına müdaxilənin edilməsini məhkəmənin diqqətinə çatdırmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur, 2.3-cü bəndinə əsasən ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmaması, cavabdehin həmin iddiaya cavab verməli olubolmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. Həmin qərarın 5.1-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Həmin qərarın 5.2-ci bəndinə əsasən bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektiv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “xx.xx.2023-cü il tarixli İddiaçı ərizəsinə əlillik siyasəti şöbəsinin müdüri Sabir Qocayevin cavab verməməsi hərəkətsizliyini qanunsuz hesab etməsi və fakta görə hər iki FORMA 88-i(C00090924CDC və S00111074JNY) iddiaçıya təqdim edilməsi, həkimin nəzarətə götürülməsi və məhkəmədə dindirilməsi” tələbinə dair iddiası mümkün sayılmamalıdır. İnzibati Prosessual Məcəllənin 35.3-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Bu qərardad məzmun baxımından mübahisə predmetinə toxunmur və yalnız iddianın mahiyyəti üzrə qərar çıxarmaq üçün şərtin mövcud olmadığını müəyyən edir. Buna görə də, iddianın mümkün sayılmamasına dair qərardad yenidən mümkünlük şərtlərinə əməl etməklə eyni predmet üzrə iddia qaldırmaq imkanını istisna etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cə məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-1581/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-1581/2024
14.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver