Məhkəmə qərarları › İş №2-1(112)-1585/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-1585/2020

24.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-1585/2020 24.09.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Aytən Pənah qızı Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X5 iştirаkı ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması,çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbi ” nə dair iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа, аçıq məhkəmə iclаsındа bахаrаq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1864 saylı sərəncamına əsasən Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000-150 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış və Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş cizgi əsasında istifadəyə verilmiş 1200 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Əzizbəyov (hazırki Xəzər) rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1864 saylı sərəncamına əsasən Buzovna qəsəbəsində B-2000-150 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsi ona ayrılmışdır. O ayrılmış torpaq sahəsinin cizgisinin və xəritədən çıxarışının verilməsi barədə Bakı şəhəri, Xəzər rayon İcra Hakimiyyətinə ərizə ilə müraciətinə əsasən icra hakimiyyəti tərəfindən ayrılmış torpaq sahəsinin cizgisi və xəritədən çıxarışı hazırlanmış, təsdiq edilərək ona təqdim edilmişdir. Həmçinin faktiki istifadədə olan torpaq sahəsində ölçmə işləri aparılaraq, döngə nöqtələrinin koordinatları müəyyən edilmiş, torpaq sahəsinin peykdən fotoşəkili çəkilərək yerləşmə sxemi qeyd olunmuşdur. Həmiin torpaq sahəsi tərəfindən 4 tərəfdən hasara alınaraq, ağaclar əkilmiş və bu gün şəxsi istifadəsindədir. Torpaq sahəsi üzərində mülkiyyət hüquqununun qeydə alınaraq, torpaq sahəsinə aid plan və ölçünün tərtib ediməsi, dövlət reyestrindən çıxarışın və daşınmaz əmlaka ünvan verilməsi ilə bağlı ərizə ilə cavabdehə müraciət olunmuşdur. Lakin cavabdeh xx.xx.2019-cu il tarixli **********32 saylı bildirişlə daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina etmişdir. İimtinaya əsas olaraq Xəzər RİH-nin 1864 saylı xx.xx.2000-ci il tarixli torpaqayırma sərəncamından bir dəfə istifadə edilərək adına Xəzərə rayonu, Buzovna qəsəbəsinin digər ərazisində 1200 kv.m torpaq sahəsinə kadastr planı verilərək qeydiyyata alındığı və özgəninkiləşdirildiyi bildirilmişdir. Həmçinin bildirilmişdir ki, elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Xəzər rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1864 saylı sərəncamına əsasən Buzovna qəsəbəsində ona torpaq sahəsi ayrıldıqdan sonra həmin torpaq sahəsinin yeri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş,bu günədək tərtib edilmiş cizgi əsasında ona ayrılmış torpaq sahəsindən təyinatı üzrə istifadə etmiş və müvafiq sərəncam əsasında ona məxsus torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması barədə daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etməmişdir. Belə olan təqdirdə ona ayrılmış torpaq sahəsinin sərənncam əsasında məlumatın və xəbəri olmadan Xəzər rayonu, Buzovna qəsəbəsinin digər ərazisində kadastr planı verilərək qeydiyyata alınması, özgəninkiləşdirlməsi mümkün deyildir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin nümayəndəsi X8 iddiaya etiraz edərək bildirmişdir ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısının 1864 saylı xx.xx.2000-ci il tarixli torpaqayırma sərəncamı bir dəfə istifadə edilərək iddiaçının adına Xəzər rayonu, Buzovna qəsəbəsinin digər ərazisində 1200 kv.m torpaq sahəsinə kadastr planı verilərək qeydiyyata alınmış və özgəninkiləşdirilmişdir. Cavabdehin imtinası qanuni və əsaslıdır. Bu səbəbdən iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edirəm. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin iddiaçı məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir rəsmi məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62-ci maddəsinin tələblərini rəhbər tutaraq, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, cavabdehin izahatını dinləyərək hesab edir ki, iddia rədd edilməlidir. Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2000-ci il tarixli 1864 nömrəli sərəncamına əsasən Bakı şəhəri, Binə qəsəbəsi, A.Həsənov küçəsi, ev 12-də yaşayan X7 Buzovna qəsəbəsindəə B-2000-150 saylı sahədə fərdi ev tikmək üçün 1200 kv.m torpaq sahəsini ayrılması və evin tikintisi təsdiq edilmiş 145-000-129c tipli layihə əsasında aparılması qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən verilmiş MA № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000-150 saylı ünvanında yerləşən 0,12 kv.m torpaq sahəsi fərdi yaşayış evin tikilməsi üçün xx.xx.2010-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 273 nömrəli reyestr kitabının 25503 nömrəli vərəqində İddiaçı adına qeydiyyata alınmışdır. Əzizbəyov rayon İcra Hakimiyyətinin Başçısının xx xxxxxx 2000-ci il tarixli 1864 saylı sərəncamı ilə İddiaçı Xəzər rayonu Buzovna qəsəbəsində ayrılmış 1200 kv.m torpaq sahəsinə Azərbaycan Respublikasınının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən torpaq sahəsinin planı və ölçüsü tərtib edilmişdir. Dövlət Torpaq Kadastri kitabında xx xxxxxx 2010-cu il tarixdə 29356 nömrə ilə uçota alınmışdır. İddiaçı ilə X4 arasında xx.xx.2013-cü il tarixli AN-İ-0347884 nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən satıcı yəni X9 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000-150 saylı sahədə yerləşən 0.12 torpaq sahəsini 300.000 manat məbləğində X1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrdən verilmiş RX № ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, B-2000-150 saylı ünvanında yerləşən 0,12 kv.m torpaq sahəsi fərdi yaşayış evin tikilməsi üçün xx.xx.2013-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 273 nömrəli reyestr kitabının 25503 nömrəli vərəqində X2 adına qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı ünvanlanmış xx xxxx 2019-cu il tarixli **********32 saylı imtina məktubunda qeyd edilmişdir ki, iddiaçının müraciətinə baxılmış və müəyyən edilmişdir ki, Xəzər rayon İHB-nın 1864 saylı xx.xx.2000-ci il tarixli torpaqayırma sərəncamı ilə bir dəfə istifadə edilərək adına Xəzər rayonu, Buzovna qəsəbəsinin digər ərazisində 1200 kv.m torpaq sahəsinə kadastr planı verilərək qeydiyyata alınmış və özgəninkiləşdirlmişdir. Elektron kadastr məlumatına əsasən ayrılmış torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazilərə aiddir və bu səbəbdən ərizənin icrası mümkün olmamışdır. Beləliklə, iddia ərizəsindən və işin məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsinin izahatından aydın olur ki, Xəzər rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Buzovna qəsəbəsində B-2000-150 saylı sahədə yerləşən 0,12 kv.m torpaq sahəsi İddiaçı fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış,o, həmin torpaq sahəsini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən çıxarış almış, sonra isə X1. İddiaçı hazırda onun Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1864 saylı sərəncamına əsasən Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000-150 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış və Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş cizgi əsasında istifadəyə verilmiş 1200 kv.metr torpaq sahəsi üzərində çıxarışın verilməsini tələb edir. Qeyd edilən mübahisənin həlli üçün Məhkəmə aşağıdakı normalara istinad edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında şəhadətnamələr, mənzil sertifikatı və qanunvericiliklə müəyyən edilmiş digər sənədlər; qanuni qüvvəyə minmiş məhkəmə qərarları; bu qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektlərinin qanuni istifadədə olmasına dair müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənsənədlər, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair-hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı;çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair-tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə;məlumatlandırma icraatının tətbiq edildiyi yaşayış evləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təsdiq edən sənəd;Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi;2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr əsas hesab olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi, dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə olunur. Həmin Qanunun 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Beləliklə, işin araşdırılmış halları ilə təsdiq olunur ki, Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 1864 saylı sərəncamı ilə ayrılmış torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ bir dəfə qeydə alınmış və iddiaçı tərəfindən torpaq sahəsinin koordinatları mübahisələndirilməmişdir. İddiaçıiddia tələbində göstərdiyi hallara dair heç bir mötəbər sübut təqdim etməmişdir. Odur ki, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınaraq, müvafiq çıxarışın verilməsindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli, 1864 saylı sərəncamına əsasən Xəzər rayonu, Buzovna qəsəbəsində B-2000-150 saylı sahədə fərdi ev tikmək üçün ona ayrılmış və Xəzər rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş cizgi əsasında istifadəyə verilmiş 1200 kv.metr torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, buna dair reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasına ” dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının qeydiyyata alınması,çıxarışın və torpaq sahəsinin plan və ölçüsünün verilməsi tələbi ”nə dair iddiası təmin edilməsin. Qərardan, təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar